1. Sosial proqram və lahiyələrin məqsədləri və metodları. Social layihələrinin tədqiqi xüsusiyyətləri



Yüklə 31,21 Kb.
səhifə7/10
tarix27.10.2022
ölçüsü31,21 Kb.
#66522
1   2   3   4   5   6   7   8   9   10
UNEC 1666868429

Layihə təklifinin forması
Qeyd: Ekspertizaya yalnız layihə təklifi təqdim olunur.
1. Layihənin adı Layihənin adını aydın və dəqiq yazın.
2. Problemin qoyuluşu (1-2 səhifə) Layihədə həllinə çalışmaq istədiyiniz problemi (məsələni) təsvir edin. Problemin Azərbaycan Respublikasında təhsil sahəsinin inkişafı üçün aktual olduğunu əsaslandırın.
3. Layihənin məqsəd və vəzifələri (0,5–1 səhifə) Layihənin məqsədini 1 cümlədə ifadə edin. Qarşıya qoyulmuş vəzifələrin müəyyən zaman çərçivəsində reallığa uyğun olaraq spesifik, ölçülə bilən olmasına diqqət yetirin.
4. Görüləcək işlər (3 – 5 səhifə) Həyata keçiriləcək fəaliyyət növlərinin qısa təsvirini, icra müddətini ardıcıllıqla qeyd edin. Hər bir fəaliyyət növü üzrə əldə ediləcək nəticələri konkret olaraq təsvir edin.
5. Layihənin icra müddəti (0,5 səhifə) Layihənin əhatə etdiyi müddəti qeyd edin. Layihənin icra planı ayrıca cədvəl şəklində tərtib edilərək, layihəyə əlavə olunmalıdır.
6. Gözlənilən nəticələr (1–2 səhifə) Layihənin həyata keçirilməsinin sonunda əldə ediləcək nəticələri təsvir edin. Layihə təsvir edilən problemin həllinə necə təsir edəcəyi barədə məlumat verin.
7. Layihə çərçivəsində qurulacaq əməkdaşlıq (0,5–1 səhifə) Layihənin icrası zamanı digər ümumi təhsil müəssisələri, dövlət qurumları, QHT-lər, şirkətlər və beynəlxalq təşkilatlarla qurulacaq əməkdaşlıqların hansı formada olacağını təsvir edin.
8. Layihənin monitorinqi və davamlılığı (1-2 səhifə) Layihənin icrası və nəticələri haqqında ictimaiyyətin məlumatlandırılması və informasiya əldə edilməsi yollarını göstərin. Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığının təmin olunması istiqamətində görəcəyiniz işləri qeyd edin.
9. Layihənin qiymətləndirilməsi və hesabatlılığı (1-2 səhifə) Layihənin qiymətləndirmə meyarlarını və hesabatlılıq formalarını qeyd edin. Nail olunmuş dəyişikliyin hansı meyarlar əsasında müəyyənləşdiriləcəyini izah edin
10. Layihənin büdcəsi Layihənin büdcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun tərtib olunmalı və layihəyə əlavə edilməlidir.

Proqramlar mahiyyət, məqsəd, həcm, vaxt və digər xüsusiyyətlərinə görə çox müxtəlifdir. Milli proqramlar adətən cəmiyyətin bütün sahələrini (sənaye, qeyri-sənaye, maliyyə, vergi, sosial, mənəvi, beynəlxalq) əhatə edən əsas ictimai məqsədlərə nail olmaq üçün nəzərdə tutulur.



Yüklə 31,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin