AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN
UNİVERSİTETİ
Sərbəst iş
Kafedra: “İctimai elmlər”
Fakültə: Humanitar Fənnlər
İxtisas: Sosial İş
Fənn: Azərbaycan tarixi
Kurs: 1
Qrup: 212807A
Mövzu: “Salarilər dövləti. Fətəli xan Əfşar”
Müəllim: Aybəniz Quliyeva
Tələbə: Aynur Bəxtiyarova
Bakı-2021
Salarilər dövləti
Yaxın və Orta Şərqdə yaranmış siyasi hərcmərclik şəraitində Sacilər dövləti də uzun
zaman davam gətirə bilmədi. Azərbaycanda çəkişmələrdən istifadə edən Deyləm
(Gilan) hakimi Mərzban in Məhəmməd axrıncı Saci hökmdarı Deysəmə (Sacilər
dövlətində hakimiyyəti ələ keçirən qualm) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı
Ərdəbili ələ keçirdi. Salari hakimi Mərzban ibn Məhəmməd çətin mübarizə şəraitində
Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz
səltənətinin möhkəmləndirməyə çalışdı. Möhkəmlənməkdə olan gənc dövlət yeni
fəlakətlə üzləşdi. Mənbələrdə Rus adlanan tayfalar təbiətinin və sərvətinin
zənginliyinə görə Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər.
Mərzban ibn Məhəmməd (941-957) Salarilər (941-981) sülaləsindən olduğu üçün bu
dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Salarilər dövlətinin də
paytaxtı Ərdəbil şəhəri idi. Salarilərin hakimiyyət dövrü Azərbaycanda çətin bir dövr
kimi xarakterizə edilir.
Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar
dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər. Bundan başqa
Mərzban ibn Məhəmməd Ermənistan ərazisini də öz dövlətinə qatdı, Şərqi Gürcüstanı
tabe etdi. Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, Zəncanın, Əbhərin və
Qəzvinin İsfahan hakiminin asılılığında qalması Mərzbanı narahat edirdi. Onun
məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O, bu niyyətlə
948-ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Mərzbanın 5 min nəfərlik ordusu
düşməninkindən dəfələrlə az idi. Buna baxmayaraq o, döyüşdən imtina etməyi
qeyrətinə sığışdıra bilmədi. Saatlarla davam edən savaş Mərzbanın məğlubiyyəti ilə
başa çatdı. O, sərkərdələri ilə birlikdə əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə
Azərbaycanda hakimiyyət uğrunda feudal ara müharibələri yenidən qızışdı.
Hakimiyyəti əvvəlcə Mərzbanın atası, sonra isə qardaşı Vəhsudan ələ keçirdi.
Hakimiyyət uğrunda mübarizədə keçmiş Sacilər dövlətinin hakimi Deysəm də iştirak
edirdi. O, Zəncanda, Azərbaycanın və Ərməniyənin bir hissəsində hakimiyyəti bərpa
etdi.
Lakin Mərzban anasının və yaxın adamlarının köməkliyi ilə 953-cü ildə əsirlikdən
qaçıb Ərdəbilə gələrək hakimiyyəti ələ keçirdi. Bu xəbəri eşidən Deysəm qorxusundan
əvvəlcə Mosula, oradan da Bağdada qaçdı. Bu hadisədən iki il sonra Mərzban
Dərbənddəki üsyanı yatırmağa gedən zaman Deysəm fürsətdən istifadə edərək
Salması ələ keçirdi. Lakin orada çox qala bilmədi. Mərzban onun gözlərini çıxartdırıb,
özünü də zindana saldırdı. Bundan sonra ölkədə sakitlik yarandı. Əminamanlıq
şəraitində ölkədə iqtisadiyyatın bütün sahələrində canlanma başladı. Sənətkarlıq,
ticarət, mədəniyyət inkişaf etməklə yanaşı, əhalinin sayı da artamağa başladı. Feodal
müharibələrindən təngə gəlmiş adamlar dinclik əldə etdilər.
Mərzban vilayətindən alınan vergiləri nizama saldı. Maliyyə işlərinə nəzarəti və
diqqəti artırdı. Onun dövründə 2 cür vergi toplanırdı. Onların biri torpaq və əmək
vergisi idi. İkincisi, asılı ölkələrin hakimlərindən alınan illik xərac idi. Salarilər
dövlətinin Azərbaycan və onun tabeçiliyində olan ölkələrindən vergilər hesabına
toplandığı illik mədaxil qızılla 3 milyon manata çatırdı. Əlbəttə, bu rəqəm sabit ola
bilməzdi. Baş verən siyasi dəyişikliklərlə əlaqədar onun məbləği artır və azalırdı.
Salarilərin qoşunu maaşla saxlanılan süvari dəstələrdən və piyada hissələrindən ibarət
idi. Onların dənizdə gəmiləri də vardı.
Beləliklə Salarilər dövləti quzeydə Dərbənd keçidindən başlayaraq güneydə Dəclə və
Fərat çaylarının yuxarılarına qədər, Şərqdə Gilan da daxil olmaqla Xəzər
sahillərindən, Qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri
əhatə edən bir dövlətə çevrildi. Bununla, Sacilərdən sonra Salarilər sülaləsinin
hakimiyyəti illərində yenidən bütün Azərbaycan torpaqları vahid dövlət daxilində
birləşdi. Bu da obyektiv olaraq, bütün ölkə miqyasında iqtisadi əlaqələrin inkişafina,
sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət
təsir göstərdi.
Salarilərin hakimiyyəti illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri
üzməyə başladı. Azərbaycanın bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi
rolu daha da artdı. Müxtəlif etnik boyların Azərbaycan xalqı ilə qaynayıb-qarışması
sürətləndi. Bunula belə, Mərzban ibn Məhəmmədin ölümündən sonra (957) onun
oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət üstündə gedən ara savaşları mərkəzi
hakimiyyətin zəifləməsinə səbəb oldu. Rusların tarix səhnəsinə qədəm qoyması
vəziyyəti çətinləşdirdi. Ruslar özləri X əsrdə yaranmışdıvə Xəzər vasitəsilə ticarət
əlaqələri aparılırdı. Lakin getdikcə rusların hərbi qüvvələri yaranır və onlar Xəzər
vasitəsilə yürüşlərə başlayırlar. X əsrin əvvəllərində Rusların yürüşləri daha da artır.
Bu da təbii ki, Salarilərin zəifləməsinə, onların iqtisadi cəhətdən tənəzzülünə ciddi
təsir göstərir. Bu nöqteyi nəzərdən məhşur Bərdə yürüşünü qeyd etmək lazımdır.