Azərbaycan respublikasi təHSİl naziRLİYİ аzərbaycan texniKİ universiteti “Hİdravlika və İSTİLİk texnikasi” kafedrası



Yüklə 1,56 Mb.
səhifə5/74
tarix02.01.2022
ölçüsü1,56 Mb.
#36080
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   74
istilik texnikasi mühazirə

Komponentin parsial təzyiqini təyin etmək üçün qarışığn Dalton və Amaqa qanunlarına tabe olduğunu nəzərə alaraq, komponent üçün hal tənliyini yazaq

Buradan



Odur ki,



MÜHAZİRƏ 3.
1.4.Termodinamiki proses haqqında ümumi məlumat.
Texnikada işçi cisim kimi əksər hallarda qazlardan istifadə olunduğundan , əsas etibarı ilə qazlarla əmələ gələn proseslərə baxılacaq. Qaz halının ardıcıl dəyişməsinə proses deyilir. Qaz halının dəyişməsi üçün hal parametrlərindən birinin dəyişməsi kifayətdir. Proses adətən qrafiki şəkildə təsvir olunur.

Şəkil 1.1 – də göstərilən proses açıq proses adlanır. Proses nəticəsində qazın həcmi artarsa (yəni olduqda) genişlənmə prosesi, yox əgər həcmi azalarsa ( yəni olduqda) sıxılma prosesi baş vermiş olur.

Əgər qaz başqa yolla ilk halına qayıdarsa, onda qapalı proses (tsikl) baş vermiş olur.

Şəkil 1.2 – də düz tsikl, şəkil 1.3 – də isə əks tsikl təsvir olunub.

Bundan başqa proseslər tarazlı və qeyri-tarazlı olur. Tarazlı proses tarazlı hallardan ibarətdir. Tarazlı hal dedikdə, qazın tutduğu həcmin bütün nöqtələrində hal parametrlərinin eyni olması deməkdir.

Termodinamikada dönən və dönməyən proseslər anlayışından da istifadə edilir. Baxılan prosesi əks istiqamətdə əmələ gətirməklə qaz ilkin hallardan keçməklə başlanğıc hala düşürsə, və bu zaman onu əhatə edən mühitdə ilkin hallardan keçərsə, onda baxılan proses dönən prosesdir. Əslində bütün proseslər dönməyəndir. Dönən proses anlayışından istifadə etməklə, biz baxılan məsələni sadələşdiririk.




1.3.Qazın işi.
Fərz edək ki, silindirin daxilində 1 kq qaz vardır. Porşenin I vəziyyətində qazın parametrləri p1, 1 və T1 –dir. Porşen sağ tərəfə hərəkət edərkən 1-2 prosesi baş verir (şəkil 1.2). Həmin prosesdə müəyyən qədər iş görülür. Bu işi təyin etmək üçün elementar mn prosesinə baxaq. Bu proses porşenin dx qədər yerdəyişməsi ilə əlaqədardır. Burada görülən iş

Əks təsir qüvvəsi F=p∙s (s-porşenin en kəsik sahəsidir). Odur ki,

və ya

1-2prosesində görülən iş

m kq qazın işi



(1.25) düsturundan göründüyü kimi, p müsbət olduğundan işin işarəsi - dən asılıdır. Genişlənmə prosesində olduğundan -in işarəsi müsbət olacaqdır, yəni bu prosesdə qaz iş görmüş olur (şəkil 1.3). Sıxılma prosesində olduğundan -in işarəsi mənfi olacaqdır, yəni prosesin əmələ gəlməsi üçün xaricdən iş sərf olunub (şəkil 1.4)



Son iki şəkildən və (1.26) ifadəsindən göründüyü kimi, prosesin işi onun başlanğıc və son nöqtələrinin parametrlərindən və prosesin gedişindən asılıdır.

Qapalı prosesin (şəkil 1.5) işini təyin edək.

Tsiklə toxunan ordinatlar çəkməklə tsikli şərti olaraq iki hissəyə ayıraq.







Belə nəticəyə gəlirik ki, düz tsiklin işi müsbət (şəkil 1.6) , əks tsiklin işi isə mənfi qəbul olunur (şəkil 1.7).




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin