Azərbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti


-Məşğulluq probleminin həllində özəl sektorun rolunun artırılması



Yüklə 396,79 Kb.
səhifə29/48
tarix29.12.2016
ölçüsü396,79 Kb.
#3801
1   ...   25   26   27   28   29   30   31   32   ...   48
-Məşğulluq probleminin həllində özəl sektorun rolunun artırılması.

  • Əmək bazarında tələb və təklifin struktur uyğunluğuna nail olunması istiqamətində tədbirlərin genişləndirilməsi.

  • Işsizlərə yeni peşə bacarıqları aşılayan geniş miqyaslı peşə təhsili proqramlarının həyata keçirilməsi və s.

3. Ölkədə inflyasiya ilə mübarizənin davamlılığını təmin edəcək və inflyasiyanın iqtisadi subyektlər üzərindəki neqativ təsirini neytrallaşdıracaq mexanizmləri inkişaf etdirilməlidir.

4.Ölkədə faiz siyasətinin qeyri-rəsmi yığımların investisiya şəklində rəsmi iqtisadiyyata cəlb olunmasını stimullaşdırma potensialı artırılmalıdır Bu baxımdan aşağıdakı iki istiqamətdə əldə olunacaq nailiyyətlər çox əhəmiyyətlidir:

  • Əmanətlərə tətbiq edilən orta faiz dərəcələri ilə kapitalın qeyri-rəsmi sektorda orta gəlirlilik səviyyəsi arasındakı uyğunsuzluğun minimuma endirilməsi. Bu, yığımlarını qeyri-rəsmi sektorda investisiyaya yönəldənləri həmin yığımlarını banklara əmanət şəklində təqdim etməyə sövq edə bilər.

  • İnvestisiya kreditlərinə tətbiq edilən faiz dərəcələrinin rəsmi sektorda investisiya fəaliyyətini stimullaşdırmağa imkan verməsi. Bu, banklardakı yığımların rəsmi sektorda investisiyaya çevrilməsi prosesini sürətləndirəcəkdir.

5.Ölkədə makroiqtisadi stabilliyin mühüm elementi olan valyuta gəlirlərinin uzun müddətli dövrdə davamlılığının təmin olunması baxımından ixrac gəlirlərinin neftdən asılılığının azaldılması istiqamətdində siyasət tədbirləri həyata keçirilməlidir. Bu baxımdan, xüsusilə, qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsi müstəsna əhəmiyyət daşıyır.

6.Büdcə tarazlığmm davamlılığmm təmin edilməsi və büdcənin sosial-iqtisadi funksiyalarmm daha səmərəli şəkildə reallaşdırılması məqsədilə onun neft faktorundan asılılığı tədricən azaldılmalı və vergilər kimi davamlı gəlir mənbələrilə maliyyələşdirilmə səviyyəsi artırılmalıdır.

7. Həm iqtisadi inkişafı sürətləndirməsi, həm də qeyri-rəsmi sektoru məhdudlaşdırıcı effektə malik olması nəzərə alınaraq, qeyri-neft sektorunda xarici investisiyaları stimullaşdırıcı tədbirlərə daha geniş yer verilməlidir.

8. Qeyri-rəsmi sektorla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir. Azərbaycanın qeyri-rəsmi sektorla mübarizə sahəsində beynəlxalq təşəbbüslərlə mövcud əməkdaşlığının davam etdirməsi əhəmiyyətli olmaqla yanaşı, bu fəaliyyətin Avropa Şurası Nazirlər Komitəsinin R(80)10 nömrəli “Kriminal Mənbəli Fondların Trans- ferti və Qorunması Əleyhinə Tədbirlər Haqqında” tövsiyyə qərarı, Çirkli Pulların Yuyulması ilə Hökumətlərarası Mübarizə Təşkilatının (FATF) “Çirkli pulların yuyulması əleyhinə 40 tövsiyyə”si və “Terrorizmin maliyyələşdirilməsi əleyhinə 9 xüsusi tövsiyyə”si, Bank nəzarəti üzrə Bazel Komitəsinin “Çirkli pulların yuyulması məqsədilə bank sistemindən istifadə əleyhinə tövsiyyə”si bazasında və Bankların Volfsberq Qrupu, Interpol Baş Katibliyi yanında FOPAC Qrupu, Beynəlxalq Şəffaflıq Hərəkatı, Sığorta Nəzarətçilərinin Beynəlxalq Assosia- siyası (IAIS), Təhlükəsizlik Komissarları Beynəlxalq Təşkilatı (IOSCO) və Maliyyə Kəşfiyyatı Qrupu (Egmont Group) ilə əməkdaşlıq istiqamətində genişləndirməsi də zəruridir [27].

Tədqiqatlarımız göstərir ki, Azərbaycanda qeyri-rəsmi iqtisadiyyatın leqallaşdırılması sahəsində dövlət siyasətinin ən az inkişaf edən istiqaməti qeyri-rəsmi sektor əleyhinə sosial şüurun formalaşdırılmasıdır. Bunun üçün də qeyri-rəsmi iqtisadiyyatla mübarizənin effektliyini artırmaq məqsədilə bu sektor əleyhinə sosial şüurun formalaşdırılması istiqamətində tədbirlər gücləndirilməli və bu baxımdan aşağıdakı istiqamətlərin əhəmiyyəti nəzərə alınmalıdır:

  • Qeyri-rəsmi sektorla bağlı mövcud sosial şüurun əsas cizgilərini müəyyən etməyə imkan verən sosioloji tədqiqatların aparılması.

  • Əhalinin dövlətə olan etibarının gücləndirilməsi istiqamətindəki tədbirlərin davam etdirilməsi.

  • Qeyri-rəsmi sektor əleyhinə maarifləndirmə kompaniyalarının genişləndirilməsi və effektivliyinin artırılması.

Qeyri-qanuni mal və xidmətlərin əmələ gəlməsi və inkişafı səbəbləri:

  • müəyyən növ malların istehsalının, dövriyyəsinin, xidmətlərin göstərilməsinin qanunla qadağan olunması (narkotik maddələr, transplantatlar, oğurluq mallar, cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması və s.);

  • bazara daxil olmaya qanunvericiliklə qoyulan məhdudiyyətlər (dövlət monopoliyası, lisenziyalaşdırma, əmək bazarında azyaşlıların əməyinə məhdudiyyətlər, müəlliflik hüquqları, patentləşdirilən intellektual mülkiyyətin qorunması, əmtəə nişanları və s.);

  • qiymətlərin dövlət tərəfindən tənzimlənməsi;

  • vergi dərəcələrinin və qanunla müəyyən edilmiş öhdəliklərin icrası ilə bağlı məsrəflərin yüksək olması və s.

Qadağan olunan mal və xidmətlərin son illər ərzində inkişaf etmiş bazarları arasında narkotik maddələr bazarını, silah, fahişəlik, pornoqrafiya məhsulları, saxta qiymətli kağızlar və valyuta bazarlarını qeyd etmək olar. Bunlarla yanaşı dünyada qeyri-qanuni bazarların yeni növlərinin formalaşması tendensiyası da müşahidə olunur (insan orqanları bazarları və onunla sıx əlaqədə olan insan alveri).

Beləliklə, qeyri-qanuni fəaliyyət özünü ictimai həyatın və iqtisadiyyatın bir çox sahələrində göstərir və bu fəaliyyət çərçivəsində böyük həcmdə mallar, gəlirlər və kapital dövr edir. Məhz bu səbəbdən də bütün dünyada həmin fəaliyyətin statistik öyrənilməsinə və qiymətləndirilməsinə maraq artmışdır.

Qeyri-formal iqtisadiyyatla əlaqədar müxtəlif rəqəmlər var. Bunu hesablamağın iki metodu mövcuddur:



1. istehsal üzrə ümumdaxili məhsulun hesablanması;

2. istehlakdan ümumdaxili məhsul üzrə hesablanma.

İstehlak metodu ilə hesablama aparanda, ümumdaxili məhsul təqribən 25 faiz çox çıxır. Beynəlxalq təşkilatların bəziləri göstəricinin 40 faiz, digərləri isə 50 faizdən artıq olduğunu açıqlayır. Gizli iqtisadiyyatın aşağı düşməsini neft-qaz faktoru ilə bağlayırlar. Qeyri-formal iqtisadiyyat bütün dünya ölkələrində, hətta yüksək inkişaf etmiş kapitalist ölkələrində də mövcuddur: ABŞ-ın özündə gizli iqtisadiyyat 18 faiz təşkil edir. Almaniya kimi ölkədə qeyri-formal iqtisadiyyat 12 faizdir, Fransada bu göstərici 16 faiz, İtaliyada isə 28 faiz təşkil edir. Bunlar hamısı inkişaf etmiş sivil ölkələrdir. Bəzi ölkələrdə gizli iqtisadiyyatın çəkisi hesablanarkən alınan rəqəmin üzərinə korrupsiya göstəricisini də gəlirlər.

Hazırda insanlar özləri də bilmədən ümumdaxili məhsul, yeni dəyər yaradır. Məsələn, şəhərdə günəmuzd işləyən kəslər kimlərinsə obyektində çalışır. Amma nə özü, nə də onu işlədən bilmir ki, burada dəyər yaranır. Bütün bunları hesablayanda, 25 faizə qədər qeyri-formal iqtisadiyyatın olduğu üzə çıxır. Buna "qeydiyyata alınmayan iqtisadiyyat" da demək mümkündür. Şadlıq saraylarında xidmət göstərən şəxslər də ümumdaxili məhsulda dəyər yaradır. Lakin bunun da qeydiyyatı aparılmır. Məsələnin obyektiv və subyektiv səbəbləri var. Ona görə də, gizli iqtisadiyyatla bağlı reallığa daha uyğun rəqəmlər almaq üçün belə şeylər nəzərə alınmalıdır. Düzdür, bu iş bir qədər çətin kimi görünür. Amma hesablamanı aparmağın qəbul olunmuş metodologiyası mövcuddur.

Təcrübədə miqdarca ölçülməsi çətin olsa da, istehsal hüdudları çərçivəsində bütün iqtisadi fəaliyyət növləri uçota alınmalıdır.

Həmçinin, ÜDM-a uçota alınması çətinlik törətdiyinə görə bir sıra əməliyyatlar və xidmətlər daxil olmur, məsələn, ev təsərrüfatlarında xidmətçilərin işi, barter mübadiləsi, gizli biznesdən gəlirlər, alimlərin əməyinin nəticəsi olan kitablar, mal nümunələri və s.

Hazırki situasiyada əsas diqqət qeyri-neft sektorunun inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilməlidir. Məhz bu addımlar ölkə iqtisadiyyatının neftdən kənar sahələrinin inkişaf etməsinə və büdcəyə əlavə gəlirlərin gəlməsini təmin edə bilər[27].

Kiçik sahibkarlığın inkişafı dövlət maraqlarına uyğun gəlir. Amma kiçik sahibkarlığın inkişafı və gətirə biləcəyi bir potensial mənbə unudulur. Söhbət bütün dünyada olduğu kimi ölkəmizdə də böyük maraqla qarşılanan mərc oyunlarından gedir. Belə ki, paytaxt da daxil olmaqla Azərbaycanın müxtəlif regionlarında 500-ə yaxın “Topaz” satış məntəqələrinin hər birinin kiçik biznes olduğunu qeyd etmək yerinə düşərdi. [1].
Azərbaycanda idman mərc oyunları bazarının illik dövvriyyəsi təqribən 300 milyon manat təşkil edir. İllik dövriyyənin təxminən 75 faizinin, yəni 225 milyon manatlıq hissəsinin uduşa yönəldiyini nəzərə alsaq, mərc oyunlarından dövlət büdcəsi 20-25 milyon manat qazanacaq.

“Topaz” Azərbaycanda fəaliyyət göstərən ilk və tək qanuni mərc oyunlarının ticarət nişanıdır. Burada əsas üstün cəhətlərdən biri kimi onun ölkə qanunvericiliyinə uyğun fəaliyyət göstərərək yaş məhdudiyyətinə riayət etməsini qeyd edə bilərik, 18 yaşından kiçik şəxslərin idman mərc oyunlarında iştirak etməsi qadağandır [29].

“Topaz”ın öz uduşlarına dövlət təminatı verməsi isə onun digər üstün cəhətlərindən biridir. Bu sahədə tam qanuni fəaliyyət göstərən, qeydiyyatdan keçən strukturla yanaşı fəaliyyəti qanunla tənzimlənməyən və daha çox kriminal mənbəyi olan “qara bazar” təmsilçiləri (“nisyə” mərclər qəbul edənlər, azyaşlı uşaqları bu məntəqələrə cəlb edənlər, ödəniş zamanı zorakı metodlardan belə çəkinməyənlər) də var.

Əgər qanuni fəaliyyət göstərən mərc oyunlarının dövriyyəsinin artırılması və müvafiq olaraq vergi ödənişinin də çoxalması istənilirsə, bu sahədə fəaliyyət göstərən “qara bazar” təmsilçilərinə qarşı mübarizə bir qədər də sərtləşdirilməlidir. Məhz belə olan halda sözügedən sahənin tam potensialı səfərbər edilir və bundan daha çox qazanan çətin günlərini yaşayan dövlət büdcəsi olur. Eyni zamanda onu da unutmaq lazım deyil ki, qanuni fəaliyyət göstərən məntəqələr həm sahibkarlıq subyekti, həm də minlərlə insan üçün iş yeri sayılır.

“Etopaz”dan danışarkən ölkə xaricinə qeyri-qanuni olaraq onlayn şəkildə edilən pul qoyuluşlarını da mütləq vurğulamaq lazımdır. Belə ki, bu virtual məntəqələr vasitəsilə milyonlarla manatlıq vəsait heç bir vergi ödənilmədən ölkə xaricinə çıxarılır və bu rəqəm ildə ən azı 100 milyon manata çatır. Bu rəqəm yalnız banklar vasitəsilə ödənildiyi üçün bilinən məbləğdir və digər vasitələrlə ölkə xaricinə çıxarılan və vergidən yayınan məbləğ daha da yüksəkdir [29].

Dövlət Statistika Komitəsinin “Statistika xəbərləri” elmi-praktik jurnalında dərc edilən məqaləsində 2014-cü il üçün Azərbaycanda ÜDM-də müşahidə olunmayan iqtisadiyyatın (“kolgə iqtisadiyyatı”) payı 9,1 faiz təşkil edir. Sənayedə “kölgə iqtisadiyyatı”nın payı ÜDM-in 1,1 faizini, kənd təsərrüfatında 0,5, tikintidə 1,3, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 2,1, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,4, ictimai iaşə xidmətləri və turistlərin yerləşdirilməsi sahəsində 0,4, sosial və digər xidmətlər sahəsində isə 3,3 faiz təşkil edir [25]

Sahibkarlar statistik hesabat və bəyannamələri dövlət qurumlarına təqdim edərkən bəzi hallarda məlumatları təhrif edirlər, bu, əsasən tikinti, emal sənayesi, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, sosial və digər xidmət sahələrində olur.




Yüklə 396,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin