Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Xarici iqtisadi əlaqələrin tənzimlənməsi ilə maliyyə sabitliyinin təmin edilməsinin qarşılıqlı əlaqəsi



Yüklə 0,97 Mb.
səhifə26/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

5.3 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi ilə maliyyə sabitliyinin təmin edilməsinin qarşılıqlı əlaqəsi.

Xarici iqtisadi əlaqələrin tənzimlənməsi ilə maliyyə sabitliyinin təmin edilməsinin qarşılıqlı əlaqəsi Bazar İqtisadiyyatı yolu ilə gedən Azərbaycanda həyata keçirilən uğurlu islahatlar dünya dövlətləri ilə xarici iqtisadi əlaqələrin genişlənməsinə səbəb olmuşdur. Ötən illər ərzində Azərbaycanda həyata keçirilən xarici ticarət siyasətinin obyektiv nəticəsi kimi ölkə beynəlxalq mübadilə sferasında yalnız kəmiyyət baxımından müəyyən irəliləyişlərə nail olmuşdur. Bundan başqa, milli iqtisadiyyatın inkişafı xarici amillərdən yüksək dərəcədə asılı olduğu üçün ÜDM-də daxili bazarın rolu getdikcə azalır. Son illərdə həyata keçirilən idxal-ixrac əməliyyatlarının əmtəə strukturunu nəzərə alsaq, ixracda xammal və yarımfabrikatların, daha doğrusu, yanacaqenerji məhsullarının, idxalda isə ərzaq və yüksək səviyyəli emal məhsullarının,

maşın və avadanlıqların üstünlük təşkil etdiyini görərik. İdxal-ixrac siyasətindəkit bu cür meyl Azərbaycan iqtisadiyyatının mövcud strukturu ilə bağlıdır. Respublikada ixracın əmtəə strukturunun təhlili aşağıdakı nəticələr çıxarmağa imkan verir: Azərbaycanın ixracında yanacaq-enerci məhsulları və kənd təsərrüfatı xammallarının xüsusi çəkisi tərəddüdlə artmaqda davam edir ki, bu da dünya ixracının inkişaf meylləri ilə tam ziddiyyət təşkil edir.


  1. Hazır məhsul ixracında müəyyən qədər sabitləşmə müşahidə olunur (3-5%) ki, bu da dünya ixracının əmtəə strukturuna uyğun gəlmir.

  2. Ölkə ixrac etdiyindən daha çox ərzaq malları idxal edir. Bu isə o deməkdir ki, ərzaq mallarına olan daxili tələbatın ödənilməsi üçün potensial imkanlardan istifadə olunmur. Azərbaycanın ixrac strategiyasının formalaşma xüsusiyyəti haqda danışarkən xarici investisiyaları mütləq nəzərə almaq lazımdır. (Cədvəl-13)

Belə ki, ixrac siyasətinin təhlili zamanı neft amilinin rolunu xüsusi qeyd etmək lazımdır. Neft sərmayələri respublikanın dünya iqtisadiy- yatına inteqrasiyasının başlıca amilidir. Xarici investisiyalar təkcə maliyyə resurslarının fiziki axını olmayıb, bu həm də qabaqcıl



texnologiya, nou-hou, idarəetmənin ən yeni təcrübələri və potensial bazarlara çıxış deməkdir. Neft amliinin ixrac siyasətinə digər təsiri valyuta rejiminin liberallaşdırıması və valyutaların sərbəst köçürülməsinə şərait yaradılması ilə əlaqədardır. Neft amili ixrac strategiyasının təkmilləşdirilməsində mühüm rol oynasa da, ölkənin potensial imkanları nöqteyi-nəzərindən bu sahədəki çatışmazlıqlar hələ də çoxdur. Bu ən əsası ölkənin ixrac siyasətində neftin üstün rola malik olması ilə əlaqədardır. İxracın strukturunda yanacaq-enerci, xüsusilə, neft və neft məhsullarının xüsusi çəkisinin yüksək olması xarici ticarət kəsirinin dünya yanacaq bazarındakı qiymət dəyişmələrindən asılılığına səbəb olmuşdur. Bu özünü 1998-ci ildə daha kəskin şəkildə bildirdi. İxracın neftlə bağlılığı illər üzrə artaraq 2001-ci ildə 78,7% olmuşdur. Digər mənfi hal ixracda xam neftin xüsusi çəkisinin yüksək olması ilə bağlıdır. Ümumiyyətlə ölkənin ixrac strategiyasında neftin rolu aşağıdakı səbəblərlə izah edilir: respublika bu məhsulların hasilatı və emalı üzrə kifayət qədər müqayisəli üstünlüyə malikdir; neft sektorunun texnoloji bazası digər sahələrə nisbətən müasir vəziyyətdədir. Sənaye istehsalının nisbətən cüzi hissəsi xarici bazarlarla təmasda olur. Milli sərhədlər çərçivəsindən kənara çıxmayaraq belə istehsal sahələrinə maşınqayırma, yüngül və yeyinti sənayesi aiddir. İnteqrasiya proseslərində yaxından iştirak edən və ixracda xüsusi payı yüksək olan sahələr neft hasilatı və emalı sənayesidir. Onu da qeyd etmək vacibdir ki, ölkənin emal sənayesinin beynəlxalq əmək bölgüsü prosesində iştirakı müəyyən qədər sahələrarası səviyyədə həyata keçirilir. Yəni, respublika özünün milli əmtəə bazarlarının tədricən daha çox hissəsini xarici istehsalçılara vermək məcburiyyətindədir. Azərbaycan Respublikasının ixrac strategiyasının indiki vəziyyətini belə izah etmək olar: ixracda yüksək inhisarlaşmanın ləğv olunması, ixracla məşğul olan subyektlərin sayının artması; ixracın tənzimlənməsində iqtisadi rıçaqların (vasitələrin) gömrük tariflərinin rolunun ön plana çəkilməsi; ixracın dövlət

maliyyələşdirilməsinin rolunun azalması, ixracın valyutakredit hesablaşmalarına kommersiya banklarının (həm milli, həm də xarici valyuta ilə) rolunun artması. Bütün bunlara baxmayaraq ölkədə xarici ticarətin liberallaşdırılması və dünya iqtisadi sisteminə inteqrasiyasının təmin olunması istiqamətində mühüm addımların atılmasını inkar etmək olmaz. Son 3-4 ildə xarici ticarətin tənzimlənməsində əsas ağırlıq mərkəzi inzibati metodlardan gömrük-tarif tənzimlənməsinə yönəldilmişdir. Əgər 1992-ci ildə ixracı lisenziyalaşdırılan malların sayı 30-dan çox idisə, hazırda bu tədbir 3-4 mal üçün, həm də icazə şəklində tətbiq olunur. Mərkəzləşdirilmiş nəzarət ayrı-ayrı orqanların nəzarəti ilə əvəz olunmuşdur. Bütün bunlar isə, xarici ticarətin liberallaşdırılması, sərbəst bazar iqtisadiyyatına keçid istiqamətində həyata keçirilən tədbirlərin mühüm tərkib hissələridir. Qeyd etmək lazımdır ki, Azərbaycan kimi keçid dövründə olan ölkələrdə idxalı əvəzetmə siyasətinə daha böyük ehtiyac vardır. Azərbaycanda idxal əvəzləyici və ixracın genişləndirilməsi siyasətinin həyata keçirilməsi bir sıra məsələlərin həlli ilə birbaşa əlaqəlidir: 1. Sənaye istehsalı üçün gərəkli olan maliyyə vasitələri hansı mənbələr hesabına əldə ediləcək və əsas istehsal gücləri məhz hansı - dövlət, yaxud özəl bölmədə yaradılacaq; 2. Xarici investisiyalar bu sahələrə hansı şərtlər əsasında cəlb olunacaq; 3. Sənayeləşmə prosesi sosial-İqtisadi strukturda hansı irəliləyişlərlə müşayiət olunacaq; 4. İnvestisiya resurslarının səmərəli nisbəti (daxili və xarici mənbələr) necə müəyyən olunacaq. Respublikanın xarici ticarət siyasətində idxaləvəzləyici, yaxud ixracın genişləndirilməsi istiqamətlə- rinə üstünlük verilməsi aşağıdakı amillərin komlpeks uçotunu tələb edir: ölkənin iqtisadi inkişafının ümumi səviyyəsi; İqtisadiyyatın maliyyə- material resursları ilə təmin olunma dərəcəsi; peşəkar kadrların mövcudluğu; xarici sərmayədarlar tərəfindən maddi-texniki yardımın perspektivləri. Hazırda Azərbaycanın bu və ya digər inkişaf strategi- yasının seçimi hər iki istiqamət üzrə müəyyən əlverişli və əlverişsiz

cəhətlərlə səciyyələnir. Həm idxaləvəzləyici, həm də ixracyönümlü sənaye kompleksi yaratmaqdan ötrü ölkə aşaığdakı üstünlüklərə malikdir: - zəngin təbii ehtiyatlar; - yaxın qonşularla uzun illərdən bəri mövcud olmuş təsərrüfat əlaqələri; 283 - ucuz əmək resurslarının mövcudluğu. Beynəlxalq təcrübədə ixrac yönümlü istehsalın inkişafının stimullaşdırılması məqsədilə müxtəlif dövlət tədbirləri sistemi istifadə olunur. Müasir şəraitdə müxtəlif maliyyə güzəştləri sistemi formalaşmışdır, bu güzəştlər sistemi yerli istehsalçılara daxili və xarici bazarlarda rəqabət qabiliyyətliliyin yüksəldilməsi məqsədilə təqdim edilir. Onlara ixrac mükafatları formasında birbaşa dotasiyaları aid etmək olar. Bundan başqa, ixracın stimullaşdırılmasının digər üsullarına güzəştli şərtlərlə ixrac kreditlərini, dövlət sığortasının, müxtəlif zəmanətlərin təqdimi, müxətlif vergi güzəştləri və s. aid etmək olar. Dövlət səviyyəsində maliyyə resurslarının səfərbər olunmasında və maliyyə sabitliyinin yaranmasında dövlət büdcəsinin xüsusi rolu vardır. Azərbaycanda da dövlət büdcəsinin gəlir hissəsi formalaşdıqca, gəlirlərin həcmi artdıqca iqtisadi inkişafın səviyyəsi durmadan artır, inflyasiyanın səviyyəsi azalır. Məhz maliyyə resurslarının səmərəli təşkil olunmasından asılı olaraq dövlət öz üzərinə düşən funksiyaların yerinə yetirilməsi səviyyəsini müəyyən edir. Azərbaycanda bazar münasibətləri tələblərinə uyğun dayanıqlı və tarazlı iqtisadiyyatın formalaşması respublika iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiya etməsi üçün öncə ölkədə maliyyə sabitliyinin təmin olunması lazımdır. Bununla əlaqədar olaraq istehlak bazarında tələb və təklifin tarazlaşdırıl- ması məqsədilə iqtisadi durumun dayanıqlılığına və ümumi sabitliyə, o cümlədən, inflyasiyanın qarşısının alınması və milli valyutanın möhkəmlənməsinə nail olunması belə amillərdəndir. Bu göstərilənlərlə bərabər maliyyə sabitliyinin yaradılmasının mühüm məsələlərindən biri də büdcə kəsirinin (yaxud xərclərin gəlirlərlə örtülməyən hissəsinin)

aradan qaldırılmasına nail olunmasıdır. İqtisadi inkişaf strategiyasının bəhrələridir.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin