1. Sosial proqram və lahiyələrin məqsədləri və metodları. Social layihələrinin tədqiqi xüsusiyyətləri


Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının sosial layihələr üzrə strateji inkişaf prioritetləri



Yüklə 31,21 Kb.
səhifə9/10
tarix27.10.2022
ölçüsü31,21 Kb.
#66522
1   2   3   4   5   6   7   8   9   10
UNEC 1666868429

5. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının sosial layihələr üzrə strateji inkişaf prioritetləri.
Dövlət səviyyəsində məqsədli proqramların icrası konkret hüdudlar çərçivəsində nizamlanır. Belə ki, Azərbaycanda dövlət səviyyəsində proqram məqsədli idarəetmə və planlaşdırma metodlarının bir sıra başlıca şərtlərini ayırd etmək olar:

  • böyük ərazi, coğrafi müxtəliflik, inzibati təcridlik;

  • istehsal amillərinin məkan baxımdan yenidən bölgüsü, iqtisadiyyatın sahəvi strukturu, həmçinin xarici ticarət balansının strukturu sosial-iqtisadi inkişaf səviyyəsində, əhalinin həyat səviyyəsində, yerli əhalinin dini və etnik tərkibində müxtəlifcinslik və qeyri-mütənasibliklərin olması;

  • yüksək aşınma səviyyəsi və əsas fondların köhnəlməsi kimi mənfi tendensiyaların dayanıqlılığı, əhalinin sayının azalması, korrupsiya halları və cinayətlərin artması, təbii, maliyyə və insan (əqli) resurslarının xarici ölkələrə axını;

  • elmi-texniki inqilab, əmək resurslarının keyifyyəti və əhalinin təhsili, iqtisadiyyatın enerjitutumluluğu və s. kimi əmək məhsuldarlığını müəyyənləşdirən həlledici göstəricilərdə inkişaf etmiş ölkələrdən geri qalma.

Ərazilərdə sosial layihələrin həyata keçirilməsi üçün ilk növbədə ərazinin iqtisadi və sosial infrastruktur səviyyələri təhlil edilir, o cümlədən regionun iqtisadi inkişaf səviyyəsini müəyyən edən maddi nemətlərin istehsalı və istehlakı, əhalinin hər nəfərinə hesablanan ümumi daxili məhsul, ümumi milli gəlir göstəricilərinin artım sürəti layihənin işlənib hazırlanmasında istifadə edilən arqumentlərdəndir.
Ərazinin sosial-iqtisadi inkişaf məqsədləri qismində gəlirlərin artması, təhsil, qidalanma və səhiyyə səviyyəsinin yaxşılaşması, yoxsulluq həddinin aşağı düşməsi, ətraf mühitin sağlamlaşdırılması, imkanlar bərabərliyi, mədəni həyatın zənginləşdirilməsi kimi məqsədlərdən istifadə edilir. Bu məqsədlərdən bəziləri identikdir, lakin müəyyən şəraitlərdə onların arasında mühüm fərqlər ola bilər. belə ki, məhdud vəsaitləri ya səhiyyəin inkişafına, ya da ətraf mühitin mühafizəsinə yönəltmək olar. İnkişaf məqsədləri arasında ziddiyyət əmələ gəlir.
Eyni zamanda aydındır ki, ətraf mühit nə qədər təmiz olsa, əhalinin də o qədər sağlam olacaq və son məqsəd, yəni insanların sağlamlığına daha yüksək səviyyədə nail olunmuş olacaqdır. Buna görə də, bu halda məqsədlər arasında ziddiyyət tamamilə qeyri-mümkün xarakter daşımır. Ancaq digər hallarda inkişaf məqsədlərinin ziddiyyəti xüsusi şəkildə nəzərdən keçirilməni və spefisik həll metodlarını tələb edir.
Belə göstəricilərdən biri BMT-nin inkişaf proqramı çərçivəsində işlənib hazırlanan insan inkişafı indeksidir. Bu göstərici ölkələri 0-dan 1-ə qədər artan şəkildə sıralayır. Bu zaman hesablamada iqtisadi inkişafın üç göstəricisindən istifadə olunur:

  1. doğulan zaman gözlənilən orta ömür müddəti;

  2. əqli potensial (yetkin əhalinin savadlılıq dərəcəsi və orta təhsil müddəti);

  3. valyutanın alıclılıq qabiliyyəti və gəlirin son faydalılıq həddinin aşağı düşməsini nəzərə alaraq adambaşına düşən gəlir səviyyəsi.


Yüklə 31,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin