1.10. Politropik prosesin təhlili.
Politropik prosesin ümumiləşdirici xassəyə malik olmasını isbat etmək üçün aşağıdakı ifadələrdən istifadə edək:
politropik prosesdə qazın istilik tutumu
politropik prosesin tənliyi
Tutaq ki, 1 kq qazın halı şəkil 1.14-də göstərilən 1 nöqtəsinə uyğundur. Həmin qazla bir neçə proses əmələ gətirək.
Qaza istilik vermədən və almadan genişləndirək: dq=0 odur ki c=0; n=k və adiabata tənliyi alınır. Adiabata genişlənmə prosesində qaz daxili enerji hesabına iş gördüyü üçün olur.
Bu dəfə qaza verilən istiliyin miqdarını artırmaqla dT-nin sonsuz kiçik qiymətə bərabər olmasını əldə edək. Belə prosesdə olur, odur ki
və
izotermik prosesin tənliyi alınır.
Verilən istiliyin miqdarını artırdıqca olacaq və istilik tutumunun qiyməti azalmağa başlayacaq. olduğu zaman n=0 və tənlik
şəklinə düşür, yəni izobarik proses alınır.
bərabər olduğu halda alınır. Politropik prosesin tənliyini
şəklində yazmaqla olduğu halda
izoxorik prosesin tənliyi alınır.
Şəkil 1.14-dən göründüyü kimi, baxdığımız proseslər istiliyin verilməsi ilə əmələ gəlib (adiabatik prosesdən başqa). Əks istiqamətdə baş verən proseslər isə (qırıq xətlərlə verilmiş) istiliyin alınması ilə əmələ gələcək. Beləliklə adiabata müstəvisini iki sahəyə ayırır: adiabata ilə kordinat oxları arasında qalan sahədə proseslər istiliyin alınması ilə, ondan kənarda qalan sahədə isə istiliyin verilməsi ilə əmələ gəlir (şəkil 1.15)
İzotermik prosesdə öz növbəsində müstəvisini iki sahəyə ayırır: izoterma ilə kordinat oxları arasında qalan sahədə proseslər temperaturun azalması ilə, ondan kənar sahədə isə temperaturun artması ilə baş verir (şəkil 1.16)
Son iki şəkildə 1 nöqtəsi istənilən ixtiyari prosesin başlanğıc nöqtəsidir. Politropik prosesin təhlilindən alınan nəticələri qapalı prosesə tətbiq edək.
Şəkil 1.17-də göstərilən düz tsiklə toxunan adiabatlar çəkək. toxunma nöqtələri (“a” və “b”) tsikli şərti olaraq iki açıq prosesə ayırır: “amb” və “bna”. Bunlara ayrı-ayrılıqda baxmaqla görürük ki, “amb” prosesində istilik verilir, “bna” prosesində isə istilik alınır.
Həmin proseslər üçün termodinamikanın I qanununun ifadəsini yazaq:
“amb” prosesi üçün
“bna” prosesi üçün
Nəticədə tsikl üçün alırıq ki,
Burada - tsikl ərzində qazın gördüyü işdir (düz tsikldə).
(1.68) ifadəsi tsikllər üçün termodinamikanın I qanunudur.
Qeyd etmək lazımdır ki, əks tsikllər üçün də bu qanun (1.68) şəklində yazılır. Lakin əks tsikldə q1 – alınan istilik, q2 – verilən istilik, – tsiklin əmələ gəlməsi üçün xaricdən sərf olunan işdir.
Dostları ilə paylaş: |