1.15. Əsas termodinamiki proseslərin p,v- və T, s- diaqramıında qrafiki təsviri.
Burada əsas termodinamik proseslərin T,s – diaqramında qrafiki təsviri ilə yanaşı, onların p,v- diaqramında təsviri ilə uyğunlaşdırılmasına diqqət yetirilməlidir.
1.İzoxorik proses.
Bu təsvirlərin bir-birilə uyğunlaşmasını qeyd edək. Bildiyimiz kimi, izoxorik prosesdə qazın mütləq temperaturu onun mütləq təzyiqi ilə düz mütənasibdir. p, - diaqramında təsvir etdiyimiz izoxorik prosesdə təzyiq artır, odur ki bu prosesdə temperatur da artır. Digər tərəfdən p, -diaqramında prosesin başlangıc 1 nöqtəsindən adiabata keçirməklə, baxılan prosesdə istiliyin verildiyini müəyyən edirik, odur ki prosesdə entropiya artmalıdır.
2.İzobarik proses.
İzobarik prosesdə qazın mütləq temperaturu onun həcmi ilə düz mütənasib olduğundan, baxılan prosesdə qazın temperaturu artır. Digər tərəfdən bu prosesdə istiliyin verildiyini başlanğıc nöqtədən keçən adiabataya nəzərən görürü, odur ki bu prosesdə temperaturun artması ilə yanaşı entropiya da artır.
3.İzotermik proses.
Bu prosesdə qaz iş görür (verilən istiliyin hesabına). Istilik verildiyi üçün entropiya artır.
4.Adiabatik proses.
Bu prosesdə dq=0 olduğu üçün, entropiya dəyişməsi də sıfra bərabər olur, yəni ds=0. Odur ki, T,s – diaqramı üçün aşağıdakı tənlikdən istifadə olunur.
Bildiyimiz kimi adiabatik genişlənmə prosesi temperaturun azalması ilə baş verir, bu da öz əksini şəkil 1.31-də tapmışdır.
Gördüyümüz kimi, T,s-diaqramında izoxora ilə izobara oxşar loqarifmik əyrilərdir. Həmin prosesləri bir yerdə təsvir edək. Şəkildə proseslərin düzgün qeyd olunduğunu isbat edək.
Dostları ilə paylaş: |