Regionlararası müqayisədə beynəlxalq təhlildəki kimi insan inkişafı indeksindən və digər analoji göstəricilərdən istifadə etmək olar. İnteqral göstəricilərlə yanaşı regionun ayrı-ayrı şəxsi inkişaf göstəricilərindən də istifadə edilə bilər. Bunlara aşağkılar şamil edilir:
adambaşına düşən milli gəlir;
ayrı-ayrı maddi nemətlərin istehlak səviyyəsi;
gəlirlərin differensiallaşdırılma dərəcəsi;
ömür müddəti;
fiziki sağlamlıq səviyyəsi;
təhsil səviyyəsi;
əhalinin xoşbəxtlik səviyyəsi.
Uzunmüddətli və qısamüddətli məqsədləri və ölkədə iqtisadi inkişafın onlara uyğun gələn meyarlarını ayırd etmək məqsədəuyğundur. Uzunmüddətli məqsədlər arasında 4 sənaye inqilabında cəmiyyətin formalaşması və inkişafı, gələcək nəsillər üçün yüksək ixtisaslı iş yerlərinin açılması, bütün ölkədə səhiyyə, təhisl və mədəniyyət səviyyəsi də daxil olmaqla əhalinin həyat səviyyəsinin yüksəldilməsini göstərmək olar.
Böhranın dəf olunması, gələn il, rüb, ay və s. dövrlər ərzində ümumi milli məhsulda konkret artım kəmiyyətlərinə nail olmanı isə qısamüddətli məqsədlər kimi nəzərdən keçirə bilərik. Uzun və qısa müddətli məqsədlər məzmununa görə kifayət qədər fərqli olmaqla, onlara nail olmaq üçün görülən tədbirlər də müxtəlifdir.
İqtisadi inkişaf meyarları heç də həmişə məqsəd və ya məqsəd istiqamətləri rolunu oynamır. Bu mülahizənin əksi də doğrudur. Regional inkişafın taktiki məqsədləri qismində çox vaxt uğurlu inkişafın zəruri şərti rolunu oynayan aralıq məqsədlər çıxış edir.
Şəhərin inkişafının belə taktiki məqsədlərinə aşağıdakıları aid etmək olar:
yeni biznes sahələrinin cəlb olunması;
mövcud biznesin genişləndirilməsi;
kiçik biznesin inkişafı;
şəhərin mərkəzinin inkişafı;
sənayenin inkişafı;
xidmət sferasının inkişafı;
əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi.
Beləliklə, ölkə, region, şəhər və ərazi səviyyəsində aşağıdakı meyarları və onlara uyğun gələn sosial-iqtisadi inkişaf göstəricilərini nəzərdən keçirmək olar:
ümumi milli məhsul və ya ümumi daxili məhsul (adambaşına düşən mütləq kəmiyyət) və bu göstəricilərin artım tempi;
əhali gəlirlərinin orta səviyyəsi və bu gəirlərin differensiallaşdırılma dərəcəsi;
orta ömür müddəti, insanların fiziki və psixi sağlamlıq səviyyəsi; təhsil səviyyəsi;
maddi nemət və xidmətlərin (ərzaq məhsulları, xalq istehlak malları, telefon xidmətləri) istehlak səviyyəsi, ev təsərrüfatlarının uzunmüddətli istifadə əmtəələrilə təminat;
səhiyyə səviyyəsi (poliklinikalarla, apteklərlə, xəstəxanalarla, diaqnostika mərkəzləri və təcili yardım xidmətlərilə təminat, təqdim edilən tibb xidmətlərinin keyfiyyəti);
ətraf mühitin vəziyyəti;
insanların imkanlarının bərabərliyi, kiçik biznesin inkişafı;
insanların mədəni həyatının zənginləşdirilməsi.
Dostları ilə paylaş: |