Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki avrasiya universiteti



Yüklə 92,47 Kb.
tarix05.04.2022
ölçüsü92,47 Kb.
#54749
referat 252


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI AVRASİYA UNİVERSİTETİ


«Tərcümə kafedrası»

«Jurnalistika və Filologiya»

fakültəsinin əyani şöbəsinin

IV kurs, CD0311-ci qrup tələbəsi

Məmmədova Günel Akif qızının


«İNGİLİS DİLİ FRAZEOLOGİZMLƏRİNİN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ»


MÖVZUSUNDA
BURAXILIŞ İŞİ
Elmi rəhbər: Prof. S. Rzayeva

Bakı – 2008

Mündəricat
Giriş......................................................................................................................
Fəsil 1

Frazeologizmlərin öyrənilməsi tarixi...................................................................


Fəsil 2

Frazeologizmlərin mahiyyəti................................................................................


Fəsil 3

Alınma frazeologizmlər........................................................................................


Fəsil 4

İngilis dili frazeologizmlərinin azərbaycan dilinə tərcüməsi................................


Nəticə....................................................................................................................
İstifadə edilmiş ədəbiyyat siyahısı........................................................................

Giriş
Nitqin dəqiqliyi və ifadəliliyi sözlərin, ifadələrin qanunauyğun şəkildə işlədilməsindən asılıdır. Biz nitqimizi müəyyən qrammatik qaydalar əsasında qururuq. Sözlər kimi, bütövlükdə bir məna ifadə edən sabit birləşmələr də dilimizin lüğət tərkibinin zənginləşməsində böyük rol oynayır. Bir çox hallarda müəyyən mənanı bildirmək məqsədi ilə tək bir sözdən yox, vəhdət təşkil etmiş sözlər qrupundan da istifadə olunur.

Dildə olan bütün sabit söz birləşmələrinin, bölünməz ifadə və ibarələrin məcmusuna frazeologiya deyilir. Frazeologiya mənşəcə yunan sözü olub, phrases-ifadə, logos-nəzəriyyə, elm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Frazeologiya sabit söz birləşmələrinin qanunauyğun inkişafını, mənşəyini və yaranmasını, xüsusiyyətlərini, forma və məzmun zənginliyini, işlədilmə imkanını, semantik və qrammatik strukturunu, söz və sərbəst birləşmələrlə əlaqəsini və.s. tədqiq edir.

“Frazeologiya” terminini dilçilik aspektində ilk dəfə Şarl Balli işlətmişdir. O, söz birləşmələrinin iki tipini qeyd edərək yazır ki, birləşmələrin birisi sözlərin sabit olmayan birləşməsidir, bunlar daimi olmur, nitq prossesində yaranır və ona görə də nitq vahidlərini təmsil edir. Birləşmələrin bəzisi frazeoloji tərkiblər yaradır. Bunlar dil sisteminə onun vahidləri kimi daxil olur.

Dilçilikdə dil haqqında elmin başqa sahələri kimi, frazeologiya da iki hissəyə ayrılır: 1) ümumi frazeologiya; 2) xüsusi frazeologiya.

1. Ümumi frazeologiyada bir sıra inkişaf etmiş dillərin frazeoloji materiallarının tədqiqindən alınan nəticələr ümumiləşdirilir, bunun əsasında frazeologiyanın ümumi problemləri müəyyənləşdirilir.

2. Xüsusi frazeologiyada isə hər bir konkret dilin faktları əsasında həmin dilin frazeoloji sistemi, semantik strukturu və.s. cəhətləri təsvir olunur.

Frazeologiya az öyrənildiyindən onun əsas tədqiqat obyektini təşkil edən söz birləşmələri üçün vahid konkret termin yaranmamışdır. Odur ki, bu sabit söz birləşmələri bir sıra dilçilərin əsərlərində müxtəlif adlar altında verilmişdir. Onlar sabit söz birləşmələrini frazeoloji vahidlər, frazeoloji birləşmələr, tərkib hissələrinə bölünməyən söz birləşmələri, idiomatik ifadələr, idiomlar, frazemlər, frazeologizmlər və.s. kimi çoxlu terminlər vasitəsi ilə adlandırmışlar. Belə müxtəliflik frazeoloji məsələləri dəqiq anlamağa maneçilik törədir və fikri yayındırır. Dildəki belə sabit söz birləşmələrinin “frazeologizm” termini ilə verilməsi daha məqsədə uyğundur.

Fikrin ifadəsində nitqin bilavasitə tərkib hissəsini təşkil edən iki və ya daha artıq sözlərin birləşməsindən ibarət olub, komponentləri sintaktik və semantik cəhətdən parçalanmayan, quruluşca sərbəst söz birləşmələrinə və ya cümləyə oxşayan, dildə hazır şəkildə mövcüd olub ənənəyə görə ya bir formada, ya da qrammatik cəhətdən dəyişdirilərək işlədilən konstruksiyalara frazeologizmlər deyilir. Frazeologizmi təşkil edən sözlər onun tərəfləri, yaxud komponetləri hesab olunur. Onlar frazeologizmlərdə üzvi surətdə elə birləşir ki, onları bir-birindən ayırmaq və hər bir sözü müstəqil mənada düşünmək qeyri-mümkündür. Frazeologizmi təşkil edən sözlərin hamısı ümumilikdə bir məna ifadə edirlər.

Frazeologizmlər dilin xalq fizionomiyası, onun orijinal vasitəsi, varlıq və zəka zənginliyidir. Onların həm məzmun, həm də forma etibarı ilə zənginliyi və dildə həddindən artıq işlədilməsi alimlərin diqqətini özünə cəlb etmişdir. Ona görə də frazeologiya dilçilik elminin bir şöbəsi olan leksikologiyanın xüsusi bir bölməsinə çevrilmişdir. Frazeologizmlərin daxili məna quruluşunun və xarici strukturnun, onların ayrı-ayrı dillərdə yeri və mövqeyinin açıqlanması, tərcümə olunma imkanlarının öyrənilməsi, milli və beynəlmiləl mahiyyətinin şərhi, onların işlənmə xüsusiyyətlərinin və istifadə olunma sahələrinin təhlili həm nəzəri, həm də praktik cəhətdən aktuallıq kəsb edir.

Frazeologizmlərdən istifadə insanlara öz fikirlərini dəqiq, qısa və idiomatik ifadə etmək imkanını verir. Onlar məfhumu dolayı olsa da, konkret ifadə edir. Frazeologizmlərin əsas xüsusiyyətlərindən biri onların obrazlı, emosional, ifadəli olmasıdır. Belə ki, frazeologizmlər dilin ekspressivliyində onun emosionallığında xüsusi rol oynayır. Onlar bu və ya digər anlayışı ayrı-ayrı sözlərdən dəfələrlə təsirli və obrazlı əks etdirir.

Frazeologizmlərdən həm bədii, həm publisist, həm də digər üslublarda istifadə olunur. Onlar ədəbi dilin yazılı növündə, əsasən bədii üslubda yazılan əsərlərdə, xüsusi üslubi rola malikdir. Frazeoloji birləşmələr yazıçı fikrinin tutumunu böyüdür, bədii əsərin emosionallığını, üslubi keyfiyyətlərinin zənginləşməsinə xidmət eləyir. Yazıçı frazeoloji birləşmələri cümlədə işlədərkən mətnlə frazeoloji birləşmənin qarşılıqlı münasibətini əsas götürür, yəni mətn frazeologizmlərin semantik çalarlarını dəqiqləşdirir, frazeologizmlər isə mətnin. Böyük yazıçı və şairlərin əlində frazeologizmlər bu və ya başqa surətin danışığını fərdiləşdirmək, tipikləşdirmək üçün əsas vasitələrdən birinə çevrilmişdir.

Frazeologizmlər möhkəm milli xüsusiyyətə malikdir. Hər hansı bir xalqın frazeologizmlərini öyrənməklə, biz həmin xalqın mədəniyyəti, tarixi, həyat və yaşayış tərzi ilə yaxından tanış oluruq.

Hər bir dilin özünəməxsus frazeologizmləri var. İngilis dilinin də frazeologiya dünyası çox böyük və müxtəlifdir. İngilis dilinin tarixi inkişafı nəticəsində əmələ gəlmiş bu mürəkkəb frazeoloji sistem o dərəcədə zəngindir ki, danışıq prossesində, frazeologizmlərin vasitəsi ilə bu və ya digər fikri aydın şəkildə başqasına çatdırmaq mümkündür. Bu dilin frazeologizmləri minillik tarixə malikdir. Onlar müxtəlif ictimai tarixi şəraitdə və çox müxtəlif səbəblər əsasında əmələ gəlmişdir. İngilis dilinin frazeologizmlərinin əmələgəlmə mənbəyi, əsasən, xalq danışıq dili, yazılı ədəbiyyat və folklor olmuşdur.

Uzun zamandır ki, dünya ölkələrində ingilis dilini öyrənilməsinə geniş yer verilir. Bizim ölkəmizdə də həmçini bu dilin öyrənilməsinə böyük diqqət yetirilir. Hər hansı bir dilin mükəmməl formada öyrənilməsi, o cümlədən ingilis dilinin öyrənilməsi onun frazeologizmlərini bilmədən mükün deyildir. İngilis dilini öyrənən şəxslər üçün onun frazeologiya sahəsi böyük çətinlik törədir. Onlar əsasən bu dilin frazeologizmlərinin tərcüməsi zamanı böyük çətinliklərlə üzləşirlər. Frazeologizmləri əksər hallarda başqa bir dildə olduğu kimi tərcümə etmək olmur və çox zaman mənasız, gülünc alınır. Bəzi tədqiqatçılar, o cümlədən S. İ. Abakumov, A. A. Reformadski, L. A. Bulaxovski, E. İ. Levintova, Y. M. Volf, M. Ruzikulova, A. Arnold, S. İ. Ojeqov və başqaları frazeologizmlərin bir dildən başqa bir dilə hərfən tərcüməsinin mümkün olmamasını qeyd edir və bunun səbəbini həmin dillərin milli səciyyəsi ilə əlaqələndirmirlər. Bəzi dilçilər isə bu əlaməti frazeoloji vahidlərin dilin milli xüsusiyyətini əks etdirməsi ilə izah edir.

Azərbaycan dilçiliyində də bu məsələ müxtəlif şəkildə şərh edilmişdir. Onlar frazeologizmlərin başqa dillərə eynilə tərcümə olunma bilməməsini qeyd edir.

İngilis dili frazeologizmlərinin tərcüməsi prossesində nəinki təcrübəsiz tərcüməçilər, həmçinin təcrübəli tərcüməçilər də çətinliklərlə üzləşirlər. Onlar çox zaman bu frazeologizmlərin yalnış tərcüməsini verirlər.

Tədqiqatçılar frazeologizmlərin tərcümə problemlərini aradan qaldırmaq üçün müxtəlif fikirlər irəli sürmüşlər və müxtəlif tərcümə metodları təqdim etmişlər.

Bizim də əsas məqsədimiz ingilis dili frazeologizmlərinin azərbaycan dilinə tərcüməsi yollarını öyrənməkdən və tərcümə prossesində ortaya çıxan problemləri aydınlaşdırmaqdan, aradan qaldırmaqdan ibarətdir.

Fəsil 1


Frazeologizmlərin öyrənilmə tarixi
Məlum olduğu üzrə dil tarixi, ictimai hadisədir. Onun bu cəhəti dilin başqa sahələri kimi, onun frazeologiyasına da aiddir. Belə ki, hər bir konkret dilin frazeoloji vahidləri də zəruri ehtiyat nəticəsində tədricən formalaşaraq zənginləşmə prossesi keçirib və sistem halına düşmüşdür. Frazeologizmlər hər bir xalqın həyat və yaşayış tərzi, sənəti-peşəsi, mifik rəvayətləri, dini və mövhümi təsəvvürləri, adət-ənənəsi, dünyagörüşü ilə əlaqədar yaranmış və indi də yaranmaqdadır.

Həm dildəki frazeoloji materialın məcmusu və həm də bunlar haqqında elm şöbəsi frazeologiya adlanır. Frazeologiyanın belə iki məna ifadə etməsi dilçilikdə qüsurdur. Dilin leksik tərkibi leksika, leksikadan bəhs edən şöbə leksikologiya adlandırıldığı kimi, frazeoloji tərkibi bildirmək üçün frazika, frazika haqqinda biliyi isə frazeologiya adlandırmaq lazimdır.

Dilçilikdə az işlənilmiş nəzəri problemlər hələ də çoxdur; məsələn, leksem və frazemlərin qarşılıqlı münasibəti, frazemlərin nitq hissələrinə olan münasibəti və s. Bütün bu məsələlərin həm xüsusi, həm umumi dilçilik planında həll edilməsi frazeologiya şöbəsinin qarşısında duran əsas vəzifələrdəndir.

Hər bir konkret dilin frazeologiyası iki planda tədqiq edilir: diaxronik və sinxronik.

1. Diaxronik planda dilin frazeologiyasının tarixən formalaşması və müasir dövrə doğru semantik və struktur cəhətdən inkişafı öyrənilir.

2. Sinxronik planda isə dilin frazeologiyasının müasir vəziyyətinin semantik və struktur təsviri verilir.

Frazeologiya dilçiliyin tam müstəqil şöbəsi kimi hələ çox gəncdir. Lakin, bu heç də o demək deyildir ki, frazeologiya məsələləri ilə əvvəllər məşğul olunmamışdır. Bu məsələ alimlərin diqqətini çoxdan cəlb etmiş və frazeologiya “gizli” inkişaf yolu keçmişdir.

Frazeolji vahidlərin birinci müşahidəçiləri – lüğət tərtib edənlər – leksikoqraflar olmuşlar. Lüğət tərtib edənlər bəzi sözlərin mənalarını itirdiyini müşahidə etmişlər. Belə vəziyyət, adətən, bu və ya başqa söz bölünməz birləşmə tərkibində olduqda nəzərə çarpmışdır.

Filoloqların diqqətini cəlb edən frazeoloji material ilk dəfə məcmuə şəklində toplanmaqla kifayətlənmiş, bunların xüsusiyyətlərinə, məna və quruluşlarına, müxtəlif tipə malik olduqlarına fikir verilməmişdir. “Rusiyada belə məcmuələr üç yüz il bundan əvvəl meydana gəlmişdir” .

Dilçilik ədəbiyyatında frazeologiyanın tədqiqat obyektindən bəhs edən müəllifləri iki qrupa bölürlər:

1. Ümumiyyətlə hər hansı bir dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını frazeologiya hesab edənlər.

2. Dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını deyil, onlardan nitq və ya dil vahidlərinə ekvivalent olub, komponentləri məna və quruluşca parçalanmayan qismini frazeologiya adlandıranlar.

Dilçilikdə bunlardan birincisi “geniş mənada frazelogiya”, ikincisi “dar mənada frazeologiya” adlandırılır.

Dildə hazır şəkildə işlədilən söz birləşmələrinin hamısını frazeologiya hesab edənlər:

Rus dilçilərindən A. A. Bulaxovski frazeologiyaya hazır şəkildə işlədilən sitat materialı kimi baxaraq, ümumiyyətlə fikir mübadiləsi zamanı istifadə edilən sabit söz birləşmələrinin hamsını frazeologiyanın tədqiqat obyekti hesab edib, ona belə tərif vermişdir:

“Frazeologiyaya, adətən, dildə məna cəhətdən parçalanmayan, lakin işlək sitat materialı kimi möhkəmlənən atalar sözləri, məsəllər, yazıçıların “qanadlı sözlər” şəklinə düşmüş ifadələr və bunun kimiləri daxildir. Onlar müəyyən bütövlük təşkil edən söz birləşmələridir.

B. N. Qolovinin fikirincə isə frazeologizmlər danışan tərəfindən hazırlanmır. Onlar dildə hazır şəkildə mövcuddur. Hamı onlardan hazır şəkildə dil vahidi kimi istifadə edir.

A. İ. Yemifovun tərifində frazeologiyanın tədqiqat obyekti daha genişləndirilərək frazeoloji birləşmələrin sırasına idarə ştampları, istehsal-texniki ifadələr və.s. daxil edilmişdir.

Rus dili lüğətində frazeologiyaya verilmiş tərifdə dildəki sabit söz birləşmələrin və ifadələrin məcmusu ilə yanaşı, ədəbi cərəyanlara, müəyyən dövrdəki ictimai təbəqələrə və ya qruplara məxsus üslubi ifadələr də frazeoloji vahid hesab olunur.

Rus dilçiliyində N. M. Şanski frazeologiya üzərində əhəmiyyətli araşdırma aparmışdır. N. M. Şanski “frazeoloji ifadə” adı ilə dildəki iki və ya daha artıq çox vurğulu sözdən ibarət mənaca tam, söz tərkibi və quruluşca sabit şəkildə işlənən vahidləri nəzərdə tutur.

A. A. Reformatski, yuxarıdakı tədqiqatçıların qeyd etdiklərindən əlavə olaraq, dildəki “spesifik sözləri” də frazeoloji vahid hesab edir və əhalinin müxtəlif qrupunun nitqi üçün spesifik olan sözləri və söz birləşmələrini “frazeologiya” adlandırır. O, öz dərsliyinin sonrakı nəşrində bu meyarı dəyişdirərək, frazeologiyaya aşağıdakı tərifi verir:

“Əhalinin sinfi mənsubiyyətinə və ya ixtisasının əlamətinə, ədəbi cərəyanlara və ya ayrı-ayrı müəlliflərə məxsus spesifik söz və söz birləşmələrini frazeologiya adlandırmaq olar”.

A. A. Reformatskinin bu tərifindəki spesifik sözlər müstəsna olmaqla, bir sıra başqa dilçilər də frazeologiyanı geniş mənada nəzərdə tuturlar. Y. M. Qalkina-Fedoruk, Q. Dementiyeva, A. P. Mordvilko, S. Q. Qavrin, Y. R. Qepner, S. A. Fessalonitski, İ. V. Arnold, L. P. Smit, V. N. Telya dildə hazır şəkildə olan sabit söz birləşmələrinin hamısını frazeologiya hesab edirlər.

Qeyd etmək lazımdır ki, son illərə qədər türkoloji tədqiqatlarda da frazeologiyanın obyekti, əsasən, geniş mənada nəzərdə tutulmuşdur.

Dildə hazır şəkildə işlədilərək komponentləri məna və quruluşca parçalanmayan söz birləşmələrini frazeologiya hesab edənlər:

Yuxarıda qeyd etdiyimiz kimi, tədqiqatçıların xeyli hissəsi didlə olan bütün və hər cür sabit söz birləşmələri deyil, onların müəyyən qismini frazeologiya adlandırır və bununla əlaqədar olaraq frazeologiyaya müvafiq tərif verirlər.

Dilçilik tarixində frazeologiyanın tədqiqat tarixi Ferdinant de Sossyur və Ş. Ballidən başlayır.

Ferdinant de Sossyur dildəki sabit söz birləşmələrini sərbəst söz birləşmələrindən belə fərqləndirir:

“Biz hər şeydən əvvəl, külli miqdarda ifadələrə rast gəlirik ki, bunları dilə aid etmək lazımdır. Bunlar dildə elə hazır nitq parçalarıdır ki, adətən daxilindəki ayrı-ayrı mənalara malik olan sözləri dəyişmək mümkün olduğu halda, bu, məqbul sayılmır. Bu söz birləşmələrinin ənənəyə görə daşıdığı məna komponentlərinin bütövlükdə mənasından və sintaktik quruluşundan asılıdır. Bu cür söz birləşmələri düzəldilmir, bunlardan dildə hazır şəkildə istifadə olunur” .

XX əsrin əvvəllərində frazeologiya məsələləri ilə ilk dəfə Şarl Balli məşğul olmuşdur. O, dilçilik tarixində birinci olaraq frazeologiyanı leksikologiyanın müstəqil şöbəsi kimi müəyyənləşdirmişdir. Ş. Balli nitqdə iki növ söz birləşmələrinin olduğunu müşahidə etmiş, bunlardan sabit söz birləşmələrinin sirri onu xüsusi olaraq maraqlandırmışdır. Bu növ birləşmələri frazeoloji qrup adlandıraraq onları sinxronik planda şərh etməyə çalışmışdır.

Şarl Balli də öz kitablarında fransız dilinin frazeologiyasından geniş bəhs etmişdir. O, dildə sabitləşən söz birləşmələrini “frazeoloji ifadə” , onlardan nisbi müstəqillyini saxlayan sözlərin iştirakı ilə düzələn söz birləşmələrini “frazeoloji qrup” , elementləri tamamilə bir-birilə əlaqədar olan söz birləşmələrini “frazeoloji bitişmə” adlandırmışdır. Bunlardan başqa, görkəmli dilçi, Ş. Balli “ara tip” adlı qrupu da qeyd etmişdir.

Ş. Balli frazeoloji birləşmələrin əlamətini müəyyənləşdirməkdə birləşmənin həm zahiri, həm də daxili cəhətinə nəzər yetirməyi mühüm şərt hesab edirdi. O, sabit söz birləşmələrini öz əsərində leksik semantik və üslubi-məna cəhətdən şərh etmişdir. Dilçilik tarixində sabit söz birləşmələrinə bu şəkildə yanaşmaq tamamilə yeni idi. Ş.Ballinin nəzəriyyəsi frazeologiyanın inkişafına böyük təsir göstərmişdir.

X. Kasares ispan dilində tamamilə sözlərin birləşməsindən düzələn sabit söz birləşmələrinin nitq hissələrinə ekvivalentliyindən bəhs edir, bunları isim, sifət, fel, zərf və nidaya ekvivalent olmasına görə qruplaşdırır. Sonra o, tam mənası olmayan sözlərin birləşməsindən əmələ gələn qrupun xüsusiyyətlərindən danışır, bunları, yəni “bağlama” səciyyəsi daşıyanları sintaktik vəzifələrinə görə iki qrupa bölür:1) bağlayıcı vəzifəsində işlənənlər, 2) sözönü vəzifəsində işlənənlər.

1920-30-cu illərdə frazeologiya problemlərinə həm, sovet, həm də xarici ölkə dilçiliyində bir sıra əsərlər həsr olunmuşdur. Həmin əsərlərdə sabit söz birləşmələrinin bu və ya digər cəhətlərinin aydınlaşdırılması ilə yanaşı, təsnifinə də xüsusi cəhd edilmişdir.

Sovet dilçiliyində frazeologiya məsələlərinə dair ilk dəfə 1931-ci ildə Y. I. Polivanov fikir söyləmişdir. O, frazeologiyaya xüsusi əhəmiyyət verərək demişdir ki, frazeolgiyanın leksikologiyaya münasibəti sintaksisin morfologiyaya olan münasibəti kimidir. O, frazeologiyaya xüsusi əhəmiyyət verərək demişdir ki, frazeologiyanın leksikologiyaya münasibəti sintaksisin morfologiyaya olan münasibəti kimidir.

S. İ. Abakumovun 1936-ci ildə “Sözlərin sabit birləşmələri” adı altında çapdan çıxmış məqaləsində sabit söz birləşmələrini idiomatika və frazeologiya adı altında iki qrupa ayırmışdır. S. I. Abakumova görə, tərcümə edilməyən, məna bütövlüyü olan, leksik və semantik cəhətdən bölünməyən, sabit söz sırasını mühafizə edən bütün birləşmələr idiomatikaya aiddir. Şablonlar, ədəbi sitatlar, ştamp xarakterli birləşmələr frazeologiyaya məxsusdur. Buraya aid olan vahidlərin komponentləri məna müstəqilliyini az itirir.Həmçinin bu tipli vahidlər bir sözün ekvivalenti ola bilmir. Bu bölgü frazeologiyanı düzgün təsəvvür etməyə heç cür imkan vermir.

XIX əsrin II yarısında rus alimlərindən A. A. Potebnya, İ. İ. Sreznevski, F. F. Fortunatov, A. A. Şaxmatov və başqaları frazeoloji materialın elmi təhlili ilə məşğul olmuşlar. Onlar öz əsərlərində yeri gəldikcə frazeoloji materialı, əsasən sintaktik baxımdan işləmişlər. Başqalarından fərqli olaraq F. F. Fortunatov və onun davamçıları frazeoloji vahidlərin həm semantik, həm qrammatik əlamətlərini aydınlaşdırmağa çalışmışdır.

Frazeologiyanın bir dilçilik fənni kimi geniş şəkildə faktik dil materialı ilə əsaslandırılması V. V. Vinoqradovun adı ilə bağlıdır. Dilçiliyin tarixində frazeologiyanın leksikologiya çərçivəsindən çıxıb tam müstəqil şöbə kimi formalaşmasında sovet alimi V. V. Vinoqradovun xidmətləri böyükdür. Onun 40-cı illərin sonunda çap olunmuş əsərlərində rus dilinin frazeologiyası elmi aspektdə şərh edilmişdir. O, rus dilinin materialı əsasında frazeologizmləri üç semantik qrupa bölüşdürür. Onun bu bölgüsü müxtəlif dillərin materialları əsasında frazeologizmin tədqiq olmasına təkan verdi.

Ümumiyyətlə, V. V. Vinoqradovun frazeologiya konsepsiyası frazelogiyanı dərindən dərk etməyə kömək etmiş və tədqiqatın istiqamətini bu sahəyə yönəltmişdir. 50-60-cı illərdə frazeologiya sahəsində ciddi tədqiqatlar aparılmış və dilçiliyin xüsusi şöbəsi kimi fərqləndirilmişdir. 60-cı illərdə frazeologiya nəzəriyyəsi bir neçə istiqamətdə yaranmış, frazeoloji məsələlər ayrı-ayrı mövqelərdən şərh edilməyə başlanılmışdır.

Son illərdə frazeologiyanın inkişafı tam yeni istiqamət almışdır. Sovet dilçiləri frazeologiyaya aid tədqiqat sahəsində böyük işlər görmüşlər. Rus, ukrayna, gürcü, türkmən, qazax, özbək və sair dillərin frazeoloji sistemi yeni metodlarla tədqiq edilmişdir. Azərbaycan dilinin də frazeoloji sistemi tədqiqat obyektinə çevrilmişdir.

A. İ. Smirnitski öz dərsliyində frazeoloji vahidi məzmun, quruluş və formasına görə sözlə müqayisə edərək, onların oxşar və fərqli cəhətlərini göstərir. A. İ. Smirnitskiyə görə, bunların arasındakı ortaqlı cəhət hər ikisinin dildə hazır şəkildə işlədilən material olmasından, fərqli cəhət isə bunların formalaşmasından, yəni sözün “tam şəkildə” formalaşmasından, frazeoloji vahidin isə komponentlərinin birlikdə deyil, hər birinin “ayrılıqda” formalaşmasından ibarətdir.

A. İ. Smirnitski öz dərsliyində frazeoloji vahidlərin struktur tiplərini, komponentləri arasındakı fərqli cəhətləri, frazeoloji vahidlərin müxtəlif funksiyalarda işlənən tiplərini müəyyənləşdirməyə xüsusi fikir verir. Müəllif bu qəbildən olan sabit söz birləşmələri struktur cəhətdən “birzirvəli” , yəni tam mənalı sözlə bir köməkçi sözün birləşməsindən əmələ gələnlər, “ikizirvəli” , yəni iki tam mənalı sözlə bir köməkçi sözün birləşməsindən düzələnlər, “çoxzirvəli” , yəni ikidən çox tam mənalı sözün bir köməkçi sözlə birləşməsindən yarananlar olmaq üzrə qruplaşdırır.

A. İ. Smirnitski “birzirvəli” sabit söz birləşmələri sırasına “give up” , “ make out” , “ring up” və başqa bunun kimi felləri aid etmişdir.

Bundan başqa, o, ingilis dilinin frazeoloji vahidlərini üslubi cəhətdən də nəzərdən keçirərək, onları iki qrupa ayırır:

1)Üslubi cəhətdən neytral olub məcaziliyini itirən sabit söz birləşmələri. Bu birləşmələrin sırasına to fall in love “sevmək”, to get up “yataqdan qalxmaq” kimi sabit söz birləşmələrini aid etmək olar.

2)Xüsusi idiomlar. Bu birləşmələrə isə to take chair “iclası açmaq” frazeoloji birləşməsini misal göstərmək olar.

Müəllif bundan başqa idiomatikliyə meyl etməyən “rough sckech” , eskiz tipində olan sabit söz birləşmələrindən də bəhs edərək belə birləşmələri frazeoloji vahid hesab etmir və onları dilin “ənənəvi birləşmələri” adlandırır. Lakin A. İ. Smirnitski frazeoloji vahidin əsas xüsusiyyəti olan sabitlik məsələsini, idiomatikliyini, mahiyyətini və bunların sadəcə olaraq dildə təkrar olunan ənənəvi söz birləşməsindən fərqini tam genişliyi ilə göstərmişdir.

V. L. Arxangelski frazeologiya probleminə həsr etdiyi iri həcmli monoqrafiyasında M. V. Lomonosovdan başlamış əsərin yazdığı illərə qədər həm rus dilində, həm də bir neçə başqa dildə bu problemin tədqiqi tarixindən bəhs edir, ayrı-ayrı dillərin frazeologiyasının ümumi və xüsusi məsələləri haqqındakı fikirləri nəzərdən keçirir, dil haqqında fənnlərdən biri kimi frazeologiyanın tədqiqat obyektindən, onun ümumi cəhətlərindən, sərbəst sintaktik söz birləşməsindən, onların fərqindən, komponentlərinin qarşılıqlı əlaqəsininin səciyyəsindən və bu problemin daha bir sıra başqa məsələlərindən ətraflı danışır. Müəllif öz monoqrafiyasında rus dili frazeoloji vahidlərini “frazemlər” və “sabit frazalar” olmaq üzrə iki yerə bölür, bunların hər birinin özünə məxsus xüsusiyyətlərinindən bəhs edilir və onlara geniş tərif verilir ki, bunun da əsas cəhətləri aşağıdakılardan ibarətdir:

1. Frazeoloji vahid dilin inkişaf tarixinin hazırki mərhələsində öz birləşmələrinin tam və qəti kombinasıyasıdır.

2. Bunlar nitqdə hazır şəkildə işlədilir.

3. Ən azı müəyyən ardıcıllıqla gələn iki leksik səviyyədə olan sözün qəti müəyyənləşmiş birləşməsindən ibarətdir.

4. Qrammatik cəhətdən söz birləşməsi və cümlə modeli əsasında dildə mövcüd olmuş və ya mövcüd olan qaydalara əsasən formalaşmışdır.

Bunlardan başqa V. L. Arxangelski dilçilik ədəbiyyatında terminlərin frazeoloji münasibətindən də bəhs etmişdir. O, yalnız söz birləşməsi şəklində olan terminləri frazeologiyaya aid etmişdir.

Qeyd etmək lazımdır ki, müəllif öz əsərində frazeoloji vahidlərdən danışarkən “sabit frazalar” adı altında rus dilindəki atalar sözlərini, məsəllləri və.s. geniş mənada frazeologiya kimi nəzərdə tutur.

B. A. Larin,Y. İ. Polivanov və V. V. Vinoqradovdan sonra yenidən frazeologiya sahəsini bir dilçilik elmi kimi qeyd etmişdir. Onun frazeologiyaya dair fikirləri belədir:

“Dilçiliyin bir sahəsi olan frazeologiya gizli inkişaf yolu keçir. O, hələ də bir elm sahəsi kimi tam olaraq təsdiqlənməmişdir. Belə bir sahənin xüsusi tədqiqata və digər dilçilik sahələrindən ayrılmasına ehtiyacı var” .

Beləliklə, son illərə qədərə sovet dilçiliyində, o cümlədən frazeologiya problemi ilə daha çox məşğul olan rus dilçiliyinin özündə də bu sahənin tədqiqat obyekti hələ qəti şəkildə konkretləşməmişdir. Akademik V. V. Vinoqradovun dediyi kimi, dilçilik fənnləri sırasında frazeologiya sahəsinin mövqeyi son dərəcə qeyri-müəyyən olaraq qalmaqda idi.

Lakin son illərdə frazeologiyanın tədiqat obyekti, istərsə də frazeologiyada onun mpvqeyi artıq müəyyənləşməyə başlamışdır. Biz bunu A. V. Kuninin, V. P. Jukovun, M. T. Tağıyevin tədqiqatlarında və bir sıra başqa yeni tədqiqat əsərlərində görə bilərik.

A. V. Kunin də frazeologiyanı dərindən tədqiq edən tədqiqatçılardandır. O, özünün “Müasir ingilis dilinin frazeologiyası” kitabında frazeoloji məsələlərdən geniş bəhs etmiş, ingilis dili frazeologizmlərinin geniş təsnifatını vermişdir.

V. P. Jukov rus dili frazeologiyasına həsr etdiyi tədqiqatında frazeologizmlərin komponentlərinin sözlərlə əlaqəsini, bunlar arasında oxşar əlamətləri, leksik, semantik və sintaktik planda frazeoloji vahidlərin sözlərdən fərqlənən cəhətlərini göstərir. Müəllif frazeologiyanı dar mənada götürərək tədqiq edir, bununla yanaşı o, başqa sabit söz birləşmələrin az bir qisminin frazeologiya xüsusiyyətini kəsb etməklə dilin xüsusi frazeologiyasına daxil olduğunu qeyd edir. Müəllif frazeoloji vahidə “frazeologizm” adı ilə aşağıdakı tərifi verir:

“Frazeologizm” adı altında dilin ayrılıqda formalaşan sabit söz birləşmələrini düşünülür ki, bunların da komponentləri komunikativ əlaqədə tam (və ya ən aşağısı ümumi analitik) məna kəsb edir və bir qayda olaraq bitmiş cümlə yaratmır” .

M. T. Tağıyev rus dili feli frazeologiyasının tədqiqat obyektinə “dar mənada” yanaşaraq, frazeologiyanı geniş mənada nəzərdə tutanlarla razılaşmır. Bununla əlaqədar olaraq müəllif yazır ki, müasir filologiyada elə vəziyyət yaranmışdır ki, bunun nəticəsində “frazeologiya” anlayışı hədsiz dərəcədə genişləndirilir, buraya həm sözlər, həm də idiomlar və tərkibi terminlər, sabit sintaktik konstruksiyaların bütün növləri, atalar sözləri, məsəllər, hikmətli sözlər, qanadlı sözlər, çoxlu miqdarda şifahi və yazılı nitqə məxsus olan ştamplar daxil edilir.

M. T. Tağıyev frazeologiyanın obyektinin bu cür qeyri-müəyyən bir şəkildə başa düşülməsinin səbəbini bu sahədə dərin elmi-nəzəri prinsipə əsaslanan metodoloji əsasın işlənib hazırlanılmamasında və filoloji elmlər sahəsində dilçiliklə ədəbiyyatşünaslıq irsinin genetik əlaqəsinin az tədqiq edilməsində görür. Müəllif frazeologiyanın obyektindən bəhs edərkən yazır:

“Dilçilik elmlərindən biri olmaq etibarı ilə frazeologiyanın vəzifəsi yalnız dil strukturasına aid olan söz birləşmələrini tədqiq etməkdir. Frazeologiyanın predmetinin xüsusi dilçilik mənada başa düşülməsi bu məsələnin ədəbiyyatşünaslıq-dilçilik və xüsusi ədəbiyyatşünaslıq mənada başa düşülməsindən fərqlənir”.

Nəzərə almaq lazımdır ki, akad. V. V. Vinoqradov öz əsərlərində frazeologiyanı dar mənada götürmüşdür. Frazeologiyaya belə bir baxış O. S. Axmanova, R. A. Budaqov, S. İ. Ojeqov, A. M. Babkinin də əsərlərində mövcuddur.

S. İ. Ojeqov frazeologiyanı iki mənada (geniş və dar) təsəvvür edir. S. İ. Ojeqova görə, geniş mənada frazeologiya dedikdə buraya hər cür sabit birləşmələr— atalar sözləri, məsəllər, idiomlar, ibarələr, ədəbi klişelər, rəvayətli ifadələr, qanadlı sözlər və sair daxildir. Lakin dar mənada frazeologiya isə ancaq sözün ekvivalenti olan frazeoloji vahidlərin məcmusudur. Frazeologiyanı belə fərqləndirmək və onunla da kifayətlənmək doğru deyil. Frazeoloji material dilin lüğət tərkibinin bir hissəsidir. Buna görə də, əlbəttə, frazeologiya dedikdə onu lüğəvi vahidlərin məcmusu kimi nəzərdə tutmaq lazımdır.

S. İ. Ojeqov elmə, texnikaya, sənayeyə, incəsənətə və.s. aid olan söz birləşməsi şəklindəki terminlərin hamısını deyil, ümumi dil terminologiyası sistemindən kənara çıxan, başqa sözlə əvəz olunan və ya daxilində müstəqil nominativ mənaya malik olmayan sözlər işlənən söz birləşmələrini frazeologiyanın tədqiqat obyekti hesab edir.

İstər dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını frazeologiya hesab edən, istərsə də dildəki söz birləşmələrinin hamısını deyil bir qismini frazeologiya hesab edən dilçilərin çoxu frazeologiyanı üslubiyyatın tədqiqat obyekti kimi nəzərdə tuturlar.

Son illərdə bir tərəfdən Hind-avropa dillərinin frazeologiyası üzərində daha mükəmməl tədqiqat aparan mütəxəssislərin dəlilləri, digər tərəfdən, türk dilləri faktlarının dərindən öyrənilməsi türkologiyada da tədqiqatçıları bu qənaətə gətirmişdir ki, dilçilik fənlərindən biri kimi frazeologiyanın dar mənada götürülməsi tamamilə məqsədə uyğundur.

Azərbaycanda da frazeologiya sahəsində xeyli iş görülmüşdür. Azərbaycan dilçiliyində bu mövzu ilə əlaqədar bir sıra əsərlər yazılmış, frazeologiyanın ümumi və xüsusi məsələləri aydınlaşdırılmışdır.

Azərbaycan dilçiliyində ilk dəfə “idiomatizm” termini B. Çobanzadə ilə F.Ağazadənin birlikdə yazdıqları “Türk ğrameri” dərsliyində işlənilmişdir.

Frazeologiya problemi Azərbaycan dilçiliyində, əsasən, yaxın vaxtlarda tədqiqatçıların diqqətini cəlb etmişdir. Azərbaycan dilinin frazeologiyası barədə ilk dəfə M. Hüseynzadə öz “Müasir Azərbaycan dili” adlı dərsliyində məlumat vermişdir. Bundan sonra S. Cəfərovun Azərbaycan dilinin idiomlarından bəhs edən məqaləsi çap olunmuşdur. Bir qədər sonra onun müxtəlif illərdə çapdan çıxan kitablarında həmin məsələlərdən nisbətən geniş bəhs edilir ki, bu mənbələrdə idiomlara aid hissə müəllifin yuxarıda xatırlatdığımız məqaləsinin genişləndirilmiş, əlavə edilmiş variantıdır. O, özünün “Müasir Azərbaycan dilinin leksikası” kitabında idiomlara dair geniş məlumat vermişdir.

S. Cəfərov Azərbaycan dili frazeoloji vahidlərini bir bütöv halda “sabit söz birləşmələri” adlandırır. Bu fikir doğrudur. Lakin o, əvvəlcə idiomları “sabit idiomlar” və “qeyri-sabit” idiomlar olmaq üzrə iki qrupa ayırır. Müəllif bundan sonra qeyri-sabit idiomları “qovuşma idiomlar”, “birləşmə idiomlar” və “uyuşma idiomlar” adı ilə üç növə bölür. Lakin bu növlərin münasibətlərinin izahında dəqiqlik gözlənilməmişdir.

1958-ci ildə S. Murtuzayevin M. F. Axundovun komediyalarının frazeologiyasından bəhs edən əsəri çapdan çıxmış, sonralar həmin əsər müəyyən yeniliklə yeni adda nəşr edilmişdir. Ə. Orucovun Azərbaycan dilinin izahlı lüğətinə həsr etdiyi əsərində frazeologiyanın leksikoqrafiya ilə əlaqədar məsələlərinə toxunulur. Bir qədər sonra A. Qurbanovun qiyabiçi tələbələr üçün frazeologiyanın bəzi məsələlərinə həsr edilmiş “Metodik göstəriş əvəzi” adlı vəsaiti çapdan çıxmışdır. 1963-cü ildə M. Paşayevanın rusca-azərbayanca lüğətlərində rus frazeoloji vahidlərinin, 1965-ci ildə B. H. Tahirbəyovun V. S. Leninin Azərbaycan dilinə tərcümə edilmiş əsərlərində atalar sözləri və zərb-məsəllərin verilməsinə həsr etdikləri namizədlik dissertasiyalarında frazeologiyanın bəzi ümumi məsələlərinə toxunulmuş və müəlliflər öz mövzuları ətrafında Azərbaycan dilinin idiomlarına, K. Əliyevin bədii ədəbiyyatda frazeologiyanın üslub xüsusiyyətlərinə həsr etdikləri namizədlik dissertasında tədqiqat mövzusu istiqamətində bu dilin frazeologiyasından nisbətən geniş bəhs etmişdir. 1967-ci ildə A. Qurbanovun ali məktəb tələbələri üçün yazdığı dərslikdə frazeologiya sahəsi haqqında müəyyən məlumat verilmişdir. 1977-ci ildə nəşr olunmuş “Müasir Azərbaycan dili” kitabı və H. Bayramovun “Azərbaycan dilinin frazeologiyasının əsasları” adlı dərs vəsaiti Azərbaycan dili frazeologiyasının tədqiqi tarixində mühüm hadisədir. Frazeologiyanın obyekti, frazeologizmlərin əlamətləri, məna növləri, onların söz və sərbəst söz birləşmələri ilə əlaqəsi, əmələgəlmə yolları kimi məsələləri öz şərhini geniş şəkildə ilk dəfə bu əsərlərdə tapmışdır.

Yazıçılarımızın əsərlərinin dilinin tədqiqinə həsr edilmiş bəzi namizədlik dissertasiyaalrında frazeologiya məsələlərinə toxunulmuşdur. M. Rzazadənin “Molla Pənah Vaqifin qoşma, deyişmə və təcnislərinin leksikası”, R. Həsənovun “Yusif Vəzir Çəmənzəminlinin hekayələrinin dili və üslubi xüsusiyyətləri” əsərlərində frazeologiya məsələlərinə toxunulmuşdur. M. Məmmədovun, N. Vəzirovun hekayələrinin leksikası və frazeologiyasına həsr edilmiş tədqiqatında isə yazıçının əsərlərinin frazeoloji materialı üzərində nisbətən geniş dayanılmışdır. Bunlardan başqa, Azərbaycan dilinin bu və ya digər sahəsindən bəhs edən əsər və dissertasiyalarda da frazeologiya haqqında müəyyən fikirlər irəli sürülmüşdür ki, buraya A. Ələkbərovun Azərbaycan dilində mürəkkəb fellərin tədqiqinə həsr etdiyi namizədlik dissertasiyası, Ə. Dəmirçizadənin ali məktəb tələbələri üçün vəsaiti, N. Məmmədovun və A. Axundovun ali məktəb tələbələri üçün yazdıqları dərslik, Ə. Abdullayevin, Y. Seyidovun, Z. Budaqovun, Z. Əliyevanın, M. Adilovun, S. Xəlilovun və başqa müəlliflərin monoqrafiya və məqalələri daxildir.

Y. Seyidov öz monoqrafiyasında dildəki sərbəst və sabit söz birləşmələrindən bəhs edərək, sərbəst söz birləşmələrinin əsil qrammatik birləşmə kimi söz birləşmələri haqqında sintaktik təlimin əsas və vahid obyekti olduğunu, sabit söz birləşmələrin isə dilin tarixi inkişaf prossesində yarandığını və dilimizdə dəyişmədən, yəni hazır şəkildə işlədildiyini göstərir. Onun fikrincə sərbəst və sabit söz birləşmələri haqqında bir-birindən fərqli fikirlərin meydana çıxaması həmin birləşmələr arasındakı oxşar cəhətlərlə əlaqədardır. Bu birləşmələrin oxşarlığı isə onların mənşəyi ilə bağlıdır. Bu birləşmələr dildə müxtəlif deyil, eyni mənşəyə malikdir, daha doğrusu, sabit söz birləşmələri sərbəst söz birləşmələrinin məna inkişafı, məna dəyişikliyi nəticəsində yaranmışdır.

Qeyd etmək lazımdır ki, Y. Seyidov sabit söz birləşmələrinin sərbəst söz birləşmələrindən yaranması fikrini əsaslandırmaq üçün V. V. Vinoqradovun, S. İ. Ojeqovun, N. M. Şanskinin və başqa dilçilərin adlarını çəkir, onların bu və ya digər əsərlərinə işarə edir. Lakin həmin mənbələrdə sabit söz birləşmələrinin heç də hamısının sərbəst söz birləşmələrindən əmələ gəlməsindən bəhs edilmir.

S. N. Muratov mürəkkəb sözləri, tapmacaları və daha başqa ifadələri dilin sabit söz birləşmələrinin sırasına daxil edir. Beləliklə onun anlayışında sabit söz birləşmələrinin əhatə dairəsi birinci qrupdakından daha geniş miqyas alır. Bununla belə S. N. Muratov sabit söz birləşməsi adlandırdığı bu müxtəlif konstruksiyaların heç də hamısını frazeoloji vahid hesab etmir.

Azərbaycan dilində frazeologiya probleminin ümumi nəzəri məsələlərinin tədqiq edilməsi, eləcə də bu dilin özünəməxsus faktlarının kifayət qədər toplanmasından irəli gəlir. Buna görə də indiyə qədər Azərbaycan dili frazeologiyası haqqında irəli sürülən fikirlərdə müxtəliflik, qeyri-dəqiqliklə yanaşı, dil faktları ilə əsaslandırılmayan mülahizələr də vardır.

Digər xalqların dilçiliyində olduğu kimi, Azərbaycan dilçiliyində də frazeologiyadan bəhs edən müəlliflərin bir qismi onu geniş mənada, bir qismi isə dar mənada nəzərdə tutmuşlar. Birinci qrupdan olanlara M. Hüseynzadəni, S. Cəfərovu, Ə. Dəmirçizadəni, M. Adilovu, N. Rəhimzadəni, K.Əliyevi, A. Qurbanovu, R. Həsənovu göstərmək olar. Bu müəlliflərin özləri də geniş mənada frazeologiyadan bəhs edərkən irəli sürdükləri fikirlərdə bir-birindən müəyyən dərəcədə fərqlənirlər. Məsələn: M. Hüseynzadə atalar sözü, məsəlləri idiomatik ifadələri konkret şəkildə qeyd etdiyi kimi, buraya konkret olmayan “başqa frazeoloji birləşmələr”i də daxil edir. K. Əliyev obrazlı müqayisələri də frazeologiyanın tədqiqat obyekti kimi verir. Ə. Orucov isə bu məsələdən bəhs edərkən yazır:

“Məlum olduğu kimi, frazeologiya anlayışı olduqca genişdir, buraya yalnız mənası komponentlərinin mənasından asılı olmayan parçalanmaz leksik birləşmələr deyil, başqa sabit birləşmələr də: atalar sözləri, məsəllər, aforizmlər, qanadlı sözlər, peşə ifadələri, klassik poeziyada rast gəldiyimiz çox işlənən formul şəklinə düşmüş spesifik ənənəvi ifadələr və.s. daxildir.”

N. Rəhimzadə Azərbaycan dili frazeoloji materialını a) öz leksik-semantik parçalanmazlığı ilə fərqlənən obrazlı ifadələr (idiomlar) və b) sabit söz birləşmələri olmaq üzrə iki yerə bölür. Beləliklə, onun anlayışında sabit söz birləşmələri deyil, frazeologiya daha geniş məna daşıyır.

“Müasir Azərbaycan dilində söz birləşmələri” kitabında verilmiş “sabit söz birləşmələri” sərlövhəli hissədə belə söz birləşmələri adı ilə frazeologiyanı geniş mənada nəzərdə tutan müəlliflərdən fərqli olaraq, frazeologiya dar mənada nəzərdə tutulmuş, atalar sözü və başqa ifadələr buraya daxil edilmişdir. Beləliklə, bizim də anlayışımızda “frazeologiya” ilə “sabit söz birləşməsi” məfhumu eyniyyət təşkil edir, lakin bu eynilik birinci qrupdan olan müəlliflərin anlayışından fərqlidir.

Bizə görə, frazeologiyanı dar mənada götürərək, dilçilik fənlərindən biri kimi onun tədqiqat obyektinə hər cür sabit birləşmələri deyil, yalnız dil strukturasının tərkib hissəsi kimi işlənənləri aid etmək lazımdır.

Bütün bu əsərlərdə irəli sürülən bir sıra fikirlər və göstərilən dil faktları dilçiliyin frazeologiyaya sahəsinin tədqiqində müəyyən əhəmiyyətə malikdir. Lakin bunların böyük əksəriyyətində hər hansı bir dilin materialı əsasında frazeologiyanın meyarı, formalaşması və inkişafı, obyekti, onun folklor materiallarına münasibəti, frazeoloji vahid və idiom, frazeolgiya və söz, frazeologiya və söz birləşməsi, frazeologiya və sabit söz birləşməsi, frazeologiya və kontekst kimi bir sıra məsələlərdən tam bəhs olunmamışdır. Onların əksəriyyəti bu məsələlərin bu və ya digəri haqqında ancaq müəyyən qeydlər, mülahizələrlə kifayətlənmişdir. Bunun əsas səbəblərindən biri müəlliflərin frazeologiya problemini xüsusi tədqiqat mövzusu kimi araşdırmaq məqsədini qarşılarına qoymamalarıdır.

Beləliklə frazeologiyanın dərindən tədqiqinin zəruriliyi dilçiləri belə bir qənaətə gətirmişdir ki, dilçiliyin bu sahəsi leksikologiyanın tərkib hissəsi deyil, xüsusi dilçilik fənnlərindən biri kimi nəzərdə tutulmalıdır. Bu fikir son illər ərzində artıq hamı tərəfindən qəbul olunmuşdur.


Fəsil 2

Frazeologizmlərin mahiyyəti


Hər bir dil mürəkkəb frazeoloji sistemə malikdir. Dildə frazeologizmləri tiplərə ayırmaq üçün əsəs meyar həmin birləşmələrdəki sözlərin bir-birinə yanaşma və qovuşma dərəcəsidir. Frazeoloji vahidlərin komponentlərinin bir-birinə qovuşma dərəcəsi olduqca müxtəlifdir.

Dilçilikdə frazeolji vahidlərin təsnifi müxtəlif istiqamətlərdə aparılır. Bunlardan birincisi “Frazeologiya nəzəriyyəsi”nin banisi İsveçrə dilçisi Şarl Ballinin frazeoloji vahidlərə verdiyi təsnifat frazeologiyanın inkişafına böyük təsir göstərmişdir. Onun, söz birləşmələrinə dair ilk kitabları “Üslubiyyatın xülasəsi” və “Fransız üslubiyyatı” olmuşdur. Ş.Balli özünün “Üslubiyyatın xülasəsi” kitabında söz birləşmələrinin ilk təsnifatını vermişdir. O, fransız dilində frazeologiyanın ənənəyə görə işlədilməsini qeyd edərək yazır ki, dildə bir sıra sözlər başqa sözlərə nisbətən bir-biri ilə daha sıx bağlılığa meyl edir. Ş.Balli söz birləşmələrini dörd qrupa bölür: 1)sərbəst söz birləşmələri, 2)adi birləşmələr, 3)frazeoloji qrup, 4)frazeoloji birləşmələr.

1. Sərbəst söz birləşmələri – bu cür birləşmələrin hər bir üzvi ayrılıqda olduğu kimi birləşmə daxilində də öz müsətqilliyini saxlayır və parçalana bilir.

2. Adi birləşmələr – bu söz birləşmələrinin tərkibindəki sözlər qismən müstəqildir. Adi birləşmələrin tərkibində bəzi dəyişikliklər etmək mümkündür.

3. Frazeoloji qrup – bu söz birləşmələri nisbi müstəqilliyini saxlayan sözlərin köməyi ilə düzəlir. Frazeoloji qruplarda komponentlərin yenidən qruplaşdırılması mümkündür. Onun komponentlərinin qismən başqa sözlə əvəz edilməsinə yol verilir.

4. Frazeoloji birləşmələr – elementləri tamamilə bir-biri ilə sıx əlaqədə olan birləşmələrdir. Bu cür söz birləşmələrinin tərkibindəki sözlər öz mənalarını itirərək, birlikdə ümumi bir məna ifadə edir. Frazeoloji birləşmələrin komponentlərinin dəyişdirilməsi qeyri-mümkündür.

Beləliklə, Ş. Balli söz birləşmələrini onların sabitlik dərəcəsinə görə müqayisə etmişdir. O, söz birləşmələrini sxematik olaraq bu qruplara bölmüş, lakin onların geniş şərhini verməmişdir. Ş.Balli özünün növbəti “Fransız dilinin üslubiyyatı” kitabında adi söz birləşmələrini və frazeoloji qrupu “ara tip” kimi adlandırmışdır. O, belə ifadələrə feli birləşmələri misal göstərmişdir. Sonradan o, söz birləşmələrinin yalnız iki qrupunu qeyd etmişdir: 1) sərbəst söz birləşmələri, 2) frazeoloji birləşmələr.

Qeyd etmək lazımdır ki, Ş.Balli “frazeoloji birləşmə” adı ilə nəzərdə tutuduğu semantik qrupdan olan frazeoloji vahidlərin xarici cəhətinin xüsusiyyətindən bəhs edərkən bunlarda üç əlamətin olduğunu göstərir:

1. Onların tərkibindəki sözlər ayrı yazılılır.

2. Bu birləşmələrin tərkibindəki sözlər sabit sırada olur və onların komponentləri arasına başqa söz daxil etmək qeyri-mümkündür.

3. Bu tip birləşmələrin komponentlərindən heç birini başqa sözlə əvəz etmək mümkün deyil.

Akademik V. V. Vinoqradov rus dilinin materialı əsasında frazeoloji vahidləri “frazeoloji birikmələr”, “frazeoloji bitişmələr” və “frazeoloji birləşmələr” adı ilə üç semantik qrupa bölür. Bunların hər birinin özünəməxsus əlamətini göstərir. O, frazeoloji birikmələrdən bəhs edərkən yazır ki, bunların ümumi mənası ilə komponentlərinin mənası arasında heç bir yaxınlıq, əlaqə, hətta potensial əlaqə belə yoxdur. Bunların tərkib hissələri dildəki bir və ya digər sözlə eyni səs tərkibinə malik olsa da, bu cür qarşılıqlı əlaqə omonimlikdən başqa bir şey deyildir.

Frazeoloji bitişmə sözün potensial ekvivalentidir. Bu cəhətdən bunlar frazeoloji birikməyə yaxınlaşır, lakin öz məna quruluşlarının mürəkkəbliyi, komponentlərinin məna əlaqəsinin potensial şəkildə mövcüd olması ilə frazeoloji birikmələrdən fərqlənir. Frazeoloji bitişmə xarici səs forması ilə sərbəst söz birləşməsinə uyğun gəir. Frazeoloji birləşmədə sərbəst mənada olmayan sözlərin sinonimlərlə əvəz edilməsi mümkündür.

V. V. Vinoqradov bu bölgüsündə “frazeoloji birləşmə” adlandırılan qrup ilk baxışdan Ş. Ballinin təsnifatındakı “frazeoloji qrup” və ya “adi birləşmələr”ə oxşayır. Lakin, əslində bunlar bir-birindən kəskin sürətdə fərqlənir. Belə ki, V. V. Vinoqradovun bölgüsündə frazeoloji birləşmə səciyyəsi daşıyanların komponentlərindən biri ancaq məhdud sözlərlə frazeoloji cəhətdən “bağlı məna” daşıyır. Ş. Ballinin təsnifatında isə, özünün qeyd etdiyi kimi “birləşmə parçalandıqdan sonra sözlər öz mənalarını saxlayır”.

Qeyd etmək lazımdır ki, V. V. Vinoqradovun söz birləşməsi şəklində olan və frazeoloji səciyyə daşıyan terminləri “frazeoloji bitişmələrə” aid edir və bunları həmin qrupdan olan frazeoloji vahidlərdən ayrıca nəzərdə tutmağın lazım gəldiyini yazır.

V.V.Vinoqradovun bu təsnifatı bir müddət həm rus dilinin, həm də bir sıra başqa dillərin frazeologiyasından bəhs edən əsərlərdə tamamilə məqsədəuyğun sayılmış və olduğu kimi saxlanılmışdır.

Lakin son illərdə bir sıra dillərin frazeologiyası ilə daha dərindən məşğul olan tədqiqatçılar müəyyənləşdirmişlər ki, bu təsnifat özünü doğrultmur.

N. N. Amasova V. V. Vinoqradovun təsnifatı ilə razılaşmamışdır.O, V. V. Vinoqradovun bölgüsünün dərin təhlilini verərək yazır ki, buradakı təsnifat vahid bir prinsipə əsaslanmır, belə ki, iki əvvəlki semantik qrup (frazeoloji birikmə və frazeoloji bitişmə) komponentlərinin mənasından asılı olmayaraq, ümumi mənalarının dərk edilməsi dərəcəsinə görə müəyyənləşdirildiyi halda, “frazeoloji birləşmələr” adı ilə üçüncü qrupa aid edilənlər tərkibindəki sözün başqa leksik vahidlərlə məhdud şəkildə birləşməsi əlamətinə görə səciyyələndirilir. N. N. Amasova yazır ki, V. V. Vinoqradovun frazeologiya ilə əlaqədar olan məqalələrindən frazeologiyanın bir sıra ümumi məsələləri, o cümlədən frazeoloji vahdin daxilən ayrılıqda formalaşması problemi, frazeoloji vahidlərin tərkib hissələrinin müxtəlif tiplərinin müəyyənləşdirilməsi kimi məsələlər nəzərə alınmamışdır. Sonra N. N. Amasova V. V. Vinoqradovun “frazeoloji vahiddə onun ümumi məzmunun müəyyənləşməsi üçün kiçik bir işarə belə olarsa, frazeoloji birikmə haqqında danışmaq olmaz” cümləsini xatırladaraq yazır ki, burada frazeoloji vahidlərin mənalarının dərk edilməsi haqqındakı fikir digər faktları ilə obyektiv şəkildə əsaslandırılmır. Belə ki, V. V. Vinoqradovun özü daxilində daşıdıqları ümumi mənaya zəif də olsa işarə olan frazeoloji vahidləri frazeoloji birikmə hesab edir. Daha sonra, N. N. Amasova qeyd edir ki, V. V. Vinoqradovun “frazeoloji bitişmənin mənası onun komponentlərinin mənası ilə bağlı deyildir” fikri inandırıcı deyildir. Əgər nitq prossesində biz əvvəlcədən məlum olan idiomatik birləşmənin mənasını başa düşə biliriksə, deməli, burada həlledici onun komponentlərinin mənası ilə əlaqədar olaraq dərk edilməsir.

N. N. Amasova frazeoloji vahidin əsas xüsusiyyəti olan sabitlik məsələsini, idiomatikliyini, mahiyyətini və bunların sadəcə olaraq dildə təkrar edilən ənənəvi birləşmələrdən fərqini tam genişliyi ilə öz monoqrafiyasında dolğun şəkildə işıqlandırmışdır. O, ingilis dili materialı əsasında “frazeologiya və kontekst” məsələsini də geniş şəkildə işıqlandırmışdır ki, bu da dilin frazeoloji təsnifində əsas meyarlardan biri kimi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, V. V. Vinoqradovun verdiyi bölgüyə N. N. Amosovanın istər burada qısa şəkildə bəhs etdiyimiz etirazı, istərsə də haqqında danışdığımız daha başqa tənqidləri ilə biz əsasən razılaşırıq.

N. M. Şanski isə təsnifatı daha da genişləndirərək sabit söz birləşmələrinin üç deyil dörd tipini qeyd etmişdir. O, sabit söz birləşmələrinin frazeoloji birikmələr, frazeoloji bitişmələr, frazeoloji birləşmələr və frazeoloji ifadələr qruplarını qeyd etmişdir. O, sözlərin həqiqi mənası üzərində yaranıb, öz lüğəvi tərkibinə və qrammatik qovuşmasına görə möhkəm, həm də aydın sabit söz birləşmələrini frazeoloji ifadələr adlandırmışdı. N. M. Şanski düşünür ki, frazeoloji ifadələrin ümumi mənası onun tərkibinə daxil olan sözlərin mənası ilə bağlıdır. Məsələn: Live and learn “beşikdən qəbrə qədər öyrən!”.

İngilis dilinin frazeologizmləri aşağıdakı kimi təsnif olunmuşdur:

Frazeoloji birikmə.

Tərkibindəki sözlərin müstəqil mənalarını tamamilə itirməsi nəticəsində əmələ gələn sabit söz birləşmələrinə frazeolji birikmələr deyilir. Dilçilikdə bu tip sabit söz birləşmələri idiomlar da adlandırılır. Bu söz birləşmələrin əsas əlaməti onların semantik cəhətdən bütövlüyüdür. Dildə xüsusi səciyyə daşıyan bu birləşmələr onun frazeologiyasının əsasını təşkil edir. Frzaeoloji birikmələrə aşağıdakı söz birləşmələrini misal göstərmək olar:

Kick the bucket “ölmək”; send smb. to conventry “bir kəsi baykot etmək”, “bir kəslə əlaqəni kəsmək”; at bay “çıxılmaz vəziyyət”; be at somembody`s beck and call “qulluğunda həmişə hazır olmaq” = “əmrə hazır olmaq”; to be all thumbs “yöndəmsiz”, “yaraşıqsız”; to rain cats and dogs “şıravaran yağış yağmaq”; kilkenny cats “qatı düşmənlər”.

Frazeoloji birikmələr onları təşkil edən komponentlərinin məcazi mənaları əsasında əmələ gəlir. Bu cür birləşmələrin bədiilik xüsusiyyətləri yalnız tarixi-nöqteyi nəzərdən açıqlanır. Məsələn: “bay” sözünün mənası “tupik” (ş.dəniz quşu), “beck” sözünün mənası isə “qollarını çırpmaq”-dır. Bu sözlər arxaizmlərdir və yalnız yuxarıda göstərildiyimiz frazeologizmin tərkibində işlənir. Və yaxud digər bir misala baxaq “to be all thumbs” frazeologizmi “one`s fingers all thumbs” frazeologizminin əsasında əmələ gəlmişdir. “Kilkenny cats” frazeologizmi bir əfsanədən götürülmüşdür. Əfsanəyə görə Kilkenny və Irishtown arasında XVIII əsrdə müharibə olub və bu müharibə hər iki şəhərin dağılması ilə nəticələnib. “Send smb. to Conventry” frazeologizmi Klarendonun “The history of the Great Rebellion and Civil Wars in England” kitabında götürülmüşdür. İngilis inqilabı dövründə Konventri şəhərində bir həbsxana yerləşirdi ki, orada yalnız güclü monarxlar saxlanılırdı. Göst ərdiyimiz bu frazeologizm də bununla əlaqədar olaraq yaranmışdır.

Beləliklə frazeoloji birikmələrdə həqiqi məna ilə məcazi məna arasındakı əlaqə itir və məcazi məna onlar üçün ön plana keçir. Frazeoloji birikmələrin aşağıdakı xüsusiyyətləri var:

1. Frazeoloji birikmələrin komponentləri sırasına arxaizmlər də daxil ola bilər.

2. Bu tip birləşmələri sintaktik cəhətdən parçalanmaq mümkün deyildir.

3. Onların komponentlərinin yerlərini dəyişdirmək əksər hallarda qeyri-mümkündür.

4. Bu birləşmələrin tərkibinə söz daxil ola bilmir.

5. Frazeoloji birikmələrin tərkibindəki sözlər öz leksik mənalarını itirərək onların komponentlərinə çevrilir və ümumi bir mənanı ifadə edir. Məsələn: “kick the bucket” – “to die”; “send smb to Conventry” – “to ignore”.

Frazeoloji bitişmə.

Bəzi sabit söz birləşmələrinin tərkibindəki sözlərdən birinin həqiqi mənası az da olsa, nəzərə çarpır. Bu tip birləşmələr frazeoloji bitişmələr adlanır. Frazeoloji bitişmələrə aşağıdakı söz birləşmələrini misal göstərmək olar:

To spill the beans “sirr vermək”; to burn bridges “körpüləri yandırmaq”; to throw dust into smb’s eyes “bir kəsin başını aldatmaq”; to point the devil blacker than he is “şişirtmək”; to put a spoke in somebody’s whell “bir kəsə mane olmaq”, “əngəl törətmək”; to hold one’s cards close one`s chest “bir şeyi sirr olaraq saxlamaq”, “ağzını bərk tutmaq”, “susmaq”; to be narrow in the shoulders “zarafat başa düşməyən”; to gild refined gold “boş yerə çalışmaq”; to stick like a leech “zəli kimi yapışmaq”; broad shoulders “enli kürək”; more or less “qismən”, “müəyyən dərəcədə”; out of the frying pan into the fire “yağışdan çıxıb yağmura düşmək”.

Frazeoloji bitişmələr bədiilik və məcazilik baxımından qismən frazeoloji birikmələrə bənzəyirlər. Frazeoloji bitişmələri başa düşmək üçün onun komponentlərini məcazi mənada dərk etmək lazımdır. Məsələn: make a mountain out of a molehill frazeologizmi “qarışqadan fil düzəltmək” (bir şeyi çox şişirtmək) mənasını verir. Burada molehill sözü “çox kiçik” mənasında, mountain sözü isə “çox böyük” mənasında dərk edilir.

Frazeoloji bitişmələr omonim ola bilər, yəni onlar həm həqiqi, həm də məcazi məna ifadə edə bilərlər. Məsələn: It was very tiresome as I had to swim against the current cümləsinin tərcümsi belə olacaq: Axının əksinə üzmək çox yorucu idi. Bu cümlədə “to swim against the current” birləşməsi “axının əksinə üzmək” mənasını verir. Bu birləşmənin məcazi mənası isə “bir kəsə qarşı çıxmaq (getmək)”, “bir kəsin əksinə getmək”dir.

Frazeoloji bitişmələrin də özünəməxsus xüsusiyyətləri var. Bunlar aşağıdakılardır:

1. Bu birləşmələr yüksək bədiilik xüsusiyyətlərinə malikdir və onlar mövcud olan digər sabit söz birləşmələrinə mənaca uyğun gəlir. Məsələn: to throw dust into smb`s eyes, to be narrow in the shoulders, to burn one’s fingers, to burn bridges.

2. Frazeoloji bitişmələr komponentlərinin semantik xüsusiyyətlərini qoruyub saxlayır. Məsələn: to put a smoke in smb`s wheel.

3. Onlarda emosionallıq və ifadəlilik həlledici rol oynayır. Məsələn: to throw dust into smb`s eyes, to point the devil blacker than he is.

4. Bu tip birləşmələrin komponentlərinin yerini dəyişmək qeyri-mümkündür. Məsələn: to hold one’s cards close to one’s chest.

5. Frazeoloji bitişmələr sözlərin və yaxud söz birləşmələrinin sinonimi ola bilir. Məsələn: to gild refined gold = to paint the lily.

Frazeoloji birləşmə.

Bəzi sabit söz birləşmələrinin tərkibindəki sözlərdən biri mütləq öz həqiqi mənasında işlənir, o biri söz isə ondan asılı vəziyyətdə olur, yəni bu tip birləşmələrin tərkibinə həm müstəqil, həm də frazeoloji məna daşıyan sözlər daxildir. Dilçilikdə bu cür sabit söz birləşmələri frazeoloji birləşmələr adlandırılır. Məsələn: a bosom friend “ürək dostu”; to frown one’s eyebrows “qaşlarını çatmaq”; a Sisyphean labour “sizif əməyi”; Adam's apple “xirtdək”; rack one`s brains “baş sındırmaq”; to pay attention to somebody “bir kəsə diqqət yetirmək”; Augean stables “avgin tövlələri”; Homeric laughter “homer gülüşü”; Achilles’ heel “axilles dabanı”.

Frazeoloji birləşələrin aşağıdakı xüsusiyyətləri var:

1. Frazeoloji birləşmələrin kompoentlərindən birini dəyişmək mümkündür. Məsələn: a bosom friend “ürək dostu”, bosom buddy “yaxın yoldaş”.

2. Bu birləşmələrin əsas tərəfini onun sinonimi ilə əvəz etmək olar. Məsələn: pitched battle “amansız döyüş”, fierce battle “sərt döyüş”, “qızğın döyüş”.

3. Onların komponentlərinin yerini dəyişmək mümkündür. Məsələn: Sisyfean labour “sizif əməyi”, a labour of Sisyphus.

4. Bu tip birləşmələrin komponentlərindən birinin müsətqil, digərinin isə asılı olması mütləqdir. Məsələn: a bosom friend “ürək dostu”, yəni insana yaxın yalnız onun dostu ola bilər, düşməni yada bir başqası ola bilməz.

Biz N. N. Amasovanın təsnifatı ilə razılaşırıq.

Fəsil 3


Alınma frazeologizmlər
İngilis dilinin frazeologizmləri müxtəlif ictimai-tarixi şəraitdə və çox müxtəlif səbəblər əsasında əmələ gəlmişdir. Bu dilin frazeologizmlərinin əsas mənbələri Bibliya, bədii ədəbiyyat, mifik rəvayətlər və əfsanələrdir.

İngilis dilinin frazeologizmlərlə zənginləşməsində Bibliyanın böyük rolu var. Qədim dövrlərdən indiyədək Bibliya insanlar tərəfindən ən çox oxunan kitab olmuşdur. Buna görə də, ingilis dilindəki frazeologizmlərin əksəriyyəti Bibliyadan götürülmüşdür. İngilis dili Bibliyadan götürülmüş frazeologizmlərlə o qədər zəngindir ki, onların sayını söyləmək qeyri-mümkündür. Bibliyadan götürülmüş frazeologizmlər bibleizmlər adlandırlır. Ingilis dilindəki geniş yayılmış bibleizmlər aşağıdakılardır:

To be of one mind “bir fikirdə qalmaq”; to answer a fool according to his folly “bir kəslə layiq olduğu kimi davranmaq”; at the eleventh hour “son məqamda”; in the twinkling of an eye “bir göz qırpımında”; a wolf in sheep’s clothing “qoyun dərisi geymiş canavar”; to possess one’s soul in patience “səbrini yığmaq”; forbidden fruit “haram”; to strengthen somebody’s hand “bir kəsi dəstəkləmək”; to hide one’s light under a bushes “istedadını boğmaq”; a drop in the bucket “dənizdə bir damla”; daily bread “gündəlik ruzi”; to heap coals of fire on somebody’s head “bir kəsi utandırmaq”; to cast pearls before swine “xamlamaq”; the promised land “həsrəti çəkilən yer”; the prodigal son “fərsiz oğul”, “ata-anasına ağ olmuş oğul”; can the leopard change his spots “qozbelə qəbr qazar”; to laugh to scorn “istehza ilə gülmək”; Juda’s kiss “riyakarlıq”, “xəyanət”; a dead letter “kağız üzərində qalmaq”, “həyata tətbiq olunmamış”; to worship the golden calf “sərvətə baş əymək”; to beat the air “boş yerə çalışmaq”, “xəlbirlə su daşımaq”; to bend the knee to (smb) “diz çökmək”; built upon sand “davamsız”; to call in question “sual altında qoymaq”; to change one’s skin “tanınmayacaq dərəcədə dəyişmək”; to dig a pit for somebody “bir kəsə quyu qazmaq”; to draw a bow at a venture “bir şeyi düşünmədən etmək”; to fall on stony ground “nəticəsiz olmaq”, “boşa çıxmaq”; to gnash the teeth “dişlərini qıcırdatmaq”; to go from strength to strength “qüvvətlənmək”; to gird up one’s loins “gücünü yığmaq”, “gücünü toplamaq”; to have pity on (smb) “yazığı gəlmək”, “bir kəsə ürəyi yanmaq”; to fall upon one “bir kəsin davamçısı olmaq”; to lift up one’s voice “səsini ucaltmaq”; to take counsel “məsləhətləşmək”; to wash one’s hands off “məsuliyyəti öz üzərindən atmaq”; by the sweat of one’s brow “öz alın təri ilə”; a labour of love “təmənnasız”, “şəxsi mənfəət güdməyən”; the olive branch “zeytun budağı” (sülh simvolu); the law of the Medes and Persians “dəyişməyən qanun”; the mammon of unrigtheousness “pul”, “zənginlik”; a little bird (whispered to) me “yerin də qulağı var” (Кунин А.В. Англо-русский фразеологический словарь).

Frazeologizmlərin bəziləri dualardan götürülmüşdür. Məsələn: for better, for worse “yaxşı və pis gündə”, “hər nə olursa, olsun”; from the bottom of the heart “səmimi qəlbdən”, “ürəkdən”; lay violent hands on oneself “özünə qəsd etmək”; the world, the flesh and the devil “yanlış həvəs”; like a giant refreshed “yeni qüvvə ilə”, “yeni hisslə”(The Book of Common Prayer ).

Bəzi bibleizmlər zaman keçdikcə formaca qismən dəyişdirilmiş və ingilis dilinin lüğət tərkibinə müasir formada daxil olmuşdur:

The gall and the wormwood “nifrət oyadan bir şey”, “mənfur” frazeologizmin komponentlərindən “the” artiklı götürülərək onun forması qismən dəyişdirilmişdir. Bu frazeologizmin müasir forması belədir: “wormwood and gall”.

A man soweth, that shall he reap “nə əkərsən, onu da biçərsən” frazeolgizmində to sow felinin arxaik forması atılmışdır. Bu frazeologizmin müasir forması isə belədir: “Whatever a man sows, that shall he reap”.

Hope against hope “möcüzəyə ümid etmək”, “möcüzələrə inanmaq” frazeologizmi who against hope bealieved in hope frazeologizminin müasir formasıdır.

A lost sheep “yolunu azmış”, “yolundan çıxmış (adam)” frazeologizmi bibliyada “for I found my sheep which was lost” formasındadır.

A drop in the bucket “dənizdə bir damla”, “çox az” (Bibliyada: as a drop of bucket).

Başqa dillərdən alınma frazeologizmlər ingilis dilində böyük rol oynayır. Müasir dövrdə elə bir dil yoxdur ki, onun lüğət tərkibi yalnız öz frazeoloji birləşmələrindən ibarət olsun. Müasir inkişafla əlaqədar olaraq xalqlar bir-biri ilə elmi, mədəni, siyasi, iqtisadi cəhətdən sıx əlaqədardır. Bu dillərin yaxınlaşması, birinin digərinə frazeoloji birləşmə vermək üçün zəmin yaradır. Bir dildən başqa bir dilə keçən, müxtəlif xalqların bir-biri ilə sıx əlaqəsi, əmək fəaliyyəti, elm və incəsənətin inkişafı nəticəsində əmələ gələn frazeologizmlər beynəlxalq frazeologizmlər adlanır.

İngilis dili frazeologizmlərinin əksəriyyəti Qədim Roma və Yunan ədəbiyyatlarından götürülmüşdür. Bu frazeologizmlər aşağıdakılardır:

The golden age “qızıl əsr” (bu frazeologizm yunan yazıçısı Qesiodun poemasından götürülmüşdür. Bu poemada Saturun əsri təsvir olunmuşdur ki, bu əsrdə insanlar qayğısız, rahat, müharibəsiz həyat keçirmişlər); a labor of Hercules “Herkules əməyi” (həddindən artıq çətin iş); Lares and Penates “larlar və penatlar” (dindar ailə); Achilles’ heel “axilles dabanı” (yeganə ən zəif yer); Augean stables “avgi tövlələri” (bərbad, çirkin, baximsiz , xaraba qalmış bir yer); a labour of Sisyphus “sizif əməyi” (ağır və faydasız əmək).

Homerin “İlliada” və “Odissea” poemalarından və digər əfsanələrdən götürülmüş frazeologizmlərdən:

Homeric laughter “qəhqəhə ilə gülüş”, “qəhqəhə çalıb gülmək”; a sardromic laugh “acı gülüş”, “istehzalı gülüş”; winged words “qanadlı sözlər”; between Scylla and Charybdis “iki od arasında qalmaq”, “çıxılmaz vəziyyətdə qalmaq”; on the knees of the Gods “bir Allah bilir”; the trojan horse “troya atı” (gizli təhlükə); like a Trojan “cəsur”, “igid”; on the razor`s edge “təhlükəli vəziyyət”; Penolope’s web “Penelop planı”.

Yunan tarixindən, Ezop və digər əfsanələrdən götürülmüş frazeologizmlər: to blow hot and cold “ikili mövqe tutmaq” (Ezop əfsanələri); the lion`s share “ən yaxşı hissə”, “ən çox hissə”; the last straw “səbr kasası dolmaq”; to nourish a viper in one`s bosom “qoynunda ilan bəsləmək”; to take time by the forelock “fürsətdən istifadə etmək”; to call a spade a spade “necə var, elə demək” (Plutarx ); the Gordian knot “dolaşıq iş”, “müşkül məsələ”, “əngəl”; the unwritten law “yazılmamış qanun”; Platonic love “plotonik sevgi” (filosof Platonun yaradıcılığından götürülmüş frazeologizm); there’s many a slip’ twixt the cup and the lip “arxı keçməmiş hop demə” (Aristotel); one swallow does not make a summer “bir güllə bahar olmaz” (Ezop əfsanələrindən götürülmüşdür); the dog in the manger “nə özü yeyir, nə başqasına verir” (Lukian); take the wolf by ears “özünü riskə atmaq”.(Кунин А. В. Фразеология современного английского языка).

İngilis dili frazeologizmlərinin çoxu Qədim Romaya aiddir. Bu frazeologizmlər Qədim Roma tarixindən, Qədim Roma yazıçılarının əsərlərindən götürülmüşdür. İngilis dilində istifadə olunan bu frazeologizmlər aşağıdakılardır:

The watches of the night “dəqiq vaxt”; a snake in the grass “əfi ilan” (məkirli, hiyləgər insan); the sinews of war “pul”, “maddi vəsait”; a bed of rose “xoşbəxt, dinc həyat” (Qədim Romada zənginlərin oturduqları yerlərə qızılgül ləçəkləri səpirdilər); the die is cast “püşk atılmışdır”, “qərar qəbul edilmişdir” (Sezarın yürüşləri ilə bağlı yaranmış frazeologizm); be (turn) thumbs down “əlehinə olmaq”, “qadağan etmək”; be (turn) thumbs up “lehinə olmaq” “həvəsləndirmək” (döyüşdə qalib gələn qladiatorun həyatı imperatorun əl işarələrindən aslı idi, yəni böyük barmağı aşağı salmaq ölüm, yuxarı qaldırmaq isəyaşamaq deməkdir).

İngilis dilinin frazeologizmləri sırasına fransız, ispan, italyan, alman, ərəb, çin dillərəndən alınmış frazeologizmlər də daxildir.

İngilis dilindəki bəzi frazeologizmlər latın dilindən fransız dilinə, fransız dilindən də ingilis dilinə keçən frazeologizmlərdir. Məsələn: Homer sometimes nods “hər kəs səhv edə bilər”, “səhvsiz insan yoxdur”; at the Greak Calends “heç vaxt”; to pass under the yoke “məğlubiyyətlə barışmaq”; a word is enough to the wise “arifə bir işarə” .

Fransız yazıçılarının əsərlərinin bir çoxu ingilis dilinə tərcümə olunmuşdur. Onlara misal olaraq Fransua Rable, Jan Batist Moler, Latonten və başqalarının əsərlərini göstərmək olar ki, bu əsərlərdəki frazeologizmlərin bir qismi ingilis dilinin lüğət fonduna daxil olmuşdur.

Fransız dilindən alınan frazeologizmlər: to burn the candle at both ends “ömrünü puç etmək”; to cultivate one’s garden “öz işi ilə məşğul olmaq”; to leap to the eye “diqqəti özünə cəlb etmək”; let us return to our muttons “söhbətimizə qayıdaq”; place of arms “müharibə meydanı”, “əməliyyat meydanı”; to pull the devil by the tail “ehtiyac içində olmaq”, “yoxsulluq çəkmək”, “ağır vəziyyətdə olmaq”; pure and simple “ümumiyyətlə”, “şübhəsiz”, “əlbəttə”; castles in Spain “xam xəyal”.

İngilis dilindəki frazeologizmlərin bəziləri qədim fransız dilindən götürülmüşdür. Məsələn: to cry havoc “dağıtmaq”, “güclü zərbə endirmək”; to curry favour with somebody “yaltaqlanmaq”, “qılığa girmək”; a bird in the hand is worth two in the bush “soğan olsun, nağd olsun”; look not a gift horse in the mouth “bəy verən atın dişinə baxmazlar”.

Qeyd etmək lazımdır ki, ingilis dilində fransız dilindən alınan frazeologizmlərin sayı o qədər də çox deyil.

Alman dilindən ingilis dilinin lüğət tərkibinə daxil olmuş frazeologizmlər: speech is silvern, silence is golden “danışmaq gümüşdürsə, susmaq qızıldır”; storm and stress “iztirablı günlər”; between hammer and anvil “od ilə su arasında”; the mailed fist “hərbi güc”; storm and stress “gərginlik”.

Müasir ingilis dilində yalnız bir neçə ispan dilindən alınmış frazeologizmlər var. Məsələn: the fifth column “beşinci kolon”, “düşmənin gizli köməkçiləri”( bu frazeologizm İspaniyada vətəndaş müharibəsi dovründə yaranmışdır. Madridi azad edən faşist Mola əhaliyə onun şəhərdə beş kolonunun, yəni beş gizli köməkçi dəstələrinin olduğunu bildirmişdi), war to the knife “yaşamaq üçün deyil, ölüm üçün mübarizə”(bu frazeologizm qubernator Saraqosun fransızların təslim olma tələbinə Palafoksun verdiyi cavab ilə bağlı yaranmışdır) Migel de Servantesin əsərlərindən tərcümə olunmuş bəzi frazeologizmlər də ingilis dilinin frazeolgizmlər sırasına daxil olmuşdur.

Hollandiya dilindən alınma frazeologizm: Forlorn hope “son ümid”.

Çin dilindən alinma frazeologizm: to lose face “etibarını itirmək”, “nüfuzunu itirmək”.

Ərəb bədii ədəbiyyatından alınmış frazeologizmlər, əsasən, “Min bir gecə” nağıllarından tercümə edilmiş frazeologizmlərdir. Məsələn: Alladin’s lamp “Ələddinin sehirli çırağı”. Bu nağıldan rub the lamp “arzularını asanlıqla həyata keçirmək” frazeologizmi ingilis dilinin lüğət tərkibinə daxil olmuşdur.

Alnaschar`s dream “boş xəyallar”, “boş arzular” (Alnaşar bütün pullarını şüşədən olan mallara sərf edir, onları bir səbətə yığır və ümid edir ki, bir gün varlanacaq. Lakin Alnaşeri öz gələcək arvadına hirsləndiyi zaman bu səbətə əli ilə zərbə endirir və səbətdəki bütün şüşələr qırılır).

The old man of the sea “zəhlətökən insan”, “əlçəkməyən insan” (dəniz səyyahı Sindibad heç cürə öz yaxasını bir qocadan qurtara bilmirdi)

An open Sesand “bir şeyi əldə etməyin asand və tez yolu” (“Əli baba və qırx quldur” nağılında istifadə olunan bu sehirli söz vasitəsi ilə quldurların mağarasının qapısını açmaq mümkün idi).(Кунин А. В. Фразеология современного английского языка)

İngilis frazeologizmlərinin çoxu İngiltərəyə ABŞ-dan gətirilmişdir. Bunların sırasına aşağıdakı frazeologizmləri aid etmək olar:

Bread-and-butter letter “təşəkkür məktubu”, cut no ice “əhəmiyyət olmamaq; a hard row to hoe “çətin tapşırıq”, “çətin iş”; in the soup “çətin vəziyyətdə”; to make a monkey out of somebody “bir kəsi ələ salmaq”; to make the fur fly “səs-küy salmaq”,“dava salmaq”; on the level “vicdanlı”, “namuslu”; spill the beans “ağızdan qaçırtmaq”, “sirri vermək”; strike oil “uğur qazanmaq”; to take back seat “çəkinmək”, “gözdən itmək”; have a good time “yaxşı vaxt keçirmək”; you bet! “əmin olun”; do one’s level best “əlindən gələni etmək”; fly off the handle “özündən çıxmaq”, “hirslənmək”; paddle one’s own canoe “öz yolu ilə getmək”, “heç kimdən asılı olmamaq”.

Amerika mənşəli frazeologizmlərin müəyyən bir qismini Amerika bədii ədəbiyyatından alınmış frazeologizmlər təşkil edir. Amerikalı yazıçıların əsərlərdən alınmış frazeologizmlər ingilis dilinin lüğət tərkibinə daxil olmuş və hal-hazırda da ingilislər tərəfindən geniş istifadə olunur. Bunlara aşağıdakı frazeolgizmləri misal göstərmək olar:

Vaşinqton İrvinq (XVIII əsr) – A Rip Van Winkle “Rip Van Vinkl”, “irticaçı”, “köhnəpərəst”, “tərəqqi düşməni”.

Fenimor Kuper (XIX əsr) –bury the hatchet “sülh bağlamaq”, “barışmaq”; dig up the hatchet “müharibəyə başalmaq”.

Q. Lonqfello (XIX əsr) – ships that pass in the night “təsadüfi görüş”(Tales of Wayside Inn); smoke the pipe of peace “barışmaq” (The Song of Hiawtha)

Ralf Voldo Emerson (XIX əsr) – hitch one`s wagon to a star “xəyala dalmaq”(Society and Solitude).

Cek London (XX əsr) – the iron heel “dəmir daban”, “imperializm” (romanın adı)

Marqaret Mitçell (XX əsr) – gone with the wind “mövcud olmayan”, izsiz itən” (romanın adı).

İngilis dili frazeologizmlərinin müəyyən bir qismini ingilis ədəbiyyatından götürülmüş frazeologizmlər təşkil edir. Onların əksəriyyəti görkəmli yazıçı V.Şekspirin əsərlərindən alınmış frazeologizmlərdir. Yazıçı öz əsərlərində bədii məqsəddən asılı olaraq həm ümumxalq dilinə məxsus olan frazeologizmlər, həm də bir sıra hallarda sonralar ingilis ədəbi dilində özünə möhkəm yer tutmuş obrazlı ifadələr, frazeoloji birləşmələr yaratmışdır. Ingilis dilində geniş yayılmış bu frazeologizmlər şekspirizmlər adlandırılır. Onlara misal olaraq aşağıdakı frazeologizmləri göstərmək olar:

“Macbeth”

To make assurance double sure “daha etibarlı olmaq üçün” ;the milk of human kindness “mərhəmət”; to screw one`s courage to the sticking place “cəsarət etmək”, “ürəklənmək”; at one feel swoop “bir dəqiqədə”; pride of place “ lovğalıq”; to cudgel one`s brains “baş sındırmaq”.

“Hamlet”

The observed of all observers “diqqət mərkəzi”; to do yeoman service “vaxtında yardım göstərmək”; to shuffle off (this mortal cail) “fani dünyanı tərk etmək”, “ölmək” germane to the matter “mətləbə keçin”; a towering passion “qəzəb”; in the mind`s eye “ xəyalən”; to the top of one`s bent “doyunca”, “ürəyin istədiyi qədər”.

“Othello”

The green-eyed monster “qısqanclıq”; the seam side “xoşagəlməyən tərəf”, “bir şeyin iç üzü”; to wear one`s heart upon one`s sleeve “öz hisslərini göstərmək”, (~ ürəyiaçıq); the pity of it! “çox heyf! ”.

“King Henry IV”

The wish is father to the thought “arzudan istək doğar”; to eat one out of house and home “bir kəsin hesabına yaşamaqla onu iflasa uğratmaq”.

“Merchant of Venice”

To have (smb.) on the hip “əlverişsiz şəratidən istifadə etmək”; to one`s heart`s content “ ürəyi istədiyi qədər”; a Daniel come to judgement “vicdanlı hakim”; a pound of flesh“dəqiq say”.

To gild refined gold “boş şeyə vaxt sərf etmək” (King John); midsummer madness “son dərəcə, “olduqca”; cakes and ale “həyatdan zövq almaq, “qayğısız həyat (Twelfth night); it how the wold wags? “işlər necə gedir? ”; in good set terms “qətiyyətlə”; lay it on with a towel “şişirtmək” (As You Like); fancy free “qəlbi boş” (Midsummer Night’s Dream); every inch a king “başdan ayağa kimi”(King Lear); good men and true “düzgün, vicdanlı, dürüst insanlar” (Much Ado About Nothing); a fool’s paradise “xəyal dünyası” (Romeo an Juilet); salad days “gənclik dövrü” (Antonius and Cleopatra); an inching palm “tamahkar”, “ pul həvəskarı olmaq” (Julius Caesar); that’s flat “qısa və konkret” (Love’s Labour Lost).

Yazıçının əsərlərindəki frazeologizmlərin əksəriyyətinin tərkibində arxaizmlər və ya köhnəlmiş sözlər var. Məsələn: from whose bourne no traveler returns “o dünya” bu frazeologizmdəki “bourne” sözü arxaizmdir və mənası sərhəd deməkdir. Hal-hazırda bu sözdən müasir ingilis dilində istifadə olunmur. Bu arxaizm yalnız yuxarıda göstərdiyimiz frazeologizmin tərkibində işlənir.

Bəzi şekspirizmlər isə zaman keçdikcə dəyişdirilmiş və ingilis dilinin lüğət fonduna müasir formada daxil edilmişdir. Məsələn: at one fell swoop (Macbeth) “bir dəqiqədə” frazeolgizmi qismən dəyişdirilmiş və bu frazeologizm müasir ingilis dilinin lüğət fonduna “at one swoop” formasında daxil edilmişdir.

To wear one’s heart upon one’s sleeve for day to pack it “hisslərini gizlətməmək” frazeolgizmi müasir ingilis dilində “to wear one’s heart upon one’s sleeve” formasnda istifadə olunur.

V. Şekspir yuxarıda göstərdiyimiz frazeologizmlərlə öz fikrini çox yığcam, aydın və obrazlı ifadə etmişdir.

V. Şekspirdən başqa digər ingilis yazıçılarının da ingilis dilinin frazeologizmlərlə zənginləşməsində böyük xidmətləri olmuşdur. Onların əsərlərindən götürülmüş frzaeologızmlərə aşağıdakıları misal göstərmək olar:

Cefri Çoser (XIV əsr) – through thick and thin “qətiyyətlə”, “inadla”; wet one’s whistle “boğazını islatmaq” (The Canterbury Tales)

Edmond Spenser (XVI əsr) – as sure as death “şüphəsiz”, “yəqin”; a squire of dames “arvadbaz”, “qadın düşgünü” (The Faerie Queen).

Con Benyan (XVII əsr) – up and doing “çalışqan”, “fəal”, “işgüzar” (The Pilgrim’s Progress).

Con Milton – the cynosure of all eyes “diqqət mərkəzi”; darkness visible “zülmət”; the light fantastic toe “rəqs” (L’Allegro); fall on evil day “yoxsulluq çəkmək” (Paradise Lost).

Con Bayrom (XVIII əsr) – tweedledum and tweedledee “əkizlər” ( On The Feuds between Handle and Boanancini).

Samuel Conson – from Chine to Peru “Çindən Peruya qədər”, “hər yerdə” (The Vanity of Human Wishes).

Samuel Riçardson – be under somebody’s thumb “bir kəsdən asılı olmaq” (The History of Sir Charles Grandison).

Tobayas Smollet – pop the question “evlənmə təklifi etmək”(Adventures of Gil Blas of Santilla).

Lord Çesterfild – small talk “boş söhbət”, “cəfəngiyyat” (Letters to his Son)

Corc Qordon Bayron (XIX əsr) – (as) merry as a marriage-bell – “həmişə şən” (Childe Harold’s Pilgrimage).

Çarlz Dikkens – not to put too fine a point upon it “üzünə demək” (David Copperfield).

Valter Skott – to catch somebody red-handed “bir kəsi cinayət üstündə yaxalamaq” (Ivanhoe); dree one’s weird “taleyi ilə barmaq” (Antiquary); far cry “böyük fərq”, “yerlə göy arası qədər” (The Legend of Montrose).

Qenri M. Stenli – the dark continet “qara kontinent”, “Afrika” (Through the Dark Continent); a skeleton in the closet “ailə sirri” (The Newcomes).

Con Berri (XX əsr) – little Merry “mədə”, “qarın” (pyesin adı).

Beləliklə yuxarda göstərdiyimiz frazeologizmlərin ingilis dilinin lüğət tərkibinin frazeologizmlərlə zənginləşməsində çox böyük rolu olmuşdur.

Fəsil 4


İngilis dili frazeologizmlərinin Azərbaycan dilinə tərcüməsi

İngilis dilinin frazeologizmləri öz zənginliyi və müxtəlifliyi ilə digər dillərin frazeologizmlərindən fərqlənir. Bu frazeologizmlərin başqa dillərə tərcüməsi dilçilikdə ən mühüm və mürəkkəb məsələlərdən biridir. İstər ölkəmizdə, istərsə də xaricdə ingilis dili frazeologizmlərinin tərcüməsi işinə xüsusi diqqət yetirilir. Onların başqa dillərə tərcüməsi çox çətin və məsuliyyətli bir işdir. Görkəmli yazıçı M.Qorki belə hesab edirdi ki, hər hansı bir fikri tərcümə etmək üçün hər bir dilin kifayət qədər imkan və vasitəsi vardır. Bu müddəa eyniylə azərbaycan dilinə də aid ola bilər. Təcrübə göstərir ki, dünyanın ən zəngin dillərində verilmiş elə bir fikir tapmaq çətindir ki, onu bizim dilimizdə ifadə etmək qeyri-mümkün olsun. Bununla belə, ingilis dilində olan frazeologizmləri azərbaycan dilinə tərcümə edərkən müəyyən çətinliklərə də təsadüf olunur ki, bu çətinliklər ingilis dili ilə azərbaycan dilininin lüğət tərkibi və qrammatik quruluşu arasındakı fərqdən irəli gəlir. İngilis dilindəki sabit söz birləşmələrinin azərbaycan dilindəki qarşılığı ilə tam, eyni ilə uyğun gəlməməsinin əsas səbəbi onların ingilis dilinin qayda-qanunları əsasında, xalqın həyat tərzindən, məişətindən, dünyagörüşünə təsir edən amillərdən asılı olaraq həmin dilin yüz illər boyu davam edən tarixi inkişafı nəticəsində sabitləşməsidir. Buna görə də frazeologizmlərin lüğətlərdə dəqiq qarşılığının verilməsi, demək olar ki, mümkün də deyil. Frazeoloji birləşmələr hər bir xalqın milli kaloritini, adət-ənənəsini, nəhayət dil sistemindəki özünəməxsus leksik-qrammatik formalarını əks etdirdiyindən belə ifadələr azərbaycan dilinə tərcümə edilərkən orijinaldakı xüsusiyyətlərinin hamsını eyni dərəcədə saxlamaq imkanı xaricindədir.

Digər tərəfdən, sözün daxili formasında və bir sıra başqa hadisələrdə dillər arasındakı yalnız ayrılan cəhətlərin deyil, həm də uyğun gələn cəhətlərin frazeologizmlərdə mövcüd olmasını görməmək olmaz. Belə ki, frazeologimzlərin leksik vahidlərinin mənalarını hər iki dilə məxsus lüğətlərlə tutuşdursaq, onlar arasında müəyyən məna yaxınlığı tapmaq olar. Müxtəlif dillərə məxsus frazeoloji birləşmələrin məna və formaca bəzən bir-birlərinə uyğun olması insan təfəkkürünün eyni istiqamətdə, eyni qanunlar üzrə inkişaf və təkamül etməsini göstərən əlamətlərdən biridir. Burada həm də oxşar tarixi şəraitin, mənəvi yaxınlığın rolu böyükdür. Buna görə də müxtəlif dillərdə həm semantik-üslubi, həm də formaca bir-birinə uyğun gələn frazeologizmlərin tərcüməsi o qədər də çətinlik törətmir. Belə tərcümədə yazıçının demək istədiyi fikir dəqiq çatdırılır, əsərin bədii emosionallığı qorunub saxlanılır.

Frazeologizmlərin yanlış tərcüməsinin əsas və ilkin səbəblərindən biri onların verilmiş mətndən düzgün seçilməməsi, sərbəst söz birləşmələri ilə qarışdırılmasıdır. Digər bir səbəb isə tərcüməçinin seçilmiş bu frazeologizmləri yalnış dərk etməsidir ki, bu da çox zaman mətnin təhrifinə gətirib çıxarır. Buna görə də frazeologizmlərin tərcüməsində səhvə yol verməmək üçün tərcüməçi ilk növbədə onları verilmiş mətndən düzgün seçməli, onları düzgün dərk etməli və orijinaldakı fikri təhrif etmədən ifadə edə bilməlidir. Onun orijinalda təsvir olunan xalqın həyatını və milli varlığını təşkil edən xüsusiyyətlərini bilməsi vacibdir. Frazeologizmlərin tərcüməsi zamanı lüğətdən düzgün istifadə olunmalı, dil və üslubi məsələlərinə dərindən diqqət yetirilməlidir. Frazeologizmlərin tərcüməsi dedikdə hər şeydən əvvəl aşağıdakı iki başlıca moment nəzərdə tutulur:

a) tərcümə olunacaq frazeologizmi tam başa düşmək, b) başa düşülmüş frazeologizmin adekvat şəkildə ana dilində ifadə olunması.

Bu iki momentin vəhdətindən ibarət olan tərcümə prossesində ingilis dilində söylənilmiş frazeologizm semantik, stilistik və qrammatik nöqteyi-nəzərdən təhlil olunur, həmin birləşmənin leksik mənası və üslubi xüsusiyyəti ilə yanaşı, onun qrammatik məna və vəzifəsi müəyyən edilir. Bütün bunlar ana dilinin normaları ilə tutuşdurulur və nəticədə ingilis dilində söylənilmiş frazeologizm ana dilindəki ifadə vasitələri ilə müəyəynləşdirilir. Bütün tərcümə prossesi tutuşdurma və müqayisə əsasında gedir.

Frazeologizmlərin dəqiq və mükəmməl formada tərcüməsi ingilis dilinin frazeologizmləri ilə azərbaycan dilinə frazeologizmləri arasındakı əlaqədən, uyğunluq dərəcəsindən asılıdır. Frazeologizmlər tərcümə nöqteyi-nəzərdən iki qrupa bölünürlər: 1) ekvivalent frazeologizmlər, 2) ekvivalantsiz frazeologizmlər.

I. Ekvivalent frazeologizmlər.

Tərcümə olunduğu dildə ekvivalenti olan frazeologizmlərə ekvivalent frazeologizmlər deyilir. Bu frazeologizmlərin iki növü var: 1) tam frazeoloji ekvivalentlər, 2) natamam frazeoloji ekvivalentlər.

1. Tam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin tərkibinə məna, leksik tərkib, bədiilik, qrammatik quruluş və üslubi çalarlıq baxımından tərcümə olunduğu dilin frazeologizmləri ilə uyğun gələn və yaxud üst-üstə düşən, dildə hazır şəkildə olan frazeologizmlər daxildir. Bunlara aşağıdakı frazeologizmləri misal göstərmək olar:

Achilles’ heel “axilles dabanı”; Augean stables “avgin tövlələri”; to show somebody the door “bir kəsə qapını göstərmək” (bir kəsi qovmaq); as cold as ice “buz kimi soyuq”; the iron heel “dəmir daban”(imperializm); in the sweat of one’s brow “alının təri ilə”; a labour of Sisyphus “sizif əməyi”; in the seventh heaven “göyün yeddinci qatında”; to frown one’s eyebrows “qaşlarını çatmaq”; Lares and Penates “larlar və penatlar”; a labor of Hercules “herkules əməyi”; to stick like a leech “zəli kimi yapışmaq”; to dig a pit for somebody “bir kəsə quyu qazmaq”; to gnash the teeth “dişlərini qıcırdatmaq” (Кунин А. В. Фразеология современного английского языка).

2.Natamam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin tərkibinə isə tərcümə olunduğu dilin frazeologizmləri ilə bədiilik və məna baxımından nisbətən uyğun gəlməyən frazeologizmlər daxildir. Tərcüməçi bu cür frazeologizmləri tərcümə edərkən onun ifadəliliyini, emosionallığını da nəzərə almalıdır. Natamam frazeoloji ekvivalentlərə aşağıdakı frazeologizmləri misal göstərə bilərik:

To be in black book “qara siyahıda olmaq”; golden opportunity “gözəl fürsət”; to be in pins and needles “tikan üstündə oturmaq”; to fall on stony ground “boşa çıxmaq”; to have pity on (smb.) “bir kəsə ürəyi yanmaq”; to catch somebody red-handed “bir kəsi cinayət üstündə yaxalamaq”; to call a spade a spade “necə var, elə demək”; one swallow does not make a summer “bir güllə bahar olmaz”; to burn the candle at both ends “ömrünü puç etmək”; between hammer and anvil “od ilə su arasında”; to make a monkey out of somebody “bir kəsi ələ salmaq”; fly off the handle “özündən çıxmaq”; small talk “boş söhbət”. (Кунин А. В. Фразеология современного английского языка).

Natamam frazeoloji ekvivalentlər özləri də üç qrupa bölünür. Birinci qrup natamam frazeoloji ekvivalentlərin tərkibinə tərcümə olunduğu dilin frazeologizmləri ilə mənaca uyğun gələn, bədiilik və üslubi çalarlılıq baxımından yaxın olan, lakin leksik tərkibinə görə fərqlənən frazeologizmlər daxildir. Məsələn: a wolf in sheep’s clothing “qoyun dərisi geymiş canavar”; the game is not worth the candle “əl bulamağa dəyməz”; the talk of the town “dillərə dastan”; don’t count your chickens before they are hatched “cücəni payızda sayarlar”; the first portent “müjdəçi”, “ilk əlamət”.

İkinci qrup natamam frazeoloji ekvivalentlərin tərkibinə isə tərcümə olunduğu dilin frazeologizmləri ilə məna, leksik tərkib, bədiilik, üslubi çalarlılıq baxımından uyğun gələn, lakin bəzi formal əlamətlərinə görə fərqlənən frazeologizmlər daxildir. Onlar tərkibindəki sözlərin sırasına və sayına görə tərcümə olunduğu dilin frazeologizmlərindən fərqlənirlər. Məsələn: all is not gold that glitters “hər parıldayan qızıl deyildir”; strike while the iron is hot “dəmiri isti-isti döyərlər”.

There is no rose without a thrown “tikansız qızılgül olmaz”; fish in trebled water “bulanıq suda balıq tutmaq” frazeologizmlərində isə sözlərin sayı fərqlidir.

“Üçüncü qrup natamam frazeoloji ekvivalentlər tərcümə olunduğu dilin frazeologizmləri ilə bütün xüsusiyyətlərinə görə uyğun gələn, lakin bədiilik baxımından fərqlənən frazeologizmlərdir. Məsələn: to spread before the eye “elə bil ovucumun içindədir”; as old as hills “dünya qədər qoca”; “be born with a silver spoon in one’s mouth “xoşbəxt ulduz altında doğulmaq” .

II. Ekvivalentsiz frazeologizmlər.

Ekvivalentsiz frazeologizmlər dildə sayca ən çox olan frazeologizmlərdir. Belə frazeologizmlərin sırasına tərcümə olunduğu dildə ekvivalenti olmayan frazeologizmlər daxildir. Onları tərcümə edərkən tərcüməçi tərcümənin qeyri-frazeoloji üsullarından istifadə edir. Onların tərcüməsi frazeoloji deyil, leksik vasitələrin köməyi ilə verilir. Ekvivalentsiz frazeologizmlərin tərcüməsini heç bir zaman dəqiq tərcümə adlandırmaq olmaz. Bu cür frazaologizmlərin tərcüməsində həmişə bəzi çatışmamazlıqlar olur. (bədiilik, ekspressivlik, məna çalarları və.s.) Məsələn: What will Mrs Crundy say? “camaat bizə nə deyər?”; Paul Pry “Paul Pray”, “burnunu hər yerə soxan insan”; Cordelia’s gift “sakit,incə qadın səsi”(King lear əsərinin qəhrəmanı Kordeliyanın səsi kimi);Jack Sprat “cırtdan”, “çox kiçik boylu”; Tom Tiddler’s ground “xəzinə”(bu frazeologizm qədim uşaq oyununun adı ilə əlaqədar olaraq yaranmışdı. Bu oyunda kim Tom Tiddler olarsa, O, öz dayandığı yerə heç kəsi qoymamalıdır.) (Кунин А. В. Фразеология современного английского языка). Ekvivalentsiz frazeologizlərin tərcüməsində kalka tərcümə növündən geniş istifadə olunur.

İngilis dilində verilmiş frazeologizmin azərbaycan dilində maksimal adekvat tərcüməsini əldə etmək üçün tərcüməçi tərcümənin müxtəlif növlərindən istifadə edir. Bunların sırasına ekvivalent, analoq, təsviri, kalka və ya hərfi, antonim, müştərək, parallel tərcümə növləri daxildir.

Ekvivalent tərcümə – bu tərcümə növü ingilis dilində verilmiş frazeologizmlərin mənasını, bədiilik xüsusiyyətlərini ana dilimizdə tam olaraq əks etdirir. Ekvivalent tərcüməyən aşağıdakıları misal göstərmək olar:

As cold as ice “buz kimi soyuq”; red as blood “qan kimi qırmızı”; black as coal “kömür kimi qara”; to play with fire “odla oynamaq”; the golden age “qızıl əsr”; Platonic love “platonik sevgi”; winged words “qanadlı sözlər”; as cunning as fox “tülkü kimi hiyləgər (bic)”; to take counsel “məsləhət almaq”.

Analoq tərcümə – tərcümənin bu növü isə ingilis dilində verilmiş frazeologizmlərin mənasını azərbaycan dilində ifadə edə bilsə də, onların bədiilik xüsusiyyətlərini ya tam, ya da qismən fərqli əks etdirir. Məsələn: It is raining cats and dogs.: Şiravaran yağış yağır; a drop in the bucket “dənizdə bir damla”; to fall upon one “bir kəsin davamçısı olmaq”; have a good time “yaxşı vaxt keçirmək”; that’s flat “qısa və konkret”; pop the question “evlənmə təklifi etmək”; the observed of all observers “diqqət mərkəzi”.

Təsviri tərcümə – ingilis dilində verilmiş frazeologizmin azərbaycan dilində adekvat və ya analoq tərcüməsi mümkün olmadığı zaman təsviri tərcümə növündən istifadə olunur. Tərcümənin bu növü verilmiş frazeologizmi azərbaycan dilinə sərbəst söz birləşmələri vasitəsilə tərcümə edir. Bu zaman orijinaldakı frazeologizm bədiilik və ifadəlilik xüsusiyyətlərini itirir. Məsələn: to burn the candle on both ends “səhərdən axşama kimi işləmək”; a black eye “gözünün altı göyərmiş”; the dark ages “orta əsrlər”; for a long “havayı”, “müftə”; straw in the wind “ümumi fikir”; have a yellow streak “cəsarətsiz adam”, “qorxaq”; be in pink “sağlam görünmək”, “gümrah olmaq”; in the black “cahcəlallı”. (Кунин А.В. Большой англо-русский фразеологический словарь).

Antonim tərcümə – orijinaldakı fikrin adekvat və ya təbii yolla tərcüməsinə deyilir. İngilis dilində verilmiş frazeologizmlərin azərbaycan dilinə antonim tərcüməsində inkar kostruksiyası təsdiqlə əvəz edilir və yaxud da əksinə. Buna aşağıdakı tərcümələri misal göstərmək olar:

Don’t count your chickens before they are hatched “cücəni payızda sayarlar”; to keep one’s head “başını itirməmək”; to keep one`s head above water “borca girməmək”; to keep one`s pecker up “ruhdan düşməmək”; to keep one`s hair on “əsəbləşməmək”.

Kalka və ya hərfi tərcümə – bu tərcümə növü ekvivalentsiz frazeologizmlərin milli-etnik xüsusiyyətlərini saxlayaraq onların maksimal tərcüməsini verir. Frazeologizmlərin bədiiliyini vurğulamaq üçün kalka və ya hərfi tərcümədən istifadə olunur. Tərcümənin bu növünə orijinaldakı frazeologizmin azərbaycan dilinə başqa yolla tərcüməsi mümkün olmadıqda müraciət edilir. Kalka tərcümə növündən əsasən Bibliyadan götürülmüş frazeologizmlərin, antik və mifik dövrün frazeologizmlərinin tərcüməsi zamanı geniş istifadə olunur. Məsələn: Bibliyadan götürülmüş frazeologizmə baxaq: David and Jonathan “Devid və Conatan”, “ayrılmaz dostlar” (Кунин А. В. Фразеология современного английского языка).

Bir çox əsərlərdəki frazeologizmlərin böyük bir qismi dilimizə hərfi tərcümə olunur. Hərfi tərcümə bədii dil baxımından səmərəli olmasa da, tərcümə praktikasında geniş yayılıb. Tərcüməçi orijinaldakı frazeoloji birləşmələrin semantik xüsusiyyətlərinə dərindən yiyələnmədikdə, onların mənasını fərqləndirmədikdə sözləri sadəcə olaraq tərcümə elədiyi dilin sisteminə uyğun düzür, nəticədə hərfi tərcümə alınır. Məsələn: to put the cart before the horse atı arabaya qoşmaq (hər şeyi tərsinə etmək).

Tərcüməçi müəyyən ifadələri hərfi tərcümə edərkən ümumxalq ingilis dilində geniş yayılmış frazeoloji birləşmələrin leksik-qrammatik quruluşunu saxlamağa, onların mənasını azərbaycan oxucusuna aydın şəkildə çatdırmağa cəhd göstərir. Tərcüməçi hərfi tərcümədən imtina edərkən də son dərəcə diqqətli olmalıdır. Əks halda bəzən orijinaldakı fikir təhrif olunur. Onlar forma cəhətdən uyğunluq təşkil etsə də, məna təhrifinə gətirib çıxarır.

Müştərək tərcümə – verilmiş frazeologizmin analoq tərcüməsi onun mənasını tam olaraq ifadə etmirsə, o zaman bu frazeologizmin öncə kalka, sonra təsviri tərcüməsi verilir və onun analoq tərcüməsi ilə müqayisə edilir. Məsələn: tocarry coals to Newcastle –Nyukasla kömür daşımaq. Bu frazeologizm “bir şeyin çox olduğu yerə həmin şeydən daşımaq” mənasını verir. Bunu “dənizə su tökmək” kimi tərcümə etmək olar.

Paralell tərcümə – tarixi mətnlərin tərcüməsi zamanı kalka tərcümə növü ilə yanaşı parallel tərcümə növündən də istifadə olunur. Tərcümənin bu növü ingilis dilindəki verilmiş frazeologizmin qısa tarixi şərhini verir. Məsələn: “white elephant”– İngiltərədə insanlar çoxlu xərc tələb edən, lakin heç bir xeyri olmayan əşyaya “white elephant” deyirlər. Bu frazeologizm bir əfsanədən götürülmüşdür. O əfsanəyə görə şahzadə Siama öz düşmənlərini var-yoxdan çıxartmaq üçün onlara fil bağışlayır. Çünki fil Hindistan və Seylonda müqəddəs heyvan sayılır. Onu öz işlərində istifadə etmirlər. Bundan əlavə bu ölkələrdə fillərə qulluq böyük xərc tələb edir. (Кунин А.В. Большой англо-русский фразеологический словарь).

Bəzən frazeologizmlər müəlliflər tərəfindən dəyişdirilir. Bu cür frazeologizmlərin tərcüməsinin effektli alınması üçün tərcüməçi onu əvvəlki vəziyyətinə qaytararaq tərcümə edir. Frazeologizmlər aşağıdakı yollarla dəyişdirilir:

1. Frazeologizmlərə yeni komponentlər daxil etməklə.

Məsələn: let`s not put the cart too far ahead the horse “hər şeyi tərsinə etmək” (atı arabaya qoşmaq -hərfi tərcümə), bu frazeologizmin dəyişikliyə uğramış forması belədir: “to put the cart before the horse”.

2. Frazeologizmin komponentlərini başqa sözlərlə əvəz edərək onun leksik və qrammatik tərkibini dəyişmək yolu ilə.

Məsələn: Bibliyadan götürülmüş “to have a millstone about one`s neck” (ürəyində daş gəzdirmək) frazeologizmi, “Qoca dənizçi” (The ancient Marines) poemasında “have an albatros about one`s neck” kimi işlədilmişdir. Bu cür dəyişikliklərə uğramış frazeologizmləri asanlıqla əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.

3.Frazeologizmi hissələrə ayıraraq, onun komponentlərini sərbəst söz birləşmələrinin tərkibində işlətməklə.

Məsələn: to get cold feet “qorxaq” frazeologizmini hissələrə ayıraraq, onun komponentlərini sərbəst söz birləşmələrinin tərkibində işlədilmiş bir misala baxaq:

“I have got a cold.”

“It is in your feet.”

Bu dialoqda birinci şəxs xəstəliyindən şikayət edir, digəri isə bunun xəstəlik deyil, qorxaqlıq olduğunu söyləyir. Bu cür frazeologizmləri əvvəlki vəziyyətinə qaytarmadan tərcümə etmək qeyri-mümkündür.

4. Frazeologizmin bəzi komponentlərini saxlamaqla

Məsələn: He complained to Fleur that the book dealt with nothing but birds in the bush. (J. Galsworthy). Bu cümlədə“a bird in the hand is worth two in the bush” (soğan olsun, nağd olsun) atalar sözünün bir hissəsi işlədilmişdir. Verilmiş misalda “a bird in the bush” frazeologizmi “boş vədlər” kimi tərcümə olunur.

İngilis dilinin frzeologizmləri azərbaycan dilinə tərcümə edilərkən onların çoxmənalı və omonim olduğunu da nəzərə almaq lazımdır. Verilmiş frazeologizmin mənalarından biri frazeoloji, digəri omonim ola bilər. Bunlara aşağidaki frazeologizmləri misal göstərmək olar:

Don’t mention it 1) bu haqda mənə xatırlatmayın, 2) dəyməz (frazeoloji m.).

To be narrow in the shoulders 1) dar çiyinli olmaq, 2) yumor hissi olmayan (frazeoloji m.).

To pin back smb`s ears 1) bir kəsin qulağını çəkmək, 2) bir kəs üzərində qələbə qazanmaq. (frazeoloji m.).

The girl next door 1) qonşu otaqda yaşayan qız, 2) belə qızlar çoxdur (frazeoloji m).

To see eye to eye 1) göz-gözə gəlmək, 2) bir kəslə tam razı olmaq (frazeoloji m.).

To strentch one`s legs 1) ayaqlarını uzatmaq, 2) gəzişmək (frazeoloji m.).

Eyni bir söz birləşməsinin həm sərbəst, həm də sabit olması tərcümə prossesində tərcüməçilər üçün böyük çətinliklər yaradır. Ingilis dilinin frazeologiyasını dərindən bilməyən tərcüməçilər bu cür frazeologizmlərin düzgün tərcüməsini vermək üçün külli miqdarda frazeologizm ehtiyatına malik olmalıdır. O, verilmiş söz birləşməsinin sabit və ya sərbəst olduğunu müəyyən etməyi bacarmalıdır. Tərcüməçi bu cür frazeologizmlərin məhz hansı mənada işləndiyini mətnin tələbləri baxımından da müəyyənləşdirə bilər.

İngilis dilində elə frazeologizmlər də var ki, onlar bir-birindən artikl ilə fərqlənirlər və müxtəlif məna ifadə edirlər. Məsələn: to go to sea “dənizçi”; to go to the sea “dənizə getmək”

Tərcümə prossesinə təsir göstərən əsas səbəblərdən biri də ingilis dilində zahirən oxşar, lakin semantik cəhətdən fərqlənən frazeologizmlərin olmasıdır. İngilis dilini kifayət qədər bilməmək, tərcümə prossesində diqqətsizlik belə frazeologizmlərin birinin digəri ilə qarışdırılmasına gətirib çıxarır. Məsələn: “to make good time” frazeologizmi “to have a good time” frazeologizmi ilə qarışdırılır. Əslində isə bunlar tam fərqli mənalar ifadə edirlər. “To make a good time” frazeologizmi “sürətlə keçib getmək”, “tez çatmaq” mənasını, “to have a good time” isə yaxşı vaxt keçirmək mənasını ifadə edir. “To make good time” frazeologizmi işlədilən cümləyə nəzər salaq: We made very good time on our trip to Florida – Biz Floridaya çox tez çatdıq.

“To put one`s nose in” – “peyda olmaq” frazeologizmi isə “to put one`s nose into smb`s affair” – “başqasının işinə burun soxmaq” frazeologizmi ilə qarşılaşdırılır.

“Backward(s) and forward(s)” – “eninə-uzununa”, “başdan-başa” frazeologizmi “back and forth” – “irəli geri”, “gah o yana, gah bu yana” frazeologizmi ilə qarşılaşdırılır.

İngilis dilindəki frazeologizmlərin bir hissəsi çoxmənalı səciyyə daşıyır. Məsələn: to pass the time of the day 1) söhbət etmək, 2) salamlaşmaq; on the side 1) gizli, 2) qatılmış, qarışdırılmış (su və s. ilə); to let one’s hear down 1) ürəyini açmaq, 2) özünü sərbəst aparmaq. (С. П. Романов, A. Л. Коралов. Пособие по переводу с английского на русский)

Jane is very nice girl. I’am sorry I’ve never seen her let her hair down. – Ceyn çox yaxşı qızdır. Çox təəssüf edirəm ki, o mənimlə həmişə ehtiyatlı danışır.

Belə frazeologizmlərin malik olduqları mənalardan məhz hansını ifadə etdiyini mətinin kontekstindən müəyyən etmək olar. Buna aşağıdakı cümlələri misal göstərə bilərik:

To kill time, my brother and I counted all the red automobils that passed us on the highway. Bu cümlənin tərcüməsi belə olacaq: Vaxtı öldürmək üçün mən və qardaşım şosedən keçən bütün qırmızı maşınları saydıq. Bu cümlədə “to kill time” frazeologizmi “vaxt öldürmək” mənasında işlədilmişdir. Lakin bu frazeologizmi heç də həmişə bu cür tərcümə etmək olmaz. Bunu aşağıdakı cümlədə görə bilərik:

What is your favourite way of killing time? Bu cümlənin tərcüməsi isə belə olacaq: Sən boş vaxtını necə keçirtməyi xoşlayırsan? Burada isə “to kill time” frazeologizmi mənaca “try to fill otherwise empty time in as intresting a manner as possible” ifadəsinə uyğun gəlir.

The children got out of hand while their parents were away. – Valideynlərinin olmadığı müddətdə uşaqlar tamamilə sözə qulaq asmırdılar. Bu cümlədə “to get out of hand” frazeologizmi “sözə qulaq asmamaq” mənasında işlədilmişdir.

What caused the meeting to get out of hand yesterday? – Dünənki iclas nə üçün belə qeyri-mütəşəkkil keçdi? Bu cümlədə isə “to get out of hand” frazeologizmi “qeyri-mütəşəkkil keçmək (olmaq)” mənasını ifadə edir.

To understand that columinist you have to read between the lines, otherwise his words mean nothing. – Jurnalistin nə demək istədiyini başa düşmək üçün onun yazdığı məqaləni sətirbəsətir oxumaq lazımdır, əks halda bu məqalə öz mənasını itirər. Burada “to read between the lines” frazeologizmi “sətirbəsətir oxumaq” mənasındadır.

Professor Elton was a good speaker but you had to be able to read between the lines what he said. – Professor Elton çox gözəl natiqdir, lakin onun nə dediyini anlamaq üçün, onun söylədiklərinin altında hansı mənanın gizləndiyini bilmək lazımdır. Bu cümlədə isə “söylədiklərinin altında hansı mənanın gizləndiyini bilmək” mənasını ifadə edir.

He aroused contempt because he read turned informer to save his skin. – Ona qarşı nifrət hissi oyanmışdır, çünki O, öz canını qurtarmaq üçün xəbərçilik etmişdi. Burada “to save smb`s skin” frazeologizmi “canını qurtarmaq” mənasında işlədilmişdir.

Betty saved Tim`s skin by typing his report for him, without her help he could not have finished in time. – Betti Timə məruzəni çap etməyə kömək etdi, əks halda o bu işi vaxtında qurtara bilməzdi. Bu cümlədə “to save smb`s skin” frazeologizmi kömək etmək mənasındadır. (С. П. Романов, A. Л. Коралов. Пособие по переводу с английского на русский).

İngilis dilini bəzi frazeologizmləri bir deyil, bir neçə varianta malik olur. Məsələn: to go (row, strive, swim) against the stream frazeologizmləri azərbaycan dilinə yalnız bir cür, “axının əksinə getmək” kimi tərcümə olunur.

Beləliklə hər bir dil bu və ya digər frazeologizmi özünəməxsus şəkildə dərk edir. Buna görə də tərcüməçi dillər arasındakı fərqi dəqiq şəkildə öyrənməyə borcludur. Tərcüməçi tərcümə prossesi zamanı orijinaldakı frazeologizmin xüsusiyyətlərini saxlamaq üçün hər iki dilə məxsus müxtəlif ifadə vasitələrindən istifadə edir, frazeoloji birləşmələrin ekvivalentini verir, ifadələri bir-birinə yaxın şəkildə (komponentlərinin dəyişdirilib başqa leksimlərlə əvəz edilməsi) tərcümə edir, ingilis dilindəki frazeologizmi azərbaycan dilinə tərcüməsində onların sinonimlərindən, hərfi tərcümə və.s. vasitələrdən geniş istifadə edir.

Bir sözlə frazeologizmlər bir dildən başqa bir dilə tərcümə edilərkən həm təmsil elədiyi milli düşüncələrindən, eləcə də bədii əsərin kontekstindən uzaqlaşdırmamalı, həm də tərcümə olunduğu dilin tələblərinə cavab verməli, başqa bir xalqın düşüncəsinə yol tapmalıdır.

Nəticə


Frazeologimlərin öyrənilmə tarixi, onların mahiyyəti, ingilis dilinin alınma frazeologizmləri və bu dildəki frazeologizmlərin azərbaycan dilinə tərcüməsi haqqında danışdıqlarımızı yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlmək mümkündür:

Dilçilik ədəbiyyatında frazeologiyanın tədqiqat obyektindən bəhs edən müəlliflərin bir qismi onu geniş mənada, bir qismi isə dar mənada nəzərdə tutmuşlar. Birinci qrupa ümumiyyətlə hər hansı bir dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını frazeologiya hesab edənlər daxildir. İkinci qrupa isə dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını deyil, onlardan nitq və ya dil vahidlərinə ekvivalent olub, komponentləri məna və quruluşca parçalanmayan qismini frazeologiya adlandıran müəlliflər daxildir. Bütün bu dilçilərin əsərlərində irəli sürülən bir sıra fikirlər və göstərilən dil faktları dilçiliyin frazeologiyaya sahəsinin tədqiqində müəyyən əhəmiyyətə malikdir. İstər dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını frazeologiya hesab edən, istərsə də dildəki söz birləşmələrinin hamısını deyil bir qismini frazeologiya hesab edən dilçilərin çoxu frazeologiyanı üslubiyyatın tədqiqat obyekti kimi nəzərdə tuturlar.

Son illərdə bir tərəfdən frazeologiya üzərində daha mükəmməl tədqiqat aparan mütəxəssislərin dəlilləri, digər tərəfdən, türk dilləri faktlarının dərindən öyrənilməsi tədqiqatçıları bu qənaətə gətirmişdir ki, dilçilik fənlərindən biri kimi frazeologiyanın dar mənada götürülməsi tamamilə məqsədə uyğundur.

Biz də frazeologiyanı dar mənada götürərək, dilçilik fənlərindən biri kimi onun tədqiqat obyektinə hər cür sabit birləşmələri deyil, yalnız dil strukturasının tərkib hissəsi kimi işlənənləri aid edirik.

Dilçilikdə frazeolji vahidlərin təsnifi müxtəlif istiqamətlərdə aparılmışdır. Bunlardan Ş. Ballinin, V. V. Vinoqradovun, N. N. Amosovanın təsnifatı müxtəlif dillərin frazeologiyasının tədqiq olmunmasında böyük rol oynamışdı. Ş. Balli və V.V.Vinoqradovun təsnifatı bir müddət bir sıra başqa dillərin frazeologiyasından bəhs edən əsərlərdə tamamilə məqsədə uyğun sayılmış və olduğu kimi saxlanılmışdır. Lakin son illərdə bir sıra dillərin frazeologiyası ilə daha dərindən məşğul olan tədqiqatçılar müəyyənləşdirmişlər ki, bu dilçilərin təsnifatı özünü doğrultmur. N. N. Amosova V. V. Vinoqradovun təsnifatı ilə razılaşmamışdı. O, frazeologizmləri “frazeoloji birikmələr”, “frazeoloji bitişmələr” və “frazeoloji birləşmələr” adı ilə üç semantik qrupa bölür. Bunların hər birinin özünəməxsus əlamətini göstərir. N. M. Şanski isə bu təsnifatı daha da genişləndirərək sabit söz birləşmələrini üç deyil, dörd semantik qrupa bölür. O, sabit söz birləşmələrinin frazeoloji ifadələr qrupunu da qeyd edir. Dilçilikdə N. N. Amosovanın təsnifatı daha məqsədə uyğun hesab edilmişdi.

Digər dillərdə olduğu kimi, ingilis dilinin də frazeologiya dünyası çox böyük və müxtəlifdir. Bu dilin frazeologizmlərlə zənginləşməsində Bibliyanın , roma, yunan əfsanlərinin, bədii ədəbiyyatın və başqa dillərin rolu olmuşdu. Qədim dövrlərdən indiyədək Bibliya insanlar tərəfindən ən çox oxunan kitab olmuduğu üçün ingilis dilindəki frazeologizmlərin əksəriyyəti Bibliyadan götürülmüşdür. Bibliyadan götürülmüş frazeologizmlər bibleizmlər adlandırlır. İngilis dilinin lüğət tərkibi bibleizmlərlə yanaşı şekspirizmlər və ingilis ədəbiyyatından götürülmüş frazeologizmlərlə zəngindir. Bu dildəki frazeologizmlərin müəyyən bir qismi İngiltərəyə ABŞ-dan gətirilmişdir. Amerika mənşəli bu frazeologizmlərin əksəriyyəti amerika bədii ədəbiyyatından alınmış frazeologizmlərdir. Bunlardan əlavə ingilis dilinin frazeologizmləri sırasına fransız, ispan, italyan, alman, ərəb, çin dillərəndən alınmış frazeologizmlər də daxildir. Alınma frazeologizmlərinın bir qismi nisbətən dəyişdirilərək müasir formada ingilis dilinin lüğət tərkibinə daxil edilmişdi. Bütün bu frazeologizmlər ingilis dilinin zənginləşməsinə xidmət edir.

İngilis dili frazeologizmlərin azərbaycan dilinə tərcüməsi çox çətin və məsuliyyətli işdir. Bu çətinliklər ingilis dili ilə azərbaycan dilininin lüğət tərkibi və qrammatik quruluşu arasındakı fərqdən irəli gəlir.

İngilis dilində verilmiş frazeologizmin azərbaycan dilində maksimal adekvat tərcüməsini əldə etmək üçün tərcüməçi tərcümənin müxtəlif növlərindən istifadə edir. Bunların sırasına ekvivalent, analoq, təsviri, kalka və ya hərfi, antonim, müştərək, parallel tərcümə növləri daxildir.

Frazeoloji birləşmələr hər bir xalqın milli kaloritini, adət-ənənəsini, nəhayət dil sistemindəki özünəməxsus leksik-qrammatik formalarını əks etdirdiyindən belə ifadələr azərbaycan dilinə çox zaman yanlış tərcümə edilir. Onların yanlış tərcüməsinin əsas və ilkin səbəblərindən biri onların verilmiş mətndən düzgün seçilməməsi, sərbəst söz birləşmələri ilə qarışdırılmasıdır. Digər bir səbəb isə tərcüməçinin seçilmiş bu frazeologizmləri yalnış dərk etməsidir ki, bu da çox zaman mətnin təhrifinə gətirib çıxarır. Buna görə də tərcüməçi ingilis dilində verilmiş frazeologizmi azərbaycan dilinə düzgün, səhvə yol vermədən, orijinaldakı xüsusiyyətlərini saxlayaraq tərcümə etmək üçün aşağıdakı qaydalara riayət etməlidir:

1. Tərcümə olunacaq frazeologizmi tam başa düşməli

2. Orijinalda təsvir olunan xalqın həyatını və milli varlığını təşkil edən xüsusiyyətlərini bilməli

3. Tərcümə prosesində lüğətdən düzgün istifadə etməli, dil və üslubi məsələlərinə dərindən diqqət yetirməli

4. Hər iki dilə məxsus müxtəlif ifadə vasitələrindən istifadə etməli

5.Verilmiş frazeologizmin azərbaycan dilinə tərcüməsində onların sinonimlərindən istifadə etməyi bacarmalı

6. Tərcümə metodlarından düzgüz istifadə etmək bacarığına malik olmalıdır.

7. Bədii əsərin kontekstindən uzaqlaşdırmamalı

8. tərcümə olunduğu dilin tələblərinə cavab verməli

Beləliklə hər bir dil bu və ya digər frazeologizmi özünəməxsus şəkildə dərk edir. Buna görə də tərcüməçi dillər arasındakı fərqi dəqiq şəkildə öyrənməyə borcludur. Bir sözlə tərcümə olunan ayrı-ayrı frazeoloji ifadələr həm orijinal zəmindən qoparılmamalı, həm də bu ifadə ilə azərbaycan dilinin oxucusu arasında nəzərə çarpacaq ögeylik olmamalıdır.


İstifadə edilmiş ədəbiyyat siyahısı

1. Амосова Н. Н. Основы английской фразеологии. Л.,1963 səh 8-10.


2. Arnold İ. V. The engilish word. M-L., 1966 səh 165-179;199.
3. Babayev A. Dilçiliyə giriş. Bakı, 1992 səh 262.
4. Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı, 1978. səh 4-67.
5. Cəfərov S. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1970. səh 95-100.
6. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962. səh 59-62.
7. Hacıyeva Ə. H., Hacıyeva A. K. İngiliscə-azərbaycanca frazeoloji lüğət Bakı, 2006.

8. Həsənəv H. Azərbaycan dilinin frazeologiyası. Bakı,1979 səh 2-9


9. Hüseyzadə M. Müasir Azərbaycan dili. Bakı, 1954. səh 32-36.
10. Комиссаров В. Н. Теория перевода. М., 1960. səh 69-71.
11. Комиссаров В. Н. Лингвистик перевод. М.,1980 səh 125-141.
12. Кунин А. В. Английская фразеология. М., 1970. səh 7-12; səh 190-206.
13. Кунин А.В. Большой англо- русский фразеологический словарь, М., 2005.
14. Кунин А. В. Фразеология современного английского языка, М.,1972. səh 34-

67.


15. 19. Qurbanov A. Müasir Azərbaycan dilinin frazeologiyası, Bakı,1963 səh 3-5
16. Qurbanov A. Ümumi dilçilik I hissə, Bakı, 1989. səh 220-223.
17. Qurbanov. A Müasir Azərbayacan ədəbi dili, Bakı,1967. səh 126-130
18. Романов С. П., Коралов A. Л. Пособие по переводу с английского на
русский. М.,2006. səh 111-125.
19. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri, Bakı, 1966 səh 139-142.

20. Vəliyeva N. Azərbaycanca-ingiliscə- rusca frazeoloji lüğət. Bakı, 2006
Yüklə 92,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin