Yuxarıda verilən düsturda nominal ÜDM-i tənliyin sol tərəfınə keçirək:
= Yt Dt
Nəticə olaraq deyə bilirik ki, real ÜDM-in həcmindəki faizlə dəyişmə ilə defl- yatorun faizlə dəyişməsinin cəmi təqribən nominal ÜDM-in faizlə dəyişməsinə bərabərdir. Yəni, deflyator 3%, real ÜDM 2% artarsa, bu nominal ÜDM-in təqribən 5% artması deməkdir [24].
İqtisadi artım(T) isə ÜDM-in illik artım templəri ilə (faizlə) ölçülür və bu zaman cari və bazis ilinin ÜDM göstəriciləri arasındakı fərq bazis ilinin ÜDM göstəricisinə bölünür:
T = 100%
Başlanğıc ilindəki ÜDM-i Y0, n il sonrakı ÜDM-i isə Yn ilə ifadə etsək, iqtisadi artımla bağlı məchul dəyişəni tapmaq üçün praktiki əhəmiyyətə malik müntəzəm istifadə edilən törəmə düsturlar aşağıdakılardır: