Son məhsulun məcmu dəyəri = Məcmu əlavə dəyər vergisi = Bütün satışların məcmu dəyəri - Aralıq məhsulun məcmu dəyəri
İnternational Paper kompaniyası Hallmark firmasının konvert istehsalı üçün kağız istehsal etdikdə kağız aralıq, konvert isə son məhsul hesab olunur. ÜDM-a yalnız son məhsulların dəyəri daxil edilir. Çünki, aralıq məhsulların dəyəri artıq onlara daxil edilmişdir. Yuxarıda göstərilən misalda ÜDM-a yalnız konvertlərin dəyəri daxil ediləcək, ona görə ki, onların dəyərinə kağızın dəyəri artıq daxil edilmişdir.
Bu zaman müstəsna olaraq aralıq məhsullar texnoloji prosesə dərhal daxil olmayıb, sonradan satılmaq, yaxud istehsalda istifadə olunmaq üçün firmaların balansında müəyyən müddət qaldıqda onların dəyəri ÜDM-a daxil edilir. Bu zaman müəyyən müddət çərçivəsində onlar son məhsul kimi nəzərdən keçirilir və ÜDM-a daxil edilir. Lakin sonradan onlardan istifadə edildikdə firmanın aktivləri azalır, ÜDM-un həcmi isə həmin məbləğdə aşağı düşür.
ÜDM-a həm maddi nemətlərin (ərzaq məhsulları, geyim, avtomobillər) istehsalı, həm də konkret olaraq fiziki ölçülə bilməyən xidmətlər (bərbərin saç kəsməsi, mənzilin yığışdırılması, həkim məsləhəti) daxil edilir. Əgər bəyən-diyiniz rok qrupun diskini əldə edirsinizsə siz bazar əmtəəsi alırsınız və onun dəyəri ÜDM-a daxil edilir. Bu qrupun konsertinə bilet əldə etdikdə isə xidmətin haqqını ödəyirsiniz və bu halda da xidmətin dəyəri ÜDM-a daxil edilir.
Mal və xidmətlərin mübadiləsinə istifadə olunmayan bütün ödəmələr ÜDM-in dəyərində nəzərə alınmır. Bu cür ödəmələrə transfert ödəmələr və qeyri-istehsal (maliyyə) sövdələri aiddir.