Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan universiteti


Rusların  Salarilər dövlətinə olan təsirinin qısa şərhi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix30.12.2021
ölçüsü0,7 Mb.
#49328
1   2   3
Aynur Bəxtiyarova Tarix

 


Rusların  Salarilər dövlətinə olan təsirinin qısa şərhi: 

994-  cü  ildə  rus  drujinaları  yenidən  Xəzər  sahillərində  göründülər.  Bu  zaman  onlar 

Yaxın və Orta Şərqin ən böyük, zəngin ticarət və sənətkarlıq mərkəzlərindən biri olan, 

“Qafqazın  ən  böyük  şəhəri”  ,  “Arranın  baş  şəhəri”  kimi  şöhrət qazanmış  Bərdəni ələ 

keçirmək  üçün  gəlmişdilər.  Kiyev  knyazı  İqorun  (912-945)  drujinaları  və  muzdlu 

qoşunlar  gəmilərlə  Kürün  mənsəbinə  yetişib  buradan  Bərdə  istiqamətində  hərəkətə 

başladılar.  Ərəb  tarixçisi  ibn  Miskəveyhin  yazdığına  görə  onlar  Bərdə  yaxınlığında, 

Kürə  yaxın  Mübarəki  adlı  yerdə  düşərgə  saldılar.  Gəmilərini  burada  300  nəfərlik 

mühafizə dəstələrinin  ixtiyarına buraxaraq Bərdəyə  hücum etdilər. Bu zaman Salarilər 

dövlətinin tərkibində olan Bərdə hakiminin təqribən 5600 nəfərlik hərbi qüvvəsi sayca 

10 qat artıq olan yadellilərə müqavimət göstərə bilmədi. Bərdə yağıların əlinə keçdi. Çox 

adam qılıncdan keçirildi və şəhər amansızcasına qarət olundu. Lakin Bərdəlilər doğma 

şəhəri düşməndən azad etmək üçün yadellilərə müqavimət göstərməkdə davam edirdilər. 

Bərdəliləri  itaətdə  saxlamağın  mümkün  olmayacağını  yəqin  edən  ruslar  Bərdə 

əhalisindən tələb etdilər ki, 3 gün ərzində şəhərdən çıxıb getsinlər. Göstərilən vaxt başa 

çatdıqdan  sonra  yadellilər  doğma  şəhəri  tərk  edib  gedə  bilməyən  Bərdə  əhalisini 

qılıncdan  keçirdilər.  Sağ  qalanları,  şəhər  varlılarını  məscidə  toplayıb  canlarını  satın 

almaq üçün adambaşına 20 dirhəm pul tələb etdilər. Həmin məbləğdə pulu olan qurtula 

bildi,  pulu  olmayanlara  isə  divan  tutuldu.  Şəhərdə  yeni  qarətlər,  qırğınlar  başlandı. 

Qadınlar və uşaqlar əsir alındı. Mənbələrin məlumatına görə bu zaman Bərdədə 20 min 

nəfərə qədər adam öldürülmüşdü. 

Bərdənin ağır günlərində 30 minlik qoşunla özünü yetirən Salari hökmdarı Mərzban ibn 

Məhəmməd  şəhəri  mühasirəyə  aldı,  hərbi  fənd  işlədərək  düşmənə  ağır  zərbə  vursada 

şəhəri azad edə bilmədi. Elə bu zaman Mosul hakimi Əbu Məhəmməd Nəsirəddövlənin 

hərbi  qüvvələrinin  Azərbaycanın  sərhədlərini  pozaraq  Xoy  və  Salması  ələ  keçirməsi 

xəbərini alan Mərzban ibn Məhəmməd özünün əsas hərbi qüvvələri ilə birlikdə Güneyə 

doğru  hərəkət  etməli  oldu.  Onun  bu  yürüşü  uğurlu  oldu.  Döyüşlərdəki  qələbələr 

sayəsində  ölkənin  cənub-qərb  vilayətindən  düşməni  qovduqdan  sonra,  Azərbaycanın 

şimal-qərb vilayətlərinin və Ərməniyəni öz hakimiyyəti altına keçirdi. Salarilərin 4 min 

nəfərlik kiçik bir hərbi qüvvəsi isə Bərdənin mühasirəsini davam etdirdi. Vaxt uzandıqca 

daha  çox  təlafat  verən,  yoluxucu  xəstəliklərdən  qırılmağa  başlayan  ruslar  şəhəri  əldə 

saxlaya bilmədilər. Gecələrdən birində qarət etdikləri qiymətli şeyləri götürüb qalanını 

isə  yandıraraq  şəhərdən  çıxdılar.  Sonra  Mübarəkidə  onları  gözləyən  gəmilərə  doluşub 

Xəzərə çıxdılar və öz ölkələrinə qayıtdılar.  

944-cü il basqınından sonra Bərdə şəhəri bird aha özünə gələ bilmədi. Yarım ildən çox 

rusların  əlində  qalan  şəhər  dəhşətli  dağıntıya,  sənətkarlıq  və  ticarət  tənəzzülə  uğradı. 

Məşhur  Bərdə  bazarı  əhəmiyyətini  itirdi.  Şəhərdə  pul  kəsilməsi  dayandırıldı.  Salarilər 



şəhərin bərpasına fikir vermədilər. 944-cü il faciəsindən bir qədər sonra Azərbaycanın 

şimal  torpaqlarında  müstəqil  dövlət    Şəddadilərin  Gəncəni  özlərinə  paytaxt  seçməsi 

bununla  bağlı  idi.  Xəzərsahili  yaradan  Azərbaycan  vilayətlərinin  tez-tez  rusların 

basqınlarına  məruz  qalması,  944-cü  ildə  Bərdənin  qarət  olunması  və  şəhər  əhalisinə 

dəhşətli divan tutlması Salarilər dövlətinin süqutunu daha da sürətləndirdi.  

 

 



 

 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin