Ə Ə İ a I mallar



Yüklə 58.91 Kb.
PDF просмотр
tarix31.03.2017
ölçüsü58.91 Kb.

125

2016/3 (22)

Ə Ə İ

A  İ MALLAR

UOT: 617.75

Şəfərov S.U.Həsənzadə L.Y.*

KÖK HüCEYRƏLƏRİN OFTALMOLOGİYADA TƏTBİQİ (ƏDƏBİYYAT 

İCMALi)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Ə.Əliyev adına AZDHTİ-nun Göz xəstəlikləri kafedrası, Bakı şəh., Azərbaycan*

Açar sözlər:kök hüceyrələr,embrion, allogen

Müasir oftalmologiyada yeni texnoloji inkişaf bir sıra həlli çətin məsələlərin qarşısında yeni üfüqlər açmasına 

baxmayaraq  hələ  də  bir  sıra  irsi,  qeyri-irsi  və  geridönməz  patoloji  proseslər  səmərəli  müalicə  üsullarını  səbrlə 

gözləməkdədir. Bu baxımdan artiq dünyada bir sıra perspektiv elmi cəhdlər yavaş-yavaş işıq üzü görməkdədir. 

Belə yanaşmalardan biri də öz aktuallığı ilə diqqəti cəlb edən kök hüceyrələrin oftalmolgiyada tətbiqidir. Əvvəlcə 

kök hücüyrələr barəsində əldə etdiyimiz məlumatlardan bəhs edək [1, 3-14]



1.Lüğəti çərçivə

Kök hücüyrələr haqqında ilk terminoloji məlumat 1908-ci ildə rus histoloqu və hematoloqu A. A. Maksimov 

tərəfindən verilmişdir.

Bu  zaman  çeşidli  kök  hüceyrə  qruplarını  adlandırmaq  üçün  aşağıdakı  variantlardan  istifadə  edilir:  kök 

hüceyrələri, ibtidai hüceyrələr, kambial hüceyrələr, progenitor hüceyrələr, hemisitoblastlar və s.

2. Təsnifatı

Keçmiş təsəvvürlərə görə kök hüceyrələri differensasiya potensialına uyğun təsnif olunur.



a) Totipotent hüceyrələr: Bütün embrional və ekstraembional hücüyrələri formalaşdıra bilmək qabiliyyətinə 

malikdirlər. Bunlara mayalanmış oositlər və 2-8 hüceyrə blastomerləri aid edilir.



b) Plüriopotent hüceyrələr: Embrionun bütün hüceyrə tiplərini formalaşdıra bilmək qabiliyyətinə malikdirlər. 

Bunlara embrional kök hüceyrələri və embrional karsinoma hüceyrələri aid edilir.

v) Kök hüceyrələrin digər tipləri formalaşmış yaşlı orqanizmdə lokalizasiya olunurlar (Adult Stem CELLS) 

və yaşlı , regionar və toxuma kök hüceyrələri adlanırlar. Onlar differensiasiya qabiliyyətinə görə multipatentdən 

unipatentə  görə  dəyişirlər.  Lakin  müasir  təsəvvürlərə  əsasən  kök  hüceyrələri  daha  çox  onların  xaric  olunmuş 

mənbəyinə görə təsnif edilir. Bu klasifikasiya Virender Sangvana istinad edilmişdir.

Bunlara aiddir:

a) 


Embrional

b) 


Fetal (abort materialından xaric olunan)

c) 


Yaşlı orqanizmin kök hüceyrələri 

3. Nəzəri çərçivə 

Kök hüceyrələri yeni kök hüceyrələri yaradaraq öz-özünə yenilənmək qabiliyyətinə, mitoz üsulu ilə bölünməyə 

və  xüsusi  hüceyrələrə  differensiasiya  etmək  ,  yəni  müxtəlif  orqan  və  toxuma  hüceyrələrinə  çevrilə  bilmək 

qabiliyyərinə malikdirlər.

Çoxhüceyrəli orqanizmlərin inkişafı bir kök hüceyrəsindən başlayır. Çoxsaylı bölünmə siklinin və differensasiya 

prosesinin nəticəsində həmin bioloji növ üçün xarakterik olan bütün hüceyrə növləri yaranır. İnsan orqanizmdə 

belə növ hücüyrələr220-dən çoxdur. Kök hüceyrələr yetkin orqanizmdə də qalır və funksiya göstərirlər. Onların 

sayəsində orqan və toxumaların yenilənməsi və bərpa olunması həyata keçə bilər. Bununla bərabər orqanizmin 

qocalması prosesində onlarin miqdarı azalır.

Tarixi çərçivə

Müasir embriologiyanın banisi hesab edilən L. Areya görə (1974) həyatın əmələ gəlməsi və insanın inkişafını 

başa  düşmək  üçün  ilk  cəhdləri Aristotel  (b.e.ə.384-322)  etmişdir:  həyat  hər  dəfə  ananın  uşaqlığında  de  novo 

spontan generazisasiyanın hesabına əmələ gəlir [12].

  Lakin,  1864-cü  ildə  mikroorqanizmlərin  yetişdirilməsi  üzrə  LUİ  PASTER-in  təcrübələri  Aristotelin 

ehtimallarının əsassız olduğunu sübut etdi. stop

1858-ci  ildə  Rudol  Virxov  bu  ehtimalı  dəqiqləşdirərək  öz  potensialını  irəli  sürmüşdür:  Orqanizmin  bütün 

hüceyrələri əvvəl mövcud olunmuş hüceyrələrdən yaranır.

Amma, çox təəssüf olsun ki, çox ciddi-cəhdlərə baxmayaraq qlaukoma və katarakta riski ağır xəstəliklər kök 

hüceyrə terapiyasına tabe olmurlar. Qeyd etmək lazımdır ki, oftalmoloji xəstəliklərinin müalicəsində autogen və 



126

2016/3 (22)

Ə Ə İ

A  İ MALLAR

allogen (Fetal) kök hüceyrələr bioloji aktiv məhsullar yaradir onların sayəsində deformasiya uğramış toxumaların 

bərpasını  aktivləşdirərək  toxuma  və  hüceyrə  hemostatını  nizamlayır.  Əlbəttə  bir  xəstəliklərdə,  məsələn  yüngül 

yanıqlar ,residivləşməyən eroziyalar zamanı standart hüceyrə terapiyasına kəskin təlabat yaranır. Lakin, eroziya 

residivləşirsə və ya 3-4-cü dərəcəli yaniqlar olarsa, o zaman nəinki məsləhətdi, əksinə çox yazıb tələbata çevrilir 

hüceyrə transplantasiyası [8, 14, 16, 20]. Bu prosedurun aparılması çox bəsitdir. Hətta cərrahi müdaxiləyə zərurət 

yaranmadan adi linza ilə fiksasiya etmək olar. 

Sümük  iliyindəki  kök  hüceyrə  heyranedici  qabiliyyətə  malikdir.  Orqanizmdə  azalan  hüceyrələri  dərhal 

müəyyən edir və xüsusi bölünmə qabiliyyəti ilə ehtiyyac olan hüceyrələr xüsusiyyətində lazimi miqdarda çoxalır. 

Kök hüceyrənin bu möcüzəvi çoxalması orqanizmdə heç vaxt tarazlığın pozulmaması , həyatımızın problemsiz 

davam etməsi üçün lazımlı səbəblərdən sadəcə biridir.

  ABŞ-da  araşdırmaçılar  siçanlar  üzərində  eksperiment  apararkən  göstərmişlər  ki,  sümük  iliyindəki  kök 

hüceyrələr  xüsusiləşdirilmiş  buynuz  qişa  toxumasına  differensasiya  edə  bilirlər.  Onlar  hesab  edirlər  ki,  sümük 

iliyindən olan kök hüceyrələr buynuz qişa xəstəlikləri zamanı transplantasiya oluna bilər [6, 7, 8, 9, 13, 15, 19].

 İspaniya oftalmoloqu Fernandez Hortelano buynuz qişanın kök hüceyrələrini yetişdirərək əldə edə bilmişdi. 

Məsələnin məğzi onadadır ki, o buynuz qişadan aldığı biopsiya materiallarını xırda hissələrə bölərək amniotik 

membran  üzərində  kultuvasiya  edərək  almışdır.  Bu  yolla  alınan  buynuz  qişa  hüceyrələri  zədələnmiş  gözə 

transpalntasiya olunur. Dovşanlar üzərində aparılan metod olduqca uğurlu alınmışdır [13, 14, 18, 20].

Kök hüceyrə müdaxiləsi zamanı və onun tərkibində olan sitokinlər, interleykinlər və böyümə faktoru bilavasitə 

toxuma və hüceyrələrin bərpa proseslərini aktivləşdirərək müsbət effekt göstərir. 



Kök hüceyrə texnologiyası

Axır  on  illiklərdə  bütün  dünyada  göz  xəstəliklərinin  artması  ilə  əlaqədar  dayanıqlı  tendensiya  müşahidə 

olunmaqdadır. Səbəbindən asılı olmayaraq bütün patoloji proseslər sturuktur dəyişikliklərə səbəb olur. Bir çox göz 

xəstəlikləri üçün patogenetik şərtlərə uyğun müalicə tədbirləri həyata keçirilmir.

Nəticədə  sağalma  effekti  aşağı  səviyyədə  olur  və  əlillik  halları  daha  sürətlə  artmağa  başlayır.  Bu  səbəbdən 

biotəbabətin  yeni  istiqamətdə  inkişafı  və  ayrı-ayrı  elmi  tibbi  sahələrlə  sinergik  əlaqəli  perspektivlər  o  cümlədən 

toxuma mühəndisliyi , regenerativ təbabət əvvəlcədən korluğa məhkum olunmuş insanlar üçün ümidverici üfiqlər açır. 

Dünya  oftalmologiyasının  əsas  problemi  təcrid  olunmuş  şəkildə  hər  hansı  şəkildə  tamlığın  pozulmasından 

sonra toxumanın qismən bərpa olunmasıdır. ü.S.T-nın verdiyi proqnoza əsasən yaxın 20-30 il ərzində hüceyrə 

texnologiyasından istifadə edən pasiyentlərin sayı təxminən 70 % artacaq. Bir çox hallarda interkurrent oftalmoloji 

patologiyalar zamanı həm autoloqik, həm də donor kök hüceyrələrdən istifadə olunur. Elm adamları bir tərəfdən 

kök hüceyrə köçürülməsi ilə məşğul olarkən , digər tərəfdən isə daha vacib suala cavab axtarırlar . Kök hüceyrələri 

dəyişdirən inpulsun mənbəyi nədir? Deyək ki, kök hüceyrə köçürülməsi uğurla nəticələndi , bəs kök hüceyrələrinin 

özünəməxsus funksiyalarının yerinə yetirən hüceyrələrə çevirən impuls haradan gəlir?

Hər biri atom yığımından ibarət və heç bir ağıla malik olmayan hüceyrələr necə olur ki, bir anda dəyişməyə 

qərar verirlər.



Kök hüceyrələrin oftalmologiyada rolu 

Bütün oftalmoloji xəstəliklər içərisində ən təhlükəli hesab olunan makulyar distrofiya, tapetoretinal abiotrofiya 

və digər tapetoretinal distrofiyalar müalicəyə çox çətin tabe olur və yaxud heç bir perspektiv olmur. Belə hallarda 

deformasiya olunmuş torlu qişa və digər toxumaların yerindən bərpa və funksional olaraq fəaliyyət göstərməsindən 

ötrü canlı mənbə hesab olunan kök

hüceyrələr  imdada  çatır.  Müasir  zamanda  travmaya  uğramış  bütün  toxumaların  regenerasiya  proseslərini 

sürətləndirmək  üçün  kök  hüceyrələrdən  istifadə  olunmağa  başlamışdır.  Uzun  müddətli  elmi  araşdırmalar  və 

labarator sınaqlar nəticəsində rəsmi tababət aşağıdakı xəstəlikləri kök hüceyrələrinin köməkliyi ilə müalicə edir. 

a) Göz yanıqları

b) Astiqmatizm

c)Taporetinal distrofiya 

d) Görmə orqanı travmaları

c) Görmə siniri atrofiyası

Hüceyrə oftalmoloji müalicənin kursu əvvəlcə xəstədə bir müalicəyə qarşı əks göstərişlərin olub-olmaması ilə 

əlaqədar müayinələr aparılır. Daha sonra xəstəliyə uyğun sümük iliyi seçilərək yığılır. 

Orqanizmdə müftəlif kök hüceyrə növləri vardır və bunlardan və bəziləri özləri 7-8 müxtəlif hüceyrəyə çevrilə 

bilir. Bəziləri isə məhdud sayda hüceyrəyə çevrilə bilir, bəziləri isə məhdud sayda hüceyrəyə dönüş ola bilir. Bu 

qabiliyyətlərinə görə kök hüceyrələr totipotent, pluripotant, multipotent və unipotent olaraq fərqli isimlər daşıyır. 

Yəni,  bir  kök  hüceyrəni  əgər  orqanizmaya  görmə  siniri  hüceyrəsi  olsun  deyə  yeritsək,  o  kök  hüceyrəsinin  əsl 


127

2016/3 (22)

Ə Ə İ

A  İ MALLAR

vəzifəsi bir qan hüceyrəsinə çevrilmə qabiliyyətinə malikdirsə gözlədiyimiz nəticəni almayacağıq. Embriondan 

əldə etdiyimiz kök hüceyrələr hər hüceyrəyə dönə bilir. Ancaq bu hüceyrələri hələ ki, insanlarda yetişdirilməyir. 

Çünki, bizim şüurumuzun və bədinimizin nəzarətindən çıxıb zərərli , hətta bədxassəli şişlərərdə çevrilə bilir. Bu 

səbəbdən insanlara ancaq göbək ciyəsi və ya xəstənin özündən əldə edilən hüceyrədən istifadə olunur. Sümük 

iliyindən  əldə  edilən  kök  hüceyrələr  qana,  beyindən  əldə  edilən  sinir  kök  hüceyrələri  isə  beyin  hüceyrələrinə 

çevrilir (şək.1).

Şək.1. Kök hüceyrələrinin bərpası ( Zakaria N.,Haagdorens M)

Əgər biz kök hüceyrə ilə bir xəstəlik müalicə etməyi düşünürsə, funksional bir toxuma hüceyrəsini alıb genetik 

quruluşunu dəyişdirərək istədiyimiz dönüşmə potensialı olan kök hüceyrəyə döndürməliyik. Müasir zamanda bu 

mümkün olan bir haldır.

Hətta bir kök hüceyrə götürüb embrionin kök hüceyrə halına gətirib ondan istədiyimiz hüceyrə və toxumanı 

əldə  edə  bilərik.  Buna  İPS  (İnduced  Pluripotent  Stem  Cell)  adı  verilir.  Bu  yeni  bir  texnologiyadır.  Belə  bir 

texnologiyaya yeni başlanılib. Hətta hər hansı bir kök hüceyrədən hər şeyə çevrilə bilən kök hüceyrə (İPS) əmələ 

gətirmə  texnologiyasını  tapan  biri  ingilis,  digəri Yapon,  2  elm  adamı  2012-ci  ildə Tibb  Nobel  Mukafatını  aldı 

. Əgər müalicədə embriondan əldə ediləcək kök hüceyrələr istifadə edilərsə , bu gün üçün bu çox təhlükəlidir. 

Çünki, bəd xassəli şişə səbəb ola bilər.

Elm adamları, yaşlanma ya da xəstəlik ya da xəstəlik səbəbiylə qeyd olan retina hüceyrələrini embriolik kök 

hüceyrələr vasitısilə yeniləməyə müvəffəq oldular. Digər canlılar üzərində aparılan sınaqlar 5 il ərzində insanlara 

da tətbiq ediləcək. İngiltərədə Moorfields Göz xəstəxanası və London College universitetdən olan həkimlər torlu 

qişada sıradan çıxmış retina hüceyrələrini kök hüceyrə ilə nəqli bərpa etməyə müvəffəq olmuşlar. Bu zaman onlar 

4 ay ərzində bu işə müvəffəq olmuşlar. Çalışmaların yaşla bağlı xəstəliklərdə çox faydalı olacağı gözlənilir. Ancaq 

ölən hüceyrələrin yerinə kök hüceyrələr transferi hələlik digər canlılarda mümkün olur. 

Kök hüceyrə müalicəsində durum daha ferqlidir. Həkimlər kök hüceyrədə normalda gördüyü 

mükəmməl işi transplantasiyadan sonra da eyni incəliklə yerinə yetirməyi umurlar. Məsələn, sümük iliyindən 

qan hüceyrəsi almaq istəyiriksə burda heç bir problem yoxdur. Fitrətən vəzifəsi də elə budur. Amma kök hüceyrədir 

deyə ondan görmədiyi bir işi gözləməkdən ötrü onun genetik dəyişikliyə uğradıb müəyyən dərmanlarda ağlımızın 

müəyyən  sərhəd  çərçivəsində  istiqamətini  dəyişməliyik.  Bir  kök  hüceyrəsini  başqasından  alıb  yönləndirməklə 

bərabər insanın özündən də alıb düzgün olaraq yönləndirmək olar. Bir çox səbəbdən toxuma nə qədər uyğun olursa 

olsun kök hüceyrə orqnizmaya daxil olunca eyni işi görən bədəndəki hüceyrələrlə nə cür çalışacağını bilmirik. 

Gec-tez vücuda daxil olan kök hüceyrə hansı yoldan daxil olursa olsun gedecəklıri yeri mütləq tapırlar. Çünki, 

patoloji bölgədən qana müəyyən siqnallar daxil olur. Amma bəzən kök hüceyrələr bu siqnalları qarışdıra bilir. 

Hətta nadir hallarda bele yanlış anlaya bilib başqa hüceyrələr bu siqnalları qarışdıra bilir. Hətta nadir hallarda bele 

yanlış anlaya bilib başqa hüceyrələrə də çevrilə bilirlər. Əgər kök hüceyrə vücud hüceyrələri ilə uyumlu fəaliyyət 

göstərə bilməzsə orqanizmaya 2 fərqli şəkildə zərər verə bilər. 

1. Orqanizmaya verilən kök hüceyrələrin vücudumuzu qoruyan müdafiə hüceyrələri, yəni leykositlər tərəfindən 

yad cisim kimi qəbul edib yox edilirlər. 



128

2016/3 (22)

Ə Ə İ

A  İ MALLAR

2. Və yaxud biz buynuz qişa hüceyrəsi düzəltsin deyə o kök hüceyrələr əsgərlər kimi özünü aparıb vücudumuzdakı 

digər  norma  hüceyrələri  düşmən  kimi  dərk  edib  həmin  o  normal  hüceyrələri  məhv  edər.  Bu  cür  qeyri-normal 

proseslərin qarşısını almaqdan ötrü ən gözəl yönəlik orqanizmaya öz kök hüceyrələrini verməkdir. Bu səbəblə 

göbək  ciyəsinin  qanı  çox  önəmlidir.  Digər  faktor  isə  kök  hüceyrə  alımındakı  yan  təsirlərdir.  Məsələn,  sümük 

iliyindən əməliyyat vasitəsilə ilə kök hüceyrə alarkən ora infeksiyanın və digər anesteziyanın mənfi təsirləri faktor 

ola bilər. Bir çox xəstələr könüllü olaraq hələ rəsmi təsdiqini tapmamış müalicə vasitələrini qəbul etməyə hazırdırlar. 

Bizim önəm verdiyimiz Beynəlxalq Səhiyyə Təşkilatında təstiqini tapmamış müalicə üsulunu eksperiment təcrübü 

olsa belə etməməyimizdir. Hətta xəstələr bizi məcbur etsələr belə biz bu cür yaxınlaşmaya getməli deyillik. Çünki, 

bu müalicə üsulunun uzaq və yaxın zərərləri, fəsadları ola bilər. Məsələn, bir uşağa yeridilmiş kök hüceyrə uşaqda 

beyin bəd xassəli törəməsinə səbəb olmuşdur. Hətta kosmetik məqsədli istifadə olunan kök hüceyrələri aşağı göz 

qapağında sümüyə çevrilmişdir. Təcrübü xarakterli müalicə deyilən üsul çox vaxt təcrübi olmur. Bu baxımdan kök 

hüceyrə müalicəsi aktual bir mövzu olaraq Azərbaycanda Səhiyyə Nazirliyi tərrəfindən təsdiqini almalı və 

XXi  əsrin  gen  və  Nano  texnologiyası  ilə  birlikdə  tibbə  möhür  vuracaqbir  metod  ola  bilməsi  kəsinliklə 

mümkündür.

ƏDƏBİYYAT:

1. 

Tağıbəyov K.Q, Aslanova V.Ə. Buynuz qişa strukturlarının visualizasiya üsulları // Oftalmologiya, Bakı, 



2011, 1(5), s.78-81.

2. 


Максимов A.лимфоцит как общая стволовая клетка различныхэлэментов крови в эмбриональном 

развитии и посфетальной жизнимлекопетающих // Folia Haematologica,1999, c.125-134.

3. 

Алмазова В.А.Cтволовые клетки показали свою бесполезность в борьбе с инфарктами/Cб. науч. 



тр.,2010, 416 с.

4. 


Мониторинг и успешная индукция нефогенной промежуточной мезoдермы из стволовыхклеток 

человека: публикация исследовательской лаборатории на сайте Киотского университета, 2013.

5. 

Алмазова В.А. Японские биологи впервые смогли вырастить яйцеклетки из стволовых клеток и 



получить с их помощью здоровое потомство у мышей / Cб. науч.тр.,2010, 315 с.

6. 


Fernandes M., Sangwan V.S. Limbal Stem Cell Transplantation //İndian J.Ophtalmol.,2004,v.52, p.5-22.

7. 


Holland  E.J.,  Mannis  M.J.  Ocular  Surface  Disease  Medical  and  Surgical  Management.New 

York,NY:Springer-Verlag New York inc, 2002, p.100-112.

8. 

Jhagta  H.S.,  Jain  P.Limbal  Stem  Cell  Deficiency  Folloüing  Phototherapeutic  Keratectomy//Cornea, 



2007, v.26(1), p.391-395.

9. 


Kawamura A.Teratocarcinoma arising from induced pluripotent stem cell-derived cardiac tissue constructs 

can be diagnosed by FDG-PET to induce alloimmune rejection by cessation of immunosuppression /

Suita-City,JP, ESC Congress 2014,p.365.

10.  LevinL.A., RitchR., RichardsJ.E.et al. Stem Cell Therapy for Ocular Disorders JAMA ophthalmology // 

Arch.Ophthalmol., 2004, v.122(4), p.621-627.

11. 


MacLaren R E., Pearson R.A. Stem cell therapy and the retina / Cambridge Ophthalmology Symposium., 

2015


12.  MeadB., BerryM., LoganA. et al. Stem cell treatment of degenerative eye disease // Stem Cell Research, 

v.14(3), 2015, p.243–25 

13.  Genevieve A. S. Limbal epithelial stem cells of the cornea //London, EC1V 9EL, UK

14.  Ambati  B.K.,  Patterson  E.J.,  P.  Jenkins  et  al.Solublevascularendothelialgrowth  factor  receptor-1 

contributes to the corneal antiangiogenic barrier // Br. J.Ophthalmol., 2007, v.91, p.505–508.

15.  TestaB.V., iorioA.E., E.Mavilio et al. C/EBP delta regulates cell cycle and self-renewal of human limbal 

stem cells // J. Cell Biol1., 2007, v.77, p.1037–1049.

16.  Calvi L.M., Adams G.B., Weibrecht K.W. et al. Osteoblastic cells regulate thehaematopoietic stem cell 

niche // Nature, 2003, v.425, p.841–846. 

17.  LoundR.D., WangSh., Klimanskayai. et al. Human Embryonic Stem Cell-Derived Cells Rescue Visual 

Function in DystrophicRCSRats // issue publication date, 2006, 

18.  DudneyB.W., MalechaM.A. Limbal Stem Cell deficiency following topical mitomycin c treatment of 

Conjunctival-Corneal intraepithelial neoplasia //Am. J.Ophthalmol., 2004, V.137(5), p.950-951.

19.  DuaH.S. Limbal Stem Cells of the Corneal Epithelium //Surv.Ophthalmol., 2000, v.44(5), p.415-425.

20.  Dua  H.S.,  Saini  J.S.,  Azuara-BlancoA.Limbal  stem  cell  deficiency:  aetiology,  clinical  presentation, 

diagnosis and management //indian J. Ophthalmol., 2000, v.48(2), p.:83-92. 



129

2016/3 (22)

Ə Ə İ

A  İ MALLAR

Cафаров С.у,гасанзаде л.Ю.*

приМеНеНие СтВОлОВЫх КлетОК В ОФтАльМОлОгии(OБЗОр 

литерАтурЫ)



Национальный Центр Отальмологии имени академика Зарифы Алиевой, г.Баку, Азербайджан

Кафедра Офтальмологии Азербайджанского Государственного Института Усовершенствования врачей 

им. А. Алиева, г. Баку*

Ключевые слова:стволовые клетки, эмбрион, аллоген

реЗЮМе


Среди наиболее опасных офтальмологических заболеваний можно назвать глаукому, дистрофию жел-

того  пятна,  тапеторетинальную  абиотрофию  и  другие  тапеторетинальные  дистрофии.  Для  увеличения 

успешного  исхода  лечения,  при  многих  офтальмологических  заболеваниях  (астигматизме,  тапеторети-

нальных дистрофиях, атрофии зрительного нерва и тапеторетинальных дегенерациях) стволовые клетки 

внедряют непосредственно в глаз. Благодаря длительным исследованиям и лабораторным испытаниям, се-

годня официальная медицина лечит при помощи стволовых клеток, такие глазные болезни:глазные ожоги, 

Астигматизм, тапеторетинальная дистрофия, травмы глаз, Атрофия глазных нервов. 

Но, к сожалению, несмотря на стремительное развитие медицины, такие нарушения зрения как глауко-

ма и катаракта до сих пор не излечимы методом внедрения стволовых клеток.

Safarov S.U., Hasanzade L. Y.*

STEM CELL iN OPHTHALMOLOGY (LiTERATURE REViEW)

National Centre of Ophthalmology named after acad. ZarifaAliyeva, Baku, Azerbaijan.

Azerbaijan İnstitute of Postgraduate Education after A.Aliev, Baku, Azerbaijan.* 

Key words:stem cell, embrion, allogen

SUMMARY


Cell  injury  or  degeneration  occurs  in  a  number  of  blinding  diseases.Therapy  has  classically  consisted  of 

preventing  the  initial  injury  or  increasingthe  resistance  of  cells  to  injury  (cytoprotection).  Recently,  it  has 

becomepossible to repopulate tissue compartments with stem cells. This article presentsa current summary of ocular 

stem cell research and applications to disease. Rapid progress is beingmade, and some of the first applications of 

stem cells to wound repair inhuman eyes have produced successes that offer hope for the use of stem cellsin other 

ophthalmologic conditions.



Korrespondensiya üçün:

Səfərov Səfər Umüd oğlu, akademik Zərifə Əliyeva ad. Milli Oftalmologiya Mərkəzinin uşaq və yeniyetmələrin 

görməsinin mühafizəsi şöbəsinin həkim-oftalmoloqu

Həsənzadə Lamiyə Yunus qızı, Ə.Əliyev adına AZDHTİ-nun Göz xəstəlikləri kafedrası

Тел.: (99412) 569-91-36, (99412) 569-91-37 

Ünvan: AZ1000, Bakı şəh., Cavadxan küç., məhəllə 32/15. 

Email: administrator@eye.az : www.eye.az 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə