Tədqiqatın əsas obyekti. Dissertasiya işinin tədqiqat obyektini Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələrin Azərbaycan respublikası ərazisində və onun hava limanlarında statistik təhlili təşkil edir.
Tədqiqatın informasiya bazası və işlənmə metodları. Tədqiqatın informasiya bazası son dövrlərdə respublika ərazisində regional iqlim dəyişmələri nəticəsində baş verən təhlükəli hidrometeoroloji hadisələrin ekstremal göstəricilərinin məlumatlarını əldə etməkdir. Həmçinin əldə olunmuş məlumatların maksimum qiymətlərinin illər üzrə statistik təhlilinin aparılmasıdır.