Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə110/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   106   107   108   109   110   111   112   113   ...   194
Həyət qapısı. Hər tərəfdən çəpər, hasar və ya barı ilə dövrələnmiş fərdi həyətlərin xarici 
mühitlə əlaqəsi müxtəlif növ keçid və qapılar vasitəsilə həll edilmişdir. 
XIX  əsr və XX əsrin  əvvəllərində Azərbaycan kəndlərində  həyətə giriş  hər bir ailənin 
iqtisadi tavanasından və  təsərrüfat məşğuliyyətindən asılı olaraq, tək və ya qoşalaylı  darvaza, 
yaxud çubuq, qarğı, qamış və s. kimi yüngül materiallardan hörülmüş çitəmə qapı vasitəsilə həll 
olmuşdur. Keçmişdə varlı  həyətlərində darvaza daha geniş yaylmışdı. Belə qapılar el arasında 
«alaqapı» da adlanır. 
 Həyətə daxil olub çıxarkən hər dəfə darvazanın ağır taylarını açıb örtməmək üçün əksər 
hallarda onun yanında, bəzən də darvaza laylarının birində adam keçə biləcək balaca qapı 
qoyulurdu. Buna el arasında «ara qapı», yaxud «əl qapısı» deyilirdi. Əl qapısı, həmçinin, həyətin 
bir bölməsindən digərinə keçmək və yaxud qonşu həyətə gediş-gəliş yaratmaq məqsədilə  də 
qoyulurdu. 
Darvazalar,  əsasən, həyətə  nəqliyyat vasitələrinin (araba, yüklü at, dəvə  və s.) sərbəst 
daxil ola biləcəyi qədər geniş və hündür düzəldilirdi. Əkinçilik, bağçılıq və maldarlıqla məşğul 
olan kəndli ailələrinin əksəriyyətinin həyətinə giriş geniş darvaza vasitəsilə mümkün olurdu.  
Ağac darvazalar «dabanlı» və «asma» olmaqla iki cür düzəldilirdi. Bunların arasında 
həngamə vasitəsi ilə çərçivə tayının midbarından asılan darvazalar xüsusi yer tuturdu. 
Darvazaların daha mürəkkəb quruluşa malik olub varlı həyətləri üçün səciyyəvi idi. Bu 
darvazalar həyət hasarının münasib yerində quraşdırılmış dördkünc formalı, ikimərtəbəli tikilini 
xatırladırdı. Darvazanın bürclü alt mərtəbəsi qoşaqapı, üst mərtəbəsi isə iki tərəfə, bəzən isə dörd 
tərəfə pəncərə açırımı olan tək otaqdan ibarət düzəldilirdi. Üst mərtəbəyə divariçi daş və ya ağac 
pilləkənlə qalxılırdı. Köşklü darvazalırn damı dördsinəli və yanxanalı çardaqdan ibarət olurdu. 
Çardağa, adətən, taxta və ya divariçi hörmə pilləkən qalxırdı. Köşklü darvazaların ikinci 
mərtəbəsindəki otaq qaraulxana vəzifəsi daşıyırdı. 
Şirvanın bəzi kəndlərində (Göylər, Çağan, Quşçu, Sündü, Çuxanlı və s.) darvaza sütunları 
ağacdan deyil, yonma daşdan hörülüb ucaldılırdı. Daş sütunlu darvazalar daha çox varlı həyətləri 
üçün səciyyəvi idi. 
Şəhərlərdə  həyət qapıları  kənd darvazalarından bir qədər kiçik, lakin ikilaylı olurdu. 
Adətən, bu qapıların bir və ya hər iki tərəfində oturmaq üçün daş, yaxud kərpicdən  xüsusi 
«kürsü» hörülürdü. 
Həyət qapılarının bayır üzündən, adətən,  «taqqılbab»  adlanan  qapıdöyən  və minik atını 
bağlamaqdan ötrü midbar (dəmir halqa) asılırdı. Sifarişlə yerli dəmirçilərə düzəltdirilmiş 
yaraşıqlı  dəmir «taqqılbablar»  əməli vəzifə daşımaqdan  əlavə, eyni zamanda qapının bədii 
tərtibatını tamamlayırdı. Buna görə  də keçmişdə yerli dəmir ustaları  tərəfindən hazırlanan 
taqqılbabların incə zövqlə  işlənmiş çox müxtəlif formalarına təsadüf edilirdi. Şimal-Şərqi 
Azərbaycanda alaqapıların bir qisminin üzərində taxtadan kəsilmiş simvolik günəş  təsviri 
bərkitmək dəb halını almışdır. 
Darvazanı arxadan bağlamaq üçün onun laylarının orta bərabərində «kilid» adlanan 
qarmaqlı ağac siyirmə və ya halqa-cəftə düzəldilirdi. Bundan əlavə, həyət qapıları arxadan divariçi 
«siyirtmə», yaxud ağac ling vasitəsilə də bağlanırdı. 
Qoşa laylı darvazalardan fərqli olaraq, alaqapı çox vaxt tək laylı düzəldilirdi. Darvaza 
kimi, alaqapı da həyətyanı hasarda ayrıca, bəzən də ikimərtəbəli yaşayış evinin tərkib hissəsi 
kimi onun altında düzəldilirdi. Etnoqrafik materiallar göstərir ki, yaşayış binasından ayrıca, onun 
yanında qurulmuş alaqapılar daha geniş yayılmışdı. 
Alaqapıların üstü çox vaxt «yastı», bəzən də «tağ» şəklində düzəldilirdi. Tağlı alaqapılar 
həm bədii tərtibatı, həm də memarlıq görkəmi etibarı ilə diqqəti daha çox cəlb edirdi. Keçmişdə 
əsilzadə varlı ailələrin həyətində çatma tağlı alaqapılar daha geniş yayılmışdı. Bu tip alaqapıların 
cinahları, adətən, kərpic və ya daş hörgülü sütun şəklində qurulurdu. 
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin