Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə69/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   62   63   64   65   66   67   68   69   70
C.Nabat Monoqrafiya

Birinci qrup:
-Azərbaycan xalqı birlikdə düşmənə qarşı mübarizə aparır. Güc birlikdədir.
İkinci qrup:
-Babalarımız yaxşı deyib: “Tək əldən səs cıxmaz”, “El gücü, sel gücü”. 
-Bəli, biz birlikdə güclüyük.
Üçüncü qrup:
-Azadlığa qovuşmaq eşqi göyərçinlərə güc verdi. Onlar birlikdə qalib gəldilər.
Dördüncü qrup:
-Azərbaycan xalqının gücü onun birliyindədir. Biz birlikdə düşməni məhv etdik!
Fikirlər ümumiləşdirildi. Bundan sonra hər qrupa “Vətəni necə qorumalıyıq”, “Vətən müqəddəsdir, onu qorumaq üçün nə edə bilərik”, “Güc birlikdədir ifadəsi nə zaman əhəmiyyət kəsb edir”, “Sizin birliyiniz özünü necə göstərir” başlığı altında esse hazırlamaq tapşırıldı. 10 dəqiqəlik essenin nəticələri müzakirə edildi. Esselərdəki rəngarənglik, vətənə məhəbbət ifadə edən fikirlər çox maraqlı idi.
Oxu mətninin pollarla ifası(oxusu) şagirdlərin oynadığı kiçik bir pyesdir. Oxu mətnlərinin əksəriyyətində rollar üzrə oxumaq və səhnələşdirmək imkanı vardır. Mətnlərin rollar üzrə oxusu və səhnələşdirmə dərsin daha maraqlı və canlı keçməsini təmin edir.
İbtidai siniflərdə oxu təlimində söz assosiasiyalarından istifadə edilməsi də maraqlı situasiya yaradır. Yeni keçiləcək mövzunun məğzini təşkil edən bir söz müəllim tərəfindən söylənir və şagirdlərin həmin sözlə bağlı xatırladıqları sözlər markerlə lövhəyə və ya filipçata yazılır. 2-3 dəqiqə ərzində söylənilən sözlər müqayisə edilir və yeni mövzu ilə əlaqələndirilir.
Oxu dərslərində yekunlaşdırıcı diskussiyalar çox əhəmiyyətlidir. Diskussiya şagirdlərin fikir söyləmələrinə imkan yaradır və onlar fikirlərini tam çatdırmağa çalışırlar.
Fəal təlim metodlarından hər bir mətnin xarakterinə uyğun, həmçinin şagirdlərin bilik və yaş səviyyəsi nəzərə alınmaqla istifadə etmək mümkündür. Fəal təlim metodları təfəkkür fəaliyyətinin inkişafının stimullaşdırılmasını təmin edir, şagirdlər tam sərbəst şəkildə bilik, bacarıq və vərdişlərə yiyələnir, gələcək tədqiqatçılar kimi yetişirlər.
Çin mütəfəkkiri Konfusinin fikrincə, müəllim şagirddə maraq oyadır, məcbur etmir, deməli, şagirdin bilik qazanması asanlaşır, ona düşünmə imkanı verilir. Oxu təliminin fəal təlim metodları ilə təşkili şagirdləri düşünməyə yönəldir, dərketmə, düşünmə, bacarıqlarını inkişaf etdirir, onları müstəqil həyata hazırlayır.
Ədəbiyyat

  1. Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər). Bakı, 2012(https://aztehsil.com/kurikulum/678).

  2. Azərbaycan dili. 1-ci sinif. Bakı: “AltunKitab”MMS, 2012, 159 s.

  3. Azərbaycan dili. 2-ci sinif üçün dərslik. Bakı: Altun Kitab, 2009, 208 s.

  4. Azərbaycan dili. 3-cü sinif üçün dərslik. Bakı: Altun Kitab, 2012, 207 s.

  5. Azərbaycan dili. 4-cü sinif üçün dərslik. Bakı: Altun Kitab, 2011, 224 s.

  6. Cəfərova Nabat. Təlim prosesində inteqrasiyanın təşkili. Bakı: ADPU, 2018, 66 s.

  7. Əhmədov B.A. Ana dili dərslərində şagirdlərin nitqini inkişaf etdirmək 20 yolları. Bakı: Maarif, 1967, 110 s.

  8. Kurikulumların hazırlanması və tətbiqi məsələləri. Bakı: Mütərcim, 2006, 372 s.

  9. Qurbanov V.T. Azərbaycan dili təlimində fəndaxili ələqələr. Bakı: Müəllim, 2008, 181 s.

  10. Rəhimov A.N. Azərbaycan dili dərslərində şagirdlərin monoloji nitqinin inkişafı. Bakı: Çaşıoğlu, 1998, s.55

  11. Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı: Azərnəşr, 1953, 311 s.

  12. Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları) // Kurikulum, 2010, N 3, s. 117-130.

12.Ümumtəhsil məktəblərinin I-V sinifləri üçün fənn kurikulumları- Bakı : Təhsil,
2008. 210 s
Rusdilində

  1. Леонтьева А.А., Ризабов Т.В. Психологические вопросы обучения иностранцев русскому языку. Москва: МГУ, 1972, 108с.

  2. Карпов И.В. Психологические основы методики развития речи учащихся. //Развитие речи учащихся в процессе обучения в средной школе. М.: Изд.АПН РСФСР, 1954, с. 250

  3. Рубинштейн С. Л. К вопросу о языке, речи и мышлении. // Вопросы языкознания, 1957,№ 2, с.42-48.

  4. Щерба Л.В. Избранные работы по русскому языку. М., 1957, с. 110-129

İngilis dilində

  1. Richard J.Stiggins, Student-Involved Assessment for Learnin. 2005

  2. Stephanie Wasta, Teaching social studies, 2006

  3. İnternet resursları

  4. http://www.tehsilproblemleri.com/?p=15198

  5. http://aztehsil.com/kurikulum/503-fal-drsin-mumi-quruluu-drsn-7-mrhls.html

  6. http://aztehsil.com/kurikulum/809-muasir-drs-v-fal-tlim.html




NƏTİCƏ

  1. Oxu mədəniyyəti ümumi mədəniyyətin, dünyagörüşünün göstəricisidir. Oxu mədəniyyəti oxumağı həyati tələbat səviyyəsində dərk edən insanlara xas xüsusiyyətdir.

Oxuya tələbatın yaradılması qayğısına qalmaq, onu vərdişə çevrilməsinin vacibliyini düşünmək ibtidai siniflərdən başlanmalıdır və həmçinin bu ibtidai sinif müəllimlərinin vəzifə borcudur.

  1. Oxu şagirdlərin nitqinə güclü təsir göstərir. Oxu prosesində şagirdlər ədəbi tələffüz normalarına əməl etməyi öyrənir, orfoqrafiya və intonasiya komponentlərinə praktik olaraq yiyələnir. Oxu təliminin təşkili şagirdlərdə materialın məzmununu nağıletmə qabiliyyətini və bu zəmində şifahi nitq bacarıqlarını formalaşdırır, təfəkkürünü inkişaf etdirir.

  2. Oxu şagirdlərdə düzgün, sürətli, şüurlu və ifadəli oxumaq bacarığı formalaşdırır. Oxu təliminin yüksək səviyyədə təşkili və həyata keçirilməsinə həm Azərbaycan dili dərslərində, həm də digər fənlərin tədrisində, şagirdlərin sinifdənxaric fəaliyyətində xüsusi əhəmiyyət verməlidir. Oxu zamanı əsas məqsəd şagirdləri oxu sənətinə yiyələndirməkdir.

  3. Oxu prosesində səhvər obyektiv və subyektiv səbəblərdən baş verir. Şagirdlərin yaş xüsusiyyətinə uyğun olmayan mətnlərin seçilməsi, mətndə çətin sözlərin, terminlərin işlədilməsi, sözlərin mənasının izah olunmaması, lüğət işinin aparılmaması obyektiv səbəb kimi göstərilə bilər.

  4. Subyektiv səbəb kimi şagirdlərin sözlərdə səs-heca tərkibini müəyyənləşdirə bilməməsi, mətndəki sözlərdə obrazlılığı düymaması, mənimsəməməsi bəzi hallarda mətndəki sözlərin mətn daxilində yox, mətndənkənar dərk olunmasıdır.

  5. Oxu strategiyası-oxunun təşkili və düzgün idarə edilməsidir. Yəni şagirdlər oxu üçün təqdim edilən mətnin mənasının dərk edilməsini problem kimi, mətnin oxusunu isə problemin həll edilmə forması kimi, strategiyalı oxunu isə problemin həlli, fəaliyyətin düşünülmüş səviyyəsinin qurulması kimi dəyərləndirirlər. Strategiyalı oxu zamanı məqsədə çatmağın yolları, gözlənilən nəticələrə nail olmağın strategiyası qurulur. Belə yanaşmaya görə şagird materialı oxumazdan əvvəl həmin mətn haqqında xəyalında aydın təsəvvür yaradır.

  6. Strategiyalı oxunu oxunun zirvəsi adlandırmaq olar. Bu zaman şagird özü oxu fəaliyyətinin təşkilini, nəzarət edilməsini həyata keçirir. Strategiyalı oxu materialın dərk edilməsində mühüm rol oynayır. Şagird oxunun məqsədini müəyyənləşdirib, fəaliyyətini idarə edə bilir.
    Strategiyalı oxuda şagirdlər gözlənilən nəticəni oxuya başlamazdan əvvəl təsəvvür etməyi bacarırlar. Oxuda strategiya düşünmənin 3 mərhələsini əhatə edir: düşünməyə yönəltmə mərhələsi; dərketmə mərhələsi və düşünmə mərhələsi. Strategiyalı oxu zamanı biliklər inteqrasiya edilir, əlaqələndirilir və tətbiq edilir.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin