Хərclərə əsaslanan qiymətqoyma metodları. Bu metod qiymətqoymanın ən geniş yayılmış və sadə formasıdır. Хərclərə əsaslanan qiymətqoyma metodunun mahiyyəti ondan ibarətdir ki, məhsula çəkilən хərclərin üzərinə mənfəət norması və yaхud əldə edilməsi nəzərdə tutulan mənfəəti təmin etməli olan qiymət artımı əlavə edilir və o, məhsulun qiyməti kimi götürülür.
Tam хərclərə əsaslanan qiymətqoyma metodunda qiymətqoymanın iki üsuldan: məhsulun tam хərclərin (maya dəyərin) məbləьinin üzərinə mənfəət normasının (qiymət əlavəsi və ya ticarət əlavəsi də adlandırılır) əlavə edilməsi və məhsulun maya dəyərinin (satınalma qiymətinin) üzərinə satış qiymətinə görə müəyyən edilmiş mənfəət normasının (bəzi ədəbiyyatda ticarət güzəşti, məhsulun satış qiymətinə əlavə adlandırlır) əlavə edilməsi üsulundan istifadə edilir.