Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Oxu dərslərində əyanilikdən istifadə imkanları



Yüklə 0,51 Mb.
səhifə63/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   59   60   61   62   63   64   65   66   ...   70
C.Nabat Monoqrafiya

Oxu dərslərində əyanilikdən istifadə imkanları

Böyük pedaqoqlar hər zaman bu və digər şəkildə təlimdə əyaniliyin rolunu yuksək qiymətləndirmişlər. Təlimin təşkilində əyaniliyin tətbiqi təfəkkürün öz xarakterindən doğur. Həyatda mövcüd olan varlıqlar qavranılır, duyğularımız təfəkkürə informasiyalar göndərir, ətraf aləmi təsəvvür edirik, dərk edirik. Müşahidələr daimi informasiya mənbəyi kimi ətraf aləmin dərk edilməsində, biliklərin qavranılmasında mühüm rol oynayır. Təlimin real əşyalar və hadisələr üzərində qurulması prinsip kimi əyaniliyi əsaslandırır. Təlim prosesində şagirdlərin əyani-obrazlı təfəkkürünün nəzərə alınması da mühüm şərtdir.


İbtidai sinif dərsliklərində verilən mətnlərin oxusunun əyaniləşdirilməsi zəruri məsələlərdən biridir. Düzdür, dərslikdə hər bir oxu mətninə dair şəkillər və illüstrasiyalar verilir, lakin bunlar oxu prosesinin əyaniləşdirilməsinə dair ehtiyacı qismən ödəyir. Müəllim oxu prosesində səmərəli nəticə əldə etmək üçün əyaniliyə üstünlük verməli, dərslikdə verilən şəkillər və illüstrasiyalarla kifayətlənməməli, fəaliyyətini yaradıcı şəkildə təşkil etməlidir.
Oxu materialının mənimsənilməsi prosesində əyaniliyin böyük rol oynadığını hər bir müəllim yaxşı bilir. Təlim zamanı şagirdlərin fəallığını təşkil etmək üçün əyanilikdən istifadə edilməsi vacib şərtdir. İbtidai siniflərdə biliklərin mənimsənilməsinin əsas göstəricisi əyaniliyin olmasıdır. Belə olduqda şagird öyrənilənləri daha şüurlu mənimsəyir. Əyaniliyi hər zaman tətbiq etmək mümkün olmadığından(mücərrədlik nəzərə alınmalıdır) müəllim fəal təlim üsullarından faydalanmalı, şagirdlərdə təsəvvür, təfəkkür, təxəyyülün inkişafına şərait yaratmalıdır.
Əyanilik prinsipi əsasında uşaq rənglərə, formalara, surətlərə görə fikirləşir. Bu prinsip nəticəsində ibtidai sinif şagirdləri oxu zamanı mövcud anlayışların, hadisə və proseslərin mahiyyətini şüurlu mənimsəyə bilirlər. Əyanilik dərketmə marağını artırır, oxunan materialın uzun müddət yadda qalmasına imkan verir. Ona görə də sagirdlər hər şeyi daha asan və daha möhkəm mənimsəyirlər. Əyaniliyin müxtəlif növləri var: şərti təsviri əyanilik, dinamik əyanilik natural əyanilik, əşya əyaniliyi, obrazlı nitq əyaniliyi, və s. İbtidai siniflərdə oxu dərsərində, strategiyalı oxu zamanı ilk tanışlıqda əyanilikdən istifadə daha faydalıdır. Təlim prosesində əyanilikdən istifadə edilməsi dərsin səmərəliliyini artırır. Odur ki, müəllim mövzunun xarakterinə uyğun olaraq əyaniliyin tətbiqinə diqqət yetirməlidir, əyani vəsaitlər hazırlamalı, imkan daxilində əyaniliyin digər növlərindən istifadə etməlidir.
Əyanilik reallıqla bağlı prinsipdir. Çex pedoqoqu Y.A.Komenski bunu “qızıl qayda” adlandırmışdır və əyaniliyin təlimdə tətbiqini zəruri saymışdır.
Əyaniliyin tətbiqi öyrənilən materialın real əşya və hadisələr üzərində qurulmasını təmin edir, daha da aydın və dürüst dərketmə imkanı yaradır[8]. Y.A.Komenski “Pansofiya” (elmlər sistemini yaratmaq–müdriklik) ideyasını irəli sürmüş və “Pansofiya”nın ümumi təhsilin“yığcam tam kursunu verən“ və “dünyanı canlı əks etdirən bir kitab” olacağı qənaətinə gəlmişdir. Y.A.Komenski təkcə nəyi öyrətmək və nəyi öyrənmək barədə deyil, eyni zamanda necə öyrətmək və ya necə öyrənmək barədə söz açmışdır.
Çex pedaqoqu Y.A.Komenskinin təbirincə, tədrisdə istifadəyə cəlb olunan əşyalar faktlarla əsaslandırılmalıdır, bunun əhəmiyyəti ondan ibarətdir ki, təlimdə şübhəli heç nə qalmasın. Təlimə kömək edən vasitələrin əyani olması müəllimin işini asanlaşdırır, şagirdlərin diqqətini isə dərsə yönəldir. Əyaniliyin köməkliyi ilə mənimsənilmiş biliklər yaddaşda daha yaxşı qalır.
Biliklər əyaniliklə daha möhkəm və dərindən qavranılır. Əyanilik emosional təsirin artmasına böyük kömək edir[8, s.57]. Belə ki, hər bir oxu dərsinin əyaniliyə əsaslanması, canlı, emosional keçməsi, şagirdlərdə hisslərin oyanmasının, oxu materialının şüurlu mənimsənilməsinin və yadda qalmasının, qavramanın möhkəmlənməsinin təminatçısı kimi çıxış edir. Əyanilik oxu təliminin, ümumiyyətlə, ibtidai təlimin ən mühüm prinsiplərindən biridir. Oxu dərslərində əyanilikdən istifadə olunması şagirdlərin idrak fəaliyyətinin formalaşmasını, onların təfəkkürünün və nitqlərinin inkişafını təmin edir, diqqətini, müşahidəçiliyini itiləşdirir, maraq dairəsini genişləndirir. Əyanilik şagirdləri oxuduqları mətndən məntiqi nəticə çıxarmağa alışdırır, yaradıcılıq potensialını gücləndirir, oxu vərdişlərinə sürətlə yiyələnməyə, oxuduqlarını həyatla inteqrasiya etməyə imkan verir.
Əyanilik əsasında şagird rənglərə, formalara, surətlərə görə fikirləşir. Oxu dərslərində əyaniliyin geniş tətbiqi şagirdlərin hisslərini oyatmaq, onları mətnin məzmununu qəlbi ilə, ağlı ilə hiss etməyə, qəhrəmanın daxili aləmini dərk etməyə, onunla bir yaşamağa gətirib çıxarır. Şagirdlər onlara yaxşı tanış olan ətraf aləm, doğma təbiət, nağıllar aləmi və s. haqqında olan oxu materiallarını böyük həvəslə oxuyurlar və asanlıqla başa düşürlər, lakin dərslikdə olan bütün oxu materialları haqqında bunu demək olmaz, bəzi materialların əyanilikdən istifadə edilmədən tədrisi, həqiqətən, çətindir.
Müşahidələr göstərir ki, əyanilik nəticəsində ibtidai sinif şagirdləri oxu mətnindəki məzmunu, mahiyyəti və hadisələri şüurlu mənimsəyə bilirlər. Əyanilik dərketmə marağını artırır, oxunan mətnin uzun müddət yadda qalmasına imkan verir. Şagirdlər əşya, əlamət, hərəkət, hadisə və s. haqqında məlumat topladıqca lüğət ehtiyatı da zənginləşir.
Əyaniliyin əsas əhəmiyyəti də ondadır ki, şagird müəllimin fasilitatorluğu(bələdçiliyi) altında konkret əşya və hadisə üzərində müşahidə aparır və müşahidələrinin məntiqi nəticələrini sözlə ifadə edir. Müşahidə etdikcə şagird əşyalarda daha cox əlamət və keyfiyyət görür, oxu materialında olmayan digər cəhətləri də dərk edir. Əyanilik oxu materialının dərk edilməsində, lüğətin zənginləşdirilməsində, fəallaşdırılmasında, təfəkkür və nitqin inkişafında, şagirdin öz fikrini düzgün, dəqiq, obrazlı, ifadəli çatdırmasında, ətraf aləmə bələdləşməsində və s. mühüm əhəmiyyət kəsb edir. Ona görə də əyanilik əsasında sagirdlər hər bir oxu mətnini daha asan və daha möhkəm mənimsəyirlər.
Əyaniliyin müxtəlif növləri vardır:

  • natural əyanilik;

  • təsviri əyanilik;

  • simvolik əyanilik;

  • əşya əyaniliyi;

  • obrazlı nitq əyaniliyi;

  • şərti təsviri əyanilik;

  • dinamik əyanilik və s.

Əyanilik oxu təliminin aktuallıqını gücləndirir. Oxu mətni ilə ilk tanışlıq zamanı əyanilikdən istifadə edilməsi dərsin səmərəliliyini artırır. Oxu təlimində əyaniliyin tətbiqinin sistemlə aparıması daha yaxşı effekt verir.
Oxu dərslərində natural və təsviri əyanilikdən istifadə daha maraqlıdır. Natural əyanilik edikdə, təbiət əyaniliyi(herbarilər, müqəvvalar, bitkilər, faydalı qazıtılar, toxumlar, ağac yarpaqları və s.) və istehsalat əyaniliyi(alətlər, barama, pambıq, neft və s.) nəzərdə tutulur.
Əyanilik anlayışının məzmunu oxu təliminin əsasını təşkil edir. Oxunan hər hansı mətnin mahiyyəti, məzmunu kiçik yaşlı məktəblilərə aydın olmazsa, o canlı və cansız təbiətdə baş verən proses və hadisələrin mahiyyətini şüurlu surətdə dərk edə bilməz. Anlayış gerçəkliyin bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin təfəkkürdə ümumiləşdirilmiş inikas formalarından biridir. Anlayışlar beyinin məhsuludur. Kiçik məktəblilər ətraf aləmi hiss orqanları (görmə, eşitmə, lamisə, qoxu) ilə qavrayırlar. Ətrafdakı bütün hadisələr, əşyaların xassələri hiss orqanlarının fəaliyyəti sayəsində beyində əvvəlcə əks olunur, sonra hiss olunur və qavranılır. Anlayışlar ümumiləşdirimiş təsəvvürlərdir. Bilik anlayışların qavranılması nəticəsində yaranır. “Anlayışların inkişafı” nəzəriyyəsinə görə: bilik-cisim və hadisələrin, proseslərin əlamət və xassələrinin, onların mövcud qarşılıqlı əlaqəsinin elm tərəfindən müəyyən edilən anlayışlarından ibarətdir. Cismin inkişafı ilə bəzi anlayışlar köhnəlir, yeni anlayışlar yaranır, ona görə də yeni bilik köhnə biliyi inkar edir. Əvvəlki biliklər yada salmaq vasitəsilə bərpa olunur. Bu zaman şagirdlərdə təsəvvür formalaşır. Məhz oxu prosesində bu anlayışlardan istifadənin əyaniliklə inteqrasiyası müsbət nəticənin əldə olunmasına səbəb olur. Müəllim oxu dərslərində əyanilikdən istifadə etməklə şagirdlərin əvvəllər görmədiyi əşya və hadisələr haqqında tam təsəvvür formalaşdıra bilir.
Strategiyalı oxu prosesində əyanilikdən istifadənin böyük əhəmiyyəti vardır. Oxunun tədrisində əyanilik dedikdə, hər şeydən əvvəl, şagirdlərdə mətnin məzmununu daha səmərəli qavramağa kömək edən təsvirlər və digər əyani vasitələrdən istifadə edilməsi başa düşülür. Belə ki, müəllim oxu materialının məzmunundan asılı olaraq istifadə etdiyi əyanilik onun köməyinə gəlir. Tanış olmayan əşya və ya hadisə haqqında şifahi məlumat əvəzinə, təsvir və natural əyaniliyin təqdimi təlim prosesində mənimsəməni optimallaşdırır, çünki eyni vaxtda bir çox üzvlərin iştirakı: görmə, eşitmə və s. hiss orqanlarının əksəriyyətinin dərsdə səfərbər edilməsi oxu mətninin asan mənimsənilməsinə ətirib çıxarır, öyrənilənlər uzun müddət unudulmur. Şagirdlər təqdim olunan natural əyaniliyi görmək, ona toxunmaq, imkanı qazanır, bu da öyrənilənlərə şüurlu münasibətin yaranmasını təmin edir. Onlara öyrəndikləri üzərində iş aparmaq imkanı verir. Əyanilik ibtidai siniflərdə oxu dərslərinin təşkilində daha çox effekt verir.
Oxu mətnlərinin tədrisində şəkil və plakatlardan, ümumiyyətlə, əyaniliyin bütün növlərindən istifadə edilməlidir. Belə ki, oxu dərslərində şəkil, maket, simvol, sxem üzərində də təlim fəaliyyətini təşkil etmək olar[2, s.134]. Təlim materialının asan mənimsənilməsini təmin edən əyani materiallar şagirdləri düşünməyə yönəltmə funksiyasını daşıyır və təfəkkür fəaliyyətini gücləndirir. Təlimdə əyanilikdən istifadə dərsin bütün mərhələlərində aktuallıq kəsb edir. Əyaniliklə təşkil olunan dərslərdə əşyalar haqqında, hadisələrin gedişinə dair fikirlər reallıqla üst-üstə düşür, bu da şagirdlərin bilik, bacarıq və vərdişlərə yüksək səviyyədə yiyələnməsinə, təfəkkürünün, nitqinin inkişafına geniş yol açır, təxəyyülə qida “verir”.
İbtidai siniflərdə “Azərbaycan dili” dərsliklərində[3, s.4,5,6] oxu və dil qaydaları inteqrativ şəkildə öyrənilir. Oxu materialları müxtəlif tematikalar üzrə qurulmuşdur. Məsələn, vətənimiz, ulu öndər, tarixi hadisələr, bayramlar, keçmişimiz, folklor və s. Dərslərdə kinofilmlərdən fraqmentlərin nümayiş etdirilməsi, çizgi filmlərindən, musiqi parçalarından istifadə edilməsi şagirdlərin canlı görə bilmədikləri hadisələr haqqında təsəvvürlərinin yaranmasına şərai yaradır. Qeyd etmək olar ki, bütün əyani vasitələr oxu dərslərində mühüm əhəmiyyət kəsb edir.
Təlimdə əyaniliyin istifadəsi şagirdlərin təfəkkürünə güclü təsir göstərir, həmçinin təxəyyül və fantaziyalarının inkişafına səbəb olur. Əyanilik oxu mətnlərində verilən hadisə və faktların qavranılmasına imkan yaradır, biliklər şüurlu dərk edilir. 44 günlük Vətən müharibəsi və Zəfər salnaməmiz haqqında mətnlərin oxusunu təşkil edərkən işqalçı ermənilərin vandallıqları, Azərbaycan xalqına qarşı soyqırım, Xocalı faciəsi, dağıdılmış məscidlər, viran qalmış evlər və s. reallıqlar haqqında şagirdlərə bilgilərin verilməsi zamanı kinofilmlərdən, şəkillərdən, digər əyani vəsaitlərdən istifadə edilməsi, Şəhidlər xiyabanına ziyarətin təşkili şagirdləri baş verən hadisələrlə bağlı təəssüratlarını gücləndirir. Onlar baş verənləri dərk etməklə qəddar düşmənin fitnəkar təbiətinin, revanşist fikirlərinin, qəsbkar niyyətinin şahidi olur ə düşmənə nifrət hissləri con dərəcə qüvvətlənir. Oxu dərslərində tarixi fakt və hadisələrin mahiyyətinin açılmasına kömək edən mətnlərin oxusu da əyaniliyin bir növü kimi(söz əyaniliyi) şagirdlərin hadisələrin daxili aləminə nüfuz etməsinə səbəb olur.
Əşya əyaniliyi vasitəsilə şagirdlərdə əşya və hadisələr haqqında konkret fikirlər yaranır. Onlar yurdumuzun gözəlliklərini, mədəniyyətini dünyaya tanıdan əşyalarla, tarixi abidələrlə tanış olur, bunları yaradan xalqımızla qürur duyurlar.
Təsviri əyanilik dedikdə isə şəkillər, fotolar(ağ, qara, rəngli), portretlər, cədvəllər, slaydlar, kinofilmlər, teatr tamaşaları, müsiqi, müsiqinin, mahnıların dinlənilməsi, şifahi nitq, mətnin ifadəli oxusu, müəllimin nümunəvi nitqi, bədii söz ustalarının nitqinin, bədii qiraətinin dinlənilməsi, rollar üzrə oxu, səhnələşdirmə, hekayələrə şəkilli planın tutulması, nağılın şəkillərdə təsviri və s. nəzərdə tutulur. Oxu mətnlərinin tədrisində təsviri əyanilikdən daha çox istifadə edilir.
Şərti-qrafik əyanilikdən bilik və bacarıqların aşılanmasında geniş istifadə edilir. Cədvəllərin, linqvistik xəritələrin, sxemlərin, qrafiklərin, diaqramların təlim prosesində, o cümlədən oxu materiallarının tədrisində isifadə edilməsi çox faydalıdır. Oxu dərslərində şəkillərdən və xüsusi tədris avadanlıqlarından, İKT-dən, “Ağıllı lövhədən”, MİMİO-dan, linqvistik xəritələrindən istifadənin səmərəli olması danılmaz faktdır. Oxu dərslərində şəkillərdən istifadə emosional təsir gücünə malikdir və şəxsi, əşya və hadisəni əks etdirir. Oxu mətnlərinin tədrisində şəkillərdən istifadənin rolu böyükdür:

  • şəkil bilik mənbəyi kimi çıxış edir;

  • şəkil müəllimin şərhini əyaniləşdirir;

  • şəkil bilikləri möhkəmləndirir.

Oxu materialının mənimsənilməsi prosesində əyani vəsait fəallaşdırıcı və konkretləşdirici vasitə rolunda özünü göstərir. Bu şəkillər şagirdlərin yaş xüsusiyyətlərinə uyğun hazırlanır. Süjetli şəkillər üzərində iş aparılarkən aşağıdakılara diqqət yetirilir:

  • şəklin oxu materialının məzmununa uyğun müəyyənləşdirilməsi;

  • şəkildə təsvir olunan hadisə və faktın, fəaliyyətin yeri və vaxtının müəyyənləşdirilməsi;

  • şəklin məzmununda başlıca və ikinci dərəcəli olanların səciyyələndirilməsi.

Müasir şəraitdə oxu mətnlərinin tədrisində İKT, slaydlar, kinofilmlər, televiziya verilişləri, çizgi filmləri audio/video vasitələr və s. istifadə edilir. Oxu mətnlərinin tədrisi prosesində istifadə ediləcək müasir texnologiyalar mətnin məzmununun mənimsənilməsinə yardımçı olmaqla yanaşı, müəllim tərəfindən əvvəlcədən seçilib müəyyənləşdirilməli, dərsdə istifadə üçün hazırlanmalıdır. Oxu dərsində nümayiş etdiriləcək film və ya televiziya verilişinin oxu mətninin mənimsənilməsində nə dərəcədə faydalı olduğunu müəllim bilməlidir, yəni dərslik materialı ilə onun arasında mütənasiblik hansı səviyyədədir[1, s.111-112].
K.D.Uşinski demişdir: “Əgər siz uşağın müəyyən şeyi mənimsəməsini istəyirsinizsə bu mənimsəmədə: 1.Sxem və ya şəkil göstərməklə görmə qabiliyyətini iştirak etməyə məcbur edin: lakin görmə vaxtında da təsvirlərin rəngsiz cizgilər ilə gözün yalnız əzələlərini deyil, həm də rəngli şəkildəki boyaların təsiri ilə və ya qara taxta üzərində ağ tabaşirlə sözləri aydın yazmaqla göz şəbəkəsini də iştirak etməyə məcbur edin. 2.Uşağın öyrəndiyini ucadan və aydın tələffüz etməyə, öyrənilən şeyi şəkil üzrə nəql etməyə və s. məcbur etməklə eşitmə qabiliyyətini iştirak etməyə məcbur edin”[10, s.213].
Oxu mətnlərinin tədrisində şəkildən istifadə edərkən, əsasən, lazımlı hissələrinə fikir verilməlidir. Mövzunun öyrənilməsinə kömək edən şəkildən istifadə edilməlidir. Göstərilən şəkillər uşaqların nəzərini cəlb etməli və həcmcə münasib olmalıdır. İstifadə edilən şəkil elə seçilməlidir ki şagirdlər ona baxdıqda müəllimin köməyi ilə bəzi nəticələri çıxara bilsinlər. Şəkil mövzuya uyğun seçilməlidir. Müəllim şəkli seçərkən onun təlim işinə yararlığına fikir verməlidir. Oxu dərslərində əyani vəsait o zaman gözlənilən nəticəni verir ki, müəllim onu düzgün seçməyi və yerində istifadə etməyi bacarsın. Əyani vəsaitlə oxunan mətnin məzmunu arasında məqsədəmüvafiq münasibət olmalıdır. Əyani vəsaitin seçilməsi, hər şeydən əvvəl, konkret metodik məqsəddən asılıdır. Lakin əyani vəsaitin xarakterik xassəsini və şagirdlərin bilik səviyyəsini nəzərə almaq lazımdır.
Strategiyalı oxuya hazırlaşarkən şəkildən dərsin hansı mərhələsində istifadə edilməsi, həmin şəkil ilə mövzunun hansı cəhətinin izahı əvvəlcədən planlaşdırılmalıdır. Müəllimin izahı zamanı şəklin məzmunu aydınlaşdırılmalı və o dərs prosesində öyrənilən mövzu ilə əlaqələndirilməlidir.
Tədrisə aid şəkillərdən istifadə etmək üçün əvvəlcə hazırlıq işləri aparılmalıdır. Y.A.Komenskinin təbirincə desək, “Tamdan hissələrə və yenə də tama doğru getmək lazımdır” [8, s.53].
Yəni vəsaitin seçilməsi həmçinin oxunması nəzərdə tutulan mətnin bədii və ya elmi kütləvi olmasından asılıdır. Belə ki, elmi-kütləvi mətnlər oxunarkən natural əyanilikdən, bədii materiallar oxunduqda isə təsviri əyanilikdən istifadə edilməlidir.
Elmi-kütləvi mətnlər oxunarkən və təhlil olunarkən istifadə edilən əyani vəsait bəzən mətnin məzmununun konkretləşdirilməsinə xidmət edir. Şagirdlər müəyyən əşya və hadisə haqqında məlumatı oxunan mətndən öyrənirlər. Məllimin əyani vəsaitlərdən istifadə etməsi şagirdlərin hissi qavrayışlarına təsir göstərir və zənginləşdirir. Şagird mətni daha dəqiq və asan mənimsəməyə müvəffəq olur, mətndəki mənası çətin sözlərin izahını daha tez tapmağa başlayır. Əyanilikdən istifadə mətndəki anlayışların dəqiq qavranılmasını və lüğətin dəqiqləşdirilməsini təmin edir.
Bəzən əyanilikdən istifadə və ya əyani vasitələrin təqdimi oxu materialının tədrisindən əvvəl aparılır. Şagirdlər növbəti dərsdə oxunan mətndəki məsələləri tez bir zamanda əvvəlcədən təqdim edilmiş əyani vəsaitin qavranılması ilə inteqrasiya edirlər. Yalnız bundan sonra oxu mətni şagirdlərin əldə etdiyi bilikləri sistemə salır və möhkəmləndirir.
Bədii mətnlərin oxunmasında təsiri əyaniliyə daha çox diqqət verilir. Təsviri əyaniliyiə daxil olan şəkillərdən istifadə olunması ibtidai sinif şagirdlərinin əyani-obrazlı təfəkkürünün inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Şəkillər üzərində iş dərsin müəyyən mərhələsində olmalıdır:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin