İstehlakçı Qiymət İndeksi ilə ÜDM Deflyatorunun fərqini isə aşağıdakı qrafik daha əyani şəkildə təsvir edir(şək.1.2.)
Şək.1.2. Azərbaycanda ÜDM deflyatoru və İQİ (2004-2013-cü illərdə) [25].
İstehlakçı Qiymət İndeksini(İQİ) ÜDM Deflyatorundan fərqləndirən 3 məqam var:
Birinci fərq, ÜDM deflyatoru istehsal olunan bütün əmtəə və xidmətlərin qiymətindəki dəyişikliyi, İQİ isə yalnız istehlakçıların aldığı məhsulların qiymətindəki dəyişikliyi ölçür. Belə ki, yalnız şirkətlər və dövlət tərəfindən alınan məhsulların qiymətindəki yüksələrsə, bu ÜDM deflyatorunda əks olunacaq, İQİ-də isə yox.
İkinci fərq, ÜDM deflyatoru yalnız ölkə daxilində istehsal olunan məhsulların qiymət dəyişikliyini ölçür. Bundan fərqli olaraq İQİ alıcılar tərəfindən alınan idxal məhsullarının qiymətindəki yüksəlmələri və enişləri də əks etdirir. Əgər, ölkəyə idxal olunan hər hansı bir məhsulun, məsələn Toyotanın qiyməti qalxarsa, bu İQİ-də öz əksini tapacaq amma ÜDM deflyatoru dəyişməyəcək.
Üçüncü və daha diqqət yetirilməli olan fərq isə, İQİ-nin müəyyən məhsul və xidmətlərin sabit həcmi, yəni, baza ili kimi götürülmüş dövrdə alınan məhsulun həcmi üzərindən qiymət dəyişikliyini hesablayır. ÜDM deflyatoru isə məhsul və xidmətlərin dəyişən həcmi, yəni hesabat ilində istehsal olunmuş məhsulların həcmi üzərindən hesablanır. [26].