Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."


İNSAN, İNSAN MƏNƏVİYYATININ TƏBİƏT



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

İNSAN, İNSAN MƏNƏVİYYATININ TƏBİƏT 

HADİSƏLƏRİNƏ BƏNZƏDİLMƏSİ 

 

Bu  şeirdə  gənclik, sağlamlıq, gözəllik, xəyallar, ehtiraslar 



ömrün baharında təzəcə açmış gülümsər bir çiçəkdir: 

 

Ömrümün baharında gülümsər bir  



 

   

 

çiçəksən, 

Gözəllik sərgisində o, bir lətif  

 

   

 

çiçəkdir. 

(“Uçurum” ) 

Etibarsız əri tərəfindən unudulmuş, təhqir olunmuş bir gəlinin 

halı çılğın, dənizdə fırtınaya tutulmuş bir yelkəndir: 

 

Göyərçinin bu halı 



Andırır pək sınırlı, 

Úàâèäè õàòûðëàðêÿí 

241 


Pək çılğın bir dənizdə 

Ümidsiz bir yelkəni. 

(“Uçurum” ) 

 

Həqiqət axtarışları ilə məşğul mütəfəkkir, həm də mütərəddid 



bir insan şamın ətrafında çırpınan bir pərvanədir: 

 

Dəmadəm çırpınan pərvanəyəm mən. 

 

Ziddiyyətli, psixoloji hallar keçirən insanın gözləri gah tutqun 



bir üfüq, gah parlaq bir şimşəkdir: 

 

Yorğun gözü həsrətli üfüqlər kimi  



   

  dalğın, 

Bəzən o baxışlar yenə şimşək kimi  

   

  parlar. 

(“Rəssamın qızı”) 

 

Dərin sarsıntılı hallar keçirən insan mənəviyyatı daima alov 



püskürən bir vulkandır: 

 

   Beynim vulkan kimi 



   Beynim vulkan kimi həp alov saçar. 

 

Uzun ayrılıq həsrətindən sonra vüsala çatan iki bəxtiyar gənc 



bir-birinə qovuşan ulduzlardır: 

 

   İki yıldız bir-birinə qovuşdu. 

 

Məhəbbət ehtirası ilə alışan bir cüt göz göylərdə alışıb yanan 



bir cüt yanar ulduzdur: 

 

S e v d a –     



Hankı sənətlə maraq etdin sən? 

X ə y y a m –    İzlərəm göydəki ulduzları mən. 



Úàâèäè õàòûðëàðêÿí 

242 


Lakin onlar pək uzaqdan daha şən, 

Daha dilbər və gözəldir, bilsən! 

Bizə yaxlaşdımı, bəs bəlli yaxar, 

O alov səndəki gözlərdə də var. 

 

Gözəl, cazibəli, ruha yaxın bir insanın, bir gözəlin ötüb-



keçməsi ruhu oxşayan bir səhər nəsimidir: 

 

O keçirkən səhər nəsimi kimi, 



Səni pək süzdü, yoxmu bir səbəbi? 

Bir yanda şəfəq dalğalı nazəndə  

 

   

 

 

akınlar, 

Qızlar və qadınlar. 

Oynar sevinər, şənlik edərlər. 

Həp pənbə dodaqlarda 

Zəfər şərqisi gurlar. 

 

TƏBİƏT HADİSƏLƏRİNİN İNSANA, İNSAN 



PSİXOLOJİSİNƏ BƏNZƏDİLMƏSİ 

 

Cavidin şeirində insan təbiətə bənzədildiyi kimi, təbiət hadi-



sələri də insana bənzədilir. Ay, günəş, ulduzlar, bulud, duman, 

qövsi-qüzeh, otlar, çiçəklər, güllər, ağaclar, yarpaqlar, dəniz, çay-

lar, nəhrlər, kiçik sular da, şeir də insanlar kimi dərin psixoloji 

hallar keçirir. 

Ay, günəş düşüncəyə dala bilir, iztirab keçirir, şadlanır, kə-

dərlənir,  əsəbləşir və ya əksinə, təzə  gəlin kimi bəzənir, seyrə 

çıxır, sevir, sevilir, gülür, əylənir. Azadlıq, bəxtiyarlığın qədrini 

bilir. Bəzən də insanların ruhuna gizli-gizli nə isə söyləyir: 

 

Bax qızarmış günəşə! 

Utanıb qaçmaq istəyir... guya, 

O da qızğın sənin zəlalətinə, 

O da küskün sənin bu halatinə. 


Úàâèäè õàòûðëàðêÿí 

243 


Günəş, heyhat... O, qəhrindən  

 

   

qızarmış qanlı bir sima. 

 

Bu şeirdə ay, ulduzlar təzə gəlin kimi bəzənib, sevdalı aşiqlər 



kimi məşuqələrini axtarır. Göylərdə  rəqs məclisi düzəldir, zöhrə 

ulduzu yerdəki unsanların halını anlayır, yüksəklərdən onlara göz 

qırpıb gülümsəyir: 

 

Yıldızlara heyrətlə baxar öylə  



 

   

 

sanırdım 

Həp tazə gəlinlər gəzinir ruyi- 

 

   

 

səmadə. 

Bir heykəli sevda kimi pür şölə  

 

   

 

sanırdım 

Gördükcə o məhkum qəməri seyrü-səfadə 

Uçuşur hər tərəfə yıldızlar, 

Rəqs edir sanki nazənin qızlar. 

 

Baharın təzə gəlini günəş gülümsərkən, çiçəklər də  canlanıb 



gülür, günəşə doğru baxır. Bahar buludları keçərkən qövsi-qüzeh-

lər bu hala gülümsəyir, yağış ara verdikdə, güllərin, qönçələrin, 

çiçəklərin, bülbüllərin səsi onlara qarışır, bu şənlikdən otlar, 

yarpaqlar da vəcdə gəlir, nəşədən bayılır:  

 

Hər günəş bir gəlin kimi gülümsərdi  

   

  yolçulara, 

Gülümsəməkdə ikən şəms, o növ ərusi- 

   

  bahar 

Təbəssüm etməyə üz tutdu büsbütün  

 

   

 

əzhar. 

Günəş gülər, bulud ağlar. 

Səmada qövsi-qüzehlər edər  

 

   

 

təbəssümlər. 

Yağdırıb göz yaşı qısqandı bahar. 


Úàâèäè õàòûðëàðêÿí 

244 


Bulud, duman çökər həmən, 

   

  Susar 



qayğısız çəmən. 

 

Kiçik sular, çaylar, nəhrlər, dənizlər, dalğalar bu şeirdə yaşa-



yır, düşünür, məqsədə doğru irəliləyir, aylarla, ulduzlarla həsbhal 

edir, dostluq, ünsiyyət düzəldir, bəzən dərin sükuta dalır, bəzən 

çırpınıb fəğan qoparır. Kiçik sular isə, əksinə, mərhəmət, şəfqətlə 

təbiətə, al-qırmızı güllərə, yaşıl otlara laylay çalır. Qocaman dal-

ğalar, küləklər alay-alay hücuma keçir, gəmilərlə çarpışır, şimşək 

qılınc çəkir: 



Gülüşür pənbə, al bəyaz güllər, 

Ninni söylər kiçik sular xəndan. 

Burda qızğın günəş də pək munis. 

Hələ Kür nəhri başqa pək həmdəm. 

Gah olur bir dərin sükuta varır. 

Gah çağlar da bir fəqan qoparır. 

 

Sakit durub dalğalanan dəniz, gecənin ruhunu oxşamaq üçün 



musiqi məclisləri düzəldir, kiçik dalğacıqlar bir-birinə  məhəbbət 

izhar edir, göyün gözləri olan ulduzlar da bu məclisə baxıb 

şənlənir: 

Azər... 

Duydu sahildə dərin zümzümələr, 

Sanki həm zümzüm eylər ilham, 

Gecənin ruhuna bir tatlı peyam. 

Bütün əşya hərəkətsiz, səssiz, 

Yalnız inlər kimi sevdalı dəniz, 

Dalğacıqlar öpüşüb titrərkən  

Baxışırlardı göyün gözləri şən... 

 

Yalnız güllərin deyil, çiçəklərin də gözləri var, onların da 



sevincdən gözləri yaşara bilir: 

Öpdü gözü yaşlı çiçəklər məni. 



Úàâèäè õàòûðëàðêÿí 

245 


Ayın, ulduzların özlərinə görə  mənəviyyatı var. Onlarda da 

məhəbbət, nifrət hissi var. Dərdə şərik ola bilir və ya laqeyd ola 

bilir: 

Söyləsəm dərdimi aya, ulduza, 

Ulduzlar gülümsər, ay axıb gedər. 

Dinləməz dərdimi, yan baxıb gedər. 

 

Cavidin şeirində yalnız hərəkətdə olan canlı təbiət deyil, can-



sız  əşya da, fanarlar, yelkənlər, “çərxi-fələyin” özü də düşünür, 

yaşayır, mənəvi hallar keçirir: 



Gecəydi... hər yeri sarmışdı bir  

  

 

sükuti-həzin, 

Donuq ziyalı fanarlar baxardı həp  

 

   

qəmgin. 

Gəmi sərsəmləyib şu fırtınadan 

Bağırır, sanki istəyirdi aman. 

Boran şiddətlə hayqırır daim... 

Kinlidir fələk, bir gün 

Qızar, haman güclənib intiqam alır  

 

   

 

səndən. 

 

Cavid azadlıq, quruluş ideyalarını, yaxud, belə böyük günlə-



rin yaxınlaşmasını da təbiət təsvirləri ilə verir. Məsələn: çarizmin 

yıxılması, zülmətlərin parçalanması, dan ulduzunun doğması 

azadlıq səhərinin yaxınlaşmasıdır: 

 

Sıyrılır bax yavaş-yavaş zülmət. 

Barı dan ulduzundan al ibrət. 

Nə deyir bax, o pənbə çöhrəli nur. 

Səhər olmuş, demək, günəş doğuyor. 

 

Yaxud,  Şərq qadının azadlıq günlərinin yaxınlaşması dan 



yerinin sökülməsidir: 

İştə sıyrılmada həp zülmətlər. 

Ağarır dan yeri, qalx iştə səhər. 

Úàâèäè õàòûðëàðêÿí 

246 


Ay işığını özündə  əks etdirən dənizin dalğalanması sanki 

ağacların, çayır-çəmənlərin çiçəklənməsidir və ya axıb gedən nur 

şəlaləsidir: 

Baxıb-baxıb düşünürkən dəniz  

  

 

çiçəklənərək 

Dağıtdı fikrimi nagah bir şəlaleyi- 

   

  nur. 

 

Yaxud, sularda əks edən ay işığı qucaq-qucaq əridilmiş gü-



müşdür ki, dənizdə axır: 

Qucaq-qucaq əridilmiş gümüş dənizdə  

   

   axar, 

Axar da dalağlanır, cəzb edərdi hər  

 

   

 

 

nəzəri. 

 

Cavid  şeirində çox zaman xəyal, sevinc, kədər, ümid kimi 



psixoloji hallar, haqq, ədalət, həqiqət, zaman, məkan kimi mü-

cərrəd anlayışlar da canlandırılıb şəxsləndirilir: 

 

Nədir bu sisli hallar? 

Yenə sardı çöhrəni fırtınalı  

 

   

 

xəyallar! 

İştə bunlar onun son əsərləri

Həpsində çırpınır xəyal şəhpəri 

O dərinliklərə, boşluqlara uçduqca  

 

   

 

xəyal. 

Sanki çırpınmada bir şəhpəri yanmış  

   

  qartal. 

 

Ey fələk, keçdi zaman dalğa kimi 

Öylə bir dalğa ki, qorxunc, əsəbi. 

Məni boğmaqda qaranlıq bir hal,  

Gəmirir beynimi bin dürlü xəyal. 

Zülmət dağıldı, zülmü fəsad oldu  

   

  payimal 


Úàâèäè õàòûðëàðêÿí 

247 


Hər yerdə sanki haqq və ədalət  

   

  gülümsəyir. 

 

Açmış bənövşə, sünbül, 

Xəndan olur qızıl gül, 

Ötdükcə sanki bülbül 

Rəqs etdirir xəyalı. 

 

Dərin mənəvi sarsıntıları vermək üçün şair yenə  təbiət 



hadisələrinə müraciət edir: 

 

Qopuyur ta içimdə bir tufan, 



Beynim atəş saçıb durur hər an... 

Ah, sanki beynimdə qan 

Bir alovdur beynimdə qan 

Bir alovdur yaxar məni. 

Bir vulkan idim mum kimi söndüm. 

 

Bəzən də eyni gərgin, mənəvi sarsıntılar böyük ictimai hadi-



sələrə bənzədilir: 

Sanki bir inqilab içində sənin 

Çırpınıb durmaq üzrədir bədənin. 

 

Cavid tənqidi fikirlərində  də çox əlverişli məcaz və istiarə-



lərdən istifadə edir. Məsələn, ictimai həyatdan uzaq, evlərə qapa-

nıb qalan meşşan qadınlar hərəkətsiz, cansız bir ət parçasıdırlar: 

 

Hərəkətsiz bir ovuc ət kimisiz! 

 

Köhnə milyonçu inqilabdan əvvəl bir torba ət, inqilabdan 



sonra isə quru bir skeletdir: 

Əski milyonçu ikən şimdi səfil... 

Öncə bənzərdi o bir torba ətə,  

İndi bənzər diri bir skeletə. 

Úàâèäè õàòûðëàðêÿí 

248 


Xalqın qanını soran varlılar dərisinə sığmayan öküzlərdir: 

 

Dolğun öküzlər, inəklər bənzərdi,  

   

  gözlərdən iraq, 

Şəhərlərdə dərisinə sığmayan əhli- 

 

   

 

sərvətə. 

 

Cavid çox zaman təşbih və istiarələrini şeir, sənət, ilham, gö-



zəllik, rəsm, musiqi və ya ədəbi simalar, bədii əsərlərlə müqayisə 

yolu ilə yaradır. Məsələn: 

 

Yoxsullar məzarı bu kirli mədən 

Seçilməz Dantenin cəhənnəmindən. 

Qarşıda bir yaşıl məzarlıq vardı, 

Hər daşı bənzərdi hicran şeirinə. 

 

Tatlı bir musiqi gülər səsində, 

İlham izləri var hər cilvəsində. 

 

Əvət gözəl... Şairlərin  

Tatlı xülyasından gözəl. 

Yaldızların sövdasından 

Yaradılmış bir çiçəksən. 

Gözəlliyin mənasından 

Daha dilbər bir mələksən. 

 

Cavid,  şeirində  dərin, ictimai, fəlsəfi, psixoloji mənası olan 



təzadlardan da çox geniş istifadə etmişdir. Bu bədii təzaslarda bə-

zən bir-birinə zidd iki fikir, fəlsəfi anlayış, bəzən də psixoloji hal-

lar, təbiətdə  və ya insan mənəviyyatındakı ziddiyyətlər qarşılaş-

dırılır. 

İctimai həyat ziddiyyətlərini əks etdirən bədii təzadlara misal: 

 

Zalım bağışlansa daha çox azar, 



Məzlum üçün qazar ən dərin məzar. 

Úàâèäè õàòûðëàðêÿí 

249 


Zalımla məzlumu sakın, bir tutma, 

Yediyin çörəyi, duzu unutma 

Mən fabrikalar, paslar içində. 

 

Sən incilər, almaslar içində. 

Rəqsi təlim ediyor aksaqlar. 

 

Əzəmət düşgünüdür alçaqlar, 

Qəhrəmanlıq güdiyor qorxaqlar. 

 

Həyat, insanlar arasında ziddiyyətləri əks etdirən bədii təzad-



lar: 

Görmədim əsla tikansız gül,  

   

  qaranlıqsız işıq, 

Hər vüsalı daima təqib edər bir  

 

   

 

 

ayrılıq. 

Hər məhəbbət bir xəyanət, hər gülüş  

   

   bir 

hiylədir. 

Sizlərdəki ülfət sonu vəhşət, 

Sizlərdəki şəfqət sonu nifrət. 

Sizlərdəki rəhmət sonu lənət. 

 

Müəyyən fəlsəfi anlayışları ifadə edən bədii təzadlar: 



 

Şər olmadıqca xeyrə qovuşmaq mahal  

   

   olur. 

Qəsvətli, sisli hər gecədən bir günəş  

 

   

 

 

doğar. 

Hürriyyət öylə nazlı bir afət ki, pək  

   

   vüqar, 

Qan axmadıqca kimsəyə gülməz o  

 

   

 

 

işvəkar. 

 

Yaxud, ölümün qanunauyğunluğunu, amansızlığını ifadə 



etmək üçün: 

Úàâèäè õàòûðëàðêÿí 

250 


Uyuyub qaldı onun həsrəti çox, 

O amansız gecənin gündüzü yox. 

 

Yaxud, azad günlərin yaxınlaşdığını bildirmək üçün: 



 

İştə üstün gəliyor zülmətə nur, 

Bəlli, bəs bəli, səhər yaxlaşıyor... 

Hər qaranlıqda çırpınır bir nur, 

Hər həqiqətdə bir xəyal uyuyur. 

 

Mədəniyyətlə cəhalət arasındakı ziddiyyətləri ifadə edən bədii 



təzadlar: 

Avropada işıq da var, zülmət də, 

Orda səfahət də var, fəzilət də. 

 

Cavidin üslubunu qüvvətləndirən, onun şeirindəki emosional-



lığı gücləndirən mühüm bədii təsvir vasitələrindən biri də təkrir-

dir. Məsələn, müharibə dəhşətlərini göstərmək üçün şair bədii tək-

rirə müraciət edir: 

Könüllər qan, çiçəklər qan, bütün çöllər,  

 

   

 

 

çəmənlər qan,  

Dənislər qan, buludlar qan, hava qan,  

 

   

 

 

iştə hər yan qan. 

Yaxud: 


Bütün ətrafı sarımış bir məlal ağlar,  

   

   cahan 

ağlar, 

Könül məhzun, hava məhzun, günəş məhzun,  

 

   

 

 

səma məhzun. 

 

Çox zaman bədii təkrir Cavidin şeirində ahəngi, ritmi qüvvət-



ləndirmək üçün işlədilir: 

Hər şey sənindir, ey qafil insan – 

Gülgün şəfəqlər, rəngin çiçəklər. 

Hər şey sənindir, ey cahil insan: 

Parlaq günəşlər, dilbər mələklər. 

Úàâèäè õàòûðëàðêÿí 

251 


Bəzən həm ahəngi, həm də fikri qüvvətləndirmək üçün bədii 

təkrir şairə kömək edir: 



İblis... o böyük ad nə qədər calibi- 

 

   

 

 

heyrət! 

Hər ölkədə, hər dildə, anılmaqda o  

 

   

 

 

şöhrət. 

Hər qülbədə, kaşənədə, viranədə İblis, 

Həp Kəbədə, bütxanədə, meyxanədə İblis. 

 

Dərin mənəvi iztirabları, ruhi sarsıntıları, ruhi sarsıntıları  və 



ya coşğun bir əhval-ruhiyyəni vermək üçün bədii təkrirdən 

istifadə edir: 



Gəldin də neçin pənbə buludlar kimi  

 

   

 

 

axdın? 

Bilməm niyə getdin, niyə döndün, niyə  

   

   baxdın! 

Şimşək kimi çaxdın, da, neçin könlümü  

   

   yaxdın? 

Bilməm niyə getdin, niyə döndün, niyə  

   

   baxdın? 

Sərpildi alov ruhuma süzgün baxışından, 

Sarsıldı bütün

*

 bənliyim, ey afəti- 

   

   dövran. 

Gəl, gəl, olayım səndəki hər cilvəyə  

   

   qurban. 

Bilməm niyə getdin, niyə döndün, niyə  

   

   baxdın? 

(“Xəyyam”) 

 

Cavidin  şeirində  bədii nida və istefam-sual daha çoxdur. 



Onun elə lirik, liro-epik şeirləri də var ki, başdan-ayağa bədii nida 

                                                 

*

 Əslində “həp”. M.Cəfərin məqaləsində Cavidin dil və üslubuna xələl gətirən 



kifayət qədər təhriflər mövcuddur... – Tərtibçi. 

Úàâèäè õàòûðëàðêÿí 

252 


və  bədii suallardan ibarətdir. Dramaturgiyasına gəlincə, təbii 

bunlar mükalimə  əsasında qurulduğundan bədii nida və  bədii 

suallarla son dərəcə zəngindir. Nida və bədii sualla şair nifrət, qə-

zəb, ruh yüksəkliyi, pərişanlıq, mənəvi sarsıntı, arzu, həsrət, 

qürur,  əzəmət, məhəbbət, mərhəmət,  şəfqət, ötkəmlik, təəccüb, 

heyranlıq kimi müxtəlif və mürəkkəb psixoloji halları xüsusi bir 

sənətkarlıqla ifadə edə bilir: 

Qadın, ey sevgili həmşirə, oyan! 

Çalış, öyrən, ara bul, haqqını al! 

Arkadaş, yoldaş, ey vətəndaş, oyan! 

Yatma, artıq yetər, dəyişdi zaman. 

Çox əzildin yetər, ər oğulu, ər ol.  

Çırpınıb çareyi-xilas ara-bul. 

Yaşamaq istəsən çalış, çabala, 

Rəd olub gurla, bərq olub parla. 

Çalış həp qalib ol, mərd ol, bu, aydın  

 

 

  bir 

həqiqətdir, 

Cahan bir nazənin dilbər ki, yalnız  

 

   

 

mərdə qismətdir. 

Əvət xain gərək həddini bilsin, 

Namərd izi yer üzündən silinsin! 

Məzlum ellər üçün ancaq bir yol varsa  

 

 

  mübarizə! 

Yoxsa kövşək, duyğusuz boş bir beyin! 

Sirri-xilqətdən nə anlar, söyləyin? 

İştə Qafqaz səfalı bir məva, 

Allah, allah, nədir bu abü-həva! 

Nə qədər şairanə bir xilqət, 

Yerə enmişdir adətən cənnət. 

 

*   *   *  

Nazlı Sevda! Sana kim qıydı, gülüm? 

İlk baharında nə layiq bu ölüm? 

Söylə, ey sevgili, eşsiz mənliyim, 

Kim zəhər qatdı gülər ömrünə, kim? 


Úàâèäè õàòûðëàðêÿí 

253 


Kişnəyir ildırımlar, qılınc çəkir  

 

 

   buludlar, 

Göylər səltənətində qovqamı, şənlikmi  

 

   

 

 

 

var? 

Həp qaranlıqdır əvət sirri-həyat, 

Qoca xaliq də qaranlıq, heyhat! 

 

Cavidin istər lirik, liro-epik şeirləri, istərsə  də  mənzum və 



mənsur dramları  bədii aforizmlərlə  də çox zəngindir. Bu bədii 

aforizmlərin əksəriyyətində qəhrəmanlıq, həyat sevgisi, mübarizə 

eşqi, nikbinlik, əməyə  məhəbbət, insanpərvərlik, sülhpərvərlik, 

ağıl, mərifət kimi gözəl sifətlər təbliğ edilir: 

 

Kəssə hər kim tökülən qan izini, 

Qurtaran dahi odur yer üzünü. 

Gücsüz tanrıdansa, güclü qəhrəman, 

Səcdəyə, hörmətə layiq hər zaman. 

Altun qəfəs cənnət olsa – qırmalıdır 

Cəllad yüz min tövbə qılsa, kəsməlidir  

 

   

 

 

əllərin. 

Ölüm var ki, həyat qədər dəyərli, 

Həyat var ki, ölümdən də zəhərli. 

 

Cavid məşhur atalar sözlərindən, hikmətli sözlərdən də isti-



fadə edir. Bəzən bu hikmətli sözləri olduğu kimi saxlayır, bəzən 

də vəzn, qafiyə xatirinə əlavələr edir. Məsələn: 

 

Cahan igid ərlərindir, qorxan gözə  

   

  çöp 

düşər. 

 

(Bu məşhur, hikmətli sözlərə  şair – nəşəsiz bir ömrü ancaq 



mübarizə güldürər – misrasını əlavə etmişdir). 

Yaxud: 


Úàâèäè õàòûðëàðêÿí 

254 


Hər gecənin bir səhəri var – aforizmini vəzn, qafiyə xatirinə – 

hər gecədən doğar bir günəş – şəklində işlədilir. 

Yaxud: – Zimistan çəkməyən bülbül baharın qədirini bilməz–

kimi hikmətli sözlərin məzmununu saxlamaqla, şair onlara yeni 

forma verir: 

Qara bulud sarmayınca səmanı,  

İnsan duymaz günəşdəki səfanı. 

Bahar əldən çıxmayınca anılmaz. 

 

Və ya qara günün ömrü az olar – kimi atalar sözünün məzmu-



nunu saxlamaqla yeni formada işlədir: 

Kədərli günlər 

Qara bulud kimi tez gəlib keçər. 

 

Yaxud: “İki könül birləşsə, qoparar dağı-daşı” – kimi atalar 



sözündən: “İki könül birsə, diləklər də bir” – şəklində işlədir. 

Bəzən vəzn və qafiyə xatirinə “Silah mərd igidə yaraşıqdır” 

atalar sözünü “Silah mərd oğula bir arkadaşdır” şəklinə salır. 

Çox hallarda atalar sözləri, hikmətli sözlər Cavidin şeirində 

olduğu kimi işlədilir. 

Məsələn: 



Güclü gücsüzdən intiqam almaz. 

Tək əldən səs çıxmaz. 

 

Məncə fürsət qanadlı bir quşdur, 

Kim ki, əldən uçursa sərxoşdur. 

 

Hər dərd üçün, şübhəsiz, bir çarə var, 

Biri ölməzsə, dirilməz birisi. 

 

Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin