Azərbaycan respublikasi təHSİl naziRLİYİ аzərbaycan texniKİ universiteti “Hİdravlika və İSTİLİk texnikasi” kafedrası


İstilik izolyasiyası və onun böhran diametri



Yüklə 1,56 Mb.
səhifə52/74
tarix02.01.2022
ölçüsü1,56 Mb.
#36080
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   74
istilik texnikasi mühazirə

İstilik izolyasiyası və onun böhran diametri.
Gəmi qurğularının bir qismində ( məs: soyuducu qurğularda, buxar qazanlarında) istilik itkilərinin azaldılması mühüm məsələlərdən biridir. İstilik itkilərinin azaldılması, qurğunun müvafiq hissələrinin izolyasiya edilməsi ilə əldə olunur.

İzolyasiya materialının növü və izolyasiya qatının qalınlığı əsaslandırılmış şəkildə qəbul olunur.

Boru kəmərinin izolyasiya edilməsinə baxaq.

İzolyasiya olunmamış boru kəməri üçün istilikötürmənin xətti termiki müqaviməti aşağıdakı kimi yazılır:



Borunun üzərinə izolyasiya qatını çəkdikdə

Sonuncu ifadədən görünür ki, izolyasiya qatının qalınlığı artdıqca, yəni izolyasiyanın diametri artdıqca yerli müqavimət



azalır. İzolyasiya qatı diametrinin tam xətti termiki müqavimətə təsirini öyrənmək üçün (b) ifadəsinin birinci tərtib törəməsinə baxaq:

şərtinə uyğun gələn diz-nın qiymətinə izolyasiyanın böhran diametri deyilir.

Bu şərtə görə




və buradan


İzolyasiya qatının böhran diametrində , yəni R=f(diz) funksiyası ekstremumdan keçir. Həmin ekstremumun maksimum və ya minimum olduğunu təyin etmək üçün bu funksiyanın ikinci tərtib törəməsinə baxaq:

qiymətində alarıq ki,

Beləliklə, ikinci tərtib törəmə müsbət alındığı üçün Riz=f(diz) funksiyası minimumdan keçir. (2.31) düsturundan göründüyü kimi, izolyasiya qatının böhran diametri dböh yalnız izolyasiya materialının istilikkeçirmə əmsalından və izolyasiyanın xarici səthindən ətraf mühitə istilikvermə əmsalından asılıdır. Rliz=f(diz) qrafiki aşağıdakı kimidir.

Həmin şəkildə eləcə də ətraf mühitə olan istilik itkilərinin qrafiki verilib. Şəkildən göründüyü kimi, d2 dböh olarsa izolyasiya qatının qalınlığı artdıqca (diz=dböh qədər) xətti termiki müqavimət azalır və izolyasiya edilməmiş borunun istilik itkilərindən böyük olur. Izolyasiyanın diametri böhran diametrinin qiymətinə çatdıqda, yəni diz=dböh olduqda istilik itkiləri maksimum olur. Bundan sonra izolyasiyanın diametri artdıqca istilik itkiləri Q azalır.

Əgər borunun diametri d2 dböh olarsa, bu zaman kəməri izolyasiya etdikcə istilik itkiləri azalır.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin