Mövzu 6. Kompleks proqram və layihələr - məqsədli təşkilati forma kimi. 1.Sosial proqram və lahiyələrin məqsədləri və metodları. 2. Social layihələrinin tədqiqi xüsusiyyətləri. 3. Sosial layihələrin reallaşdırılması prinsipləri. 4. Ərazinin (Bələdiyələrin) sosial lahiyələrinin təhlili və sosial inkişaf planının hazırlanması. 5. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının sosial layihələr üzrə strateji inkişaf prioritetləri.
1.Sosial proqram və lahiyələrin məqsədləri və metodları. Sosial inkişafın ümumi nəzəriyyəsinə görə, verilən siyasi prioritetlərin, ölkənin mütərəqqi infrastruktur transformasiyasına yönəldilən praktiki həyata keçirilməsini dəyişikliklərin fiksasiya edilmiş göstəriciləri monitorinqi vasitəsilə izləmək olar. Bu baxımdan, sözügedən nəzəriyyəyə təsir göstərmənin ən rasional üsulu innovasiya proseslərinin variasiyalılığı ola bilər. Ölkə və region şəraitində bu proseslər nomenklaturasının hansı şəkildə genişləndirilərək tətbiq edilə bilməsi, dövlət hakimiyyəti orqanlarının qanunvericiliklə müəyyən edilmiş, ərazinin sosial-iqtisadi inkişafında, həmçinin ərazi proqramları və layihələrində ifadə edilən fəaliyyət və tədbirlərin saxlanmasında özünü biruzə verəcəkdir. Proqram məqsədli planlaşdırma və idarəetmə metodları ümumilikdə ölkənin strateji planlaşdırılmasına yanaşmalar arasında xüsusi yer tutur. Bu metodlar əhəmiyyətli strateji məsələnin həlli üçün sistem yanaşması olmaqla aşağıkalıarı özündə ehtiva edir:
qarşılıqlı əlaqələrə dair meydana gələn probelmlərin bütün komponentlərinin təyin edilməsi;
əmək və sosial münasibətlər;
bütöv sistem məqsədlərinin üzə çıxarılması, bunun təmin edilməsilə problemin həllinə nail olmaq olar;
fəaliyyət proqramlarının həyata keçirilməsinin idarə olunmasına dair təşkilat sistemlərinin işlənib hazırlanması;
problemin həlli üçün iştirakçılar tərəfindən işlənib hazırlanmış tədbirlər kompleksinin yaradılması və həyata keçirilməsi, bu tədbirlərin səmərəliliyinin monitorinqi.
Məqsədlərin təşkilati forması, əlaqələndirməsi, mövcud resursları nəzərə alaraq onların iyerarxiyasını daha dəqiq müəyyənləşdirməyə, prioritetləri vurğulamağa və onların həyata keçirilməsini əsas və ya ümumi məqsədə çatmağa yönəltməyə imkan verən kompleks məqsədyönlü proqramlar və layihələrdir.
Yerinə yetirilməsi üçün əsasən proqram məqsədli yanaşmanın istifadə edildiyi sosial-iqtisadi inkişaf məsələləri aşağıdakılardan ibarət ola bilər:
regionlardakı sosial-iqtisadi inkişaf səviyyələrinə görə fərqlərin azaldılması;
məhsuldar qüvvələrin bölgüsündə bərabərləşdirmə;
strateji və dövlət əhəmiyyətli yeni sənaye sahələrinin yenilənməsi və yaradılması;
klasterlərin, eləcə də xüsusi iqtisadi zonaların formalaşdırılması;
büdcə sisteminin təşkilinə dair işlərdə səmərliliyin yüksəldilməsi;
elmi-texniki tərəqqinin sürətləndirilməsi;
nəqliyyat və mühəndis sferalarında infrastrukturun yaradılması və yenidən qurulması;
9 iqtisadiyyat-əmək-məşğulluq – uzunmüddətli sərmayə tsiklinə malik resursların təkrar istehsalının youlna qoyulması.
Proqram anlayışı layihə anlayışına yaxındır. Buna görə də, proqram-hədəf idarəetməsi çox vaxt layihənin idarə edilməsi adlanır.
I. PROQRAM - bütün halları, ümumi məqsədləri və şərtləri nəzərə alınmaqla, mövcud texnologiyalarının köməyi ilə yerinə yetirilməsi nəzərdə tutulan IŞIN RƏSMI DILDƏ TAM VƏ DƏQIQ TƏSVIRIDIR.