Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti aysu əSƏdova elçİN QIZI azərbaycan diLİ DƏrsliKLƏRİNDƏ MƏtnləRİn vəTƏNPƏRVƏRLİk təRBİYƏSİ baximindan məzmun təHLİLİ



Yüklə 90,64 Kb.
səhifə6/11
tarix25.03.2022
ölçüsü90,64 Kb.
#54166
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11
Aysu Əsədova.Diplom işi

İşin strukturu. İşimiz başlanğıcda girişdən, əsas hissədə iki fəsil və dörd yarımfəsildən, sonda isə nəticə və istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Verilmiş bu struktura əsasən iş bu qaydada qurulmuşdur.

I FƏSİL

TƏDQİQATIN ÜMUMİ MƏSƏLƏLƏRİ

    1. Azərbaycan dilindən fənn kurikulumunda təlim- tərbiyə məsələləri

Təhsilin və təlim fəaliyyətinin keyfiyyətinin artırılmasında tədris resurslarının əhəmiyyəti böyükdür. Hazırda müasir təhsilin qarşısında bir çox hədəflər dayanır. Bunlardan birincisi yüksək mənəvi dəyər­lərə malik şəxsiyyət yetişdirməkdir. Həmin şəxsiyyət dövlət qarşısında müəy­yən edilmiş vəzifələri dərk etməli, demokratik prinsiplərə, insan hü­quq­ları və azadlıqlarına hörmət etməli, vətənpərvərlik, dövlətçilik və Azərbaycançılıq ide­yalarına sadiq olmalıdır.

Təhsil və təlim prosesinin məzmununun əsası və təlim prosesinin layihəsi isə dərslikdir. Dərslik ilk növbədə şagirdin yüksək təlim fəaliyyətinə xidmət etməlidir. Bununla bərabər, eyni məntiq və zərurətlə metodik vəsaitlə yanaşı, dərslik müəl­limin fəaliy­yətini də istiqamətləndirir. Bütün ixtisas fənlərində dərslik təlim, tərbi­yə və məktəb­­linin inkişafı ilə bağlı vəzifələrin uğurlu həlli üçün şagirdlərin tədris fəaliy­yətinin təşkilinin vacibliyini ortaya qoyur. Mübahisəsiz demək olar ki, tədris prose­si­nin, təlimin əsas təşkili formalarından olan dərsin sistemli, tam bilik və bacarıq­­larla təmin olunması, şagirdin daha mütəşəkkil və nizamlı şəkildə lazım olan bacarıqlara yiyə­lənməsi ilk növbədə məhz dərslikdən asılıdır. Şagirdin qarşı­laşdığı ilkin bilik mən­bəyi, etalon və nümunə dərslikdir.

Dərsliyin vəzifəsi şagirdə yalnız qaydaları, fənlərlə bağlı müəyyən­ləşdi­rilmiş elmi-nəzəri anlayış­ları, fikir və mülahizələri mexaniki əzbərçilik yolu ilə təhsil­alana mənimsət­məkdən ibarət deyil, məktəblilərdə müstəqil və vaxtında, çevik qərar­ver­mə, böhranlı vəziyyətdə kollektivin və müəssisənin maraqlarına müvafiq olaraq dərindən düşünmə, yaradıcılıq bacarıq­ları aşılamaq, məntiqi və tənqidi təfəkkürü, ünsiyyət bacarıqlarını lazımi səviyyədə inkişaf etdirməkdir. Məhz elə bunun nəticəsi olaraq müasir dərsliklər real təcrübəyə əsaslanan olmalı, tətbiqi, praktiki keyfiyyət daşımalı, həyati situasiyalarda kömək­edici xarakter daşımalı, şagird dünyagö­rüşünün və təfəkkürünün inkişafı üçün inteq­rativ xüsu­siy­yətlərə malik olmalıdır.

Azərbaycan Respublikasında fənn kurikulumlarının tətbiqindən sonra dərsliklərin də məzmunu həmin kurikulumlara uyğun müəyyənləşdirilmişdir. Qeyd edə bilərik ki, artıq bir neçə ildir ki, təhsil sahəsində müəyyən uğur­lar əldə edilmişdir. Bu nailiyyətlərin müəyyən bir hissəsi də məhz dərslik hazırlığı, dərslik tərtibatı ilə əlaqəlidir. Bununla bağlı müəyyən qanunverici aktlar da müəyyən­ləşdirilmişdir. Həmin qay­da­larda təsbit olunmuşdur ki, dərsliklər hazırlanarkən dövlət tərəfindən müəyyən olunmuş məzmun və forma tələblərinə cavab verməlidir. Belə ki, dərsliklər məz­mun­ca keyfiyyətli, kuriku­lumun tələblərinə uyğun olmalı, ictimaiyyəti, istifa­dəçiləri qane etməli, ən vacib məsələ isə mövcud standartların reallaşdırılması üçün lazım olan mühüm keyfiyyətlərə malik olmalıdır. Xalqımızın dəyərləri şagirdə aşılanmalıdır. Bununla paralel olaraq məktəblilərin dünyəvi dəyərlərlə əhatə olunması vacibdir. Bu mənəvi mühitlərdə məktəblinin yetişməsi təlimin qarşısında dayanan vəzifələrdəndir. Vətəninə, xalqına hörmət və ehtiram göstərən, xalqın milli adət-ənənələrinə, davranışlarına, mənəvi xüsusiy­yətlərinə bələd olan, fiziki və mənəvi cəhət­dən sağlam, müstəqil həyata hazır, demokratik düşüncəli vətəndaş kimi yetiş­dir­mək təlimin əsas hədəfləridir.

Dərsliklərdə Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış davranış­larını təmin edən xüsusiyyətlər əks etdirilməlidir. Milli-mənəvi xüsusiyyət materialların məzmun bazası olmalıdır. Eyni zamanda mədəni dəyərlər aşılanmalı, şagirdlərin həmin ruhda tərbiyə olunmasına, onların öz ailəsinə, xalqına, onun dəyərlərinə hörmət etməsinə nail olunmalıdır.

Dərslik həm mənəvi tərbiyənin, həm də bilik öyrətmənin mənbəyidir. Bu cəhətdən onlarda müasir elmin, bəşəriyyətin nail olduğu texniki və mədə­ni uğur­ların, informasiya texnologiyalarının ən müasir nailiyyətləri, kəşf və icadları haq­qında süzgəcdən keçirilmiş, dəqiqləşdirilmiş və mötəbər mənbələrdən əldə olunmuş, təsdiqlənmiş informasiya və məlumatlar öz əksini tapmalıdır. Şagird əlavə digər vasi­tələrlə həmin məlumatları, onun davranış və tərbiyəsinə mənfi təsir edə biləcək, zərərli ola biləcək məlumatları əldə etməməlidir. Dərslik onun yaş dövrünə və buna müvafiq olaraq psixoloji cəhətlərinə uyğun məlumat əldə etmək istəklərinə cavab verməlidir.

Hər bir dərslik şagirdlərin təfəkkürünü inkişaf etdirməli, onlarda müstəqil tədqi­qat­çılıq qabiliyyətini, idraki bacarıqları artırmalı, yaradıcı təfəkkürünü yüksəltməli, müxtəlif mütərəqqi yaradıcılıq vərdişləri aşılamalı, onları düşünməyə, problemli vəziy­­yətlərdən çıxmaq üçün müstəqil qərar verməyə sövq etməlidir.

Şagird dərslik materialı ilə təhsilin məzmununa verilən bütün tələbləri ardıcıl olaraq əldə etməli, formalaşmalıdır. Dərslik şagirdin bələdçisi, onun əsas dostu, silah­daşı və yoldaşına çevrilməlidir.

Təlim nəticələrinin yüksəkliyi tədris ədəbiyyatının keyfiyyətindən asılıdır. Yəni dərs­lik müəllimin fəaiyyətini sistemləşdirməli, onun üçün geniş imkanlar yarat­malı­dır. Keyfiyyətli dərsliklərin hazırlanması istiqamətində daima müxtəlif səmərəli tədbir­lər həyata keçirilməlidir. Yaxşı dərslik təhsi­lin məzmununa verilən bütün tələb­lərə lazımi səviyyədə cavab verməlidir. Dərsliklər hazırlanarkən bütün meyarlar üzrə onlar yoxlanılmalı, təhlil və tədqiq edilməlidir.

Amma Azərbaycan dilinin öyrədilməsi və dil, mədəniyyət, ünsiyyət vasitəsi kimi tədris tarixinin yalnız müasir zamanla məhdudlaşdığını deyə bilmərik. Bilirik ki, milli Azərbaycan folklorunun yaranması tarixən qədimdir. Xalqı­mı­zın bədii düşüncə tarixinə baxsaq, görərik ki, bu nümunə­lər öz daxili qatları, məzmun xüsusiyyələri, zənginlik cəhətinə görə söz sənətinin ən zən­gin tərkib hissəsi hesab edilməlidir. Bu ədəbiyyat materialları içərisində Azərbaycan bədii nümunələri layiqli mövqeyə malikdir. Söz ustalarımızın, xalqı­mızın ziyalı, savad­lı təbəqəsinin qaldırdığı, təbliğ etdiyi humanist ideyalar, insan şəxsiyyətinə və mənə­viyyatına münasibətdə həssas münasibət, onda təlqin olunan bacarıqlar, nitq səriştələri hətta deyərdik ki, digər xal­qların təcrübəsi ilə müqayisə oluna bilməz. Bu nümunələr dinləmə, anlama, oxuma və səlis danışma bacarıqlarını həm təbliğ edir, həm də formalaşdırırdı. Bayatılar, qoşmalar, gəraylılar nitq mədəniyyətini öyrədir, düz­gün və dəqiq danışmanı aşılayır və mənmisədir.

Dəslik materiallarına milli ədəbiyyat nümunələri ilə bərabər, dünyanın əksər xalq­­ların bədii sənətindən seçilmiş mütərəqqi, ideyalarımıza müvafiq materiallar üzrə iş təşkil edilməlidir. Bu zaman məktəblilər milli və dini dözümlülük, əcnəbi düşün­cə və mədəniyyəti anlamaq, analiz və təhlil etmək bacarığına yiyələnərlər.

Dərslik hazırlamaq xüsusi gərgin əmək və zəhmət tələb edən, qürurverici bir yaradıcılıqdır və özündə çox ciddi məqamları birləşdirir. Dərslik tərtib edərkən bir çox zəruri tələb və prinsiplərə əməl edilməli, məktəblilərin mükəmməl şəklidə səriş­tələrə yiyələnməsi üçün bütün metodiki cəhətlər, pedaqoji, didaktik göstərişlər mütləq nəzərə alınmalıdır.

Kurikulumun tətbiqindən sonra Azərbaycan dilinin tədrisi məsələ­lərinə yeni baxışlar yaradıldı. Azərbaycan dilinin tədrisi və təlimi dilin tədrisinə görə söz incəsənəti kimi spesifik xüsusiyyətlərindən irəli gəlir və burada ciddi məntiqi və estetik tərbiyəni ortaya çıxarmağa qadir mətnlərlə işlər nəzərdə tutulurdu. Yeni kuriku­lumlara görə Azərbaycan dili dərsliyi mənəvi ideyalı, estetik imkanların real­laş­masını özündə əhatə edir.

Yeni dərsliklərdə şagirdlərin zehni inkişafı və normaların mənimsədilməsi üçün mətnlər verilir. Amma ənənəvi dərsliklərədə qrammatik qaydalar tətbiq edilirdi. Bu da ənənədən birbaşa yeniliyə keçidin təbəddülatlarını özündə əks etdir­məyə vadar edirdi.

Müasir zamanın ictimai qaydaları istər-istəməz müəlliflər qarşısında tələb­lər qoyur. Dərsliyin məzmunuda şagirdin gələcəkdə gündəlik həyatını bütün mürək­kəbliyi və rəngarəngliyini dərk etmək, ictimai problemlərinin tələblərinə çevik və mükəm­məl cavab vermək imkanı qazandırmalıdır. Bunun üçün, şübhəsiz ki, dərslik materi­alları müstəsna əhəmiyyət daşıyır.

