Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Müasir şəraitdə beynəlxalq ticarətin bəzi



Yüklə 0,97 Mb.
səhifə16/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

Müasir şəraitdə beynəlxalq ticarətin bəzi


xüsusiyyətləri
Dövlətlərin müasir ticarət siyasəti proteksionist və liberal siyasətlərin həm inkişafı, həm də qarşılıqlı mübarizəsi meylləri ilə fərqlənir. Bu siyasətlərin hər bir istiqaməti müəyyən dövrlərdə üstünlük təşkil etmişdir. Əgər 1950-1960-cı illərdə liberalizm meylləri üstünlük təşkil edirdisə 1970-1980-cı illərdə “yeni”proteksionizm dalğası dünya ticarətində özünü qabarıq göstərdi. Liberalizm meylləri 1950-60-cı illərdə gömrük rüsümlarının kəmiyyətinin azaldılmasında öz əksini tapmışdır. 1950-ci illərin əvəlində gömrük rüsümları avropa ölkələri və ABŞ üzrə30-40%təşkil edirdisə artıq 1970-ci illərin əvəlində 7-10%-ə qədər azalmışdı və hazırda isə 3-5% arasında dəyişir. Gömrük rüsümlarının azalması heçdə xarici ticarətin idarə edilmməsi deməkdir deyildir. Əksinə indi bu idarə etmə daha çevik xarakter almış və proteksionist müdafiənin yeni vasitələrinin geniş tətbiqi ilə xarakterizə olunur. Proteksionizm yeni spesifik regional xarakter alır,beləki1970 –ci ildə Lomey razılaşması əsasında Afrikanın, Karib hövzəsini və Sakit okeanin 60 dan çox inkişaf etməkdə olan ölkələri ilə Avropa İttifaqı arasında bağlanmış müqavilə faktiki olaraq inkişaf etməkdə olan ölkələrə güzəştli vergi tariflərini qalan ölkələrə qarşı tətbiq etməyi

nəzərdə tutur. Qlobal səviyyədə proteksionizmin yeni qaydaları tətbiq olunur, beləki həmin qaydalara görə əgər idxalçı ölkənin milli sənayesi idxaladan ziyan çəkərsə onda bir tərəfli qaydada gömrük rüsümarını artıra bilər. Gömrük tarifləri əvəzində qeyritarif vasitələri –texniki, ekoloji standartlar və tələblər daha geniş tətbiq olunmaqdadır. Proteksionist siyasətin belə inkişafı liberalizmin daha üstün inkişafı ilə müşayət olunurdu. Proteksionizm və liberalizmin birlikdə mövcudlu- ğuna xarici ticarətdə idxalın dövlət stimullaşdırılması da əlavə olunur. Bir sıra elm tutumlu sahələrdə fundamental tətdiqatları aparmaqdansa bir sıra ölkələr həmin məhsulların idxalına üstünlük verirdilər.Belə həvəsləndirmə metodları ,idxal olunası məhsulların 10-20%dəyərinin dövlət yardımları ilə ödənilməsini nəzərdə tutur. Bundan başqa inkişaf etmiş ölkələrdə ixracın stimullaşdırılması siyasəti müasir dövrdə xarici ticarət siyasətinin ən mühüm cəhətlərindən biridir. Bu əsasən kənd təsərüfatı məhsullarına daha çox aiddir. İnkişaf etmiş ölkələrdə ixracı həvəsləndirmək məqsədi təyinatlı kreditlər və dövlət yardımları verilir ki bu da məhsulau dəyərinin 12-20% təşkil edir.

Müasir dövrdə beynəlxalq ticarətin quruluşunda əsaslı dəyişikliklər baş vermişdir: hazır məmulatların xüsusi çəkisi artmış yanacaqdan başqa digər xammal-materialların və ərzaqın xüsusi çəkisi isə azalmışdır. Əgər 1950-ci ildə xammal material və ərzaqın xüsusi çəkisi,hazır məhsulların xüsusi şəkisinə bərabər idisə, XX-ci əsrin sonuna xammal-materialın və yanacağın xüsusi çəkisi 30%düşmüşdür ki bunun da 25% yanacağın

,5%isə xammalın payına düşürdü. Hazır məhsullar isə 70% əhatə edirdi. Beynəlxalq ticarətdə xammal-materialın xüsusi çəkisinin azalması 3 əsas səbəblə izah olunur: kimya sənayesinin inkişafı əsasında sintetik materialların istehsalının genişlənməsi (sintetik kauçuk, plastmass və s.), ölkədaxili materiallardan daha geniş istifadə olunması və resursa qənaət edən texnologiyaya keçilməsi. Bunula yanaşı neft və təbii qaz ticarəti kəsgin artmışdır.

Əgər əvəllər beynəlxalq ticarətdə xammal-materiallar üstünlük təşkil edirdisə, indi hazır məmulatlar, yarımfabrikatlar,və onların ayrı- ayrı hissələrinin ticarəti daha üstün mövqe tuturlar. Buna səbəb transmilli korporasiyaların mövcudluğudur ki, onların müxtəlif dünya ölkələri üzrə səpələnmiş, texnoloji ardıcıllığın müxtəlif fazaları üzrə ixtisaslaşmış filialları və onlar arasındakı ticarət əlaqələridir. Bu prosesin əsasında elmi-texniki tərəqqi dayanır ki, o da ayrı-ayrı hissə və komplektləşdirici hissələr üzrə müxtəlif ölkələrin frmalarının ixtisaslaşmasıdır. Hal-hazırda istehsalvə istehlak xarakterli buraxılan məhsulların çeşidi 20mln. növdən çoxdur, aralıq məmulatlarının sayı isə fantastik rəqəmlərə çatır. Boinq-747 təyyarəsinin istehsalında 4.5 mln. müxtəlif hissə və qovşaqlardan istifadə olunur ki,bunlarında istehsalı ilə 16 min şirkət məşğul olur.

İxtisaslaşmanın dərinləşməsinə həmçinin mənəvi aşınma və assortimentlərin tez-tez dəyişməsi də təsir göstərir. Beləki, bu ixtisaslaşmış elmi-tədqiqatın aparılmasını tələb edir.

Beynəlxalq ticarətin istiqamətlərinin təhlili göstərir ki, dünya ixracatının 60% -ni əhatə edən inkişaf etmiş sənaye ölkələri arasında ticarət daha sürətlə artmaqdadır. İnkişaf etməkdə olan ölkələr isə öz ixracatlarının 70%-ni inkişaf etmiş ölkələrə edirlər. Beynəlxalq ticarətin inkişaf etimiş sənaye ölkələri zonasında təmərküzləşməsinin başlıca səbəbi, iqtisadi güclərin dünyada qeyri bərabər bölüşdürürülməsidir. Beləki Dünyanın 3 iri ölkəsinin-ABŞ, Yaponiya və Almaniyanin payına dünya əhalisinin 9%-i düşdüyü halda, dünya gəlirinin 50%,və dünya alıcılıq qabiliyyətinin isə 33% düşür.


    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin