AZƏrbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»


VII. GÖN MATERIALLARININ TƏRKIBINDƏKI ZÜLALI



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix25.01.2017
ölçüsü0,89 Mb.
#6446
1   2   3   4

VII. GÖN MATERIALLARININ TƏRKIBINDƏKI ZÜLALI 

MADDƏLƏRIN MIQDARININ TƏYINI 

 

Bildiyimiz  kimi, emal  prosesində əsas  məqamlardan biri zülali  maddələrin 



aşılayıcı 

agentlərlə 

qarşılıqlı 

əlaqəsindən 

ibarətdir. 

Odur 


ki, 

gön 


yarımfabrikatlarının  əsas  xassələri  bu  iki  komponentin  birləşməsindən  və  fərq 

münasibətindən  çox  asılıdır.  Bu  baxımdan,  gön  yarımfabrikatlarının  tərkibindəki 

aşılayıcıların  zülali  maddələrə  qarşı  münasibətini  birbaşa  metodla,  yəni  xrom 

oksidinin,  bitki  mənşəli  tanid  aşılayıcısının  miqdarına  və  s.  görə  asanlıqla  təyin 

etmək  olar.  Son  məqamda  aşılayıcı  maddənin  miqdarını  ümumi  maddələr  də 

birlikdə olmaq şərti ilə 100% hesabından çıxmaqla təyin edirlər. Lakin ya birbaşa 

və  yaxud  da  dolayısı  ilə  aşılayıcı  maddələrin  zülallara  nisbəti  hesablayarkən 

gönün  və  yaxud  da  xam  dərinin  tərkibindəki  zülali  maddələrin  miqdarını  azota 

görə  təyin  etmək  çox  vacibdir.  Bunun  üçün  dünya  ölkələrinin  gön  istehsalı 

texnologiyasında  yaxşı  məlum  olan  Kyeldal  üsulundan  istifadə  edilir.  Bunun 

üçün  yekun  hesablama  ərəfəsində  bir  neçə  məhdudiyyəti  müəyyən  etmək 

kifayətdir.  Odur ki, azotun  zülali  maddələrə  qarşı olan  nisbətini  5,62 əmsal  kimi 

qəbul  etmişlər.  Həmin  üsulun  dəqiqliyini  1893-cü  ildə  Amerika  mütəxəssisləri 

Şreder  və  Pessler  heyvan  dərisinin  analizi  zamanı  bir  daha  dəqiqləşdirmişlər. 

Bunların  apardıqları  tədqiqata  görə  müxtəlif  heyvan  cinslərinin  tamamilə  quru 

halda  dərisinin  tərkibində azotun  faiz  hesabı  ilə  göstəricisi aşağıdakı  cədvəl  4-də 

verilmişdir. 

Cədvəl 4. 

Sıra 

sayı 

Dərilərin növləri 

Azotun miqdarı (%-lə) 

1. 


Iribuynuzlu heyvan dərisi 

17,88 


2. 

Buzov dərisi 

17,78 

3. 


At dərisi 

17,93 


4. 

Donuz dərisi 

17,84 

5. 


Dəvə dərisi 

17,67 


 

Cədvəldə  verilən  məlumatlara  görə  orta  göstəricidən  (17,80)  azotun 

hesablanma əmsalı 5,62 kimi qəbul edilmişdir.  


 

42

62



,

5

100



80

,

17



 



Həmin  mütəxəssislər  digər  heyvan  cinslərinin  quru  vəziyyətdə  kollogenə 

nisbətən  azotun  miqdarını  da  təyin  etməyə  müvəffəq  olmuşlar.  Bu  məlumatlar 

aşağıdakı cədvəl 5-də verilmişdir. 

Cədvəl 5. 

Sıra 

sayı 

Dərilərin növləri 

Azotun miqdarı (%-lə) 

1. 


Qaban dərisi 

17,98 


2. 

Keçi dərisi 

17,48 

3. 


Sığın dərisi 

17,42 


4. 

Maral dərisi 

17,38 

5. 


Qoyun dərisi 

17,05 


6. 

Pişik dərisi 

17,05 

7. 


It dərisi 

17,97 


 

Belə  məlumatlar  eyni  zamanda  Kelli  tərəfindən  aparılan  tədqiqatlar  zamanı 

da təsdiq edilmişdir.  Lakin azotun kollogen  maddəsinə  görə  nisbətini təyin etmək 

üçün yandırılma, qovulma, titrləmə üsullarından da istifadə edilir. 

1883-cü  ildə  Ioxan  Kyeldalın  ilk  dəfə  ixtira  etdiyi  üsulun  sonralar  bir  neçə 

modifikasiya  edilmiş  metodlarından  da  istifadə  edilmişdir.  Kyeldal  belə  bir 

nəticəyə  gəlmişdir  ki,  dərinin  və  gön  yarımfabrikatlarının  tərkibindəki  azot 

qatılaşdırılmış  kükürd  turşusunda  uzun  müddət  saxlanarkən  zülallar  ammonium 

sulfata  çevrilir.  Bu  zaman  hidrogen  parçalanır  və  tərkibdən  ayrılır.  Sonralar 

modifikasiya  edilmiş  metodların  heç  biri  Kyeldal  üsulu  qədər  düzgün  və  tutarlı 

nəticə  verməyib.  Şvab  və  Şvab-Aqallidis  tərəfindən  aparılan  reaksiya  amilinin 

parçalanmasının 5 sistem üzrə getdiyini təsdiq etmişlər: 

H

2

SO



4

;  H


2

SO

4



+Se;  H

2

SO



4

+Cu; 


H

2

SO



4

+Hg;  H


2

SO

4



+Hg+Cu. 

 

Reaksiya aşağıdakı kimi başa çatır: 



 

(C

6



H

5

NH



3

)

2



SO

4

+28 H



2

SO

4



  (NH

4

)



2

SO

4



+28 H

2

SO



2

+12CO


2

+32H


2

 



Qəbul etmək lazımdır ki, Kyeldal üsulu emprik nəticə verir və onun analitik 

təcrübədə əhəmiyyəti böyükdür. Kyeldalın metodu ilə aparılan bütün tədqiqatların 

əsas  istiqaməti  reaksiyanın  sürətlənməsinə  və  azotun  amiyaka  çevrilməsinə 


 

43

yönəldilmişdir.  Bu  nəticəyə  təsir  edən  amillər  sırasına  temperatura,  katalizatorlar 



və yandırılmanın sürətidir. Reaksiyanın bu və ya digər şəraiti azotun amiyaka tam 

çevrilməsini sübut edir, yəni bəziləri daha davamlı, bəziləri daha güclü və bəziləri 

isə daha tez başa çatır. 

Bu  vaxta  qədər  azotun  tədqiqində  reaksiyanın  tamlığına  etibarlı  göstərici 

yoxdur.  Belə  ki,  optimal  şərait  və  yandırılmanın  davamlılığını  təcrübəvi  yolla 

müəyyənləşdirmək  olar.  Kyeldal  üsuluna  əsaslanaraq  amiyakın  təyini  üçün 

yandırılmaya dair çoxlu sayda  üsullar  mövcuddur.  Adətən amiyak qələvinin  təsiri 

nəticəsində azad olur, sonra qovularaq mineral və bor turşusu vasitəsilə titrlənərək 

tutulub saxlanılır. Turşunun qalığını isə təkrarən yeyici natrium vasitəsilə, bəzən də 

güclü  mineral  turşularla  titrlənərək  azotun  miqdarını  təyin  edirlər.  Son  vaxtlar 

Kyeldal  üsulunun  müxtəlif  üsullarla  modifikasiyası  üçün çoxlu sayda texniki  işlər 

və  avadanlıqlar  hazırlanmaqla  daha  kiçik  analizlərin  aparılmasına  şərait 

yaradılmışdır.  Bütün  bu  deyilənlər  onu  sübut  edir  ki,  dərinin  tərkibindəki  azotun 

Kyeldal üsulu ilə tədqiqinə həsr edilmiş bütün ədəbiyyat mənbələrini əks etdirmək 

mümkün  deyil.  Bunların  içərisində  Bredstritin  və  Kirkin  işlərini  xüsusilə  qeyd 

etmək  yerinə  düşərdi.  Deməli,  bu  tədqiqatların  nəticələrini  əldə  əsas  tutaraq  qeyd 

etmək  olar  ki,  azotun  gön  materiallarının  tərkibində  azotun  kollogenə  nisbətən 

faizini  tədqiq  etmək  üçün  Kyeldal  üsulunun  tətbiqi  ən  səmərəli  üsul  sayılır.  Əsas 

məqsəd  odur  ki;  1)  reaksiyaya  təsir  edən  əsas  amilin;  2)  müxtəlif  modifikasiyalı 

üsulların  müəyyənləşdirilməsindən ibarətdir. Deməli, bu modifikasiyalı üsullardan 

ən əsası gön nümunələrinin yandırılmaqovma və titrləşdirmə yolu ilə tərkibdəki 

azotun faizlə miqdarının tədqiq edilməsidir. 

Ümumiyyətlə, konservləşdirilmiş gön xammalının keyfiyyətinin əvvəlcədən 

təyin edilməsi çox çətindir. Bu problemin mürəkkəbliyi konservləşdirilmiş xammal 

partiyasındakı 

dərilərin 

bir-birlərinə 

oxşamasıdır. 

Dərilərin 

fərqlənməsi 

konservləşdirmə  prosesinin  keyfiyyətsiz  aparılması  nəticəsində  çürüməyə  məruz 

qalmasından,  saxlanmanın  düzgün  təşkil  edilməsi,  heyvanın  cinsinin  müxtəlifliyi, 

ətək  və  qarınaltı  sahəsinin  fərqlənməsi,  yemlənmə  şəraiti,  habelə  dərinin  səthinin 

zədələnməsi  hesabına  yaranır. Bundan əlavə, dəridə qanın, duzun, karbonun,  yağ-



 

44

piy  maddəsinin  və  suyun  qalması  da  gön  emalına  mənfi  təsir  göstərir.  Odur  ki, 



müasir  şəraitdə  təcrübəli  mütəxəssislərin  ən  çox  yaş  duzlama  və  duzlanıb 

qurudulmuş  gön  xammalının  orqanoleptiki  yolla  keyfiyyətcə  qəbulunun 

nəticələrini əldə əsas kimi qəbul edirlər. Gön emalı və xammalın qəbulu ilə məşğul 

olan  sənətkarların  hələ  də  ilkin  xammalın  keyfiyyətinin  kəmiyyətcə  təyini 

məsələlərinə  böyük  ehtiyacı  vardır.  Bu  vaxta  qədər  gön  xammalının  keyfiyyətcə 

qəbulunda  orqanoleptiki  üsulu  əvəz  edə  biləcək  analitik  və  yaxud  digər  metodlar 

yoxdur. Odur ki, gön xammalının tərkibindəki zülali maddələrin ümumi miqdarını 

2  metodla  təyin  edirlər:  daxil  olan  partiyadan  orta  nümunənin  seçilməsi  metodu; 

dərinin  tərkibindəki  kollogen  maddəsinin  miqdarının  təhlili  üçün  nümunə 

götürülməsi metodu. 

Nümunənin  seçilməsi  çox  vacibdir.  Çünki  dərinin  sahəsindən  asılı  olaraq 

təbii  halda  bioloji  fərqlənməni  aşkar  etmək  üçün  mal  partiyasından  nümunə 

götürülməsi  məsələnin  həllinə  şərait  yaradır.  Məsələn,  dərinin  orta  hissəsindən  və 

quyruğuna  yaxın  yerindən  götürülmüş  nümunə  sübut  edir  ki,  bu  sahələrdən 

götürülmüş  dəri  nümunəsi  istehsal  zamanı  gön  vəziyyətinə  lazımi  səviyyədə 

çevrilə  bilir.  Hər  iki  metod  götürülən  nümunənin  tərkibindəki  ümumi  azotun  və 

oksiprolipin miqdarının təhlilinə həsr olunmuşdur. Birinci halda yuxarıda deyildiyi 

kimi,  Kyeldal  üsulu  ilə  dəridə  olan  ümumi  azotun  miqdarının  təyin  edilməsi  ilə 

başa  çatdırılır.  Bu  zaman  azota  daxil  olmayan,  məsələn,  yun  liflərinin  qalığı, 

qlobulyar  zülallar,  zülala  daxil  olmayan  maddələri  ümumi  azotun  miqdarına  görə 

öyrənirlər ki, bu da xətalara yol verilməsi deməkdir. 

Hazırda  mütəxəssislər  hesab  edirlər  ki,  gön  xammalının  tərkibindəki  zülali 

maddələrin  miqdarının  təyinində  Kyeldal  üsulundan  fərqli  olaraq  oksiprolinin 

təyini  daha  düzgün  nəticə  əldə  etməyə  imkan  verir.  Müəyyən  edilmişdir  ki,  xırda 

gəmiricilərinin  dərisindən  götürülmüş  nümunənin  tərkibində  oksprolinin  miqdarı 

14%-ə  bərabərdir.  Dərinin  tərkibində  mövcud  olan  digər  növ  zülallardan  ancaq 

elastinin tərkibində oksprolin vardır. Buradan göründüyü kimi, oksiprolin üsulu ilə 

dərinin  tərkibindəki  zülali  birləşmələrin  miqdarının  təyini  daha  perspektivli  üsul 

sayılır. 


 

45

NƏTICƏ VƏ TƏKLIFLƏR 



 

Təbii gön materilları uzun illərdən bəri insanlar tərəfindən istifadə olunan ən 

qiymətli  yarımfabrikatlardan  birisi  kimi  qalmaqdadır.  Şübhəsiz  ki,  əsrlər  keçsə 

belə,  bu  növ  materiallar  özünün  yararlığını  itirməyəcəkdir.  Doğrudur,  ötən  əsrin 

30-cu  illərindən  başlayaraq  dünya  ölkələrinin  bir  çox  istehsal  müəssisələri 

tərəfindən müxtəlif adlarda gön əvəzediciləri istehsal edilməyə başlanmışdır. Hətta 

özünün  istehlak  xassələrinə  görə  süni  gönləri  tamamilə  əvəz  edən  və  üstünlük 

təşkil  edən  sintetik  gönlər  də  istehsal  edilməkdədir.  Lakin  bu  materiallar  təbii 

gönlərə xas olan ən dəyərli xassələri, xüsusilə də gigiyenik xassələri ödəyə bilməz. 

Bütün  bunların  hamısı,  ilk  növbədə  gön  xammalının,  yəni  müxtəlif  növ  heyvan 

dərilərinin  quruluşu  və  kimyəvi  tərkibindən  əsaslı  surətdə  asılılığı  vardır.  Bu 

baxımdan,  heyvan  dərilərinin  quruluşu  və  kimyəvi  tərkibinin  tədqiqi  çox  aktual 

problemlərdən  biridir.  Çünki  heyvan  cinsinin  və  növlərinin  müxtəlifliyindən  asılı 

olaraq onların həm quruluşu və həm də kimyəvi tərkibi biri-birindən fərqlidir.  

Hazırki işdə biz həm iribuynuzlu və həm də xırdadırnaqlı heyvan növlərinin 

dərilərinin  quruluşunu  və  kimyəvi  tərkib  göstəricilərini  təhlil  etməyə  çalışmışıq. 

Bütün  bu  deyilənləri  nəzərə  alaraq  hazırki  buraxılış  işində  aşağıdakı  praktiki 

əhəmiyyəti olan bir neçə təkliflər verməyi məqsədəuyğun hesab edirik. 

1.  Xam  dərilərin  quruluşu  və  kimyəvi  tərkibi  ilkin  emal  prosesinin,  yəni 

konservləşdirmənin  keyfiyyətindən  çox  asılıdır.  Çünki  heyvan  bədənindən  yenicə 

soyulmuş  dəri  2  saatdan  gec  olmamaq  şərti  ilə  konservləşdirmə  əməliyyatından 

keçirilməlidir.  Özü  də  konservləşdirici  maddə  olan  duz  dərinin  bütün  sahəsi 

boyunca  eyni  səviyyədə  səpilməlidir  ki,  boş  qalan  sahə  olmasın.  Çünki 

konservləşdirici  maddənin  düşməyən  yerlərində  bakteriyalar  tez  inkişaf  edərək 

dərinin  quruluşunda  və  kimyəvi  tərkibində  xoşa  gəlməyən  dəyişikliklər  baş  verə 

bilir.  Odur  ki,  xam  dərinin  ilkin  emal  mərhələsində  bu  prosesə  çox  ciddi  fikir 

verilməlidir. 

2.  Konservləşdirmə  mərhələsidən  keçirilən  dəri  xammalının  saxlanması  və 

düzgün  tədarük  edilməsi  də  çox  vacibdir.  Dəri  xammalı  saxlanan  anbar  şəraiti 


 

46

lazımi  avadanlıqlar  və  qoruyucu  vəsaitlərlə,  yəni  gəmiricilərə  qarşı  məsləhət 



görülən maddələrlə təmin olması da çox əhəmiyyətlidir. 

3. Dərilərin quruluşu  və kimyəvi tərkibinin dəyişikliklərə  məruz qalmasının 

səbəblərindən 

biri 


də 

konservləşdirilmiş 

dərilərin 

aşılanmaya 

hazırlıq 

əməliyyatlarının  düzgün  yerinə  yetirilməməsi  sayıla  bilər.  Belə  ki,  təbii  halda 

dərinin  quruluşu  və  kimyəvi  tərkibinin  özü  də  bir  standart  normasıdır.  Lakin 

dərilərin  aşılanmaya  hazırlıq  mərhələsi  10-12  müxtəlif  əməliyyatlardan  ibarətdir. 

Əgər bu əməliyyatlar düzgün yerinə yetirilməzsə, onda yekun etibarı ilə alınan gön 

yarımfabrikatlarının  quruluşu  və  kimyəvi  tərkib  göstəricilri  də  standart 

normalarından fərqlənə bilər. 

4.  Dəri  xammalının  ən  vacib  kimyəvi  tərkib  göstəricilərindən  biri  zülali 

maddələrdir.  Istər  ilkin  emal  prosesində  və  istərsə  də  aşılanmaya  hazırlıq 

mərhələsində  yerinə  yetirilən  mexaniki  əməliyyatlar  dərinin  quruluşunda  və 

kimyəvi  tərkibində  xoşagəlməz  dəyişikliklər  baş  verə  bilər.  Bunları  nəzərə  alaraq 

bu əməliyyatların yerinə yetirilməsində məsuliyyətlər daha da gücləndirilsin. 

5.  Keçmiş  SSRI  məkanında  digər  respublikalarda  olduğu  kimi 

Azərbaycanda da gön emalı  ilə  məşğul olan  müəssisələr tikilib  istifadəyə  verilmiş 

və  bunların  nəzdində  də  laboratoriyalar  fəaliyyət  göstərirdi  ki,  bəzi  tədqiqatlar 

aparılmasına imkan yaranırdı. Lakin respublikamız müstəqillik əldə etdikdən sonra 

bir  neçə  istehsal  müəssisələri,  o  cümlədən  gön  emalı  zavodları  çətinliklərlə 

üzləşərək  fəaliyyətini  dayandırmışlar.  Nəzərə  alsaq  ki,  son  dövrlərdə 

respublikamızda  heyvandarlıq  təsərrüfatının  inkişafı  gön  xammalının  səmərəli 

qaydada  tədarük  edilib  emal  olunmasını  tələb  edir.  Odur  ki,  bu  istehsal 

müəssisələrinin  yenidən  bərpa  edilməsi  bir  tərəfdən  yeni  iş  yerlərinin  açılmasına, 

digər tərəfdən də iqtisadiyyatımızın daha da yüksəldilməsinə şərait yaratmış olardı. 



 

 

47

ISTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT SIYAHISI 



 

1.  Həsənov  Ə.P.,  Vəliməmmədov  C.M.,  Həsənov  N.N.,  Osmanov  T.R. 

Gön-ayaqqabı malları əmtəəşünaslığı. Bakı, Maarif, 1984. 

2.  Həsənov  Ə.P.,  Həsənov  A.H.,  Abbasov  V.M.  Gön-ayaqqabı  və  xəz 

malları əmtəəşünaslığı, «Maarif» nəşriyyatı, Bakı, 1999. 

3.   Həsənov  Ə.P.  və  başqaları.  Qeyri-ərzaq  mallarının  ekspertizası. 

Çaşıoğlu, 2006, I və II hissə. 

4.  Афанасьев  А.А.  и  др.  Прочность  технологических  процессов 

изготовление обуви. КТИЛП, сб.трудов, том V, Гостехиздат, УССР, 1963. 

5.  Афанасьев  А.А.  Допуски  и  технических  контроль  производства 

кожи. Гизрегпром, 1959. 

6.  Апохин Д.И., Зыбин Ю.П.  Исследование формовочных свойств для 

верха обуви. Известия вузов. Технология легкой промышленности, М., 1961, 

№1,2. 


7.  Анохин  Д.И.  Расчет  деформации  загатовки  при  проектировании. 

Научные труды МТИЛП, сб.22, 1962. 

8.  Бреев  Б.Д.  и  др.  Деформации  материала  при  объемной  фермования 

верха  раптовой  обуви,  изготовляемой  по  новой  технологии  сборке  ее  из 

формированных узлов. Технология легкой промышленности, 1963. 

9.  Безруков  Г.С.,  Любич  М.Г.  Новое  в  технологии  формование  верхо 

обуви. Кожевенно-обувная промышленность. «9, 1960. 

10. Булгаков  Г.П.,  Зыбин  Ю.П.  Исследование  некоторых  физических  и 

химических  параметров  кожи  для  верха  обуви  рентгеновеким  методом. 

Озвечтия 

вузов 

высших 


учебных 

заведений. 

Технология 

легкой 


промышленности, 1967, №3,4, 1968, №3,5. 

11.  Бернштейн  М.Х.  Повышение  водостойкости  нафтевых  сапог. 

Сб.трудов ЦНИИКП, №32, 1960. 

12.  Егоркин  Н.И.  Определение  норм  пластичности  хромовых  кож. 

Сб.научно-исследовательских работ фабрики «Скороход», 1937, №4. 


 

48

13.  Егоркин  Н.И.  О  нормах  тягучести  кожи.  Кожевенно-обувная 



промышленность, №11, 1940. 

14.  Зыбин  Ю.П.  и  др.  Материаловедение  изделий  из  кожи.  Из-во 

«Легкая индустрия», М., 1968. 

15.  Зыбин  Ю.П.  Классификация  способов  формования  верха  обуви. 

«Кожевенно-обувная промышленность», 1960. 

16.  Зыбин  Ю.П.  Формование  кожи  растяжением.  МТИЛП,  сб.2. 

Гизлегпром, 1941. 

17.  Зыбин Ю.П. Формование верха обуви. Гизлегпром, 1946. 

18.  Зыбин  Ю.П.  Исследование  механических  свойств  материала  для 

верха  обуви  при  одноосном  и  двухосном  растяжений.  «Известия  вузов. 

Технология легкой промышленности», М., №6,1967. 

19.  Зыбин Ю.П. Конструирование изделий из кожи. Гизлегпром, 1963. 

20. Зыбин  Ю.П.  Передельные  удлинения  материала  для  верха  кожи 

обуви. «Кожевенно-обувная промышленность», №9, 1939. 

21.  Кодсин Е.А. и др. Товароведение обувных товаров. М., 1976. 

22.  Купирянов М.П. Упруго-пластических свойств верхних кожевенно-

обувных товаров. М., 1976. 

23. Купирянов  М.П.  Деформационные  свойства  кожи  для  верха  обуви. 

Из-во «Легкая индустрия», М., 1969. 

24.  Купирянов  М.П.  Уточнение  нижнего  предела  тягучести  и  метода 

оценки  технологических  свойств  верхних  обувных  материалов.  Научно-

исследовательские труды Укр.НИИКП, сб.10, 1968. 

25.  Кравченко  А.Д.  Гидравлический  динамометр  для  испытания 

эластических 

материалов 

двухмерным 

расстяжением. 

Научно-


исследовательские труды Укр. НИИКП, сб.9, Гизлегпром, 1968. 

26.  Кравченко  А.Д.  Исследование  физико-механических  свойств 

хромого  опоек  двухмерных  расстажением.  «Известия  вузов.  Технология 

легкой промышленности», М., 1968, №8. 

27.  Кавказов Ю.Л. Взаимодействие кожи с влагой. Гизлегпром, 1962. 


 

49

28.  Кавказов  Ю.Л.  Изменчивость  состава  и  свойств  кожи.  Научно-



исследовательские труды ЦИИКП, сб.34, Гизлегпром, 1963. 

29.  Каргин  В.А.,  Слонимский  Г.Л.  Краткие  очерки  по  физико-

химических полимеров. Из-во «Иностранная литература», 1962. 

30.  Котельников  В.Н.  Влияние  скорости  расстяжение  и  трения  на 

деформацию обувной загатовки. «Легкая промышленность», 1951, №5. 

31.  Колсевникова  Е.С.,  Сарокина  О.С.  и  др.  Контроль  качества  кожи. 

Перевод с английского языка. Из-во «Легкая индустрия», М., 1968. 

32.  Кутянин  Г.И.  Исследование  физико-механических  свойств  кожи. 

Гизлегпром, 1956. 

33.  Любич  М.Г.,  Великсон  В.  Деформация  загатовки  при  обтяжке  и 

затяжке.  «Вестник  кожевенно-обувной  промышленности  и  торговли»,  №4, 

1930. 


34.  Любич М.Г. Свойства обуви. 

35.  Павлов  С.А.  и  др.  Химия  и  физика  высокомолекулярных 

соединений в производстве искусственной кожи, кожи и меха. Из-во «Легкая 

индустрия», 1966. 

36.  Павлов 

С.А. 


Некоторые 

особенности 

влагопроницаемости 

гидрофильных высокомолекулярных соединений. Труды МТИЛП, сб.9, 1957. 

37. Перельминтер  В.И., Зыбин Ю.П. Способ исследование деформации 

верха  обуви.  «Известия  вузов.  Технология  легкой  промышленности»,  №5, 

1960. 

38.  Приймук  В.Б.,  Кондратков  Б.Л.  Различные  механические  свойства 



кожи,  зависимые  от  направления  раскроя  кожи.  «Кожевенно-обувная 

промышленность»,1938, №6. 

39.  Плантуков К.М., Бахтияров И.П. Работа подошва обуви. Сб. трудов 

ЦНИИКП, Гизлегпром, 1935, т.11. 

40.  Плекорский  Г.А.  Виброформование  кожи.  «Известия  вузов. 

Технология легкой промышленности», №4, 1958. 



 

50

41.  Скварик  В.П.,  Стеблипа  И.З.  Влияние  вибрации  на  процесс 



вытяжке кожи. «Кожевенно-обувная промышленность», 1964, №5. 

42.  Слонимский  М.Г.  Механические  свойства  полимеров.  Из-во 

МТИЛП, 1949. 

43.  Такоев  Н.Н.  Особенности  технологии  выработки  хромовых  кож  из 

свиного сырья и применение пропитывающих грунтов.  «Кожевенно-обувная 

промышленность», №8, 1971. 

44.  Чернов Н.В. Учение о качестве кожи. Гизлегпром, 1946. 

45.  Шварц  А.С.,  Кондратьков  Е.Ф.  Современные  материалы  и  их 

применение в обувном производстве. М.: «Легкая промышленность», 1978. 

46.  Шифрин  И.Г.  Исследование  в  области  рационально-химической 

модификации  дермы  при  облучении  кожевенного  сырья  и  кож.  Автореф.  на 

соискание ученой степени докт.тех.наук. М., 1975, -56с. 

47.    Kanagy Y.R. Am.Lehater Chemistis. Assoc., 50, 112 (1955). 

48.  Stomberg R.R. and Swerdlov M.J. Am. Lehather Chemistis. Assoc., 50, 

336 (1955). 

49.  Swerdlov  M.J.  and  Stomberg  R.R.  Y.Soc.  Lehather  Trades  Chemistis, 

43, 265 (1959). 

50.  Teitell L., U.S. Army Ordnance. Frankford Arsenal, Rpt, R-848, 1948. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin