Şüalanma ilə istilik mübadilə prosesini şərti olaraq üç mərhələyə bölmək olar:
Hər hansı bir cismin daxili enerjisinin bir qismi elektromaqnit dalğaların enerjisinə çevrilir.
Həmin elektromaqnit dalğalar fəzada yayılır.
Digər cisimlərin üzərinə düşərək həmin elektromaqnit dalğaların enerjisi cisim tərəfindən udulur və daxili enerjiyə çevrilir.
İstilik mübadiləsinin hər üç növünün eyni zamanda baş verməsinə mürəkkəb istilik mübadiləsideyilir.
Qeyd etmək lazımdır ki, istilik mübadiləsi yalnız temperatur fərqi olduqda baş v
. İSTİLİKKEÇİRMƏ
Ümumi anlayışlar
Temperatur sahəsi. Cismin baxılan həcminin bütün nöqtələrindəki temperaturun baxılan andakı qiymətlərinin yığımına temperatur sahəsi deyilir.
Əgər cismin temperaturu həm koordinatlardan və həm də zamandan asılıdırsa, deməli temperatur sahəsi qərarlaşmamışdır, yəni t=ƒ(x,y,z,τ); ∂t/∂τ≠0 – üç ölçülü qərarlaşmamış temperatur sahəsinin qeyri-aşkar şəkildə tənliyi.
Birölçülü qərarlaşmış temperatur sahəsinin tənliyi aşağıdakı kimi yazılır:
t=ƒ(x); ∂t/∂τ=0; ∂t/∂y=∂t/∂z=0
İzotermik səth. Cismin eyni temperaturlu nöqtələrinin həndəsi yerinə izotermiki səth deyilir.
İzotermiki səthlər kəsişmir, onlar yalnız cismin daxilində qapanır, ya da onun sərhədlərində kəsilir.
Temperatur qradienti. Δt/Δn nisbətinin limitinə temperatur qradienti deyilir,
yəni
Temperatur qradienti temperaturun artması istiamətində yönəldilmiş vektordur (şəkil 2.2). Bildiyimiz kimi, istilik isə əks istiqamətdə yayılır.
Öyrəndiyimiz kursda istiliyin aşağıdakı işarələrindən istifadə edəcəyik:
Qτ, C – ixtiyari F səthindən τ vaxt ərzində keçən istilik miqdarıdır;
Q=Qτ/τ, C/san (Vt) – ədədi qiymətcə ixtiyari F sahəsindən vahid zamanda keçən istilik miqdarına bərabər olan istilik selidir.
q=Q/F=Qτ/(F τ), C/(m2 san), (Vt/m2) - ədədi qiymətcə vahid sahədən vahid zamanda keçən istilik miqdarına bərabər olan xüsusi istilik seli və ya istilik selinin sıxlığıdır.
Dostları ilə paylaş: |