2008-ci ildə Milli Kuriku­lum tətbiq olunmağa başladı. Kurikulum ümumi təhsil sahəsi üzrə bir çox istiqamətləri özündə əks etdirir, birləşdirirdi. Burada təlim nəticə­ləri əks olunurdu ki, bunlar da özündə təlimin nəticəsini əvvəlcədən müəyyən etmək və göstərmək şəraiti yaradırdı. Müəllim təlimin əvvəlində hansı nəticələri almalı olduğunu bilirdi. Bunun əsasında da təlim prosesini planlaşdırırdı.

Kurikulumlar dövrümüz, zamanın, qloballaşmanın ən müasir təsiri və nəticə­lərinə əsaslanaraq tətbiq edilirdi. Bu sənəd özündə təhsilin bütün məsələlərini cəm halında əks etdirirdi. Təhsilin idarə edilməsi, təhsilin məzmunu, təlimin starategiyaları, planlaşdırma, qiymətləndirmə məsələləri sənədin əasas keyfiyyəti idi.

Kurikulumun yeni prinsipləri yeni dərslik məzmunu formalaşdırdı. Bu sənədə əsasən Azərbaycan dili fəninin məzmunu dinləyib-anlama, oxu, yazı və dil qaydaları olaraq dörd xəttə bölünürdü.

Hər bir məzmun xəttinin öz tələbləri və xüsusiyyətləri var idi. Kurikulumun tələb­lərinə görə Azərbaycan dili fənni ənənəvi proqramlarda olduğu kimi yalnız dil qayda­larını mənimsətmək xarakteri daşımırdı. Azərbaycan dili şagirdlərdə dinləmə, anlama, oxu, yazı vərdişləri, bacarıqları formalaş­dırma­lıdır. Yəni şagird Azərbaycan dili vasitəsi ilə nitq bacarıqlarına yiyələn­məlidir. Bunun üçün, həmin səriştələri forma­laşdırmaq məqsədi ilə Azərbaycan dili fənni­nin dörd məzmun xətti müəyyən­ləşdirilmişdir və həmin məzmun xətləri 1-ci sinif­dən 11-ci sinfə qədər dəyişməz olaraq davam etdirilir.

Məzmun xətləri siniflər üzrə dəyişməzdir. Belə ki, bütün Azərbaycan dili kursu dörd məzmun xətti üzrə təşkil olunmuşdur, yəni şagirddə dörd bacarıq (din­ləmə, anlama, oxu, yazı və bunların əsas qaydalarının əks olunduğu dil qaydaları) dörd məzmun xətti ilə təşkil olunur. Məzmun xətlərinə aid olan alt standartların məzmunu isə sinifdən sinfə keçdikcə sadədən mürəkkəbə doğru genişlənir. Bu genişlənmə təlimin inkişafının təmin olunması məqsədi daşıyır. Şagirddə hər bir məzmun xətti üzrə tələb olunan bilik və bacarıqları formalaşdırmaqla həmin alt standartları rahatlıqla reallaşdırmaq mümkündür. Bunun üçün hər bir məzmun xətti üzrə tələbləri və onları reallaşdırmaq üsullarını bilmək vacibdir.

Dinləmə məzmun xəttinin tələblərinə görə şagird mətnlərə qulaq asmalı və onda sistemli şəkildə dinləyib-anlama bacarıqları formalaşdırılmalıdır. Təlim ilinin sonun­da şagird bir çox bacarıqları nümayiş etdirməlidir.

O, müəllimin, yaxud hansısa sinif yoldaşının ifasında, yaxud müəyyən texniki vasitələrlə mətn dinləməli, müvafiq sual və tapşırıqlarla həmin dinləmə qabiliyyətinin səviyyəsi müəyyənləşdirilməlidir. Bu səviyyələrə və şagirddən tələb olunan bacarıq­lara uyğun olaraq müxtəlif standartlar müəyyənləşdirilmişdir.

Bu bacarıq Azərbaycan dili fənnində formalaşdırılsa da, digər fənlər üçün də açar rolunu oynayır. Belə ki, insan həyatında dinləmə bacarıqları hər zaman önəm­lidir. Bu qabiliyyət açar bacarıqlardandır.

Kurikulum əsaslı Azərbaycan dili dərsliklərində məzmunun digər hissəsi oxu məzmun xətti ilə bağlıdır. Oxu məzmun xəttində şagird mətni oxumalı, oxudu­ğu mətnlə bağlı müxtəlif bacarıqlar formalaşdırmalıdır. O, oxuduğu mətnin məzmu­nunu başa düşməli, hadisə və əhvalatları anlamalı, onlar arasında əlaqəni qurmalı, pozulmuş qanunauyğunluqları bərpa etməli, mətnin buraxılmış hissəsini məzmuna uyğun olaraq yenidən təşkil etməli, öz fikir və mülahizələri ilə mətni genişləndirə bilməlidir. Çətin, seçilmiş sözlərin mənasını nümunələrlə izah etməlidir. Eyni zamanda bəzən söz sırasını gözləməklə mətni oxu­maq, mətnin hissələri arasında əlaqəni şərh etmək, pozulmuş məna, struktur əlaqələri bərpa etmək, mətndə verilmiş arqument və hadisələri real həyatla əlaqələndirməyi bacarmalıdır. Bunlar onun mənti­qi təfəkkürünü inkişaf etdirir.

Bu standartlar aşağı siniflərdən yuxarı siniflərə doğru mürəkkəbləşərək davam etdirilir. Yuxarıda müəyyənləşdirilmiş bilik və bacarıqlar, məzmun xəttinin tələb­ləri standartlarda əksini tapır. Bəzi alt-standartların tələbləri ilə bağlı məsələləri təhlil etməyi zəruri hesab edirik.

Standartlar quruluşuna görə bilik və bacarıq modelinə uyğundur. Onların ad hissə­si biliklərin adını və məzmununu, feil hissəsi ilə bacarıqların növünü müəyyən edir. Hər bir alt standart şagirdin hansısa bir bacarığını yoxlayır.

Bəzi standartlarda şagird ona verilmiş sözün həqiqi və məcazi mənada olmasını müəyyənləşdirməli, buna uyğun olaraq, mətndəki tapşırıqlara cavab yazmaq vərdiş­ləri formalaş­dırıl­malıdır.

Bəzilərində mətnin hissələri arasında əlaqəni müəyyənləşdirməlidir. Bu əlaqələri müəyyənləşdirəndən sonra yuxarı siniflərə keçdikcə şagird mətnin giriş, ümumi və nəticə hissəsini müəyyən­ləşdirdikdən sonra onlar arasında əlaqələri müəyyən etməyi bacarmalıdır.

Bu gün dünya­da intellektual və iqtisadi aktiv insan üçün müəyyən edilmiş bacarıqlar vardır. Buna uyğun olaraq da dövlət tərəfin­dən standartlar müəyyənləşir və dərsliklər də onun əsasında hazırlanır. Şagird bu gün mətndəki əsas fikir və ideyaları müəyyən­ləşdirirsə, gələcəkdə qarşıla­­şacağı situasiyalarda hər cür vəziyyətdən çıxa biləcəkdir.

Ümumi təlim nəticələrində qeyd olunur ki, şagird Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incə­sə­nə­ti, adət-ənənələri haqqında öyrəndiyi məlu­mat­ları sadə formada təqdim etməyi bacarmalıdır. Şagirdin müxtəlif mövzularda mətn tərtib etmə qabiliyyəti üçün dərsliklərdə materi­allar verilməlidir. Həm nəzəri, həm də praktiki olaraq şagird mətnləri görməli, qayda­ları mənimsəməli və bacarıqları formalaşmalıdır. O, plan qurmalı, qurduğu plan əsasında mətnin hissələrini məntiqi cəhətdən əlaqə­­lən­dirməlidir. Dərslik müəllifi bu standartların tələblərindən çıxış etməlidir. Şagird bu tələblər üzrə mətnin tərkib hissələrini müəyyənləşdirmək və onlar ara­sındakı əlaqəni tapmaq bacarığını inkişaf etdirməlidir.

Yuxarıda qeyd etdiyimiz məzmun xətləri nitq bacarıqlarının tələblərini ehtiva edirdi. Nitq bacarıqları ədəbi davranışın, nümunəvi şəxsiyyətin əsas göstərici­lərin­dəndir. Oxu vərdişləri şagirddə müxtəlif mətnləri anlayışla oxumağı, mütaliə qabiliy­yətlərini, danışma bacarıqları, özünü təqdim etmə, fikrini çatdırma qabiliyyətini inkişaf etdirməlidir. Bu nitq bacarıqlarının formalaşdırılması üçün müəyyən dil qaydalarının mənim­sənilməsinə də ehtiyac yaranır. Dil qaydaları yuxarıda da qeyd etdiyimiz ki, tam həcmlə verilməməlidir. Kurikulum özündə biliklərin minimum həcmini əks etdirir. Yalnız zəruri qaydalar şagirdə mənimsədilməlidir. Burada yoruculuq, bezdiricilik, mexaniki əzbərçilik olma­malıdır.

Bu prinsiplərə uyğun olaraq kurikulum əsaslı Azərbaycan dili dərslikləri forma­laş­dırılmalı idi. Dərsliklərdə həm didaktikanın tələbləri gözlənilməli, həmçinin də standat­ların tələblərinə əməl edilməli idi.

Dərslik tərtib edilərkən ilk növbədə kurikulumun tələblərinə uyğun olmalıdır. Kurikuluma uyğunluq onda nəzərdə tutulmuş məzmunun dərslikdə əhatə olunmasını tələb edir. Kurikulumda şagirdlərin mənimsəməli olduq­ları biliklərin məzmunu və həcmi ümumi şəkildə müəyyənləşdirilir. Burada tədrisin elmi-nəzəri və ideya-siyasi səviyyəsinin necə olacağı, uşaqlarda dünyagörüşün hansı əlamətlərini formalaşdırmağın zəruri olduğu göstərilir. Proqramda strategiya verilirsə, dərslikdə onun taktikası əksini tapmalıdır. Dərslikdə proqramın məzmununun əhatə olunmaması və ya onun əlavələr, lüzümsuz materiallarla yüklənməsi ciddi nöqsan hesab edilir.

Proqrama uyğunluq prinsipi orada verilmiş təxmini tematikanın əhatə olunmasını tələb edir. “Azərbaycan dili” dərsliyi tərtib edilərkən mövzuların proqramdakı ardıcıllğı, əsasən, gözlənilməlidir. Lakin dərslik müəllifi bu tələbə şüur­lu yanaş­malı, materi­alın asan mənimsənilməsini, möhkəm yadda qalmasını təmin edən müəyyən dəyi­şikliklər aparılmalıdır.

Hazırda kurikulumlar dilin bütün vahidlərinin qarşılıqlı əlaqədə öyrədil­məsini tələb edir. Bu zaman savadlı şifahi və yazılı vərdişlərin yaranmasının praktik əhəmiy­yətini nəzərə almaq lazımdır.

Dərslik kurikulumların məqsədini açmalıdır. Onda mənimsədilməsi nəzərdə tutul­muş biliklər, anlayışlar, qaydalar, faktik materialın sistemi bir növ tezislər şək­lin­də dərslikdə verilməlidir. Onun açılması, əsl məzmunun verilməsi müəllimin üzərinə düşür. Proqramda strategiya verilirsə, onun taktikası dərslik müəllifindən asılıdır. Müəllif həmin mövzu ilə əlaqədar nələri və necə vermək üzərində düşün­məlidir. Bu şərtlə ki, elmi yanlışlıqlara yol verilməsin. Bu tərtibat zamanı şagirdlərin anlama səviyyəsi nəzərə alınsın.

Bütün bunlar ilk növbədə əsas materialın, nəzəri məlumatların, tərif, qayda və izahatların köməyi ilə təqdim olunmalıdır. Beləliklə, dərsliyin strukturu müəllifin yaradıcı fəaliyyətindən asılı olur.

“Azərbaycan dili” dərsliklərinin strukturu tarixən bir neçə sistemə əsaslan­mışdır. Bunlardan birincisi elmilik prinsipidir. Bu prinsip hər hansı müddəanı, qayda və qanunu təhrif etmədən, eybəcər şəklə salmadan sadələşdirməyi, başa düşüləcək şəkildə verməyi tələb edir.

Dərsliklər tərtib edilərkən, adətən, asandan çətinə, sadədən mürəkkəbə prinsipi, şagirdlərin yaş xüsusiyyətləri, anlama səviyələri nəzərə alınaraq eyni qayda bəzən müxtəlif şəkildə verilir. Dərsliyə elmdə cilalanmış, hamı tərəfindən qəbul olunmuş, həm də təlimin həmin mərhələsinə elə məlumat və informasiyalar daxil edilməlidir ki, şagird onları anlaya bilsin.

“Azərbaycan dili” dərsliklərində şagidlərdə nitq bacarıqlarını inkişaf etdir­mək üçün müxtəlif elmi-kütləvi və bədii mətnlər təqdim olunur. Mətnin quruluşu və əsas fikrin müəyyənləşdirilməsi müasir Azərbaycan dili dərslərində şagirdlər müxtəlif qabiliy­yətlərini nümayiş etdirmək üçün onlara təqdim edilmiş mətnlər üzrə işləməyi bacarmalıdırlar. Buna görə mətn və onunla bağlı bir çox biliklərə malik olmaq vacibdir.

Müasir dövrün metodika alimlərinin qənaətinə əsasən, hansısa materialı şagirdlərin tam olaraq başa düşməsi məqsədi ilə ilk növbədə onun haqqında təsəvvür yaradılmalıdır. Onların fik­rincə, tədris prosesinin dərslikdə əks olunan metodoloji mərhələləri aşağıdakılar ola biməsi tövsiyə olunur: təsəvvür, inkişaf, tətbiq, inteqrasiya.

1.Təsəvvür. Dərs materialı öyrənilərkən təsəvvürün yaradılması üçün motiva­siya yaradılmalı, mövzuya giriş üçün tapşırıqlar verilməli, müşayiətedici vasitə­lərdən (rəsm, foto, sxem və s.), obyektlərdən və situasiyalardan istifadə edilməli, dərsin məqsədi aydın şərh edilməlidir.

2. İnkişaf. İnkişafa təlim prosesində induksiya və deduksiya proseslərindən isti­fadə etməklə, inkişafetdirici fəaliyyət növlərinin tətbiq olunmasıyla, bilikləri ümumi­ləş­dirmək və sistemləşdirməklə nail oluna bilər.

3. Tətbiq. Hər hansı mövzunun şərhində təlim obyektinin tətbiqinə xüsusi yer ayrılmalıdır. Obyektlərin və hadisələrin tətbiqini bildikdə təhsilalanlarda öyrənmə marağı və öyrənilənlərin yaddaşda saxlanmasının vacibliyi fikri yüksəlir. Tətbiq mənimsənilmiş anlayışlardan istifadəyə yönəldilir.

4. İnteqrasiya. Dərslikdə verilən biliklərin müxtəlif fənlərlə, həyat hadisələri ilə inteqrasiya olunmuş şəkildə təqdim olunması yeni anlayışların və biliklərin daha yaxşı dərk edilməsinə xidmət edir. İnteqrasiya həm şaquli, həm də üfüqi xarakterli olur. Şaquli inteqrasiya yaradılarkən müəyyən anlayışlar, biliklər fənn daxilində aşağı siniflərdə öyrənilənlərlə əlaqələndirilir və daha dərin, daha yüksək səviyyədə dərk edilir. Yəni anlayışın dərk edilməsi inkişaf etdirilir. Üfüqi inteqrasiya öyrənilən fənnin anlayışları ilə əlaqələndirilməsidir ki, bu halda təhsilalanlar müəy­yən bir obyekt, anlayış barədə bütöv təsəvvürə malik olurlar.

Yuxarıdakılar dərslik hazırlanarkən əməl olunmalıı əsas tələblərdəndir. Eyni zamanda müasir kurikulum dərslikləri aşağıdakı funksiyaları yerinə yetir­məlidir:

1.Biliklərin ötürülməsi funksiyası.

2. Qabiliyyət və səriştənin inkişaf etdirilməsi funksiyası

3. Biliyin qiymətləndirilməsi və möhkəmləndirilməsi funksiyası.

4. Gündəlik həyat və peşə fəaliyyəti ilə bağlı funksiyalar.

5. Sosial və mədəni tərbiyə funksiyası.

Müasir Azərbaycan dili dərsliklərinin məzmunun tələblərinə görə aşağıdakıları qeyd etmək olar:

1.Şagirdlər mövzu, süjet, əsas personajların oxşarlığı və fərqi, obrazlar xəritəsi, məkan və zamanla bağlı məqamları müstəqil şəkildə seçməyi bacarmalıdırlar.

2. Müxtəlif hadisə və əhvalatların iki əlaqəli hadisəsində oxşarlıq və fərqlərin əlaqə­sini müəyyənləşdirməlidirlər.

3. Milli və xarici sənətkarların əsərlərini öyrənə bilməli, dərk etməli, məzmunun əsas məsələlərini fərqləndirə bilməlidirlər.

4.Müxtəlif məzmunlu məlumat və hadisələr haqında yüksək səviyyədə dinləmə və anlama nümayiş etdirməlidirlər.

5.Mükəmməl yazı vərdişlərinə malik olmalıdırlar.

6.Azərbaycan dilində ən zəruri dil qaydalarını bilməli, yazılı və şifahi nitqlərində onladan istifadə etməlidirlər.

Ümumiyyətlə, demək olar ki, müstəqil, müəllimin göstərişi olmadan, müxtəlif dil hadisələrini müqayisə edən məktəblilər, fikrimizcə, dilin tədrisi prosesində belə işlərin mümkünlüyünü və zəruriliyini nümayiş etdirir.

Yuxarıda deyilən tələblər və funksiyalar baxımından indi orta məktəbləri­mizdə istifadədə olan “Azərbaycan dili” dərslikləri ardıcıl olaraq qiymətləndirilməli və təhlil edilməlidir.

Dərslikdəki nəzəri və praktik materiallar fəal diskussiya və müzakirələri stimullaşdırmalı, onların genişlənməsinə imkan yaratmalıdır. Hər bir təlim materialının təqdim olunmasında cəlbetmə, sövqetmə, maraqlandırma, yaradıcı yanaşma, problemi həlletmə mühüm didaktik tələblər kimi diqqət mərkəzində saxlanılmalıdır.

İlkin təcrübələr onu göstərir ki, təlim materiallarının qeyri-inzibati qaydada təqdim olunması şagirdlərin müstəqil fəaliyyətinə imkan yaratmaqla, onların idrak, kommunikativ bacarıqlarının inkişaf etməsini, ən başlıcası, demokratik dünyagörüşünün formalaşdırılmasını stimullaşdırır.

Dərslik bütövlükdə şagirdə yönəldiyindən mövcud fənn standartlarına uyğun və uşaqların maraq və tələbatlarını ödəyə bilən materialların seçilməsini tələb edir. Həmin materiallar həm nəzəri, həm də praktik cəhətdən mükəmməl olmaqla, eyni zamanda ölkəmizin dərslik siyasəti sahəsində qarşıya qoyulmuş aşağıdakı didaktik tələblərə cavab verməlidir. Dərslikdə:

«şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hörmət etməsinə yönələn ideyalar olmalıdır;

şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır;

dünyəvilik prinsipinə riayət edilməlidir;

elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır;

illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır;

Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir;

milli, dini, irqi, cinsi və siyasi ayrı-seçkiliyi təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalıdır;

elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir» (31,58)

Yeni pedaqoji təfəkkür şəraitində gənc nəslin mənəviyyatının zənginləşdirilməsi, əxlaqının saflaşdırılması, nümunəvi davranışa malik olması, Azərbaycan dövlətçiliyinə hörmət ruhunda böyüməsi özünün aktuallığı ilə qarşıda dayanır. Məktəblilər, o cümlədən yuxarı sinif şagirdləri azərbaycançılıq, dünyəvilik, vətənpərvərlik prinsipləri ilə bərabər eyni zamanda dövlətçilik prinsipinə əsasən tərbiyə olunmalıdırlar. Heç də təsadüfi deyildir ki, “Gənclər siyasəti haqqında Azərbaycan Respublikası Qanunu”nda göstərilir ki, “Gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması”na gənclər siyasətində başlıca prinsiplər kimi yanaşılır. Gənclər siyasəti ilə bağlı Qanunda, həm də dövlət dilimizə və rəmzlərimizə hörmət olunması vacib məsələ kimi irəli sürülür. Bütün bunlar böyük, məktəb yaşlı şagirdlərin Azərbaycan dövlətçiliyinə hörmət ruhunda formalaşması məsələsi ilə sıx surətdə əlaqədardır. (8, 22)




    1. Yüklə 90,64 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin