Azərbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 396,79 Kb.
səhifə31/48
tarix29.12.2016
ölçüsü396,79 Kb.
#3801
1   ...   27   28   29   30   31   32   33   34   ...   48
Cədvəl 3.1.

Makroiqtisadi göstəricilərin müqayisəli təhlili

2011-2017-ci illər üzrə makroiqtisadi göstəricilərin istiqamətləri

Göstəricilər

Ölçü

Vahidi

Hesabat

Gözlənilən

Proqnoz

2011

2012

2013

2014

2015

2016

2017

1. ÜDM bazar qiymətləri ilə

mln.man.

52082,0

53995,0

54740,8

58568,9

59380,4

63057,6

67317,2

real artım tempi

%

0,1

2,2

4,5

5,2

5,8

4,8

6,0

deflyator

%

22,5

1,5

- 3,0

1,7

- 4,2

1,3

0,8

2. Özəl sektorun ÜDM-də payı

ÜDM-də payı, %

82,5

81,5

82,3

83,2

82,1

81,8

81,8

3. Neft sektoru ÜDM, bazar qiymətləri ilə

mln.man.

26650,5

25520,1

22798,3

22541,1

19024,5

18305,2

18606,9

real artım tempi

%

- 9.3

- 5,0

- 1,2

- 1,5

2,1

- 3,2

1,5

deflyator

%

40,6

0,8

- 9,6

0,4

- 17,4

- 0,6

0,2

ÜDM-də payı

%

51,2

47,3

41,6

38,5

32,0

29,0

27,6

4. Qeyri- neft sektoru, ÜDM, bazar qiymətləri ilə

mln.man.

25431,5

28474,9

31942,6

36027,8

40355,9

44752,4

48710,3

real artım tempi

%

9,4

9,7

9,7

10,0

8,1

8,6

7,8

deflyator

%

8,0

2,1

2,3

2,6

3,7

2,1

1,0

ÜDM-də payı

%

48,8

52,7

58,4

61,5

68,0

71,0

72,4


Göstəricilər sistemi yaxınlaşmaqda olan təhlükə barəsində vaxtında məlumat almağa və onun qarşısının alınması üçün tədbirlər görməyə imkan verir. İqtisadi təhlükəsizlik göstəriciləri sırasında aşağıdakıları qeyd etmək olar:

  • iqtisadi artım (milli istehsalən və gəlirin dinamikası və strukturu, sənaye istehsalının həcm və temp göstəriciləri, təsərrüfatların sahəvi strukturu və ayrı-ayrı sahələrin dinamikası, kapital qoyuluşları və s.);

  • ölkənin təbii-resurs, istehsal, elmi-texniki potensialını xarakterizə edən göstəricilər;

  • təsərrüfat mexanizminin dinamikliyini və uyğunlaşma bacarığını, həmçinin onun xarici amillərdən asılılığını xarakterizə edən göstəricilər (inflyasiya səviyyəsi, büdcə kəsiri, xarici amillərin təsiri, milli valyutanın sabitliyi, daxili və xarici borc səviyyəsi);

  • həyat keyfiyyəti (adambaşına ÜDM, gəlirlərin differensiallaşma səviyyəsi, əhalinin əsas qruplarının maddi nemətlər və xidmətlərlə təminatı, əhalinin əmək qabiliyyəti, ətraf mühitin vəziyyəti və s.) [19, 26]

İqtisadi artım istehsal prosesinə əlavə istehsal amillərinin (əmək, kapital və s.) cəlb olunması, yaxud istehsal texnologiyasının təkmilləşməsi nəticəsində ümumi daxili məhsulun (ÜDM) həcminin, o cümlədən adambaşına düşən ÜDM-in həcminin yüksəlməsidir. Anlayışdan da göründüyü kimi iqtisadi artım əsasən kəmiyyət dəyişməsini, yəni əhalinin həyat səviyyəsinin yüksəlməsinə im- kan verən daha çox əmtəə və xidmətlərin istehsalını ifadə edir. İqtisadi artımdan fərqli olaraq iqtisadi inkişaf dedikdə iqtisadiyyatdakı keyfiyyət dəyişikliyi başa düşülür. İqtisadi inkişaf əlavə iqtisadi artım üçün əsas yaratmaqla birlikdə, sosi- al-iqtisadi və mədəni strukturda, həmçinin əhalinin həyat səviyyəsində keyfiyyət dəyişikliyinə yol açır. Dolayısı ilə, geniş mənada iqtisadi inkişaf anlayışı həm kəmiyyət, həm də keyfiyyət dəyişməsini ehtiva edir [27].

Iqtisadi artım insan inkişafının davamlı yaxşılaşması üçün zəruri resursları təmin edir. Digər tərəfdən, əmək resurslarının keyfiyyətinin yaxşılaşması iqtisadi artım baxımından mühüm əhəmiyyət kəsb edir. Nəticə olaraq, insan inkişafı (insan kapitalı) ilə iqtisadi artım arasında qarşılıqlı əlaqə mövcuddur. [26]Alıcılıq qabiliyyəti paritetinə (AQP) əsasən 96 ölkə üzrə hazırlanan paylanma qrafikində bu əlaqəni aydın şəkildə müşahidə etmək mümkündür (şək.1.) [24]



Şəkil 3.1. Adambaşına ÜDM

2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” bir sıra ölkələr kimi Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq 2015-ci ilə qədərki dövrü əhatə etmədiyindən və 2006-cı ildə Bakı- Tbilis-Ceyhan neft boru kəmərinin işə düşməsi ilə birlikdə Azərbaycanın təbii resurslardan əldə etdiyi gəlirlərin artmasına bağlı olaraq daha böyük hədəflər əsasında (2008-2015-ci illərdə ÜDM-in həcminin, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM-in real həcminin 2 dəfə artırılması, yoxsulluğun səviyyəsinin 2 dəfə azaldılması və s.) “2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq olunmuşdur.

Son qeyd edilən Dövlət Proqramında 2008-2015-ci illər üzrə aşağıdakı əsas doqquz strateji məqsəd müəyyənləşdirilmişdir:

  • makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi;

  • əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına nail olunması;

  • səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması;

  • qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi;

  • təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması;

  • sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi;

  • ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunma- sının təmin edilməsi;


  • Yüklə 396,79 Kb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin