Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3.51 Mb.
PDF просмотр
səhifə18/34
tarix02.12.2016
ölçüsü3.51 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
Məsud Əlioğlu 

 

Ùöñåéí Úàâèä 



Xəyal içində bəşər  

Daima səadət arar 

 

üseyn Cavidin sənəti, görüşləri 



və yaradıcılıq taleyi haqqında 

düşünərkən fikrimizin fövqündə çox əzə-

mətli və  məğrur bir sima, incə, həssas, 

həm də son dərəcə qüdrətli bir istedad 

canlanır. Hüseyn Cavid bu yüksəlişə ça-

tana qədər mürəkkəb yaradıcılıq yolu 

keçmiş, ağır və böhranlı bir təkamül 

dövrü yaşamışdır. 

Əgər belə bir sual verilsə ki, Hüseyn 

Cavid yaradıcılığının başlıca poetik mə-

nası və Cavid sənətinin fəlsəfi-estetik məzmunu nədən ibarətdir? 

Həmin suala daha dəqiq və doğru cavab bu ola bilər: insanları 

birləşdirən, yaxın və doğma edən mənəvi amillərin təsdiqi və 

onları bir-birindən ayıran, yadlaşdıran qorxunc ehtirasların inkarı. 

Hüseyn Cavid bəşəriyyətin mənəvi fikir həyatı, real və ideal 

yaşayış arzuları ilə bağlı olan məsələlərlə əlaqədar, yaradıcılığının 

əvvəlindən sonuna qədər daima axtarışlar aparmışdır. Bu axtarış-

lar fikir, mənəviyyat, insanların qəlb həyatı, yeni bədii formalar 

ətrafında getmişdir. İlk qələm təcrübələrindən, fəlsəfi-lirik şeirlə-

rindən başlayaraq, Cavidi axtarıcı  sənətkar olaraq bu cür əsrarlı 

suallar qarşısında heyrət edən görürük: nə üçün real aləmlə ideal 

aləm arasında keçilməz sədlər yaradılmışdır? Real həyatda xoş-

bəxt olmaq mümkün deyildirmi? Xəyal ardınca getdikcə bəşəriy-

yət nicat yolu tapacaqdırmı? İnsan öz fikrində yaşatdığı və arzu-

larında canlandırdığı  təmiz, gözəl həyata inamında aldanmırmı? 



Úàâèäè õàòûðëàðêÿí 

312 


Hiss olunur ki, müəllif bu sualların bir çoxunu həll etməkdə 

acizdir, bir qismi haqqındakı fikirləri dumanlı və qarışıqdır. Nis-

bətən real şəkildə, həm də doğru həll etdiyi sualların çoxusu da 

insanların xisləti, təbii istəkləri və hisslərinin düzgün tərbiyə 

edilməsi fikirləri ilə  əlaqədardır. “Məsud və  Şəfiqə”, “Yadi-

mazi”,”«Gecəydi”, “Elmi-bəşər”, “Sevinmə, gülmə, quzum”, 

“Görmədim”, “Dün və bu gün”, “Qürubə qarşı”, “İştə bir 

divanədən bir xatirə” adlı  məşhur  əsərlərində  şair kainatı  nə 

şəkildə  dərk etdiyindən, real aləmdə biliklə  cəhalət, həqiqətlə 

xurafat arasında yaranmış təzadların mahiyyətini nə şəkildə qəbul 

etdiyindən, çəmiyyətdəki acı iztirablardan ətraflı  bəhs etmişdir. 

Bu şeirlərin ruhundan, ideya məzmunundan aydın olur ki, Cavid 

iki aləm arasında tərəddüd keçirir. Bəşər həyatının keçmişinə, 

tarixə nəzər saldıqda insanlığın əqli-mənəvi inkişafında bir oyanış 

görən  şair, real həyata müraciət etdikdə küskünləşir. Onun fik-

rincə, bəşəriyyət real varlıqda mövcud olan yaramazlıqlardan, 

rəzalət və ziddiyyətlərdən xilas üçün xəyala qapılmışdır.  Şirin 

xəyallar, sonu görünməyən və  dərk edilməyən təxəyyül aləmi 

dözülməz, soyuq və acı  həqiqətləri unutmaq, yaddan çıxarmaq 

üçün yeganə təsəlli vasitəsidir. Həyata bu cürə yanaşmaq isə öz-

özlüyündə yalnız aldanışlar doğurur. Müəllif xoşbəxt gələcəyə, 

arzu edilən gözəl bir aləmə qovuşmaqda da xəyali-romantik 

təsəllini yeganə doğru yol və  mənəvi istinadgah hesab edir. Heç 

olmazsa xəyalın köməyi sahəsində ruhi sıxıntıdan və darıxdırı-

cılıqdan bir qədər xilas olmaq mümkündür. Aydındır ki, gələcəyə 

belə bir utopik baxış  nəticə etibarı ilə yenə  də aldanışa gətirib 

çıxaraçaqdır. Real aləmə, "mövcud həyata gəldikdə isə Cavid bu 

aləmlə çox az hesablaşırdı. Onun fikrincə, dinlər, fəlsəfələr və 

saysız-hesabsız fikri cərəyanlar, müxtəlif təriqət və  məzhəblər 

insanlığı zülmün və  fəsadın ağır yaşayış  şəraitinin mürəkkəb və 

cansıxıcı  məhrumiyyətlərindən xilas etməkdə heç bir nicat yolu 

göstərə bilmədi. Hətta elmlə, ürfan və hikmətlə bağlı olan real 

təfəkkür də insanlığı  məhdudiyyətdən  ənginliyə, iztirabdan fira-

vanlığa çıxarmaqda aciz qalmışdır.  Şairə görə, bəşəriyyət yalnız 



Úàâèäè õàòûðëàðêÿí 

313 


öz keçmişini yada salıb öyünmüş, ötən günlərin həsrəti və şairin 

həyəcanları ilə əylənmiş, hal-hazırkı həyata gəldikdə isə küskün-

ləşmiş  və ümidini ancaq gələcəyə bağlamışdır. Hüseyn Cavidin 

nəzərində keçmiş də romantikadır, gələcək də. Mövcud həyat, real 

varlıq isə olsa-olsa prozadır, ürəksıxan, boş və qəmli bir dünyadır. 

Həm də elə bir dünya ki, büsbütün dərkedilməzdir: 

 

Bəşəriyyət zavallı, pək məsum...  

Daima bir sərabə aldanaraq,  

Qoşuyor sanki bir dəniz bulacaq,  

“Bilmək, öyrənmək” öylə bir uçurum  

Ki, onun intəhası yox, dibi yox...  

“Bilirəm” söyləyən də var pək çox  

Nəmə lazım... o bir xəyalətdir.  

“Elmi-ürfan” nədir, mən anlamadım,  

Çünki həp cəhlə doğrudur hər adım

1

 

Böyük zəkalar, dühalar və kamal sahibləri belə, real həyatda-



kı bu küskünlüyə  nəhayət verməkdə, mövçud aləmdəki ziddiy-

yətləri haqsızlıq və zülmü aradan qaldırmaqda xeyli əmək sərf 

edib baş çatlatmışlarsa da, heç bir nətiçə hasil edə bilməmişlər. 

Bu səbəbdən də şairin dili ilə deyilsə, büsbütün yorulub sakitləş-

mişlər. H.Cavidin dünyanın dərkedilməzliyi haqqındakı bu fikir-

ləri idealist mahiyyətdə, bir qədər də kantçılığa yaxın fikirlər idi. 

Lakin çox incə şəkildə, poetik bir ifadə ilə və lirik üslubda deyilən 

bu romantik idealist fikirlər bədbinlikdən büsbütün uzaq idi. 

Bəşəriyyətin xoşbəxt gələçəyi üçün dərindən düşünən humanist, 

insanpərvər bir sənətkarın səmimi şairanə fikirləri idi. 

H.Cavid yaradıcılığının başlanğıc dövrünə  təsadüf edən bu 

şeirlərdəki ictimai etiraz, zülm və haqsızlıq  əleyhinə yağdırılan 

coşğun nifrət,  əsəbi üsyankarlıq və  gərkinlik ruhu, həmin dövr-

dəki (1900-1914) ictimai-siyasi həyatın çox mürəkkəb və təzadlı 

                                                 

1

 Addım. 



Úàâèäè õàòûðëàðêÿí 

314 


hadisələrinin  şairin intibahlarında doğurduğu təsirlərdən irəli 

gəlirdi. Şair XX əsrin övladını “müstəbid övlad” adlandırırdı. Ona 

görə ki, çaxnaşıqlı  və qarışıq bir zamana təsadüf edən həmin 

əsrdə, əqlin kəşf etdiyi qanunlar bəşəriyyətin ruhi həyatına fərəh 

və sevinc gətirə bilməmişdi. Cəmiyyətin icad etdiyi qanun və adət 

insanlığı  məhkumiyyətin ağır, öldürücü təzyiqindən, qəlbi tən-

halıq əzabından, millət və xalqlar arasında yaradılmış dini-siyasi 

və milli ədavətdən, düşmənçilikdən xilas edə bilməmişdir. Bütün 

bunların əvəzində özlərini XX əsrin “müstəbid övladı” adlandıran 

hakim təbəqələr soyğunçu müharibələrin genişlənməsinə, zalım-

larla məzlumlar arasındakı nifaqın güclənməsinə, bir yığın sayğı-

sız müftəxorların halal zəhmət çəkənləri get-gedə daha çox istis-

mar etməsinə  şərait yaratmış  və elmin, real təfəkkürün və  tərəq-

qinin nailiyyətlərini, bəşəriyyəti məhv etməyə doğru istiqamət-

ləndirmişdir. H.Cavid cəmiyyətin həyatından və zamanın mürək-

kəb hadisələri içərisindən baş qaldıran ziddiyyətləri çox həyəcanla 

qarşılayırdı. Bu səbəbdən də əski dinlərin, təriqət və məzhəblərin, 

daha sonralar isə elmi təfəkkürün və müxtəlif fəlsəfi cərəyanların, 

bəşəriyyətin qəlb həyatına, ruhi aləminə şadlıq və gözəllik gətirə 

bilmədiyini,  şeir və musiqi səviyyəsinə qalxa biləcək həyatına 

təzə, mənalı və xeyirli bir şey əlavə edə bilmədiyini söyləyirdi: 

 

Mərhəmətsizdir iştə köhnə fələk,  



Bəşəriyyətlə əylənir daim.  

Bəşariyyətlə əylənir külərək...  

Dünki məhkum olur bu gün hakim.  

Dünki bədbəxt olur bu gün məsud.  

Dünki məsud olur bu gün mərdud. 

 

Demək, çarpışıb-vuruşan qüvvələr, ziddiyyət içində  çırpınan 



və ziddiyyətlərdən yaxa qurtara bilməyən xilqət daima hərəkətdə 

olan, dəyişib yeniləşən dini, əxlaqi və siyasi amillər dialektik bir 

prosesdədir və müəllifin fikrincə bu prosesin sonu yenə  də 

aldanışlara gətirib çıxaracaqdır: 



Úàâèäè õàòûðëàðêÿí 

315 


Yox təbiətdə öylə bir qüvvət,  

Əbədi, həm də payidar olsun.  

Həp dəyişməkdədir bütün xilqət,  

Həp dəyişməkdədir həyatü fünun.  

Olmayan varmı inqilabə zəbun?  

Varmı sarsılmaz öylə bir qanun?  

Seyr edin iştə kainatı bütün,  

Devrilir hər adımda bir əzəmət.  

Dinləməz dünki hadisatı bu gün,  

Parlıyor hər dəqiqə bir hikmət.  

Hər qaranlıqda çırpınır bir nur.  

Hər həqiqətdə bir xəyal uyuyur. 

 

H.Cavid bəşər həyatını çıxılmaz vəziyyətdən qurtarmaq üçün 



real yol tapa bilmir. Bu səbəbdən də başqa bir məsələnin təhlilinə 

keçir. Bütün böyük romantik şairlərdə olduğu kimi, Cavid də, real 

imkandan daha artıq, nikbin sonluqlarla, xeyirxah niyyətlərlə kifa-

yətlənir. O, cəmiyyət daxilindəki fənalıqları görür, hiss edir, gös-

tərir, lakin bunları yerli-dibli yox etmək üçün təsirli bir vasitə, 

çarə tapmaqda çətinlik çəkir. Şair ictimai həyatı ağzına almış zid-

diyyətlərin səbəblərini araşdırıb aydın bir nəticə hasil etmədikdə, 

insanın mənəvi-əqli həyatının təşrihinə qayıdır. Qəlbin saysız-

hesabsız gözəlliklərlə  zəngin dünyası ilə  məşğul olarkən Cavid 

yalnız lirik şairdir; məhəbbətdən, gözəllik və eşqdən sonsuz nəşə 

duyan coşğun, həyatsevər və nikbin bir şairdir. 

H.Cavid  şəxsiyyətin, naturanın və subyektin aləmini daima 

təbii, saf və gözəl görmək istəyir. Əgər əqil, düşüncə bir tərəfdən 

tərəqqini gücləndirib, inkişaf üçün zəruri sayılan amilləri çoxal-

dırsa, digər tərəfdən naturanı süniləşdirir və subyektin, şəxsi-mə-

nəvi istəklərin təbiiliyini korlayır, ürəkdən gələn hissləri pozur. 

Əqil birtərəfli inkişaf etdikdə yaxşı halda xudbinliyə aparıb çıxa-

rırsa, insanın canlı-təbii hissləri heç bir məhdudiyyət tanımır, özü-

nə geniş sahə axtarır. Lirik-humanist şair H.Cavidin fərdin xoş-

bəxtliyinə,  şəxsiyyətin təmizliyinlə dair qənaətləri bu istiqamət-



Úàâèäè õàòûðëàðêÿí 

316 


dədir. Lirik şeirlərinin bir çoxunda müxtəlif münasibətlərlə təbliğ 

etdiyi: 


Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir;  

Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən. 

yaxud: 


İnsan olan cahanda nasıl sevgisiz yaşar?  

Həp sevgidir gözəlliyi insana sevdirən!  

Məhrumi-eşq olunca gözəllik də can sıxar, – 

 

kimi məzmunca orijinal və maraqlı fikirlərində insanları bir-



birinə yaxınlaşdıran və doğmalaşdıran mənəvi amillərin mərkə-

zində eşqin, məhəbbətin qüdsiyyətində görürdü. 

Hüseyn Cavid bəşərdə  məhz insanlıq hissinin, qəlb həyatına 

məxsus incəliklərin əsas yer tutmasını arzulayırdı. İnsanlığın ideal 

dərəcədə  mənalı inkişafı üçünsə  məhəbbəti, böyük insan eşqini 

yüksək tutmağı vacib sayırdı. Sirdaşlıq, mənəvi qardaşlıq və kö-

nül birliyi yalnız o zaman mümkün olacaqdır ki, insan öz ləyaqə-

tini və vüqarını başqalarını alçaltmaq və hörmətdən salmaq hesa-

bına yüksəltməsin,  əksinə, başqalarının iztirablarını, ürək ağrıla-

rını yüngülləşdirmək və aradan qaldırmaq naminə öz varlığını 

əzablara qurban versin. “Sevinmə, gülmə, quzum” adlı  şerində 

insanlar arasındakı ruhi təması, könül sirdaşlığını  və doğmalığı 

daima sabit görmək istəyən  şairin incə hissiyyatı  nə  qədər 

təsirlidir: 



İnan ki, bir acı söz, bir baxış, bir incə gülüş,  

Kədərli, sıtmalı bir qəlbi dırmalar, yaralar.  

O qəlb ovunsa da, aldanma, incinib küsmüş,  

Sağalmaz iştə o, illər keçər də həp sızlar. 

 

Beləliklə, H.Cavidin ilk qələm təcrübələrindən ibarət əsərləri 



və  fəlsəfi, ictimai məzmun daşıyan lirik şeirləri onun fikri təka-

mülünü, məfkurə axtarışlarını öyrənmək və aydınlaşdırmaq cəhət-

dən çox əhəmiyyətlidir. Şairin həyata baxışı, varlığa estetik müna-

sibəti və müxtəlif içtimai-siyasi məsələlərə həssas əlaqəsi, həmin 



Úàâèäè õàòûðëàðêÿí 

317 


şeirlərdə yüksək poetik bir dillə, sənətkarlıqla ifadə olunmuş  və 

onun yaradıcılıq axtarışlarıiın ilk və dolğun mərhələsi kimi 

diqqəti cəlb etmişdir. 

Uçurum, qaranlıq, çıxılmaz yolum,  

Uçurum, uçurum, həp sağım, solum. 

 

Müxtəlif vaxtlarda yazdığı “Ana”, “Maral”, “Şeyda”, “Afət”, 



“Uçurum” və “Knyaz” əsərləri ilə H.Cavid artıq cəmiyyət həya-

tına müdaxilə edir. Bu zaman onu yaradıcılığının birinci mərhə-

ləsində olduğu kimi varlığın dərkedilməzliyi, kainatı  qəbul və 

təsdiq etməkdə hansı vasitələrin mümkün olub-ola bilməyəcəyi, 

xəyalla həqiqət, elmi-ürfanla əqli hissiyyat arasında yaradılmış 

uçurum və ziddiyyətlərin mahiyyəti, səbəbləri haqqındakı prob-

lemlər məşğul etmir. H.Cavid ona qaranlıq qalan bu dumanlı 

fikirlərdən getdikcə uzaqlaşır. Şairin varlığa, həyata baxışının üfü-

qü bir sıra ictimai-sinfi məsələlərə münasibətdə aydın bir istiqa-

mət alıb konkretləşir. O, cəmiyyət həyatında əzənlər və əzilənlər, 

güclülər və zəiflər, zülmkarlar və qurbanar deyə iki yerə ayrılan 

qüvvələrlə üz-üzə dayanır. Bu feodal-burjua əlaqələrinin və des-

potizmin hakim olduğu cəmiyyətdə bircə qanun icad edilmişdir

kim güclüdürsə, o da haqlıdır. Güclülər altuna, mənsəbə və silaha 

güvənənlərdir, qurbanlar isə halal zəhmətə, həqiqətə inananlardır. 

Bu cəmiyyət və mühitdən sərbəstliyə, ürək dolusu azad nəfəs 

almağa, səadətə çatmaq istəyənlərə heç bir çıxış yolu yoxdur. Ya 

əzməlisən, ya da əzilməlisən! Ya zülm etməlisən, ya da qurbana 

çevrilməlisən! Cavidin bu səpkidə olan dram əsərlərinin  əsas 

müsbət qəhrəmanlarının çoxusu da əzilənlərdir. “Ana”dakı Səlma, 

İsmət və Qanpolad, “Maral”dakı Cəmil bəy, Maral və Bəypolad, 

“Şeyda”dakı Rauf, Qara Musa, Yusif və  Şeyda, “Uçurum”dakı 

Göyərçin və Cəlal, “Afət”dəki Afət, Alagöz və Ərtoğrul bu və ya 

başqa bir münasibətlə  həyat, mühit və  cəmiyyət tərəfindən 

incidilən, təhqir edilib alçaldılan zavallı  və  bədbəxt insanlardır. 

Bəs bu adamlar doğruçu və  ləyaqətli olduqları  tərzdə  nə üçün 

əzilirlər? Nə üçün onlar iztirab çəkməyə  məhkum olunmuşlar? 


Úàâèäè õàòûðëàðêÿí 

318 


Nəyə əsasən bu adamların həyatı façiəli, könülləri tutqundur? Nə 

səbəbə onlar məhrumiyyətlər içində gün keçirməlidirlər? Axı, nə 

üçün bu adamlar günahkardırlar? H.Cavid hər bir əsərin mahiy-

yətindən, ideyasından xüsusi halda doğan bu sualları özünün, 

əslində  məğrur və namuslu, lakin həyat mübarizəsində çox 

ziddiyyətli və zəif mövqe tutan faciəli qəhrəmanlarına deyil, bəlkə 

bütün cəmiyyətə və bu cəmiyyətin icad etdiyi yaramaz qanunlara 

verir. “Ana”dakı Orxan və Murad, “Maral”dakı Turxan bəy, 

“Şeyda”dakı  Məcid  əfəndi, “Uçurum”dakı Anjel və Edmon, 

“Afət”dəki Xandəmir, Qaratay və Qaplan sadə  və  təmiz insan-

ların, cəmiyyət tərəfindən zavallı, kimsəsiz qurbanlar kimi ittiham 

olunan məğrurların, izzəti-nəfsi və  ləyaqəti ilə alçaqcasına  əylə-

nən və onlara düşmən kəsilən “mahir iş adamlarıdır”. Xudbinlik 

riyakarlığın, qəddarlıq və  fəsadın artıb çoxalmasına, geniş miq-

yasda yayılmasına əlverişli şərait yarandığı halda, nurlu fikirlərin, 

doğruluq və saflığın çiçəklənməsi üçün münbit zəmin yoxdur. 

Mənfi qüvvələr, riyakar və  dələduzlar, para, mənsəb,  şöhrət və 

vəzifə düşkünləri olan işbazlar insanlar arasında yaradılmış süni 

sədləri mühasib dəqiqliyi ilə ölçüb-biçdikləri halda, xeyirxah 

qüvvələr, səmimi və doğruçu insanlar varlığa romantik məftun-

luqla yanaşırlar. Onları mövcud həqiqətlərin dəhşətli varlığı deyil, 

bəlkə  xəyal və düşüncələrində yaratdıqları ideal həqiqətlərin 

mənası  cəzb edir. Demək olmaz ki, müsbət romantik qüvvələr, 

xeyirxah və nəcib insanlar mənfi, yaramaz və riyakar qüvvələrdən 

gücsüzdür. Lakin bəla burasındadır ki, işıqlı, təmiz insanların şər 

qüvvəyə, pisliyə qarşı mübarizəsi kütləvi xarakter daşımır və 

başqa-başqa fərdlərin anarxist üsyankarlığından uzağa getmir. 

Bunun sayəsində də dramlarda müsbət, xeyirxah qüvvələri təmsil 

edən insanların həyatı, bir qayda olaraq, faciə ilə bitir. Təsadüfi 

deyildir ki, müəllif haqqında bəhs edilən pyeslərinin hamısını 

faciə adlandırmışdır. Faciə  məfhumu təkcə dramların janrını 

müəyyən etmək məqsədilə işlədilməmişdir. Geniş mənada müsbət 

qüvvələrin, təmiz və nəcib insanların mürəkkəb həyat yolunu və 

acınacaqlı taleyini göstərmək məqsədi daşımışdır. Dramlarda 



Úàâèäè õàòûðëàðêÿí 

319 


faciəvi taleli iisanların həyat yolunun istiqaməti müxtəlif olsa da, 

faciələri doğuran amillər eyni bir mənbədən qida almışdır. Faciə 

bütün həyatı bürümüşdür. Faciə bütün mühiti, cəmiyyətdəki 

müxtəlif təbəqələrdən ibarət varlığı ağzına almışdır. Hər bir dram-

da bu ictimai façiənin müxtəlif, ibrətamiz səhnələri göstərilmişdir; 

“Ana”da feodal əxlaqının və  əyanlıq ehtirasının, sadə adamların 

könlünə vurduğu dərin yaraların qanlı faciəsi yaradılmışdır. 

“Maral”da burjua-mülkədar sinfinin təmiz, nəcib adamları  çıxıl-

maz fəlakət girdabına sürükləməsinin müdhiş bir səhnəsi canlan-

dırılmışdır. “Uçurum”da təməlindən qopan və sonralar doğma 

zəminə qayıtmağa can atan sənətkarın aldadılmış ümidlərinin 

faciəsi göstərilmişdir. “Afət”də burjua meşşan mühitin pozğun 

əxlaq qanunlarının, “könül dəllalları”nın məğrur və sadə, eyni za-

manda köməksiz, kimsəsiz insanların həyatında yaratdığı saysız-

hesabsız cinayətlərin qanlı  səhnəsi  əks etdirilmişdir. Təsadüfi 

deyildir ki, hər bir əsərdə faciə içərisində ölən, ya da faciəli-dra-

matik sarsıntını bütün varlığı ilə yaşayan qəhrəman zəmanəyə və 

cəmiyyətə qarşı üsyankar çıxışında eyni vahid qayəni təmsil edir. 

Məsələn, “Ana”dakı Səlma oğlunun qatilinə müraciətlə deyir: 

 

Get, namərd qonaq, get, alçaq mültəci,  



Get, miskin hərif, get, cəllad, yırtıcı!  

Get, vicdansız, kəndini qurtar, yaşa,  

Ancaq vicdansızları bəslər dünya... 

 

“Maral”ın faciəli qəhrəmanı Maral öz mühitinə və onu əhatə 



edən cəmiyyətə, insanlara münasibətini bu sözlərlə bildirir: “Uf, 

bəxtiyarlıq içində ölmək; kədərlər, üzüntülər içində yaşamaqdan 

min qat xeyirli imiş”.  Şeyda (“Şeyda” faciəsi) qəlbini didən və 

daxilən onu əzən iztirablarını, öz mühitinin yetimləri, günahsız 

qurbanları olan insanların ürək ağrısını bu şəkildə ümumiləşdirir. 

“...Nə mühərrikliyin verdiyi yorğunluq, nə müdirin usandırıcı 

əmrləri, nə sansor istibdadı, nə də məişət darlığı əsla məni düşün-

dürməyir, əsla məni sıxmayır. Məni üzüb bitirən bir qüvvət var ki, 



Úàâèäè õàòûðëàðêÿí 

320 


o da yalnız həyatdakı boşluqdan, həyatdakı  mənasızlıqdan 

ibarətdir”. “Uçurum”un faciəli romantik qəhrəmanlarından Gö-

yərçin burjua-mülkədar əlaqələrinin iyrəncliyini təmsil edən şəhər 

həyatına nifrətini bu sözlərlə bildirir: 



 

Nifrət, bütün ömrə, həyata nifrət.  

Kəndimi məhv etdim, kəndi əlimlə.  

Göydə

*

 nə bəxtiyar idim... ah öylə,  

Vəhşi quşlar kimi yaşıl bağlarda,  

Tarlalarda, ormanlarda, dağlarda  

Gün keçirsəydim, heç böylə solmazdım,  

Şu altun qəfəsdə əsir olmazdım. 

 

Sayğısız insanların və mahir qadın düşkünlərinin iyrənc əməl-



lərindən cana doymuş Afət (“Afət” façiəsi) insanın insana canavar 

hərisliyi ilə yanaşdığı bir cəmiyyətdə qadınlığın uğursuz taleyi 

haqqında belə deyir: “Ah zavallı qadınlar!.. Bütün mühit və qa-

nunlar onlara düşmən, bütün din və adətlər düşmən, bütün təbiət 

və kainat düşmən. Çünki zəifdirlər, onunçün də  həqsizdirlər”. 

H.Cavid özünün faciəli taleyə malik uğursuz, məhrumiyyətli və 

işgəncə ilə dolu həyat yolu keçən qəhrəmanlarını axıra qədər 

izləyir.  Şair istər fərdi, istərsə  də ictimai-sinfi mahiyyət daşıyan 

faciələrin  əmələ  gəlməsi yollarını göstərir. Həm faciə ilə dolu 

olan həyata, həm də  qəhrəmanı faciəli  şəxsiyyətlərdən ibarət 

ailəvi dramlara çox həssas münasibət bəsləyir. Bununla yanaşı, 

faciəli vəziyyətləri mühitdən təmizləmək, həyatda faciəli hadisə-

lərə nəhayət vermək və insanları qanlı faciələrin qəhrəmanı deyil, 

gözəllik və səadətin yaradıcısı kimi görmək üçün təsirli bir vasitə, 

real bir yol göstərə bilmir; cəmiyyətin fəlakət və iztirablardan, 

həyatı eybəcərlik və  sıxıntıdan, insanları  dəhşət və müsibətlərin 

pəncəsindən xilas etmək üçün şair belə qənaətə gəlir ki, yenə də 

insanlar arasında birlik, ağılla ürək arasında ahəngdarlıq, vəhdət 

                                                 

*

 Əslində Köydə. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

321 


yaratmaq lazımdır. Cavidə görə sinfi ictimai sədlər və  mənəvi 

uçurumlar, cəmiyyətin müəyyən inkişaf prosesiidə yaradılmış 

süni maneələrdən başqa bir şey deyildir; çəmiyyət ağılla ürəyin 

birliyini yarada bilmədiyinə görə gəlib dözülməz fəlakət girdabına 

çıxmışdır.  Şairin nəzərincə (bu nəzər hər nə  qədər idealist məz-

mun daşısa da, mümkünlüyü üçün real zəmin yaradılmasa da) 

cəmiyyətdəki sinfi bərabərsizliyə könüllə  ağıl arasında  əmələ 

gələn yarğanlara nəhayət vermək mümkündür və lazımdır.  Əsas 

çarə, vasitə olaraq şair bu qənaəti irəli sürürdü ki, kiçik hissləri, 

nəfsi və  mənfi ehtirasları  qəlbdən silib atmaq, boğmaq, məhv 

etmək lazımdır.  Şairin bu qisim dram əsərlərində  təsvir etdiyi 

müsbət surətlər mənəvi təmizlənməni, kamil insanlığa qovuşma-

ğın başlıca meyarı hesab edirlər. Bununla belə, həmin nəcib 

insanlar ağılla ürəyin vəhdətini yarada bilmirlər. Şər qüvvələr isə 

ağılın, real düşüncənin inkişafını və istiqamətini xudbinliyə doğru 

çevirmişlər. Bütün bu ictimai sinfi və mənəvi ayrılıq sayəsində də 

bəşərin xoşbəxt gələcək, azadlıq və  səadət haqqındakı gözəl 

arzuları, nurlu fikirləri  əlçatmaz bir xəyal olaraq qalır. H.Cavid 

xəyalı  həqiqətə çevirməkdə gücsüzlük göstərir, canlı  həqiqətləri 

xəyallarla, romantik arzularla birləşdirməyə can atır. 


1   ...   14   15   16   17   18   19   20   21   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə