Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan universiteti “Gənclərlə işin psixolojı əsasları”


Mövzuların tədris saatları üzrə bölgüsü



Yüklə 23,64 Kb.
səhifə2/3
tarix17.09.2023
ölçüsü23,64 Kb.
#144577
1   2   3
“Gənclərlə işin psixolojı əsasları” proqram

Mövzuların tədris saatları üzrə bölgüsü 
Cəmi- _30_ saat: (Müh - 15 saat; Sem - 15 saat.) 
Gənclərlə işin psixolojı əsasları”

№ 

Mövzular 

Muhazirə

Seminar

1 

Psixologiyanın bir elm kimi xarakteristikası. Psixologiyanın tədqiqat metodları

2



2

2

Hayat yolunun psixologiyası. Gənclərin həyat yolunda problemlərin həlli.



2

2

3

Şəxsiyyətin psixoloji mədəniyyəti və gənclərin asudə vaxtının psixologiyası.

2



2



4

Sosial persepsiya. İnsanlar bir-birini qavranmasının qanunauyğunluğu və xusussiyyətləri.

2

2

5

Şəxsiyyətin sosial davranışı.

2

2

6

Ünsiyyət – şəxslərarası qarşılıqlı əlaqə kimi.

2

2

7

Gənclərin ali məktəbə və peşə fəaliyyətinə sosial-psixoloji uyğunlaşması.

2

2

8

Gənclərdə peşə faliyyətinin formalaşmasının psixologiyası

1

1



Mövzu 1. Psixologiyanın bir elm kimi xarakteristikası. Psixologiyanın tədqiqat metodları.
Psixologiyanın bir elm kimi əsas səciyyəsi. Elmi psixologiyanın əsas xüsüsyyətləri. Psixologiyanın sahələri və onların təsnifatı. Psixologiyanın predmetləri: ruh (Demokrit, Aristotel, Platon), şüur (Dekart, Spinoza, Vund), davranış (C.Uotson, B.Skinner), dərketməyən proseslər (Z.Freyd), insanın unikal təbiyəti (A.Maslou). Psixoloji tədqiqatın əsas mərhələləri: problemin öyrənilməsi, tədqiqatın proqramının işlənməsi, tədqiqat metodlarının seçilməsi, ilkin məlumatın toplanması, materialın kəmiyyət və keyfiyyət təhlili, məlumatların şərhi, nəticələr, praktik nəticələr. Rus psixoloqu B.Q.Ananyevin tədqiqat metodlarının qruplaşdırılması haqqında baxışları. Müşahidə, özünümüşahidə, eksperiment, söhbət, anket, test, sosio­met­riya, fəaliyyət məhsullarının təhlili, bioqrafik (tərcümeyi-hal) metodların təsnifatı və tətbiqi imkanları. Elmi prinsip və metodların vəhdəti. Tədqiqat metodikasının mərhələləri. Gənclərlə psixolojı tədqiqat metodları.
Mövzu 2. Hayat yolunun psixologiyası. Gənclərin həyat yolunda problemlərin həlli.
Gənclik psixologiyası. Gənclik dövründə böhran. Gənclik dövründə psixoloji yaş və həyat planlarının müvəqqəti perspektivləri Fərdin taleyi, həyat yolu və həyat istiqamətləri.
Gənclərdə gələcək barədə psixo-emosional halların yaşamağı- bir problem kimi. Həyat
ssenariləri və həyat tərzi. Həyat vəziyyətinin həyət tərzi ilə qarşılıqlı əlaqəsi. Həyat tərzi seçimləri. Gəncin həyat ssenarisi- yaradıcı bir proses kimi. Gəncin vaxt təşkilatlanma problemi. Vaxt tənzimləməsinin növləri. Vaxtın təşkilinin səmərəli yolları.
Mövzu 3. Şəxsiyyətin psixoloji mədəniyyəti və gənclərin asudə vaxtının psixologiyası.
Psixologiyada psixoloji mədəniyyət anlayışı. Psixoloji mədəniyyətin komponentləri və funksiyaları. Psixoloji yetkinlik və onun insan həyatındakı rolu. Fərdi inkişafda mədəni göstəricilər və meyarlar. Psixoloji mədəniyyət və ümumi şəxsiyyət mədəniyyəti. Gənclərin asudə vaxt davranışının psixoloji amilləri. Asudə vaxt davranışının tipologiyası. Kütləvi informasiya vasitələrinin gənclərin mədəni və istirahət təcrübələrinə təsiri. İstirahət insanın özünü yaradıcı kimi həyata keçirməsi üçün fürsət mənbəyi. Səyahət insanın daxili təcrübə mənbəyi kimi.
Mövzu 4. Sosial persepsiya. İnsanlar bir-birini qavranmasının qanunauyğunluğu və xusussiyyətləri.
Sosial persepsiya anlayışı və struktur problemi. İnsanınların bir-birini qavranması və dərk etməsi. Qarşılıqlı anlanmaşmaya yanaşma tərzləri. Şəxsiyyətlərarası qavrayış və mexanizimləri (identifikasiya, diferensiasiya, refleksiya). Sosial stereotiplərin növləri. Empatiya fenomeni. Şəxsiyyətlərarası qavrayış effektləri: yenilik, ilkinlik, himayə effekti və s.
Mövzu 5. Şəxsiyyətin sosial davranışı.
Şəxsiyyətin sosial davranışı. "Rol" anlayışı. Rolların növləri. Rol qarşıdurması. Qruplarda şəxsi statusun rolu. Qrupun şəxsiyyətə təsiri. Sosial inqibasiya və fasilitasiya. Şəxsiyətin sosial-psixoloji potensialı. Sosial zəka. Şəxsiyətin sosial ehtiyaclarının növləri (A.Maslou).
Mövzu 6. Ünsiyyət – şəxslərarası qarşılıqlı əlaqə kimi
Ünsiyyət qarşılıqlı əlaqə kimi. Ünsiyyətin səviyyələri, növləri, funksiyaları. Sosial münasibətlər və oriyentasiya. Subyektiv münasibətlərdə sosial qavrayış. Münaqişələrin sosial-psixoloji xüsusiyyətləri. Münaqişənin mərhələləri. Münaqişənin mənfi və müsbət təsiri. Ünsiyyətdə sosial-psixoloji maneələr və onların yaranma səbəbləri. Münaqişənin psixoloji tənzimləmə üsulları. Kommunikativ refleksiyə münaqişəni tənzimləmə yolu kimi. Münaqişə vəziyyətində davranış və ünsiyyət qaydaları.
Mövzu 7. Gənclərin ali məktəbə və peşə fəaliyyətinə sosial-psixoloji uyğunlaşması.
Gənclərin ali məktəbə uyğunlaşmasının sosial-psixoloji xüsusiyyətləri. Tələbələrin ali məktəbdən getməsinin psixoloji səbəbləri. Tələbənin qrupda sosial-psixoloji uyğunlaşması.Tələbənin tədris fəaliyyətində özünü reallaşdırma imkanı.

Yüklə 23,64 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin