Firmanın əlavə dəyəri = Satışdan qazanc — Başqa firmalardan alınmış xammal və materialların dəyəri
Firmanın bütün daxili məsrəfləri (əmək haqqının verilməsi, amortizasiya, kapitalın icarəsi, yer icarəsi və s.), həmçinin, firmanın mənfəəti əlavə dəyərə daxil edilir.
Bizim misalda fermerin əlavə etdiyi dəyər 5 dollara, (5 — 0 = 5), dəyirmançının əlavə etdiyi dəyər — 3 dollara. (8 — 5 = 3), çörək bişirənin əlavə etdiyi dəyər — 9 dollar (17 — 8 = 9), bulka satanın əlavə etdiyi — 8 dollara (25 — 17 = 8) bərabərdir. Məcmu əlavə dəyər, yəni bütün istehsalçılar tərəfindən əlavə edilən dəyət 25 dollar (5 + 3 + 9 + 8 = 25) təşkil edir və son alıcının ödədiyi dəyərə bərabərdir (son məhsulun dəyəri). Ona görə də, ÜDM ölçülən zaman son məhsulun dəyəri əlavə dəyəri üzrə hesablanır və bütün istehsalçıların (firmalar tərəfindən) əlavə etdikləri dəyərlərin cəmi kimi verilə bilər:
Son məhsulun məcmu dəyəri =Bütün firmaların əlavə dəyərlərinin məbləği
və ya iqtisadiyyatda bütün satışların (total output) və aralıq məhsulun məcmu dəyərinin fərqi. Bizim misalda: 55 — 30 = 25 (dollar).