İmdat AVŞAR
(Türkiyə)
Anamın saatları
Türkiyənin Azərbaycansoylu tanınmış
yazarının ana dilimizə uyğunlaşdırılmış
hekayələrdən ibarət yeni kitabı...
2012
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri N 24
05.05.2012
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
İmdat AVŞAR
Anamın saatları
Hekayələr
Türkiyənin Azərbaycansoylu tanınmış yazarının ana dilimizə uyğunlaşdırılmış
hekayələrdən ibarət yeni kitabı...
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 7 - 24 (2012)
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov) - yazar-kulturoloq
YYSQ - Milli Virtual Kitabxana
Bakı - 2012
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Möhtərəm
Əmir Qalxana
Orta məktəbimiz ikimərtəbəli, uzun bir binadan ibarətdi. Upuzun koridoru vardı. Koridorun
iki tərəfində yerləşən sinif otaqlarının qapıları bu uzun koridora açılırdı... Ön tərəfindəki iri löv-
hədə yazılmışdı: Kaman* Orta məktəbi. Kəndli, qəsəbəli, imkanlı, imkansız… hamımız burada
oxuyurduq. Biz, kəndlərdən gələn uşaqlar bir ev kirayələyərdik. Birotaqlı, uçuq-sökük kərpic bir
ev. Yemək-içməyimizi özümüz bişirər, qab-qacağı özümüz yuyar və dərslərimizi özümüz hazır-
layardıq.
Kənddən ayrıldığımız ilk vaxtlarda içimizə bir qəriblik çökərdi. Hərdən gecələr səssizcə
ağlayar, analarımızın gəlməsini gözləyərdik.
Analarımız həftədə bir dəfə, çərşənbə günləri gələrdilər. Ürəklərində bir həftəlik həsrət, dil-
lərində qurban olum, qadan alım…
Bir-birinə çox bənzəyərdi analarımız. Başlarında muncuqlu baş örtüyü, bəzəkli çarşab,
əyinlərində qolsuz jilet, don... Ayaqlarında qəribliyi, məhzunluğu bir möhür kimi dabanlarına vu-
ran qara rezin ayaqqabılar olardı. Rezin ayaqqabılar qışda suya gedərkən dondurar, yayda arpa
biçərkən yandırıb yaxardı. Hamısının üzündə eyni qələmdən çıxmış bir ifadə vardı: yoxluq, yox-
sulluq, səfalət… Alınlarında əsrlər boyu yığılan qırış-qırış kədər, qat-qat hüzn vardı. Hamısı da
balalarına yemək daşıyan sərçə kimi qorxaq, hürkək, narahatdı. Günəş doğmamış tozlu yollara
çıxar, traktorun qoşqusunda əzilmiş bədənləri, yuxulu, yorğun gözləri ilə dan yeri ağararkən
Xanın Önünə* çatardılar.
Kənddən satmaq üçün gətirdiklərini tələsik traktordan endirər, yan-yana düzərdilər. Bir bat-
man süd, iki vedrə qatıq, iki kündə kərə yağı, beş-on yumurta…
Bizim üçün gətirdiklərini onlardan ayırardılar. İki çuval təzək, beş qatım yarma, bir vedrə
qatıq, bir neçə büküm yuxa…
Gətirdiklərini neçə dəfəyə qatıq bazarına daşıyardılar. Bazarda sağa-sola baxmağı ayıb sa-
yar, başlarını düz tutub gedərdilər. Səhv salsalar, yolu soruşmağa cəsarət etməzdilər. Vaxtı, saatı
günəşə görə təyin edər, satdıqlarının hesab-kitabını bilməzdilər.
Hər çərşənbə öncəkinin təkrarıydı. Səhər kənddən gətirdiklərinin hamısını bir neçə saatda
satardılar. Bacılarımıza toxumaq üçün ip, çit, qanovuz, bizə qələm, dəftər, kitab alardılar...
Pencək, köynək, ayaqqabı... bunlar bahalıydı. İldə bir dəfə, o da imkan olsa, xırman zamanı
alınardı…
Rayon mərkəzində, orta məktəbdə oxuyan bütün kənd uşaqları analarımızın gələcəyini bi-
lər, çərşənbə günü sübh tezdən Xanın Önünə düzülərdik. Əmmə vaxtı anasını tapa bilməyən qu-
zular kimi sağa-sola vurnuxardıq.
“Xala, anam gəldimi?” “Bibi, anamı gördünmü?” deyə soruşa-soruşa anamızı tapardıq. Ki-
mi qoynuna qoyduğu və orada isti saxladığı dürməyi, kimi “çömələn dəymişlər yumurtlamır”,
deyib toyuqlara hirslənərək kənddəki qardaşlarımızın boğazından kəsdiyi qaynadılmış yumurtanı
balasına uzadardı. Ağzımızdakı dad o dəqiqə dəyişərdi. Canımıza bir ana istiliyi yayılar, çərşən-
bə sabahının ayazı bizi üşütməzdi...
Əvvəl kənddən gələn bir həftəlik ərzağı qaldığımız köhnə kərpic evlərə daşıyardıq. Təzək,
lavaş, qatıq, yarma... Sonra qatıq bazarına gedib analarımızın qulluğunda dayanardıq. İstəkləri-
mizi atalarımıza deməyə çətinlik çəkər, analarımızın başına çıxardıq. Bazarın o izdihamında, səs-
küyündə dərdlərimizi analarımıza anladardıq. Kənddə çəkdikləri bəs deyilmiş kimi dərdlərinin
üstünə dərd artırardıq. Məktəbdə oxuyan biz idik, amma məktəbin bütün yükü oxumağı, yazmağı
belə bilməyən bu yazıqların çiyinlərindəydi.
Hər çərşənbə qatıq bazarında qatıqların satılmağını gözləyərdik. Hər oğulun başqa bir dər-
di, hər ananın min dərdi vardı...
- Ana, idman müəllimi idman paltarı istəyir. Olmasa, dərsə buraxmayacağam, - deyir.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- İdman paltarımı?
- Hə, ana, idman dərsində geyəcəyik.
- Payızda şalvar, pencək aldıq də, guzum.
- İdman paltarı, ana, idman paltarı...
- Lazımlı bir şeymi? Neçəyədi?..
- Beş…
- Alarıq, bala. Atan bu həftə dananı satacaq…
- Ana, mənim riyaziyyat kitabım da yoxdu. Keçən həftə tapşırığımı yerinə yetirə bilmədim,
müəllim…
- Bildirki kitabından istifadə elə bu il, oğlum...
- Olmaz, ana! Mən ikinciyə keçdim.
- Alarıq, quzum, neçəyədi?
- İki lirə yarım.
- İki lirə yarımmı? Hələ qoy bu qatığı sataq…
- Ana, əmək dəsinə də müqəvva və yapışqan lazımdı.
- Hüqəvva nə, yapışı nə, qadasını aldığım?
- Biri karton, biri də yapışdırıcı, ana.
- Bu həftə iki toyuq gətirərəm satmağa, alarıq, bala…
- Ana?..
- Anan qurban, daha nə?
- Musiqi müəllimimiz də fleyta istəyir. Hamısından vacibi də fleytadı. Bir də beş xətli mu-
siqi dəftəri... Təzə musiqi müəllimi gəlib, fleyta gətirməyəni döyür, ana…
- Mən hansı dərddən ölüm, oğlum, hüqəvva, idman paltarı, filit… Böyük bacına parça-
purça da alacağam. Müəllimləriniz də adamı başa düşsələr nə var? Varmı, yoxmu, bilən yoxdu...
***
O çərşənbə analarımızın yaddaşında bir fleyta sualı qaldı. “Hülüt nədi, gadasını aldığım?”
Qatıq pullarının bir qismini böyük bacılarımızın cehizlyindən kəsib könülsüz ovcumuza
qoydular. O həftə hamısı eyni şəkildə gileyləndilər. “Biz uşağı oxusun, adam olsun deyə məktəbə
göndəririk, müəllimlər də düdük çaldırırlar, anam, mən belə dərdə rast gəlmədim...”
O həftə hamımız analarımızın düdük dediyi fleytalardan aldıq. Sarı, qırmızı, mavi, ağ fley-
taları çala-çala məktəbin bağçasına girdik.
Nüsrət müəllimdən əvvəl orta məktəbdə musiqi müəllimi yox idi. Adətən musiqi və xarici
dil müəllimləri heç olmazdı. Biz də fleyta nədi bilməzdik. Nüsrət müəllim elə ilk dərsdəcə fley-
tanın nə olduğunu bizə bağıra-bağıra öyrətdi. Biz də qaçıb analarımıza öyrətdik…
Çoxumuz səfil, pərişan kənd uşağıydıq. Dəyişməyə köynəyimiz, jaketimiz yoxdu. Bəzən
yollar bağlanar, analarımız gələ bilməzdi. Həftələrlə məktəbə eyni köynəkdə gedərdik. Yaxala-
rımız kirdən parıldayardı. Böyük qardaşlarımızdan, əmi uşaqlarından qalma pencəklərin qolu əl-
lərimizi örtərdi, cibləri dizimizə qədər yenərdi. Şalvarların beli düşər, əlimizin biri həmişə beli-
mizdə olardı. Əlimizin biriylə şalvarımızın belini tutduğumuza görə yarışlarda uduzardıq. Taxta-
ya çıxana kənardan baxıb gülərdik. Həmişə nəsə çatmazdı: yazı yazanda xətli kağız, başlıq yaz-
maq üçün qırmızı qələm, evdə yağ, tənəkə sobada təzək, çayımızda qənd…
Yalnız Nüsrət müəllimin qorxusundan musiqi dərsinə nöqsansız girərdik: fleyta, beşxətli
musiqi dəftəri və heç cür əzbərləyə bilmədiyimiz melodiyası, sözləri bizim olmayan yad, soyuq,
yorucu mahnılar…
Rayon uşaqları bizdən bir az fərqliydilər. Biz kənd uşaqları, sürünün içindəki yad qoyun ki-
mi onlardan seçilərdik. Kilimçinin Murtazı, Nalbəndlərin Bayramı, Nurukalerin Arifi, Kötüköylü
Ərcan, Karakütüklü Şaban…
Hansı külək, necə qovub gətirmişdi, bilinmirdi. Bir də sinfimizdə Abdallardan* Möhtərəm
vardı. İçimizdə ən fağırı oydu. Abdallar məhəlləsindən gəlirdi. Zurnaçı Bağrıyanığın oğuluydu.
Atası məşhur zurnaçı idi. Mahalda hamı onu tanıyırdı. Möhtərəmi də tanıyırdılar. Yay tətillərin-
də atasıynan kəndlərə toylara gedərdi. Atası kimi o da zurna çalardı. Toy çalan, məclislərdə otu-
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
ran bu iri yarıabdal oğlu ibtidai məktəbi harada oxumuşdu, orta məktəbə necə, niyə gəlmişdi, ki-
msə bilmirdi.
Möhtərəm qarayanız, qıvraq bədənli, bizə görə uzun, boylu-buxunlu bir oğlan idi. Yanaqla-
rı toppuş, gözləri qara üzüm giləsi kimiydi… Zurna çalan barmaqları ətli, iriydi. Eyni partada
oturardıq. Mən onun tapşırıqlarını yazardım, o da toy-düyündən gələndə mənə ləbləbi və keçi-
buynuzu* alardı. Onda hələ bığyerimiz tərləməmişdi. Amma Möhtərəm bir neçə gün üzünü qırx-
masa, bığları bilinərdi. Bazar ertəsi günləri İstiqlal Marşından sonra müəllimlərin hücumuna mə-
ruz qalardı. Bığlarına görə bəzi müəllimlər əsmər yanaqlarını şillələyər, sorğu-suala çəkərdilər
onu. Möhtərəm həmişə eyni cavabları verərdi. Qəti və qısa.
- Niyə üzünü qırxmamısan, oğlan?
- Ülgücüm yoxdu, müəllim.
- Boğazlı jaket geymək olmaz demədikmi?
- Köynəyim yoxdu, müəllim.
- Pencəyin niyə cırıqdı?
- Anam yoxdu, müəllim.
- Toylarda içirsənmi?
- Tövbə, vallah, yox, müəllim…
Möhtərəmin heç bir bəhanəsi keçməzdi. Hər bazarertəsi “part, part”, toppuş yanaqlarına iki
yumruq dəyərdi. Heç tərpənməz, qımzanmazdı. Əlini belə üzünə sipər etməzdi. Sifətini yönəldər,
hazır vəziyyətdə gözləyər, yumruqları yeyəndən sonra sakitcə yerinə keçərdi.
Təkcə ülgücü deyil, dəftəri, qələmi, kitabı, idman paltarı, fleytası da olmazdı. Döyülər, sö-
yülər, alçaldılar, amma dərsdən qalmazdı, inadla məktəbə gələrdi. Atasını tanıyan, bir abdal oğlu
olduğunu bilən müəllimlər səslərini çıxarmazdılar. Hətta öz yumardılar. Yazı zamanı o tərəf-bu
tərəfə baxaraq köçürməsinə imkan yaradardılar. Sinifdən sinfə keçməsi üçün bir az da yüksək
qiymət verərdilər. Amma rayon xaricindən gələn, onu tanımayan müəllimlər Möhtərəmin üzərinə
bir zülm buludu kimi çökərdilər.
- Möhtərəm, cavab verməyə qalx.
- Hörmətli müəllimim…
- Anzavur ayaqlamasını anlat görək.
- Anzavur, eee, Anzavur…
- Otur, bir!
- Lövhəyə çıx, Möhtərəm.
- Buyur, müəllim.
- Kunut* duasını oxu görüm.
- Allahümme inna… Allahüme inna…
- Möhtərəm, cavab verməyə qalx.
- Hörmətli müəllimim…
- Gəlmək felini indiki zamanda ikinci şəxsin təkində söylə görüm…
Yaşar müəllim Möhtərəmin nəyə qadir olduğunu bilər, onu çox incitməzdi, ipucu verər,
cavabı özü dedirtdirərdi.
Möhtərəm heç bir suala tam cavab verməzdi.
Üzündə yetkin bir adamın izləri vardı. Qaşlarını çatanda alnında dərin qırışlar əmələ gələr-
di. Oturuşu, duruşu, hərəkətləri digər uşaqlara heç bənzəməz, fərqlənərdi. Tənəffüslərdə tək gə-
zərdi. Gözləri bizdən yuxarı sinifdə oxuyan bir qızı arayardı. Ayaqları Möhtərəmi o qızın olduğu
tərəfə aparardı. Yaxınlaşmaz, uzaqdan baxar, uzaqdan sevərdi. Bunu bilirdik. Ağzını açanda san-
ki ixtiyar qoca danışırdı. Müəllimlərin heç bir dərsi onu cəlb etməzdi. Möhtərəmi sinifin divarları
sıxa bilməzdi. Dərslərlə çox maraqlanmazdı. Çuxur ayna, girdə ayna… Finikiyalılar, Urartular…
Çevrə, dairə, üçbucaq… Bir qulağından alıb o biri qulağından verərdi.
Nüsrət müəllimdən qabaq musiqi dərsimizə Türk dili müəllimi gələrdi. Yaşar bəy dilindən
bal daman bir adamdı. Musiqi dərsində hərəmiz bir türkü söyləyərdik. Qırx dəqiqə bir su kimi
axar, sevinc içində bitərdi. Nə solfecyo, nə not, nə də diyez, bemol… “Sol açarı”ndan heç xəbə-
rimiz yoxdu. Yaşar müəllimə bir türkü söyləyən kimi bütün qapılar özbaşına açılardı. Bir böl
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
birlik, bir böl dördlük, səkkizlik, on altılıq… Nə notlar, nə vuruşlar… Heç birini bilməzdik, am-
ma xoşbəxt idik. Musiqi deyəndə ağlımıza yanıqlı bir türkü gəlirdi. Zaman türkülər kimi idi, bə-
zən şən-şaqraq, nəşəli, bəzən dərdli…
Nüsrət müəllim gəlməmişdən əvvəl musiqi dərsində ən müvəffəqiyyətli şagird Möhtərəm
idi. Bizə, digər dərslərdəki müvəffəqiyyətlərimizə görə qiymət verən Yaşar müəllim Möhtərəmlə
comərd davranardı. Möhtərəm yanıqlı səsiylə “ay dooost…” deyərək bir bozaz vurar, “on” alıb
oturardı.
Möhtərəmdən başqa hər kəsin yalnız bir türküsü vardı. Kilimçinin Murtazı,
“Qızım, sənə,
paltar aldım, varındımı, varındı”, Nalbəndlərin Bayramı, “Bağçada bibər əkdim, qız, Məryəm,
Məyrəm…”, Nurukalərin Arifi, “Bağa gəl, bostana gəl” deyə başlardı. Yaşar müəllim çoxumu-
zun türkülərini yarıda kəsərdi. Möhtərəm hər həftə fərqli bir türkü söyləyərdi. Onun türkülərini
heç kəsməz, axıra qədər dinləyərdi. Başqa sayaq olurdu onun türküləri. “Qaradı bu bəxtim, qara,
ağ əllərin sallaya-sallaya gələn yar…” Yaşar müəllim qulaq asıb bəzən kədərlənərdi... Möhtərəm
bir türkü də söyləyərdi. Yaralı, qəmgin, dərin türkü idi. Musiqisi bir atəş kimiydi. Möhtərəmin
sinəsindən qalxan alov Yaşar müəllimi də, bütün sinfi də yaxardı. Hamımız səssizcə dinlərdik.
İp atdım, ucu qaldı,
Daraqda kücü qaldı,
Mən sevdim, ellər aldı,
Ürəkdə acı qaldı.
***
Nüsrət müəllimin elə ilk dərsdəcə əsdirdiyi qorxu küləyi kəndlərdəki analarımızı belə silkə-
ləmişdi. Könülsüz də olsa fleytapulunu çıxarıb vermişdilər…
Nüsrət müəllim İstanbullu idi. Havası, suyu, insanları, türküləri fərqli şəhərdən. Çətin tələf-
füz etdiyimiz “konservatoriya” məzunuydu. Bu kəlməni eşidəndə gözlərimiz böyümüşdü.
“Konservatoriya!”
Nüsrət müəllimin gözləri maviydi. Donuq, ifadəsiz, soyuq. Hiddətlənəndə isə gözlərində
qorxunc, anlaşılmaz ifadələr oynaşardı. Baxışlarımızı yerə dikərdik. Gözlərinə baxa bilməzdik.
Həmin gün musiqi dərsimiz vardı. Fleytalarımızı və beşxətli dəftərlərimizi götürüb gəldik.
Müəllim tabaşir tozuna batırdığı bir iplə taxtaya beş xətt çəkdi, xətlərin əvvəlinə bir “açar” qoy-
du. Sinif bir həbsxanaya, o beş xətt də dəmir barmaqlıqlara döndü birdən. O açar, “sol açarı”ydı.
Onunla heç birimiz heç bir qapını aça bilmədik. Ritm, solfecyo, tam vuruş, yarım vuruş, incə re,
qalın do, si bemol, fa diyez… Mənasız qışqırıqlar və fleyta. Bir vedrə qatıq puluna alınan o ka-
bus, yuxularımızı qarışdıran bir alət. O gündən sonra musiqilərimiz yarımçıq, türkülərimiz dilsiz
qaldı…
İngilis dilindən, riyaziyyatdan qorxmazdıq. Musiqi dərsi olan günlərimiz isə narahatlıqla
keçərdi. Nüsrət müəllim bizi qaldırmasın deyə bildiyimiz bütün duaları oxuyardıq. Bir türkü söy-
ləyib yeddi, səkkiz, on aldığımız günləri yada salardıq… O günləri ki, sis-duman içində itən uzaq
xatirələr kimiydi. Əl çatmaz, ün yetməz xatirələr…
Nüsrət müəllim fleytanı çalıb soruşardı:
- Bu, hansı səsdi?
- Fa.
- Aç əlini!
“Part, part, part, part.”
- Keç yerinə, sənin yerində eşşək olsa, öyrənərdi.
“Do, re, fa, bir vuruşluq, dörd vuruşluq” heç cür aldıra bilməzdik. Çubuq əlimizə dəyib qal-
xardı. Əlimizi yalayıb yerimizə keçərdik.
Bir bahar günü, çərşənbəydi. Analarımızla görüşüb gəlmişdik. Riyaziyyat dərsindən təzə
çıxmışdıq. Fa, sol, la sol, mi mi, re mi… əzbərləməyə çalışırdıq. Möhtərəmin vecinə deyildi. Bi-
zə baxıb gülürdü.
Nüsrət müəllim dərsə girən kimi sinfə ölü sükutu, dərin bir səssizlik çökdü. Hamımız göz-
lərimizi qaçırdırdıq. Möhtərəmlə mən orta sırada başımızı aşağı əymişdik, bir cüt kəklik kimi pu-
surduq. Müəllim fleyta ilə bir parça çaldı. Sonra musiqisi ilə söylədi.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- Oooooo, mavi top kimi dünyaaaaaaa!
Bütün dünyanın uşaqlarııııııııı!
Gəlin oynayalıııııııııım.
Mavi toplarlaaaaa…
Dostluq, qardaşlıqlaaaaaaa…
Bu sözlər hamımıza mənasız görünürdü. Yaddaşımızdakı heç bir ağrıya, atəşə, türküyə uy-
ğun gəlmirdi. Gülmək istəyir, qorxudan gülə bilmirdik. Yaşar müəllim olsa, qəhqəhələrimiz uca-
lardı. O da bizimlə gülərdi.
Nüsrət müəllim mahnısını bitirdi və mənasını heç cür anlamadığımız, bəlkə bundan sonra
da anlamayacağımız əcaib bir səslərlə bağırmağa başladı.
- Siiiiiii, la sol fa re do re siiiiiiiiii….
Möhtərəm astadan pıçıldadı:
- Köçdən ayrı düşmüş dəvə balası kimi bu niyə bağırır, qurban olduğum?..
Dodaqlarımı dişlədim. Balaca vaxtı ağlayanda anam söylərdi bu sözü. Möhtərəm də az qa-
lırdı gülsün. Özümüzü zorla saxlamışdıq. Möhtərəmin gözləri parıldayırdı. Sifətimiz gərilmişdi.
Qorxmasaq pıqqıldaşar, qəhqəhələrimiz aşıb-daşardı. Müəllim fısıldadığımızı gördü. Qorxdum,
taxtaya baxa bilmirdim. Möhtərəm də qaşlarını çatıb ciddiləşdi, üzündəki ifadə dəyişdi. Nüsrət
müəllim gözlərini ağartdı. Gözlərindəki çil mavini iki kürəyə bölməyə başladı. Baxışları zəhmli,
soyuq idi. Sinfə göz gəzdirdi. Bizə doğru irəlilədi. Biz kiçilib yumağa döndük. Müəllim Möhtə-
rəmin peysərindən tutub:
- Taxtaya çıx, - dedi.
Möhtərəm ölüm fərmanı oxunan məhkum kimiydi. Taxtanın qabağına çıxdı. Pencəyinin al-
tında köynəyi yox idi. Bir jaket geyinmişdi və qalstuku yalın boynuna bağlamışdı. Nüsrət müəl-
lim sağ əlindəki fleytanı dəyənək kimi sallayıb sol əlinə vururdu. Möhtərəmin önündə sağa-sola
gedib gəldi, birdən geriyə döndü və guruldadı.
- Fleytan hanı?
- Fleytam yoxdu, müəllim.
- Onda de görüm: Ooooooo mavi kürəcik kimi dünyaaaaaaaaa…
Möhtərəm boğazından asılan kimi səsləndi:
- Ooooo…
- Sus! Sus! İyrənc! Bu səninçün kəndli türküsümü! Kəs! Buna bir fleyta verin, tut görüm bu
fleytanı. Çal! Siiiiiii, la sol fa re do re siiiiiiiiii…
Zurnanı əlinə alan kimi yanıqlı-yanıqlı dilləndirən, barmaqları dəliklərində ahənglə gəzən
Möhtərəmin barmaqları indi fleytanın üzərində mənasız-mənasız gəzişdi. Ətli, tombul barmaqla-
rı titrəyirdi. Ovurdlarını şişirdib daha bir-iki dəfə sınadı. Alınmadı. Nüsrət müəllim artıq yerində
dayana bilmirdi. Zurnanı, qaradır bu bəxtim, qara, sözüm kar etmir yara, deyə acı-acı inlədən,
zurnaya “əfsus, əfsus” dedirdən Möhtərəm, bu kiçik alətə heç bir şey dedirdə bilmirdi.
Möhtərəm “dürt, dürt”lə daha bir-iki səs çıxartdı. Amma bunlar Nüsrət müəllimin istədiyi
səslər deyildi. Müəllimin gözləri döndü, hiddətləndi:
- Çal, oğlan. Siiiiiii, la sol fa re do re siiiiiiiiii….
- Düdüdüüt, düt, düdüdüt.
- Yox, yoox! Eşşək belə…
- Bunu çala bilmirəm, müəllim.
- Çalacaqsan, çal!..
- Müəllim, zurna! Zurna olsa…
Möhtərəm sözünü tamamlaya bilmədi. Nüsrət müəllim zurna sözünü eşidəndə gözlərindəki
mavilik itdi. Dəli oldu. Ağzı köpükləndi.
- Zurnamı? Zurnamı? Zurna!..
Əlindəki fleyta ilə Möhtərəmin başına-gözünə, harası gəldi çırpmağa başladı. Qorxudan ye-
rimizdə öldük. Başımızı qaldırıb baxa bilmirdik. Fleyta Möhtərəmin başında ikiyə bölündü. Fley-
tanın başı qırılıb atıldı. Sifətinə yumruqlar çırpılan Möhtərəm bir heykəl kimi hərəkətsiz dayan-
mışdı. Bircə yumruqlar dəyərkən gözlərini qırpırdı. Hamımızın əsəbimiz gərilmişdi. Ağlamaq is-
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
təyirdik, ağlaya bilmirdik. Möhtərəmə dəyən yumruqlar sanki bizim də üzümüzə dəyirdi. Müəl-
lim əməlli-başlı azğınlamışdı. Qızlardan biri fəryadla ağlamağa başladı. Nüsrət müəllim birdən
özünə gəldi. Dayandı. Karıxmışdı. Nə etdiyini bilmirdi. Hərəkətsiz mavi gözlərini sinfə dikdi.
Ağır nəfəs alırdı. Heç birimiz onun gözünə baxa bilmirdik.
Möhtərəm müəllimin gözlərinin içinə baxdı, baxdı, göz-gözə gəldilər. Möhtərəmin səsi bo-
ğulsa da ağlamadı. Boynundakı qalstuku açdı. Yavaşca səsləndi.
- Hirsin keçdimi, müəllim, - dedi.
Yavaş-yavaş yerinə qayıtdı. Yanımda oturacağını sandım. Kənara çəkildim. Oturacağın gö-
zündə bir dənə dəftəri vardı. Əyilib dəftərini götürdü. Qoltuğuna vurub sinfin qapısına doğru get-
di. Qapını yavaşca açdı və çıxdı…
Sabahısı, o biri gün… Möhtərəm bir daha məktəbə gəlmədi. Köynəyi olmadığı üçün qalstu-
ku yalın boynuna taxan, toy çalıb gələndə bizə keçibuynuzu, ləbləbi alan, yuxarı sinifdəki ağ bi-
ləkli qıza uzaqdan baxan, qarayanız igid oğlan daha yox idi… Sinif gözümüzdən düşmüş, onun
oturduğu yer qərib, hüzünlü görünürdü.
Bir neçə həftə ötdü. Çərşənbə günü idi. Bir neçə yoldaş qatıq bazarında analarımızın yanın-
daydıq. Qatıqlar satılacaq, biz də cibxərcliyimizi alıb məktəbə gedəcəkdik. Qış idi. Soyuq, şax-
ta… Möhtərəmi gördüm. Kürəyində bir çuval gedirdi. Qaçıb arxadan çağırdım.
- Möhtərəm, Möhtərəm!
Kürəyindəki çuvalı yerə qoymadan geriyə döndü. Üzümə baxdı. Çuvalın sahibi də dayandı.
Cavabını bildiyim halda soruşdum.
- Möhtərəm, məktəbə niyə gəlmirsən?..
Gurlaşmış bığının altında güldü. Ağzından bir cümlə çıxdı:
- Səhərin ayazında üzünə çiləyim musiqi müəlliminizin!..
Donub qaldım. Yükün sahibi Möhtərəmə səsləndi:
- Haydı, durma, oğlum, tərpən...
Laqeyd bir halda döndü və ikiqat əyilərək yükünü daşıdığı adamın arxasınca getdi...
***
Atatürkün mahala gəlişinin ildönümü idi. Hər il rəmzi bir qarşılama keçirilərdi. Barabanlar
gümbür-gümbür döyülər, zurnalar zildən ötər, xalq həmin gün meydana tökülərdi. Orta məktəb
şagirdləri Atatürkün heykəlinin qarşısında sıraya düzülərək gözləyirdik. Məktəb müdiri ortalıqda
təlaşla vurnuxurdu. Sıraları pozduğumuzu görüb yanımıza gələrək bizə təpindi.
- Pendir qurdu kimi qaynaşmayın, uşaqlar. Keçin sıranıza, sakit durun!
Məktəb müdiri sıxıntılı idi. Yanındakı Yaşar müəllimə şikayətlənirdi.
- Belə olmaz axı, Yaşar bəy, vallahi, Bağrıyanığı yalvar-yaxar zorla gətirdim. Küsdüyüm
dağın odunu yandırmaram, deyib dirəndi. Gəlmirdi. Baş məmur Bəyin yanında xar olacaqdıq,
vallahi. Başqası Bağrıyanıq kimi çala bilmir ki, qardaşım. İllərdi mərasimlərdə o çalır. Ah, Nüs-
rət müəllim! Nə istəyirdin fağırdan? Yaşar bəy xatırlayırsanmı? Zavallı Bağrıyanıq oğlunu mək-
təbə necə də həvəslə gətirmişdi oxusun deyə. Hansı birini söyləyim, Yaşar bəy, Allahın Istanbul-
lusu anadollunun qədrini nə bilir! Buranı Bəyoğlu sanır, canım. Yenə qırmadı bizi, gəldi adam…
Bağrıyanığın yerində mən olsam, gəlməzdim, vallahi… Yazıq bir abdal oğlu, notu, fleytanı har-
dan bilsin…
Bir azdan Nüsrət müəllim yanımıza gəldi. Beş-beş sıraya düzülmüşdük. Bir neçəmizin əlin-
də kağız bayraqlar vardı. Nüsrət müəllim pencəyinin düymələrini düymələmiş, bizimlə bir sıra-
da, önümüzdəydi. Onun qorxusundan sıranı pozmur, büt kimi gözləyirdik. Bir az irəlidə zurnaçı
Bağrıyanıq və Möhtərəm də mərasimin başlamasını gözləyirdi. Hərdən Möhtərəmlə göz-gözə
gəlirdik. O, artıq sərbəstdi, əlini-qolunu yelləyib gülürdü. Hərdən başıyla Nüsrət müəllimə işarə
edir, ardınca əlindəki zurnanı göstərirdi. Bir qədər sonra:
- Vurun ustalar! Vurun! - deyə bir səs eşidildi.
Atlılar alqışlar altında mərasim keçirilən meydana doğru irəlilədilər. Barabançılar barabanı
vurmağa başladılar. Bağrıyanıq və Möhtərəm ovurdlarını doldurdular. Zurnalardan ətrafa coşqun
musiqi sədaları yayıldı. Möhtərəm zurnasını bizə tərəf tutub var gücüylə üfləyir, tombul barmaq-
ları zurnanın dəliklərində gəzirdi. Zurnaların inləyən səsindəki qarşılama havası meydandakıların
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
qəlbini coşdururdu. Ata oğulun zurnaları elə bir ahənglə ötürdü ki, Nüsrət müəllim bəlkə də ilk
dəfə eşitdiyi bu səsə qulaqlarını şəklədi. Lap önündə, Bağrıyanığın yanında zurna çalan qara oğ-
lanı diqqətlə süzdü. Sağına, soluna baxdı və Yaşar müəllimin yanına gəlib heyrətlə soruşdu:
- Yaşar bəy, bu uşaq, bu, bu zurnaçalanı deyirəm. Bizim şagird deyildimi?..
- Bəli, - dedi Yaşar müəllim.
- Bu uşaq… bu…
- Fleyta çalmayan oğlan, - deyib güldü Yaşar müəllim.
Nüsrət müəllimin gözləri böyüdü.
Möhtərəm gözlərini yummuş, ovurdlarını şişirdib boşaldaraq özünü zurnanın səsinə, musi-
qiyə təslim etmişdi…
Nüsrət müəllim heyrət içindəydi. Əlini çənəsinə dirəyib gözlərini Möhtərəmə dikmişdi.
Atasına qoşulan Möhtərəm zurnasını xüsusi bir şövqlə çalırdı…
* Kaman – yer adı
* Xanın Önü – yer adı, keçmiş karvansara kimi
* abdal – bir qrup, çalmaq, oxumaqla məşğul olurlar
* keçibuynuzu – şirniquş
* kunut duası – dini dua
Dostları ilə paylaş: |