Şəkil 2.1. 2014-2015-ci illərdə neft və qeyri-neft sektorunda artım tempi
ÜDM-in həcmində 57,3% xüsusi çəkiyə malik olan qeyri-neft ÜDM-i əvvəlki illə müqayisədə 6,3% artmış, neft-qaz sahələrində istehsal olunmuş ÜDM isə 2,6% azalmışdır. ÜDM-in 45%-i sənayedə, 5,1%-i meşə təsərrüfatı, kənd təsərrüfatı və balıqçılıqda, 11,8%-i tikintidə, 7,8%-i xidmət sahəsində, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 2,1%-i ictimai iaşə xidmətləri və turizm sahəsində, 1,7%-i informasiya və rabitə xidmətlərində, 14,5%-i sosial və digər xidmətlər sahəsində yaradılmaqla, 61,9%-i iqtisadiyyatın istehsal, 31%-i isə xidmət sahələrinin payına düşmüşdür . ÜDM-in uyğun sahə strukturu şəkil 2-də verilmişdir.
Dostları ilə paylaş: |