Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3.51 Mb.
PDF просмотр
səhifə1/34
tarix02.12.2016
ölçüsü3.51 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   34

Memuar janrında yazılmış bir kitabın 

üstündə bir dəfə gözəl epiqraf oxudum: 

“Xatirələr faydalı olsun deyə səmimi ya-

zılmalı, gerçəkliyə tən gəlməlidir.” Bu ki-

çik cümlədə böyük həqiqət var. Həqiqət 

də var, nəsihət də. Hələ düzünə qalsa, bə-

zi müəlliflərə məzəmmət də var... 

Mehdi Məmmədov 

 

 



 

Cavidi 

xatırlarkən 

 

Məqalələr və xatirələr 

 

II nəşr 

 

 

 

 

 

 

 

Bakı-2012 

Úàâèäè õàòûðëàðêÿí 



Görkəmli alim, qeyrətli vətəndaş, Naxçıvanın 



Ermənistana birləşdirilməsinə qarşı çıxan və 

buna görə  də kommunist partiyası  sıraların-

dan xaric edilən müəllimim Abbas Zamano-

vun əziz xatirəsinə və anadan olmasının 100 

illiyinə ithaf edilir. 

 

 

 

Tərtib edən: 

İSGƏNDƏR ORUCƏLİYEV (ATİLLA) 

Redaktorlar: 

Abbas Zamanov, Həmid Məmmədzadə. 



Qeydlərin müəllifləri: 

Abbas Zamanov və İsgəndər Orucəliyev. 



Lüğətin tərtibçisi:  

Həmid Məmmədzadə. 

 

Cavidi xatırlarkən  (Hüseyn Cavid haqqında məqalə  və 

xatirələr toplusu). “Zərdabi”, Bakı. 2012, 592 səh. 

 

 



Kitaba XX əsr Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli 

simalarının, tənqidçi və  ədəbiyyatşünaslarının, maarif, mədəniyyət 

və teatr xadimlərinin məqalə  və xatirələri salınmışdır. Giriş  məqa-

ləsi, bir neçə xatirə  və  tərtibçinin Cavid haqqında yazdığı  və uzun 

illər şəxsi arxivində saxladığı yazısı ilk dəfədir ki, bu kitabda işıq üzü 

görür. 

 

O  


2012

0103


3338730014



E

   qrifli nəşr 

 

 

 

© İ.Orucəliyev, 2012



Úàâèäè õàòûðëàðêÿí 



 

Áèð íå÷ÿ ñþç êèòàáûí ÿðñÿéÿ ýÿëìÿñè,    

÷àïà ùàçûðëàíìàñû âÿ íÿøðè 

áàðÿñèíäÿ 

ənim, Hüseyn Cavidin minlərcə  pərəstişkarlarından 

birinin böyük sənətkarın yüz illiyinə hazırlığı 1976-cı 

ildən başlanır. Bu ildə qarşıma belə bir məqsəd qoydum: unudul-

maz  şair və dramaturqumuzun yubileyinə  əliboş  gəlməyim, gör-

kəmli maarif və  mədəniyyət xadimlərimizin Hüseyn Cavid haq-

qında xatirələrini toplayım. Fikrimi şairin qızı Turan Cavidə bil-

dirdim. O, fikrimi nəinki bəyəndi, eyni zamanda, mənə bu işdə 

yaxından kömək elədi. Yeni topladığım xatirələri bir-bir oxudu, 

bir sıra fakt, məlumat, fikir və mülahizələrə düzəliş verdi. Buna 

görə ona minnətdaram.  

Beləliklə, böyük və unudulmaz sənətkarımız haqqında vaxtilə 

ayrı-ayrı  qəzet və jurnallarda Rza Təhmasib, Mişkinaz Cavid, 

Əziz  Şərif, Mirmehdi Seyidzadə, Camo Cəbrayılbəyli, Vəhram 

Alazan və başqalarının çap edilmiş xatirələrinə yeni xatirələr əla-

və olundu: Adil İsgəndərovun, Rəsul Rzanın, Mirzə İbrahimovun, 

Qulam Məmmədlinin, Mehdi Məmmədovun, Kövkəb Səfərəliye-

vanın, görkəmli maarif xadimi Pənah Qasımovun qızı Adilə Qası-

movanın (dramaturqun ailəsi ilə onların ailəsi indiki Əlyazmalar 

İnstitutunun yerləşdiyi binada səkkiz il qonşu olmuşdur)

1

... Qüd-


rətli sənətkarımız haqqında xatirə toplamağım mənim Adil İsgən-

dərov, Rəsul Rza, Mirzə İbrahimov, Qulam Məmmədli və başqa 

görkəmli şair, yazıçı, alimlərimizlə şəxsən tanış olmağıma imkan 

verdi. Mən xatirə yazanlardan Cavidin şeir bağçasının gül-çiçəyi-

nin ətirini duydum, şairin şəxsiyyəti, ölməz sənəti, parlaq zəkası, 

                                                 

1

 Hazırda həmin binada Əlyazmalar İnstitutu və Cavidin ev muzeyi yerləşir. 





Úàâèäè õàòûðëàðêÿí 

istedadı, acılı-şirinli günləri, incikləri barəsində onlardan çox şey 



öyrəndim... 

 

2 

Əgər rəhmətlik Qulam Məmmədli olmasaydı, bəlkə  də  mə-

nim gördüyüm iş başqasına tapşırılacaqdı... 

Bir gün Mərkəzi Komitədə yubiley komissiyası üzvlərinin 

iclası keçirilirdi. Müzakirə zamanı kimsə  təklif edir ki, Hüseyn 

Cavid haqqında xatirə  və  məqalələr toplansın və ayrıca kitab 

şəklində çap edilsin. Qulam müəllim həmən dillənir: “İsgəndər 

adlı bir nəfər xatirələri toplayıb. Məndən də alıb...” 

“Kimdir  İsgəndər?” sualına heç kim, o cümlədən Qulam 

müəllim də  əsaslı cavab verə bilmir. Həmin müzakirədən sonra 

Qulam müəllim mənə  zəng vurdu və dedi: “Mərkəzi Komitədə 

belə bir təklif oldu, mən sənin adını çəkdim. Xatirələri topla...”  

Mən bu xəbərdən çox sevindim və işə daha ciddi girişdim. Bir 

gün Mirzə İbrahimovdan xatirə alarkən, o, məndən soruşdu: “Bu 

işi sənə kim tapşırıb?” Qısa cavab verdim: “Heç kim.” O, mənə 

baxdı və təəccübləndi... 

Turan Cavid yubiley komissiyasının üzvü idi. O, məni yaxşı 

tanıyırdı. Mərkəzi Komitədə növbəti müzakirələr keçirilərkən o

yubiley komissiyasının üzvlərinə haqqımda  ətraflı  məlumat ver-

mişdi. Beləliklə, məqalə və xatirələrin toplanması və çapa hazır-

lanması rəsmi olaraq mənə tapşırıldı. Bu zaman artıq Mərkəzi Ko-

mitənin Hüseyn Cavidin 100 illik yubileyi haqqında qərar qəbul 

edilmişdi. Mənim tərtib etdiyim kitab yubiley nəşrlərindən biri 

olacaqdı.  

 

Kitaba redaktor Abbas Zamanov təyin edildi. Mən Hənəfi 

Zeynallı  və Abdulla Şaiqin sovet hakimiyyətinin ilk illərində 

“Peyğəmbər”, “Şeyx Sənan” və “İblis” faciələri haqqında mülahi-

zələrinin mətnini oxuyarkən o, duruxdu və soruşdu: 



Úàâèäè õàòûðëàðêÿí 

- Axı, həmin məqalələr ərəb əlifbasındadır. Sən həmin əifbanı 



bilirsən? 

Dedim ki, bilirəm, universitetdə dörd semestr fars dili keç-

mişik. 

Abbas müəllim fikrə getdi, sonra dedi: 



- Məqalələri tutuşdurmaq mənim işim deyil. Həmid Məm-

mədzadə ilə gedib Axundov adına kitabxanada məqalələri əsli ilə 

tutuşdurarsınız. 

Beləliklə, kitabın ikinci redaktoru Həmid Məmmədzadə oldu. 

O, əslən təbrizli idi, fars dilini gözəl bilirdi. Məni onunla Abbas 

müəllim tanış etdi. 

Biz birlikdə kitabxanaya gəldik. “İnqilab və mədəniyyət” jur-

nallarında çap edilmiş  məqalələri mənim  əlyazmamla tutuşdur-

duq. Hər şey qaydasında idi. Bunu görən professor təəccübləndi. 

Abbas müəllimin mənə verdiyi sualı o da verdi. Mən dedim ki, 

Hənəfi Zeynallının “Peyğəmbər” və “Şeyx Sənan” haqqında yaz-

dığı  məqalələri  ərəb qrafikasından Azərbaycan qrafikasına özüm 

translitrasiya etmişəm... 

 

Kitabı 1982-ci ildə redaktorlarla bir yerdə çapa hazırlayıb 

“Gənclik” nəşriyyatına verdik. Əsas məsələ  də bundan sonra 

başladı. Mən kitaba geniş  tənqidi məqalə yazmışdım. Abbas 

müəllimdən xahiş etdim ki, mənim məqaləm də kitabda verilsin. 

O etiraz etdi və dedi: “Sənin yaşın çatmır.” O zaman mənim 49 

yaşım var idi.  

Kitabın siqnal nüsxəsi Mərkəzi Komitəyə verildi və  mədə-

niyyət  şöbəsinin müdiri Xeyrulla Əliyevin ciddi etirazına səbəb 

oldu. Abbas Zamanov Mərkəzi Komitəyə çağırıldı... Kitabdakı 

Abbas Zamanovun “Ön sözü” və “Nəşriyyatdan” qeydi bundan 

sonra ora əlavə edildi. 

Mən baş vermiş hadisə ilə bağlı gündəliyimdəki qeydləri və 

Mərkəzi Komitəyə yazdığım qeyd və təklifləri bura əlavə edirəm.  

 


Úàâèäè õàòûðëàðêÿí 



Mən Turan xanımın yanına gəldim. Düzü, həyəcanlı idim. 

Məsələnin nə yerdə olduğunu bildikdən sonra bir az da həyə-

canlandım. O dedi: 

- Mərkəzi Komitədən zəng vurmuşdular. Sənin bir tərtibçi 

kimi, xatirələr kitabı haqqında qeyd və təkliflərini istəyirlər.  

Mən soruşdum: 

- Xeyir ola? 

O dedi: 


- Çox da xeyir deyil. Heydər  Əliyev tapşırıb ki, Cavid 

haqqında yanlış fikirlərə yubiley nəşrlərində yol verilməsin. 

- Mən də bunun tərəfdarıyam. Ancaq tarixi həqiqəti də  təhrif 

etmək olmaz. Buna görə  də  mən kitaba geniş  tənqidi məqalə 

yazmışdım.  

- Bəs nə oldu? 

- Abbas Zamanov məsləhət bilmədi. 

- İndi gedin cavab verin! 

Turan xanım bu sözləri bir qədər sinirli dedi. Düzü, mən də 

əsəbləşdim və dedim: 

- Mən niyə, o, gedib cavab versin. 

Araya sükut çokdü. Sonra soruşdum: 

- İndi mən nə etməliyəm? 

- Sən qeyd və təkliflərini Mərkəzi Komitəyə yazmalısan. Çox 

yox, qısa, bir səhifə kifayətdir. 

Mən dilxor oldum. Evə  gəldim. 18 dekabr 1982-ci ildə 

“Hüseyn Cavidi xatırlarkən” məqalələr və xatirələr kitabının tər-

tibçisi  İsgəndər Orucəliyevin qeyd və  təklifləri» adlı bir cızma-

qara etdim. Həmin yazı bugün də  mənim şəxsi arxivimdə durur. 

Onu olduğu kimi bura əlavə edirəm. 

 



“Hüseyn Cavidi xatırlarkən” məqalələr və xatirələr 

kitabının tərtibçisi İsgəndər Orucəliyevin qeyd və təklifləri 


Úàâèäè õàòûðëàðêÿí 

“Hüseyn Cavidi xatırlarkən” kitabının nəşri prosesində bir 



sıra qüsurlara yol verilmişdir. Bu qüsurlar, hər  şeydən  əvvəl, 

H.Zeynallı və başqa müəlliflərin H.Cavid haqqında məqalələrində 

gedən yanlış fikir, mülahizə  və konsepsiyalarla əlaqədardır. Biz 

belə müəlliflərin, ümumiyyətlə, yaxşı  məqalələrini seçib kitaba 

daxil edərkən aşağıdakı  məqsədi izləmişik. Bütövlükdə kitaba, 

xüsusilə burada gedən məqalələrə geniş elmi və tənqidi şərh yazıl-

sın. Həmin şərhdə ayrı-ayrı müəlliflərin məqalələrindəki nöqsan-

lar, daha çox vulqar sosiologizm tənqidindən irəli gələn fikir və 

mülahizələr marksist tənqidi və  ədəbiyyatşünaslığı mövqeyindən 

təhlil və  tənqid edilsin. Bu, əvvəla, görkəmli  şair və dramaturq 

haqqında müasir oxucuda yanlış fikirlərin meydana gəlməsinin 

qarşısını alar, ikincisi, kitabın elmi əhəmiyyətini artırar, üçün-

cüsü, cavidşünaslığın aktual məsələləri və problemləri barəsində 

oxucuda təsəvvür yaradırdı. Belə bir məqsəd isə nəinki izlənilmiş, 

həmçinin xatirə və məqalələrə geniş şərh yazılmışdı.

*

 



Mən bu səbəbdən təklif edirəm: 

1.  Kitaba geniş elmi-tənqidi  şərh yazılsın, ayrı-ayrı müəl-

liflərin məqalələrindəki yanlış fikir və mülahizələr, bunları 

doğuran obyektiv və subyektiv səbəblər açılıb göstərilsin. 

Bu cəhətdən Azərbaycan KP MK-nın H.Cavidin 100 illik 

yubileyilə əlaqadar qərarı əsas götürülsün. 

2.  Və yaxud: Bəzi müəlliflərin məqalələrindəki səhv fikir və 

mülahizələr ixtisar olunsun, kitabın ön sözünə ixtisar 

olunan həcmdə əlavələr edilsin. 

Azərbaycan KP MK-a üçün. 

18/XI – 1982 

 

O zamanlar Mərkəzi Komitə həm prokuror, həm də məhkəmə 

idi. Mən bunu ona görə deyirəm ki, qoy müasir oxucular, xüsusilə 

yeni nəsil həqiqəti bilsinlər. O zaman mən cibimdə Lenin partiya-

                                                 

*

 Burada mən üstüörtülü şəkildə özümü nəzərdə tuturdum və bu haqda Turan 



Cavid bilirdi.  

Úàâèäè õàòûðëàðêÿí 

sının biletini gəzdirirdim. Abbas Zamanov Naxçıvanın Ermə-



nistana verilməsinə qarşı ciddi etiraz etdiyinə görə partiya bileti 

çoxdan əlindən alınmışdı. Bu ayrıca bir söhbətin mövzusudur. 

İndi o da, mən də pis vəziyyətdə qalmışdıq. Turan xanım 

mənə dedi ki, o, bir redaktor kimi Mərkəzi Komitəyə çağrılmışdı. 

Orada ona nə demişdilər? Bu, mənə  məlum deyildi. Hər halda 

«sağ ol» deməmişdilər. Düzü, bir tərtibçi kimi, mən də qorxuya 

düşmüşdüm. Ancaq mənim əlimdə tutarlı bir dəlilim – kitab üçün 

yazdığım geniş tənqidi məqaləm var idi. Bərk ayaqda onu çıxarıb 

ortaya qoyacaqdım. Lakin mən bunu istəmirdim... Sonralar mən 

Abbas Zamanovla rastlaşarkən və görüşərkən bir-birimizə etira-

zımızı baxışlarımızla bildirdik... 

Mən makinada yazdırdığım qeyd və  təklifləri götürüb Turan 

xanımın yanına gəldim. Qapıdan girən kimi soruşdu: 

- Gətirmisən? 

Dedim ki, bəli. 

- Elə isə oxu. 

Mən yazdığımı oxudum. Birinci nüsxəsini onun qabağına 

qoydum. O dedi: 

- Bəs bunun tarixi, imzan hanı? 

Mən ehtiyat edə-edə kağıza imza atdım və tarix qoydum. O 

dedi: 

- Birinci nüsxəni mənə ver. Onu Mərkəzi Komitəyə özüm 



göndərəcəm. 

İkinci nüsxə məndə qaldı. Onu 18 noyabr 1982-ci il tarixində 

yazdığım gündəliyimə əlavə etdim. 

 

Kitabın 30.000 tirajla 40 çap vərəqində  nəşri nəzərdə tutul-

muşdu. Ancaq sonralar onu 10 çap vərəqi azaltdılar. Buna həm 

Abbas Zamanov, həm də mən çox təəssüfləndik. (Abbas müəllim 

hirsləndi də!..) Buna görə də Əkbər Ağayevin, Yaşar Qarayevin, 

Əbülfəz  İbadoğlunun, Hüseyn İsrafilovun, Qulu Xəlilovun, 


Úàâèäè õàòûðëàðêÿí 

Hüseyn  Şərifin



*

  məqalə  və xatirələri kitabda getmədi. Baloğlan 

Şəfiyevin məqaləsi nəzərdə tutulmamışdı. Onu kitaba Abbas 

müəllim daxil etdi.  

Mən ikinci dəfə çapa hazırladığım kitaba 1980-ci ildə yazdı-

ğım və 1982-ci il nəşrində getməyən məqaləni (“Hüseyn Cavid 

haqqında yazılmış  məqalələrə bir nəzər”), Məmməd Rahimin 

“Günaha batmaq istəmirəm”, Bacıxanım Axundzadənin “Xatirəsi 

ürəklərdə yaşayır”,  Əli Səbrinin “Cavid mənim ilk müəllim ol-

muşdu” xatirələrini daxil etmişəm. 

Kitaba daxil etdiyim məqalə və xatirələrdə Cavid əsərlərindən 

nümunə gətirilmiş bütün ədəbi parçalarda onun dil və üslubu təh-

rif edilmişdi. Bu, sovet dönəmində adi bir hal almışdı. Bir gün söz 

düşəndə Cavid əsərlərinin tərtibçisi Turan Cavid gileyləndi. Mən 

soruşdum: “Siz əsərləri nəşriyyatlara necə  təqdim edirsiniz?” O 

dedi: 


-  Əslinə uyğun olaraq təqdim edirəm. Ancaq nəşriyyatçılar 

mənim təqdim etdiyim nüsxələri bir kənara qoyurlar. Redaktorlar 

əsərlər üzərində istədiyi kimi ədəbi  əməliyyatlar aparırlar. Dörd 

redaktoru olan 1958-ci il nəşri lap bərbaddır. 100 illik yubileyilə 

bağlı  nəşrlər də eləcə...  Əkrəm Cəfər məni o qədər  əsəbləşdirdi 

ki!.. 


2010 

Tərtibçi 

 

                                                 

*

 Hüseyn Şərif sonralar öz xatirələrini “Azərbaycan” jurnalında (№1 1984) çap 



etdirdi. 

Úàâèäè õàòûðëàðêÿí 

10 


 

İsgəndər Orucəliyev 

Ùöñåéí Úàâèä ùàããûíäà éàçûëìûø 

ìÿãàëÿëÿðÿ áèð íÿçÿð 

 

zərbaycan tənqidçiləri və 

ədəbiyyatşünasları Hüseyn 

Cavidin anadan olmasının yüz illiyinə 

əliboş gəlməmişlər. Görkəmli dramaturq 

və onun tamaşaya qoyulmiş    əsərləri 

haqqında üç yüzdən artıq məqalə və re-

senziya, dörd monoqrafiya, bir neçə dis-

sertasiya yazılmışdır. Böyük sənətkar 

haqqında yazılmış  məqalələri estetik 

əhəmiyyətinə, elmi-metodoloji prinsip-

lərinə, təhlil və tədqiq üsullarına görə iki 

qismə bölmək olar: a) Hüseyn Cavid haqqında 1920-30-cu illərdə 

yazılmış məqalələr; b) Hüseyn Cavid haqqında 1960-70-ci illərdə 

yazılmış məqalələr. 

Kitaba Azərbaycan tənqidçi və  ədəbiyyatşünaslarının bugün 

də elmi və estetik əhəmiyyətini itirməyən, Cavid irsinin və Cavid 

teatrının tədqiq və  təhlilinin aktual problemləri və  məsələləri ilə 

ilgəli olan, müasir oxucunun böyük şair və dramaturq haqqında 

təsəvvürlərini daha da genişləndirən,  ən başlıcası onun haqqında 

geniş oxucu kütləsində dolğun fikir yaradan məqalələr daxil edil-

mişdir. Məqalələr yazıldığı tarixə uyğun olaraq xronoloji ardıcıl-

lıqla düzülmüşdür. Tənqidçi və  ədəbiyyatşünasların məqalələrin-

də dramaturqun əsərlərindən gətirdikləri nümunələr onun əsərlə-

rinin son nəşrlərilə  tutuşdurulmuş və dəqiqləşdirilmişdir.

*

 

                                                 



*

 Sovet dövründə dramaturqun rus qrafikasında nəşr edilmiş bütün əsərləri dil 

və üslubca kobud təhriflərə məruz qalmışdır. 



Úàâèäè õàòûðëàðêÿí 

11 


II 

Hüseyn Cavid ədəbi fəaliyyətə XX əsrin  əvvəllərində başla-

mışdır. Azərbaycan ədəbiyyatına və səhnəsinə bir-birinin ardınca 

verdiyi “Ana”, “Şeyx Sənan”, “Uçurum”, “Şeyda”, “İblis”, 

“Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, 

“Şəhla”, “Telli saz”, “Xəyyam” dramları, “Azər” epik-dramatik 

poeması sovet Azərbaycanın ədəbi-mədəni həyatında, teatr həya-

tında yeni hadisəyə çevrilir, şairi daha da şöhrətləndirir,  ədəbi 

tənqidin və teatr tənqidinin onun orijinal yaradıcılığına marağını 

artırır: “... 1920-1930-cu illərdə Hüseyn Cavidin Azərbaycan 

sovet  ədəbiyyatının təşəkkülü dövründə mühüm ədəbi hadisəyə 

çevrilən, Azərbaycanın yeni, azad həyatını  əks etdirən çoxplanlı 

“Azər” poeması, sovet əməkçisinin obrazlarını canlandıran, 

xalqlar dostluğu ideyalarını  tərənnüm edən, burjua cəmiyyətinin 

eyiblərini açıb göstərən şerləri dərc olunur.”

1

 



1920-30-cu illərdə Azərbaycanın görkəmli maarif və  mədə-

niyyət xadimləri, tənqidçi və  ədəbiyyatşünasları Hüseyn Cavid 

yaradıcılığına böyük maraq göstərirlər. Əlbəttə, bu, təsadüfi deyil-

di. Cavid sənətinin novatorluğu, orijinallığı  və  təkrarolunmazlığı 

ilə, onun Azərbaycan ədəbiyyatına və teatrına gətirdiyi yeniliklər, 

böyük mövzular, ideyalar və xarakterlər ilə bağlı idi. Lakin başqa 

bir acı həqiqət də var ki, Hüseyn Cavidi yersiz hücumlar da, əsas-

sız tənqidlər də,  ədəbi fanatizmə uyub onu inkar etmək meylləri 

də, böhtan atmaq halları da, böyük sənətini kiçiltmək meylləri də 

bu dövrə düşür. Bunun obyektiv və subyektiv səbəbləri var idi. 

1920-30-cu illərdə Azərbaycan sovet ədəbi tənqidi təşəkkül 

dövrü keçirirdi. Azərbaycan tənqidçiləri və  ədəbiyyatşünasları 

dövrün özündən irəli gələn çətinliklərlə qarşılaşır, ədəbi əsərlərin 

təhlil və qiymətləndirilməsində yanlış metodoloji prinsiplərə meyl 

edirdilər. Hüseyn Cavid haqqında  ədəbi-tənqidi məqalələr məhz 

belə bir dövrdə - Azərbaycan tənqid və  ədəbiyyatşünaslığında 

                                                 

1

 Azərbaycan KP MK-nın “Hüseyn Cavidin anadan olmasının 100 illiyi 



haqqında” qərarından. Ədəbiyyat və incəsənət, 24 iyul 1981. 

Úàâèäè õàòûðëàðêÿí 

12 


vulqar sosiologizmin, marksizmin, nihilizmin, “Sənət sənət üçün-

dür” nəzəriyyəsinin və başqa estetik prinsip və konsepsiyaların 

qərarlaşdığı bir vaxtda meydana gəlir. Mətbuat səhifələri elmi 

prinsiplərindən uzaq tənqidlərlə, savadsız yazılarla, yersiz irad-

larla, qərəzli və subyektiv mülahizələrlə dolurdu: “... Mətbuatı-

mızda gözə ara-sıra çarpan tənqid məqalələrinin bəziləri qırıq, sö-

kük, elmi prinsiplərdən uzaq, bəziləri isə tam mənada  əhəmiy-

yətsiz olur və az-çox təqdir edilə biləcək məqalələr həyatımızda 

nadir hadisələrdən sayılır.”

1

 



“Maarif və mədəniyyət” jurnalı Abdulla Şaiqin “İblis” faciəsi 

barəsində  məqaləsinə yazdığı ön sözdə böyük həqiqət vardır. 

İyirmi-otuzuncu illərdə Hüseyn Cavid yaradıcılığı haqqında mə-

qalə yazmış bir neçə tənqidçi və yazıçını (Hənəfi Zeynallı, Seyid 

Hüseyn, Abdulla Saiq, Əziz  Şərif və b.) çıxmaq  şərtilə, qalan-

larının cızmaqaraları  bəsit və natamamdır.  İttihamlarla doludur. 

Bu, tənqid tarixi üçün maraqlı görünsə  də, elmi və  bədii-estetik 

cəhətdən elə bir əhəmiyyətə malik deyildir. Əlbəttə, dünən burnu-

nun ucundan uzağı görə bilməyən tənqidçilərin öz əsrini qabaq-

layan klassik sənətkarı dərindən duya və qavraya bilməmələri bu 

gün o qədər təəccüblü görünmür. Buna görə də biz iyirmi-otuzun-

cu illərdə yazılmış məqalələri seçərkən bu cəhətə fikir vermişik.  

Kitaba  Hənəfi Zeynallının  və  Abdulla  Şaiqin  məqalələri 

daxil edilmişdir. Hər iki müəllifin məqaləsi olduğu kimi saxlanıl-

mışdır. Məqalələrdə “Şeyx Sənan” və “İblis”dən gətirilən parçalar 

Hüseyn Cavidin əsərlərinin son nəşrlərinə (“Peyğəmbər” isə 

1926-cı il nəşrinə) uyğun olaraq dəqiqləşdirilmişdir. Hənəfi Zey-

nallının məqalələrində  bəzən “ç” yerinə “c” işlədilmişdir. Məsə-

lən, “tənqidci”, “yazıcılarımız”, “yabancı”, “etiqadcı” və s. Həmin 

sözlərin imlasına toxunulmamışdır. 

Azərbaycan tənqid və  ədəbiyyatşünaslığında “Şeyx Sənan”, 

“İblis” və “Peyğəmbər” haqqında ilk sanballı  məqalələri Hənəfi 

                                                 

1

 Şaiq A. Cavidin yazdığı “İblis” nam hailəsi haqqında duyğularım. Maarif və 



mədəniyyət, 1925, № 2, səh. 39. 

Úàâèäè õàòûðëàðêÿí 

13 


Zeynallı  və Abdulla Şaiq yazmışdır. Düzdür, məqalələrdə  bəzən 

yanlış, qeyri-obyektiv mülahizələrə də tsadüf olunur. Lakin unut-

maq olmaz onlar sovet hakimiyyətinin ilk illərində - ədəbiyyat və 

onun bolşevik ideyalılığı uğrunda çarpışmalar, ciddi mübahisələr 

getdiyi, Hüseyn Cavid haqqında  əməlli-başlı bir şey yazılmadığı 

çağlarda qələmə alınmışdır. Zeynallı məqalənin bir yerində buna 

işarə də vurmuşdur: “Möhtərəm şairimizin mürəkkəbi qurumamış 

“Peyğımbər” xüsusunda mülahizələr yürütməyə icbar edildim.” 

Zeynallı “Peyğəmbər” və “Şeyx Sənan” barəsində mülahizə-

lərinə müxtəsər girişlə başlamış, həmin  əsərlərin daha dərindən 

tədqiq və  təhlil olunmasına çalışmışdır. O, Baş  Rəisin  Əbu Süf-

yan olmasını, Skelet surətinin Tofiq Fikrətdən gəldiyini müəyyən-

ləşdirmişdir. Tənqidçi “Peyğəmbər” və “Şeyx Sənan” əsərlərinin 

meydana gəlməsinin obyektiv və subyektiv səbəblərini izah et-

mişdir. Onun fikrincə, Hüseyn Cavid şəkil cəhətdən Hamidanə, 

üslub cəhətdən Fikrətanə  və  fəlsəfə  cəhətdən Tofiqanə bir əsər 

(“Peyğəmbər” əsərini) yaratmaq istəmişdir. 

Zeynallı ilk tənqidçi və  ədəbiyyatşünasdır ki, “Peyğəmbər” 

mənzum tarixi dramını, Peyğəmbər və  Şəmsa surətlərini daha 

dərindən tədqiq və  təhlil etməyə  təşəbbüs göstərmişdir. Onun 

fikrincə, Məhəmmədin keçirmiş olduğu həyat başdan-ayağa bir 

siyasət oyunudur. Peyğəmbər surətinə bu cəhətdən yanaşan tən-

qidçi Hüseyn Cavidin bədii uğurlarını alqışlamışdır. Məhəmmə-

din həyat və  fəaliyyətinə  nəzər salarkən Təbərinin tarixinə 

müraciət etmişdir. 

Zeynallı dramaturqun “Peyğəmbər”də demək istədiyi fikir-

ləri,  əsərin qayəsini yaxşı açmış  və  şərh etmişdir. Ona görə, 

“Cavid Peyğəmbərlə öylə imanlı və qənaəti möhkəm bir tip yarat-

maq istəmişdir ki, o adam öz fikrinə və idealına bütün vicdanilə 

inanmış və məqsədinə  irmək için hər bir şeydən; məzmunu olan 

gözəllərdən, eşqdən-məhəbbətdən, eyş-işrətdən və  hətta hazır 

canından belə keçmiş, yalnız sarıldığı  həqqi təbliğ etməkdə  əzm 

və səbat göstərmiş olsun. Böylə bir tipi təsvir etməklə qalmayır, 

bəlkə Cavidin fikri bir az da inkişaf edir. O göstəriyor ki, yalnız 



Úàâèäè õàòûðëàðêÿí 

14 


böylə bir adam öz amalına vasil və nəticədə fəth və zəfərlərə nail 

ola bilir.”

1

 

Tənqidçi məqaləsində Peyğəmbər və  Şəmsa surətlərinin təh-



lilinə geniş yer vermişdir. O, bu surətlərin tipik xüsusiyyətlərini 

aydınlaşdırmış,  Şəmsanın bəzi parçalarda Peyğəmbərdən yüksək 

təsvir edildiyini göstərmişdir: “Cavid Şəmsanın təsvirində heç də 

yanılmamışdır, ona görə ki, yaratdığı mütəəssibənin qarşısında 

qadınlıqda olan bütün şəfqət, qısqanclıq və  qəzəblə dolu bir qız 

olmalıydı, yoxsa əsər uduzar və naqis çıxardı.” 

Zeynallı bu cəhətdən  Şəmsanın Peyğəmbərə qarşı  məhəbbə-

tini, sonra isə nifrətini geniş izah edir, Şəmsanın mübarizəsini 

yüksək qiymətləndirir: “Şəmsa kibi tipin meydana gəlməsi türk 

ədəbiyyatında bu vaxta qadar pək az görülmüşdür. Bu nöqtədə 

yalnız Əbdülhəq Hamidin bir neçə qadın tiplərini göstərmək olsa 

da, onlar yenə də bu qadar ülvi, bu qadar təmiz olamazlar. Onların 

ən dəyərlisi belə qadınlığın heyvani hissini insani mədəni 

hisslərinə tərcih etməsilə Şəmsa yanında sönük qalarlar…” 

Zeynallı “Peyğəmbər”dəki müasirliyə xüsusi diqqət yetirmiş, 

dövrün başqa tənqidçi və yazıçılarından fərqli olaraq dramaturqun 

tarixi hadisə  və  əhvalatları ustalıqla təsvir etdiyini göstərmişdir. 

Öz dövrünə görə dərin araşdırmalar aparan tənqidçi tarixi şəxsiy-

yətlətin, o cümlədən Məhəmmədin tarix meydanına atılmasının 

ictimai səbəblərini açmağa çalışmış, şəxsiyyərin tarixdə oynadığı 

rol məsələsinə toxunmuş  və öz fikrini Q.V.Plexanovun nəzəri 

cəhətdən əsaslandırdığı bir konsepsiya ilə izah etmişdir:

2

 “... Zata 



                                                 

1

 Hənəfi Zeynallı. Hüseyn Cavidin yazdığı “Peyğəmbər” haqqında mülahizə-



lərim. “Maarif və mədəniyyət”, 1926, № 9, səh. 42. Qeyd: Zeynallının eyni adlı 

silsilə məqalələrin həmin jurnalın 1926, № 1, səh. 80-91; 1926, № 9, səh. 42-

45 və 1926, № 10-11, səh. 55-59 dərc edilmişdir.  

2

 Q.V.Plexanov  sosial-iqtisadi bazisin elmi dərkindən çıxış edərək, Rusiyada 



ilk dəfə insan haqqında marksist təlimin mahiyyətini açıb göstərmişdir. Bu 

baxımdan, onun “К  вопросу  о  роли  личности  в  истории” məqaləsi diqqəti 

cəlb edir. H.Zeynallı şəxsiyyətin tarixdə rolundan danışarkən Q.V.Plexanovun 

həmin məqaləsindən bəhrələnmişdir. 



Úàâèäè õàòûðëàðêÿí 

15 


bütün mühitin təşviq və  təbliğə hazırlamaq istəyən hər bir zatda 

sarsılmaz bir məntiq olmazsa, öz mühitinə  təsir edəməz. Cavid 

dəxi bu nöqteyi də sezmiş  və başqalarnın dililə  də olsa Pey-

ğəmbərin bu cəhətini nəzərə çarpdırmaq istəmiş...” 

Hənəfi Zeynallının bədii yaradıcılığın psixoloji məsələləri və 

bədii yaradıcılıqda irsiyyətin rolu haqqında bəzi mülahizələrində 

və konsepsiyasında  İ.Tenin nəzəriyyəsi ilə  səsləşən cəhətlər 

vardır. Bədii yaradıcılıqda irsiyyətin oynadığı rola üstünlük 

verməsinin nəticəsidir ki, o, “Peyğəmbər”in meydana gəlməsinin 

bir səbəbini irsiyyətlə bağlamış,  Şeyx Sənanı isə  bəzən Hüseyn 

Cavidlə eyniləşdirmişdir. 

Hənəfi Zeynallının Peyğəmbərin  əsərdə öz xarakterinə  və 

düşdüyü mühitə uyğun olaraq gah romantik, gah da realist planda 

verilməsi,  onun ictimai qüvvələrə, yəni siniflərə münasibəti 

barədə mülahizələri maraqlı görünür. Tənqidçi Buddanın fəlsəfəsi 

ilə  Məhəmmədin fəlsəfəsi (islam fəlsəfəsi) arasında səsləşən 

cəhətlər axtarır, hətta ərəb sufizminin, Yaxın və Orta Şərq sufiz-

minin “Vedadan gəlməsi, islamda “axirət” və “merac” məsələ-

sinin də oradan alınması xüsusunda mülahizələr yürüdür.  

Hüseyn Cavidin yaradıcılıq metodu və üslübunun öyrənilmə-

sində Azərbaycan sovet ədəbiyyatşünasları müəyyən işlər gör-

müşlər. Lakin qarşıda öz elmi həllini gözləyən problemlər də 

durur. Həmin problemlərdən biri “Peyğəmbər” tarixi dramının 

hansı metod və üslubda yazılmasıdır. Bu haqda ilk mülahizələri 

Hənəfi Zeynallı irəli sürmüşdür. Onun fikrincə, “Peyğəmbər”də 

romantizm ilə ralizm birləşir. 

Lakin tənqidçinin bəzi mülahizələri ilə çətin razılaşmaq olar. 

Məsələn, o yazır ki, “Böyük mövzu dedik ya! İştə Cavidin ən zəif 

nöqtələrindən biri də böyük mövzuları alıb üzərində çox çalışma-

masındadır. Ona görədir ki, ondan gözlədiyimiz qadar meydana 

böyük bir əsər atamaz.” 

Əşxas etibarilə Hüseyn Cavidin əsərlərini Əbdülhəq Hamdin-

ki ilə müqayisə edən, ancaq Cavidinkinə üstünlük verən Hənəfi 

Zeynallıya görə, Cavid tarixi simalar yaradarkən onları ağıllı-başlı 



Úàâèäè õàòûðëàðêÿí 

16 


tədqiq etməz, “... yalnız meydanda əşxas çox görünsün deyə 

qələmin ucuna gələn bir idmi təsvir etdiyi əfradının içərisinə atar 

və sonradan bu novzadlarə - siz neçin buraya soxuldunuz – deyə 

bir dəfə  də sormaz. Bəza birisini olduqca qüvvətli təsvir etmək 

istərkən dodaqlarına verdiyi sözləri son dərəcə zəif və biçimsiz bir 

hala qoyar və  təcəlli etdirdiyi simaların nə  hərəkətini, nə  də 

sözlərini tərsəd və qantrol altına alar...” 

Bu sözlərin nə  qədər yapma olduğunu sübut etməyə ehtiyac 

yoxdur.  

Zeynallı, ümumiyyətlə, Hüseyn Cavidin istedadını, sənətkar-

lığını yüksək qiymətləndirmişdir. Lakin dramaturqun “zəif nöq-

tə”lərindən birini və əsərlərindəki ümumi bir nöqsanı bədii fikrin 

“fela deyil, söz ilə göstərilməsində”, əsərlərini “fəlsəfəçiliyə sox-

masında” görmüşdür. Mənə belə gəlir ki, deyilənlər dramaturqun 

yaradıcılığı üçün səciyyəvi deyildir. Onun dram əsərlərində bədii 

sözlə hərəkət vəhdətdədir. O ki qaldı fəlsəfəçiliyə, şair əsərlərində 

süni fəlsəfəçilik yaratmır. Fəlsəfəçilik onun bədii təfəkkürü ilə, 

düşüncə tərzilə, bədii idrak prosesilə bağlıdır. Fəlsəfə (fəlsəfəçilik 

yox) Cavid əsərlərinin illiyində və qanındadır, məzmun və mahiy-

yətindədir, qoyulan problemin mənalandırılmasındadır. Zeynal-

lının özü demişkən, “Hamlet tipində olan Cavid” təkcə  şair

dramaturq deyil, eyni zamanda şair-filosofdur. 

Hüseyn Cavid haqqında yazılmış  məqalələrdə “romantizm” 

və “romantik” terminlərini işlədən ilk tənqidçilərindən biri Hənəfi 

Zeynallıdır. O, Cavid romantizminin xüsusiyyətləri barəsində bəzi 

mülahizələr söyləmiş, romantik Cavidin müasir həyata, insanlara 

münasibətini özünəxas şəkildə aydınlaşdırmışdır. Belə düşünmüş-

dür ki, Cavid kütlədən qaçır, onun içərisinə girib dərdlərini öyrən-

mir və i.a. Yeri gəlmişkən deməliyəm ki, iyirminci illərdə yazıl-

mış  məqalələrin  əksəriyyətində Hüseyn Cavid buna görə  tənqid 

edilmişdir. Lakin unutmaq olmaz ki, “uzaqlığı sevən”, “uzaqdan 

mövzular alan” romantik Cavid müasir həyatı, onun zəhərli neştə-

rini yaxşı görürdü və duyurdu. Bəzən müasir həyatda, sovet quru-

luşunda axtardığını tapa bilmirdi. Məncə, sovet dövrü Cavid ro-



Úàâèäè õàòûðëàðêÿí 

17 


mantizmini şərtləndirən cəhətlərdən biri bu idi. Digər bir tərəfdən, 

20-ci illərdə Cavid romantizminə, bütövlükdə isə Azərbaycan 

romantizminə, onun səciyyəvi xüsusiyyətlərinə, demək olar ki, əl 

vurulmamışdı. Bəzi yazıçı  və  tənqidçilərin heç romantizm və 

romantika haqqında anlayışları belə yox idi.  

Zeynallı bədii yaradıcılığın vacib nəzəri problemlərindən biri 

olan təfəkkürlə hissin (duyğunun) və qavrayışın vəhdəti məsə-

ləsinə də toxunmuşdur. Göstərmişdir ki, bədii ərərin “qüvvəti və 

qiyməti ona daxil olan əşxasın miqdarında deyil”, əksinə, onların 

təsvirində, oxucuda hiss və  həyacan (emosiya) oyatmasındadır. 

Maraqlıdır ki, tənqidçi bunları “Peyğəmbər”də görməmişdir. Və 

belə düşünmüşdür ki, əgər “Şeyx Sənan” və  “İblis” ilham nəti-

cəsində yazılmışdırsa, “Peyğəmbər” ilhamsız yazılmışdır; “Cavid 

qafasını zorlamış, ilham ilə  iş görməmişdir.” «Ona görə  də 

“Peyğəmbər” “İblis”dən qat-qat zəif alınmışdır.

*

 Peyğəmbəri 



Cavidin gözündə böyütən Məhəmmədin  əfal  şəxsiyyəsi isə, 

“Peyğəmbər”i bizim gözümüzdə kiçildən Cavidin “ilhamsız və 

çarpaşıq yazmasıdır”.» 

“Peyğəmbər” mənzum dramı Hüseyn Cavidin mürəkkəb əsər-

lərindən biridir. Görünür, buna görədir ki, onu duymaqda hətta 

əsərin ən yaxşı tədqiqtçıları bəzən çətinlik çəkmişlər. Azərbaycan 

tənqid və  ədəbiyyatşünaslığında “Peyğəmbər”in uzun müddət 

mübahisələr doğurmasının əsas səbəblərindən biri bundadır. O ki 

qaldı bədii yaradıcılıqda təfəkkürlə ilhamın vəhdətinə, məncə, nə 

bunu, nə  də  əsərin “ilhamsız” və “çarpaşıq” yazılmasını drama-

turqa nöqsan tutmaq yersizdir... 

Hənəfi Zeynallı  “Şeyx Sənan” xüsusunda mülahizələrinə 

geniş girişlə başlamışdır.

1

 Öncə deməliyəm ki,  məqalənin giriş 



hissəsində mübahisəli cəhətlər vardır. Xüsusilə Üzeyir Hacıbəyo-

                                                 

*

 Dramaturq bəzi mənzum dramalrını öncə  nəsrlə yazmış, sonra nəzmə 



çəkmişdir ki, “Peyğəmbər” də bu qəbildəndir. 

1

 “Şeyx Sənan” haqqında silsilə  məqalələri dərc edilmişdir. “Maarif və 



mədəniyyət”, 1927, № 1-2, səh. 50-53; № 3, səh. 44-46; № 4-5, səh. 68-69. 

Úàâèäè õàòûðëàðêÿí 

18 


vun Azərbaycan teatrının və opera sənətinin inkişafındakı xid-

mətlərinin bəzən kiçildilməsi, qeyri-obyektiv mülahizələrə haqq 

qazandırmağa cəhd göstərilməsi buna misal ola bilər.  

Tənqidçi Hüseyn Cavidin “Şeyx Sənan”la Azərbaycan  ədə-

biyyatına və teatrına gətirdiyi  yenilikləri qabarıq nəzərə çap-

dırmışdır. 1905-ci inqilabından sonra Azərbaycanda baş vermiş 

sosial-iqtisadi dəyişikliklərə, yeni ziyalı dəstəsi və tamaşaçı kütlə-

sinin yetişməsinə nəzər salan, faciənin əsas məziyyətlərini aşkara 

çıxarmağa və müasirliyini açmağa çalışan tənqidçi “Şeyx 

Sənan”ın doğuşunu irsiyyətlə,  şairin keçirmiş olduğu həyatla, 

onun təlim və tərbiyəsilə əlaqələndirmişdir. Sənan ruhu və şəxsiy-

yətilə Cavid ruhu və  şəxsiyyəti arasında bir eyniyyət axtaran 

müəllif yazmışdır: “... Zata hər bir sənət əsəri müəyyən bir bədii 

həyacandan doğarsa da sonradan əmək sərfilə kəmalə yetmiş olur. 

Yetər ki, bu sənət əsəri ideya cəhətdən düşünülmüş və sevə-sevə 

işlənmiş olsun. Cavid isə “Şeyx Sənan” pyesinin üzərində çalışıb 

çapalayacaqdı. Səbəbi? Sənan ruhu ilə Cavid ruhunda araşdır-

maqda olduğumuz müddətdə bir eyniyyət vardı. Daha doğrusu bir 

mahiyyətdə idi. Hər ikisində  əvvəlcə dindarlıq, sonra şübhələr 

fırtınası və nəhayət məhəbbət və eşq yolunda “dini-imanı satmaq” 

kibi bir fədakarlığa cəsarət etməkdi...” 

Zeynallı faciənin “quruluşundakı yeniliyi və  vəhdəti, üslu-

bundakı sadəliyi və narınlığı, şerindəki musiqini və musiqisindəki 

şeriyyəti, hər ikisindəki oynaqlığı” yüksək qiymətləndirmişdir. 

Əsərin mənşəyi və doğmasına təsir edən obyektiv və subyektiv 

səbəbləri, Şeyx Əttarın Sənanı ilə Hüseyn Cavidin Sənanı arasın-

dakı  fərqləri müqayisəli  şəkildə açıb göstərmiş, oxucuların diq-

qətini faciənin müasirliyinə və ictimai əhəmiyyətinə cəlb etmişdir. 

Bədii yaradıcılığın psixoloji məsələləri haqqında konsepsiyasını, 

“Peyğəmbər”də olduğu kimi, burada da davam etdirmiş,  ədəbi 

təsir üzərində ayrıca dayanmışdır. Onun fikrincə, faciənin meyda-

na gəlməsində dramaturqa Şeyx  Əttarın həmin mövzuda yazdığı 



Úàâèäè õàòûðëàðêÿí 

19 


əsəri, dastanın Tiflis azərbaycanlıları  və gürcülər arasında

1

 dillər 



əzbəri olması, Ü.Hacıbəyovun “Şeyx Sənan” operası

2

, M.B.Ha-



cınskinin rus dilində  nəşr etdirdiyi “Şeyx Sənan  əfsanəsi” təsir 

göstərmişdir. O, Şeyx  Əttarın Hüseyn Cavidə  təsirindən danı-

şarkən yazmışdır: “Nəql etdiyimiz Şeyx  Əttarın yarı  əfsanəvi, 

mətsufiyanə yazılmış mənzuməsini oxuyanların bir parçası qanad-

lanıb sevinəcəkdirdir ki, - aha! Cavidin eybi açıldı! Cavidin “Şeyx 

Sənan”ı öz əsəri deyilmiş. Bəlkə ondan çox əvvəl dillərdə dastan 

olmaqla bərabər bir bəylə müfəssəl mənzumə varmış ki, Cavid 

onu alıb mənzum bir pyes halına salmışdır. Bir çoxları burada 

Cavidin yaradıcılığını büsbütün inkar etmək fikrinə düşdüyümüzü 

zənn edəcəkdir. Xayır!  Şeyx Sənanın Caviddən  əvvəl kimlər 

tərəfindən yazıldığı həvəskarlar üçün elmi bir tədqiq yolu açmaq 

məqsədilə meydana atılan bir nümunə idi. Cavidin yaratdığı Şeyx 

Sənan ilə Əttarın yaratdığı arasında dağlar qədər fərq vardır...” 

Şeyx  Əttarın Sənanı ilə Hüseyn Cavidin Sənanı arasındakı 

fərqləri açıb göstərən tənqidçi, eyni zamanda, faciənin müqayisəli 

təhlil və tədqiqinin əsasını qoymuşdur. O, Hüseyn Cavidin əsəri-

nin  ən dəyərli cəhətlərindən birini ülamə zümrəsinin ön sırala-

rında gedən Sənanın bir gürcü qızı qarşısında bütün əski fəlsəfəni  

atmasında, onu bağlamış din iplərini qırıb təbii həyata qovuş-

masında, bütün köhnə ənənələrinə zərbə endirməsində görmüşdür: 

“...  Ətrafını almış  Şeyx Mərvan,  Şeyx Nəimlərin arasında “din-

sizlik də bir təriqətdir” demək, bir məşuqyi həp Kəbə, imandan 

yüksək dutmaq bir an içində olsa yenə də üsyandır. Və bu nöqtədə 

Cavidin Sənanı bir üsyançıdır. Fəqət bu üsyançı uzaq baxışdan 

                                                 

1

 Son  araşdırmalar göstərir ki, “Şeyx Sənan” dastanı gürcülər arasında dillər 



əzbəri olmamışdır. Gürcülər arasında “Şeyx Sənan” deyil, Müqəddəs David 

haqqında əfsanə məşhurdur. 

2

 Ü.Hacıbəyovun operasının H.Cavidə  təsiri olmamışdır. Operanın librettosu 



zəif yazıldığından sonralar bəstəkar dramaturqdan ona yeni libretto yazmağı 

xahiş etmişdir. Lakin dramaturq faciə üzərində işlədiyindən nəinki buna razılıq 

vermiş, təsir altına düşməsin deyə librettonun mətni il tanış olmaqdan boyun 

qaçırmışdır.  



Úàâèäè õàòûðëàðêÿí 

20 


iradəsiz görünsə  də  məqsədinə çatmaq yolunda tərəddüdsüz 

olduğu üçün sabit qədəmdir.” 


  1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə