Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

*   *   *  

                                                 

*

 1920-ci illərin əvvəllərində “Peyğəmbər” Bakı teatrlarından birində tamaşaya 



hazırlansa da, göstərilməmişdir. – Tərtibçi. 

Úàâèäè õàòûðëàðêÿí 

486 


Bu dövrdə Hüseyn Cavid Bakıda, mən isə Tiflisdə yaşayır-

dım, buna görə  də tez-tez görüşüb  əvvəlki kimi dərdləşə bilmir-

dik, yalnız hərdənbir məktublaşırdıq. Mən dostumun bütün mək-

tublarını saxlamışam, indi də yeri gəldikcə onları bir-bir oxu-

culara təqdim etməklə özümü xoşbəxt hesab edirəm. Görüşlərimiz 

haqqında isə az-çox məlumatı yalnız gündəliyimin səhifələrindən 

alıram. Məsələn, 1926-cı il fevral-mart aylarında Bakıda keçirilən 

birinci türkoloji qurultayda görüşdüyümüz gündəliyimdə belə 

qeyd edilmişdir: 

Cümə, 26 fevral... Axşam saat 7-də qurultay açıldı. Hüseyn 

Cavidlə yanaşı oturmuşdum. Mirzə  Çəlil, Sultanməcid Qənızadə 

və başqaları ilə görüşdüm...” 

Qurultayın sonrakı günlərində Hüseyn Cavidlə görüşdüyüm 

qeyd edilməmişdir. Mən deyə bilmərəm ki, qurultay münasibətilə 

Bakıda keçirdiyim on günün müddətində mənim Hüseyn Cavidlə 

yalnız bircə görüşüm olmuşdur, lakin burada Hüseyn Caviddən 

danışarkən, mən yalnız və yalnız sənədlərə  və  sənəd xasiyyəti 

daşıyan gündəliyimə  əsaslanıram, çünki o zamankı hadisələri bu 

gün,  əlli-altmış il sonra yada salıb canlandırmaq son dərəcə 

etibarsız və boş işdir: çox zaman biz bu kimi “xatirələrin” yalan-

palan olduğunu görürük. Buna görə  də  şəxsən mən sənədsiz və 

sənədlə  təsdiq edilməmiş xatirələrə  həmişə  şübhə ilə yanaşmağı 

adət etmişəm, özüm də uzaq keçmişin bir hadisəsini yada salanda 

çox ehtiyatla, min dəfə ölçüb-biçəndən, yoxlayıb təhqiq edəndən 

sonra qələmə alır, oxuculara təqdim edirəm. 

Gündəliyimdə Hüseyn Cavidin adı bir də  həmin ilin iyun 

ayında çəkilir: 

Bazar ertəsi, 21 iyun. Axşam saat 9-da Hüseyn Cavid gəldi. 

O, viza almaq üçün dünən Bakıdan gəlmişdir. Berlinə gedir. Gecə 

saat birə qədər oturdu. Şam elədik. Dərdləşdik. 



Tək günü, 22 iyun... Çavid nahara bizdə idi. Saat 9-a qədər 

söhbət elədik. Sabah səhər o, Moskvaya, ordan da Berlinə 

gedir...” 


Úàâèäè õàòûðëàðêÿí 

487 


Gündəliyimdən gətirdiyim bu qeyd hər hansı bir rəsmi sənədi 

əvəz edə bilən, hətta hər bir rəsmi sənəddən daha etibarlı olan bir 

sənəddir, çünki real həyatın, demək olar ki, nəqşidir və bir para 

əsərdə Cavidin “aprelin 10-dan oktyabrın 1-nə  qədər Almani-

yada” olduğunu iddia edən müəlliflər, özləri də bilmədən, kobud 

səhvə yol verirlər. 

1926-cı ildə Hüseyn Cavidlə bir daha görüşdüyümüz barədə 

heç bir qeyd yoxdur. Bu ildə ondan məktub aldığım, ya ona 

məktub yazdığım da qeyd edilməmişdir. Lakin gündəliyimin 17 

və 31 dekabra aid qeydlərində Hüseyn Cavidin “Topal Teymur” 

əsərinin tamaşaya qoyulduğu haqda xəbər verilir. Əsərin birinci 

tamaşası haqqında “Yeni fikir” qəzetində mənim böyük məqaləm 

çap edilmişdi ki, onu ixtisarla burada verməyi lazım bildim: 

“Topal Teymur”. Yazanı Hüseyn Cavid. 

Tamaşası çoxdan bəri gözlənən “Topal Teymur”, nəhayət, 

çümə günü, dekabrın 17-də Tiflis səhnəsində göstərildi. Hüseyn 

Cavidin bu son əsəri haqqında Bakı  mətbuatında müfəssəl mə-

lumat verilərək, onun nöqsanları göstərilmişdi. Hələlik biz, pyesin 

təhlil edilməsindən vaz geçərək, yalnız tamaşa və aktyorların 

oyunundan bəhs edəcəyik. Pyes haqqında öz fikrimizi isə xüsusi 

bir məqalədə söyləyəcəyik. 

“Topal Teymur”un Tiflis səhnəsində birinci tamaşası aktyor 

və rejissorlarımızın pyes üstündə artıq dərəcədə çalışmasını  və 

pyesə lazımi diqqətlə yanaşmasını göstərdi. Çoxdan bəri biz Tiflis 

türk səhnəsində bu dərəcədə yenilik görmürdük. Teatrda lazımi 

dekorlar olmadığından, rejissorluq heyəti yeni dekorlar yazdırmış 

və hazırlatmışdır, böyük opera teatrosundan xüsusi və  zəngin 

libaslar almışdır. 

Pyesin yeniliyindən dolayı bütün səhnədə çalışan heyət tama-

şaya artıq həvəslə hazırlanmışdır. Bu barədə biz cavan rejis-

sorumuz  İbrahim  İsfahanlının məharətini  əlavə qeyd etməkdən 

vaz keçə bilmirik. Bu rejissor hər çəhətdən oyunun gözəl keçməsi 

üçün çalışmışdır. 


Úàâèäè õàòûðëàðêÿí 

488 


Bu oyun birinci dəfə göstərildiyi və yeni olduğu üçün rejis-

sorlarımızın öz şəxsi qüvvəsini göstərmək üçün bir vasitədir, 

çünki cavan rejissor İsfahanlı, irəliki öz quruluşlarında  əski 

əsərlərdə başqalarından görüb-götürdüyü üsulu yürütdüyü halda

bu oyunda yalnız öz qüvvəsi, öz ustalığı və öz baçarığı ilə iktifa 

etməli idi. Bu nöqteyi-nəzərdən  İbrahim  İsfahanlı bacarıqlı 

rejissor adını almaq üçün imtahan vermiş hesab edilə bilər. 

Yuxarıda söylədiyimiz kimi, bu axşam bütün aktyorlar vahid 

bir kollektiv kimi öz rollarını gözəlcə ifa etdilər. Birinci növbədə, 

Topal Teymurun rolunu oynayan Əhməd Salahlını qeyd etmək 

lazımdır.  Əhməd Salahlı bu rolda Hüseyn Cavid yaratdığı Tey-

murun simasını doğru göstərdi. Aktyorun hər hərəkəti Teymurun 

böyük hökmran, cəngavər və  şücaəti sevən mərd olduğunu an-

dırırdı. Sözləri və hərəkətləri kəskin, üzünün tərpənişi (mimikası) 

kəskin!  Şübhəsiz ki, bu rol Əhməd Salahlı  tərəfindən yaradılan 

simalar arasında birinci yeri tutacaqdır. 

Rejissorluq etməklə bərabər, pyesdə ən əhəmiyyətli rollardan 

olan Orxan rolunu İbrahim  İsfahanlı ifa edirdi. İsfahanlı qüvvəli 

aktyordur. Onun səhnəyə  məxsus təhsil və  tərbiyəsi yox isə  də, 

həm təcrübəsi, həm də daxili qüvvəsi vardır. Buna görə də aktyor 

öhdəsinə aldığı rollar kimi, Orxanın rolunu da böyük düşüncə ilə 

oynayır. 

Pyesin üçüncü mərkəzi rolunu – İldırım Bəyazidi cavan və 

bacarıqlı aktyorumuz Əsəd Xəlilov oynayırdı. Aktyor əvvəlinci 

çıxışında (üçüncü pərdə) rolunu layiqincə keçirdisə, təəssüflər 

olsun ki, sonradan bir qədər zəiflik göstərdi. 

4-cü pərdədə onun qəzəbi təbii deyildi. Aktyorun sancılanmış 

adi bir adam kimi özünü qarnı üstə taxtın üzərinə yıxmağı, başını 

tovlamağı  və bu kimi hərəkətləri heç də zalım, müstəbid, kefcil, 

lakin qəhrəman, qorxmaz və cəsur bir sultanı göstərmirdi... 

...Ümumiyyətlə oyun çox maraqlı keçdi və teatr salonunu 

ağzına qədər doldurmuş olan tamaşaçılar aktyorları  dəfələrlə 

şiddətlə alqışladılar”. (19 dekabr 1926, № 1269). 


Úàâèäè õàòûðëàðêÿí 

489 


O illər Hüseyn Cavid yalnız Azərbaycan tənqidçi, ədəbiyyatçı 

və oxucularını deyil, bütün Zaqafqaziya mətbuat işçiləri və  ədə-

biyyat həvəskarlarını da maraqlandırırdı. Yuxarıda “Plamya” jur-

nalı redaksiyasının Hüseyn Cavid yaradıcılığına diqqət yetirdiyi 

və onun əsərlərini rusca çap etmək istədiyi barədə yazmışdıq. 

Bunun davamı olaraq, gündəliyimdəki bir qeyd də bunu təsdiq 

edir. 1928-ci ilə aid gündəliyimdə oxuyuruq: 

Cümə axşamı, 12 yanvar... Axşam Vladimir Sutırin bizə 

gəlmişdi. Gecə saat birə  qədər oturdu. Mən Azərbaycan  ədə-

biyyatı və xüsusi təfsilatla Hüseyn Cavidin yaradıcılığı haqqında 

ona məlumat verirdim...” 

Burada adı  çəkilən Vladimir Sutırin indi Moskvada yaşayan 

rus yazıçı, tənqidçisi və kinodramaturqu, o zaman Zaqafqaziya 

ölkə partiya komitəsində (Zakkraykom) məsul işdə idi və Zaqaf-

qaziya xalqlarının  ədəbiyyatı ilə maraqlanırdı. Azərbaycan  ədə-

biyyatından ruscaya tərçümələrin az olduğundan, o çox vaxt mə-

nimlə söhbət edər, məndən məlumat alardı. Mən də onu maraq-

landıran yazıçıların həyat və  fəaliyyətindən,  əsərlərinin məzmu-

nundan bildiyimi ona nəql edərdim. Çox vaxt bu məsələlər ətra-

fında onunla uzun-uzadı söhbətlərimiz, bəzən də mübahisələrimiz 

olardı.

*

 



Sutırinlə bu görüşdən üç gün sonra gündəliyimdə bu qeydə 

rast gəlirik: 

Bazar, 15 yanvar... Hüseyn Cavidin rəfiqəsi Mişkinaz 

uşaqları ilə, Məmməd Rəhimov bacısı ilə Mirzalıbəyin qızı bizdə 

idilər. Onlar Naxçıvandan gəlib Bakıya gedirlər... Gecə saat 11-də 

qonaqlarımızı yola saldıq, getdilər...” 

Hüseyn Cavidin rəfiqəsi Mişkinaz xanım ailəcə bizim yaxın 

qohumumuzdur. Mənim ailəm Kaxetiyada yaşayanda balaca 

Mişkinaz da anası Şahsənəm dayıqızı və atası Xudabaxışla bizdə 

qalırdı. Anası qürbət vilayətdə anama yoldaşlıq edərdi, atası da 

                                                 

*

 Cavid əsərlərinin rus dilinə  tərcümə  məsələsi 1920-ci illərdə qaldırılsa da, 



həyata keçməmişdi. 1980-ci illərdə 100 illik yubileyi münasibətilə  bəzi 

əsərləri, o cümlədən “Şeyx Sənan” rus dilinə tərcümə edilmişdi. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

490 


dəmiryol tikintisində atamın etibarlı köməkçisi, mənim də ürək 

dostum idi. Gündəliyimdə ona həsr edilmiş bir çox səhifə vardır 

ki, bir gün onları da üzə çıxararıq.  

Yuxarıdakı qeyddə adları çəkilən Məmməd Rəhimov Naxçı-

vanda Demokrat Məmməd adıyla tanınırdı, Mirzalıbəy 

(Bektaşov) isə Naxçıvanda tanınmış ictimai və siyasi xadimlərdən 

idi ki, bunların ikisi də mənim dostum və yoldaşım idi. 

O günlərdə Hüseyn Cavidin rəfiqəsi, oğlu  Ərtoğrul 

*

və  qızı 



Turanla birlikdə Naxçıvandakı atası evindən Bakıdakı öz evinə 

qayıdırdı. 

Bu hadisədən on gün sonra mən Bakıya imla konfransına 

getməli olmuşdum ki, orada Hüseyn Cavidlə görüşmüşdüm: 

Çərşənbə, 25 yanvar... Axşam saat 5-dən 9-a qədər kon-

fransda oldum. Yeni əlifba Mərkəzi komitəsi haqqında Ağama-

lıoğlunun məruzəsi, sonra da müzakirə oldu. Hüseyn Cavid

Əhməd Pepinov və başqaları ilə görüşdüm...” 

Konfransın sonrakı günlərində Hüseyn Cavidlə görüşüm haq-

qında heç bir məlumat yoxdur. Yalnız aradan təxminən doqquz ay 

keçəndən sonra, 1928-ci ilə aid gündəliyimdə yenə şair dostumun 

adı çəkilir: 

Cümə axşamı, 13 sentyabr... Hüseyn Cavid gəlmişdi. 

Saat dörddən axşam doqquza qədər oturub, bolluca söhbət 

elədik. Bir neçə gün burada qalmalı olduğunu dedi... 

Çərşənbə, 19 sentyabr. Gündüz yenə Hüseyn Cavid gəlmişdi. 

Axşama qədər söhbət elədik”. 

Cavidin bu dəfə nə münasibətlə Tiflisə gəldiyi barədə heç bir 

şey yazılmamışdır.

*

 

Gündəliyimdəki qeydlərə görə, o günlər mənim başım çox 



qarışıq imiş. Zaqafqaziya Mərkəzi  İcraiyyə Komitəsində  səhər-

axşam işləməli olduğum üçün ədəbiyyatla məşğul ola bilmirdim. 

İşlərimin bu gərgin vaxtında da şair dostum Tiflisə  gəlmişdi. 

                                                 

*

 Əslində Ərtoğrol. – Tərtibçi. 



*

 Dramaturq həmin ildə “Knyaz” faciəsinin üzərində işləyirdi. Tiflisə səfəri bu 

münasibətlə ola bilərdi. – Tərtibçi. 


Úàâèäè õàòûðëàðêÿí 

491 


Onun harada düşdüyü gündəliyimdə göstərilməmişdir. Bu dəfəki 

səfərdə biz ikinci və sonuncu dəfə onunla çərşənbə günü, sent-

yabrın 19-da görüşmüşdük. Hüseyn Cavid bizə  gəlmiş  və ancaq 

saat altıyadək qala bilmişdi, çünki saat altıda mən Zaqafqaziya 

Mərkəzi İcraiyyə Komitəsi prezidiumunun iclasına getməli idim. 

Hüseyn Cavidlə növbəti görüşümüz 1929–cu ildə Bakıda 

olmuşdu: 

Bazar günü, 21 aprel... Axşam saat 7-yə  qədər Rzagildə 

oldum. Sonra Rza və Əyyubla Hüseyn Cavidgilə getdik. Saat ona 

qədər oturub, ədəbiyyatdan söhbət elədik. Ordan kinoya getdik...” 

Bütün 1929-cu il ərzində gündəliyimdə Hüseyn Cavidlə yal-

nız bir bu görüşümüz qeyd edilmişdir. Sonrakı 1930-cu il fevral 

ayında Tiflisdə Zaqafqaziya yazıçılarının plenumu çağırılmışdı. 

Bakıdan bu plenuma bir çox yazıçı  gəlmişdi ki, onların içində 

Hüseyn Cavid də var idi. Buna görədir ki, gündəliyimdə buna aid 

bir neçə maraqlı qeyd qalmışdır: 

Cümə axşamı, 20 fevral... Nahara Hüseyn Cavid bizdəydi. 

Onunla gecəyarıya qədər söhbət elədik. Haqverdiyev də bura-

dadır. Şura yazıçılarının plenumu olacaq... 

Şənbə, 22 fevral... Nahara Əbdürrəhimbəy xanımı ilə, Cavid 

və Rzaqulu bizdə. Yaxşı yedik, içdik. Anam sağ olsun, hər cəhət-

dən üzümüzü ağ eləyir, xəcalət çəkmirik. Qonaqlar saat 7-də 

getdilər. Sabah Bakıya qayıdırlar”. 

Həmin il mart ayında, Novruz bayramı ərəfəsində, mən anamı 

Bakıya aparmışdım. Martın 6-dan 15-nə  qədər Bakıda qaldıq, 

bütün qohum-qardaş, dost-aşna, tanış-bilişlərlə görüşdük. Bir gün 

də Hüseyn Cavidgildə olduq:  

Bazar ertəsi, 10 mart... Naharı anamla Hüseyn Cavidgildə 

elədik...”  

Bu nahar mənim yaxşı yadımdadır. 

Azərbaycan Mərkəzi  İçraiyyə Komitəsinin “Kommunist” 

küçəsindəki

*

 binasının üçüncü mərtəbəsində Hüseyn Cavidin öz 



                                                 

*

 İndiki “İstiqlaliyyət” küçəsi. Cavidin ev muzeyi həmin binadadır. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

492 


ailəsi ilə yaşadığı  mənzilində biz, Mişkinaz xanımın bişirdiyi 

dadlı Naxçıvan plovunu yeyəndən sonra, ətirli məxməri çay içə-

içə söhbət edirdik. Söz yox ki, söhbət ədəbiyyatdan gedirdi. Mən 

şair dostumun, bizim bugünkü həyatımızdan yazmayıb, ya qədim 

dövrdən, ya da uzaq ölkələrdən yazdığını  tənqid edirdim. O da 

dinməz-söyləməz məni dinləyirdi. 

Ədəbiyyatdan fəlsəfəyə keçdik. Mən yenə  nəsihətamiz bir 

tərzdə... uzun-uzadı moizə edirdim ki, birdən dostum, artıq mə-

nim bu yersiz və usandırıcı təbliğatımdan təngə gələn kimi, açıldı, 

nə açıldı. 

Təbliğatımın yersiz və usandırıcı olduğunu mən indi, o vaxt-

dan qırx iki il keçəndən sonra duyur və indi etiraf edirəm, o 

zaman isə  şair dostuma elədiyim nəsihətləri heç də yersiz hesab 

etmirdim. Bu da mənim böyük səhvim idi, çünki həmən dövrdə 

vulqar sosiologizm cərəyanı Azərbaycan  ədəbiyyatçı  və  tənqid-

çiləri arasında özünə müəyyən yer eləmişdi. Mətbuatda Hüseyn 

Cavidin yaradıcılığı tənqid, bəzən də haqsız və sərt, çox zaman da 

vulqar sosiologizm cəbhəsindən tənqid edilirdi. 

Hüseyn Cavid tənqiddən qaçan, qorxan, inciyən şair deyildi. 

Gündəliyimdən buraya köçürdüyüm qeydlərdən göründüyü kimi, 

mən hələ  məktəbli olduğum zaman onun əsərləri haqqında 

çəkinmədən öz rəyimi deyərdim, o da mənimlə hesablaşardı  və 

əsərlərinin bəzilərini mənim məsləhətlərimə görə təzədən işlərdi. 

Çünki o zaman mənim tənqidim səmimi, xeyirxah tənqid idi. Mən 

onu bir dost kimi tənqid edirdim, o da bir dost kimi mənim 

tənqidimi dinləyir, ağlına batanı  qəbul, ağlına batmayanları isə 

rədd edirdi. Buna görə də aramızda inciklik olmurdu.  

O gənclik vaxtından artıq on beş il keçmişdi və çox şey, çox 

şey dəyişilmişdi. Təzə şəraitdə Hüseyn Cavid vulqar sosiologizm 

cəbhəsindən ona qarşı edilən prinsipsiz hücumlardan təngə  gəl-

miş, usanmışdı. Qəzet və jurnallarda oxuduğu, iclaslarda eşitdiyi 

bəzi tənqidi çıxışlar onu qane edib inandıra bilmir, əksinə, onu 

daha da acıqlandırır, inada salırdı. Bu vəziyyətdə o öz əsərləri 

haqqında məndən ağıllı, inandırıcı, obyektiv, dərin, dostanə  tən-



Úàâèäè õàòûðëàðêÿí 

493 


qid, rəy, məsləhət gözləməkdə tam haqlı idi. Bu cür tənqidə onun 

böyük ehtiyacı var idi. Mənim isə böyuk və bağışlanmaz səhvim 

bundan ibarət olmuşdu ki, dostumun yaradıcılığı haqqında danı-

şarkən, onun zəif cəhətlərini tənqid edərkən, mən bunu nəzərdən 

qaçırmış,  ədəbiyyat sahəsində hakimiyyət iddiasında olan rəsmi 

təiqidçilərin boş  və haqsız iradlarını  təkrar etməklə aramızdakı 

dostluq, məhrəmlik, sirdaşlıq şərtini pozmuşdum. 

Son dərəçə həssas qəlbə və kəskin şüura malik olan şair dos-

tum isə bunu duymuş  və artıq özünü nəzakət dairəsində saxlaya 

bilməmişdi. Onun olduqca sərt, acıqlı, təhqiredici hərəkəti məni 

sanki birdən-birə ayıltmışdı. Ev sahibinin öz qonağına, həm də 

əziz qonağına, yaxın dostuna qarşı belə hərəkəti bizim hamımıza 

dərin təsir bağışlamışdı. Otağa ağır və qorxunç bir sükut çök-

müşdü. Bir andan sonra anam məni məzəmmət, Mişkinaz xanım 

da Hüseyn Cavidi sakit etməyə başladılar. Bizim barıt qoxusu 

verən söhbətimizə qulaq asan uşaqlar da nəfəslərini çəkib gözləri 

bərəlmiş halda bizə baxırdılar. 

Mən dostumun bu gözlənilməz hərəkətindən inciməmişdim, 

çünki bu hərəkətə özümün səbəb olduğumu, dostumun qəlbinə 

dəydiyimi dərhal anlamış  və peşman olmuşdum. Lakin yenə  də 

məclis soyumuşdu. Bir azacıq da oturandan sonra anamla mən öz 

dostlarımızla vidalaşıb getdik. 

Bu hadisədən sonra bir neçə ilin ərzində Hüseyn Cavidlə 

görüşmürdük, onun məktubları da məndə qalmamışdır, gündə-

liyimdə  də onun adı  çəkilmir. Yalnız həmin ilin aprelində  mən 

Bakıya gəlmişdim və o vaxtdan yadigar olaraq gündəliyimdə belə 

bir qeyd vardır: 

Çərşənbə, 30 aprel... Axşam teatrın sonuncu tamaşasına 

getdim. “Dəli Knyaz”

1

 Hüseyn Cavidin əsəri. Yaxşıdır...” 



                                                 

1

 “



Knyaz” faciəsi nəzərdə tutulur. O vaxtlar həmin pyes oxucu və tamaşaçılar 

arasında “Dəli Knyaz” kimi məşhur idi. – İ.O. 

 


Úàâèäè õàòûðëàðêÿí 

494 


Bu qeyddən sonra Hüseyn Cavidin adı bir də mənim 1935-ci 

ilə aid gündəliyimdə çəkilir: 

Çərşənbə, 27 fevral... Axşam evdə Hüseyn Cavidin 

“Səyavuş” dramını oxuyurdum...” 

Həmin ilin oktyabr ayında mən Bakıya gedib on bir gün 

qalmışdım ki, bu barədə gündəliyimdə ümumi bir qeyd vardır. Bu 

qeyddən mənim “Səyavuş” tamaşasına baxdığım, Əbdürrəhim bə-

yin rəfiqəsi Yevgeniya Osipovna, Ülvi Rəcəb, Əli Nazim, Hüseyn 

Cavidgildə nahar elədiyim, bir neçə axşam Həmidə xanım, yenə 

Yevgeniya Osipovna və Hüseyn Çavidgildə olduğum məlum olur. 

Bu görüşlər haqqında müfəssəl məlumat verilməmişdir. 

O zaman mən iş yerimi dəyişmişdim, sentyabr ayından Zaqaf-

qaziya Dövlət Nəşriyyatında (Zakkiz) Azərbaycan ədəbiyyatı üzrə 

baş redaktor vəzifəsində işləyirdim, Bakıya da iş üçün gəlmişdim. 

Burada mən müxtəlif rəssam (Əzim Əzimzadə, Qəzənfər Xalıqov, 

Əmir Hacıyev,  İsmayıl Axundov), tərcüməçi və  ədəbiyyatçılarla 

görüşüb nəşriyyat məsələlərini həll edirdim. 

Bu səfərdən yadigar olaraq məndə Hüseyn Cavidin avtoqrafı 

ilə “Səyavuş” kitabçası qalmışdır. Dostum kitabın titul vərəqində 

bu sözləri yazmışdır: 

“Pək möhtərəm və dəyərli dostum Əziz Şərifə dəyərsiz xatirə. 

17/1935.  H ü s e y n   C a v i d ”. 

Göründüyü kimi, burada Cavid tarixi yazarkən ayı qeyd 

etməyi unutmuşdur. Lakin gündəliyimdəki qeydə əsaslanaraq, bu 

ayın oktyabr olduğunu demək olar. 

Bakıdan qayıdandan sonra mən şair dostuma məktub yazmış 

və tezliklə ondan latın  əlifbası ilə yazılmış  aşağıdakı  məzmunda 

açıq məktub almışdım: 

“P ə k   m ö h t ə r ə m   Ə z i z ! 

Lütfən yazdığınız uzun məktubu aldım. Təşəkkür edərim. 

Ağır soyuq aldığımdan uzun cavab yazamadım. Təbii, qüsura 

baxmazsınız. Ümidvaram ki, eyi fürsət düşdükdə bizi unutmaz-

sınız... 

22-X-35. H.Cavid. 


Úàâèäè õàòûðëàðêÿí 

495 


Bu aradan bir az keçmiş Hüseyn Caviddən yenə bir açıq 

məktub almışdım: 

“M ö h t ə r ə m   Ə z i z !  Belə dostluq olmaz. Sana adres verdim. 

Bizim müqavilənamə  nə oldu? Niçin düzəldib göndərmirsən? 

Paraya ehtiyacım olduğunu sana söyləmədimmi? Verdiyin sözləri 

nə tez unutdun? Cavab gözləyirəm... Hüseyn Cavid. 15-XI-35”. 

Şair dostumun məndə qalan bu son məktubundan anlaşılır ki, 

oktyabr ayında Bakıda olan zaman mən, o biri yazıçılarla olduğu 

kimi, Hüseyn Cavidlə də onun əsərlərinin tərcümə planına salınıb 

Tiflisdə rusca nəşr ediləcəyi barədə söhbət etmiş və Tiflisə qayı-

dandan sonra uzun məktub yazmışdım. Lakin plan hələ  təsdiq 

edilməmişdi, buna görə də hələ müqavilənamə göndərmək müm-

kün deyildi. Dostum isə müqavilənamə bağlayıb avans almağa 

tələsirmiş. 

Həmin il dekabrda mən yenə dörd gün Bakıda olmuşdum. 

Tək günü, dekabrın 17-də, Bakıya çatan günün axşamına, gənc 

dostum  Əli Nazim mənim Ali pedaqoji institutunun dil və  ədə-

biyyat fakültəsində çağırılmış  ədəbi konfransa dəvət etmişdi. Bu 

konfransda mən tələbələrin məruzələrini dinləmiş  və çox razı 

qalmışdım. Sabahı gün, dekabrın 18-də sonuncu məruzə Hüseyn 

Cavidin “Səyavuş” dramına həsr edilmişdi ki, sonra müzakirə 

keçirilmiş və Əli Nazimin son sözü ilə konfrans bağlanmışdı. 

O zaman tənqid və ədəbiyyatşünaslıq sahəsində qızğın fəaliy-

yət göstərən  Əli Nazimlə görüş  və söhbətlərim haqqında gün-

dəliyimdə bir yığın müfəssəl qeyd vardır ki, vaxtı gələndə onları 

da  Əli Nazimdən aldığım və  səliqə ilə saxladığım xüsusi mək-

tublarla bərabər oxuculara təqdim etmək ümidindəyəm. 

İndi isə yenə Hüseyn Cavid mövzusuna qayıdıram. 

Yuxarıda deyildiyi kimi, mən 1935-ci il sentyabrdan etibarən 

Zaqafqaziya Dövlət Nəşriyyatında işləməyə başlamışdım. Bu 

dövrdə  mən bilavasitə Azərbaycan  ədəbiyyatının ruscaya tərcü-

məsi və  nəşri ilə  məşğul idim. Bu münasibətlə yenə Hüseyn 

Cavid haqqında 1936-cı ilə aid gündəliyimdə müəyyən məlumat 

verilir: 



Úàâèäè õàòûðëàðêÿí 

496 


Bazar, 26 yanvar... Axşam Raxmanın iştirakı ilə Zaqaf-

qaziya Dövlət Nəşrıyyatında müşavirə oldu. İllik planlar müzakirə 

və  təsdiq edilirdi. Gurcü ədəbiyyatı üzrə 171 çap vərəqi, Azər-

baycan – 133 və erməni  ədəbiyyatı uzrə 120 çap vərəqi təsdiq 

edildi. Mənim planımı  əsasən  şeir hesabına – Cavid, Rahim, 

Zakir, Sabir – ixtisar elədilər... Bu şairlərin kitabları  gələn ilə 

keçirildi”. 

Burada adı çəkilən Raxman o zaman Zaqafqaziya ölkə partiya 

komitəsində  rəhbər işdə idi və  mən işlədiyim nəşriyyatın məsul 

redaktoru idi. Zaqafqaziya federasiyası  ləğv ediləndən sonra o

Bakıya köçmüş  və “Bakinski raboçi” qəzetinə redaktor təyin 

edilmişdi. 

Nəşriyyatımızda keçirilən bu iclasda mən Hüseyn Cavidin 

kitabını müdafiə edib plandan çıxarılmasına mane ola bilməmiş-

dim, buna görə də dostumun qarşısında özümü müəyyən dərəcədə 

müqəssir kimi hiss edirdim. 

Lakin çox keçmədi ki, vəziyyət kökündən dəyişildi. Zaqaf-

qaziya federasiyasının ləğvi ilə  əlaqədar olaraq, bütün federativ 

idarə  və  təşkilatlar kimi, bizim nəşriyat da ləğv edilməli idi. Bu 

münasibətlə 1936-cı ilin oktyabr ayında nəşriyyat məni Bakıya 

göndərmişdi. Bakıda mən Zaqafqaziya nəşriyyatında Azərbaycan 

ədəbiyyatı sahəsində görülmüş  işlər və hazırlanmış kitablar haq-

qında mütabiq respublika idarələri ilə danışmalı və bütün nəşriy-

yat materiallarının respublika nəşriyyatına verilməsi məsələsini 

həll etməli idim.  

Bütün bu hadisələr haqqında o vaxtkı gündəliyimdə xatirat-

ımın ayrıca bir fəsli üçün kifayət dərəcədə maraqlı material vardır 

ki, onlar da görkəmli Azərbaycan yazıçılarının bir çoxundan 

aldığım və bu günə kimi saxladığım məktublarla birlikdə nizama 

salınıb bir vaxt oxuculara təqdim ediləcəkdir. 

İndi isə həmin səfərimdə Hüseyn Cavidin adı çəkilən bir sətri 

bura köçürməklə kifayətlənirəm: 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin