AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ
TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT
UNİVERSİTETİ
Bakalavr hazırlığı üçün
“MİKROBİOLOGİYA, SANİTARİYA VƏ GİGİYENA”
fənninin
TƏDRİS PROQRAMI
B A K I – 2016
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ
TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT
UNİVERSİTETİ
Bakalavr hazırlığı üçün
“MİKROBİOLOGİYA, SANİTARİYA VƏ GİGİYENA”
fənninin
TƏDRİS PROQRAMI
Ali təhsil müəssislərinin 050642 - “Qida məhsulları
mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr
üçün.
Azərbaycan Respublikası Təhsil
Nazirinin 16 noyabr 2016-cı il
tarixli, 750 saylı əmri ilə qrif
verilmişdir.
2
B A K I – 2016
Tərtib edənlər: 1. FƏRZƏLİYEV ELSEVƏR BABA oğlu
Azərbaycan Turizm və Menecment
Universitetinin “Mehmanxana və restoran
biznesi” kafedrasının dosenti, t. e. n.,
2. MƏMMƏDLİ GÜLNAR MAHAL qızı
Azərbaycan Turizm və Menecment
Universitetinin “Mehmanxana və restoran
biznesi” kafedrasının dosenti, b. e. n.,
Elmi redaktor: QLICOV V. Q. – ADİU-nin “Qida məhsullarının
texnologiyası” kafedrasının dosenti, b. e. n.
Rəy verənlər: 1. SALMANOV M. Ə. – AMEA Mikrobiologiya
İnstitutunun direktoru, akademik.
2. QULİYEV N. Ə. – Azərbaycan Turizm və
Menecment Universitetinin “Mehmanxana və
restoran biznesi” kafedrasının müdiri, professor.
Azərbaycan Turizm və Menecment Universitetinin
“Mehmanxana və restoran biznesi” kafedrasının “11” “iyun”
2015 – ci il tarixli iclasında müzakirə edilmiş və bəyənilmişdir.
Protokol № 14
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm
və qonaqpərvərlik fakültə Elmi Şurasının “5” “fevral” 2016 –
cı il tarixli iclasında müzakirə edilmiş və bəyənilmişdir.
Protokol № 5.
Azərbaycan Turizm və Menecment Universitetinin
Tədris-Metodiki Şurasında baxılmış və təsdiq edilmişdir.”10”
“fevral” 2016-ci il, protokol № 3.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki
Şurasının“ ” bölməsinin
2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Protokol № .
3
İZAHAT VƏRƏQİ
Fənnin tədrisinə ayrılan saatların miqdarı – 90 saat.
“Mikrobiologiya, sanitariya və gigiyena” fənninin proqramı
üç bölmədən ibarətdir:
1. Ümumi mikrobiologiyanın əsasları.
2. Qida məhsullarının mikrobiologiyası və sanitariyası.
3. Sanitariya və gigiyenanın əsasları.
Proqrama əsasən tələbələrə mikroorqanizmlərin
morfologiyası və fiziologiyası, mikroorqanizmlərin yaratdığı
biokimyəvi proseslər haqqında ən son məlumatlar verilir. Bununla
yanaşı tələbələrə ekoloji amillərin və qida məhsullarının daşınması,
saxlanması, realizə olunması və eləcə də xammalların emal edilməsi
zamanı inkişaf edən mikrofloranın təsiri haqqında biliklər aşılanır.
Qida məhsullarının keyfiyyətinin formalaşması və
dəyişilməsi prosesində, o cümlədən patogen, şərti-patogen növlərin
törətdiyi bir sıra xəstəliklərin yaranmasında mikroorqanizmlərin rolu
göstərilir.
İxtisasın profilinə müvafiq olaraq qida məhsullarının
keyfiyyətinin aşağı düşməsinə səbəb olan mikrobioloji proseslər şərh
edilir. Bu proseslərin qarşısını almağa və ya azaltmağa imkan verən
yollar, üsullar və tədbirlər tövsiyə edilir. Qida müəssisələrinə,
xammal və qida məhsullarına verilən əsas sanitar-gigiyenik tələblər
şərh edilir.
Bundan əlavə laborator məşğələlərdə gələcək mütəxəssislər
laboratoriya avadanlıqları ilə işləməyi, mikroorqanizmlərin əsas
qruplarını təyin etməyi, mikrobioloji tədqiqatlar aparmağı, qida
müəssisələrində sanitar-gigiyenik tələblərə riayət etməyi, avadanlıq
və inventarın dezinfeksiyasını aparmağı, mikrobioloji nəzarəti həyata
keçirməyi mənimsəməlidirlər.
Fənn həm nəzəri, həm də praktiki dərslərdən ibarət olmaqla 90
saatlıq dərs yükünü nəzərdə tutur, belə ki, mühazirə - 60 saat,
məşğələ - 30 saat.
4
PROQRAMIN MƏZMUNU
BÖLMƏ I. ÜMUMİ MİKROBİOLOGİYA
1. Giriş. “Mikrobiologiya, sanitariya və gigiyena” kursunun
ümumi məsələləri.
Fənnin predmeti məqsəd və vəzifələri. Mikrobiologiyanın
sahələri və tədqiqat üsulları. Mikroskopik üsul. Bakterioloji üsul.
Seroloji üsul. Allerqoloji üsul. Bioloji üsul. Xemotaksonomik
üsul. Molekulyar-bioloji üsul.
Mikrobiologiya elminin qısa inkişaf tarixi haqqında
məlumat.
2. Mikroorqanizmlərin morfologiyası və sistematikası.
Mikroorqanizmlərin canlı aləmdə yeri. Bakteriyaların
təsnifatı. Bakteriyaların fenotipik əlamətlərə görə bölünməsi.
Bakteriya hüceyrəsinin quruluşu. Hüceyrə divarı, kapsula,
sitoplazmatik membran, sitoplazma, plazmidilər, volyutin.
Bakteriyaların ümumi xarakteristikası. Bakteriyaların forma və
ölcüləri, hərəkəti, bakteriyaların sporları. Bakteriyaların
çoxalması. Çoxalmanın fazaları.
3. Viruslar.
Virusların ölçüsü, forması və quruluşu. Virusların
çoxalması. Bakteriofaqlar. Faqolizis hadisəsi.
Göbələklər. Göbələklərin sistematikası. Quruluşu,
çoxalması. Maya göbələkləri. Ümumi xarakteristikası.
Göbələklərin quruluşu, çoxalması. Maya göbələklərinin
sistematikası.
4. Mikroorqanizmlərin fiziologiyası.
Bakteriyaların böyüməsi. Mikroorqanizmlərdə maddələr
mübadiləsi. Energetik metabolizm. Bakteriya hüceyrəsinin
kimyəvi tərkibi. Bakteriya hüceyrələrində su, üzvi maddələr,
zülallar, nuklein turşuları, karbohidtarlar, lipidlər. Bakteriyaların
piqmentləri. Bakteriyaların fermentləri. Fermentlərin təsnifatı,
xassələri və təsiri. Konstitutiv və adaptiv fermentlər.
5
Ekzofermentlər və endofermentlər. Fermentlərin təsiri. Mikrob
fermentlərinin istifadəsi.
5. Konstruktiv mübadilə.
Mikroorqanizmlərin qidalanması, qidalanmanın tipləri.
Autotroflar, heterotroflar, fototroflar, xemotroflar, litotroflar,
orqanotroflar. Mikroorqanizmlərdə tənəffüs prosesi. Tənəffüsün
tipləri. Obliqat aeroblar, mikroaerofillər, fakultativ anaeroblar və
obliqat anaeroblar.
Mikrob hüceyrələrində enerjinin toplanması. Ətir əmələ
gətirən mikroorqanizmlər. Mikrobioloji proseslərdə istilik əmələ
gəlmə. Mikroorqanizmlərdə biolüminessensiya hadisəsi.
Mikroorqanizmlərin becərilməsi. Qidalı mühitlərin tipləri.
Populyasiyalarda bakteriyaların davranışı.
6. Mikroorqanizmlərdə biosintez prosesləri.
Karbohidratların biosintezi.
Polisaxaridlərin biosintezi.
Nukleotidlərin biosintezi.
Amin turşularının biosintezi. Zülalların biosintezi.
Lipidlərin biosintezi.
7. Mikroorqanizmlərdə biokimyəvi proseslər və onların
praktik əhəmiyyəti.
Qıcqırma. Azotsuz üzvi birləşmələrin çevrilməsi. Anaerob
proseslər. Spirtə qıcqırma və ya etanol qıcqırması. Üst qıcqırma və
alt qıcqırma. Spirtə qıcqırmanın mexanizmi. Spirtə qıcqırmaya zərər
verən mikroorqanizmlər.
Süd turşusuna qıcqırma. Homofermentativ və
heterofermentativ qıcqırma. Yağ turşusuna qıcqırma. Tipik və atipik
qıcqırma. Propion turşusuna qıcqırma. Pektin maddələrinin
qıcqırması. Sellülozanın qıcqırması.
8. Aerob proseslər.
Maddələrin oksidləşməsi. Etil spirtindən sirkə turşusunun
alınması. Çoxatomlu spirtlərin və şəkərin sirkə turşusu
bakteriyaları ilə oksidləşməsi. Karbohidratların limon turşusuna
oksidləşməsi. Sellüloza və pektin maddələrinin parçalanması.
Liqninin parçalanması. Yağ və yağ turşularının parçalanması.
6
Azotlu maddələrin çevrilməsi. Çürümə prosesləri. Azot dövranı.
Ammonifikasiya. Nitrifikasiya. Denitrifikasiya. Molekulyar
azotun fiksasiyası.
9. Ətraf mühit amillərinin mikroorqanizmlərə təsiri.
Abiotik amillər. Rütubətin mikroorqanizmlərə təsiri. Mühitin
reaksiyası. Mühitin kimyəvi tərkibi. Kimyəvi maddələrin
mikroorqanizmlərə təsiri.
Qida məhsullarının konservləşdirilməsində tətbiq edilən
kimyəvi maddələr. Osmotik təzyiq. Osmofillər və osmotolerantlar.
Hidrostatik təzyiqin mikroorqanizmlərə təsiri.
Mühitin temperaturu. Mikroorqanizmlərin temperatur
göstəricilərinə qarşı münasibətə görə növləri. Psixrofillər, mezofillər
və termofillər. İşıq və digər şüa enerjisinin mikroorqanizmlərə təsiri.
10. Biotik amillər.
Mikroorqanizmlər arasında qarşılıqlı münasibət.
Mutualizm (simbioz), sinergizm, metabioz (kommensalizm),
satellitizm, rəqiblik, antaqonizm, parazitizm, yırtıcılıq.
Antibiotiklər, fitonsidlər. Qida məhsullarının saxlanması zamanı
mikroorqanizmlərin həyat fəaliyyətinin tənzimlənməsi yolları.
Mikroorqanizmlərin genetikası haqqında məlumat.
Mikroorqanizmlərin genetikası. Mutasiya və modifikasiya
dəyişkənliyi. Transformasiya, transduksiya, rekombinasiya.
11. Patogen mikroorqanizmlər və qida (alimentar)
xəstəlikləri.
Patogen mikroorqanizmlər. İnfeksiya, infeksiya mənbəyi
və ötürülmə mexanizmləri.
İmmunitet haqqında anlayış, irsi və fərdi qazanılmış
immunitet, faqositoz. İnfeksion prosesdə mikroorqanizmlərin rolu.
Patogenlik və virulentlik. Mikrobların toksinləri. Ekzotoksinlər
və endotoksinlər.
Qida məhsulları vasitəsilə keçən xəstəliklər. Qida
infeksiyaları və qida zəhərlənmələri.
12. Qida infeksiyaları (alimentar).
7
Bağırsaq infeksiyaları: vəba, qarın yatalağı, paratif,
dizenteriya, hepatit A. Heyvandan (xəstə və ya bakteriyadaşıyıcı)
insana ötürülən bəzi qida infeksiyaları: bruselyoz, qara yara, dabaq.
Qida zəhərlənmələri. Qida toksikoinfeksiyaları.
Salmonelyozlar, listerioz.
13. Şərti-patogen bakteriyaların törətdiyi qida
toksikoinfeksiyları.
Protey, enteropatogen bağırsaq çöpləri, Bacillus cereus,
Clostridium perfringens, Streptococcus faecalis, Vibrio
parahaemoliticus (parahemolitik vibrion), İ. pseudotuberculosis
Qida intoksikasiyaları. Stafilokoklar. Botulizm. Göbələk
mənşəli qida intoksikasiyaları (mikotoksikozlar). Alimentar-
toksiki aleykin, erqotizm. Qida xəstəliklərinin profilaktikası.
14. Qida məhsullarını yoluxduran mənbələr.
Antropogen amillər və təbii ətraf mühit. Ətraf mühitin
çirklənmədən qorunmasında mikroorqanizmlərin rolu. Aerob
bioloji təmizlənmə. Bioloji filtrlər. Anaerob bioloji təmizlənmə.
Torpağın mikroflorası və sanitar-mikrobioloji müayinəsi. Suyun
mikroflorası və sanitar-mikrobioloji müayinəsi. Havanın
mikroflorası və sanitar-mikrobioloji müayinəsi.
15. Tara və qablaşdırma materiallarının mikroflorası.
İnsan bədəninin mikroflorası. Dərinin, ağız boşluğunun,
tənəffüs yollarının, mədə-bağırsaq traktının mikroflorası.
Sanitar mikrobiologiya. Sanitar mikrobiologiyanın
vəzifələri. “Sanitar-göstərici mikroorqanizmləri”. E.coli,
Citrobacter, Enterokokk, Candida.
BÖLMƏ II. XÜSUSİ MİKROBİOLOGİYA. s/74
Qida məhsullarının mikrobiologiyası.
16. Süd və süd məhsullarının mikrobiologiyası.
Südün saxlanması zamanı mikrofloranın dəyişməsi. Təzə
südün mikroflorası. Bakterisid faza. Pasterizə edilmiş südün
8
mikroflorası. Sterilizə edilmiş südün mikroflorası. Kərə yağının
mikroflorası.
17. Ət və ət məhsullarının mikrobiologiyası.
Təzə ətin mikroflorası Ətin kiflənməsi. Ətin qızışması. Ətin
işıqlanması. Ətin seliklənməsi, piqmentasiyası. Ət
yarımfabrikatlarının mikroflorası. Kolbasa məmulatlarının
mikroflorası və saxlanması zamanı yaranan qüsurlar. Quş ətinin
mikroflorası.
18. Yumurta və yumurta məhsullarının mikrobiologiyası.
Yumurta və yumurta məhsullarının mikroflorası.
Balıq və dəniz məhsullarının mikrobiologiyası. Təzə
balığın mikroflorası. Soyudulma, dondurulma, duzlama,
qurudulma, hisə verilmə və digər emal proseslərində balığın
mikroflorası. Balıq kürüsünün mikroflorası.
19. Taxıl məhsullarının mikrobiologiyası.
Taxıl kütləsinə mikroorqanizmlərin düşməsi yolları.
Təzə yığılmış taxılın mikrobiotası.
Taxılın müxtəlif saxlanma şəraiti və emalı zamanı
dəyişilməsi.
Rütubət və temperaturun taxıl kütləsinin
mikroorqanizmlərinə təsiri.
Havanın daxil olmasının taxıl kütləsindəki
mikroorqanizmlərə təsiri.
Taxıl kütləsində örtük toxumanın və qarışıqların
vəziyyətindən asılı olaraq formalaşan mikrobiota.
20. Taxılın emalı proseslərində onun mikrobiotası.
Taxılın öz-özünə qızışmasında mikroorqanizmlərin rolu.
Taxılın ərzaq və yemlik keyfiyyətinin azalmasında
mikroorqanizmlərin iştirakı.
Taxılın toxumluq keyfiyyətinin aşağı düşməsində
mikroorqanizmlərin iştirakı.
Taxıl kütləsinin konservləşdirilmə üsulları.
Taxıl məhsullarının (unun) mikrobiotası. Çörəyin kartof
xəstəliyi. Çörəyin kiflənməsi.
21. Çörək istehsalının mikrobiologiyası.
9
Buğda unundan hazırlanan xəmirin mikrobiotası. Çovdar
unundan hazırlanan xəmirin mikrobiotası. Çörəyin mikrobiotası.
Çörəyin seliklənməsi. Unun kiflənməsi. Unun turşuması. Unun
acıması.
Yarma, makaron məmulatlarında inkişaf edən
mikroorqanizmlər və onların yaratdığı qüsurlar.
22. Meyvə-tərəvəz məhsullarının mikrobiologiyası.
Təzə - tər meyvə-tərəvəzin mikroflorası. Epifit mikroflora.
Mikroorqanizmlərin kartofda yaratdığı xəstəliklər. Kartof
çürüdücüsü – fitoftoroz, nəm çürümə, quru çürümə- fuzarioz,
qara dəmgil, unlu dəmgil xəstəlikləri.
Meyvə-tərəvəz və giləmeyvələrdə çürümə, dəmgil, qara
çürümə, acı çürümə, boz çürümə, pomidorda zirvə çürüməsi,
fitoftora, qara çürümə, stolbur, mozaika, bakterial xərçəngi
xəstəlikləri. Kələmdə boz çürümə, qarpızın toksiki bakteriozu.
Duza qoyulmuş meyvə-tərəvəzlərin mikroflorası.
Qənnadı məmulatlarının mikrobiologiyası. Meyvəli, giləmeyvəli
yarımfabrikatlar. Kremli kulinar qənnadı məmulatları. Şokolad və
şokoladlı konfetlərin mikrobiotası.
23. Tamlı məhsulların mikrobiologiyası.
Alkoqollu içkilər. Şərab. Pivə. Çörək kvası. Alkoqolsuz
içkilər. Qazlı-meyvəli içkilər. Ədviyyat. Xörək duzu. Kulinar
məmulatlarının mikrobiologiyası. Kulinar balıq məmulatları.
Kulinar ət məmulatları. Konservlərin mikrobiologiyası.
BÖLMƏ III. SANİTARİYA VƏ GİGİYENANIN ƏSASLARI.
24. Sanitariya və gigiyena.
Kursun məqsəd və vəzifələri. Sanitariya və gigiyena
qaydaları haqqında ümumi məlumat. Qida gigiyenası.
İnsanın sağlamlığına təsir göstərən kimyəvi, fiziki, bioloji
amillər. Gigiyenik tədqiqatların əsas üsulları. Gigiyena elminin
mühüm problemləri. Gigiyenanın inkişaf tarixi haqqında ümumi
məlumat. Ölkədə sanitar xidmətin məqsədi və vəzifələri.
Xəbərdaredici sanitar nəzarət. Cari sanitar nəzarət.
10
25. Ətraf mühit amillərinin gigiyenası.
Havanın gigiyenası. Havanın fiziki xassələri. Mikroiqlim
anlayışı. Optimal mikroiqlim. Havanın kimyəvi tərkibi və onun
sanitar əhəmiyyəti. Havanın sanitar mühafizəsi. Hava mühitinin
mikrobioloji çirklənməsinin gigiyenik xarakteristikası.
Suyun gigiyenası. İçməli suyun keyfiyyətinə gigiyenik
tələblər. İçməli suyun orqanoleptik xassələri. Suyun kimyəvi
tərkibi. İçməli suyun bakterioloji göstəriciləri. Suyun
keyfiyyətinin yaxşılaşdırılmasının əsas üsulları və onların
səciyyəsi. Su təchizatı mənbəyi, su təchizatı sisteminin gigiyenik
səciyyəsi.
Torpağın gigiyenası. Torpağın sanitar-gigiyenik
qiymətləndirilməsi.
26. Qida müəssisələrinin gigiyenası.
Əraziyə göstərilən sanitar tələblər.
Otaqlara, onların planlaşdırılmasına və saxlanmasına
gigiyenik tələblər.
Profilaktik dezinfeksiya, fiziki və kimyəvi dezinfeksiya.
Dezinseksiya, deratizasiya, fumiqasiya.
Qida müəssisələrində işıqlanma, qızdırılma, ventilyasiya,
su təchizatı və kanalizasiyaya sanitar tələblər.
27. Qida sənayesi, ticarət və iaşə müəssisələrinin
layihələndirilməsinin gigiyenik əsasları.
İstehsal binaları, tərəvəz sexi, ət sexi, balıq sexi, soyuq və
isti sexlər, qənnadı sexlərinə gigiyenik tələblər. Yeməkxana və
mətbəx qablarının yuyulma şöbələrinə gigiyenik tələblər. Tullantı
kamerası. İnzibati məişət binaları. Tikinti materialına və daxili
interyerə gigiyenik tələblər.
Texnoloji avadanlığa sanitar-gigiyenik tələblər.
Qeyri-mexaniki avadanlıqların sanitar səciyyəsi. Qablara
göstərilən sanitar-gigiyenik tələblər.
Tara və qablaşdırma materiallarına sanitar-gigiyenik
tələblər.
28. Qida məhsullarının sanitar mühafizəsi və gigiyenik
cəhətdən qiymətləndirilməsi.
Qida məhsullarının gigiyenası.
11
Qida məhsullarının sanitar mühafizəsi. Qida məhsullarının
keyfiyyəti.
Ət və ət məhsullarının gigiyenası.
Balıq və balıq məhsullarının gigiyenası.
Yumurta və yumurta məhsullarının gigiyenası.
Süd və süd məhsullarının gigiyenası. Südün keyfiyyətini
yüksəldən tədbirlər.
Meyvə-tərəvəz, giləmeyvələrin gigiyenası.
Taxıl və un məhsullarının gigiyenası.
Çörək-bulka məmulatlarının gigiyenası.
29. Qida məhsullarının kulinar emalına sanitar-
gigiyenik tələblər.
Kütləvi qidalanma müəssisələrində qida məhsullarının ilk
(soyuq) emalına göstərilən sanitar-gigiyenik tələblər.
Qida məhsullarının isti emalına göstərilən sanitar-
gigiyenik tələblər.
İsti sexdə və qənnadı sexlərində qida məhsullarının
bişirilməsi, hazır xörəklərin realizə olunmasına göstərilən sanitar-
gigiyenik tələblər.
30. Qida məhsullarının daşınmasına sanitar tələblər.
Qida məhsullarının qəbulu və saxlanmasına sanitar-
gigiyenik tələblər.
Mətbəx qablarının yuyulması və dezinfeksiyası.
Qida müəssisələri işçilərinin şəxsi gigiyenası. Keyfiyyətsiz
qida məhsullarının istifadəsi zamanı yaranan xəstəliklər.
Helmintozlar və onların profilaktikası.
Qida məhsullarının gigiyenik ekspertizası.
Laboratoriya işlərinin mövzuları
1. Mikrobioloji laboratoriyanın quruluşu.
2. Qida mühitlərinin hazırlanması və sterilizasiyası.
3. Mikrobioloji laboratoriyanın xarakteristikası və
təchizatı .
12
4. Mikrobioloji laboratoriyada işləmək qaydaları.
5. Mikroskopun quruluşunun öyrənilməsi.
6. Mikroskopik preparatların hazırlanması və rənglənmə
üsulları.
7. Bakteriyaların, kif, maya göbələklərinin
morfologiyasının öyrənilməsi.
8. Mikroorqanizmlərin kultivasiyası üsullarının
öyrənilməsi.
9. Qida məhsullarının mikrobioloji analizi.
10. Ət məhsullarının mikrobioloji analiz üsulları.
11. Süd və süd məhsullarının mikrobioloji keyfiyyətinə
nəzarət.
12. İstehsalat şəraitinə sanitar-gigiyenik nəzarət.
13. Kulinar məmulatların bakterioloji göstəricilərinin
təyini.
14. Un və çörək məhsullarının mikrobioloj. analizi.
15. Qida müəssisələrində yaxmaların götürülməsi.
Fənnin tədrisinə ayrılan saatların paylaşdırılması
S/
s
Mövzu
Saatlar
Müh
Lab
1
“Mikrobiologiya, sanitariya və gigiyena”
kursunun ümumi məsələləri
2
2
Mikroorqanizmlərin morfologiyası və
sistematikası
2
13
3
Mikrobioloji laboratoriyanın quruluşu
2
4
Viruslar
2
5
Mikroorqanizmlərin fiziologiyası
2
6
Qida mühitlərinin hazırlanması və sterilizasiyası.
2
7
Konstruktiv mübadilə
2
8
Mikroorqanizmlərdə biosintez prosesləri
2
9
Mikrobioloji laboratoriyanın xarakteristikası və
təchizatı
2
10 Mikroorqanizmlərdə biokimyəvi proseslər və
onların praktik əhəmiyyəti
2
11 Aerob proseslər
2
12 Mikrobioloji laboratoriyada işləmək qaydaları
2
13 Ətraf mühit amillərinin mikroorqanizmlərə təsiri
2
14 Biotik amillər
2
15 Mikroskopun quruluşunun öyrənilməsi
2
16 Patogen mikroorqanizmlər və qida (alimentar)
xəstəlikləri
2
17 Qida infeksiyaları (alimentar)
2
18 Mikroskopik preparatların hazırlanması və
rənglənmə üsulları
2
19 Şərti-patogen bakteriyaların törətdiyi qida
toksikoinfeksiyları
2
20 Qida məhsullarını yoluxduran mənbələr
2
21 Bakteriyaların, kif, maya göbələklərinin
morfologiyasının öyrənilməsi
2
22 Tara və qablaşdırma materiallarının
mikroflorası.
2
23 Süd və süd məhsullarının mikrobiologiyası
2
24 Mikroorqanizmlərin kultivasiyası üsullarının
öyrənilməsi
2
25 Ət və ət məhsullarının mikrobiologiyası
2
26
.
Yumurta və yumurta məhsullarının
mikrobiologiyası
2
27 Qida məhsullarının mikrobioloji analizi
2
28 Taxıl məhsullarının mikrobiologiyası
2
14
29 Taxılın emalı proseslərində onun mikrobiotası
2
30 Ət məhsullarının mikrobioloji analiz üsulları
2
31 Çörək istehsalının mikrobiologiyası
2
32 Meyvə-tərəvəz məhsullarının mikrobiologiyası
2
33 Süd və süd məhsullarının mikrobioloji
keyfiyyətinə nəzarət
2
34 Tamlı məhsulların mikrobiologiyası
2
35 Sanitariya və gigiyena kursunun məqsəd və
vəzifələri
2
36 İstehsalat şəraitinə sanitar-gigiyenik nəzarət
2
37 Ətraf mühit amillərinin gigiyenası
2
38 Qida müəssisələrinin gigiyenası
2
39 Kulinar
məmulatların
bakterioloji
göstəricilərinin təyini
2
40 Qida sənayesi, ticarət və iaşə müəssisələrinin
layihələndirilməsinin gigiyenik əsasları
2
41 Qida məhsullarının sanitar mühafizəsi və
gigiyenik cəhətdən qiymətləndirilməsi
2
42 Un və çörək məhsullarının mikrobioloj. analizi
2
43 Qida məhsullarının kulinar emalına sanitar-
gigiyenik tələblər
2
44 Qida məhsullarının daşınmasına sanitar tələblər
2
45 Qida müəssisələrində yaxmaların götürülməsi
2
Cəmi
60
30
Əsas ədəbiyyat
1. Qasımova H. Mikrobiologiya və virusologiyanın
əsasları. Bakı., 1985, 315 s.
2. Qurbanov A. A., Rzayeva A. A. Mikrobiologiya,
sanitariya və gigiyena fənni üzrə laboratoriya işlərinin yerinə
yetirilməsinə dair metodik göstərişlər. Bakı, 1996.
3. Qurbanov N. H., Hacıyeva C. Ə., Ömərova E.M. və b.
Mikrobiologiya, sanitariya və gigiyena. Bakı, İqtisad
Universiteti. nəşriyyatı, 2010, 309 s.
15
4. Şlegel Q. Ümumi mikrobiologiya. Rus dilindən
tərcümə. Bakı, “MBM, MMS, 2005, 544 səh.
5. Борисов Л. Б. Руководство к лабораторным
занятиям по медицинской микробиологии, вирусологии и
иммунологии. – М ., 1993.
6. Еремина И.А., Кригер О.В. Лабораторный
диагностикумпомикробиологии. Кемерово, 2005, 112 с.
7. 3верев В. Н., Бойченко М. Н. Медицинская
микробиология, вирусология и иммунология. М., 2011, 447 с.
8. Коршевер Е. Н . Гигиена. Учебное пособие. М.,
2005.
9. Маркелова И. В. Основы микробиологии,
санитарии и гигиены. М., 2004, 356 с.
10. Мармузова Л. В. Основы микробиологии,
санитарии и гигиены в пищевой промышленности. М., 2004,
70 с.
11. Мудрецова - Висс К.А., Дедюхина В.П.
Микробиология, санитария и гигиена. М., 2009, 400 с.
Əlavə ədəbiyyat
1. Еремеева С.В. Лабораторный практикум по oсновам
микробиологии, санитарии и гигиены пищевой
промышленности. Астрахань: АГТУ, 2002. — 33 с.
2. Козубаева Л.А., Кузьмина С.С. Микробиология.
Лабораторный практикум. Барнаул, 2011. – 76 с.
3. Лаушкина Т. А..Основы микробиологии, санитарии
и гигиены в пищевом производстве . Из-во академия, 2014,
143 с.
4. Педенко Ф. И., Лерина И. В., Белицкий Б. И. Гиги-
ена и санитария общественного питания . М., 1991, 255 с.
5. Маркелова И.В. Основы микробиологии, санитарии
и гигиены в пищевом производстве. Тамбов, 2011. — 24 с.
6. Мудрецова - Висс К.А. Микробиология, санитария
и гигиена. Владивосток, ДВГАЭУ, 1997, 312 с.
7. Шнайдер К.Л. и др. Микробиологический
практикум. Казань, 2010. - 83 с.
16
17
Dostları ilə paylaş: |