Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın- səmərəliliyinin artırılması istiqamətləri



Yüklə 0,97 Mb.
səhifə28/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın- səmərəliliyinin artırılması istiqamətləri.

Keçid iqtisadiyyatı şəraitində hər bir ölkə üçün beynəlxalq maliyyə qurumları ilə, eləcə də digər kreditorlarla əməkdaşlığın yarada biləcəyi başlıca problem xarici borcun artması və onun milli iqtisadiyyat üçün ağır yükə çevrilməsidir. Buna görə də bu mövzuda tədqiqat işi yerinə yetirilərkən xarici borclanma məsələsinə diqqət yetirilməsi vacibdir. Ümumiyyətlə, xarici borclanmada dövlətin iştirakı əsasən iki formada olur. Birinci variantda dövlət kredit vəsaitinin alıcısı kimi bilavasitə çıxış edir. İkinci halda isə dövlət borc vəsaitinin alınması üçün yalnız zəmanətçi rolunu oynayır. Bu baxımdan Azərbaycanın beynəlxalq maliyyə qurumları və digər maliyyə təsisatları ilə münasibətdə yaranmış xarici dövlət borcunu iki qrupa ayırmaq olar: birincisi, bilavasitə hökumətin aldığı kreditlər, ikincisi isə hökumətin zəmanəti ilə müxtəlif təşkilatlar tərəfindən alınan kreditlər. Adətən beynəlxalq maliyyə qurumları tərəfindən hökumətin bilavasitə aldığı kreditlər əsasən aşağıdakı istiqamətlərə xərclənir: büdcə kəsirinin maliyyələşdirilməsi; vaxtı keçmiş dövlət borclarının ödənişi; tədiyyə balansında tarazlığın təmin edilməsi; iqtisadi subyektlərin kredit ehtiyaclarının ödənilməsi və

s. Dövlət zəmanət verdiyi kredit üzrə əməliyyatda üçüncü tərəf kimi iştirak edir. Bu zaman dövlət ilə kreditor arasında zəmanət sazişi bağlanır. Bir qayda olaraq dövlət zəmanəti ölkənin iqtisadi inkişafı baxımından strateji hesab edilən sahələrdə fəaliyyət göstərən müəssisələrin aldığı kreditlərə verilir. Beynəlxalq maliyyə qurumundan alınmış kreditlərə verilən dövlət zəmanəti əsasən bu şərtlər əsasında

təqdim olunur: maliyyə orqanı ilə təsərrüfat subyektinin hesablaşma və ya depozit hesablarından vəsaitləri çıxarmaq hüququ verən qarşılıqlı müqavilənin bağlanılması; subyektlər arasında girov müqaviləsinin bağlanılması; müvafiq icra hakimiyyəti orqanlarına təsərrüfat subyekti- nin bank hesablarına şərtsiz nəzarət etmək hüququnu verən razılaşmanın həyata keçirilməsi; təsərrüfat subyektinin onun maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədilə tələb olunan bütün məlumatları təqdim etməsi.

Son illər Azərbaycanda dövlət zəmanəti ilə alınmış kreditlərdə sahə və istiqamətlərin xüsusi çəkisinə görə ardıcıllığı belə olmuşdur:


  1. – iqtisadi islahatların və struktur dəyişikliklərinin maliyyələşdirilməsi,

  2. – yanacaqenerji sektorunda yenidənqurma işlərinin həyata keçirilməsi,

  3. – nəqliyyat xidmətinin keyfiyyətinin yüksəldilməsi, IV – sair işlərin maliyyələşdirilməsi,

  1. – irriqasiya drenac işlərinin görülməsi,

  2. – kimya sənayesi sahəsində rekonstruksiya, VII – kənd təsərrüfatı və aqrar sənaye sahəsi və s.

Tədqiqatçıların fikrincə, Azərbaycanın xarici borcunun makroiqti- sadi xarakteristikası onu deməyə imkan verir ki, bu borcun dövlət büdcəsi və qızılvalyuta ehtiyatı üçün yük səviyyəsi beynəlxalq standart- ların məqbul hesab etdiyi həddədir. Həmçinin bu borcun parametrləri MDB ölkələrinin, Şərqi Avropa ölkələrinin göstəriciləri ilə müqayisədə daha yaxşıdır. Azərbaycanın xarici borcu barədə aşağıdakıları qeyd etmək olar: - bu günə qədər Azərbaycanın beynəlxalq maliyyə qurumlarından, eləcə də digər kreditorlardan aldığı kreditlərin ümumi həcmi 1,6 mlrd. dollardan çoxdur; - xarici borcun 30 %-ə qədəri iqtisadi islahatların həyata keçirilməsinə, 70 %- ə qədəri isə investisiya layihələrinin reallaşdırılmasına sərf edilmişdir; - istifadə olunmuş xarici

kreditlərin 47 %-dən çoxu yanacaq-energetika kompleksinin, 8 %-i kənd təsərrüfatı və meliorasiyanın, 12 %-i nəqliyyat sektorunun payına düşmüşdür; kreditlərin valyuta strukturunda ABŞ dollarının payı 20 %- dir, qalan hissəni isə SDR və Avropa dövlətlərinin valyutaları təşkil edir; dövlət zəmanətilə cəlb edilmiş kreditlərin böyük hissəsi uzunmüddətlidir



  • 35 ildən 40 ilə qədər; beynəlxalq maliyyə qurumlarının kreditləri 1 mlrd. dollara yaxındır və onlar illik 1,75-1,5 %-lə verilmişdir; kreditlərin qaytarılması məqsədilə 2006-cı ilin dövlət büdcəsindən 201,4 mlrd. manat vəsait ödənilmişdir, bu 2005-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6 dəfədən də çox olmuşdur və s. Qeyd etmək lazımdır ki, 1993-2005-ci illər ərzində respublikamızın xarici borcu dinamik şəkildə artmışdır. Beynəlxalq standartlara görə xarici borcun ÜDM-ə nisbətən 40-60 % təşkil etməsi normal qəbul edilir. Ancaq diqqət yetirsək görərik ki, Azərbaycanda bu göstərici 2000-ci ildə maksimum həddə olmuş və 23,7 % təşkil etmişdir. Ancaq borcun ixracla müqayisəsi vəziyyətin qənaətbəxş olmadığını göstərir. 2004-cü ildə bu göstərici ixracın 80 %- dən çoxdur. Bu da ixracın artım tempinin arzuolunan şəkildə olmaması ilə bağlıdır. Diqqət yetirsək görərik ki, xarici borcların sürətli artım tempi 1995-1999-cu illərdə müşhidə edilmişdir. Bu 5 il ərzində xarici borc 14 dəfədən çox artmışdır. 1993-2004-cü illərdə isə belə artım 26,7 dəfə olmuşdur. Şübhəsiz ki, ölkənin borclanması özündə bir riski təcəssüm etdirir. Beynəlxalq təcrübəyə əsasən borclu ölkədə bazardakı payını müstəqil genişləndirməyə qabil, tez artan, dəyişilən və rəqabət qabiliyyətli ticarət sektorunun mövcudluğu müsbət hal sayılır.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin