1. Sosial proqram və lahiyələrin məqsədləri və metodları. Social layihələrinin tədqiqi xüsusiyyətləri



Yüklə 31,21 Kb.
səhifə4/10
tarix27.10.2022
ölçüsü31,21 Kb.
#66522
1   2   3   4   5   6   7   8   9   10
UNEC 1666868429

Layihə mərhələləri:

  • Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur;

  • Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir;

  • İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır;

  • Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır.

Layihə idarəedilməsinin müxtəlif səviyyələri:

  • Vaxtın idarəedilməsi

  • Büdcənin idarəedilməsi

  • Resursların idarəedilməsi

  • Keyfiyyətin idarəedilməsi

  • İnsan resurslarının idarəedilməsi

  • Risklərin idarəedilməsi

Layihənin növləri:

  • Sosial layihələr

  • İqtisadi layihələr

  • Ekoloji layihələr

1)hazırlanan hər bir şeyin ilk variantı;
2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur.
3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət;
4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi;
5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.
Layihələr vahid nəticəyə çatmaq üçün layihələr proqramına və səmərəli idarəetmə üçün layihələr portfelinə malik ola bilər. Layihələr portfeli ayrı-ayrı proqramlardan ibarət ola bilər.
Beləliklə, layihənin tərifi aşağıdakı kimi müəyyənləşdirilir. Layihə, çoxsaylı formalaşdırılmış məqsədlərin reallaşdırılması prosesində daha yüksək iyerarxik səviyyənin məqsədlərinə çatmanı şərtləndirən bu məqsədlərə müvafiq olaraq resurs, müddət və icraçılar üzrə uyğunlaşdırılan ətraflı şəkildə işlənib hazırlanmış tədbir və hərəkətlər sistemidir.
Layihənin özülünü təşkil edən xarakteristikasını qismində layihənin sistemliliyini təyin etməklə, layihə idarəetməsini iqtisadiyyatın mezosəviyyəsinin mürəkkəb və mürəkkəb quruluşlu sistemlərinin idarə olunması baxımından nəzərdən keçirmək zəruridir. Çünki istənilən layihə, o cümlədən təşkilati layihələr müəyyən əraziyə və ya regiona bağlanmışdır və layihənin reallaşdırılmasının idarə olunması prosesi mahiyyətcə, regional idarəetmənin alt-sistemidir.

Yüklə 31,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin