108
Kəndli həyətləri
nəinki forma cəhətdən, habelə
həcm etibarilə də bir-birindən seçilirdi.
Belə ki, həyət sahibinin iqtisadi vəziyyətindən və təsərrüfat məişətinin səciyyəsindən asılı olaraq,
onların ölçüləri müxtəlif idi. Varlı ailələrin təsərrüfatları böyük olduğundan onların həyətləri də
geniş sahəni əhatə edirdi.
Kəndli həyətləri təkcə ictimai təbəqələrin sosial-iqtisadi vəziyyətinə görə deyil, habelə
məskunlaşma ərazisinin təbii-coğrafi vəziyyətinə görə də bir-birindən fərqlənirdi. Belə ki, dağ
kəndlərinə nisbətən aran və dağətəyi məskənlərdə istifadəyə yararlı torpaq sahəsinin bolluğu
həyətlərin nisbətən geniş sahəni əhatə etməsinə təsir göstərmişdir. Məsələn, Naxçıvan bölgəsinin
düzən kəndlərində əksər həyətlərin sahəsi 20x30 m və ya 40x80 m arasında idisə, dağ
kəndlərində fərdi həyətlərin sahəsi 10x20 m və 30x40 m hüdudlarına çatırdı. Dağ kəndlərində
bəzən 10x10 m həcmində olan kiçik həyətlərə də rast gəlinirdi.
22
Dağ kəndlərində həyətlərin kiçik həcmdə olması və ya həyətyanı sahənin tamam olma-
ması faktı təkcə Azərbaycan üçün deyil, həmçinin, Ümumqafqaz səciyyəsi daşımışdır.
23
Fərdi həyətlərin həcm etibarı ilə müxtəlif ölçülərdə olmasında əhalinin təsərrüfat
məşğuliyyəti də mühüm rol oynamışdır. Kənd əhalisinin əkinçi və maldar qruplarının həyətlərinə
nisbətən kustar sənətkarların (misgər, dülgər, dabbaq, toxucu, dəmirçi və s.) həyəti xeyli kiçik
olurdu. Məsələn, Girdiman və Pirsaat çaylarının yuxarı hövzəsini əhatə edən Dağlıq Şirvanın
təbii şəraiti intensiv əkinçilik və maldarlıq üçün az əlverişli olduğundan, burada həyətyanı torpaq
sahələri xeyli kiçik idi. Bu səbəbdən də, dağ kəndlərinin əhalisi yaşayış ehtiyaclarını təmin
etmək məqsədilə müxtəlif peşə və sənət növləri (şərbaflıq, şaltoxuma, xalçaçılıq, misgərlik,
zərgərlik, dəmirçilik, nalbəndlik, dabbaqlıq, sərraclıq, dülgərlik, xarratlıq, kömürbasma, daş-
yonma və s.) ilə məşğul olurdu.
24
Abşeronda əhalinin yay fəslində dəniz sahili bağlara köçməsi
ənənəsi buradakı həyətlərin kiçik həcmdə formalaş- masına öz təsirini göstərmişdir.
25
Əhalinin təsərrüfat məişəti
nəinki həyətlərin həcminə, habelə onların
tərkibinə də təsir
göstərmişdir. Bir qayda olaraq, suvarma suyu çatışmayan və maldarlıqla məşğul olan kəndli
ailələrinin həyətində
əkin-dirrik sahəsi olmurdu. Belə həyətlərdə təsərrüfat-məişət bölməsi
nisbətən geniş sahəni əhatə edirdi. Çünki maldarlıq təsərrüfatı tövlə, ağıl, pəyə, küz, göyəbaxan,
samanlıq, quraqlıq, talvar və s. kimi bir sıra təsərrüfat tikililərinin olmasını tələb edirdi.
Kustar sənət istehsalına malik kəndlərdə həyətlərin tərkibində ayrıca
istehsal bölməsinin
olması labüd idi. Bu isə həmin həyətlərdə
emalatxana və
anbar tipli bir sıra yardımçı təsərrüfat
tikililərinin inşa edilməsi zərurətindən irəli gəlirdi. Məlum olduğu kimi, fərdi həyət daxilində bu
və ya digər peşə (sənət) növünə aid emalatxana, karxana, ticarət dükanı və s. tikililərin olması
ustanın işini xeyli yüngülləşdirirdi. Belə halda usta iş prosesində istədiyi vaxt ailə üzvlərinin
köməyindən
istifadə edə bilir, istehsal alətləri və vasitələri həmişə ailənin nəzarəti altında olur,
ustanın material axtarıb tapmasına vaxt imkanı yaranırdı.
Baramaçılıqla məşğul olan kəndli həyətlərində isə «gərlik» və ya «tumcarlıq» adlanan
bağ bölməsi nisbətən geniş sahəni tuturdu.
Əkinçilik və bağçılıqla məşğul olan kəndli həyətləri geniş
yaşıllıq bölməsi ilə seçilirdi.
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əksər bölgələrində kəndli həyətləri
məişət-təsərrüfat və əkin-ziraət bölməsinə malik idi. Həyətin məişət bölməsi etnoqrafik
ədəbiyyatda çox vaxt «inşaat bölməsi», əkin-ziraət bölməsi isə «yaşıllıq» adlanırdı.
Məişət bölməsinin tərkibinə yaşayış binası, təsərrüfat tikililəri və istehsal-məişət işlərinin
icra edildiyi «eşik» daxil idi.
26
Fərdi həyətlərin məişət bölməsi sabit mövqeyə malik olmayıb, həyətin müxtəlif səmtini
təşkil edirdi. Bu səbəbdən də həyətin ümumi plan quruluşunda yaşayış evi və təsərrüfat tikililəri
yerləşmə vəziyyətinə görə müxtəlif səciyyə kəsb edirdi.
Çox vaxt yaşayış evi bilavasitə həyətin küçə səmtində yerləşirdi. Belə halda evin arxa və
ya kəllə divarı küçəyə baxırdı. Bunun sayəsində, adətən, evin daxili fəzası küçənin tozlu ha-
vasından
və kənar, naməhrəm nəzərdən qorunurdu. Digər tərəfdən də, həyətyanı sahənin
içərisində yerləşən təsərrüfat tikililəri ilə daxili əlaqə güclənirdi.
İkinci halda yaşayış binası həyətyanı sahənin daxilində, təsərrüfat tikililəri (quraqlıq,
altıaçıq, tövlə, pəyə, qəhəl və s.) isə bilavasitə həyətin küçə səmtində tikilirdi.
Üçüncü halda yaşayış evi təsərrüfat binaları ilə birlikdə eyni cərgədə, həyətin küçə
109
səmtində yerləşməklə, onların arxası küçəyə baxırdı. Belə planlaşdırmada təsərrüfat binaları
evdən aralı tikilir və ev ilə onların arasında «alaqapı» adlanan darvaza yerləşirdi.
Bəzən isə təsərrüfat tikililəri evə bitişik olurdu. Belə halda evin yaxınlığında, həyət hasa-
rında ayrıca darvaza qurulurdu.
İkimərtəbəli yaşayış binasına malik həyətlərdə evin birinci mərtəbəsi təsərrüfat və mal
tövləsi məqsədləri üçün ayrılır, ikinci mərtəbənin otaqları yaşayış-məişət məqsədilə istifadə ol-
unurdu. Belə olan təqdirdə ikinci mərtəbənin altında həyətə daxil olmaq üçün darvaza
düzəldilirdi.
27
Bu halda yaşayış və təsərrüfat binalarının arxa divarı eyni zamanda küçə barısını
əvəz edirdi. Keçmişdə izafi tikinti xərclərinə yol verməmək məqsədilə bu təcrübədən geniş
istifadə olunmuşdur. Həmin ənənə indi də özünün əməli əhəmiyyətini itirməmişdir. Bir qayda
olaraq, belə həyətlərdə evin səmti küçəyə deyil, həyətə baxırdı.
Bu isə ailənin ev-məişət
həyatının naməhrəm nəzərdən iraq olması, küçədə əmələ gələn tozlu havanın mənzilə yayılması-
nın qarşısını almaq və həyətyanı təsərrüfatla sıx əlaqə yaradılması saxlamaq məqsədi güdürdrü.
Bəzi kəndlərdə evin məişət bölməsinin həyətin müxtəlif səmtini, o cümlədən onun
mərkəzini təşkil etməsi hallarına da təsadüf edilirdi.
Adətən, həyətdaxili bölmələr («tayalıq», «eşik», «ocaqlıq», «təndirxana» «bostan», «dir-
rik», «bağça» və s.) bir-birindən
çəpər, tapan, çubuq-hörmə və s. kimi arakəsmələrlə təcrid ol-
unurdu. Həyətin bağ, bostan, tərəvəz əkini yerləşən yaşıllıq sahəsi çox vaxt «əkin-dirrik» və ya
«ziraət» bölməsi adlanırdı.
Kənd tipli məskənlərdə, adətən, həyətin məişət bölməsində ev heyvanlarının saxlanması
üçün müvafiq yer ayrılır və arakəsmə vasitəsilə başqa bölmələrdən təcrid edilirdi. Həyətin bu
hissəsi çox vaxt «mal məhləsi» də adlanırdı.
28
Heyvanların saxlanması və yemlənməsi ilə
əlaqədar həmin bölmədə
pəyə, tövlə, vana, kərəskə, ağıl, küz, talvar, samanlıq və s. tikilirdi.
«Mal məhləsi», əsasən, həyətin giriş qapısı səmtində yerləşirdi.
Həyətin məişət bölməsinin xeyli hissəsini tutan «eşik» çox vaxt bilavasitə yaşayış binası-
nın qarşısında yerləşməklə, əkin-ziraət bölməsi ilə eyvan arasında orta mövqe tuturdu. Eşikdən,
həmçinin, isti mövsümdə «açıq mətbəx» kimi də istifadə olunurdu. Çox vaxt açıq yay mətbəxi
ağac və ya meynə kölgəsində yerləşirdi. Təndir və açıq ocaq yay mətbəxinin əsas ünsürlərini
təşkil edirdi.
Məişət
bölməsində, həmçinin,
quraqlıq, altıaçıq, kümxana, kəndi, taxıl quyusu, anbar,
god və s. yerləşirdi.
Bağçılığın inkişaf etdiyi kəndlərdə çox vaxt əkin-ziraət bölməsi eyvana bitişik olduğun-
dan eşik evin həyət qapısına yaxın səmtdə yerləşirdi. Belə planlaşdırma həyətyanı torpaq
sahəsindən qənaətlə istifadə etməyə imkan verirdi.
Həyətlərin bağ-dirrik bölməsi
bağ, gərlik,
xiyaban, tumcar adlanmaqla müxtəlif növ
Dostları ilə paylaş: