Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan universiteti “Gənclərlə işin psixolojı əsasları”



Yüklə 23,64 Kb.
səhifə1/3
tarix17.09.2023
ölçüsü23,64 Kb.
#144577
  1   2   3
“Gənclərlə işin psixolojı əsasları” proqram



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN UNIVERSİTETİ 
Gənclərlə işin psixolojı əsasları”


fənn üzrə 
Proqramı
Magistratura
BAKI-2020

Tərtib edib: Bünyatova Aynur Rəşid qızı


Elmi redaktor : T. M. Verdiyeva
Rəyçilər :

ATU, Uşaq və yeniyetmələr gigiyenası kafedrasının müdürü dosent ,t.e.ü.f.d. Ş.Balayeva


AU, Sosial işin təşkili kafedrasının müəllimi, dosent, s.ü.f.d. S.Məmmədova


Azərbaycan Universiteti “Humanitar fənlər”
fakultəsi Elmi Şurasının 29.09.2020-ci il tarixli
iclasın ( pr.№5 )qərarına əsasən çap olunur


İzahat vərəqisı

Kursun qısa təsviri: Bu kurs gənclərlə işin təşkilində müasir psixologiyada zəruri olan psixoloji biliklərə əsaslanır. Bunlara psixologiyanın bir elm kimi əsas səciyyəsi, onun tədqiqat metodları, insan psixikasının inkişafı, həmçinin şəxsiyyətin əsas nəzəriyyələri, gənclik yaş mərhələsində psixi inkişafın xüsusiyyətləri, təhsil psixologiyası, sosial və şəxsiyyətlərarası münasibətlər, sosial qrupların sosial-psixoloji xüsusiyyətləri, qruplararası münasibətlərin sosial-psixoloji təhlili, şəxsiyyətin sosial-psixoloji uyğunlaşması və başqaları daxildir.


Fənnin tədrisinin əsas məqsədləri :

  1. Tələbələrin gənclərlə işdə psixologiyanın rolu barədə bilik və fikirləri mənimsəmələri;

  2. Tələbələri psixologiyada vacib olan bir sıra nəzəriyyələrlə tanış etmək və bu nəzəriyyələri tətbiq etmək bacarığını formalaşdırmaq;

  3. Tələbələri gənclərin sosial-psixoloji xüsusiyyətləri və inkişafı haqda məlumatlandırmaq;

  4. Gənclərlə işdə tələbələrin sosial-psixoloji səriştələrinin formalaşdırılması.

Fənnin tədrisi başa çatdıqda əldə olunacaq əsas təlim nəticələri:
Bu fənn üzrə tələbə semestrin sonunda :
gənclərlə işin təşkilində ümüumi və sosial psixologiyanın əsas anlayışını və prinsiplərinin məzmunu və mahiyyətini,
- psixologiyanın əsas tədqiqat metodları;
- yeniyetmələrin və gənclərin problemlərini
- gənclərlə işin təşkilində psixoloji cəhətdən müxtəlif istiqamətlər
- gənclik dövründə böhranın həlli üçün metodlar dair biliklərə yiyələnəcəkdir.



Yüklə 23,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin