ƏSAS NƏTİCƏLƏR
2005-2018-ci illərdə hidrometeoroloji elementlərin ektremal göstəricilərinin statistik təhlili zamanı aşağıdakı nəticələr alınmışdır:
1.Maksimum sel və daşqın hadisəsinin sayı 25 olmuş və 2009-cu ildə müşahidə edilib.
2.Maksimal temperatur 46.2°C olmuş və 2018-ci ildə müşahidə olunub.Minimal temperatur -24.1°C olmuş və 2012-ci ildə qeydə alınıb.
3.Maksimal aylıq yağıntı 595 mm olmuş və 2016-cı ildə qeydə alınmışdır.
4.Qar örtüyünün maksimal qalınlığı 102 sm olmuş və 2012- ci ildə müşahidə olunub.
5.Küləyin maksimal surəti 40 m/san olmuş və 2013, 2014və 2018-ci illərdə qeydə alınıb. Eləcə Gəncə beynəlxalq hava limanında küləyin maksimal surəti Dekabr ayında 54 düyün qeydə alınmışdır.
6.Dalğanın maksimal hündürlüyü 8.5m olmuş və 2015-ci ildə qeydə alınıb.
7.2018-ci ildə Xəzər dənizində səviyyənin maksimal qiyməti -27,67 m olmuşdur.
8. Respublikamızın hava limanlarında ildırımın maksimal təkrarlanması 33.3% olmuş və Lənkəran Beynəlxalq hava limanında qeydə alınıb.
9. İl ərzində duman zamanı meteoroloji görünüş məsafəsinin (MOR) maksimal qiyməti Oktyabr ayında 900 m olub və Zaqatala beynəlxalq hava limanında müşahidə olunur.
10. Yağıntının illik miqdarının maksimal qiyməti 1247 mm olub, Lənkəran beynəlxalq hava limanında müşahidə olunmuşdur.
Dostları ilə paylaş: |