Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə11/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   7   8   9   10   11   12   13   14   ...   70
C.Nabat Monoqrafiya

Mətnin oxusundan əvvəl

Mətnin oxusundan əvvəl əsərin adına baxmaq, fikirləşmək: “bu haqda nə zaman oxumuşam və ya eşitmişəm, yaxud televiziya verilişinə tamaşa etmişəm?
Qısaca desək, “Bu əsərdən hansı bilikləri əldə edəcəyəm”, “Bu biliklər mənə nəyə görə lazımdır?”, “Mən bu haqda esse yaza bilərəmmi?” və s.
Mətnin adına abzaslara, krasvordlara, şəkillərə, cədvəllərə, qrafiklərə, çalışmalara ötəri baxmaq. İlk məlumatlar əsasında fərziyyələr söyləmək. Oxu mətnində bəhs olunanlar haqqında fikir irəli sürmək. Söylənmiş fərziyyələri yazmaq.

Oxu prosesində lüğət işinin aparılması.

Əsərdə müəllifin əsas fikrini başa düşmək. Mətndə nəyin isə dolaşıq verildiyini hiss etdikdə həmin hissənin oxusunu saxlamaq və təzədən oxunmasını təşkil etmək. Müəllifin fikirlərini cədvəldə vermək

Mətnin oxusundan sonra

Mətnin oxusundan sonra daha geniş şərhə ehtiyacı olan faktları dəqiqləşdirmək və araşdırmaq.
11 Mətnin müəllifinin ideyası haqqında fikir söyləmək, nəticəyə gəlmək. Dəqiqləşdirmə: “Müəllifin bu əsəri yazmaqda məqsədi nə idi, o, oxuculara hansı mesajı verir?”
Oxunan mətn xoşunuza gəldimi? Siz onu oxumaqla məmnun oldunuzmu? Oxunuzu necə qiymətləndirə bilərsiniz? Səviyyələr üzrə qeyr edin: IV, III, II, I səviyyə.


Müəllim oxunun təşkilində işi planlaşdırmalı, ardıcıllıqla, plan üzrə fəaliyyət göstərməlidir.
Girişdən, əsas hissədən, nəticədən ibarət olan mətnin girişində hadisələrin iştirakçıları və baş verənlər, zaman, məkan məsələləri yer alır.  Qəhrəman və onun başına gələnlər əsas hissədə əhatə edilir.
Sonluqda hadisələr bitir, oxu prosesində əldə olunanlar haqqında ümumiləşdirmələr aparılır və əsərlə əlaqəli nəticəyə gəlinir [10, s.297].
Giriş.  Əşyanın təsviri, hadisənin ardıcıllığı, ilk tanışlıq; süjet xəttinin izlənilməsi, xüsusi əlamətlərin müəyyənləşdirilməsi. Diqqət edilməli faktlar:

  • oxu prosesinə hazırlığın təşkili, əsərdəki əşyaların, hadisələrin, digər maraqlı məqamların müəyyənləşdirilməsi;

  • əsərdə əsas məqsədin nədən ibarət olduğunun, fikirlərin əlaqələndirilməsinin, uyğun olub-olmadığının və s. təsvirlərin oxucunu qane edəcək səviyyədə verilməsinin müəyyənləşdirilməsi;

  • insanlara, əşyalara, hadisələrə, zamana və məkana aid təsvirlərin verildiyi əsas hissənin oxusu və əhəmiyyətinin müəyyənləşdirilməsi;

  • hadisələrin ardıcıllığının, təsvirlərin dolğunluğunun, hisslərin verilməsinin müəyyənləşdirilməsi;

  • əsərdə haqqında danışılan məsələlərin bədii təsvir vasitələri ilə verilməsi;

  • düşüncələrin, fikirlərin təqdimi yolları;

  • şagirdlərin inkişafının tənzimlənməsi;

  • nəticədə əsər haqqında söylənilənləri yekunlaşdırmaqla, oxucuya göndərilən mesajın dərk edilməsi.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin