Azərbaycan respublikasi təHSİl naziRLİYİ аzərbaycan texniKİ universiteti “Hİdravlika və İSTİLİk texnikasi” kafedrası



Yüklə 1,56 Mb.
səhifə38/74
tarix02.01.2022
ölçüsü1,56 Mb.
#36080
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   74
istilik texnikasi mühazirə

Birqiymətlilik şərtləri
Birqiymətlilik şərtlərinə aşağıdakılar daxildir:

  1. Istilikkeçirmənin differensial tənliyi.

  2. Başlanğıc şərtlər – başlanğıc anda cisimdə temperaturun paylanması ilə verilir.

  3. Həndəsi şərtlər – cismin forması və həndəsi ölçüləri ilə verilir.

  4. Fiziki şərtlər – cismin və ətraf mühitin fiziki parametrləri ilə verilir.

  5. Sərhəd şərtləri:

Sərhd şərtləri üç üsulla verilir:

  1. Birinci növ sərhəd şərtləri – istənilən an üçün cismin səthində temperaturun paylanması ilə verilir.

  2. İkinci növ sərhəd şərtləri – istənilən an üçün cismin səthindəki bütün nöqtələri üçün istilik selinin sıxlığı ilə verilir.

  3. Üçüncü növ sərhəd şərtləri – cismi əhatə edən mühitin temperaturu və mühitlə cismin səthi arasında baş verən istilik mübadiləsinin qanunu ilə verilir. Həmin istilikmübadilə prosesinə istilikvermə deyilir və əsas qanunu Nyuton-Rixman qanunudur:



burada q – istilik selinin sıxlığı, Vt/m2;

tm, ts,– uyğun olaraq , mayenin və səthin temperaturu;



– istilikvermə əmsalıdır, Vt/(m2∙dər).

İstilikvermə əmsalı cismin səthi ilə ətraf mühit arasında olan istilik mübadiləsinin intensivliyini xarakterizə edir.

Cismin vahid səthindən vahid zamanda ətraf mühitə verilən istilik, həmin cismin daxili hissələrindən onun vahid səthinə vahid zamanda istilikkeçirmə ilə keçən istiliyə bərabər olduğu üçün yaza bilərik ki,

(2.6) bərabərliyi üçüncü növ sərhəd şərtlərinin hər an üçün riyazi ifadəsidir.

Birqiymətlilik şərtləri verildikdə istilikkeçirmənin diferensial tənliyinin həlli zamanı istənilən an üçün cismin bütün həcmində temperatur sahəsi təyin etməyə imkan verir.





Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin