Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə1/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
  1   2   3   4   5   6   7   8   9   ...   70
C.Nabat Monoqrafiya


432 044
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ



NABAT CƏFƏROVA


İBTİDAİ SİNİFLƏRDƏ STRATEGİYALI OXU PROBLEMİ

Bakı-2022
Elmi redaktor: N.Q.Cəfərov
Akademik, Atatürk Mərkəzinin direktoru


Rəyçilər: Sayalı Sadıqova
Filologiya üzrə elmlər doktoru, professor,
AMEA RH yanında Terminologiya Komissiyasının sədr müavini,
Terminologiya şöbəsinin müdiri


Fikrət Xalıqov
Filologiya üzrə elmlər doktoru,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının professoru


Telman Quliyev
Filologiya üzrə elmlər doktoru, professor,
Gəncə Dövlət Universitetinin Azərbaycan
dili kafedrasının müdiri


Könül Məmmədova
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti

N.B.Cəfərova. İbtidai siniflərdə strategiyalı oxu problemi. Bakı-2022, ADPU-nəş. s.


Monoqrafiyanın hazırlanmasında əsas məqsəd ibtidai siniflərdə oxu təliminin təşkili üzrə işlərin məzmununu, effektiv növlərini müəy­yənləşdirmək, strategiyalı oxuya hazırlıq, oxu problemlərinə inteq­rativ yanaşma və oxu üzrə dərs prosesinin təşkili və dərsin səmərəliliyinin ar­tırılmasına kömək edən texnologiyaların rolunu aşkara çıxarmaq­dır.
Monoqrafiya yeni proqram (kurikulum) və yeni texnologiyalar əsa­sında hazırlanmış, ibtidai siniflərdə oxu təliminin təşkili üzrə işin məzmunu və metodik sistemi verilmişdir. Monoqrafiyada oxu təliminin təşkili texnologiyaları və oxu dərslərinin strukturuna dair yeni fikirlər söylənilmişdir.
Monoqrafiya magistr, müəllim və tədqiqatçılar üçün faydalıdır.
ÖN SÖZ
Müstəqil Azərbaycanın gələcək inkişafını, daha da çiçəklənməsini təmin edən amillərdən biri kimi təhsilin rolu böyükdür. Klassik mütəfəkkir Nizami Gəncəvi yazırdı: “Bilik öyrənməyi ar bilən hər kəs, dünyada mərifət qazana bilməz”.
Gələcək nəsllərin daha yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyətlər kimi yetişməsində, xalqına, adət-ənənələrinə hörmət, torpağa məhəbbət bəsləməsində təhsilin rolu danılmazdır. “... Məktəb və müəllimləri olmayan bir millət müəyyən bir sima və məfkurəsi olmayan cocuğa bənzər ki, öz xeyir və şərini düşünə, dost və düşmənini fərq edə bilməz ... . Məktəb nur və səadət çırağıdır”[3, s.128]. Odur ki, valideynlər də bu məsuliyyəti dərk etməli övladlarının təlim-tərbiyəsinə, oxuyub-öyrənməsinə həyati məsələ kimi baxmalıdırlar.
Psixoloqlar hesab edirlər ki, kitab oxuma vərdişi ilk əvvəl ailədə qazanılır. Bu səbəbdən də valideynlər uşaqlara tez-tez kitab oxumalı, vaxtaşırı maraqlı kitablar almalıdırlar. Valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir. Adətən, uşaqlar parlaq rəngli, şəkilli, nisbətən iri şriftlərlə yazılmış kitablara maraq göstərirlər.
İngilis filosofu Herbert Spenserin sözləri ilə desək, bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür. Bu fikirdə şəxsiyyətin formalaşmasında kitab mütaliəsinin mühüm şərt olduğu aydın şəkildə özünü göstərir. Belə bir deyim də vardır ki, on kitab oxumaq insanın həyatını istədiyi kimi qurmağa kömək edir. Lakin ən ağıllı on kitaba tapmaq üçün isə daha çoxlu kitab oxunmalıdır.
Azərbaycanda da şəxsiyyətin mədəniyyət göstəricilərindən biri kimi onun oxu vərdişləri, mütaliəetmə xüsusiyyəti dəyərləndirilir.
Belə ki, insanın kompetensiyalarının qiymətləndirilməsində onun malik olduğu vərdişlər, həyatın müxtəlif sahələrində əldə etdiyi uğurlar əsas götürülür. Bu vərdişlər arzuların reallaşması və gəncin öz həyatını informasiya əsrinin tələbləri səviyyəsində qurmasında vacib şərtlərdəndir ki, onun mərkəzində oxu mədəniyyəti durur. Belə düşünmək olar ki, müasir texnoloji inkişaf, informasiya vasitələrinin çoxluğu oxuya maraqı azaldacaqdır. Müasir dövrümüzün reallıqlarını nəzərə alsaq, bu yanaşmanın gerçəyə çox yaxın olduğunu görə bilərik, lakin kitabı dəyərləndirən hər kəs bilir ki, kitab insanın ən yaxın dostu, həmsöhbəti və yol göstərənidir. Kitab oxuyan insanın mənəvi aləmi zənginləşir, dünyaya baxış bucağı dəyişir, sivil cəmiyyətin ideal şəxsiyyəti olur.
Təqdim edilən monoqrafiyada oxu bacarığı, oxu vərdişi, oxuya məhəbbət, kitablara qayğılı münasibət, oxunun növləri, oxunun metodları, strategiyalı oxu, kitabdan istifadə qaydalarına dair tövsiyələr, həmçinin oxu dərslərinin təşkilinə dair praktik dərs nümunələri, kitab haqqında hikmətli fikirlər mühüm yer tutur.
Monoqrafiya ilə bağlı faydalı fikirlərini bildirən hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin