Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə107/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   103   104   105   106   107   108   109   110   ...   194
Kənd meydanı, adətən, kəndlərin ortasında yerləşir və kəndarası daxili yolların çoxu bu-
rada qovuşurdu. Məscid, bazar, xırdavat və  qəssab dükanları  həmin meydanın  ətrafında 
yerləşirdi. Göründüyü kimi, yaşayış məskənlərinin daxili quruluşu, onların tərkib hissələri təkcə 
məhəllə və fərdi həyətlərdən ibarət olmayıb, həmçinin, əhalinin sosial-iqtisadi həyatı ilə bağlı bir 
sıra ictimai yerlər də əhatə edirdi. 
Patronimiyanın mənəvi birliyi özünü nigah münasibətlərində də göstərirdi. Keçmişdə çox 
vaxt cavanların qohum qruplar daxilində evlənməsinə, başqa sözlə, endoqam nigahlara üstünlük 
verilirdi. Başqa nəsildən gətirilən gəlin «yad qızı» sayılır və o, böyük ailədə araya «kösöv 
atır»dı.
45
 Bununla yanaşı keçmişdə, Azərbaycanın  şəhər və  kəndlərində  ekzoqam nigahlar da 
geniş yayılmışdı. Elə  zərb-məsələ çevrilmiş «yaxşını özgəyə verməzlər-heyifdir, pisi özgəyə 
verməzlər-eyibdir» kəlamı bunu aydın göstərir. 
Tədqiq edilən dövrdə  təkcə Azərbaycan kəndləri deyil, həm də  şəhərlər patronimik 
məhəllələrə bölünmüşdü. Belə bir digər bölgü keçmişdə şəhərlərin idarə olunmasını da nisbətən 
asanlaşdırırdı. Bakı, Gəncə,  Şamaxı,  Şuşa, Naxçıvan və digər iri şəhərlərin məhəllə bölgüsünü 
xatırladan patronimik adlar indi də qalmaqdadır. 
Əhalinin müxtəlif ictimai təbəqə  və sosial qruplarının ayrı-ayrı  məhəllələrdə 
məskunlaşması, nəinki Azərbaycan, həmçinin, Ümumşərq səciyyəsi daşımışdır. Şəhər əhalisinin 
məşğuliyyət növü, etnik və ya etnoqrafik qrup mənsubiyyəti, habelə onların məskunlaşma 
mövqeyi və s. nəzərə alınaraq  şəhər məhəllələri müxtəlif adlar daşımışdır. Məsələn, keçmişdə 
Şamaxı şəhəri Ərəblər, Ərdəbilli, Dərəməhlə, Cilaməhlə, İmamlı, Ağçılar, Şeyxzahirli, Şeyxna-
mazlı, Sarı torpaqlı,  Şapırlı, Yuxarı qala və b. adlar ilə on beş  məhəlləyə bölünürdü.
46
  Gəncə 
şəhərində Ozanlar, Bağbanlar,  Şərbaflar, Zərrabi, Toyuqçular və s. Nuxada (indiki Şəkidə) 
Şərbaflar, Dabbaqlar, Duluzlar, Əfqanlar və s. məhəllələr mövcud olmuşdur.
47
 Hər məhəllədə çox 
vaxt ayrıca  məhlə  məscidi, hamam, mədrəsə  və bu kimi ictimai və dini səciyyə daşıyan binalar 
olurdu. Adətən, ictimai binalar, ya kompleks halında məhəllənin mərkəzi hissəsində, ya da onun 
müxtəlif yerlərində ayrı-ayrılıqda yerləşirdi. Məhəllə məscidləri yalnız dini ayinlərin icra olunması 
üçün deyil, eyni zamanda, bir sıra ictimai və mədəni tədbirlərin həyata keçirilməsi məqsədilə də 
istifadə olunurdu. Buna uyğun olaraq, adətən, məscid məhəllənin hər tərəfi ilə əlaqəsi olan sahədə 
yerləşir və onun qarşısında kiçik meydança olurdu. Meydança ətrafında məsciddən başqa bulaq, 
hovuz, kölgəli ağaclar, bəzi hallarda isə mədrəsə binası yerləşirdi. 
Məhəllə məscidləri, adətən, bu və ya digər məhəllənin adı ilə adlandırılırdı. Bu isə həmin 
dini binaların təkcə şəhərin memarlıq simasının formalaşmasında deyil, həm də ümumən, ayrı-
ayrı məhəllələrin təşəkkülündə onların mühüm rol oynadığını göstərir. Məsələn, köhnə Bakının 
«İçəri şəhər» adlanan hissəsində məhəllələrin, demək olar ki, hamısı bu və ya digər məscidin adı 
ilə adlandırılırdı: Cümə  məscidi məhəlləsi,  Şah məscidi məhəlləsi, Məhəmmədyar məscidi 


 
112
məhəlləsi, Hacı Qayib məscidi məhəlləsi, Hamamçılar məscidi məhəlləsi, Sınıqqala məscidi 
məhəlləsi, Qasım bəy məscidi məhəlləsi, Böyük Qasım bəy məscidi məhəlləsi,  Şıx  İbrahim 
məscidi məhəlləsi.
48
 
Bakının «Bayır  şəhər» adlanan şəhristan hissəsində  məhəllələrin meydana gəlməsində 
yuxarıda göstərilən amillərin mühüm rol oynaması barədə H.Sarabski xüsusi olaraq bəhs edir. O, 
Təzəpir məscidi məhəlləsinin burada ziyarətgahın meydana çıxması ilə, Hüseynqulu bulağı 
məhəlləsini burada şirin (şit) sulu quyunun aşkar edilməsi ilə, Məhəmmədli məhəlləsinin 
Bakının eyniadlı kəndindən maldar əhalinin burada məskunlaşması ilə, Palçıqlı məhəlləsinin bu-
radakı çökək çuxurda küçə sularının axıb lil-palçıq yaratması ilə, Kərpicbasan məhəlləsinin bu-
rada çiy kərpic kəsilməsi ilə bağlı adlandırıldığını xəbər verir.
49
 
Məhəllələrə  çəkilən və  bəzi hallarda yüksək memarlıq görkəmi ilə  fərqlənən  bulaqlar
küçələrin yaşıllıq sahələri, daşdöşənməsi və başqa abadlıq tədbirləri şəhərlərin ümumi görkəmini 
xeyli gözəlləşdirirdi. XIX əsrin sonlarında  Şamaxının təsvirinə  həsr edilmiş bir ədəbiyyatda 
göstərilirdi ki, şəhər küçələri üzü hamarlanmış tavadaşlarla döşən- mişdir.
50
  

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin