“PEYĞƏMBƏR”İN İCTİMAİ
VƏ ƏXLAQİ CƏHƏTLƏRİ
Söylədiyimiz üzrə pyesin ən qüvvətli və başlıca tipləri Şəmsa
və Peyğəmbər özüdür. Onların ətrafındakılar isə Cavidi o qədər
düşündürməmiş. Olsun ki, bir çoxları bi xüsusda Cavidə nöqsan
dutacaqlar; bizcə o qədər ötəsinə varmaq tənqid nöqteyi-nəzə-
rindən doğru olmasa gərək. Ona görə də biz əsas etibarilə məzkur
iki tipin təhlilinə çalışaraq digərlərindən vaz keçdik. Bu təhlildə
daha mühüm bir nöqtə var. O da pyesin ictimai əhəmiyyətidir.
İctimai cəhətdən Peyğəmbərin mənası az deyildir. Bir dəfə
qayədən bəhs edərkən bizim anladığımıza görə, Cavid, sarsılmaz
bir tip yaratmağa çalışmış dedik. Böylə bir ruhun, Şəmsa təhlililə
məşğul olurkən görüldüyü inkar edilməz zənindəyəm. Ondan
maəda Cavid “Peyğəmbər” pyesi yaratmasilə hazırkı əsrin həqiqi
bir oğlu olduğunu isbat etdi. O, hər kəsin düşüncəsində əlçatmaz
bir dərəcədə yüksəklərə çıxarılmış bir dühanın adi bir insan, fəqət
düşünüldüyünə inanan, idealına qoşan bir insan olduğunu gös-
tərmiş oldu.
Úàâèäè õàòûðëàðêÿí
101
Vaxtilə “Kərbəla” nam faciənin sabiq Tağıyev, imdiki Bün-
yadzadə namına teatroda mövqeyi-tamaşaya qonulacağını eşidən
hər kəs təlaş etməyə başlamışdı. Qara cəmaət namını daşıyan, o
zamankı qırmızısaqqal güruhi-layəfləhuni təlaş edir; üləma kis-
vəsinə girmiş ağ sarıqlı ehtikarçılar təlaş edir. Rus şapqalı, Avro-
pa qiyafəli, orta əsr qafalı ziyalılarımız təlaş edir; inqilabçı ruhlu,
dindən bezmiş, öz qəlbində tanrıyı da, Peyğəmbəri də, Həsən-
Hüseynləri də çeynəmiş münəvvərlərimiz təlaş edirdi. Bunların
hər biri bir cəhətdən məsələyəı yaxlaşdığı məlum idi. O zaman
aburlu, həyalı bir surətdə ədəblə oturmuş həzəratın qarşısında
“İmam Hüseynin səhnəyə çıxmasına” razı olmayanlar, küçələrdə
min cür ləhvü-ləəblə dolu “şəbihlər” göstərilməsibə razı olurdu-
lar. Arxadaşlar xatırlayırlar. Bunun için bıçaqlar, xəncərlər bilöv-
lənmiş, tapançalar yağlanmış bir halda müəllifə hücumlar göz-
lənilirdi.
Məlum ki, bu dəfə Cavidə böylə bir hücum olmazdı. Çünki
Cavidin pyesindən üç il əvvəl Azərbaycana yerləşmiş fəhlə-kəndli
hakimiyyəti böylə boyunduruqları çoxdan qırmış və xəlqi Kərbə-
layə “baş bağlamaqdan” qurtarmışdı. Bu ümumi bir vəziyyət
içərisində yenə də din və allah ilə bərabər Peyğəmbərə “itaət” ara-
dan götürülməmişdi. Bunun üçün Cavidin pyesi əlbəttə ki, lazım
idi. Peyğəmbəri təsəvvür edilən mənziləsindən düşürüb adi bir
insan şəklinə salmaq gərək idi. Bir dəfə göstərilməliydi ki: “Pey-
ğəmbər” dediyimiz adam, başqa palçıqdan yoğrulmamış, o da bi-
zim kibi adi bir fərd olmuş, bəlkə əsrinin, zamanın ən sadiq, ən
bariz kibi adi bir fərd olmuşdur və bunlardan əlavə onun nə kibi
bir şəxs olmasını bilmək istədikdə özündən, dost-aşnasından, tə-
rəfdarlarından sormaq əbəsdir. Çünki bunlar, onun ancaq yaxşı
cəhətlərini göstərəcək, onu tanımaq istəyən, onun əsrindəki yağı-
lardan əhval bilməlidir. O zaman tarixi-Təbərinin göstərdiyi kibi
Məhəmmədim bir şəhvətpərəst erkək, “bəyəndiyi qadınlarla zöv-
qə, cünbüşə” dalan, “həftədə bir taza qadın alan” birisi olduğu,
onun altunu təhqir edəcəyi bir zamanda “yaşı keçmiş dul
Xədicə”nin parasilə ətrafına bir çox biətçilər toplaya bilən bir
Úàâèäè õàòûðëàðêÿí
102
siyasətçi olduğu; hər kəsi köhnə bütlərdən küsdürmək, anlamaz,
sarsaq kahinlərdən iyrəndirmək istədiyi halda yerinə yenilərini
hazırlayan olduğu, “gözəl Aişənin” işlədiyi bir xəta dolayasilə
“həp qadın aləmi”ni yasa batıran, bütün cahan qadınlarını ona
fəda etmək istəyən olduğu tamamilə anlaşılır və Peyğəmbərin
yeni götürmüş olduğu din əskisindən çox az fərqli olduğu görülür.
Bədəvi ərəblərin bir pınayır yanında bir ticarət mərkəzi sayılan
Məkkəyi “ümum” dünyaya hökmüran etmək və əski isimlər ye-
rinə başqa isimlər qollanaraq hər bir şeyi əvvəlki halında saxlamış
olduğu aydın olur. Netəkim Baş Rəisin ağzilə Peyğəmbərə uyacaq
kor millətləri nasıl cəlb ediləcəyi də göstərilir:
“Qonacaqdır qara daş bütün yerinə
Büt də bir daş, o da, adlar başqa...
Dünkü bütxanə bu gün beyti-xuda.
Ərəbin var-yoxu dün nəyisə bu gün
Olacaqdır daha yüz qat üstün.
Bir Hicaz əhli deyil, hər millət,
Tökəcək Kəbəyə altun, sərvət,
Buraxıb yurdunu həp ac, çılpaq,
Sizə kor, duyğusuz ellər qoşacaq...
Şimdi kərtənkələ yerkən bir ərəb,
Sürəcək ömrünü püreyşü tərəb,
Yurdumuz başqa səadət bulacaq,
Səbəb ancaq şu böyük din olacaq...”
İştə Cavidin adi kişilər dərəcəsinə endirdiyi Peyğəmbər bun-
dan başqa bir şey deyil, fəqət onun yucalıqlara çıxmasındakı siir
ancaq mühitini tanımaq, qorxmazlıq və sarsılmazlıqdadır. Cavid
bunu da açıq göstərmiş və bunlarla da bir şey demək istəmiş: gər
bir padşah müstəbid, hər hakim zülmkar olduğu kibi, hər bir dahi
də adi bir fərd ola bilər. “İctimai vəziyyət avand və uyğun dü-
şərsə, hər bir bu günkü çoban yarın bütün bir ölkəyə deyil, böyük
bir qitəyə rəhbər ola bilər. Yalnız mətanət, səbat və məqsədinə
Úàâèäè õàòûðëàðêÿí
103
düzgünlük və əyilməz bir xətt istər. Heç bir dahi, özü özlüyündən
dahi olmamış və bəlkə onun bir çox yardımçısı, tarix boyu onu
hazırlayan amilləri olmuşdur. Zatən tarixin göstərdiyi heç bir
filosof, heç bir siyasiyun, heç bir din rəhbəri yoxdur ki, özündən
əvvəlkilərin qurduğu pillələrdən keçməsin, onların keçdiyi mərhə-
lələri aşmasın və onlardan xəbər almadıqda, onların müvəffəqiy-
yət və nisyanlarını nəzərə almayaraq, mühitini tanımayaraq, onun
qüvvətlərini ölçməyərək dahilik iddiasına düşənlərin əlindən heç
bir şey gəlməyəcəyi açıqdır. Ona görə də bu vaxta qədər gəlib
getmiş “dahiləri” heç də fövqəlbəşər saymamalı, çünki onlarda da
ümidsizlik, ruh düşkünlüyü olur. Fəqət onların ruh düşkünlüyü
adi insanlar kimi qüvvəti-qəlbi qırmayır. Mədd-cəzr misalı bir
ümidsizlik arxasınca gələcəyə ümid doğur. O zaman:
Qorxma söylə? Şəfəq sökər
Bir gün gəlir, qaranlıq sıyrılır
Hər kəs qarşısında diz çökər
Xain silahları qırılır.
kibi və yaxud:
İmidsizlik sana heç yaraşmayır
İnan imiddir qayələr qayəsi
Acıdır imidsizliyin meyvəsi
İmidsiz bir insan, imidsiz bir millət
Səfil və bədbəxt olur nəhayət.
Fikirləri onları yenidən ruhlandırır və əzm-səbatını toplayaraq
axan selin, yüyürən kütlənin cərəyanına qarşı getməyə sövq edir.
Bununla bu adamlar tarixdə böyük ad və san sahibi olur. Cavid
əsmin başlanmasını qeyd etmədən də keçməyir:
Düşün nə əhd etdin Həra
10
dağında
Deməklə şair iki nöqtəyə birdən daş atır. Onlardan birisi:
Xədicənin iştirakilə bərabər altı adam arasında Məhəmməd bir
əhd etdi ki, bəni-həşim və bəni-üməyyə mübarizəsinin nəticəsində
Ərəbistanı öz əlinə toplasın. İkincisi: heç bir dahi birdən-birə
Úàâèäè õàòûðëàðêÿí
104
parlayamaz, onun üçün yuxarıda söylədiyimiz nöqtələri əvvəldən
sezmək, düşünmək və sonra da əhdini hər zaman gözü önündə
dutmalıdır. Böylə taleləri oynatdıqdan sonra, Cavid fərdin tarixdə
oynayacağı rol məsələsinə yaxlaşaraq böylə bir nəticəyə gəlir:
Ey böyük yalavac, inan ki, sussan
Bəs bəlli tarix görür böyük ziyan.
Yəni özünü tanrı elçisi sayan Peyğəmbər bütün tarixi simalara
müxtəs olan iradəsi ilə qarşısındakı əngəlləri qırmaq, atmaq və
məqsədinə irmək istəyir: Əcəba, Peyğəmbərin susmasilə tarix
ziyan görəcəkmi idi? Bəlkə də yox!
Plexanovun riyazi bir şəklə qoymuş olduğu fikrə baxalım:
“A” hadisatın vücuda gəlməsi üçün müəyyən bir zaman içəri-
sində, dutalım məlum bir fərdin “B” taqəti də lazımdı. Bu olduqda
bütün tarixi hadisələr məcmuəsi “S” əldə edilmiş olacaqdı. Yox,
məzkur fərd dəqiqəsi gəlmiş ikən öz iqtidarını göstərmiş olmazsa
o zaman “S” məcmuəsində bir “B” nöqsan olacaq, onun için də
olsun ki, lazım olan səbəblərin hamısı mövcud olmamasilə tələb
edilən hadisə meydana gəlməmiş olacaq. Ona görədir ki, bəzən
bir fərd ən böyük ictimai bir qüvvət ola bilir”. Lakin burada bir
şəxsin əhəmiyyəti o qədər böyük görünməməlidir.
Çünki tarixi simaları meydana gətirən qeyd etdiyimiz bütün
ümumi ictimai səbəblərdir. Onlar olmasa, onlar axıb bir məcraya
gəlməsə mlum ki, cəmiyyət içində heç bir dəyişiklik olmaz. Hetə-
kim Böyük Oktyabr inqilabının başında duran şəxsiyyətlər min
doqquz yüz on yeddinci ildə olan kibi min doqquz yüz beşinci
ildə də var idilər, fəqət ictimai hazırlıq o zaman meydanda olma-
dığı üçün bu gün bütün proletar rəhbərləri sayılan fərdlər o zaman
böylə bir inqilab yapmaqdan aciz idilər.
Zatən tarixdəki bütün inqilablar böylə olmuşdur. Şəxsiyyətin
əhəmiyyəti olduğu kimi ictimai cərəyanların da bir məcraya
tökülməsi də şərtdir. Bu cərəyanlar müxtəlif cəhətcə axmış olsa, o
zaman məzkur şəxsiyyət heç bir böyük qüvvə göstərməyəcək və
zəif düşəcəkdir. Yuxarıda göstərdiyimiz nöqtələrdən Cavid boş
keçməyir. Bir tərəfdən ictimai qüvvələrin bir yerə toplanması
Úàâèäè õàòûðëàðêÿí
105
üçün bütün müxalif qüvvələrin, müxalif axıntıların darmadağın
edilməsi keyfiyyətini göstərməkdən qaçmayır. Və eyni zamanda
bir məqsədə irmək üçün daima ox kibi doğru uçub dağa-daşa
çarpmaqda bəzən lüzumsuz olduğu nəzərdə dutulmalıdır. Müm-
künat nə ola bilərdi:
Məkkə kibi müxalif cərəyanlara qarşı zəif düşdükdə ya o
mühitin içindəki qüvvələri ayrı-ayrı olaraq qırmaq. Bunun üçün
də Peyğəmbərin əlində sarsılmaz məntiqdən başqa bir çarə yox-
dur. Ya tamamilə məyus olub hələ vaxt yetişməmiş deməklə məz-
kur qüvvələrə qarşı boyun əymək və yaxud qarşısında bulunan
əngəlləri qırıb atmağa çalışmaq gərəkdi.
İştə hər bir “tarix yaratmaq istəyən” simaların trajedisi də bu
nöqtədədir və C a v i d i n:
...Qopuyor ta içimdə bir tufan
Beynim atəş saçıb durur hər an;
Yanıyor bənliyim, düşüncələrim,
Çarə bul, yoxsa məhv olub gedirəm.
Sözlərilə sənətkaranə təsvir etdiyi bir hal Peyğəmbəri qurmuş
olduğu plan ilə mühitin uyğunsuzluğundan vücudə gələn bir
xələcan nidasıdır. Bir tərəfdən.
...Bən iştə bir aciz
Yolçuyam, kimsəsiz, təsəllisiz,
Çevrəm issız mağaralar, yalçın
Qayalar, sarp enişlər...
Deməkdə öhdəsinə aldığı vəzifədə tamamilə yalqız, digər tə-
rəfdən mühitin sapqın, azğın, ənənədar, laübalı olmasilə bərabər
yolun yeniliyinə qarşı büsbütün inadlı və ipəyatmaz olması
meydana çıxır.
Burada bir tərəfdən Mələk sifətində göstərilmiş əqli
- Əzm və səbat...
Úàâèäè õàòûðëàðêÿí
106
Deyə dönməməzliyi tələb edir. Fəqət bununla bütün məsələlər
bitmiş olmayır. Mühiti hazırlamaq, onun (mühitin) yaşayışındakı
nöqsanları ona göstərməklə ayrı-ayrı fərdlərin özünə tərəfdar ol-
masa da mövcud haldan iyrənci bir vəziyyətə soxmalıdır, ona
görə də Topal ilə İxtiyar bütçinin qızğın bir qavğa yapdığı sırada
Peyğəmbər həm ağulu, həm də təbliğ və təşviqedici bir dil ilə
deyir:
...Yalançı kahinlər sizi məhv edər,
Əcdadınız doğru yoldan sapmışlar,
Daşdan, taxtadan büt yapıb tapmışlar...
O mənasız yolu həp unutmalı
Unutmalı, həqq yolunu dutmalı.
Vaxt gəlmişkən bir nöqtəni də unutmayalım ki, Peyğəmbərin
fəsahət və bəlağətlə danışması bütün ona inanarlar tərəfindən qə-
bul edilmişdi. Hətta Xəttab oğlundan qorxan bacısı Səidi tələsdirir
və Peyğəmbərə xəbər verməklə onu ölümdən qurtarmaq istədikdə
Səid mətin bir iman ilə:
Şaşırma, ey Xəttab qızı!
Qardaşın gərçi qəhrəman
Peyğəmbər o imansızı
Bir sözlə susdurur inan.
deyir. Zatən bütün mühitin təşviq və təbliğə hazırlamaq istəyən
hər bir zatda sarsılmaz bir məntiq olmazsa, öz mühitinə təsir
edəməz. Cavid dəxi bu nöqteyi də sezmiş və başqalarının dililə də
olsa Peyğəmbərin bu cəhətini gözə çapdırmaq istəmiş. Bir çox
yerdə qeyd etdiyimiz kibi burada da Cavidin zəif bir nöqtəsinə
işarə elədim. Cavidin əsərlərində ümumi bir nöqsan, qüvvətli bir
fikrin felən deyil söz ilə göstərilməsindədir. Uzun-uzun söyləmə-
lərdən isə qısa bir fəaliyyət əsəri qat-qat yüksəldə biləcəyi halda
Hamlet tipində olan Cavid özü əsərlərini “fəlsəfəçiliyə” soxur.
Burasında böylə çalışırkın Şəmsa və Rəisə ilə yürüdülən məntiq
Úàâèäè õàòûðëàðêÿí
107
də, onu tamamilə zəif buraxmaq da Cavidin nöqsanı sayılmalıdır.
Buna görə də məqaləmizin “Hüseyn Cavid və “Peyğəmbər”i
qismində böyük simaları yaradırkən, Cavid onları qarşısına çağı-
rıb adam əqilli tədqiq və təhlil etməz demişdik. Bununla biz
Cavidi istedadsız göstərmək istəməyirik,bəlkə onun tələsməsini
vəqələrlə qeyd edirik.
Məlum ki, Peyğəmbər əskiyi bəyənməyib keçmişləri təhqir-
edici və hazırkıları əzici bir fəsahət və məntiq yürütməkdə özünə
zəminə hazırladı. Onu eşidənlərdə də ənənəyə qarşı bir şübhə
oyandırdı. Köhnə yolları buraxmağa və doğru yol dutmağa
çalışdı.
Bu doğru yol hankısıdır? – deyə sormağa hazırlaşan dinləyi-
cilərə Peyğəmbərin idealizm ilə suvarılmış icadı, aldadıcı şirin və
müşfiq bir dili:
Bütün məbudların fövqündə parlar
Yalnız gözə görünməz bir tanrı var.
Özü də necə?
Peyğəmbərin dimağından doğmuş, onun duyğularilə bəzən-
miş, onun fəlsəfəsindən ayrılmış:
Əfv edər; onun lütfi çox
Peşiman olan qullara...
Onun şəfəqlərdən qoparılmış bir tanrısı var.
Peyğəmbər ənənənin qırılması üçün kahinlərin nüfuzunu
qıracağı kibi Kəbənin də hörmətini əskildəcək:
...Şu öydüyün məbəd
Bir panayır qaynağıdır;
Deməklə sarsıdıcı, fəqət hər kəsin gözünə soxulan həqiqətləri
göstərəcək və ona qızmışlar ilə birdən-birə qavğaya atılmayacaq.
Hər dəqiqədən istifadə etdiyi kibi cəmiyyətin hər bir vəziyyətin-
Úàâèäè õàòûðëàðêÿí
108
dən də istifadə etməyə çalışacaq; o zamankı cəmiyyətin əxlaqi
səciyyələrinin son dərəcə düşkün olduğunu göstərəcək, cəmiyyə-
tin içində olan əzilən və istismar edilən sınıflardan da istifadə
edəcək. Əvvəlcə cəmiyyətin tərəfindən təhqir edilən qadınlıq,
sonra qullar (kölələr) və daha sonra yoxsul ərəblər, bunlar həp
peyğəmbərin imidgahıdır. Bunları qabartmaq ilə o işini görə
biləcəkdir.
Canavar kibi öz qızının ölümünə susamış ərəbin beş-altı yaşı-
na varmış qızını məzarlıqda gömürkən:
Sən də bacın kibi gəbər!
Qızlar məhkumdur heçliyə
...Artıq yox fəzlə ətməyim.
Deməsinin zatən vaxtı keçmişdir.
Çünki Kəbə özü
Yoxsul ərəbçin məbəd
Bir ticarət ocağı... olmuşdu.
Və bunun nəticəsində daha əvvəlki işrət həyatı qalmamış, bəl-
kə qulları istismar etməklə varlanmış “köləlik cəmiyyəti” o qədər
irəliləmişdi ki, inqrazə yüz qoymaq zamanı gəlmişdi. Kübarlar və
rəislər təbəqəsi artıq “cəhl və inaddan” başqa bir şey bilməyir-
dilər. Sərxoşluq, zövq və səfadən nəşələnmək onların bütün hə-
yatını qaplamışdı. Odur ki, böylə eyş və işrət ilə keçinənlərə baxıb
həsrət çəkən ərəbləri bir az da qızdırmaq və əvvəlcədən təbliğ
etdiyi üsulu yenə də sınamaq üçün Peyğəmbər:
“Yetişir zövqü səfa, çəngü rübab
Bu qədər uydunuz İblisə, yetər
Yetişir içdiyiniz qanlı şərab
Ayılın bir baxın aləmdə nə var?
Sizi həp məhv edəcək şürbü qumar,
Sonu heçdir, uçurumdur bu yolun”.
Úàâèäè õàòûðëàðêÿí
109
Deyir və bununla balalarını acından gömən ərəblərə və səfalət
içərisində boğulan rəisləri təxti-rəvan üzərində daşıyan kölələrə
apaçıq bir psixoloji təsir yapmaq istəyir:
Bilməm atıb heyvanları,
Omuzlarda gəzmək neçin?
Şu zavallı insanları
Yük altında əzmək neçin?
Halbuki zənginlə yoxsul
Bir torpaqdan yaradılmış,
Bir sultanla bir qara qul
Eyni çamurdan yapılmış.
deyir.
Burada Peyğəmbər tamamilə öz gücünə etimad etməyir. O,
bütün-bütünə özünə mühit hazırlamağa sarılmış. İşbu nöqtədə
Peyğəmbərin yürütdüyü siyasət həp mahiyyətlə marksistlərin
“afəti-təbiyyəni insan ağlı intizama salar”, yəni tarixin mülahizə-
siz, düşüncəsiz hadisələr yığını nəticəsində meydana gələn cərə-
yanına gərəkli bir şəkil, yol vermək olar, fikri doğrudan da özü-
özlüyündə isbat edilir. Peyğəmbər əvvəlcə:
Həqqi təbliğ için sənin ancaq
Rəhbərin sənəti-kəlam olacaq
təbliğat yapan:
Bəhs edər busədən, məhəbbətdən
İncilər sərpər elmü hikmətdən
olmuşdu. Fəqət bunun ardınca bir doğru və hər bir əsrə müvafiq
olan fikri vardı ki, Hüseyn Cavid də həyatın fəlsəfəsini bunda
görür və Peyğəmbərin ağzına da
Şu qılınc! Bir də şu mənalı kitab
sözlərini verir.
Úàâèäè õàòûðëàðêÿí
110
Zəif olduqca Peyğəmbər qayət sərt və cəngavər olan Əbutalib
oğluna müharibədən çəkinməyi öylə təlqin etmiş ki, Xəttab oğlu-
nun Peyğəmbəri öldürəcəyini eşidərkən:
...Qan tökməyi
Böyük tanrı mən ediyor
Deməyə məcbur edir. Və hətta sonradan özü də öylə qızır ki,
sinirli bir surətdə:
“Ah Peyğəmbərin şu helmi
Həp düşmanları güldürür”.
deyir. Lakin bu helm ilə təbliğ üsulu yalnız müəyyən bir
zamana qədər davam edir. Xəttab oğlunun yeni dini qəbul etməsi
və Xəttab qızilə Səid kibi bir çoxlarını artıq hazır olması bir
məqamədək lazım idi. Bu zamanə qədər ayələr söyləmək həp
bədihəpərdazlıq, hikmətşünaslıq ilə tərəfdarlar qazanmaq istəyən
Peyğəmbər bu dəfə, yeni bir üsula keçmək, əski cəmiyyəti yıx-
maq, təərrüzə başlamaya hazırlaşır. Buna görə də iki yol qarşısın-
da bulunur. Biri məzkur mühitin içində bulunub təbliğdən təşviqə
keçmək və birdən-birə xəlqin bir təbəqəsini – yoxsul sınıfını – bu
əyyaşlar; “tülkü”lər və rəqqasə düşkünləri üzərinə hücum etdir-
mək və yaxud bunların arasından çəkilib xaricdən bir az da
qüvvətli və ağır zərbələrlə bu cəmiyyəti büsbütün məhv etmək idi.
Məlum ki, bunların birincisi doğru olmazdı. Çünki bəlkə
üsullar həm daim əvvəldə olduğu kibi avand (müvəffəqiyyətli)
olmayacaqdı, bəlkə də Peyğəmbərin tərəfdarları içinə bir taqım
ünsürlər soxulmaq ilə onun bütün planlarını bərbad edəcək idi.
Bəlkə də açıq “vətəndaş” döyüşü və müharibəsi meydana gələcəyi
nəticəsində əbdilik zəif düşmüş olacaqdı. Ona görə də ən doğru
bir yol: buradan köçmək və Mədinə kibi daha zəngin bir mühitə
atılmaqdı, sonra mədinəlilər ilə məkəllilər arasındakı yağılıqdan
istifadə edərək bu cəmiyyəti büsbütün ələ keçirmək məsələsi
Úàâèäè õàòûðëàðêÿí
111
meydana çıxardı. Burada Peyğəmbərə bir şey dəxi yardım edə-
cəkdi ki, anası Mədinədən olduğu için orada çox-çox əqrabası var
idi. Ona görə Peyğəmbər oraya atılır və yenidən Məkkəyi yədi-
təsərrüfünə salmaqa müvəffəq olur.
Bu qədər yürütdüyümüz mülahizədə biz tarixin gedişini təhlil
etmək deyil, bəlkə Cavidin böylə tarixi və ictimai incəliklərdən
bacarıqlı bir qələmlə pyesində kompozision yaratmasıdır.
O böylə əsaslı cəhətləri unutmayaraq bir quş baxışıyla əsrə
göz gəzdirə və qaba taslaq bir rəsm yapan sənətkar kibi fırçasilə
iri-iri ləkələr və cizgilər ataraq, böyük bir ictimai müəmmayı
təsvir etmiş olur. O, qarışqa addımı ilə yürüyüb incədən-incəyə
xətlər cızanlardan deyildir.
Qısa deyilsə Cavidin bəzi ictimai görüşləri qəbul ediləcək
dərəcədə ola bilir. Təsvir etdiyi ictimai axıntılarda ictimai bir
hazırlıq olmadıqda bir quru fərdin və yaxud yüz, iki yüz adamın
nə əhəmiyyəti olacağını bir az da hiss edir, fəqət dərindən ayırd
etməyir. Burada Cavidin tarix fəlsəfəsinə diqqət etməməsi
meydana çıxır. Onu qeyd edəlim ki, müəyyən tarixi bir vəqəyi hər
ədib öz məsləkinə müvafiq bir nöqtədən görmək istər. Cavid dəxi
öz əsrinin, öz mühitinin gizlin bir surətdə tələb etdiyi cəhəti mey-
dana qoyur. O, gözlüklə Peyğəmbərə baxır. Onu bir adi bəşər ha-
lına endirir. Fəqət burada Cavid yenə də tərbiyəsi xaricinə, ata-ba-
basının ona buraxmış irsi mülahizələri ilə düşünüşü bir dürlü bu-
raxmayır. Bu nöqtəyi şair özü “Bahar şəbnəmləri”ndə daha gözəl
təqdir edir:
Hər kim əvvəldən inanmış hər nəyə,
Bir də ram olmaz o dugər bir şeyə.
Haqq təcəssüm etsə birdən həpsinə,
Tutduğundan kimsə vaz keçməz yenə.
Çünki pək gücdür unutmaq keçmişi
Həm düşünmək istəməz bir çox kişi.
Úàâèäè õàòûðëàðêÿí
112
Daha sonra fikrini bir az da aydınlatır və guya Leninin fikrini
nəzmə çəkibmiş kibi:
Hökm edər “mazi” bütün vicdanlara,
“Əskilik” eylər nüfuz izanlara
Əski adətlər birər zəncir olub,
Dəmbədəm etməkdə təsxiri-qülub.
Sorsalar: dünyada kimdir hökmdar?
Bən derim: ölmüşlər, ölmüş duyğular.
Burada görüldüyü kibi Cavid dəxi ata-babasının görüşilə
yaşayır. Realist olmağa çalışsa da olmayır. Digər tərəfdən Cavid
özü xəyalpərvər olduğu üçün Peyğəmbəri də bir parça romantik
və xəyalpərvər görmək istəyir.
Bununla bərabər tarixin vəqələri qarşısında çabalamağa məc-
bur olur. Cavid öz qəhrəmanını tamamilə ictimai axınlardan ayır-
mağa çalışır; onu bir əsr dahisi görmək istəyir. Peyğəmbərin ətra-
fındakıları, Peyğəmbərin kimlər ilə hərəkət etdiyi, o mühitin nə
yolla hazırlandığını ictimai baxışdan görməyir. Onların hamısı bir
pərdeyi-nisyan içində solub qalır.
Kitlənin qızması, kitlənin qımıldanması, kitlənin coşub yürü-
məsi və qarşısına çıxan hər bir əngəli basıb keçməsi Cavid üçün
bilirsiz qalır. Müəllif ancaq və yenə də ancaq Peyğəmbərin siması
ilıə məşğul olmuşdur. Peyğəmbərin heykəli Cavidin gözündə o
qədər böyümüş ki, onun arxasında yürüyən ictimai seli görməyir;
onu da qeyd edəlim ki, Peyğəmbər tip deyil, öylə də bir İsgəndəri-
Kəbir və yaxud bir Çingiz tip olmamışlardır, bəlkə onlar müəyyən
bir dövrün indifai bir qüvvəsi olmuşlar. Məzkur dövr içində hər
kəs özünü onlara oxşatmaq istər, lakin o, ola bilməz. Kitlənin
ayrı-ayrı fərdi öylə müstəsna simaya qarşı son dərəcə zəif qaldığı
üçün bunlara da dahi adını vermişdilər.
Bu dühalar Cavidcə
...Hər biri bir qəhrəman,
Úàâèäè õàòûðëàðêÿí
113
Həp çalışmış durmadan, sarsılmadan,
Bir dügün... onlarca hər bir təhlükə,
Həpsi olmuşlar fəda bir məsləkə.
İştə bu məslək fədası nəticəsidir ki, bu adamlar hər bir əziy-
yətə, azara dözür, ölənə qədər mübarizədən çəkilmək istəməyir.
Bu da səbəbsiz deyil, çünki:
Həpsinin qəlbində bir sevdası var,
Həpsi Məcnun... Həpsinin Leylası var.
Həpsinin ruhində bir cənnət gülər,
Həpsi şəfəq bəslər, ülviyyət dilər.
Ağlamışlar həpsi insaniyyətə,
Xadim olmuşlar bütün bir niyyətə.
İştə bu nöqtələri araşdıran Cavid şəxsiyyətlər üzərində daha
çox durur; bəzən fəlsəfi müəmmaların həllinə atılır, lakin onları
ətrafı ilə möhkəm iplər vasitəsilə bağlamayır.
Cavid kitlədən qaçır, onun içərisinə girib dərdlərini araşdır-
mayır, onların hisslərilə yaşamayır, ona görə də uzaqlığı hər
şeydən artıq sevir. Çünki
...Uzaqda səadət var, eşqə hörmət var
Yaxın zəhərlidir, əmma uzaqda cənnət var
Uzaqda var əbədiyyət ki, başqa nemətdir.
Həmin bu uzaqlığı sevən Cavid romantikdir. O,həyatın
zəhərli neştərini görmək, onu duymaq istəməyir, o müvəqqət də
olsa aldanmaq istəyir və aldandığını da anlayır.
Cavid nə istəyir? Bütün həyatı bir gözəllik bürüsün; şəfəqlərlə
çiçəklər açsın, həp insanlar mələyə dönmüş olsa da yenə ən
müstəsna bir gözəl qıza bütün kainat əyilmiş olsun.
Çünki mələk də, gözəl də, gözəllik də “ulu dahilərin nədimə-
sidir”, ona görədir ki, Şəmsanın ağzına:
Úàâèäè õàòûðëàðêÿí
114
Bən istərəm, həp nə var uzaq və yaxın
Böyük dahilərin, qəhrəmanların
Bütün ruhi bir çöhrədə parlasın
O da bənim pərəstişkarım olsun.
Sözlərini verir. Bu surətlə Cavid nə yaratmaq istəsə yalnız
incəlik və gözəllik xatirəsinə, yalnız bir gözəlin “süzgün” baxış-
larına, “canlar alan” gülüşünə xidmət etmək xatirəsinə yaradır.
Gözəllik və sevgi Cavidin bütün varlığını qaplamışdır.
Hətta:
Bənim tanrım gözəllikdir, sevgidir
Deməsi Cavid için ən səciyyəvi bir cəhətdir. Filhəqiqə Cavi-
din bundan yüksək bir tanrısı yoxdur, demiş olsaq yanılmayız
zənindəyiz.
Cavid - əsərində heç bir əxlaq dərsi vermək istəməyir, bəlkə
bir az da Oskar Uayld kibi hüsn peyvərisi olaraq qalmaq istəyir.
Əsərlərini təlqin fikrilə də yazmamış. Bu nöqtədə Cavid sənəti
sənət için sevənlərdən olmamış nə olur?
Lakin Cavid əxlaq məsələlərilə məşğul olmaya bilər. Onun
qəhrəmanı Peyğəmbər isə ən birinci addımını əxlaq təshihindən
başlamış, ətrafındakıların “İblisə uyaraq fəna yollara sapdıqlarını”
görüncə onları doğru yola çağırmaq istəmiş və yalnız Sokrat
misal xocalıq ilə bir ömür keçirmək istəməmiş. Kitlə içərisinə gir-
miş, çarpışmış, əzilmiş, döyülmüş, fəqət məsləkindən dönməmiş.
Peyğəmbər yeni din gətirmək istəmiş. Əski ənənələrə tabe olmaq-
la “gözə görünməz tanrıdan” yüz döndərməkdə hər kəsi ittiham
etmiş, hər kəsə azğın, sapqın deməklə ətrafına bir vəlvələ salmış.
Deməli meydanə kitlə həyatı, kitlə rəhbərliyi, ictimai mübarizə
gəlmiş din boyası ilə qarışmış yeni, bir qədər də həyati bir fəlsəfə
məsələsi ortaya fırlanmışdır. Cavid dəxi bütün bu “etilalara” çıxıb
əvvəlcə məsələni özü üçün həll etməliydi. Görülür ki, bunların
heç birisini yapmamış. Bəlkə də özü anlatdığı kibi bir təsadüf
Úàâèäè õàòûðëàðêÿí
115
dolayısilə bir ilham ucu görmüş, haman qələmi almış “bir şey
yazayım” diyə bu əsəri qaralamış. Yox əsəri mükəmməl yazmaq
istəsəydi Cavid yaza bilərdi. Peyğəmbərin əxlaq üzərində yapdığı
təshihə göz yumub keçməzdi. Burasında bir ləhzə durmalıdır.
Peyğəmbər baş qaldırarkən əşirətin inqirazi üstündə qurulan
bir köləlik mədəniyyəti dövri idi. Məkkə xəlqi iki qismə ayrıl-
mışdı. Bir ucda bütün səfalətilə rəislər təbəqəsinə ayrılmışdı. Bir
ucda bütün səfalətilə rəislər təbəqəsi, digər ucda da yoxsulluq,
aclıqdan balalarını torpağa gömən canavarlar təbəqəsilə ərəblərə
əsir olanlardı. Bunlar axın və məcralar arayır, ta cəhalətdən
“səadət” dövrünə varıncaya qədər fütuhal için can atar və günün
birində yıldırımvari bir itiliklə dünya tarixinə soxulduqları kibi bir
elektrik sürətilə də çəkilə bilirlər.
Tarixçilərin göstərdiyinə baxılsa ərəblər həp zatında xülyapə-
rəst deyildilər. Onlar tamam mənasilə təbiətin balaları idilər.
Peyğəmbər də bunların arasından çıxmış müstərib də olsa belə
yenə də bir Ərəbistan səmərəsidir.
Ona görə də Cavidin təsvir etdiyi qədər də romatik olmazdı.
Digər tərəfdən onun yeni əxlaqi tamamilə əskisindən ayrılma-
lıydı, əsərdə buna bir işarə varmı? Baxalım Peyğəmbər nə deyir?
O, ən əvvəl öz əsrindən şikayət edir:
Məhv edən həqli, məhv olan həqsiz...
Həp münafiq, şərəfsiz, əxlaqsız...
Deyə qaba qüvvətin hökmfərma olduğunu göstərir. Onun
yerinə İsa məsihdən məlhəm olaraq yeni bir əxlaq sistemi təklif
edir və bunların hamısını da yığıb bir məvhum nöqtəyə bağlayır.
Əski bütləri dağıdır, onun yerinə qara daşı ibadətgaha qoyur.
Kahinləri təlin edərkən
Vətəndaşlar! Yetər sapqınlıq, yetər,
Yalançı kahinlər sizi məhv edər
Əcdadınız doğru yoldan sapmışlar
Daşdan, taxtadan büt yapıb tapmışlar...
Úàâèäè õàòûðëàðêÿí
116
deyir və eyni zamanda özünün hərəkətlərini müxtəlif cəhət nə
qədər qüvvətli bir surətdə tənqid edir:
Sizi qorxutdumu Peyğəmbər adı?
O da əlbət şu vətən övladı.
Burda heç bir yeni şey varmı? Yenə
Qonacaqdır qara daş büt yerinə
Büt də bir daş, o da adlar başqa...
Diqqət edilsə Peyğəmbərin üzərinə və onun yeni gətirmiş ol-
duğu dinə qarşı söylənilən bu sözlər tamamilə həqlidir. Çünki
Peyğəmbər nə qədər dəvətində eşqdən-məhəbbətdən başladısa
nəticədə ondan qaçdı. İnsanları sadə haqq yola dəvətlə qalmadı.
Bəlkə bir “əldə silah, bir əldə kitab” təərrüzə başladı.
Din yolu ilə ictimai əxlaqi düzəltmək istəyənlərin vəziyyəti
daima böylə olur: onlar ya Budda
1
kibi şahzadə olur, siyasi nü-
fuzu və iqtisadi qüvvəti sayəsində ətrafına böyük mürid dəstələri
toplar; ya “İsa” kibi Roma imperatorluğunun ən qatı bir siyasəti
nəticəsində dara çəkilir və yaxud Məhəmməd kibi əvvəlcə Budda
ilə məsihdən ilham alıb ətrafındakılara cənnətlər vədə vermək,
qiyamət əzabilə qorxutmaq kibi manevrələr yapsa da nəhayət
siyasi və iqtisadi qüvvə beytülmalları öz əlinə toplamaqla qarşı-
sında olan əngəllərlə mübarizə edir.
Peyğəmbərin “yeni əxlaqı” tamamilə Musa və İsanın “qoy-
muş” olduqlarını təsdiq etmək, onları tanımaq və nəhayət bəzi tə-
dilat ilə özünü göstərməkdən, bunu yapmağa onu vadar edən yenə
də ondan əvvəl mühitdə qüvvətli kök salmış olan din və əxlaqa
sadiq qalanları müstəqim duşmanlardan ayırmaq məqsədi idi.
Demək mövcud olan ictimai qüvvələr münasibətini Pey-
ğəmbər nəzərə alırdı. Bu nöqtədə Peyğəmbər ən böyük realist idi.
1
Xədicənin mal-dövlətini verib özünə müridlər hazırlamaqda Peyğəmbər də
tamamilə Buddanın rolunu oynamışdı. – H.Z.
Úàâèäè õàòûðëàðêÿí
117
Peyğəmbərin ehtiyatla davranmasına daha başqa yerdə təsa-
düf olunur: o, altun, varlılıq, şərəf iqbalının hamısını müvəqqət
sayır, onlara təərüzlə deyir:
Sən nəsin? İştə bir ovuc torpaq!
Bax, düşün, kibri at, qüruru burax!..
Var, səninçin də böylə bir gün var
(
məzarlara işarə
)
Bir gün əldən çıxar şu altunlar,
Həp susar tapdığın səmənlər əvət.
Həp sönər duyduğun şərəf, iqbal
Tanrıdan başqa hər nə varsa, xəyal...
Və onun özünə “altun, rəyasət, gözəl” verməyə hazır olduq-
larını anlatdıqda Peyğəmbər:
Yoxsulluq ən böyük sərvət
Qarşımda heçdir rəyasət,
Xayır, istəməm gözəl qız
Sevgilim tanrıdır yalnız.
deyə quru-quru iftixar və göz “qamaşdıracaq” cilvələr göstərir.
Çünki bir qul ilə bir sultanın, tanrının qarşısında fərqi yox kibi bir
fikri bir tərəfdən meydana atdığı halda, yoxsulluq ilə iftixar etdiyi
halda o zamankı cəmiyyətin iqtisadi sistemini pozmaq istəməyir.
Mülkiyyət əsasını devirməyir, “Mallarınızdan əl çəkin!” deməyir.
Rəyasət, gözəl və altundan əl çəkən bir məntiq cəsarətlə sona
qədər davam etsə mütləqa məmləkətin aradan qaldırılmasını tələb
etmək nəticəsinə gəlməlidi. Lakin Peyğəmbər Baş Rəisin
Söylyor: həp bir imiş şahü gəda...
Bu səbəbdən uyaraq həp füqəra
Həp zəiflər, kölələr, cariyələr
Onu dinlər, ona hörmət bəslər
Úàâèäè õàòûðëàðêÿí
118
Ah bir gün düşünüb yol bulacaq
Bizə qalib və müsəllət olacaq...
sözünü eşidirdi. Və gözəlcə anlayırdı ki, onun “əl vurulmaz yeni
tanrısı” mühit üçün o qədər qorxulu olmayacaqdır. Əvvəldə sər-
səmlik kibi tələqqi edilsə də axırda ona boyun əyməyə məcbur ola
bilirlər. Yalnız mülkiyyətə toxunmamaq, hər kəsi tutduğu ictimai
möğvqedə buraxmaq şərtilə öz təlqinatına davam edə biləçəkdi.
Görünür ki, Peyğəmbər yenə də mövcud ictimai quruluşu da-
ğıtmaq istəməyir.
Hətta mülkiyyət sistemini xüms və zəkat kibi vergilər ilə bir
az da möhkəmlətmək və iki çarpışmadan olan varlı-yoxsul təbə-
qələrini barışdırmaq istəyir; “əğniyalər allahın vəkili, yoxsullar da
əyalıdır” deyir. Bu nə demək? Öz vicdanilə alver yapmaq deyil-
mi; yoxsulların susması için zəkat özü onlara bir rüşvət məqa-
mında təklif edilməyirmi? Bundan görülür ki, Peyğəmbər bu kibi
ictimai məsələləri anlamamış deyildi. Bəlkə anlayaraq altun və
sərvət adamlarını da özünə yağı etməməyə çalışırdı. Deməli öz
sözündə sadiq deyildi. Peyğəmbərin təbliğ etdiyi sistemdəki böylə
təzadlara iki səbəb vardı.
Onlardan birincisi:
...Əbu Talibin geniş çadırı...
Orada: alim, həkim, ədib və zərif
Ən böyük şair, ən dərin arif... –
lərin toplanması, ikinci də altun və sərvətlərə yiyə olan Xədicənin
təsiri idi.
Böylə tellərə toxunduqca Peyğəmbərin “ən təmiz” sanıla
biləcək hesablaşdıldığını görürüz.
Peyğəmbərin miad məsələsinə diqqət edilsə, “Əddünya məz-
rəətül-axirə” fəlsəfəsi araşdırılsa nə görüləcək? Bu dünya kimlərin
isə axirət də onların olacaqdır. Bu dünyada çoxlu sədəqə verən
əvvəlcə səlamət olacaq və sonra bu dünyada əkdiyini axirətdə
Úàâèäè õàòûðëàðêÿí
119
biçəcəkdir. Yəni kim bu dünyada malından versə o dünyada onun
üçün köşklər hazırlanacaqdır. Behişt bağında istədiyi hurilərlə
yaşayacaqdır. Burada bir tərəfdən varlılara boyun əymək üçün
xəlqi hazırlamaq, o biri tərəfdən də varlıların səxavəti qarşısında
onları ümidsiz buraxmamaq mülahizəsi vardır. “Budda”nın fəl-
səfə sistemi – nirvan məsələsi, xristianlığın göylərdə yaşamaq
ruhi tamamilə bu nöqtədə birləşir və cavidani bir həyat arzusilə
daimi şadlıq təmənnasilə tanrı tanımaz ərəbdə bir xudbinlik
(eqoizm) fikri qabardır.
Peyğəmbərin təkcə axirət
1
məsələsi deyil, bəlkə bütün allah
və metafizik fəlsəfə ünsürləri tamamilə ya Buddanın fəlsəfəsindən
və yaxud Hindustanda məşhur altı fəlsəfə məktəbinin birini təşkil
edən sufi ruhlu “Vedanta”dan alınmışdır. Buddaçıların təsvirincə
nirvan – Nirvani sönmək, məhv olmaq, günahdan qurtarmaq və
feyzlərə çatmaqdır. Zatən Məhəmmədin öldükdən sonra dirilmək
məsələsində yenə də Buddanın maranı, yəni ölüm qorxusunu ona
inananlar arasından qaldırmaq fəlsəfəsi gizlənmişdir, hər kəs
ölümü özü üçün ən böyük bir səadət zənn edər və mömin şəxslər
darifənadən dari-bəqayə köçməyə sevinərlər.
Yeri gəlmişkən Cavidin və onunla da bir çox ondan əvvəlki
şair və ədiblərimizin əsərlərində görünən və bu gün bir çox
peyrəviləri olan Şərq sufiliyi yenə də məzkur “Veda”dan, yəni
Hindustan metafizik fəlfəsindən alınmasını göstərəlim. Peyğəm-
bər özü fəlsəfənin bir qismini aldısa onun ardınca gedənlər, işbu
fəlsəfənin mütəbaqi qismini aldılar və bütün Şərqə yaydılar. Mət-
ləbin anlaşılması və sözümüzün müdəlləl olması üçün “Vedanta”
2
da həqqin, həqiqətin bulunması ən yüksək bir dərəcə kibi tələqqi
edilir. Burada “mərifət” insanların aləmi-mənadə tanrı ilə qavuş-
masından ibarətdir.
1
Axirət sözü hinduscadan alınmış Sanskritcə də axirət: inananlar üçün 4-cü
ticarət dərəcəsidir. – H.Z.
2
Brahman (Brahma nam) da bunun izahnaməsi və əlavəsidir. Brahmanın hind
əsatirindən ən ülvi zatıdır.
Úàâèäè õàòûðëàðêÿí
120
Burada “arif” ilə “məruf” arasında tam bir eyniyyət əmələ
gəlir. İştə buradan Peyğəmbərin merac məsələsi haradan gəldiyi
də anlaşılır, zənnindəyiz. Bir az da ötəyə gedəlim.
Bu həqiqət elmi üç formul ilə “Vedanta”da göstərilir
1
. Bir
(mövcud olan yalnızdır – şəriki yoxdur). İki (O – sən özünsən
(Tat-tuamasi). Üç (Bən özüm – Brahmanam (Brahman) (ahm
brahmanasini) mövcudatın ayrı-ayrı görünməsi insanların məri-
fətdən uzaq olması nəticəsidir.
Çünke bir əngi əsiri-rəng şod
Musiyi ba musiyi dər cəng şod
2
–
demək “irənlər”in ən yüksəyi fənafillahə yetişənlər olacaqdır.
İmdi bütün Peyğəmbərin din, tanrı, axirət və metafizik fəlsə-
fəsini alınız, onun ardınca da islamda vücudə gələn sufilik fəlsə-
fəsini bunun yanına qoyunuz; tamamilə Budda ilə Hindustan
“Vedanta” fəlsəfələrindən kopya edildiyinə qail olacaqsınız. Bun-
lar ilə bərabər ərəbin sə xülyapərəst olmadığını nəzərə aldıqda,
Peyğəmbərin yaratmış olduğu din fəlsəfəsinin öz mühiti için nə
qədər yapma, nə qədər qondarma olduğunu görəcəksiniz.
Lakin Peyğəmbərin bu kibi xəyalxanasına yerləşmiş mütə-
zadd fikirlərin heç birisi həyati deyildir. Bunlar ancaq müəyyən
bir müddət üçün, xəlqin beynini qızdırmaq üçün lazımdı. Pey-
ğəmbər də öz məqsədinə çatdı. Ərəbistanda istədiyi kibi bir ərəb
ittihadi yapmağa çabaladı. Fəqət cəmiyyət həyatı iqtisadi inkişafı
və ictimai təzadlar öylə bir sarsılmaz yolda idilər ki, xülyapə-
rəstlik ilə heç bir zaman onları dəyişmək olmazdı. Nəticədə ki,
get-gedə din təbliğatı sönməyə başladı, kitlə isə öz iqtisadi quru-
luşuna baxdı. Siniflər arasındakı uçurum daha da qorxunc bir
şəkil aldı. Ona görə də din və etiqad üzərinə qurulmuş ümumfəl-
səfə sistemləri iqtisadiyyat yanında şam kibi əriməyə başladılar.
1
Böyük ensiklopediya. Beşinci A. cildi. 694 səhifə. – H.Z.
2
Rəngsizlik rəngə əsir olduğundan, Musa (ümməti) Musa (ümməti) ilə
vuruşdu. Beyt Cəlaləddin Ruminindir – Həmid Məmmədzadə.
Úàâèäè õàòûðëàðêÿí
121
Bundan bir nəticə çıxara bilərik: ictimai əxlaqı devirmək istə-
yənlər əvvəlcə iqtisadi quruluşu və ictimai qüvvələrin yekdigərilə
olan münasibətini dəyişdirməlidir. Əks-halda heç bir əsaslı
inqilab yaratmaq olmayacaq. Cavidin yaratmış olduğu Peyğəmbər
dəxi Ərəbistana bir qasırğa kibi gəldi, bir tərəfi titrətdi və hətta
tarixi-bəşəriyyətə də bir parça soxuldu və yenə Ərəbistanın qum-
sallığında ümumi məmləkəti ilə yox oldu, getdi. Tarixin təsadüfi
qüvvətli simalarından sayılan Napalyon, Teymurləng, həp bu
qismidəndir. Bunlar tarixin mexanizməsini bilmədikləri üçün
müvəqqətən bir tufan qoparmışlar. Fəqət hər tufan söndüyü kibi
bunlar da sönüb getməyə məcbur olmuşlardır.
Dostları ilə paylaş: |