* * *
*
Cavid sovet quruluşunu qəbul etməmiş, sovet platformasına keçməmişdi... –
Tərtibçi.
*
“Səyavüş” 1936-cı ildə Yerevanda “Haypetrat” nəşriyyatı tərəfindən erməni
dilində nəşr edilmişdi. Ehtimal ki, Vahanın tərcüməsində. – Tərtibçi.
H
Úàâèäè õàòûðëàðêÿí
352
Mən Cavidlə ikinci dəfə 1934-cü ildə Bakıda görüşdüm. Bu
görüşümüzdə o mənə belə bir maraqlı əhvalat danışdı:
– Bir dəfə Azərbayçanın o zamankı xalq maarif komissarı
Mustafa Quliyev Hüseyn Cavidi evinə çay içməyə dəvət edir.
Cavid bu dəvəti məmnuniyyətlə qəbul edib, axşam çağı onun
mənzilinə gedir. Çay içdikdən sonra M.Quliyev onu özünün
kabinetinə aparır. Cavidin diqqətini xalq maarif komissarının
kabinetinin divarına vurulmuş şəkillər çəlb edir. Yağlı boyalarla
çəkilmiş bu şəkillərin içərisində təbiət təsvirləri, gözəl qadın
portretləri, natürmortlar və sair var imiş.
Onlar kabinetdə oturub söhbət edərkən M.Quliyev Hüseyn
Cavidə deyir:
– Yoldaş Cavid! Siz çox böyük şairsiniz, xalq sizi çox sevir.
Lakin sizin poeziyanız bizim yeni həyatımızdan çox geri qalır. Siz
ancaq təbiət, məhəbbət, gözəl qadınlar və sair bu kimi apolitik
mövzularda yazırsınız: Siz kəndlərimizdə yaranan dəyişiklikləri
görmüsünüz? Kənddə həyat kökündən dəyişilib, kolxozlar təşkil
olunur, çöllərdə traktorlar işləyir. Lakin təəssüflə deməliyəm ki,
sizin şeirlərinizdə biz traktora təsadüf etmirik. Bəs siz nə vaxt
traktor haqqında yazaçaqsınız?
Böyük sənətkar özünəməxsus müdrikliklə kabinetin divar-
larından asılan tabloları göstərib kinayəli təbəssümlə ona belə
cavab verir:
– Yoldaş Quliyev! Sizin kabinetinizin divarlarında nələr
görürəm?.. Təbiət, məhəbbət, gözəl qadın, alma, armud, qədəh,
kuzə və sair. Bu divarlardan bir dənə də olsun traktor şəkli
asılmayıb. Axı traktorlar bizim çöllərimizə səs salıb. Nə üçün bu
qadın portretlərinin yanından bir dənə də olsun traktor şəkli
asmayıbsınız?
Cavidin gözlənilməz cavabından sonra Quliyev deyir:
– Siz nə danışırsınız, yoldaş Cavid! Bunlar bədii lövhələrdir.
Traktorun bunların yanında nə işi var?
Cavid yenə kinayə ilə cavab verir:
Úàâèäè õàòûðëàðêÿí
353
– Yoldaş Quliyev! Siz nə fikirdəsiniz, bəs mənim şeirlərim
bədii lövhələr deyil? Siz niyə öz tırtıllı traktorlarınızı mənim
şeirlərimin içinə salırsınız? Əgər sizin divarlarınızdan heç olmasa
bircə traktor şəkli asılsa, o zaman siz traktorun səsini mənim
şeirlərimdən də eşidərsiniz.
Cavid bu sözləri deyərək xalq maarif komissarı ilə vidalaşıb
onun evini tərk edir.
Bakıdan Yerevana döndükdən sonra bu əhvalatı Yeqişe
Çarensə danışdım. O, ucadan gülərək dedi:
– Afərin Cavid! Mən sənə demədimmi ki, Cavid dahi
insandır...
* * *
Sonralar mən dostum Cavidə Uzaq Şimalda rast gəldim. Ona
əlimdən gələn köməyi etdim. Cavid sevincindən doluxsunaraq
məni qucaqlayıb öpdü və dedi:
- Çox sağ ol, Alazan can! Doğru deyiblər ki, dostlar qürbətdə
tanınar.
Mənim böyük yazıçı, böyük şair, böyük mütəfəkkirlə bu
görüşlərim ömrüm boyu yadımdan çıxmayacaq.
Dahi şairin həyatının telləri bu yerlərdə qırıldı...
“Şərq qapısı” 5 mart 1970
Úàâèäè õàòûðëàðêÿí
354
Məmməd Rahim
Ãöäðÿòëè éàçû÷û
üdrətli dramaturq, görkəmli şair
Hüseyn Cavidi mən 1926-cı
ildən tanıyırdım. O, həyatda yüksək şei-
riyyət görmək aludəsi idi. Şeir deyəndə
o, saflığı, müqəddəsliyi nəzərə alırdı. O,
Peyğəmbərin simasında belə şair surəti
yaradıb yazırdı:
Mən fəqət hüsni-xuda şairiyəm
Yerə enməm də səma şairiyəm.
Mən bu kamil sənətkarı tez-tez görürdüm. Cəmiyyətimiz
1
indiki akademiyanın
2
2-ci mərtəbəsində yerləşirdi. Biz gənclər
bəzən oradakı zalda oturar, müxtəlif mövzularda olan söhbətlərə
qulaq asardıq. Hüseyn Cavid böyük sənət eşqindən danışardı.
Söhbətlərindən məlum olurdu ki, yaradıcılığının son dövrlərində
o, yerə enmək, müasir dünyadan yazıb-yaratmaq istəyir. Bu, ona
çox asan müəssər olmayırdı. Keçdiyi mürəkkəb yaradıcılıq yolu,
aldığı ədəbi tərbiyə onun yaxasından möhkəm tuturdu. Cavidi
gənclərin yeni ədəbiyyat yaratmağı maraqlandırırdı. O, “mənə
baxmayın, mənim işim başqa sayaqdır” deyirdi. Bu, böyük sənət-
karın səmimi etirafı idi.
Hüseyn Cavid ildən-ilə həyatla ayaqlaşmağa çalışırdı. “Dəli
knyaz”
3
, “Azər” əsərləri göstərirdi ki, Cavid yeni dünyaya səs
vermək istəyir. Sürətlə, cəsarətlə olmasa da, inamla müasirləşirdi.
Qeyd. M.Rahimin xatirəsi ixtisarlı verilir.
1
Azərbayçan Yazıçılar Cəmiyyəti nəzərdə tutulur – İ.O.
2
İndiki “İstiqlaliyyət” küçəsindəki Əlyazmalar İstitutu nəzərdə tutulur – İ.O.
3
“Knyaz” faciəsi – İ.O.
Q
Úàâèäè õàòûðëàðêÿí
355
Dramaturqun yaradıcılığında olan dönüşü istiqamətləndirmək,
daha real həyat yoluna salmaq üçün o zaman qayğı göstərənlər
olmamış deyildi. Xalqımızın böyük oğlu, dövlət xadimi, yazıçı
Nəriman Nərimanov Hüseyn Cavidi sadə yazmağa çağırmışdı.
Lakin bu sahədə ciddi dəyişiklik əmələ gətirmək Cavid üçün asan
deyildi. Ona görə də deyərdi: Mən Nərimana dedim, sənin “Baha-
dır və Sona” əsərinin yarısından dil dəyişir. Dil yazıçıda bədii
təfəkkürün ifadə vasitəsidir. Onu dəyişdirmək üçün uzun illər
lazımdır. Cavidin yaratdığı əsərlər göstərirdi ki, o, yaradıcılıqda
yeni dünyanın tələbinə cavab verməyə ciddi addımlar atır.
Sonralar Cavidin hər dəfəki söhbətindən məlum olurdu ki,
ciddi, mürəkkəb problemlərdən yazmaq istəyir. O deyirdi: sənətin
yaxasını üçüncu dərəcəli məsələlədən qurtarmaq lazımdır. Xırda
hisslər ədəbiyyat üçün mövzu ola bilməz. Çavidin xırda, balaca,
kiçik sözlərdən xoşu gəlmirdi. Böyük, ali, ülvi, əbədi kimi kəl-
mələr leksikonunda tez-tez eşidilirdi. Bir dəfə kimsə ona “xırda
burjua yazıçısı” demişdi. Bu ifadə Cavidi incitmişdi. O deyirdi:
– Ay canım, xırda burjua kimdir? Qolundan salladığı səbətdə
on-on beş yumurta, üç-dörd yoluq toyuq-cücə satan; mən onların
şairi olarammı? Ondansa mənə böyük burjua yazıçısı desəydi,
ağrımazdım.
Bunları gülümsəyərək söyləyən ədib ciddi ahənglə belə dedi:
– “Həqiqəti məndən soruşsalar, xalqıma, bəşəriyyətə xidmət
eləmək istədiyimi, xeyirxah insanların şairi olduğumu bildi-
rərəm”.
Hüseyn Cavid öz ədəbi prinsiplərində möhkəm dayanan
ədibdi; əsərdə dəyişiklik əmələ gətirməyi ona söyləmək çətindi,
çünki heç vəhclə bunu qəbul etməzdi. Yazdığı əsərlərin sonunda
belə qeyd edərdi: “imlasına toxunulmasın”. O, iradəli, prinsipli
olmağı sevərdi. Zəiflik göstərənlər, fikrindən tez dönənlər onu
çox narazı salardı. İctimai yerdə bir haqsız hərəkət görəndə dərhal
ciddi etirazını bildirərdi. Bir dəfə Cavid müəllimlər evində onun
yaradıcılığını əsassız surətdə tənqid atəşinə tutan bir natiqə cavab
verərkən çox əsəbiləşdi. Mən onun qolundan tutub “Cavid əfəndi,
Úàâèäè õàòûðëàðêÿí
356
hirslənməyin” – deyə zaldan çıxardım. Səhəri bu hadisə qəzetdə
balaca qeydlə verildi. Bir cümlə ilə mənim də haqqımda yazdılar
ki, “bəzi gənc şairlər nahaq yerə Hüseyn Cavidə hüsn-rəğbət
bəsləyirlər”.
İllər keçdi. Dahi Lenin partiyasının milli siyasəti göstərdi ki,
qüdrətli yazıçı Hüseyn Cavidə sovet dövləti hüsn-rəğbət bəsləyir.
Ölməz “Şeyx Sənan” müəllifi Azərbaycan dramaturgiyasının in-
kişafında mühüm rol oynamışdır. O, səhnəmizə yüksək bədii əsər-
lər vermişdir. Elə buna görə də xalq onu hədsiz məhəbbətlə sevir.
O, dinə, xurafata düşmən olmuşdur. O, gözəli, gözəlliyi, insanın
saf, müqəddəs məhəbbətini yazmışdır. O, dünyada azadlığın və
səadətin təntənəsini görmək istəmişdir. “Cavid” sözü əbədi, öl-
məz deməkdir. Yazıb-yaratdığı yüksək bədii əsərlər Hüseyn Cavi-
din ömrünü həqiqətən əbədi eləmişdir. Mən sözümü sülhü odlu
ilhamla tərənnüm edən böyük şahirin misraları ilə qurtarmaq
istəyirəm:
– “Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü”.
Düşbərə qonaqlığı
...Hüseyn Cavid məndən düşbərə istəmişdi. Bişirtdirdim.
Səmədi
1
, Müşfiqi və Abdulla Faruqu da dəvət elədim... Demək
olar ki, hamısı bir vaxtda gəldi.
Şaqqıltılı nərd işə düşdü, uduzanlar bir-bir sıradan çıxdı.
Yenə söhbət başlandı. Həmişə olduğu kimi, söhbətin mərkəzində
Hüseyn Cavid dururdu. Müşfiq onun, Tofiq Fikrətin, Əbdülhəq
Hamidin, Məhəmməd Hadinin şeirlərindən hərarətlə oxuyur;
“Fintən”dən parçaları “Şeyx Sənan”, “Sis”i “Tarixi-qədim” əvəz
edirdi. Axırda Müşfiq Məhəmməd Hadidən:
Bir ildırım olsam da, əritsəm gecələrdən
Bir parça olan örtünü gül üzlü səhərdən, –
1
Müəllif burada və sonra Səməd deyərkən Səməd Vurğunu nəzərdə tutur – İ.O.
Úàâèäè õàòûðëàðêÿí
357
misralarını oxudu.
Cavid dedi:
– Hadi bu şeiri
1
mənə cavab yazmışdır. Mən qadının çarşabda
gözəl göründüyünü iddia etmişdim
2
. Hadi buna etiraz eləmişdi.
Mən Hadinin bu misralarını dedim:
Qoymuş miləl imzasını övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində.
Hadinin milli intibaha atəşin şeirlər ithaf etdiyindən, böyük
həsrətlə yazdığından, ürək yanğısı ilə dilə gəldiyindən danışdıq.
Sonra yenə Caviddən söhbət düşdü. Xarici səfərinə dair suallar
verildi. O, dedi: “Bir dəfə İstambulda qəzetdə oxudum ki, yaxşı
şeir müsabiqəsi elan edilmişdir. Mən də bu şeirimi təqdim
elədim” – deyib şeiri oxumağa başladı:
Sarı gül, ey şikəstə solğun nur!
Çeşmi-nazində başqa rəzm oxunur.
Neçin aludeyi-qubar oldun,
Söylə bir, söylə, neçin soldun?
3
Bu şeiri mən vərəm xəstəliyinə tutulmuş bir qıza yazmışdım,
heç gözləmədiyim halda mükafat aldığımı bildim.
Mən Caviddən xahiş etdim ki, şeiri təkrar etsin, yazım. O
həmin sətirləri təkrar elədi. Səməd böyük ehtiramla:
– Cavid əfəndi, mən sizin romantikanı çox sevirəm, ancaq
olmazmı bir az sadə yazasınız, hamı başa düşsün? – deyə sual
1
M.Hadinin “Əlvahi-nəfasət” şeri nəzərdə tutulur. – İ.O.
2
Hüseyn Cavid “Pənbə çarşaf” şeirini nəzərdə tutur – İ.O.
3
Həmin bənd “Vərəmli qız” şeirindəndir. Əslində belədir:
Sarı gül! Ey şikəstə solğun nur!
Neçin aludeyi-xəyal oldun?!
Çeşmi-nazində başqa rəmz oxunur,
Söylə, bir söylə, sən neçin soldun?! – İ.O.
Úàâèäè õàòûðëàðêÿí
358
verdi. Cavid: “Siz sadə yazın, mənim öz yolum, öz ədəbi təhsil və
tərbiyəm vardır. Bir də, şeiri sadələşdirmək olmaz!” – dedi.
Söhbəti qəlizləşdirmədik. Gənc idik. Özü də Cavid tez tutulan
idi. Hətta nərddə uduzanda da qanı qaralırdı. Ona görə də bəzən
bilərəkdən uduzmaq istəyərdik... Az qalmışdı bu gün də belə
olsun. Bunu biləndə, duyuq düşəndə acığı daha çox tuturdu. Nə
isə, düşbərə gəldi, ədəbi söhbət kəsildi. Süfrə yığıldı, çay gəldi,
yenə söhbət başlandı. Cavid dedi:
– Mən bu fikirdəyəm ki, əsəri zümrələr üçün deyil, insanlar
üçün, dünyanı sevənlər üçün yazmaq gərəkdir.
Faruq “insan məfhumu mücərrəddir” dedi. Cavid “insan
məfhumu müqəddəs və konkretdir!” – deyə etiraz elədi. O, bu
sözləri deyəndə ahəngində ciddilik vardı.
Topraq vətənim, nəvi-bəşər, millətim – insan,
İnsan olur, ancaq buna izanla inandım! –
misralarını oxuyub, “böyük Tofiq Fikrətdən öyrənin!” – dedi.
Xalqın istəyincə, Bakı, 1970
Günaha batmaq istəmirəm
...Yemək-içmək və ədəbi söhbətlər qutardı. Camaat getməyə
hazırlaşdı. Cavid düşbərə üçün anama təşəkkür etdi. Anam isə
“gələn dəfə qutaba gəlin” dedi. Bu, Cavidi razı saldı. O, Bakı
xörəklərini az yemişdi. Fisincan, düşbərə, qutab, gürzə kimi xö-
rəklərə dəvət edəndə məmnuniyyətlə gedir, bəzən özü də xahiş
edirdi ki, belə xörəklər təşkil edək. Nə isə, geyinib küçəyə çıxdıq.
Əli Bayramov klubuna bir az qalmış, tində yumaq halında çarşafa
bürünüb oturan bir qarının gəlib-gedənlərə astadan kömək üçün
müraciət etdiyini görən Səməd [Vurğun] astadan: “Hər kim bu
qarıya 25 manat verməsə, namərddir” – dedi. Dərhal arvadın
üstünə 25-lik yağmağa başladı. Hüseyn Cavid isə bizim bu
hərəkətimizi yalnız seyr elədi və dodaqaltı gülümsədi. Səməd
qarıya: “Ay xala, indi dur get evə...” dedi. Cavid gördü ki, biz ona
Úàâèäè õàòûðëàðêÿí
359
baxırıq, hiss elədi ki, pul vermədiyi bizi narazı salıb, dedi: “Mən
günaha batmaq istəmirəm”. – “Günah niyə, Cavid əfəndi, biz ki
ona əməlli-başlı kömək elədik?” – deyə Müşfiq dilləndi. –
“Doğrudur, kömək elədiniz, ancaq belə köməyin düşər-düşməzi
ola bilər. Qarı bir gündə ömründə bu qədər pul yığmamışdı. Hətta
bəlkə bir ayda bu pulu görməmişdi. Buna görə də qarının
sevincdən ürəyi partlaya bilər. Mən günaha batmaq istəmirəm” –
dedi. Bəlkə doğrudan da o belə düşünürdü.
1
Nə isə “öləcək, ya
ölməyəcək” deyə zarafat edib, Az.MİK-in binasına
2
gəlib çatdıq.
Cavid orada yaşayırdı, bizimlə əl verib evinə getdi. Biz dədəniş
kənarına yola düzəldik.
1960
1
Caviddə o qədər pul harda idi?.. – Tərtibçi.
2
İndiki Respublika Əlyazmalar İnstitutunun binası. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
360
Abdulla Şaiq
Ùöñåéí Úàâèä
avid təbiətcə laqeyd, laübali, hə-
yatını şən keçirməyi sevən bir
şair idi. Onunla keçirdiyim maraqlı bir
günü “Dəyərli bir xatirə”
1
adlı hekayəm-
də təsvir etmişəm.
İsti bir yaz axşamı idi. Şəhər bağça-
sında yan-yana oturub söhbət edir, hər
kiçik bir hadisədən qəhqəhələr qopara-
raq əylənirdik. Hər ikimiz gənc, hər iki-
miz subay idik. Dostum bu aralıq qarşı-
mızdan keçən şıq geyimli, üz-gözü bo-
yalı gənc bir qadına işarə edərək: “Mənə bax, nə haldayam, yara
bax nə sallanır!” mahnısını kəsik səslə oxudu. Qadın kəklik kimi
səkərək önümüzdən sürətlə keçmişdi. İndi hər ikimiz onu arxadan
seyr edərək vücudundakı tənasübü təyin etməyə çalışırdıq. Yol-
daşım başı ilə onun yapon şəmsiyyələrini təqlid edən iri, olduqca
iri şlyapasını göstərərək istehzalı bir qəhqəhə qoparandan sonra:
– İnsanların get-gedə zövqü pozulmağamı başlayır, nədir? Bu
iri qazan incə başlara yaraşırmı?
– Nə etsin, zavallı moda əsiri, sıradan qalmaq olmaz, – dedim.
Bu qadın söhbətimizin uzanmasına gözəl bir mövzu oldu.
Söz-sözü çəkərək bir çox şeydən, hətta həyatın ən mühüm məsə-
lələrindən olan təəhhüldən
2
bəhs etdik. Nəhayət, modasız, boya-
sız, riyasız, təbii, saf və sadə gözəlliklərin insanda buraxdığı təsi-
1
Hekayə burada verilən xatirənin, demək olar ki, eynidir. K.Talıbzadənin qeyd-
lərinə görə, A.Şaiq hekayənin üzərində sonralar yenidən işləmiş, əlyazması
üzərində yazmışdır: “Hüseyn Cavidə aid”. Hekayə ilk dəfə A.Şaiqin əsərlərinin
birinci nəşrinə (1936-cı il) və sonrakı nəşrlərə salınmışdır – İ.O.
2
Evlənmək.
C
Úàâèäè õàòûðëàðêÿí
361
rin bambaşqa olduğundan böylə bir həyat yoldaşı tapmağa qərar
verdik.
Günəş qürub etmək üzrə idi. Təmiz hava almaq məqsədi ilə
dəniz sahilinə çıxdıq. Qayıqlar ötə-bəriyə axır, dəniz seyri
həvəskarlarını əyləndirici musiqilərlə istədikləri tərəfə daşıyırdı.
Heç sormadan qayığa atıldıq. Qayıq ancaq hərəkət etdikdən sonra
onun Qaraşəhərə getdiyini və aldığımız biletlə oradakı sinemaya
1
tamaşa etmək, yenə həmin biletlə geri dönmək mümkün olduğunu
öyrəndik. Bu təsadüfdən hər ikimiz məmnun qaldıq. Gözlərimiz
önündə ağ köpüklər üzərində qalxıb-enən şən qayıqlar, qulaqla-
rımızı dadlı-dadlı oxşayan santurun incə tellərindən qopan munis
mahnılar gənc ürəyimizi cöşğun sevinclərə qərq etmişdi. Bir az
sonra qayığımız Qaraşəhərdəki isgələyə yan aldı. Dişarı çıxdıq,
tamaşa göstərilən binanı tapıb orta sıralarda oturar-oturmaz işıq
söndü. Tamaşa başlandı. Dostum: “Bizi gözləyirmişlər, mərhəba,
qanacaqları var imiş” – dedi.
Birinci lövhə gənc çoban bir italyan qızını təsvir edirdi. Lətif
və mütənasib vücudunda ağ bir don, qıvırcıq saçlı kiçik başında
kəpənək qanadlarına bənzər incə bir şlyapa var idi. Şən, oynaq
quzularla qarışıq qoyunları seyrək, iri ağaclı və otlu bir ovaya
yayaraq topladığı çiçəklərdən başına bir çələng hörməyə çalışır və
arabir dodaqlarından uçan lətif təbəssümlər qədər şən və şux,
zərrin kəpənəklərin arxasınca uşaqcasına qoşaraq əylənirdi.
Hazırlamış olduğu çələngi şən və şatır uşaqlara məxsus bir tövr
ilə əda ilə başına qoyarkən arkadaşım: “Eşq olsun, eşq olsun, tam
bizim istədiyimiz qız”, – deyə pıçıldadı.
– Bizim üçün ideal olan gözəlliyə yalnız böylə təmiz
havalarda, açıq-saçıq gözəl ovalarda sərbəst bir quş kimi yaşamış
kənd qızlarında təsadüf etmək mümkündür.
O gecə bir-birimizdən çox gec ayrıldıq. Əllərini əllərim içində
sıxaraq:
– Cavid, bu xatirə sənə dair yazacağım romanın başlanğıcını
təşkil edəcək, – dedim.
1
Kinoya.
Úàâèäè õàòûðëàðêÿí
362
O gülə-gülə:
– Yox, yox, yazma, – dedi.
Cavid ilə ilk tanışlığım 1905-ci ildə oldu. O zaman Bakıya
səyahət üçün gəlmişdi. Yaxın dostluğumuz isə 1910-cu illərdən
sonra başlandı. İstambuldan yenicə dönmüş və hələ böyük şöhrət
qazanmamış gənc şairin arabir “Tərəqqi” və “Yeni həyat” qəzet-
lərinin səhifələrində “Salik” imzası ilə yazdığı mənzumələrini
oxuyurdum. 1910-cu ildə yazdığı bir pərdəli “Ana” dramı məndə
onun həm böyük şair, həm də böyük dramaturq olacağı qənaətini
oyatdı. Şair dostlarımın hamısından ziyadə Cavid ilə görüşür və
boş vaxtlarımızı əksərən bir yerdə keçirirdik. 1914-cü ildə qələmə
aldığı “Şeyx Sənan” faciəsini böyük maraqla oxumuş, görüşərkən
onun böyük müvəffəqiyyətini səmimi qəlbdən təbrik etmişdim.
Cavidin şah əsərləri, şübhəsiz “Şeyx Sənan” ilə “İblis” faciə-
ləridir. “İblis”i 1919-cu ildə başlamış, 1920-ci ildə bitirmişdir.
Şair bu iki qiymətli əsəri ilə yaradıçılığının ən yüksək zirvəsinə
qalxmış, kamal dövrünü bulmuşdu.
Cavidin “İblis” faciəsini ideoloji cəhətdən tənqid edənlərə
onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin
keçirdiyi müdhiş bir fəlakəti yazmaq məcburiyyətindəyəm.
Cavid Bakıda köhnə Nikolayevski küçədə
1
yerləşən “Təbriz”
otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı və
münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmişdi. Cavidin bətbə-
nizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir görünurdü.
Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən
qurtulduğunu söylədi. Sonra şair özü başına gələn qəzanı müfəs-
səl şəkildə belə danışdı:
“Mart hadisəsinin ikinci günü bir dəstə qaçaq-quldur otelin
qapısını qırıb içəri girdilər və altmış nəfərdən ziyadə müsafiri əsir
aldılar. Mən vəziyyətin nə yerdə olduğunu hiss edərək getmək
istəmirdim: “Nə edəcəksiniz burada edin!” – dedim. Lakin hamı-
mızı məcburən çıxarıb apardılar. Yolda hər tinbaşı üzərimizə yay-
1
İndiki İstiqlaliyyət küçəsi – İ.O.
Úàâèäè õàòûðëàðêÿí
363
lım atəşi açıldıqca hamımız qorxudan yerə sərilir, bir-birimizə
qısılırdıq. Sonra “Qalxın!” əmri verilincə yoldaşlarımızdan bir
çoxunun qurşunlara fəda olduğunu görürdük. Xülasə, altmış
nəfərdən yalnız iki nəfər qaldıq. Bizi gətirib Mayılov teatrına
1
buraxdılar. Aralıq sakitləşənə qədər orada qaldıq. Bu hadisədən
olduqca mütəəssir oldum. İndi biz Hüseyn Sadiq ilə Ənzəliyə
qaçmağa qərar vermişik. Bura çox təhlükəlidir. Sənə də burada
qalmamağı məsləhət görmürəm”.
Mənim Bakıdan çıxmaq iqtidarım yox idi. Vəziyyətimi Cavi-
də anlatdım. Hüseyn Sadiq ilə Cavid iki gün sonra Ənzəliyə get-
dilər. Cavid oradan Təbrizə, Təbrizdən isə Naxçıvana getmişdi.
Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis”
faciəsini bu acı təsirlər altıida yazmışdı.
Cavid öz sənətini çox sevən bir şair idi. O, gözü önündə
uçuşan minlərcə mövzulardan yalnız ən çox sevdiyini, ruhuna və
sənətinə ən müvafiq gələnini yaxalar və onu bir müddət zehnində
yaşatdıqdan sonra səssiz, kimsəyə sezdirmədən yazmağa başlar,
ondan soruşmayınça hansı əsərin üzərində çalışdığını söyləməzdi.
O, əsərlərini birdən-birə, kamil şəkildə meydana çıxarmaq istərdi.
Həyatında eniş-yoxuşlu yollar keçmiş, bir neçə peşədə
çalışmış böyük istedada malik olan Hüseyn Cavid Şərq tarixində
bəyəndiyi tarixi mövzuları qələmə alıb romantizm üslubunda
“Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Uçurum”, “Şeyda”,
“Afət”, “Telli saz”, “Peyğəmbər”, “Topal Teymur”, “Dəli
Knyaz”, “Səyavuş”, “Madrid”
2
və “Xəyyam” kimi mənzum və
mənsur faciələr, “Azər” adlı mənzum roman yazmışdır. Cavidin
mənzum faciələri Azərbaycan səhnəsində böyük müvəffəqiyyət
qazanmışdı. Yazdıqları o qədər sevilirdi ki, tamaşaçılar onun
əsərlərindəki ayrı-ayrı səhnələri, dialoqları əzbərdən bilirdilər.
“Xatirələrim”, Bakı, 1973
1
İndiki Akademik Milli Opera və Balet Teatrına.
2
Hüseyn Cavidin “Madrid” adlı əsər yazması məlum deyildir və hələlik heç
kəs tərəfindən təsdiq olunmamışdır – İ.O.
Úàâèäè õàòûðëàðêÿí
364
Əli Zeynalov
Óíóäóëìàç ìöÿëëèìèì
930-cu ildən 1933-cü ilə qədər
Hüseyn Cavid Azərbayçan döv-
lət teatr texnikumunda bizə ədəbiyyat-
dan dərs demişdir. Bizim ən çox sevdi-
yimiz müəllimlərdən biri o idi. O da
tələbələrini sevər, onlara qayğı göstə-
rərdi. Tələbələr ona “Cavid əfəndi”
deyə müraciət edərdilər. Xasiyyətcə ol-
duqca ciddi, müəllim kimi çox tələbkar
idi.
Mən teatr texnikumuna qəbul olun-
mamışdan qabaq və qəbul olunandan
sonra ədəbiyyatla çox maraqlanırdım. Bir sözlə, ədəbiyyata
möhkəm bağlanmışdım. Həddindən artıq mütaliə edər, bəzən də
kiçik hekayələr yazardım. Həssas qəlbli müəllimim Hüseyn Cavid
bunu hiss etmişdi. Ona görə də mənim ədəbiyyata olan meylim
böyük sənətkarımızın xüsusilə xoşuna gəlirdi.
Hüseyn Cavid öz yaradıçılığına qarşı son dərəcə tələbkar idi.
Yadımdadır, sevimli şairimiz o dövrdə mətbuatda çıxan bəzi
şeirləri bəyənməzdi. Bu barədə söhbət düşəndə bizə deyərdi:
– Uşaqlar, bir var mənzumə, bir də var şeir. Hər yazılan
mənzum əsərə şeir demək düz deyil.
Hüseyn Cavid öz tələbələrini həmişə yüksək ideallarla
yaşamağa həvəsləndirərdi. Yaxşı aktyor olmaq arzusu ilə yaşayan
gənclərə qayğı göstərər və tövsiyə edib deyərdi:
– Aktyor hərtərəfli inkişaf etmiş, savadlı bir şəxsiyyət
olmalıdır. Onun zəngin söz ehtiyatı olmalıdır. Buna görə də siz
həmişə mütaliə etməlisiniz.
Unudulmaz müəllimim səhnədə sözləri, xüsusən şeiri düzgün
tələffüz etməyən aktyorları kəskin tənqid edərdi. Bu da biz gənc
aktyorların xeyrinə olardı.
1
Úàâèäè õàòûðëàðêÿí
365
Dostları ilə paylaş: |