Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

“PEYĞƏMBƏR” PYESİNİN YARANMASI 

 

Biz əvvəldə bəzi ədəbiyyat mütəxəssisləri kibi meydana çıx-



madıq və bu əsərdə  hər  şeydən  əvvəl nəqisələri göstərməklə, 

ümumi görünüşün doğru olduğunu, əsrin həqiqi bir surətdə təsvir 

edildiyini, fəqət  əsər romantik olmaqla bərabər realizmi ilə 

qarışmış olduğunu qeyd etdik. 

Bu  əsərin romantik qələm ilə yazıldığını bir tərəfdən qəbul 

edənlər onda realizm ünsürləri olduğunu görməyirlər; onun 

romantizmi həyatın çərçivəsinə girməkdə, tiplərini natamam və 

xəyalpərvər yaratmaq istəməkdə isə, realizm də  əsrin ruhunu 

büsbütün olduğu kibi meydana qoymaqdadır. Hətta romatik Cavid 

– bir “Şeyx Sənan” və “Uçurum” yaradıcısı olan Cavid gərək 

Peyğəmbərin, gərək  Əbu Talib oğlunun, gərəksə  də Baş  Rəisin 

(Əbü Süfyanın) dodaqlarına tarixən müsəddiq sözləri verir. Və 

hətta Peyğəmbər həyatından təsvir edə bildiyi dairədə bir nöqtə 

belə buraxmaq itməməyir.  İştə burada Cavidin fikirləri məğşuş, 

qarışıq və hətta romantizməmi və realizməmi süluk etmək lazım 

olduğunu bilməyir. Buna görə bu əsərə bir romantik əsəri kibi 

yaxlaşmaq doğru deyildir.  

Hətta bu əsərdə realizmi cəhəti nə  qədər bariz bir surətdə 

cilvələnmişkən başqa bir müarizi bir əsərin tamamilə bir həqiqi 


Úàâèäè õàòûðëàðêÿí 

122 


əsər və Peyğəmbərin də həyati tip olduğunu iddia ilə isbata qalxı-

şır (mühavirələr təbiiliyi göstərildi. Bir ərəb vəhdətinin tamamilə 

burada nümayan olunmadığı  və Peyğəmbərin onlara həyatdan 

bəhs etdiyi qeyd edilir). İştə bu iki müarizi qarşılaşdırdıqda bun-

ların hankısı Cavidi yaxşı tanıdığını məclis özü təyin edər. 

Burada Hüseyn Cavid “daha yaxşı yaza bilərdi” fikrimizi qə-

bul etməyənlər, deyirlər ki, yaza bilsə idi yazardı. Bizcə öylə de-

yil, bir “Şeyx Sənan” kibi xalis romantik əsər yaza bilən, “İblis” 

kibi canlı və məharətli bir əsər meydana çıxaran istedad çalışsa və 

ilhamına tabe olsa bir az da qüvvətli bir sənət asarı yaradar. Bir 

Sənan, bir İblis ilham nəticəsində yazılmışsa bir Peyğəmbər tama-

milə ilham ilə yazılmamış. Peyğəmbərin ilhamı çox olan yerləri 

vardır. Lakin əsərin bütünlüyündə ilham qayət azdır.  İlhamın az 

olması əşxasın yerli yerində olmamasında və hiss etdiyi gözəlliyi 

istədiyi kibi ifadə edəməməsindədir. İlhamın çoxluğu isə ifadənin 

mükəmməlliyyətindədir. Üslubun, lisanın tamamilə gözəllik 

hüsn-duyğusilə mütənasib bir surətdə bulunmasındadır. 

Bu əsərin qüvvəti və qiyməti, onun içərisinə daxil olan əşxa-

sın və  əşyanın  ədədi ilə deyil (Hamiddə olduğu kibi) tərtib və 

tənzimə daxil bulunan ənəsiri-hissiyyə ədədilə mütənasibdir. Bun-

lar nə  qədər zəngin olursa xaricən həyəcanı-bədii (Эмоция)yi o 

qədər ziyadə izhar edərlər. O zaman vəhdəti-hissiyə  də yerində 

olur. Yəni qayə müşəxxəs olur. Vəhdəti-hissiyə isə sənətkar tərə-

findən tamamilə hiss edilərək yaşanmış olmasilə mümkündür ki, 

bu da “Peyğəmbər”də  əskikdir. Bu əskiklik isə  nəqisədən sayıl-

malıdır. 

Sənətdə təfəkkürat ilə bərabər hissiyyat dəxi həmahəng olma-

lıdır. Yoxsa başı-damağı zorlamaq ilə  iş yapmamışdır. Ona görə 

də bu əsər “İblis”dən qat-qat zəif çıxmışdır. 

Peyğəmbəri Cavidin gözündə böyüdən Məhəmmədi əfal şəx-

siyyəsi isə “Peyğəmbər”i (yəni pyesi) bizim gözümüzdə kiçildən 

Cavidin ilhamsız və çarpaşıq yazmasıdır. 



Úàâèäè õàòûðëàðêÿí 

123 


NƏTİCƏ 

 

“Peyğəmbər”in dil və üslub cəhətlərini başqa bir yerdə geniş 

bir surətdə təhlil edəcəyimiz üçün burada yalnız bircə şey söyləyə 

biləriz. Cavidin yaratdığı dil və üslub haralardan alınırsa alınsın, 

nə kibi ilhamlardan doğur doğsun, Azərbaycandakı şair və ədiblə-

rimiz içində  ən müstəsna,  ən zərif və narın bir dildir. Bu dilin 

gələcək nəslimizə  təsiri olmamış olmaz. Və bu dil təsirilə yara-

nacaq Azərbaycan türk ədəbiyyatı marksist görüşü və qayələrilə 

qüvvətləndikdən sonra, əmsalsız  əsərlər meydana gətirə biləcək-

dir. Bu da Cavidin Azərbaycan ədəbiyyatına ən böyük xidmətlə-

rindən biri sayılacaqdır. Başqa cəhətlərdən özgə bir zamanda 

danışmaq olur. Bu dəfəlik “Peyğəmbər”i bitirəlim. 

 


Úàâèäè õàòûðëàðêÿí 

124 


 

Abdulla Şaiq 

Úàâèäèí “Èáëèñ” íàì ùàèëÿñè 

ùàããûíäà äóéüóëàðûì 

 

avid  ədəbi fəaliyyətə başladığı 



zaman bütün diqqətini yeni nəs-

lin xəstəlik cəhətlərinə  cəlb edərək bü-

tün əsərlərində onu açıq və aydın surət-

də göstərməyə  və  hər  əsərində  iş bu 

məsələyə bir nöqteyi-nəzərdən yanaşa-

raq ətraflı və canlı olaraq tədqiq və tər-

sim etməyə çalışmışdır. Cavidin “Afət”, 

“Maral”, “Uçurum”, “Şeyda” və digər 

əsərləri həyati və könlümüzə yaxın ol-

maqla bərabər  əsərlərdəki  şəxslər kiçik 

sahələrdə, kiçik cəbhələrdə, kiçik maneələrdə çarpışmış, fərdi 

həyata ictimai həyatdan daha ziyadə əhəmiyyət vermiş tiplərdir.  

Cavidin “İblis” nam hailəsi isə tamaşaçılara, oxuculara olduq-

ca geniş və yeni bir sahə açır. Cahan müharibəsini tərsim edən bu 

əsərində Şərq və Qərb həyatını, onların ictimai, ruhi və siyai əh-

valını  və yaşamaq çün çırpınan türk xalqının bəxtiyar olmasına 

əngəl olan bütün səbəbləri və maneələri həqiqi və canlı surətdə 

göstərməyə müvəffəq olmuşdur.  Əsərdəki baş  qəhrəmanlar Arif, 

İblis və Elxan həm həyat və həqiqətdən alınmış tiplərdir. Cavidin 

bütün əsərləri içində “İblis” qədər həyati və realist bir əsər yoxdur 

zənn edərəm. 

Arif istihalə dövrü (переходны  период) keçirməkdə olan 

türk xalqının əhvali-ruhiyyəsini çox açıq və aydın göstərən tarixi 

bir tipdir.  

Hər millət həqiqətini buluncaya, kəndi iradəsinə malik olun-

caya qədər müxtəlif təsirlərə qapılaraq, müxtəlif hallar keçirmək 



Úàâèäè õàòûðëàðêÿí 

125 


məcburiyyətində qalır. Hər fərdin həyatında çocuqluq, gənclik, 

kamal və ixtiyarlıq kimi dövrlə olduğu kimi, bütün bəşəriyyət, 

hətta hər millət də mühit, iqlim və zaman etibarı ilə bir-birindən 

fərqli olaraq bu dövrləri keçirmiş və keçirməkdədir.  

İstihalə dövrü hər millətdə gəncliklə kamal arasındakı fikri və 

ruhi inqilabı göstərən bir dövrdür. 

İstihalə dövrünü keçirməkdə olan millətlər fitri istedadını 

açmağa çalışır,  əxlaqi prinsiplərə meyl göstərir ülvi duyğular, 

ümidlər, gözəl arzu və qayələr arxasınca qoşar və bütün istəklə-

rinə qovuşmaqda kəndini aciz və gücsüz görüncə şübhə və tərəd-

düdlər içində çırpınır və bu şübhə və tərəddüd onda iztirab, kədər, 

müşkülpəsəndlik və  bədbinlik kimi hallar doğurur.  İştə istihalə 

dövrünün başlıca övsafi-müməyyizəsi (xarakteristikası) bundan 

ibarətdir.  

Qərbdə XVII-XVIII əsrlər istihalə dövrüdür. XVIII əsrdə elm 

və  fənn son  dərəcə  tərəqqi etmiş  və yeni nəsil üzərində hakim 

olmağa başlamışdır. Insan dimağının olduqca böyük müvəffəqiy-

yətlər göstərməsi, elm və fənnin div addımları ilə irəliləməsi yeni 

nəslin gözünü o qədər qamaşdırmış, onlarda ağla, fənnə elə sarsıl-

maz bir iman doğurmuşdu ki, həyat və təbiətin bütün gizli sirlə-

rini öyrənə biləcəklərini iddia edirdilər. Bir çox məsələlər qarşı-

sında bulunan yeni nəsil bütün məsələlərə cavab verməyi və on-

ları istədikləri kimi həll etməyi ağıl və  fəndən tələb edirdilər. 

Lakin o məsələlərə ağıl və fənnin də cavab vermədiyini və bu ki-

mi məsələlər qarşısında onların da aciz qaldığını görüncə tama-

milə şaşırdılar; ağla və fənnə olan imanları qırıldı. Zatən ağlı hər 

şeyə hakim bilən rasionalizmlə bir çox dini məsələlər alt-üst 

olduğundan yeni nəsil dindən, allahdan şübhələndikləri kimi, ağıl 

və fənnin də zəif olduğunu və bir çox həqiqətləri kəşf eləmədiyini 

duyunca çıxılmaz bir mövqedə qaldılar. Ona istinad edəcək bir 

şey bulmalıdılar. 

Bu çətin vəziyyətdən, bu ruhi sıxıntıdan kəndilərini qurtar-

maq üçün əskiliyə dönmək istədilərsə  də, mümkün olmadı; zira 

ki,  əski duyğular,  əski ideyalar yeni cəmiyyətin ruhi tələblərini 



Úàâèäè õàòûðëàðêÿí 

126 


təmin edəməyəcək dərəcədə uzaqlaşmış  və  əskimişdi. Ruhani 

tələblərini təmin etməyə heç bir çarə bulamayan və nə yapacağənə 

şaşırmış olan cəmiyyətdə yuxarıda göstərilən  əhvali-ruhiyyənin 

doğması pək təbii idi. 

Məşhur Qərb şairlərindən Hötenin Faustu və Şeksprin Hamle-

ti bu dövrün əhvali-ruhiyyəsini olduğu kimi bizə göstərən 

zamanının nümayəndəsi və tarixi simalarıdır.  

Qərbdə XVII-XVIII ərslər nə isə, bizim üçün XX əsr də odur. 

Qərb mədəniyyətini, yeni fənnlərin bol-bol içimizə girməsi ilə 

əskilik yıxılmış,  əski ideyalar, fikirlər və duyğular yerinə yeni 

ideyalar, yeni duyğular, yeni fikirlər qaim olmağa başlamış, lakin 

hələ tamamilə qaim ola bilməmişdir. 

Əskiliyin döyüntüləri qəlbimizi bir qurd kimi gəmirən, ruhu-

muzu zəhərləyən təsirləri bu gün belə yox deyildir. Cəmiyyətin 

hala  əski adətlər,  əski ideya və duyğulardan tamamilə uzaqlaş-

madığı, yeni nəsl hala əski suçlarından silkinib ruhunu təmizlə-

mədiyi bəllidir. Kimsənin ideal olan istiqbal haqqında müəyyən 

və qəti bir fikri olmadığından onu açıq və aydın surətdə təsəvvür 

edəməyor. Yeni fənnlər cəmiyyətin yeni quruluşu haqqında bir 

çox yeni nəzəriyyələr ortaya atmışsa da, hənuz ona alışmamış, 

onu olduğu kimi qavrayamamış və əməli olaraq uzun müddət mü-

şahidə və təcrübələrdən keçirməmiş olan cəmiyyəti o nəzəriyyələr 

ürküdür. Cəmiyyət şübhə və tərəddüdlər içində çırpınır, əsəbiləşir 

və gələcəyə şübhəli, qorxaq və tərəddüdlü nəzərlərlə baxır. Əski-

liyə  ağır və  kəskin zərbələr endirən, bizə bir çox yeniliklər  gə-

tirən 1905-ci il inqilabının yetişdirmiş olduğu hürriyyət və inqilab 

nəzməxanı Məhəmməd Hadi əsərlərində bu dövrün səciyyəsini nə 

qədər açıq, aydın və nə qədər canlı göstərir. 

İştə Hadidəki cahan kədəri, müşkülpəsəndlik, skeptiklik və 

bədbinlik inqilabın o istihalə dövrünün yaratmış olduğu  əhvali-

ruhiyyədir. 

Bu qısa izahatdan sonra “İblis” haqqında mülahizələrimi 

söyləyə bilərəm. İnsan maddi və mənəvi qüvvədən ibarətdir. Bə-

şər həyata qədəm qoyduğu gündən etibarən bu iki qüvvə hər daim 



Úàâèäè õàòûðëàðêÿí 

127 


bir-birilə çarpışır. Hənuz insanda mənəvi qüvvələr kamalınca in-

kişaf edəmədiyindən maddi qüvvələr hər zaman mənəvi qüvvələrə 

qalib gəlmiş  və  gəlməkdədir.  Əsərdə  İblis maddi qüvvələrin, 

Mələk isə  mənəvi qüvvələrin simvoludur. Əsərin ilk pərdəsində 

səhnə nəhayətindəki iki pəncərənin birində İblis, digərində Mələk 

olması və söylədikləri sözlər zatən bunu anladır. Hər insanda bu 

iki qüvvə mövcuddur. Mühit və zaman etibarilə insanların bir 

qismi eyi, bir qismi isə kötü qüvvələri kəndində inkişaf etdirir. 

İştə hailəni doğuran bu iki qüvvənin bir-birilə çarpışmasıdır.  

Əsər haqqında mülahizələrimi anlada bilmək üçün hailənin 

əsas şərt və qanunlarından bir qaç söz söyləməyi lazım bilirəm.  

Hailə dram tərzində yazılan bir əsərdir ki, baş  qəhrəmanları 

(şəxsləri) ağıl, hiss və iradəcə digər  şəxslərdən ayrılaraq ümumi 

şərt və qanunları parçalaya biləcək kəskin bir iradə  və istedada 

malik olurlar. Bu kimi şəxslərin ruhunda təbii olaraq müəyyən 

şərtlər və  təsirlər daxilində elə bir hal doğur ki, məslək və 

ideyasına qarşı olan şəxslər və şərtlərlə çarpışmağa məcbur olur. 

Hailə qəhrəmanları səciyyəcə dram (faciə) qəgrəmanlarından 

ayrıldıqları kimi bəslədikləri məfkurə etirbarilə də yüksək, kəskin 

iradə, sarsılmaz enerji və ülvi qayəyə malik xariqüladə  şəxsiy-

yətlərdir. Bu qəhrəmanlar fəaliyyətə başladıqları zaman kəndilə-

rini o qədər  şaşırır və düşüncəsiz hərəkətlərlə o qədər böyük 

xətalar törədir və kəndinə elə dərin və çıxılmaz uçurumlar hazır-

layır ki, o çətin və qorxunc vəziyyətdən qurtulmaq ümidi qalmır. 

Kəndisi hiss etmədən onu təqib etməkdə olan bu fələkatləri biz 

seziriz və bütün bunlar bizdə heyrət və iztirab doğurur. Bu iztirab 

və hissi-heyrətə bir hiss daha artırır ki, o dəxi qəhrəmanın ülvi 

ruhu, yorulmaz enerjisi və sarsılmaz iradəsidir. 

Hailənin qət (развйaзка) cəhəti tamaşaçılarda  əxlaqi hiss və 

maraq oyatmalıdır. Odur ki, qəhrəmanın öz məslək və qayəsi 

uğrunda ölməsi bizdə acı hiss və kədər oyadır; eyni zamanda biz 

kəndimizdə bir sevinc və yüngüllük hiss edirik. Zira ki, əxlaqın 

hakimliyini gözümüz önündə görür və ağır təsirlərdən qurtuluruq. 

Qəhrəman kəndi suçlarını kəndi qanı ilə təmizləyir. Uğrunda özü-

nü fəda etdiyi idealın ölməyəcəyinə, yaxın zamanda içimizdə ha-


Úàâèäè õàòûðëàðêÿí 

128 


kim olacağına bizdə iman doğurur. Qəhrəman qalib gəldiyi təqdir-

də belə biz onunla bərabər yüksəlir, teatrı daşğın sevinclər və duy-

ğularla tərk edirik. Bizə bu kimi təsirləri verməyən, yalnız bizdə 

acı bir kədər doğuran hailələr sənətkaranə əsərlərdən sayılmaz.  

“İblis” əsərində dram nədən ibarətdir? 

Birinci, Arifin ideya və qayəsinə zidd olan şərtlər və  şəxs-

lərdi. O, mühiti ideya və qayəsinə müvafiq görmür, onu istədiyi 

kimi dəyişdirib, istədiyi kimi bir aləm yaratmaq iqtidarına da 

malik deyildir. İştə bu şərait onda acı bir hal oyadır. O öz hissiy-

yatı və mühiti ilə çarpışır, hər şeyə üsyan və hər şeyi tənqid edir. 

İkinci, Rənanın eşqidir. O dəlicəsinə sevdiyi Rənasına qovuş-

maq üçün iztirablar içinə yuvarlanır, ona mane olan əngəllərlə 

şiddətli surətdə çarpışır və heç bir fədakarlıqdan çəkinmir. Arifə 

ağlından ziyadə hissi hakimdir. Hər  şeydən  əvvəl o idealistdir. 

Kiçik ikən İstanbulda evi yanmış, nəsli məhv olmuş, yalnız kiçik 

qardaşı Vasiflə qurtularaq və  nəhayət onu da qeyb etmiş olan 

Arifdə bu fəlakətlər həyat və kainata qarşı  dərin bir nifrət 

doğurduğu kimi, yaşadığı mühit içindəki qüyudat və  vəhşətlər 

iztirab və kədərini daha şölələndirmiş, bədbinliyini daha artırmış, 

mühitə  və  gələcəyə  şübhəli və qara gözlüklə baxmağa məcbur 

olmuşdur. XX əsrin gətirmiş olduğu yeniliklər onun ruhundakı 

dərin çırpıntıları təskin edəməyir; biləks, şübhə və tərəddüdlərini 

artırıb onu daha ziyadə yaxır, iztirab içind üzür. O, fərdi arzusu ilə 

ictimai arzular arasında böyük bir ziddiyyət görür. Arif ya o çirkin 

həyata uymalı, onun bütün pislikləri və çamırlıqları içində sü-

rünməli, yaxud o qeydləri, o ayrılıqları qırıb parçalayaraq mühiti 

istədiyi kimi dəyişdirməli və istədiyi  şəklə salmalı idi. Bunların 

heç birini yapmaq iqtidarını kəndində görmədiyindən o mühitdən 

tamamilə uzaqlaşmaq, dərdlərini,  əməllərini unutmaq məqsədilə 

təbiətin saf və sakit köksü üzərinə atılmaq, orada həyəcanlarını 

unutmaq məcburiyyətində qalır; hürriyyətini, idealını uduzacağını 

və xarici həyatla orada çarpışa biləcəyinə iman edir və  kəndini 

təbiətin qucağına atır. Lakin o saf və  səmimi çöl həyatı  dəxi 

ansızın  şölələnən cahan müharibəsi münasibtilə çalxalanır, bula-



Úàâèäè õàòûðëàðêÿí 

129 


nır. Çox nifrət etdiyi və ondan qaçdığı bəşəri vəhşətlər daha şid-

dətli surətdə özünü göstərməyə başlar. Hərbi-ümuminin törətdiyi 

vəhşətlər, bəşəriyyətə açdığı  dərin yaralar idealist Arifi daha 

çıldırır.  Əskidən bəri  Şərq ruhuna hakim olan sufiliyin yaxıcı 

təsiri ilə bu aləmdən uzaqlaşaraq “misal aləminə” atılmaq, orada 

ruhi-mütləqə qovuşmaq istəyir göylərə xitab edərək: 



Dünyaları yoxdan yaradan, ey ulu tanrı,  

Ey xaliqi-hikmət. 

Duyduqca, düşündükcə olur qəlbimə tarı,  

Min şübhəli illət. 

Duyduqca, əvət, pərdəli hikmətləri hər an, 

Min dürlü həqiqət, 

Min dürlü, müəmmalı həqiqət mənə xəndan, 

Həpsində də zülmət... 

Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan 

Ya şöleyi-əcram, 

Olmaş şu mənim çıldıracaq könlümə əlan 

Bir mənbəyi-ilham. 

Uydum da peyğəmbərlərə, qanuna, kitabə, 

Duydum yenə qəsvət, 

Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə; 

Həp zəfə əlamət... 

Hər fəlsəfə bir vəlvələ, həp dadlı xəyalət, 

Yox rəhbəri-vicdan; 

Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat, 

Bir şöleyi-ürfan. 

En gəl mana, yaxud məni yüksəklərə qaldır, 

Gəzdir qonağında; 

Yerlərdə süründüm yetişir, göylərə qaldır, 

Dindir qucağında... 

Deyə söylədiyi sözlər Arifin səciyyəsini və əhvali-ruhiyyəsini 

bizə  pək açıq göstərir.  İdealist Arif bu aləmdən göylərə uçmağa 

can atır. Onu mühitdə heç bir şey təmin və  təskin eləmir. Hətta 

qüvvətli imanla sarılmış olduğu dindən, allahdan, kitabdan da 


Úàâèäè õàòûðëàðêÿí 

130 


şübhələnir. Onu inlədən, ürəyinin dərinliklərində qorxunc yaralar 

açan kəndi kədəri deyildir, cahan kədəri, iztirablarıdır: “Qaldır 

məni ta görməyim insandakı zülmü, bax yer üzü inlər” – deyə nə 

acı hayqırır və ruhuna gömülmüş sızıyı nə acıqlı anladır!.. 

Həyatın o dar, məhdud və  sıxıcı  çərçivəsi içindən çıxaraq 

şəxsiyyətini yüksəltmək istərkən o “atəşli müəmma” Şərqin şübhə 

və  tərəddüdlər içində yana-yaxıla yuvarlanan bədbin, iradəsiz 

çocuğunun qarşısına dikilir; ətəklərinə onun həyat və  həqiqətinə 

dumanlı baxan gözlərinə sürər, laqeyd qəhqəhələrlə çəkilib gedər. 

Dram hərəkət və  əks hərəkətdən, iki qüvvənin bir-birilə çar-

pışmasından ibarətdir. İblisin səhnədə görünərək fəaliyyətə başla-

ması ilə rəbt (завйaзка) başlar və bir-birinə zidd olan bu iki qüv-

vənin çarpışması və nəticədə hankı birinin qalib gəıləcəi hər kəsi 

maraqlandırır. 

İblis fənalıqların simvoludur. O, mənəviyyatı  və eyilikləri 

inkar edən bir ruhdur. Vəzifəsi insanlardakı  mənəvi qüvvələri 

söndürmək və maddi qüvvələri inkişaf etdirməkdir. Odur ki, Arifi 

iğva etmək və onun qəlbini təsxir edə bilmək üçün dürlü-dürlü 

planlar qürur və onu insani əxlaq və yüksək duyğulardan uzaqlaş-

dırmağa, bataqlığa, adi və alçaq həyata sürükləməyə çalışır.  İlk 

görüşdə sözlərini söylədikdən sonra görünmədən ridasının  ətək-

lərini onun göslərinə sürtərək çəkilir.  İblis bu hərəkəti ilə Arifin 

gözü önündəki pərdələri parçalamaq, həyatı ona olduğu kimi 

göstərmək və onu göylərdən, xəyal aləmlərindən yerlərə düşür-

mək, həyat və  həqiqətin bütün çətinliklərini, pisliklərini ona 

duyurmaq və o həyata daxil etmək istər. 

İştə bu andan etibarən Arifin çılğınlığı daha artmış olduğun-

dan  əsəbi hallar keçirir. Şaşqın bir tövrlə saçlarını qarışdırır və 

içəri girməkdə olan ixtiyara həyəcanla: 

 

“Gəl, gəl mənə, gəl, eylə mənim dərdimə çarə. 



Yar beynimi, aç qalbimi, eyvah açamazsan, 

Qaç məndən, uzaqlaş, xeyr, əsla qaçamazsan. 

Mən çılğınam artıq, mənə yaxlaşma. Kənar ol, 

Gəl, qaçma, xeyr, dərdimə lütf et də, dəva bul”: 

Úàâèäè õàòûðëàðêÿí 

131 


- deyə ruhun dərinliklərindən fışqıran yaxıcı iztirablarını, əhvali-

ruhiyyəsindəki inqilab və hicranı  nə acıqlı  və odlu bir lisanla 

anladır!.. 

İblis ona öz qiyafəsində dəfələrlə görünərək, çocuq kimi his-

siyyata qapılmayaraq açıq gözlə  həyata atılmasını  təklif edir. 

İnsan qəlbi ilə deyil, ağıl və mühakiməsi ilə hərəkət edəcəyi lazım 

gəldiyini və  hər  şeyin həqiqətinə onunla nüfuz edə biləcəyini 

qüvvətli dəlillərlə isbata çalışır və  ən nəhayət sevgili Rənasına 

qovuşmaq üçün yeganə vasitə ola biləcək altun ilə pevolveri ona 

verir. Bununla Arifə anlatmaq istəyir ki, öz arzu və təmayüllərinə 

yetişə bilmək üçün həyata girməli, zamanla hesablaşmalı və onun 

silahına qurşanmalıdır. Bunu yapmayanlar heç bir zaman arzu və 

məfkurələrinə yetişməzlər. Hissiyyata qapılmış  ağlından ziyadə 

qəlbinə  məğlub olan Arif bu həqiqətləri düşünmədiyindən  İblisi 

dəfələrlə qovur. İblis ilk pərdədə ilk dəfə olaraq ona görünür və 

kim olduğunu “ruhunu qeydi-əsarət  əzdiyi və min dürlü xəyal 

səni məhv etdiyi üçün sənə hüriyyət və qəlbinə nuri-həqiqət ver-

məyə gəldim” – deyə anladırkən Arif ona: 

 

Hüriyyətə əsla məni sən erdirəməzsən, 

Bir zülmət ikən nuri-həqiqət verəməzsən, - 

 

deyə sözlərini rədd edir. İblis zülmət deyil, sərapa atəş olduğunu 



isbata çalışır. Arif isə atəşə də ehtiyacı olmayıb, yalnız nura qalib 

olduğunu anladır. Arif həqiqətən nura talibdir. Zira ki, o yalnız 

incə, parlaq və zəngin duyğu və xəyal ilə yaşar. O, günəşin həra-

rətindən ziyadə, ayın məhtabına məftundur. Onu ağıl və mühaki-

məsinin fəaliyyətindən ziyadə, qəlbinin çırpıntıları  maraqlandırır. 

İblis qüvvətli dəlillərlə nur atəşsiz qaim olmadığını və bütün 

mövcudatın atəşlə yaşadığını isbata çalışır.  Əvət, “Atəş, günəş 

atəş” olduğu kimi, sərapa atəş olan ağıl və fənnin yaşamaq üçün 

tələb etdiyi maddi ehtirasat da atəş deyilmi? Bəşəri yakan, yıxan, 

nəfsini tələbatı olan həp şu maddi ehtirasat deyil də nədir? Odur 

ki, İblis mövhumatpərəst Arifə maddi ehtirasatı qüvvətləndirmək 


Úàâèäè õàòûðëàðêÿí 

132 


və o vasitə ilə  iğva etmək üçün öz qiyafəsində deyil, müxtəlif 

insan qiyafələrində görünür və onun qəlbini təsxir üçün plan qu-

rur.  İnsanları  həyatın bütün pisliklərinə alışdıran və öz ehtira-

satıdır. 

İştə ikinci pərdədə İblis tərəfindən Arifə içirilən şərab maddi 

ehtirasatın iksiridir. O artıq tanıdığımız Arif deyildir. Ehtirasatı 

artıq onu həyata atılmağa və qaşısındakı maneələrlə çarpışmağa 

məcbur etmişdir. Zatən insanlar üçün həyatdan böyük məktəb 

olmaz!  İnsan həyata yaxınlaşdıqca, onun bütün acılıqlarını islah 

edir; qarşısında ülkər kimi parlayan şiddətli arzu və təmayüllərinə 

qovuşmaq üçün xətti-hərəkətini və nöqteyi-nəzərini dəyişdirməyə 

məcbur olur. Arif artıq ilk pərdədə gördüyümüz Şərqin  əski, 

çürük inqazını daşıyan, səf və icz göstərən, şübhə və tərəddüdün 

başdondurucu dumanları içinə yuvarlanan bir çocuq deyildir; kən-

dini düşünən, kəndi ehtirasatı arxasında qoşan, yaşamaq üçün hər 

fədakarlığa qatlanan bir şəxsiyyətdir. O artıq arzu və  təmayüllə-

rinə mane olan əngəlləri ortadan qaldırmaq üçün çırpınır. Həyatın 

ehtiyac və  tələbləri arxasınca qoşur:  şərab içir, revolver daşıyır, 

altuna pərəstiş edir. 

Ormanda haydutlar tərəfindən atılan qurşundan qorxmuş olan 

Rənaya: 

Heç qorxma, yanımda həm silah var,  

Həm altun, əvət, nasıl da parlar, -  

 

- deyə qürur göstərir. Rəna “Altun sənə nerədən?” deyə sorunca: 



 

Bir arkadaşımdan oldu qismət. 

Yoldaşdı mənimlə bir yəhudi, 

Pəncəmdə həlak olub boğuldi, -  

 

- deyə həm xırsız, həm də qatil olduğu ilə iftixar edir. Hələ Rəna 

ona: 

Beş altuna qarşı böylə vəhşət?! – 

- deyərkən cavabında: 


Úàâèäè õàòûðëàðêÿí 

133 


Vəhşət deyil, iştə bir cəsarət, 

Lakin o da səndən, ah, səndən! – 

 

- deyə köksünü qabardır və onun uğrunda hər fədakarlığa hazır 

olduğunu qürurla anladır. 

İblis Arifin girmiş olduğu bu çirkin və adi həyatdan peşman 

olaraq çəkiləcəyindən qorxur. Onu həyatın ağır zəncirləri ilə 

bağlamaq, bir daha kəndi ideal aləminə dönməmək üçün böyük 

cinayətlər yapdırmağa, həyatın dərin, çıxılmaz çirkabları içində 

sürüklədərək onun bütün fənalıqlarına bulaşdırmağa hazırlanır. 

Sevdiyi Rənanı əldə etməyə mane olan Xavəri, daha sonra sənə-

lərdən bəri üzünə həsrət qalmış olduğu qardaşı Vasifi öldürür. 

Arif idealistliklə realistlik arasında hənuz  əksikliklərdən ta-

mamilə uzaqlaşmamış və yenilikləri də olduğu kimi qəbul etmə-

miş bir tipdir. O tam mənası ilə realist olmamış, qüvveyi-əqliyyəti 

kamınca inkişaf edəməmiş, hərəkətlərində çaşqınlıq, əsəbilik var, 

fəaliyyətində xeyirdən ziyadə zərər verir. 

Rənanı əldə edə bilmək üçün altun və revolver, onlar olmazsa 

könlünü istəyən  İblisə: “Vermişəm könlümü yalnız ona bən” – 

deməsi, Vasifi və Xavəri öldürdükdən sonra bütün yapdıqlarından 

peşman olaraq o cinayətləri kəndi qanı ilə təmizləmək istəməsi və 

əsərin son pərdəsində  İblis yenə  kəndi qiyafəsində ona görünür-

kən “Eyvah, budur İblis!” – deyə qorxub şaşırması Arifin İblisə 

məğlub olmadığını  və hala insani duyğularla yaşadığını göstərir. 

O, həyat və zaman iblislərindən qorxmur, əsatiri və  məvhum 

iblisdən qorxur. Son pərdədə abid qiyafəsində görünürkən Arif: 

“Bir mürşüd o, sahibi-kəramət” – deyə  İblisin  əlini öpür, daha 

sonra öz qiyafəsinə girincə “Eyvah, ona yaxınlaşmayın, əsla, odur 

İblis!” – deyə əsəbi hallar keçirir. O hala əsatirə inanır, hala ruhu-

muzu gəmirən əski təsirlərdən kəndini alamıyor. 

İctimai nöqteyi-nəzərdən dram bir inqilabdan ibarətdir. 

Şübhəsiz, əvvəlkinə nisbətən Arif pək irəliləmiş, həyatın bir çox 

yeniliklərini qəbul etmiş; bununla bərabər o, həyatla müvəffəqiy-

yətlə çarpışmaqda qüvvətli təcrübələr  əldə edəməmiş, qarşısında 



Úàâèäè õàòûðëàðêÿí 

134 


duran yeni məsələləri həll edərkən nerədən, nasıl başlayıb, nasıl 

bitirmənin yollarını bilmir, onda şüurlu fəaliyyət doğmamışdır. O 

düşünür, mühitindəkilərə xeyir vermək və yardım etməyə çalışır. 

Bu yolda bir çox enerji sərf edir, yenə də kəndi idealı ilə mühiti 

arasında bir uyğunluq vücuda gətirəmiyor. 

Arif XIX və qismən XX əsrin yetişdirmiş olduğu türk xal-

qının nümayəndəsi və tarixi tipidir. İblis isə Qərb mədəniyyətinin 

yetişdirmiş olduğu, tam mənası ilə realist bir tipdir. O bütün 

qüvvətini və hərarətini ağıl və mühakiməsindən alır. İblis həyatın 

bütün dərinliklərinə girmiş, onu təbiətində  hər  şeyi çapıq təbəd-

dülata uğradığından sabit bir ideal, əbədi bir səadət olmadığına 

inanmış  bədbin bir simadır. O, tikici deyil, yaxıcı  və  yıxıcıdır. 

İnsani duyğuları, əxlaqı, marağı inkar edir. Alicənablığa qarşı çox 

duyğusuzdur. Başqalarının səadət və  fəlakəti ilə  əylənir; onun 

dünyada sevdiyi və inandığı heç bir şey yoxdur. Ona görə də hər 

şeydə nifaq və təzad arar və hər şeyə qara gözlüklə baxar. Aldat-

maq, yalan söyləmək onun naturuna pək müvafiq gəlir və bundan 

bir zövq alır. Vuruşmaq, söyüşmək, yaxmaq, yıxmaq onun qulaq-

larında bir musiqi ahəngi doğurur. İblis kəskin ağla və sarsılmaz 

iradəyə malikdir. Dodaqlarından uçan hər söz məntiqli, hər bir 

hərəkət və  fəaliyyət ağıl və mühakiməyə uyğundur. Həyatdakı 

ahəng və intizamı pozmaq üçün plan qurmaqda, məqsədinə iriş-

mək üçün vasitələr və səbəblər hazırlamaqda pək mahirdir. İsbata 

çalışdığı həqiqətləri müxatibinə o qədər böyük bir məharətlə anla-

dır və elə füsunkar bir təsir ilə nüfuz edir ki, qarşısındakının 

məğlub olmaması imkan xaricindədir. O ağlın inkişafını da yalnız 

fəda yolda sərf etmək, o uğurda fəaliyyət göstərmək və o sayədə 

insanlığı heyvanlığa sürükləmək üçün sevir. O, allah, din, fəlsəfə 

və sufilik kimi şeylərlə əylənir, acı, istehzalı qəhqəhələri, təriz, və 

kinayəli sözləri ilə  şiddətli surətdə  tənqid edir. O amansız bir 

münəqqiddir. Bu cəhətdən də realizmin müəssisidir. Ariflə İblisi 

müqayisə edəcək olsaq, İblis ona görə  pək irəliləmiş, onun 

nöqteyi-nəzərləri yenidir.  


Úàâèäè õàòûðëàðêÿí 

135 


Cavidin  İblisi bildiyimiz əsatiri iblis deyildir. O “atəşli 

müəmma” insanlara hər fənalığı yapdıran, vəhşətlərə sürükləyən, 

“ağıl və  fənnin” simvoludur. Kəskin ağıl və iradə sahibi olması, 

həyat və  həqiqətə açıqgözlə baxması ilə  Qərb millətlərini təmsil 

edir.  İnsanları, millətləri bir-biri ilə vuruşduraraq ondan istifadə 

edə bilməsi, bəşəriyyəti, bilxassə  Şərq millətlərini kəndi zövq, 

kəndi arzu və  səadətinə  fəda edə biləcək qədər  şəxsiyyətpərəst 

olması ilə İngiltərə millətinin nümayəndəsidir. 

Sufilərlə hissiyyun məsləki tərəfdarları hissi hər  şeyə hakim 

bilir və  ağlı inkar edərək həyat və  təbiətin  ən incə nöqtələrinə, 

ağlın nüfuz edəmədiyi cəhətlərə yalnız hiss nüfuz edər deyirlərdi. 

Rasionalistlərlə ensiklopedistlər yalnız ağlın hakimliyini tanıya-

raq, onu kəndilərində inkişafa çalışıraq, hissin və  əxlaqın mara-

qını tanımaq istəmədikləri kimi, sufilər və hissiyyun dəxi ağlın və 

fənnin maraqını inkar edirdilər. Ağıl və hiss hər ikisi fitrətin 

insanlara vermiş olduğu ən böyük nemətdir; birini qəbul edərək

digərini rədd və inkar etmək və  kəndində görməyərək məhvinə 

çalışmaq haqsız bir üsyandır. Bu gün xariqələr yaradan o böyük 

füsunkar ağlı inkar etmək nankorluq olduğu kimi, insanlığı ülviy-

yətə, əxlaqi maraqa sövq edən səmimi hisslərdən uzaqlaşmaq da 

vəhşiliyə doğru getmək deməkdir: “həyatın yer üzündən qalxdığı 

gün qiyamət qopmuşdur” – deyənlər bu nöqteyi-nəzərə istinad 

edirlər. Ağlın kontrolu altında bulunan həqiqi və səmimi duyğular 

insanlığın ülvi idealına doğru yürüyə bilmək üçün ən mühüm bir 

vasitədir. 

Cavid bu qiymətli  əsərində Ariflə  İblisi, bir-birinə zidd olan 

bu iki tipi tərsim edir və onların eyi və kötü cəhətlərini bizə 

göstərir.  İnsani duyğuları,  əxlaqi təmayülləri kəndində gömmüş: 

quru, soyuqqanlı, bədbin, duyğusuz, şəxsi arzu və maddi ehtiras-

larına hər kəsi fəda edən İblisdə bugünkü gözqamaşdırıcı elm və 

fənni doğuran ağıl, Arifdə isə insanlığı ülviyyətə,  əxlaqa meyl 

etdirən hiss qüvvətlidir. Cavidcə insanların səadəti ağıl ilə  qəlb 

arasında olan ahəng və uyğunluqdadır. O, qəlbsiz insanları bəşə-

riyyət üçün pək zərərli görür. O, bu iki qüvvəti müsavi olaraq 



Úàâèäè õàòûðëàðêÿí 

136 


kəndində inkişaf etdirmiş insanlar görməyi arzu edir. Bu cəhətdən 

iştə Elxan qəlbi ilə, ağlı ilə yaşayan, tam Cavidin sevdiyi və 

idealizə etdiyi bir simadır. O, Arif kimi zəif, şaşqın və əsəbi deyil-

dir. Nə yapacağını bilən, düşünərək yapan, kəskin ağıl və iradəyə 

malik olduğu kimi, alicənablığa,  əxlaqi təmayüllərə qarşı da 

duyğusuz deyildir. O, Şərq və  Qərbin bütün gözəl övsafını  kən-

dində toplayaraq, yetişməkdə olan türk xalqının nümayəndəsidir. 

Əsərin baş qəhrəmanlarından olan Arifin rolunu son pərdədə 

yeni bir qəhrəmana – Elxana vermək hailənin  əsas  qanunlarına 

ziddir zənn edirəm; zira ki, ilk pərdədən böyük iztirabla kəndi 

ideya və  məfkurəsi uğrunda çarpışan və böhranlı hallar keçirən 

Arifin müqəddəratı hər kəsi məşğul edir; hər kəs əsərin sonunda o 

çarpışmanın nəticəsini bəklər dururkən, birdən-birə onun fəaliy-

yətini qırmaq və aktiv olaraq əsərin sonuna qədər iştirak etməmək 

hailənin əsl qayəsinə və tamaşaçılara qüvvətli təsir etməyə mane 

olur. Halbuki, buna zəmin də hazırlanmış. Elxanın rolunu Arif 

oynamaqda heç bir maneə yox! Zatən ictimai nöqteyi-nəzərdən 

dram bir inqilabdan ibarətdir demişdik. Get-gedə idealistlikdən 

uzaqlaşaraq realistliyə yaxınlaşmaqda olan Arif o rolu kamalınca 

ifa edə bilərdi. 

Məncə Cavid həyat və həqiqətə sadiq qalmaq istəmiş. Bu gün 

türk xalqı nümayəndələri içində Ariflər pək çox olduğu halda 

Elxanlar yetişməmişdir. Arif yalnız kəndi idealı,  şəxsi arzu və 

ehtirasatı arxasında qoşuyor. Onun keçirməkdə olduğu fəci hallar 

həyatda ictimai quruluşun mükəmməl olmamasındadır. Hər fərdin 

səadət və fəlakəti məmləkət daxilindəki ictimai həyat quruluşuna 

bağlıdır. Arif həyata atılaraq ictimai məsələləri həll etməyə hənuz 

hazır deyildir. Cavidcə o ictimai quruluşu bu gün əskilikdən pək 

uzaqlaşmış, bir çox qorxunc vaqiələr, acı  təcrübələr görmüş, 

həyata açıqgözlə baxan yeni nəslin nümayəndələri yarada biləcək. 

Cavid bu həqiqəti, bu qayəni göstərmək üçün hailə  çərçivəsini 

qıraraq onun xaricinə çıxmaq məcburiyyətində qalmış. 

Əsərdə qadın tipləri olduqca incə və sənətli fırçalarla canland-

rılmışdır. Xavər, Rəna – hər ikisi türk qadınlığını təmsil edən se-



Úàâèäè õàòûðëàðêÿí 

137 


vimli tipdir. Hər ikisinin naturu aydın və müəyyəndir. Nöqteyi-

nəzərlərində ziddiyyət yox. Heç birinin ağıl ilə qəlbi, hiss ilə dü-

şüncəsi, idrak ilə arzusu arasında ayrılıq görünmür. Hər ikisi və-

zifəsinin qəhrəmanıdır, hər ikisi bəşəri və milli qayə daşıyır. Xa-

vər Rənaya nisbətən daha səmimi, daha idealistdir. Büllur ruhu 

həyatın çirkabları ilə bulanmamış, dağ çeşmələri qədər saf və şəf-

faf bir qəlbə malikdir. “Həp cinayət qadın cinayətidir” – deyən 

Cavidi qadınlıq düşməni kimi tələqqi edənlər bu qadın tiplərini, 

hələ Xavəri gördükdən sonra yenədəmi fikirlərində israr edəcəklər? 

Məni bir şey maraqlandırır, əcəba, Cavidin “İblis” əsərindən 

başqa  əsərləri yoxmudur? “Afət”, “Maral”, “Şeyda” və 

“Uçurum”u həp mövzuları həyatdan götürülmüş əsərlər deyilmi? 

O halda neçün bunların haqqında bu qədər gurultu və patırtı 

olmur? Bunun başlıca səbəbini nədə aramalıyız? “İblis”  əsərinin 

daha həyati, daha canlı və sənətkaranə yazılmış olmasında və bir 

çox həqiqətləri bizə gizli-gizli duyura bilməsində deyilmi? 

“Əsərdə şairin qayəsi və tiplər aydın deyildir”, - deyirlər. 

Cavidcə həyat yaşamaq və yaşatmaqdan ibarətdir. İblis əsərin 

ilk və son pərdəsinin nəhayətində xalq içində  məruf olan əsatiri 

iblis olaraq göstərilirsə  də, Cavidcə  İblis kəndi nəfsinə  məğlub 

olan və yalnız kəndini yaşatmaq üçün bəşəriyyəti və onun bir 

ailəsi olan millətləri zəhərləyən, hürriyyətinə, yaşamasına  əngəl 

olan xain, xudbin adamcıqlar və millətlərdir. Elxanlar bu kimi 

iblisləri: xaxamları, papasları, şeyxləri və İbn Yəminləri, hətta ya-

şamaq və yaşatmağa ləyaqət kəsb etməmiş  xəstə çocuq və qa-

dınları ortadan qaldıra bilsə  də, insanlardakı  nəfsi-şumu heç bir 

zaman qoparıb atmağa qadir olmayacaq. Fəna mühitdə yaşamış, 

fəna qüvvələri kəndində məhv etməmiş insanlar yaşadıqca insan-

lar rifah və səadətə çıxmaz. Səadət istənilirsə, hər kəs Elxan olma-

lıdır. Cavid də Jan Jak Russo

6

 kimi demək istəyir ki, “kainatda 



hər şey gözəl yaranmış, hər şeyi fənalaşdıran insanlar və onların 

kirli əlləridir”. 

Tiplərə gəlincə, doğrudur, İblisin sözlərində bir çox təzad var. 

İblis mürəkkəb bir tipdir. İştə İblisi çanlandıran, ona qüvvət, rəng 

və ziya verən sözlərindəki təzaddır.  


Úàâèäè õàòûðëàðêÿí 

138 


 

Hənəfi Zeynallı 

 “Øåéõ Ñÿíàí” ùàããûíäà  

ìöëàùèçÿëÿðèì 

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin