Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

Bazar, 24 avqust...  Səhər Hüseynlə çay içə-içə bir az 

siyasətdən danışdıq. Hüseyn Həqqinin yanına getməyi təklif elədi. 

Getdik. Həqqinin yanında iki tanış adam var idi. Bir az söhbət 

edəndən soira Botanik bağına getdik. Dörd nəfər idik. Təzə qəzet 

aldıq. Bağda oranjereya deyilən sahəyə keçdik. Qəzetləri oxuyub 

gəzməyə başladıq. Bağın qəribə və gözəl ağaclarına tamaşa edə-

edə gölə  və böyük salxım söyüd ağacına qədər getdik. Mən bu 

söyüd ağacını çox sevirəm, çünki bu ağac daimi qüssə və göz yaş-

larının rəmzidir. Rusca ona neçə  də yaraşıqlı ad veriblər – pla-

kuçaya iva! Salxım söyüd! Bir saata qədər burada oturub söhbət 

elədik, sonra bağın mənə tanış olmayan uzaq sahələrini gəzdik. 

Bağda adam çox idi. Biz hovuzda qızıl balıqlara, ətrafdakı çiçək 

və güllərə tamaşa etdik. Bağdan çıxdıq. Hava çox qızmışdı. 

Hüseynlə  mən  İsmayıl Həqqi və o biri yoldaşımızdan ayrılıb, 

mehmanxanamıza getdik. Mənim otağımda nahar elədik. Nahar-

dan sonra Hüseynlə Türkiyədən, onun siyasi vəziyyətindən söhbət 

edirdik... 

...Gecə saat 11-də Hüseyn gəldi. Saat ikiyə  qədər oturub, 

siyasətdən söhbət elədik. Dostumun kefi saz idi. Uşaq kimi atılıb-

düşür,  şuluqluq edirdi. Mən isə zarafatla ağsaqqal mürəbbi kimi 

ona nəsihət verir, şair,  ədib, müsəlmanların ümidgahı olduğunu 

xatırladırdım. O, təşəkkürlə baş  əyir, təzim edir, həmişə  mənə 

doğma atası yerində hörmət bəslədiyini deyirdi. Gülüşürdük. Bu 

dəfə  də belə  əylənirdik. Hüseyn yatmağa gedəndən sonra mən 

gündəliyimi yazmağa başladım.  İndi artıq səhərdir. Hava işıq-

lanıb. Saat altıdır...” 



Úàâèäè õàòûðëàðêÿí 

456 


Avqustun 25-də  mən özümə  əlverişli bir otaq tapıb, oraya 

köçməyə hazırlaşırdım. Hüseyn Cavidlə bir mehmanxanada, 

qonşu nömrələrdə yaşadığımız və tez-tez görüşdüyümüz son 

günlər idi. Üç gün ondan sonra, çümə axşamı, avqustun 28-də 

səhər son dəfə Hüseynlə bir yerdə filosof Rza Tofiq və onun 

qəribə  vərdişləri haqqında söhbət edirdik. Sonra mən mehman-

xana sahibi Həsən dadaşla hesabımı  kəsib,  şeylərimi faytona 

qoyub, təzə tutduğum mənzilə köçdüm. 

Yay tətilimin son günləri idi. Məktəb dərsləri hələ başlan-

mamışdı. Mən təzə tutduğum otağı nizama salır, divarları çox 

sevdiyim irili-xırdalı  şəkillərlə  bəzəyir, kitablarımı yerbəyer edir 

və bütün asudə vaxtımı müxtəlif bədii  əsərləri oxumaqla keçi-

rirdim. Tətilin sonuncu günü Şeytanbazara, Hüseyn Cavidin 

yaşadığı mehmanxanaya getdim. 

Bazar, 31 avqust... Mehmanxanada atamın məktubunu 

mənə verdilər. Bu məktub məni çox sevindirdi, çünki atam mənə 

mehriban sözlər yazmışdı. Hüseyn öz otağında idi. Mən səhər 

qəzetdə oxuduğum təzə  cəbhə  xəbərlərini ona nəql elədim. O, 

Rzanın Naxçıvandan gəldiyini dedi. Küçəyə  çıxdıq. Buradaca 

kitab mağazasında mən türk şairi Tofiq Fikrətin məşhur “Rübabi–

şikəstə”sini aldım. Hüseynlə restoranda nahar elədik. Mən evə 

qayıtdım...” 

Burada adı  çəkilən 1914-cü il 26 avqust tarixli məktubunun 

sonunda atam Hüseyn Cavid haqqında yazmışdı: “Əziz bəradərim 

Hüseyn Cavid həzrətlərinə salam edib uzaqdan bədaye yazan 

barmaqlarından öpürəm”. Göründüyü kimi, atam Hüseyn Cavid 

şeirini çox yüksək qiymətləndirirmiş. Bunu atamın bir ay sonra 

yazdığı məktubu bir daha təsdiq edir. Həmin il 27 sentyabr tarixli 

məktubunda o yazırdı: 

“Hüseyn Cavid həzrətlərinə salam söylə. Onun əhvalatını yaz. 

Caviddən rica edirəm ki, bir məktub yazsın”. 

Atamın Hüseyn Cavidlə maraqlandığını bildiyim üçün mən 

Tiflisdən Gürcaaniyə yazdığım hər məktubumda  şair dostumuz 

haqqında atama məlumat verirdim. Öz növbəti məktublarının 



Úàâèäè õàòûðëàðêÿí 

457 


(həmin il 24 oktyabr tarixli) birində atam, Hüseyn Caviddən 

məktub aldığını bildirib, yazırdı: 

“Möhtərəm bəradərim Cavid həzrətlərinin məktubunu kəmali-

məsərrətlə oxudum. Məndən o həzrətə və sair dostlarımıza salam 

olsun. Bahar şəbnəmlərindən bir yarpaq “Dəniz tamaşası”nı 

“İqbal”dan kəsib yanımda saxlayıram. Məcalım olan vaxt mütaliə 

edib həzz aparıram. Güman edirəm ki, belə nəzmi yazmayıbdır və 

yazmayıblar. Mənə çox xoş gəlir”. 

Burada adı çəkilən “Dəniz tamaşası doğrudan da Cavidin ən 

gözəl şeirlərindəndir. 

Sentyabrın 1-dən məktəbdə dərslər başlanmışdı, mən də artıq 

tez-tez Şeytanbazara gedib Hüseyn Cavidlə və başqa dostlarımla 

görüşə bilmirdim, lakin hörmətli dostum özü məni unutmurdu. 

Budur, gündəliyimdəki sətirlər: 

Tək günü, 9 sentyabr... Axşam saat altıda İsmayıl Şeyxovla 

Hüseyn gəldilər. Söhbət elədik, meyvə yedik, zarafatlaşdıq, 

güldük. İsmayıl tez getdi. Hüseynlə söhbətə başladıq. Onun gətir-

diyi təzə  qəzeti oxuduq. Teleqraf xəbərləri az idi. Qəzetdə çap 

olunmuş bir məqalə  gəncləri bu yaxınlarda Tiflisə  gətiriləcək 

yaralı  əsgərlərə kömək etməyə çağırırdı. Mən yaralılara yardım 

üçün ianə  yığmaq və ümumiyyətlə onlara hər cür kömək etmək 

istəyirəm. Hüseyn mənim niyyətimi bəyəndi. 

Bu tərəfdən Türkiyə  də müharibəyə hazırlaşır. Amma lap 

səfeh iş görür. O, müharibəyə qarışsa, özü də bədbəxt olar, bizim 

də vəziyyətimizi ağırlaşdırar. Onun ucundan bizim dərslərimiz də 

dayandırıla bilər. “Panorama” jurnalında çap olunmuş bir karika-

tura bizi çox güldürdü. V Sultan Məhəmməd ayaq üstə dərin fikrə 

getmişdir, altında da Hamletin məşhur “Olum, ya ölüm!..” sözləri 

yazılmışdır. Çox mənalı şəkildir. 

Dostumla söhbətdə  mən Türkiyəni və ümumiyyətlə islam 

aləmini, onun nöqsanlarını  tənqid edirdim... Bu söhbətlərdən 

sonra psixologiya və  məntiq elmlərinə keçdik. Mən məktəbdə 

öyrəndiyimiz bu elmlərə aid təlim kitablarımdan ayrı-ayrı fəsilləri 

oxudum. Sonra, həmişəki kimi, yenə söhbətimiz  ədəbiyyata 

adladı. Şekspirdən, Andreyevdən danışdıq. 


Úàâèäè õàòûðëàðêÿí 

458 


Hüseyn gedəndə gecəyarıya az qalmışdı. Sabah mən məktəbə 

getmirəm, çünki bu gün müdirimz oxumaq haqqını (yarım ilə 

altmış manat) verməmiş bütün məktəbliləri dərsdən kənar elədi. 

Mən də bunu atama teleqramla xəbər vermişəm...” 

Aradan on-on iki gün keçdi. Bu müddətdə  mən Hüseyn 

Cavidlə görüşmürdüm. Görünür, başım dərslərimə qarışmış imiş. 

Buna görə Hüseyn Cavidin adı gündəliyimdə ancaq bazar günü, 

sentyabrın 21-də çəkilir: 

“...Saat 12-də  Şeytanbazara gedəndə  Əhməd Pepinova rast 

gəldim. Bərabər getdik. Sabah o, Moskvaya, universitetə oxu-

mağa gedir. Şeytanbazarda qiraətxanaya girdik. Qiraətxana boş 

idi. Sonra Hüseyn gəldi, bir azdan Həqqi də gəldi. Həqqi bir nəfər 

iranlı xanın rusca müəllim axtardığını dedi. Mən, xana müəllimlik 

etməyə razı olduğumu bildirib, məni onunla görüşdürməyi 

dostumdan xahiş elədim.  İsmayıl söz verdi. Onlar qiraətxanadan 

Botanik bağına gəzməyə getdilər, mən də evə qayıtdım...” 

Cümə axşamı, 2 oktyabr... Axşam Hüseyni görməyə getdim. 

O, nömrəsində idi. Faiq əfəndi

1

 də onun yanında idi. Faiq əfəndi 



Azğurda öz mülkündə yaşayır və bir iş üçün Tiflisə  gəlmişdir. 

Mən salam verib oturdum. Çay içib söhbət edirdik. Onlardan 

çoxlu təzə  xəbər eşitdim. Türkiyə Rusiyaya hələ müharibə elan 

etməmişdir, amma sərhəddə vuruşmalar olur. Şahtaxtı, İrəvan və 

o biri dəmiryol stansiyaları yaralılarla dolurdu. Mən bu xəbərlərin 

doğru olduğuna inanmaq istəmirdim. Faiq əfəndi Gürcaaiiyə, 

atamın yanına getmək istədiyini bildirib, oralardakı  vəziyyət 

haqqında məndən məlumat soruşurdu... 



Cümə, 3 oktyabr... Hüseyn gəldi. Gürcaanidən söhbət baş-

landı. Hüseyn ora getmək və ümumiyyətlə  şəhər həyatından 

uzaqlaşmaq istədiyini dedi. Mən yaşadığımız təhlükəli günlərdə 

onun  şəhərdən uzaqlaşmaq fikrini tənqid edir, öz planlarımdan 

danışırdım, o da mənim bu romantik planlarıma gülürdü. Sonra 

siyasətdən söhbət elədik. Sabah nə olacaq, məlum deyil. Türkiyə 

                                                 

1

 Ömər Faiq Nemanzadə. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

459 


bizimlə müharibəyə başlasa, ara qarışacaq, bilmirəm, nələr ola-

caq. Hüseyn saat doqquza qədər oturdu. O, bugünkü və sabah 

gözlənilə bilən hadisələr haqqında öz mülahizə  və düşüncələ-

rindən danışırdı, mən isə onu dinləmirdim, çünki öz fikir və 

xəyallarımla məşğul idim... 

Çərşənbə, 8 oktyabr... Günorta Hüseynin yanına getdim. Bir 

saata qədər oturdum. O, təzə yazmaqda olduğu “Şeyx Sənan” 

dramından mənə parçaları oxudu. Cavid istədiyini yerinə yetirə 

bilsə, ədəbiyyat aləmini sarsıdacaq bir əsər yaradılacaqdır. Mənə 

oxuduğu parçalar çox dərin təsir bağışlayır. Bu gün mən bir daha 

onun böyük talanta malik blduğunu təsdiq elədim. Ondan 

ayrılandan sonra Həqqi ilə görüşdüm və saat ikidə evə qayıtdım”. 

Gündəliyimdəki bu sətirlərdən Hüseyn Cavidin “Şeyx Sənan” 

dramını ancaq 1914-cü ilin payız aylarında yazmağa başladığı 

məlum olur. Buna görə  də  əsərin yazılış tarixini 1912-ci ilə aid 

edən tədqiqatçılar,  şübhəsiz, səhv edirlər. “Şeyx Sənan”ın 1914-

1915-ci illərdə yazıldığı ehtimalı həqiqətə ən yaxın ehtimal hesab 

edilməlidir. 

Bu tarixdən sonra gündəliyimdə Hüseyn Cavidlə görüşlərimiz 

haqqında bir söz yazılmamışdır, lakin iki dəfə onun adı  çəkil-

mişdir. 1914-cü il oktyabr ayının 9-da və 29-da atama məktub ya-

zarkən, Hüseyn Caviddən də ona məlumat verdiyim gündəliyimin 

mütabiq səhifələrində qeyd edilmişdir. Təəssüf ki, Cavid haqqın-

da atama nə yazdığım göstərilməmiş, o tarixli məktublar da qal-

mamışdır. Bu qeydlərdən belə xülasə çıxarmaq olar ki, oktyabrın 

sonuna qədər Cavid Tiflisdə imiş. 

Həmin il oktyabr ayının ortalarında Türkiyə ilə Rusiya ara-

sında müharibə başlandığı, bunun da Türkiyə  sərhədinə yaxın 

olan Zaqafqaziya şəhərlərində, o cümlədən də Tiflisdə böyük 

həyəcana səbəb olduğu məlumdur. Göründüyü kimi, Hüseyn 

Cavid Tiflisdən köçüb getmişdi, həm də bizdən xəbərsiz köçüb 

getmişdi, çünki onun getməyindən bizim xəbərimiz olsaydı, söz 

yox, onu yola salardıq, mən də bu barədə gündəliyimdə məlumat 

verərdim. 


Úàâèäè õàòûðëàðêÿí 

460 


BAKI 

 

Birinci dünya müharibəsi get-gedə qızışmaqdaydı. 1915-ci il 



yazda mən orta məktəbi qurtarıb, sənədlərimi Moskva Kom-

mersiya  İnstitutuna göndərdim və onun iqtisadi şöbəsinə  qəbul 

edilib, həmin il payızda Moskvaya getdim. Lakin Moskvaya 

getməmişdən  əvvəl  1915-ci ilin yayında Hüseyn Cavidlə  mənim 

bir görüşüm də olmuşdu ki, bu barədə gündəliyimdə  aşağıdakı 

məlumat verilmişdir: 

Cümə, 5 iyun... İsmayıl Həqqidən Cavidin gəlib onun kon-

torunda oturduğunu eşidib, tez özümü kontora yetirdim. Hüseyn 

atamla kontordaydı. Salamlaşdıq, öpüşdük,  əyləşdik. Ordan-bur-

dan söhbət elədim. Atam, Hüseynin bu gün bizdə nahar edəcəyini 

deyib, anama xəbər verməyi xahiş elədi. Mən nahara qədər vida-

laşıb, çıxdım. Bazardan lazım olan şeyləri alıb evə apardım və 

qonağımız barədə anama xəbər verdim... 

Saat ikidə Hüseynlə atam gəldilər. Bu gün Hüseyn Kislo-

vodska istirahətə gedir. Nahardan sonra, çay içərkən, Çavid “Şeyx 

Sənan” adlı dramatik poemasını yazıb qurtardığından, indi də 

üzərində redaktorluq işi apardığından nəql edirdi. Mən məsləhət 

görürdüm ki, diqqətlə  işləsin, tələsməsin, elə  əsər yaratsın ki, 

birdən-birə böyük təsir bağışlasın. Mən, yerli və müvəqqəti əhə-

miyyəti olan əsər yox, əbədi, böyük, cahanşümul bir əsər yarat-

maq üçün var qüvvəsini, bütün şairlik istedadını toplayıb, səbirlə, 

tələsmədən, ilhamla işləməyi həmişə ona tövsiyə edirəm, çünki 

onun böyük istedadına, geniş imkanlarına inanıram. 

Hüseyn Cavid öz təzə əsərinə böyük ümid bağlayır. 

Sonra müharibədən söhbət elədik, Hüseyn bu barədə bildiyini 

və  eşitdiklərini bizə  nəql elədi. Saat beşdə Cavid getdi. Bu gün 

saat altıda Kislovodska yola düşür. Mən onu yola salmağa gedə 

bilmədim, çünki şagirdimlə  məşğul olmalıydım. Biz vidalaşdıq. 

Atam da onunla getdi...” 

Tiflisdə bu son görüşdən sonra şair dostumla rabitəm tam 

birilliyə büsbütün kəsilmişdi. 


Úàâèäè õàòûðëàðêÿí 

461 


Moskvada oxuyarkən mən qış  və yay tətillərini Naxçıvanda, 

artıq Gürcüstandakı işlərini qurtarıb evə qayıtmış ailəmlə keçirir, 

sonra yenə Moskvaya qayıdıb, təhsilimi davam etdirirdim. Söz 

yox, Moskvada da, Naxçıvanda da mən öz gündəliyimi  əldən 

buraxmaz və  hər günün az-çox əhəmiyyətli hadisələrini qeyd 

edərdim. Lakin nədənsə ayrı-ayrı dəftərlərim qalmamışdır, bu da 

o vaxtın hadisələrini bu gün ardıcıl surətdə, gündən-günə, aydan-

aya izləməyə imkan vermir. Məni xüsusilə  təəssüfləndirən Mos-

kvada və Naxçıvanda yazdığım 1916-cı il aprel-sentyabr tarixli 

dəftərin ya dəftərlərin itməsidir, çünki həmin il may ayında 

Hüseyn Cavid haqqında əhəmiyyətli qeyd olmalı idi ki, bu barədə 

şairin mənə yazdığı 1916-cı il 30 may tarixli məktubu xəbər verir. 

Bu məktubdan məlum olur ki, mən 1916-cı il mayda Naxçı-

vanda olmuş və oradan Hüseyn Cavidə Bakıya məktub yazmışam 

ki, o da həmin məktuba Bakıdan cavab yazıb Naxçıvana göndər-

mişdir. Məktubun zərfində  mənim Naxçıvan ünvanım yazılmış, 

Cavidin də Bakı ünvanı göstərilmişdir: Bakı, “Təbriz” mehman-

xanası. 


Məktubu olduğu kimi buraya köçürürəm: 

“30 mayıs, 1916. 

“Ə z i z! Məktubunu aldım, təşəkkür edərim. “Keçmiş günlər-

də, qəzetlərdə bir xəbər var idi: Bakı ətrafındakı köylərin birisində 

bir çocuq oynarkən, elektrik qüvvəsi daşıyan bir dirəyə sırmaşıb 

çıxar. Fəqət bir-iki dəqiqə keçməz, bir ana çocuğunu qucağında 

nasıl atıb tutarsa, elektrik telləri də zavallı çocuğu öyləcə atıb-

tutmağa başlar. Seyr edən kiçik arqadaşları, onun havada teldən-

telə atılıb böylə mahiranə  rəqs etməsini görüncə, qəhqəhə ilə 

gülməyə başlarlar. Fəqət o halda çocuğun yanmış vücudu yerə 

düşüncə, hər kəs böyük bir heyrət içində qalır”. 

İştə, məktubunu oxurkən, məzkur çocuğu xatırladım. Elektrik 

telləri onu nasıl havada rəqs etdirmişsə, sənin məktubun da son 

dərəcə kəvşəklik və durğunluq keçirən ruhumu öyləcə rəqs etdir-

məyə başladı. Fəqət bir fərq var ki, elektrik telləri diri və şətarətli 

çocuğu yandırıb məhv etmiş; sənin məktubun isə ölü və yorğun 

könlümü diriltdi, fərəhləndirdi. 


Úàâèäè õàòûðëàðêÿí 

462 


Məktubunda deyirsən ki: “Ümidvaram, köhnə dostluğumuz, 

yaxınlığımız yadından çıxmayıb, yoxsa bu məktubu yazmağa və 

səni narahat (?) etməyə cürət (?) eləməzdim”. 

Əvət, dünyada bir çox əzizlərə təsadüf etmək mümkün olsay-

dı, bəlkə tez unudulurdun, fəqət,  əfsus ki, təsadüf edilməyir. 

“Məktub yazıb bəni narahat etmək cürətinə” gəlincə, sənə qızma-

maq, darılmamaq mümkün deyil... çünki bu kəlmələrdə bir qədər 

rəsmiləşirsən. 

Əziz! Məktubunu Rzaya da oxudum. Bəzi təbirlərin bizi çox 

güldürdü. O da bənim qədər sevindi, bənim qədər elektrikləndi. 

Yenə Rzanın təbiətindən bəhs etmişsən. Sənə, bənə qarşı olmasa 

da, inan, başqalarına qarşı haqsız deyil... Gözəl və müəttər bir gül 

dikansız olmadığı kibi, fəzilətli, müstəid bir insan da qüsursuz 

olamaz. Fəqət bu qüsur, bəncə, sənətkaranə bir rəsmin  ətrafında 

gözə çarpan ləkələr qədər təbii görülə bilər. 

Deyəsən, çox uzun getdim, ancaq burasını bilməlisən ki, ya 

bən, ya Rza, hər nə zaman səmimi və ruhani bir söhbətdə bulun-

muşsaq, o söhbət Əzizsiz keçməmiş, kecəməmiş və kecəməz də... 

Ehtimal ki, bu sözümü cunbulument (kompliment) hesab edərsən. 

Xayır, doğrusu da budur. İstərsən, qəlbinə sor, o sənə söylər. 

Atanı təqdis edirsən – “Böyük ruhlu qoca...” – deyə, ən səmi-

mi hissiyyatla kəndisinə qarşı hörmət bəslədiyini söyləyirsən. 

Haqsız deyilsən,  əzizim, çünki o, düşündüyündən daha böyük, 

daha alicənabdır. Hətta yalnız sən deyil, bən və  bənim kimi 

Naxçıvan mühitində yetişmiş gənclər həp ona qarşı mənəviyyatca 

mədyuni–şükran olmalıdır, iştə bu qədər... 

Evlənmək məsələsinə gəlincə: fəna şey deyil... Şübhəsiz, kəs-

kin bir mühakimə, bir hiss ilə birləşən iki könül daima məsuddur. 

Şimdi bir az da özümdən yazayım: 

“Şeyx Sənan”ı vaxtsız nəşr etdim. Daha münasib vaxta burax-

malıydım, çünki o, nəşr edildiyi günlərdə siyasət aləmi həyəcanlı 

dəqiqələr keçirirdi. Xalq da, təbii, bütün ruhuyla müharibəni təqib 

edirdi. Zatən bu bir qanundur: siyasət rol oynarkən,  ədəbiyyat 

susar. Təbii susmalıdır da... 



Úàâèäè õàòûðëàðêÿí 

463 


Əgərçi məşhur  ədiblər və  tənqidçilərimiz tərəfindən bir çox 

təqdirlər eşidildi, sükut ilə keçmədi. Fəqət bən çox arzu edərdim 

ki, yalnız təqdir ilə qalmasın, qüsurları da göstərilsin.  Şübhəsiz, 

“istiqbal” er-gec onu da yapar. 

Kecən sentyabrdan bəri heç bir iş gördüyüm yox; yalnız dərs-

lər ilə  məşğul olurdum. Lakin bir ay var ki, mənsur olaraq 

“Şeyda” adlı bir faciə, sadə bir şey yazmağa başladım. Yazda 

narahat olmazsam, bəlkə yazar, bitirərəm. 

Bədənim qüvvətcə  fəna deyil, fəqət ciyərimdəki xəstəlik 

geçən ilə nisbətlə yarıya enmiş kibidir. Baxalım, sonu nə olur. 

Yazda hər halda tədavi etməliyəm. İştə onun üçün də, əfsus, çox 

əfsus ki, Naxçıvana gəlməyəcəyəm. Sənin və Məşədinin o ruha-

şna söhbətlərindən uzaq olacağam. Ehtimal ki, Rza da gəlməz. 

Kəndisi sənə kağız yazar. 

Pədəri-möhtərəminə, validən həmşirə xanıma səmimi  ərzi–

ehtiram... Həmsöhbətin olan arqadaşlara məxsusi salam... Səni və 

Cavadı  dərin bir səmimiyyətlə öpər,  əllərinizi sıxar, allaha 

ismarlaram, qardaşım!.. 



Qardaşın Hüseyn Cavid. 

 

Məktub yazmaqda son dərəcə tənbəl olduğumdan Məşədiyə



*

 

qarşı  pək məhcubam. Qısa, qırıq, mənasız bir məktub yazmağı 



pək mənasız buluram. Onun üçün də  şimdiyə  qədər bir şey 

yazdığım yox. Hər halda onun ruhu böyükdür, qəlbi genişdir. 

Təbii, əfv edər, məzur görər. Bəndən ona təkrar salam... 

Hüseyn. 

 

A d r e s:   Bakı. “Açıq söz” idarəsi”. 



Məzmunca bu məktub nə  qədər dolğun və maraqlı olsa da, 

onda şübhə, həm də ciddi şübhə yaradan bir qeyd vardır. 

Məktubun məhz 1916-cı il 30 mayda yazıldığı yəqindir, çünki 

bu tarix həm məktubun başında müəllifin öz qələmi ilə, həm də 

                                                 

*

 Məşədi Qurbanəli Şərifova. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

464 


zərfin üzərində Bakı poçtasının möhürü ilə göstərilmişdir. Lakin 

Hüseyn Cavidin “Şeyx Sənan”ı “vaxtsız” nəşr etdiyinə və əsərin 

“məşhur  ədiblər və  tənqidçilərimiz tərəfindən” təqdir edildiyinə 

aid sətirləri bu tarixə uyğun gəlmir, çünki, məlum olduğu üzrə, 

“Şeyx Sənan”ın ilk nəşri 1917-ci ilə aiddir, kitabın üzərində də bu 

tarix göstərilmişdir. 

Məktubdakı tarix heç bir şübhə yaratmadığı kimi, kitabın 

üzərindəki tarix də  şübhəyə yol vermir, çünki “Şeyx Sənan”ın 

(eləcə  də “Bahar şəbnəmləri” və “Maral”ın) “yeni təbdən çıxıb 

satılmağa başladığı” haqda ilk elan Bakıda “Açıq söz” qəzetinin 

1917-ci il 31 oktyabr tarixli 602-ci nömrəsində  dərc və sonra 

həmin ilin noyabr və dekabr aylarındakı müxtəlif nömrələrində 

təkrar edilmişdi. Məktubla kitab arasındakı bu ziddiyyəti izah 

etmək üçün mənim  əlimdə heç bir inandırıcı  sənəd yoxdur. Bu 

ziddiyyəti yalnız bir ehtimal aradan qaldıra bilər: bəlkə  “Şeyx 

Sənan” 1917-ci ildə kitabça şəklində nəşr edilməzdən əvvəl 1915-

1916-cı ildə qəzet səhifələrində dərc edilmişdir. Lakin şairin mən-

də olan kitablarında bu barədə heç bir məlumat verilməmişdir, 

mən özüm isə bu məsələni tədqiq etməmişəm, buna görə  məsə-

lənin həllini Hüseyn Cavidin yaradıcılığı ilə bilavasitə  məşğul 

olan tədqiqatçı ədəbiyyatşünaslarımızın öhdəsinə buraxıram

1



Bu məktubdan təxminən üç həftə sonra Cavid, mənim yeni 

məktubuma cavab olaraq, ikinci məktubunu yazıb Naxçıvana 

göndərmişdi. “Açıq söz” qəzetinin rəsmi zərfində göndərilmiş bu 

ikinci məktubun da məzmununu buraya köçürürəm: 

“Bakı, 22 iyun, 1916. Ə z i z. Keçən məktubun bəni nə qədər 

məsrur etdisə, şu məktubun da bir o qədər məhzun və mütəəssir 

etdi. Sənə  təsəlli vermək istəməm, çünki bənim düşündüklərimi, 

şübhəsiz, sən də düşünmüsən. Ancaq qısacıq bir sözlə deyə bili-

                                                 

1

 Əziz Şərif ehtimalında yanılmırdı. “Şeyx Sənan” “Açıq söz” qəzetinin 1916-



cı il yanvarın 1-dən fevralın 3-dək olan nömrələrində tam dərc edilmişdir. – 

İ.O. 


 

Úàâèäè õàòûðëàðêÿí 

465 


rəm ki: İbrahim mühit və əqrəbaca, dost və aşnalarca pək böyük 

bir itkidir. Əvət, İbrahim yazıq və məzlum oldu. Məşədiyə, ata və 

anasına səmimi ərzi-təsliyət. 

Hüseyn Cavid”.  

 

Bu məktubda adı  çəkilən  İbrahim mənim bibim oğlu və  ən 



yaxın dostum və sirdaşım idi. Hüseyn Cavid onu da, onun atası 

Məşədi Heydər Nəsirbəyovu da yaxşı tanıyırdı, hətta İstambuldan 

atama yazdığı  məktublarının birində ona “cənab Nəsirbəyov” 

deyə salam da göndərmişdi. 

Mən o zaman Moskvadaydım və atamın təklifi ilə qış tətilində 

Naxçıvana qayıtmış  və haman qışı 1917-ci il fevralın sonuna 

qədər Naxçıvanda qalmışdım. Bu qış  mənim üçün olduqca ağır 

keçmişdi. Bunu desəm kifayətdir ki, atam ciddi xəstələnmişdi, 

mən də onun yanında qalıb, ondan muğayat olurdum. Tam iki ay 

Naxçıvanda qalandan sonra, atam artıq xəstəlik yatağından qal-

xanda, mən Moskvaya qayıdıb öz təhsilimi davam etdirə 

bilmişdim. 

Naxçıvanda olan zaman mən Bakıda yaşayan Hüseyn Cavidə 

məktub göndərmişdim ki, bu barədə 1917-ci ilə aid gündəliyimdə 

aşağıdakı qısaca qeyd vardır: 

Çərşənbə, 4 yanvar... Bir iş haqqında atamın xahişi ilə 

Hüseyn Cavidə məktub yazdım”. 

Məktubun hansı iş haqqında yazıldığı Hüseyn Cavidin cava-

bından aydınlaşır. Həmin il yanvarın 13-də yazdığı  məktubunda 

oxuyuruq: 

“Ə z i z i m !  Məktubunu aldım.  Şahbəyim xanım tərəfindən 

yazılacaq məktubu yazıb idarəyə verdim. Məzkur məbləğ  hənuz 

poçtadan alınmamış.  Şübhəsiz, alındıqda məktub ilə  bərabər təb 

və elan edilər”. 

Bu sətirlər mənə xatırladır ki, böyük sərvət sahibi olan Mə-

şədi Heydər Nəsirbəyovun vəfatından sonra mənim bibim 

Şahbəyim xanım atamın məsləhəti ilə müftəxor molla və seyidlərə 

ianə və ehsan vermək əvəzinə, cəmiyyəti-xeyriyyə üçün müəyyən 



Úàâèäè õàòûðëàðêÿí 

466 


məbləğ ayırmışdı ki, bu barədə Hüseyn Cavidin vasitəsi ilə “Açıq 

söz” qəzetində mütabiq elan çap edilməli idi. 

Öz məktubunda Hüseyn Cavid yazırdı: 

“Məşədinin xəstəliyi bəni nə  dərəcədə  sıxdığını  təsvir 

edəməm. Qardaşım! Dəhşətli bir fəlakətdən qurtulduğum sırada 

böylə qorxunc bir xəbər bəni daha ziyadə dəhşətləndirdi...”. 

Öz məktubunu Cavid bu sətirlərlə tamamlayırdı:  

“Ə z i z !  İlk poçtadan Məşədiyə dair qısaca bir məktubumu 

gözlərim, saqın, unutma. Məşədiyə  məxsusi  ərzi-ehtiram... 

Qardaşın Hüseyn Cavid”. 

Bu məktubun da zərfində Cavid öz ünvanını yazarkən, 

“Təbriz” mehmanxanası və 21-ci otaq nömrəsini göstərmişdi. 

Şair dostumun məktubunu alan günün sabahısı, yanvarın 19-

da, mən ona cavab yazmış  və yanvarın 28-də onun 24 yanvar 

tarixli açıq məktubunu almışdım ki, onu olduğu kimi buraya 

köçürürəm:  

“Bakı. 24 yanvar, 917. 

M ö h t ə r ə m   Ə z i z !  İkinci məktubunu aldım. Məşədinin 

səhhətinin iadə edilməsindən son dərəcə  məmnun və  məsrur 

oldum. Məzkur  əlbisə  cəmiyyəti-xeyriyyəyə verilməlidir. Lakin 

sən bənə 410 rüblənin on rübləsi qəzetə üçündür, deyə heç bir 

işarə etməmişdin,  şübhəsiz, o da başınızın qarışıqlığından nəşət 

etmə bir hal olsa gərək, “Açıq söz” idarəsinə söylədim. İdarə on 

rüblə geri alaraq, bu günlərdə xanımın qəzetəsini göndərəcəklər. 

Məşədiyə  və bildiklərə  məxsusi  ərzi-ehtiram... Qardaşın Hüseyn 

Cavid”. 


Bibimin oğlu da, əri də öləndən sonra onların təzəli-köhnəli 

bir yığın paltarı qalmışdı ki, onun da cəmiyyəti-xeyriyyə vasitə-

silə yoxsul və möhtaclara çatdırılması məqsədəuyğun bilinmişdi. 

Cavid öz məktubunda “məzkur  əlbisə” sözləri ilə bunu nəzərdə 

tutmuşdu. 

Bu məktubu aldığım gün gündəliyimdə yazılmış  sətirləri də 

buraya əlavə edirəm: 


Úàâèäè õàòûðëàðêÿí 

467 


Şənbə, 28 yanvar.  Səhər Hüseyn Caviddən məktub aldım. 

Havalar soyuqdur. Bütün gün, bütün gecə qar yağırdı... Atam bu 

gün otaqda gəzinirdi, amma o qədər zəifdir ki, kürsüyə oturanda 

köməksiz ayağa qalxa bilmir. Xaricdə narahatlıqdır. Amerika Al-

maniyaya hərb elan etmək istəyir. Gərək çoxdan edəydi, gözlə-

mək yersiz idi. Canavarın əl-ayağı yığışdırılıb qırğına son qoyul-

malıdır. Mərkəzdə yenə hökumət böhranı gözlənir. Axşam müxtə-

lif məktublar yazırdım. Hüseyn Cavidə də yazdım. Yayı Şəkidə

*



dayım  Əbdüləzimgildə keçirməyi təklif elədim.  Əbdüləzim 



dayıma da yazdım”. 

Gündəliyimdəki qeyddə o gərgin günlərin siyasi hadisələri də 

öz  əksini tapmışdır. Müharibə get-gedə  qızışmaqdaydı. Petroq-

radda dərin böhran keçirən çar hökuməti tez-tez dəyişilir, lakin 

mürəkkəb siyasi şəraitdə üzərinə düşən ağır və məsuliyyətli vəzi-

fələrin öhdəsindən gələ bilmirdi. Daxildə çarizmə qarşı nifrət 

gündən-günə artır, inqilabi fırtınanın yaxınlaşdığı hiss edilirdi. 

Mən fevralın sonuna qədər Naxçıvanda qalmalı olmuşdum. 

Artıq atamın səhhəti düzəlmişdi, mənim də Moskvadakı dərsləri-

min vaxtı keçirdi. Bazar ertəsi, fevralın 27-də  səhər saat beşdə 

mən Naxçıvandan çıxdım. Gündəliyimdəki qeydə görə, Rza məni 

yola salmaq üçün vağzala gəlmişdi. Bu qeyddən Rza Təhmasibin 

o zaman Bakıdan qayıdıb artıq Naxçıvanda yaşadığı məlum olur. 

Sabahısı gün, fevralın 28-də mən Tiflisə çatmışdım. Gündəliyim-

dəki sətirlər maraqlı olduğu üçün buraya köçürürəm. 

Tək günü, 28 fevral. Təcili teleqramlarda dövlət dumasının 

buraxılması  xəbərini oxudum. Deyəsən, paytaxtlarda ara qarış-

mağa başlamışdır. Gündüz Əliqulu Nəcəfova rast gəldim. Onunla 

bir yerdə “Molla Nəsrəddin” redaksiyasına getdim. Orada Mirzə 

Cəlil və Əbdürrəhim bəylə görüşdüm

*

. Yarım saat onlarla oturub 



söhbət elədik. Onlar atamın vəziyyətini soruşurdular. Axşam saat 

7-də mən getdim...” 

                                                 

*

 İndiki Ermənistandakı dağ kəndlərindən biri. – Tərtibçi. 



*

 Əbdürrəhim bəy Haqverdiyev. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

468 


Həmin gün Petroqradda inqilab başlanmışdısa da, xəbəri Tif-

lisə  hələ çatmamışdı. Mən də bir gün Tiflisdə qalandan sonra, 

martın 2-də qatarla Moskvaya təhsilimi davam etdirməyə yollan-

dım. İnqilabın bu ilk günlərində Tiflis-Moskva dəmir yolunda və 

Moskvanın özündə öz gözümlə görüb müşahidə elədiyim və işti-

rakçısı olduğum tarixi hadisələr haqqındakı gündəlik qeydlərim 

nə qədər maraqlı olsa da, mən mətləbdən uzaqlaşmaq istəmirəm. 

Təxminən üç ay Moskvada qalıb, müəyyən imtahanlarımı ve-

rəndən sonra mən, atamın vəziyyətinin son dərəcə  ağırlaşdığı 

üçün, may ayında Naxçıvana qayıtmalı oldum. Mən gələndən iki 

həftə sonra, bazar günü, iyun ayının 4-də  səhər saat altıda atam 

vəfat etdi. Həmin gün Tiflisdə Molla Nəsrəddinə  və Bakıda 

Hüseyn Cavidə qısaca teleqramla xəbər göndərdim. Gündəliyim-

dəki qeydlərdən  Əliqulu Qəmküsarın da, Rza Təhmasibin də bu 

zaman Naxçıvanda olduqları məlum olur. 

Aradan bir neçə gün keçmişdi ki, Bakıda “Açıq söz” qəze-

tinin 9 iyun tarixli 493-cü nömrəsində atamın vəfatına aid aşağı-

dakı materialları oxuduq. Qəzetin birinci səhifəsində başda qara 

çərçivə arasında “bu günlərdə Naxçıvan şəhərində sevgili millət-

pərəst və maarifpərvər Məşədi Qurbanəli Şərifzadənin tərki-həyat 

etməsi” barəsində bir elan dərç edilmişdi. 

Qəzetin dördüncü səhifəsində isə əvvəlcə aşağıdakı məzmun-

da qısaca bir xəbər çap edilmişdi:  

“Naxçıvanda. 

Naxçıvanın ən maarifpərvər və millətpərəst simalarından Mə-

şədi Qurbanəli  Şərifzadənin vəfatı münasibətilə  mərhumun oğlu 

idarəmizə Hüseyn Cavid əfəndi namına belə bir teleqraf gön-

dərmişdir: 

“Bu gün səhər atam vəfat etdi.  Ə z i z”.  

Bu xəbərin altında da “H.C.” imzası ilə qara çərçivədə 

“M.Qurbanəli  Şərifzadə” başlığı ilə Hüseyn Cavidin aşağıdakı 

nekroloqu çap edilmişdi: 



Úàâèäè õàòûðëàðêÿí 

469 


“Səmimi millət xadimlərindən biri də  tərki-həyat etdi. Əvət, 

M.Qurbanəli  Şərifzadə  həzrətləri də sönüb getdi, həm də bilir-

məsini, parlamasını sezdirməyən bir qıvılcım kibi söndü. 

Qafqazın bir çox mühərrirləri, ədibləri, sənətkarları və millət 

xadimləri mərhumu yaxından tanır və dadlı müsahibələrindən 

xoşlanırdı. Halbuki camaatımız ümumiyyət etibarilə müşarileyhi 

pək və layiqilə tanımazdı. Mərhum vaxtında bir çox qəzetlərdə 

iştirak edir, bəzi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millət-

sevər ruhilə kəndi irqdaşlarını düşünürdü. Lakin bir dürlü səsi çıx-

mazdı, çünki gurultudan, nümayişdən, alqışdan pək də xoşlan-

mazdı. 

“Sağ  əlinlə verdiyini sol əlin duymasın!..” – üsuluna ən çox 



riayət edən, sadiq, fədakar, həmiyyətli bir sima idi. 

O, məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir 

müəllim idi, camaat müəllimi idi, həm də müəllimlərdən fəzlə 

məlumata malik idi. Heç bir mədrəsə  tərbiyəsi görmədiyi halda, 

mərhum kəndi hümmət və qeyrətilə, kəndi səbat və  mətanətilə 

türkcə, farsca, rusca oxur-yazardı; tətəbbö və mühakimələrdə bu-

lunurdu. Bir an-əvət, bir an belə-elm və maarif günəşinə pərəstiş 

etməkdən geri durmazdı. 

Onda son dərəcə böyük bir istedad və məziyyət var idi. O da 

böyük bir mübəlliğ, qəhrəman bir rəhbər olmasıydı. 

Bu gün Naxçıvanda açıq fikirli, milliyyət və insaniyyəti düşü-

nən, ülum və maarifn təqdir edən bir çox gənclər gerçəkdən də 

mərhum müşarileyhə qarşı mədyuni–şükran olmalıdır. Çünki hər 

biri onun birər mənəvi şagirdidir. 

Naxçıvan kiçik bir şəhərdir. Kəndisi də maarif hissinə ol-

duqca biganə və əskidən bəri səfsətələr ilə vaxt keçirən bir mühit 

olduğundan daima xalqın gözünə qara pərdə  çəkməkdən zövq 

alan bir taqım kəvşək ruhlu, qara fikirli, kor idraklı əşxasın əlində 

oyuncaq ola gəlmişdi. Lakin az bir zamanda naxçıvanlılar, Nax-

çıvandakı  gənc simalar yalnız, yalnız  Şərifzadə  və onun kibi bir 

qaç həqiqətpərvər zəvat sayəsində cəhalət qaranlığından qurtuldu, 

qurtula bildi, qurtulmağa çalışdı, həqiqət işığını  dərk etməyə 



Úàâèäè õàòûðëàðêÿí 

470 


müvəffəq oldu. Və bugünkü Naxçıvan, demək olur ki, Qafqazın 

digər  şəhərlərinə nisbətən pək də geridə olmayıb, az-çox düşün-

cəli, mühakiməli, ziyalı simalar yetirmək ümidini bəsləməkdədir. 

Mərhum zəngin bir ailəyə  mənsub deyildi, yoxsul gənc ikən 

Naxçıvanı  tərk etmiş, Bakıya gəlmiş, Türküstana keçmiş, yeni 

işlədilməkdə olan dəmir yollarında çalışmış, bir-iki sənə zərfində 

– kəndi etibar və  səbatı sayəsində  məruf bir mütəəhhid kəsilmiş 

və böyük rollar ifa etməyə başlamışdır. Mumileyh beş arşın yeri 

ölçər, onu islah və tənzim etdirməklə  məşğul olarkən, yanındakı 

mühəndislərdən istifadə etməyi də  əsla unutmaz. Cəbr, həndəsə 

müsəlləsat, kosmoqrafiya və sair ülumi–riyaziyyəyi təəllümlə, 

mühakimə  və  tətəbbölə  uğraşır, eyni zamanda həm  əmələ, həm 

mühəndis, həm də mütəfəkkir bir alim həyatını yaşardı. 

Qazandığı paralarla, müvəqqət olaraq, evdə istirahətə çəkilir, 

bir taqım elmi, ədəbi, tarixi kitabları mütaliə və mühakimə ilə işti-

ğal edərdi. Və aldığı, topladığı məlumatı həqiqi bir el müəllimi ki-

bi bu cəmiyyətdə, o məclisdə uzun mübahisələrlə ətrafındakılara 

tuyururdu, tuyurmaq istərdi.  İştə, ondan Naxçıvana, Naxçıvan 

gənclərinə toqunan istifadədə böylə, tətil zamanlarında vüqu 

bulurdu. 

Mərhum təqribən altmış yaşlarında gənc ruhlu, gənc fikirli bir 

piri-möhtərəm idi. Mütəvəffi, sərətan, “xərçəng”» xəstəliyindən 

tərki-həyat etmiş...  Şübhəsiz, bu cangüdaz xəstəlik, bu qorxunc 

dərd pək də çəkilir dərdlərdən deyildir. Lakin bu dərdi-biamandan 

daha böyük, daha dəhşətli bir dərd var ki, o da böylə inqilablı və 

maraqlı bir zamanda əbədiyyən cahana, cahani-hürriyyətə vida 

etməsidir. 

Uzun illərlə  həbsxana guşəsində, işgənçələr altında çırpınan, 

müdhiş  və qaranlıq zindanlardan qurtulmaq həvasilə uçan bir 

məhbus, fədakar bir mücahid həbsxananın qapıları açılıb da 

hürriyyət və inqilab ağuşuna atılacağı  sırada tərki-həyat edərsə, 

əcəba, nələr duyar, nasıl müztərib olur! Nə  vəziyyətdə bulunur, 

nasıl mütəəssir olur?! 

İştə  mərhum müşarileyhin halı da eyni məhbus halını xatır-

ladır.  


Úàâèäè õàòûðëàðêÿí 

471 


Cənabi-həqq ruhi-nəcibinə  rəhmət, övlad və ailəsinə,  əhibba 

və əqrəbasına səbir və mətanət kəramət eyləyə...” 

Bir həftə sonra həmin qəzetin üçüncü səhifəsində Firidunbəy 

Köçərlinin atamın vəfatı münasibətilə Qoridən yazıb göndərdiyi 

12 iyun 1917-ci il tarixli “İzhari-təəssüf. İdarəyə məktub” başlıqlı 

nekroloqu çap edilmişdi ki, bu barədə Firidunbəy Köçərliyə həsr 

etdiyim fəsildə məlumat vermişəm. 

Bu aradan bir neçə ay keçmiş Hüseyn Cavidin yeni əsər-

lərinin (“Bahar şəbnəmləri”, “Maral”, “Şeyx Sənan”) təbdən çıxıb 

satışa buraxıldığı barədə “Açıq söz” qəzetində dalbadal elanlar 

dərc edilməyə başladı. Həmin elanlarda “Şeyda” adlı  əsərin də 

basılıb çıxmaq üzrə olduğu barədə xəbər verilirdi. 

Bu zaman inqilabi hadisələrin qızışdığı  məlumdur. Mən 

1917-ci il may ayında Naxçıvana gələndən sonra bir daha 

Moskvaya qayıtmalı olmadım. Rusiya inqilabı dünyanı sarsıdırdı. 

Onun dalğaları məni də doğma yurdumdan ayırıb, Tiflisə atdı və 

mən uzun müddət Tiflisdə yaşayıb, tiflisli oldum. 

Bu dövrdə, həmişəki kimi, mən yenə gündəliyimi davam 

etdirirdim. 1919-cu ilə aid gündəliyimdə Hüseyn Cavidlə Tiflisdə 

görüşdüyümüz də qeyd edilmişdir: 

Çərşənbə, 5 mart. Bu gün Naxçıvandan Hüseyn Cavidin 

gəldiyini eşitdim... Onun dalınca adam göndərib, axşam saat 7-də 

evdə onu gözləyəcəyimi xəbər verdim... Axşam Hüseyn Cavid 

gəldi. Çoxdandır, dörd-beş il olar ki, mən onu görmürəm. Xeyli 

söhbət elədik. O, Naxçıvanın vəziyyətindən, orada olan dramatik 

hadisələrdən müfəssəl nəql elədi

*

. Naxçıvanda qalan anam və 



                                                 

*

  Əziz  Şərif gündəliyində Naxçıvandakı dramatik hadisələrin nədən ibarət 



olduğunu açmır. O zaman Rusiya, Amerika və İngiltərəyə arxalanan ermənilər 

Naxçıvanı Ermənistana birləşdirməyə çalışırdılar. Naxçıvanda Aras Türk 

hökuməti yaradılmışdı. Cavid bu hökumətdə  təmsil olunurdu. O, bir neçə 

naxçıvanlı nümayəndə ilə öncə Tiflisə, sonra Bakıya gəlmiş, Azərbaycan Xalq 

Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyski ilə görüşmüş, ondan Naxçıvanın 

Azərbaycanın tərkibində qalacağı haqda təminat almışdılar... Bu hadisələr o 

zaman “Azərbaycan” qəzetində işıqlandırılmışdır. – Tərtibçi. 


Úàâèäè õàòûðëàðêÿí 

472 


balaca qardaşımdan da mənə dolğun məlumat verib məni bir 

qədər nigarançılıqdan qurtardı. Gecə saat üçə  qədər hər barədə 

danışdıq, onun yaradıcılığından da ətraflı söhbət elədik. Gecəni 

Cavid mənim yanımda qaldı. 



Çümə axşamı, 6 mart. Səhər saat 8-də durduq. Çay içib, ev-

dən çıxdıq. Hüseyn öz işlərinə getdi, mən də redaksiyaya yol-

landım... 

O zaman mən Tiflisdə “Gələcək” qəzetinin nəşri ilə  məşğul 

idim. Bu görüşdən sonra mən artıq Hüseyn Cavidi görmədim. O, 

Bakıya getmişdi, mən də onun qayıtmasını  səbirsizliklə gözlə-

yirdim ki, bu barədə gündəliyimdə belə bir qeyd də qalmışdır: 

Şənbə, 22 mart. Kaş Cavid Bakıdan tez qayıdaydı ki, mən 

də onunla Naxçıvana gedəydim...” 

O zaman mən Naxçıvanda qalmış ailəmdən çox nigaran idim 

və  vətənə qayıtmağa can atır, fürsət axtarırdım. Lakin bu fürsət 

ələ düşmürdü. Ancaq Gürcüstanda, Azərbaycan və Ermənistanda 

olduğu kimi, Sovet hakimiyyəti qurulduqdan sonra, bu fürsət, 

nəhayət,  ələ düşdü, mən də dördillik ağır ayrılıq və intizardan 

sonra, 1921-ci ilin yayında Naxçıvana gedə bildim. 

Hüseyn Cavidin Bakıdan qayıtması  və  mənim opunla 

görüşməyim barədə gündəliyimdə bir məlumat yoxdur. 

Aradan yenə illər keçdi. Bu illər  ərzində  mənim başıma çox 

işlər gəldi, həyatımda böyük dəyişikliklər oldu. 

O zaman mən yenə gündəliyimi davam etdirirdimsə  də, çox 

vaxt, bəzən aylarla ardıcıl surətdə və müfəssəl qeydlər yazmırdım. 

Buna görə də, məsələn, 1923-cü ilin əvvəllərində Bakıya Hüseyn 

Cavidə yazdığım məktub və ondan aldığım cavab haqqında mə-

nim dəftərçəmdə heç bir məlumat verilmir. Yalnız Hüseyn Cavi-

din Bakıdan Tiflisə  mənə göndərdiyi məktub o günlərin hadisə-

lərini az-çox işıqlandırır, bəzilərini isə yadıma salıb canlandırır. 

1923-cü il 4 mart tarixli öz məktubunda şair dostum yazırdı: 

“P ə k   m ö h t ə r ə m   v ə   d ə y ə r l i   q a r d a ş ı m   Ə z i z !  Lütfən 

yazmış olduğun məktubu dünən ikindi çağı möhtərəm Artaş bana 

verdi, kəndisini bozbaş yeməyə  dəvət etdimsə  də, qəbul etmədi, 



Úàâèäè õàòûðëàðêÿí 

473 


yalnız məktubun cavabı üçün gələcəyini bildirdi. “Sənan” və 

“Uçurum” haqqındakı yazılarını bana söylədilər, fəqət oxumadım. 

“Yeni fikir” bizim məktəbə martın 28-dən bəri gəlməyə başladı. 

Mümkün olsa, məzkur nömrələrini bulub oxuram. “Uçurum” 

haqqında məktubun yazacaqlarını arzu edirəm. 

“Şeyx Sənan”ın mənzum oynanmasını  bən də arzu edərim. 

Lakin kecən sənələrdə aktyorlar mənzum pyesdən qorxduq-

larından həpisini nəsrə  və yerli şivəyə çevirmişdi.  Şu sonlarda 

ehtimal ki, onu da “İblis” kibi nəzmən islah edərim, gələcək son 

bahar üçün aktyorlarımıza verərim. 

“Plamya” jurnalı münasibətilə  əsərlərimi istəmişdiniz.  Əziz, 

ehtimal ki, inanmazsan, əfsus, heç birindən yoxdur. Mətbu möv-

cud olmadığı kibi, qeyri-mətbular da qurşun qələmilə pozulmuş, 

bərbad bir haldadır. Təmiz yazılmışını teatroya verdiyim üçün 

bəndə heç yox... Basılmış  əsərlərimdən yalnız 25 dənə  və  hər 

birindən yüzə yaxın kitabçalar aldıqdan sonra səkkiz bin kitabça 

mart 1917 hadisəsində bir saatda mətbəədə yandı.

*

 Onun üçün də, 



deyil bəndə, hətta kitabçalar da bulunmaz. Bulunsaydı, şübhəsiz, 

satın alıb göndərərdim. Yalnız ümidim bir Naxçıvana gəlir. Çünki 

Şeyx Məhəmməddə

**

  hər birindən bir qaç nüsxə var idi. Naxçı-



vana yazarsanız, mövcudu qalmış olsa, şübhəsiz, göndərər. Miş-

kinaz, Tuquş

***

  səlamətdirlər. Sənə, anana, rəfiqənə, qardaşına 



ərzi-ehtiram edirlər. Bənim halıma gəlincə, pək durğun və donuq 

bir haldayam. Yeni yazmış bulunduğum “Peyğəmbər”i islah edib 

ortaya çıxarmağa vaxtım yox... Çünki qardaşım  Əlirza üç aydır 

ki, vadyanka xəstəliyilə yatır. Pək zəifdir. Başım bir qədər onunla 

                                                 

*

 Müsavat partiyasının “Açıq söz” qəzetinin mətbəəsi nəzərdə tutulur. Həmin 



mətbəə  və Azərbaycan Xalq Cümhuriyyətinin arxivi indiki Milli Elmlər 

Akademiyasının rəyasət heyətinin binasında yerləşirdi. Ermənilər od vurub, 

həm mətbəəni, həm də arxivi tamamilə yandırmışdılar. Cavidin yüzlərcə kitabı 

da yanıb kül olmuşdu. 

**

 Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd nəzərdə tutulur. Şeyx həm 



də gözəl alim olmuşdur. 

***


 Tuquş – Turan. Cavidin qızı, sayca üçüncü uşağı.  İkinci uşağı körpə ikən 

ölmüşdü. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

474 


məşğul, həm də fəzləcə yoruluram. Baxalım, sonu nə olur. Rzaya 

salamını söylədim... 

...Əziz! Yenə  təkrar edərim, kitabçaları göndərmədiyimdən 

pək mütəəssirəm, təbii əfv edərsən... 

Qardaşın Hüseyn Çavid”. 

1923-cü il martın 4-də yazılmış  və azacıq ixtisarla burada 

dərc edilmiş həmin məktubda müəyyən şərhə ehtiyacı olan bir sıra 

məsələ vardır ki, onların üzərində dayanmamaq olmaz. Məktubda 

mənim “Şeyx Sənan” və “Uçurum” haqqındakı yazılarıma işarə 

edilir, lakin məndə olan materialların içərisində bu əsərlər 

haqqında martın 4-dən  əvvəl yazılmış  məqalə yoxdur. İlk dəfə 

mən “Şeyx Sənan”ın teatrdakı quruluşu haqqında “Yeni fikir” 

qəzetinin həmin il 4 mart tarixli və “Zarya Vostoka”nın 14 mart 

tarixli nömrələrində yazmışdım, “Uçurumun quruluşu haqqında 

isə  mənim məqalələrim “Yeni fikir” və “Zarya Vostoka” qəzet-

lərinin 17 mart tarixli nömrələrində çap edilmişdi. Bu tarixdən 

sonra mən hər mövsümdə  dəfələrlə Hüseyn Cavidin əsərlərinin 

Tiflis səhnəsində oynanılması barədə  həm “Yeni fikir”, həm də 

“Zarya Vostoka” qəzetlərində yazardım. 

Huseyn Cavidin yuxarıdakı məktubunda bir cümlə də məndə 

şübhə yaradır. 4 martda yazılmış məktubda H.Cavid “Yeni fikir” 

qəzetinin “bizim məktəbə martın 28-dən bəri” gəlməyə başla-

dığını yazır. Bu iki tarix bir-birinə uyğun gəlmir: qəzetin məktəbə 

martın 28-dən bəri gəlməyə başladığını bu tarixdən 24 gün əvvəl 

yazmaq mümkün olmazdı. Bu uyğunsuzluğu aradan qaldırmaq 

üçün yeganə  və  ən doğru ehtimal bu ola bilər ki, Cavid öz 

məktubunun tarixində səhv etmiş və “aprel” əvəzinə “mart” ayını 

göstərmişdir. 

Məktubda adı  çəkilən “Plamya”

*

 jurnalı o zaman Tiflisdə 



ayda iki dəfə nəşr edilirdi, mən də bu ədəbi-ictimai jurnalda hər-

dənbir yazardım. Jurnalın 1923-çü ildə  çıxmış iki nömrəsində 

mənim “Zaqafqasyada türk teatrı və Şərq” başlıqlı (№2) və Sabi-

rin vəfatının on birinci ildönümü münasibətilə yazılmış  (№8) 

                                                 

*

  Həmin jurnalı  mən bir arxivdən  əldə etdim. Orada Cavidin fotoşəklindən 



başqa haqqında elə bir qiymətli məlumat yoxdur. – Tərtibçi.  

Úàâèäè õàòûðëàðêÿí 

475 


məqalələrim çıxmışdı. Birinci məqaləyə Hüseyn Cavidin fotoşəkli 

də əlavə edilmişdi. 

O zaman “Plamya” jurnalının redaksiyası H.Cavidin əsərləri 

ilə maraqlanır və ondan tərcümələr vermək istəyirdi ki, bu barədə 

redaksiya mənim vasitəmlə Bakıdan onun əsərlərini istəmişdi. O 

vaxt “Ana” və “Keçmiş günlər”dən başqa məndə Cavidin heç bir 

kitabı yox idi. Hüseyn Cavidin məsləhəti ilə  mən sonralar Nax-

çıvanda “Bahar şəbnəmləri”, “Maral” və “Şeyx Sənan” əsərlərini 

əldə edə bilmişdim ki, bu əsərlər indi də məndə mövcuddur. 

Hüseyn Cavid öz məktubunda qardaşı  Əlirzanın xəstə oldu-

ğunu və bu münasibətlə başının qarışdığını  və özünün yorul-

duğunu xəbər verir. Məlum olduğu üzrə, Əlirza Rasizadə həmin il 

avqustun 23-də vəfat etmiş və Bakıda dəfn edilmişdi. 

Bu məktubdan sonra, yenə həmin il Hüseyn Cavidin 16 aprel 

tarixli məktubunu aldım ki, onu da azacıq ixtisarla aşağıda dərc 

edirəm: 


“16 nisan 1923.  P ə k     m ö h t ə r ə m   Ə z i z !   

Nisan 12-də yazdığın məktubu aldım. Fəqət gətirəni hənuz 

gördüyüm yox. İkinci məktubu gətirən bəndən cavab istəmədi-

yindən yazmadım. Bilməm, bunu gətirən də cavab üçün gələ-

cəkmi? Yazdığına görə, “Şeyx Sənan”ın bütününü tərcümə etmə-

yi arzu edirlərmiş... Orasını sən bilirsən, bəni rus qəzetlərində tərif 

edirmişsən? Bir şey ki, səni məhcub edə bilər, niçin yapırsan? Bir 

də, bən o qəzetlərin heç birini ziyarət edəmədim. Yalnız “Yeni 

fikir”də “Uçurum” haqqında yazdığını oxudum. Pək nakafi bul-

dum. Bəzi mühüm məqalələr yazdıqda, onların basıldığı qəzet ya 

məcmuədən birər dənə göndərmək çətin bir iş olmasa gərək... 

“Uçurum” haqqında xüsusi məktubunu gözlədimsə də, şükür, bir 

məlumat alamadım. Üç-beş mühüm nöqtəsinə  işarət etsəydin, 

istifadə edərdim və dikanlı  nəvazişlərinə  də bir az haqq vermiş 

olurdum. 

“Şeyx Sənan”ın ya bir pərdə, yaxud bütün tərcüməsinə 

gəlincə,  əlbəttə, tək-tük zəif yerlərini buraxıb keçə  də bilərsən. 

Lakin bunu bilməlisən ki, məsuliyyət boyunduruğunun bir ucu 



Úàâèäè õàòûðëàðêÿí 

476 


bənim boynumda olduğu kibi, biri də sənin boynunda olacaq. Ona 

görə  də diqqətli və ehtiyatlı davranmalısan.  Əhəmiyyət verəcək 

olsan, bəni də adamlar sırasında saydırmış olursan, cızma-qara 

yapacaq olsan, həm kəndini, həm də  bəni saldat bazarına gön-

dərmiş olursan. Sən hər halda bəndən təcrübəli və məlumatlısan. 

Fəqət bir tərəfdən azaçıq niyaranam, bəzi tərkib və  təbirləri 

incədən–incəyə  məna və ruhlarına kəsbi-nüfuz edərcəsinə  təhlilə 

qoyulmalısan ki, ən birinci şərt də iştə budur. 

Bir də  rəsmimi istəmişdin. Kəndimdən o qədər bezaram ki, 

hənuz adam ağıllı bir rəsm aldırdığımı xatırlamayıram. Hətta 

teatronun əlli illiyi münasibətilə istənildi, yenə rədd etdim, çünki 

nə  həvəsim, nə  də  fəzlə param var idi. Lakin sənin israrına 

uyaraq, dün rəsmimi aldırdım və haqsız olaraq kəndimi zərərə 

soqmuş oldum. Və bu gün birini aldım, məktubu gətirəni 

bəkləyirəm. Gəlsə, qulluğuna gətirər...  

...Bən də səni öpürəm. 



Qardaşın Hüseyn Çavid”

 

Bu məktubun da bəzi cümlələrini  şərh və izah etmək lazım 



gəlir. 

Hüseyn Cavidi təriflədiyim rus qəzeti Tiflisdə  çıxan “Zarya 

Vostoka” olmalıdır ki, onun 1923-cü il 14 mart tarixli nömrəsində 

mən “Şeyx Sənan”ın səhnə tamaşası haqqındakı  məqaləmdə 

yazmışdım: 

“Hüseyn Cavid axtaran şairdir. Böyük talanta malik olaraq, o, 

hər yeni əsəri ilə yeni, ümumbəşəri və beynəlmiləl xasiyyət 

daşıyan surətlər yaradır. 

O, şairdir. Onun qüdrətli, ahəngdar şeiri türk poeziyasında və 

ədəbiyyatında yeni səhifələr açır. 

Talantlı psixoloq olaraq, o, insan iztirabları, düşüncə  və 

həyəcanlarının ən dərin nöqtələrini  duyur, şərh edir. 

İnsan qəlbi onun gözləri qarşısında açıqdır, o da bu qəlbin ən 

güclü hisslərini, ən sarsıdıcı tərpənişlərini seçir. 



Úàâèäè õàòûðëàðêÿí 

477 


Geniş  ədəbi meydana Hüseyn Cavid bu son zamanlarda 

qədəm qoymuşdur. Düz on il bundan əvvəl Tiflisdə ayrıca kitabça 

şəklində onun “Ana” adlı mənzum pyesi çapdan çıxmışdı. Hələ o 

zaman şair bütün türk və osmanlı oxucu kütləsinin diqqətini özü-

nə cəlb etmişdi. Onun ilk əsərini təhlil edərkən, İstambul və Bakı 

qəzetləri onun parlaq gələcəyindən qabaqcadan xəbər verirdilər. 

O zaman Hüseyn Cavid ancaq yüksələn ulduz idi. İndi isə o, 

axtarışlarının dərinliyi,  şeirinin gözəlliyi və hisslərinin incəliyi 

etibarı ilə türk ədəbiyyatında özünə  bərabər qüvvə bilməyən 

parlaq günəşdir. 

Hüseyn Cavidin bütün yaradıcılığı ümumbəşəri məsələlərə 

həsr edilmişdir. O, məişət təsvirçisi deyil, o, filosof şairdir. 

Lakin, hər  şeydən  əvvəl, o şairdir. Həm də böyük, geniş 

əhatəli şairdir. 

Onun “Şeyx Sənan” dramı da başdan-başa poeziyadır. 

Dünyadan uzaq, daima xəyal aləmində uçan Şeyx Sənan öz 

allahını yalnız xəyal aləmində ona görünən, tanrıyabənzər 

Xumarın şəxsiyyətində tapır. 

Şeyx Sənan allaha və  Məhəmmədə inanan, lakin bir qədər 

şübhə ilə inanan ərəbdir. O, müsəlmanların şeyxidir. 

Xumar isə gürcü knyazının qəlbi haqq həsrətini çəkən qızı, 

məhəbbət kanı olan Qafqazın qızı, sehr dolu təbiətin yaran-

masıdır. 

Şeyx Sənan qadınlara nifrət edir, qadınlar tayfasını yalnız 

heyvani şəhvət mənbəyi, dünyadakı bütün bəlaların səbəbi hesab 

edir. 


Lakin daima xəyalında gördüyü Xumar – ilahi bir vücud, bir 

mələk, bir ilahədir. 

Nəhayət,  İran və Qafqazı  gəzərkən,  Şeyx Sənan başqa  şeyx 

yoldaşları ilə birlikdə Tiflisə gəlir və xəyalında gördüyünü burada 

canlı bir gürcü qızının simasında tapır. 

Onun səfəri artıq bitmişdir. O, ən uca məqsədinə çatmış, öz 

allahını, eşq tanrısını tapmışdır. O da müridlərindən ayrılaraq 

onları Ərəbistana qaytarır və Xumarın atasının tələbi ilə Məhəm-



Úàâèäè õàòûðëàðêÿí 

478 


məddən, onun şəriətindən dönüb, şərab içir, boynundan xaç asır 

və iki ildən sonra Xumara qovuşmaq  şərtilə, onun donuzlarına 

çoban olur. 

Şeyx Sənana hakim olan hissin qüdrəti Xumarı  cəlb edir, 

şeyxin ağarmış saçlarına baxmayaraq, o, monastıra girmək 

niyyətindən əl çəkir. 

İki ildən sonra, Şeyx Sənanın  şöhrəti bütün ölkəyə yayılan 

zaman, Xumarın atası xristian keşişinin təhriki ilə  Şeyx Sənana 

verdiyi vədindən dönür. 

Son ümidini itirmiş, yasa batmış  şeyx xəyanətkardan 

uzaqlaşır. Yüksək amallarının təcəssümünü şeyxdə tapmış Xumar 

da ona qoşulur. 

Bir tərəfdən, keşişin başçılığı ilə gürcülərin təqib etdiyi, digər 

tərəfdən, Sənanın dalınca Mədinədən qayıtmış  şeyxlərin salam-

ladığı bu iki adam, insanların zülmündən və bayağı  hərəkət-

lərindən xilas olmaq üçün coşğun Kür çayının dalğalarına atılıb, 

ölümdə nicat tapırlar. 

Bu iki eşq dahisi dünyanı tərk edərək, yenidən göylərdə dirilir 

və o yüksəklərdə, buludlar qucağında sonsuzluqla qarışır və 

əbədi, ölməyən məhəbbətin timsalına çevrilirlər. Bu, əsatirdir.  

David dağında (Mtasmindada) dəfn edilmiş  və bütün tiflis-

lilərə çox yaxın olan müqəddəs David haqqında əsatirdir. 

Uzun  əsrlərdir ki, bu əsatir  əi müxtəlif  şəkildə müsəlmanlar 

arasında yaşayır. 

Hüseyn Cavid də  ən böyük talantla yazılmış,  ən görkəmli 

dramatik poemalarının biri üçün bu əsatirdən istifadə etmişdir. 

Hüseyn Cavidin hələ öz tənqidçisi və tarixçisi yoxdur, lakin 

qabaqcadan demək olar ki, şairin yaradıcılığında “Şeyx Sənan” 

hələlik ən qüvvəli əsərlərdən biridir...” 

Dərin həyəcan və bir qədər aludəliklə yazılmış bu sətirlərdən 

sonra məqalədə əsərin səhnə quruluşundan və ayrı-ayrı artistlərin 

oyunundan bəhs edilir. Məqalə aşağıdakı sətirlərlə tamamlanır: 

“Çoxlu qüsuru olsa da, bu quruluşu ancaq təbrik eləmək olar, 

çünki o, türk teatrının cəsarətini, teatrı daha görkəmli nailiyyətlərə 

doğru aparan cəsarətini göstərir. 


Úàâèäè õàòûðëàðêÿí 

479 


Biz bu gözəl poemanı  təzə rejissor M.S.Kirmanşahlının 

quruluşunda təkrar görməyi arzu edərdik. 

Teatr salonu bu tamaşaya fövqəladə maraq göstərən tama-

şaçılarla dolu idi”. 

Eyni tamaşa haqqında mənim məqaləm on gün əvvəl “Yeni 

fikir” qəzetinin 4 mart tarixli nömrəsində  dərc edilmişdi. Bu 

məqalədə  də bir para maraqlı fikirlər olduğu üçün, onun da bir 

neçə sətrini buraya köçürməyi məqsədə müvafiq bildim:  

“Keçən cümə günü Hüseyn Cavidin məşhur dramı  “Şeyx 

Sənan” oynandı. Ən müqtədir, ən parlaq şairlərimizdən biri olan 

Hüseyn Cavidi tanımayan az olar. 

Hüseyn Cavid yaradıcı  və ruhlara hakim böyük bir şairdir. 

Şeirləri mənalı, kəskin, aydın, sehrli bir surətdə yazılmışdır. 

Səhnədə oynanan “Şeyx Sənan” faciəsi 1917-ci ildə Bakıda 

ayrıca bir kitabça surətində  nəşr olundu. Fəqət  şair öz faciəsini 

səhnə üçün bir qədər dəyişmişdir. 

Əgər ümumiyyətlə  “Şeyx Sənan”ı  tənqidə başlasaq, gərək 

uzun-uzadı kitablar yazaq, çünki əsər o qədər əhəmiyyətli, o qədər 

mənalıdır ki, bir-iki qəzet məqaləsilə onun gözəlliklərini,  əskik 

olmayan bəzi nöqsanlarını göstərmək mümkün deyil. 

Hələ tarix Hüseyn Cavidə əl vurmayıbdır. Şairimiz bir tərəfdə 

sakit oturub əsərlərini yazır. Tarix isə qulaq asır və gözləyir. 

Şəksiz ki, tarix vaxtında onu sənət mühakiməsinə alacaq, təbiətin 

ona verdiyi qüdrət və istedadın hesabını istəyəcəkdir...” 

Yarım əsr bundan əvvəl yazılmış məqalələri bu gün oxuculara 

təqdim etməklə mən heç də şöhrətpərəstlik məqsədini izləmirəm. 

Tələsik yazılmış, cümlələri lazımınca işlənməmiş, dili və üslubu 

nizama salınmamış, bəzən fikri də aydın ifadə edilməmiş bu 

məqalələr qüsursuz deyil. Bu qüsurları indiki oxucumuz asanlıqla 

duya bilər, lakin o zaman çap edilmiş bu qüsurlu məqalələr 

Tiflisdə çıxan “Yeni fikir” qəzetinin və demək olar ki, ümumiy-

yətlə Azərbaycan mətbuatının yarım  əsr bundan əvvəlki səviy-

yəsində yazılmış  məqalələrdir.  Əlbəttə, eyni məqalələr bu gün 

yazılsaydı, başqa çür yazılardı, çünki bu günün ədəbi səviyyəsi 

əlli il bundan əvvəlkindən xeyli yüksəkdir. 


Úàâèäè õàòûðëàðêÿí 

480 


Bütün bu qüsurları etiraf etməklə  bərabər, bunu da inkar 

etmək olmaz ki, hələ yarım  əsr bundan əvvəl Hüseyn Cavidin 

yaradıcılığına verilən qiymət  əsasən obyektiv və düzgün imiş. 

Çünki bu son illərdə Hüseyn Cavidin ayrı-ayrı  əsərləri və bütün 

yaradıcılığı haqqında bir neçə namizədlik və bir doktorluq disser-

tasiyası ilə bərabər, yüzlərcə də irili-xırdalı tədqiqi məqalə yazılıb 

çap edilmişdir, hələ yenə  də yazılıb çap ediləcəkdir. Çünki tarix 

artıq Hüseyn Cavid və onun yaradıcılığı ilə yaxından və bilavasitə 

məşğul olmağa başlamışdır. Çünki böyük şairi “sənət müha-

kiməsinə” cəlb edib, “təbiətin ona verdiyi qüdrət və istedadın 

hesabını” tələb etmək vaxtı artıq çatmışdır. 

İndi  şair dostumun məktubunda “Uçurum” haqqındakı  sətir-

ləri izah etmək istəyirəm. 

O zaman “Uçurum” haqqında mənim məqalələrim həm rusca 

“Zarya Vostoka”da, həm də azərbaycanca “Yeni fikir”də çap 

edilmişdi. Hüseyn Cavidin “Yeni fikir”də oxuduğu və “pək 

nakafi” bulduğu məqalə ilə oxucuları tanış etmək üçün onun 

mütabiq sətirlərini buraya köçürürəm: 

“...Müqtədir  şairimiz Hüseyn Cavidin səhnədə gördüyümüz 

və  əlyazısını oxuduğumuz “Uçurum” dramı nöqsanlı  və islaha 

ehtiyaclı bir pyesdir. Hüseyn Cavid şairdən başqa, filosof və 

ədibdir. Bu nyesdə şair Hüseyn Cavid nə qədər qüvvəli isə, ədib 

filosof Cavid o qədər zəif və naqisdir. 

Hüseyn Cavidin yazdığı tiplər solğun rəngli, həqiqətdən uzaq 

birər əkslərdir. Bunlar hərtərəfli, dolu və kəskin tiplər deyil. Hər 

bir tipi ayrılıqda götürərsək, görərik ki, bu tiplər məişətdən 

çıxarılmış deyil, ağıldan və təbdən yaradılmış birər surətlərdir...” 

Qəzet səhifəsi üçün teatr tamaşası haqqında yazılmış resen-

ziyada  əsərə  həsr edilmiş bu müxtəsər tənqid  şair dostumu qane 

etməmişdi. O, məndən müfəssəl və konkret təhlil tələb edirdi. 

Bəlkə  də o, haqlı idi, lakin onun gözlədiyi və  tələb elədiyi 

müfəssəl təhlil və tənqid jurnal üçün yazılmış daha geniş həcmli 

məqalədə, ya xüsusi əsərdə mümkün olardı. Yəqin ki, şair dostum 

mənim vaxtı ilə Tiflisdə “Maral” pyesi haqqında onunla elədiyim 



Úàâèäè õàòûðëàðêÿí 

481 


söhbətləri xatırlayıb, “Uçurum” haqqında da eləcə söhbətləri arzu 

edirmiş ki, istifadə etmək üçün məndən “üç-beş mühüm nöqtəsinə 

işarət” edilməsini tələb edirmiş. 

Eyni əsər haqqında “Zarya Vostoka”da dərc edilmiş bir neçə 

sətrin də  tərcümə edilib buraya köçürülməsi, məncə, yersiz 

olmazdı. 

Məqalədə yazırdım: 

“Hüseyn Cavidin əsərlərindən ikinci tamaşa üçün türk 

truppası onun “Uçurum” adlı müasir pyesini seçmişdir. 

Pyes gözəl şeirlə yazılmışsa da, məzmunca “Şeyx Sənan”dan 

çox zəifdir. 

Pyesdəki tiplər olduqca solğundur. Pyes bütünlükdə genişlən-

dirilməmiş, bəzən tamamlanmamış süjetin protokolu kimidir. 

Pyesin bu günə kimi nəşr edilmədiyindən və səhnə üçün əlyazma-

sından istifadə edildiyindən görünür ki, müəllif onu yenidən 

işləmək niyyətindədir. Başqa cür ola da bilməzdi. Hüseyn Cavid o 

qədər ehtiyatlı  şairdir ki, tamamlanmamış  əsərini nəşrdən 

buraxmaz...” 

“Uçurum” dramı ancaq üç il sonra, 1926-cı ildə (“Peyğəm-

bər”, “İblis”, “Şeyda”dan sonra) Bakıda Azərnəşr tərəfindən nəşr 

edilmişdi. Görünür, bu üç ilin müddətində müəllif öz əsəri üzə-

rində yenidən işləməyi lazım bilmişdir. 

Lakin bu əsərin üzərində işləmiş olsa da, ondakı qüsurları dəf 

edə bilməmişdir. Məncə, indiki halında da bu əsər şair dostumun 

o biri əsərlərinə nisbətən xeyli zəifdir. 

Məktubda “Şeyx Sənan”ın “ya bir pərdə, yaxud bütün” tərcü-

məsindən də söhbət gedir. O zaman bu əsərin ruscaya tərcüməsi 

məsələsi məni maraqlandırır və narahat edirdi. Vaxtı ilə  mən 

rusca bir para şeir yazardımsa da, onları üzə çıxarmazdım. “Şeyx 

Sənan”ın şeirlə tərcüməsini öz öhdəmə götürmək istədiyimi mən 

Hüseyn Cavidə yazıb ondan məsləhət istəmişdim. O da öz 

cavabında bu işin nə  qədər məsuliyyətli olduğunu mənə xatır-

latmışdı.  İlk nümunə üçün mən bu əsərin  ən artıq bəyəndiyim 

ikinci pərdəsindəki ikinci səhnəni (Şeyx Sənanın Xumarla ilk 



Úàâèäè õàòûðëàðêÿí 

482 


görüşü) tərcümə etməyə başlamışdım. Tərcümə üzərində xeyli 

çalışmışdımsa da, çapa verməyə  cəsarət etməmişdim. Beləliklə, 

“Plamya” jurnalının da “Şeyx Sənan”ın ruscasını çap etmək 

arzusu həyata keçməmişdi.  

Lakin o zaman məsələ yalnız “Şeyx Sənan”ın tərcüməsində 

deyildi. Ümumiyyətlə, “Plamya” Cavidin əsərlərini Tiflisdəki rus 

şairlərinin vasitəsilə tərcümə etdirmək üçün çalışırdı ki, bu barədə 

mən də  şair dostuma yazırdım. “Plamya”nın redaksiyası da 

Bakıda “Kommunist” qəzetinin redaksiyası ilə əlaqə saxlayırdı. 

O uzaq vaxtın  ədəbi hadisələrindən mənim yadımda qalan 

budur ki, Cavidin şeirləri tərcümə edilib Tiflisdəki rus mət-

buatında çap edilmirdisə də, onun səhnə əsərləri, xüsusilə “Şeyx 

Sənan” və  “İblis” Tiflis Azərbaycan teatrında hər mövsümdə 

tamaşaya qoyulur və hər tamaşa haqqında “Yeni fikir” və “Zarya 

Vostoka” qəzetlərində mənim məqalələrim dərc edilirdi. Mən şair 

dostumu nə qədər sevir, onun şeir sənətkarlığını nə qədər yüksək 

qiymətləndirirdimsə də, onun əsərlərində gördüyüm qüsurlara göz 

yummur, bu barədə öz rəyimi açıq yazmaqdan çəkinmirdim. 

Yuxarıda göstərildiyi kimi, bəzən dostum mənim bu tənqidimdən 

inciyir və  mənə kinayəli sözlər də yazırdı, lakin mən yenə  də 

onun  əsərlərindəki zəif cəhətlərin üzərindən sükutla keçməyi 

özümə rəva bilmirdim, çünki mən onu da, milli ədəbiyyatımızı da 

dərin və səmimi məhəbbətlə sevirdim. 

Məsələn, 1923-cü ilin aprelində ilk dəfə Tiflis səhnəsində 

tamaşaya qoyulan “İblis” əsəri haqqında mən “Zarya Vostoka”da 

dərc etdirdiyim məqaləmdə əsər haqqında yazmışdım: 

“Cümə günü, martın 30-da Rustaveli teatrında M.S.Kirman-

şahlının quruluşunda Hüseyn Cavidin “İblis” adlı fəlsəfi mənzum 

dramı tamaşaya qoyulmuşdu. 

Burada mən pyesi qiymətləndirməkdən imtina edirəm, çünki 

məlumata görə, müəllif onu təzədən işləmiş, dəyişmişdir, səhnədə 

isə biz onun bir para qüsurlardan xali olmayan köhnə variantını 

gördük. Bundan başqa, pyes o qədər ciddidir və müəllifin qoydu-

ğu “həlledilməz” məsələlər o qədər mürəkkəbdir ki, ona xüsusi 



Úàâèäè õàòûðëàðêÿí 

483 


bir məqalə həsr etmək lazım gəlir. Bu da pyesin işlənmiş variantı 

alınandan sonra mümkündür. 

Hər halda buradaca qeyd etmək lazımdır ki, Hüseyn Cavidin 

yeni pyesi, şübhəsiz,  şairin  ən qüvvəli  əsərlərindən biridir...” (4 

aprel 1923, № 240). 

Həmin il payızda isə “İblis” təzə mövsümdə A.A.Tuqanovun 

rejissorluğu ilə ikinci dəfə tamaşaya qoyulanda mən yenə “Zarya 

Vostoka” qəzetindəki məqaləmdə  əsərin tənqidinə  aşağıdakı 

sətirləri həsr etmişdim: 

“Bu pyes istər müəllif tərəfindən qoyulan ümumdünya 

məsələlərinin mürəkkəbliyi, istərsə də şeirinin fövqəladə gözəlliyi 

etibarı ilə türk ədəbiyyatının şedevri hesab edilə bilər. 

Doğrudur, əsər bir para qüsurdan azad deyil, nakamildir, onda 

qoyulan bir sıra məsələ həll edilməmişdir və ilaxirə, lakin yenə də 

pyes olduqca qiymətli, şairanə əsərdir. 

Türk ədəbiyyatında ən qüdrətli olan gənc şair-filosof Hüseyn 

Cavid öz pyesini yenidən işləməli və islah etməlidir, çünki indiki 

halında o, bir klassik əsər olaraq, çox şey itirir” (16 noyabr 1923, 

№ 429). 

Tiflisdəki Azərbaycan mətbuatında mən “İblis” pyesi haq-

qında öz rəyimi ilk dəfə ancaq 1925-ci il yanvar ayında “Yeni 

fikir” qəzetində “Özü” imzası ilə çap edilmiş teatr resenziyamda 

aşağıdakı sətirlərlə ifadə etmişdim: 

“Şənbə günü, yanvarın 3-də Tiflis türk aktyorları Hüseyn 

Cavidin “İblis” nam şöhrət qazanmış  əsərini mövqeyi–tamaşaya 

qoydular. 

Bu əsər indiyə kimi əlyazısı ilə oynanırdı, indi isə yeni nəşr 

edilmiş və bir qədər təğyir və təbdil edilmiş kitabça üzrə səhnəyə 

çıxarıldı. 

Hüseyn Cavidin “İblis”i bu son zaman türk mətbuatında 

böyük tənqid və mübahisələrə  səbəb olmuşdursa da, onun bütün 

xasiyyəti, nöqsanları və yaxşılıqları tamamilə və hərtərəfli surətdə 

aydın edilməmişdir. 

Həqiqətdə Hüseyn Cavid yeni türk ədəbiyyatında böyük mə-

qam tutmuşdur və onun əsərləri daha artıq diqqətə, daha müfəssəl 


Úàâèäè õàòûðëàðêÿí 

484 


tənqid və təhlilə layiqdirlər. Lakin biz burada əsəri təhlil etmək-

dən vaz geçərək, tamaşanın gedişinə  və aktyorların oynamasına 

dair yazmaq istərdik...” (6 yanvar 1925, № 683). 

Hüseyn Cavidin “İblis” dramı 1924-cü ildə çapdan çıxmışdı, 

lakin nədənsə müəllif onu mənə göndərməmişdi. Bu əsərlə 

əlaqədar olaraq, mən Hüseyn Cavidlə 1914-cü ildə Tiflisdəki 

görüş  və söhbətlərimizi xatırlayıram. Xatırlayıram ki, o zaman 

şair dostum Leonid Andreyevin dramları, xüsusilə “Anatema” 

dramı ilə maraqlandığı kimi, Lermontovun “Demon” poeması və 

Hötenin “Faust” əsəri ilə də çox maraqlanırdı. 

Bu son əsəri onunla birlikdə oxuduğum yadıma gəlmir, lakin 

Lermontovun “Demon” əsərini başdan axıra qədər birlikdə oxu-

duğumuz və  təhlil etdiyimiz mənim yaxşı yadımdadır. Bu əsər 

Cavidi yamanca tutmuşdu. 

Buna  əsasən mən belə ehtimal edirəm ki, bəlkə  İblis surəti 

hələ o zaman Cavidi maraqlandırırmış. 

Tiflisdə 1923-cü il teatr mövsümü bağlanandan sonra “Yeni 

fikir” qəzetində dərc edilmiş yekun məqaləsində mən yenə də ilk 

növbədə Hüseyn Cavidin əsərləri haqqında danışmağı lazım 

bilmişdim: 

“Keçən mövsümdə türk səhnəsində göstərilən əsərləri nəzər-

dən keçirdikdə, ən əvvəl, biz böyük şairimiz Hüseyn Cavidin üç 

əsərini yad etmək istərdik. Bunlardan “Şeyx Sənan” və  “İblis” 

şairimizin  ən qüvvəli  əsərlərindən olub, səhnədə qoyulmaqları 

üçün də böyük çətinliklər yaradırlar. “Şeyx Sənan” Tiflis səhnə-

sində iki dəfə oynanıldı  və  hər iki dəfə  də  həm səhnə  tərtibatı, 

həm də oynayan aktyorlar bizi razı edə bilmədi.  Əlbəttə, “Şeyx 

Sənan” üçün xüsüsi dekorasyon, xüsusi libaslar olmalıdır, bunlar-

sız ötüşmək qeyri-mümkündür. 

Hüseyn Cavidin üçüncü əsəri “Uçurum” səhnədə iki dəfə 

göstərildisə də, fikrimizcə, şairimizin ən zəif əsərlərindəndir. Biz 

çox istərdik ki, böyük şairimiz bu əsərinin üstündə bir çox 

fikirləşib, onu mükəmməl surətdə dəyişdirsin. 

Yalnız Hüseyn Cavid türk aləmində  ən qüvvəli  şair oldu-

ğundan biz bu tələbi ondan edirik, yoxsa “Uçurum” ortabab bir 


Úàâèäè õàòûðëàðêÿí 

485 


şair tərəfindən yazılmış olsaydı, biz onu beləliklə  də  məqbul 

hesab edə bilərdik...” (8 iyun 1923, № 177). 

Çox ola bilər ki, bu son cümləni yazanda müəllif,  şair 

dostunun bir daha ondan inciyə biləcəyini nəzərə alaraq yazmışdı. 

Aradan bir qədər keçmiş, 1924-cü ilin fevral ayında mən 

Bakıdan Hüseyn Cavidin aşağıdakı  məzmunlu açıq məktubunu 

aldım. 

“Bakı, 9 fevral 1924. 



P ə k   m ö h t ə r ə m   Ə z i z   Ş ə r i f ! 

Əlan poçtadan yeni təb edilmiş “Peyğəmbər”i, zakaznoy ola-

raq, sana göndərdim. Təbii, mütaliə edib, bir vaxt nöqteyi-nəzə-

rini yazarsan. Lakin bir rica edəcəyəm. Burada oynanılmadığı 

kibi, ordakılara da rast gəlsəniz, oynanılmamasını tənbeh və töv-

siyə edərsiniz.  Şimdilik bən razı olamayıram. Sonra, gələcək 

illərdə baxarız... 

Qardaşın Cavid”

 

Bu məktubla bərabər Hüseyn Cavidin “Peyğəmbər” əsərini də 



aldım. Onun ilk vərəqində şair dostum yazmışdı: 

“Tiflisdə.  İncə ruhlu, dərin düşüncəli arqadaşım möhtərəm 

Əziz Şərifə!  H ü s e y n   C a v i d .      Şabat, 1924”. 

Müəllifin öz xahişinə görə, bu əsər Tiflis teatrında tamaşaya 

qoyulmadı

*

. Lakin onun “Şeyx Sənan” əsəri Tiflisdə tez-tez səh-



nədə göstərilirdi və  hər dəfə teatr salonu tamaşaçılarla dolu 

olurdu. Çox zaman teatr öz mövsümünü bu şairanə dramla açırdı. 

1924-cü ildə teatrın baş rejissoru Aleksandr Tuqanov bu əsəri öz 

benefisi üçün seçmişdi, 1926-cı ildə Bakı teatrı Tiflis qastrolu 

üçün yenə həmin əsərin tamaşasını gətirmişdi. 

Bütün bunlar “Şeyx Sənan”ın o zaman tamaşaçılar kütləsinin 

ən artıq sevdiyi səhnə əsəri olduğunu sübut edir. 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin