Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3.51 Mb.
PDF просмотр
səhifə23/34
tarix02.12.2016
ölçüsü3.51 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

BİLDİYİNİ YAZARDI  

 

Mən xatirələrimin birində Caviddən yaradıcılıq vaxtlarında 



keçirdiyi hallardan çox qısa da olsa söhbət açmışdım.  İndi bu 

məsələnin üstündə ötəri durmaq istəmirəm. 

Cavid yaradıçılıq vaxtları çox dalğın, bəzən əsəbi, həyəçanlı, 

kənardakı hadisələrə qarşı diqqətsiz, biganə, soyuqqanlı görünür, 

yaliız öz aləmi ilə məşğul olardı. 


Úàâèäè õàòûðëàðêÿí 

395 


Bəzən otaqda var-gəl edərək dialoq, monoloqları ucadan 

söylər, yenidən masa arxasına keçərək yazısına davam edərdi. 

Belə hallarda biz onun ətrafında az dolanar, lazım olanda da 

gözlərdik ki, özü bizi danışdırsın. 

Cavid  əsərlərini yazarkən obrazların üzərində çox düşünər, 

onların üzərində təkrar–təkrar işlərdi. İstər tarixi, istərsə də müasir 

həyata həsr etdiyi əsərlərdə müxtəlif biçimli, müxtəlif xarakterli, 

müxtəlif dünyalı obrazların daxili aləmini, psixologiyasını, 

düşünmə  tərzini mümkün qədər öyrənməyə çalışardı  və bu 

münasibətlə mənə dəfələrlə deyərdi: 

– Mişkinaz, insan nə  qədər mürəkkəb məxluqdur. Doğrudan 

da hərənin öz dünyası, öz aləmi var. Yazıçılığın ən çətin cəhəti də 

odur ki, hər bir insanın özünəməxsus aləmini doğru-düzgün öyrə-

nsin, əks təqdirdə obraz kamil olmaz, saxta, cansız çıxar, oxucunu 

inandırmaz. Teatr sənətinin böyük hikmətinə o dramaturq yiyələ-

nə bilər ki, o, insanı, onun daxili aləmini yaxşı bilir və üstəlik də 

bu və ya başqa obrazı yaradarkən ona uyğun keyfiyyətlər, xasiy-

yətlər, daxili aləm verir. Bir sözlə, axı deyəsən yazıçı insan yara-

dır. Bəli, lap ağıllı-başlı insan! Yazıçı yaratdığı insanın keçmişini, 

indisini, hətta gələcəyini də bilməlidir. Misal üçün əsərdə 

xəyalpərvər, nəcib bir adam yaradırsan, obrazın daxili aləmini, 

xasiyyətlərini, fərdi xüsusiyyətlərini yaxşı bilmədiyindən, onun 

təbiətinə, həmin obraza az-çox yaxın olan başqa birisinin hərəkəti 

qarışır. Onda da obraz şikəst olur, tam çıxmır. Mənə elə gəlir ki, 

dünyanın böyük sənətkarları  həmişə obrazı doğru və düzgün 

yaratmaq kimi çətin bir yaradıçılıq prosesi haqqında düşünüb-

daşınmış və bu çətin məsələni həyatları boyu öyrənmişlər. 

Nə isə, Mişkinaz, əgər mən öz obrazlarımı yaxşı öyrənirəmsə, 

onda gərək əsər də babat çıxsın. Dramaturqun bir çətin işi də var. 

Onun əsərini, yaratdığı obrazlarını aktyor və rejissor duymalıdır. 

Vay o əsərin halına ki, onu teatr kollektivi duymasın. 

O, tarixi əsərlər üzərində  işlərkən çalışardı ki, tarixi şəxsiy-

yətlərə uydurma rənglər vurmasın. Az qala onları tədqiqatçı kimi 

öyrənərdi. 



Úàâèäè õàòûðëàðêÿí 

396 


Cavid bir dəfə dedi ki, “Topal Teymur”u, “Peyğəmbər”i 

yazarkən elə bil onlarla üzbəüz oturub, söhbət etmişəm. Onlar 

mənə sanki öz təbiətləri haqqında danışmışlar. Bəzən onların bu 

və başqa səhv hərəkətlərini üzlərinə deyir, günahlandırır, nə üçün 

belə etdiklərini soruşurdum. Doğrudur, onlar da özlərini doğrult-

maq üçün mənə cavablar verirdilər. Bəziləri məni qane edir. 

Bəziləri isə yox. 

...1928-ci ilin qış ayları idi. Yuxarıda dediyim kimi, Cavid 

ciddi yaradıcılıq halları keçirirdi. Nə isə yazır, pozurdu. 

Soyuq qış günlərindən birində evə  gələrkən, deyəsən, bərk 

üşümüşdü. Soyundu, əllərini qızdırmaq üçün bir-birinə sürtdü və 

üzünü mənə tutub dedi: 

– Mən Gürçüstana getməliyəm, xüsusən Tiflisdə olmalıyam. 

Yaradacağım surətləri bir daha müşahidə etmək istəyirəm. O, bu 

sözləri deyərkən elə bil mənimlə yox, öz-özü ilə danışırdı. 

İnşallah, yay girər-girməz Gürcüstana gedərik. 

Həmin ilin yayında o, bizim hamımızı Borjoma apardı. Biz 

Borjomda istirahət edərkən, Cavid tez-tez oradakı gürcülərlə 

görüşər, yaxınlıqdakı axaltsixililərin köməyi ilə gürcü kəndlərinə 

gedər, onlarla söhbət edərdi. 

Cavidin burada da dil öyrənmək qabiliyyəti özünü büruzə 

verdi. Qısa müddət  ərzində o, sadə cümlələrlə fikrini gürcücə 

deyə bilirdi. 

Axaltsixililər zarafata salıb deyərdilər ki, Cavid əfəndi

deyəsən, bizim çörəyimizi əlimizdən alacaqsınız. 

Cavid o ətrafda gürcülərin həyatı ilə tanış olduqdan sonra, 

bizi Tiflisə gətirdi. 

Biz Tiflisdə qaldığımız müddətdə Cavid daha çox gürcülər 

arasında olur, Tiflis arxivlərində  işləyir, xeyli qeydlər edirdi. 

Hətta bir neçə gürcü alimi ilə  də tanış olmuşdu və yavaş–yavaş 

əsərin ayrı-ayrı hissələri haqqında mənə söhbətlər edirdi. Bakıya 

qayıdanda isə bilirdi ki, əsərin adı “Knyaz” olacaq. 

Bəli, Tiflisdə olarkən “Knyaz” üçün material topladı, 

yaradıcılıq axtarışları apardı. Əsərdəki obrazların prototiplərini bir 



Úàâèäè õàòûðëàðêÿí 

397 


daha yaxından öyrəndi, müşahidələrini daha da dərinləşdirdi. Axı, 

Cavid yaxşı bilmədiyi  şeyi yazmırdı. Yazmaq istədiyini isə 

dərindən-dərinə öyrənər, sonra qələmə alardı. 

 

İNSAN DEYİL, ŞƏKİLDİR  

 

1929-cu ilin yay ayında biz hamımız yenə  də Borjomda 



istirahət edirdik. Şəhərin bağlı-bağatlı bir yerində otaq tutmuşduq. 

Adətən, səhər, günorta, axşam yeməklərini evdə yeyərdik. 

Mən xoşlardım ki, uşaqlara və Cavidə özüm bişirdiyim yemək-

lərdən yedirdim. Cavid restoranda nahar etməyi o qədər də 

xoşlamazdı. 

Lakin hərdənbir mən istirahət edim deyə, yay restoranlarında, 

açıq havada nahar edərdik. 

O zaman Borjom şəhər parkının yanında çayın üzərində yay 

restoranı var idi. Çayı taxtalarla elə örtmüşdülər ki, bəzi yerlə-

rindən çayın axarı görünürdü. 

Cavid bir stol tutmuşdu. Hamımız orada xörək yeyirdik. 

Xörəyi yenicə qurtarmışdıq ki, qızım Turan çox həyəcanla çığırdı: 

– Baba! Baba! Əmini su aparır... 

Biz hamımız onun barmağı ilə göstərdiyi yerə baxdıq. İri bir 

insan portretini çay aparırdı. Uşaq həmin portreti insana oxşat-

mışdı. 


Cavid suyun apardığı portreti görən kimi sakitləşdi və  əlini 

Turanın başına qoyaraq mehribanlıqla dedi: 

– Qızım, o şəkildir, insan deyil, qorxma, bax! 

Sonra öz-özünə danışırmış kimi əlavə etdi, eh... zavallı  qız, 

hər insana oxşayan insan deyil axı... 

 

ÜRƏYİN BÖYÜK OLSUN  



 

1931-ci ilin yay aylarında biz Yesentukidə dincəlirdik. 

Yesentuki Cavidin xoşuna bir o qədər gəlməsə də mədən sularını 

içmək məqsədilə bir neçə dəfə yay ayları orada istirahət edərdik. 



Úàâèäè õàòûðëàðêÿí 

398 


Biz axşamçağları həmişə parka gedərdik. Hər şeyi müşahidə 

edən Cavid, bir gün 17-18 yaşlı göyçək bir qızı  mənə göstərib 

dedi: 

– Mən üç-dörd gündür ki, bu qıza burada rast gəlirəm. 



Görünür onun böyük dərdi var. 

Doğrudan da, o mənim də diqqətimi cəlb etmişdi. Cavid düz 

deyirdi. Qız çox dalğın və qüssəli idi. 

Cavid mənə dedi ki, mümkünsə bir öyrənərsən, onun dərdi 

nədir, bəlkə kömək etdik, yardıma ehtiyacı var. 

Bu söhbətdən bir gün sonra mən uşaqlarla parka ketdim. 

Cavid sonra gələcəkdi. Təsadüfən həmin qızla anasına rast 

gəldim. Mən gəlib onların yanında oturdum və üzümü üzündən-

gözündən nur tökülən anasına tutub dedim: 

– Lütfən deməzsinizmi, bu qəşəng qız niyə belə dalğındır? 

Anası elə bil bu sözlərə bənd imiş. Onun dərdi açıldı. Yazıq 

ana kədərli səslə danışmağa başladı: 

– Ay xanım! Nə deyim... Dərdimiz böyükdür. Bu qızın da 

belə olması  dərdimizi artırır. Axı, mən sizə necə deyim. Qızımı 

atası varlı-karlı bir adama verir. Özü də qızımdan xeyli yaşlı.   

Qız zərif bir səslə anasının sözlərinə əlavə etdi: 

– Ay xala! Kişinin arvadı ölüb, iki də  uşağı qalıb. Mən onu 

sevmirəm... 

Anası qızın üzünə baxıb, mülayim səslə dedi: 

– Atan deyir get, get də. Sonra sözünə davam edərək dedi. – 

Bu yazıq qız ağıllı-kamallı bir müəllimi istəyir. Müəllim də onu. 

Atası deyir ki, kasıbdır. Amma o kişinin yaxşı var–dövləti var. 

Söhbətin  şirin yerində gördüm ki, Cavid özünəməxsus ağır 

addımlarla bizə yaxınlaşır. O hamımıza salam verib, mənim 

yanımda oturdu. 

Üzümü mənə çox maraqla baxan Cavidə tutub dedim: 

– Cavid, qızın dərdi var. Onu zorla, istəmədiyi adama ərə 

verirlər. Verilən adam dövlətli, qoca, dul; verilməyən adam isə 

cavan, müəllim, özü də kasıb. Bu yazıqlar da bir–birini sevir. Lap 

elə bil bir hekayə mövzusudur. 



Úàâèäè õàòûðëàðêÿí 

399 


Cavid yarıəsəbi, yarızarafat tərzlə dedi: 

– Elə bilirsən, hekayə yazmaqla hər şeyi düzəltmək olur. Əgər 

iş hekayə ilə,  şeir ilə  aşsa indi onda Şərqdə, xüsusilə Azərbay-

canda gərək çox insan və onun şəxsiyyəti azad ola idi. Həyat öz 

bildiyini heç kəsə vermir. Ondan istədiyini zorla, bəli, zorla, 

vuruşa-vuruşa almalısan. Kədər, qüssə heç zaman insana kömək 

etməmişdir. Bu hisslər insanın daxilində gizlənmiş, həmişə 

insanın arxasını yerə qoymağa hazır olan amansız düşməndir. 

Bəzən kədər şirin olur. Lakin o şirinliyə inanmaq olmaz. Məncə, 

kədərdənsə  həyatda məqsəd, amal uğrunda vuruşmaq lazımdır. 

Lakin vuruşun forması yerinə görə müxtəlif olmalıdır. Bəzən 

silahla, bəzən isə qılıqla, sözlə iş görmək lazımdır. 

O burada səsinə yarızarafat tonu verərək fikrini belə tamam-

ladı: indi baxaq görək hansı silahdan istifadə edək. 

Bu söhbət əsnasında qızın kiçik qardaşı atasını uzaqdan görüb 

onun qabağına qaçdı. Ata-oğul bizə yaxınlaşarkən kişi birdən 

Cavidə baxıb ehtiramla dedi: 

– A, bu sizsiniz, Cavid əfəndi! Mən sizi çox yaxşı tanıyıram, 

salam, Dərbənddə yaşayan kumıklardanam,  əsərlərinizi oxumu-

şam. 


Cavid: “Mən də sizi tanıyıram, özü də lap yaxşı!” – deyə 

cavab verdi: 

Kişi çox təəccübləndi. Həm də sevindi ki, Cavid onu tanıyır. 

O dedi: 


– Məni haradan tanıyırsınız, Cavid əfəndi? 

– Bəli, bəli tanıyıram. Hətta bilirəm ki, bu gözəl-köyçək 

qızımı dövlətli – dul, qoca kişiyə ərə verirsən. Onu istəyən müəl-

limə  ərə vermək istəmirsən. Çünki müəllim kasıbdır. Məgər sən 

müəllimin daxili aləminin zənginliyini görmürsən. Bəli,  ərə 

vermək istədiyin kişinin qoyun-quzusu çöldə  mələyəcək, sənin 

ismətli qızın isə evdə. 

Dostum, belə  çıxır ki, mən təsirsiz yazıçıyam ki, əsərlərim 

sizdə belə bir hərəkətə qarşı nifrət yaratmamışdır. Mən onda 


Úàâèäè õàòûðëàðêÿí 

400 


xoşbəxt yazıçı olardım ki, oxucumda yüksək hisslər, böyük 

fikirlər oyada idim. Nə isə... 

Cavid susdu. Araya dərin bir sükut çökdü. Heç kəs bu sükutu 

pozmaq istəmirdi. Hərə öz daxili aləmi ilə danışırdı, götür-qoy 

edirdi. Deyə bilmərəm bu sükut nə  qədər davam etdi. Cavid bu 

sükutu sakit və kədərli bir səslə pozaraq dedi: 

– Ay qardaşım, o bədbəxt müəllim indi görəsən haradadır? 

Nə qayırır? 

Qızın atası: 

– Elə  mən sizin yanınıza gələrkən ona yolda rast gəldim, 

salamlaşıb keçdi. 

Cavid sevindi, üzündə bir təbəssüm əmələ gəldi. 

– Yazıq müəllim. Görünür, o sizi və sizin qızınızı kölgə kimi 

izləyir. Ax... insanları bir-birindən ayıran bu var-dövlət... İnan, o 

bir canlı varlıq olsaydı, mən onunla bütün qüvvətimlə vuruşardım. 

O nə yaman qəvi düşməndir. Hər yerdə insanları bir-birinə çırpış-

dırır, qarşı-qarşıya qoyur. Əgər biz əl-ələ versək, onun arxasını 

yerə qoyub, lənətə gəlmiş anasını mələdərik. 

Cavid bu son sözləri yarızarafat tərziylə dedi. Cavid də, kişi 

də, hətta ana və qız da gülümsədi.  

Sonra Cavid yenə sözə başladı: 

– Ay qardaşım, dəli  şeytanın sözünə baxıb, müəllimi tapıb 

gətirib, ona desək ki, burada sizi nişanlayırıq, görəsən dəli-zad 

olmaz ki... 

Kişi ciddi tərzdə dedi: 

– Cavid əfəndi, siz necə istəsəniz, elə  də eləmək olar. – Bu 

söz hamımızı sevindirdi. Şübhəsiz ki, hamıdan çox sevinən mə-

sum qız oldu. Sevincdən qız keyləşmiş, elə bil bir az da kədər-

lənmişdi. Kişi dağlılara məxsus qıvraqlıqla ayağa durub dedi: 

– Cavid əfəndi! Uşaqları sizə tapşırıram, mən indi gəlirəm. – 

O, sürətli addımlarla bizdən uzaqlaşdı. 

O qədər də keçməmişdi ki, bir də baxdıq, kişi cavan, gözəl bir 

oğlanla gəlir. 


Úàâèäè õàòûðëàðêÿí 

401 


Onlar bizə yaxınlaşarkən mənim böyrümə  qısılmış  qız 

ixtiyarsız ayağa durub baş əydi. Oğlan ümumi salam verdi. 

Cavid üzünü müəllimə tutub: 

– Buyur, otur, müəllim, – dedi. Lakin oğlan oturmadı.  

Cavid kişiyə müraciət edərək sözə başladı: 

– Elə deyirəm, biz oğlan adamı olaq, siz də elə  qız adamı-

sınız. Məsləhət görürsünüzsə, elə burada – parkda nişan ayini 

keçirək. 

Kişi inamla dedi:  

– Cavid əfəndi, necə istəyirsiniz, elə  də edək, siz həm qız, 

həm də oğlan adamısınız. 

Cavid üzünü müəllimə tutaraq: “Qayın-qardaşını da apar, get, 

üzük al”, – dedi. 

Oğlan üzük almağa tələsdi. Bir qədər keçməmiş müəllim 

qayıtdı. O, bir nişan, bir də qaşlı üzük və bir qutu şokoladlı konfet 

almışdı. Oğlan aldığı üzükləri Cavidə verdi və dedi: 

– Cavid əfəndi, böyük qaşlı üzük olmadı, bağışlayın, qaşı bir 

az kiçik oldu.  

Cavid cavabında: 

– Oğlum, üzüyün qaşının böyüklüyü vacib deyil, qoy sənin 

ürəyin böyük olsun. 

Sonra Cavid üzükləri qızın anasına, mənə, sonra da atasına 

göstərdi. Cavid: 

– Heç bir zaman belə nişan ayini heç yerdə olmayıb. – Sonra 

üzünü oğlana tutaraq: 

– Bala, buyur öz əlinlə sevgilini nişanla!  

Oğlan utana-utana üzüyü qızın barmağına keçirdi.  

Kişi: “Cavid əfəndi, indi kabab yeməyə gedirik”, – dedi.  

Cavid: “Xeyr, şirni yemək lazımdır”, – deyə cavab verdi və 

oğlanın aldığı şokoladdan hərə bir dənə götürdü. 

– Hə, gördünmü ay qardaş, el bir olsa, düşmən nə qədər qəvi 

olsa da anasını mələtməyə nə var ki?!.. 



Úàâèäè õàòûðëàðêÿí 

402 


ULDUZLAR YERDƏ DƏ OLUR  

 

Cavid səhnə sənətimizin bütün xadimlərini, kiçiyindən tutmuş 



böyüyünə  qədər hamısını sevərdi. O deyərdi ki, böyük sənətkar 

elə onsuz da ümumi məhəbbət, ümumi qayğı görür. Onu şöhrəti 

qoynuna alıb gəzdirir. Adi sənətkarlar isə özünəməxsus fədakar-

dırlar. Onlardan şöhrət uzaqdır. Lakin buna baxmayaraq böyük 

səhnədən uzaqlaşmırlar,  əksinə, ona daha möhkəm tellərlə bağ-

lanırlar. Məncə, bunlar da böyük sənətkarlar kimi böyük hörmətə 

və məhəbbətə layiqdirlər. 

O həmişə deyərdi ki, teatr mədəniyyətinin inkişafında xidmət 

edən hər bir kəsin öz yeri var. Heç bir zaman səhnəyə çıxmayan, 

səhnə arxasında öz faydalı əməyi ilə ömrünü keçirən teatr işçiləri 

də  səhnədə  şöhrət çələngini başına qoymuş aktyorlar qədər 

olmasa da, böyük hünər göstərirlər. O həmişə teatr işçiləri ilə 

dostluq edərdi.  Əlbəttə, onların içərisində Abbas Mirzə  Şərif-

zadəni xüsusi sevərdi. Cavid deyərdi ki, Abbas Mirzə yaradıcılığı 

teatr tariximizdə böyük bir epoxadır. Onun yaradıcılığı xalqın, 

teatr sənətinin inkişaf yoludur. Abbas Mirzənin yaratdığı obrazlar, 

onun xalqının keçdiyi tarixi yolu təcəssüm etdirir. Abbas Mirzə 

səhnədə azman bir aktyordur. Onun səsi, hərəkətləri yaratdığı 

obrazın daxilini tam açıb tamaşaçıya göstərir. O, böyük psixoloq 

–aktyordur. Adama bəzən elə gəlir ki, bu aktyor illərlə, bəlkə də 

on illərlə bu və ya başqa psixoloji hadisəni alim kimi öyrənmiş, 

tədqiq etmiş, sonra onu sənətkar gözü ilə cilalamış  və  səhnəyə 

çıxarmışdır. Eh... Belə aktyorları  təbiət nadir hallarda yaradır. 

Təbiət böyük sənətkarlar yetirməkdə nə qədər xəsislik edir. 

Cavid teatr sənətkarlarını çox sevdiyindən onlarla tez-tez gö-

rüşərdi. Onlardan bəziləri, xüsusilə Abbas Mirzə bizə tez-tez gə-

lərdi. 

Yeri gəlmişkən deyim ki, Abbas Mirzə Cavidə “Cavidcan”, – 



deyə müraciət edərdi, Cavid isə ona sadəcə “Abbas” deyərdi. 

Yadıma gəlmir ki, onların söhbəti çox qısa, ayaqüstü olaydı. 

Cavid bu böyük sənətkarla saatlarla söhbət edərdi. Adətən, yayda 


Úàâèäè õàòûðëàðêÿí 

403 


Abbas Mirzə bizə  gələrkən damın üstünə (mənzilimizin pəncə-

rələri ikinci mərtəbənin damına açılardı. Yemək otağının içəri-

sindən balaca pilləkənlə dama çıxar, yay axşamlarında orada çay 

içər, dincələrdik) çıxarkən xırdaça samovarı qaynadıb onların 

yanına qoyar, hamımız bir yerə toplaşıb söhbət edərdik. Dediyim 

kimi, söhbət gecəyarıdan keçənə qədər davam edərdi. 

Yenə bir dəfə Cavidlə Abbas Mirzənin söhbəti çox uzun 

çəkdi. Söhbət sənətdən gedirdi (çox təəssüf ki, təfərrüatı yadımda 

deyil). 

Mərziyə xanım bizim narahat olacağımızdan ehtiyat edərək 

üzünü Abbas Mirzəyə tutub pıçıltı ilə dedi: 

– Abbas, axı, lap gecdir. Bir göyə bax, az qala ulduzlar da 

batıb. Axı, biz uşaqları da narahat edirik. 

Cavid Mərziyə xanımın sözlərini eşitcək üzünü ona tutub 

dedi: 

– Əvvəla siz, Mərziyə xanım, səhv edirsiniz. Ulduzlar batmır, 



əksinə, ulduzlar getdikcə daha da parıldayır. Bir də,  əzizim, heç 

belə havada, iki belə böyük ulduzun bizə qonaq gəldiyi zaman 

adam narahat ola bilərmi? 

O iki ulduz deyərkən Abbas Mirzə və Mərziyə xanıma işarə 

elədi. Bundan hər iki sənətkar güldü. 

Abbas Mirzə özünəməxsus təvazökarlıqla başını  aşağı  əyib 

dedi: 

– Cavidcan, bizə yaman sataşırsan, biz hara, ulduz hara?.. 



Cavid bir az bundan qabaqkı zarafatyana ahəngini dəyişərək 

tam ciddi bir tərzdə dedi: “Xeyr, Abbas, sən də, Mərziyə xanım 

da, hər ikiniz böyük sənətin əngin səmalarında sönməz ulduzlar-

sınız ki, bu gün bizə qonaq gəlibsiniz, göydə göy ulduzları, yerdə 

elm ulduzları, mənəvi aləmin ulduzları, sənət ulduzları olur”. 

 

DOST YARASI SAĞALMAZ  



 

Cavidlə böyük artist və rejissor, Azərbaycan səhnəsinin gör-

kəmli ustalarından biri olan İsmayıl Hidayətzadə arasında dost-

luğun maraqlı tarixçəsi var. 



Úàâèäè õàòûðëàðêÿí 

404 


İsmayıl Hidayətzadənin baməzə söhbətləri, çox vaxt ciddi bir 

işi zarafatla həll etməsi, bəzən çox prinsipiallığı Cavidin xoşuna 

gəlirdi. 

İsmayıl Hidayətzadə istər Cavidin tamaşaya qoyulan əsərlə-

rilə, istərsə də bu və ya başqa sənət məsələlərilə əlaqədar olaraq 

bizə tez-tez gələr, söhbətləri də adətən uzun çəkərdi.  İsmayıl 

Hidayətzadə Cavidin əsərlərində Qorxmaz (“Afət”), Arif 

(“İblis”), Əşrəf (“Şeyda”), Cücə (“Topal Teymur”), Şeyx Mərvan 

(“Şeyx Sənan”), Şakro (“Knyaz”) kimi surətlər yaratmışdır. 

Bu rolların hazırlanmasında, eləcə də özünün rejissorluğu ilə 

hazırladığı əsərlərdə Cavidlə tez-tez məsləhətləşərdi. 

Hidayətzadənin yaxşı oynadığı rollardan biri Arif surəti idi. 

O,  Şakronu da həvəslə oynayırdı. Lakin istər Arif, istərsə  də 

Şakronun təbiətindəki naqislik Hidayətzadəni açmırdı.  İctimai-

siyasi hadisələr, nəcib hissləri qovmuş, onu, nəhayət, qardaş 

qatilinə çevirmişdi. Böyük psixoloji dəyişiklikləri Hidayətzadə 

ustalıqla oynayırdı. 

O çalışırdı ki, tamaşaçıda bir tərəfdən Arifin nəcibliyinə, 

xeyirxahlığına məhəbbət hissi alovlandırsın, bir tərəfdən də qar-

daş qatilinə nifrəti gücləndirsin. Bu çətin işin öhdəsindən aktyor 

bacarıqla gəlirdi. Lakin bu, Hidayətzadənin ürəyindən deyildi. O 

istəyirdi ki, Arif tam müsbət obraz olsun. Ona görə  də bir dəfə 

bizə gələrkən dedi: 

– Cavid əfəndi! Axı, Arifin qardaş qatili olması məni heç aç-

mır. Arif yaxşı bir adamdır. Sonra zəif təbiətli Arifin daxili 

aləminə pis əməllər min bir hiylə ilə yol tapır. Mənim zəhmətim 

hədər gedir. Mən tamaşaçıda Arifə qarşı  məhəbbət hissi oyadı-

ram. Sonra bütün qüvvəmi qoyub ona nifrət hissi alovlandırmağa 

çalışıram. Görürsünüzmü, əvvəl mən böyük təbiətli adam olur, 

sonra lap kiçilirəm. Demək tamaşaçı da məni sevmir. 

Cavid bu böyük aktyorun kədərini hiss edirdi. Ona görə  də 

əlini çiyninə qoyub, bir az nəvazişlə dedi: 

–  İsmayıl, özün bilirsən, ayın yarısında ay böyük olur, 

yarısında isə kiçik Ayın bizə kiçik və ya böyük görünməsindən ay 



Úàâèäè õàòûðëàðêÿí 

405 


heç zərər çəkmir. O elə aydır ki, aydır! Milyon illər o göydə üzür 

və üzəcək də. Sən də eləsən. Hansı obrazda kiçilirsən kiçil, böyü-

yürsən böyü, elə sənət səmasında böyük sənətkar kimi üzəcəksən 

ki, üzəcəksən... 

Eşitdiyimə görə  Şakrodan da narazısan. Deyirsən ki, o da 

mənfi obrazdır. O mənfiləri görməsələr, vallah, müsbətlərin qəd-

rini bilməzlər. Sən o hiyləgər, qurnaz Şakronu elə yarat ki, bütün 

qurnazlara, hiyləgərlərə, alçaqlara nifrət hissi birə on artsın. Bu 

sənin sənətindəki böyüklükdür. Elə bu sənə bəsdir. O gün teatrda 

demişdin ki, Şakroya bir nəğmə yazım. Sən çox gözəl bilirsən ki, 

mən heç kimin arzusu ilə əsərimə əlavə etmirəm. Bu bir az ağlıma 

batır, deyəsən, yerinə düşür. Neyləyim, sənsən, sənin arzunu yeri-

nə yetirərəm. Cızma-qarasını da etmişəm. İstəyirsən oxuyum, gör 

könlünə yatırmı? – deyə yazı masasının üstündən bir kağız götü-

rüb “Knyaz”dakı  Şakronun mahnısının mətinini ona oxumağa 

başladı. 

İsmayıl Hilayətzadə mahnı oxunub qurtarandan sonra sevinə–

sevinə dedi: 

– Elə bu mənim istədiyimdir. Görərsən bu qarabala səhnədə 

bunu necə oxuyaçaqdır. 

Bəzən İsmayıl böyük aktyorlara öz fikrini inandıra bilmədik-

də Cavidi köməyə çağırardı, yarızarafatla deyərdi: 

– Cavid əfəndi, sən allah, bizim şərikli malımızı böl, sənin də 

vaxtını almayıb gedək. – Vaxtını almayaq deməsinə baxmayaraq, 

o, həmişə bizdə 4-5 saat oturardı. 

İsmayıl Hidayətzadəni, Abbas Mirzəni, Cavidi tanıyan adam-

lar gözəl bilirdilər ki, onlar gözəl pürrəng çay içməyi xoşlayır-

dılar. Lakin mənim dəmlədiyim pürrəng çaylar içilməmiş qalırdı. 

Bu 4-5 saatda mən dəfələrlə soyumuş, içilməmiş çayları aparıb 

dəyişərdim. Yalnız ara soyuyandan sonra çayları içərdilər. 

Bəzən onlar böyük vuruşdan çıxanlara oxşayırdılar. Belə hal-

larda çay onların dadına çatırdı. Mübahisədən sonra, ya Abbas 

Mirzə, ya elə Cavidin özü deyərdi: 

– Hə, ver bir çayımızı içək, qüvvəyə gələk. 



Úàâèäè õàòûðëàðêÿí 

406 


Əlbəttə, bu söhbətlər və mübahisələrdə heç birisi ədəb və 

ərkan dairəsindən kənara çıxmazdılar. Və bir-birinə çox hörmət 

və ehtiramla müraciət edərdilər. 

Yadımdadır... “Səyavuş”un ilk quruluşunun rejissorluğunu 

İsmayıl Hidayətzadəyə tapşırmışdılar. 

O, tamaşa üzərində  işlərkən xeyli əziyyət çəkir, dəfələrlə 

Cavidin yanına gəlir, onunla söhbət edir, bir sıra tarixi kitabları 

aparıb oxuyur, geri qaytarır, o dövrün mədəniyyəti haqqında rus 

müəlliflərinin  əsərləri ilə tanış olurdu. Orta əsr miniatür rəssam-

larının  əsərlərini birlikdə götür-qoy edirdilər. Evimiz əsl yara-

dıcılıq laboratoriyasına çevrilmişdi.  

Hidayətzadə “Səyavuş” üzərində  işləyərkən bir gün Abbas 

Mirzə ilə pilləkəni mübahisə eləyə-eləyə  çıxırdılar. Cavidin 

yanına çatar-çatmaz hər ikisi bir ağızdan: 

– Salam, ustad! İşimiz yaman çətinə düşüb. Gərək adətin üzrə 

bizi ədalətli mühakimə edəsən. Yoxsa iş xarabdır, –  dedilər. 

Cavid adəti üzrə sakitcə qulaq asdı. Hətta bir az dodaqaltı 

gülümsündü. Üzünü Abbas Mirzə ilə Hidayətzadəyə tutub: 

– Bir məni başa salın görüm nə olub? Əgər söhbət 

“Səyavuş”dan gedirsə, elə qardaşlarım, siz nə qədər ağıllı müha-

kimə etsəniz bu bir o qədər də “Səyavuş”la mənim xeyrimə olar, 

– deyib güldü. Onlar da gülüşdülər. 

Bu müqəddimədən sonra hər üçü ciddi şəkil alıb, masanın 

ətrafında oturdular. Mən də bir tərəfdə oturub qulaq asırdım. Bi-

lirdim ki, Səyavuş rolunu Abbas Mirzə hazırlayır. Görünür, rolun 

şərhində rejissor Hidayətzadə ilə aktyor A.M.Şərifzadə arasında 

müəyyən ziddiyyət vardı. Ona görə  də Cavidə müraciət etmiş-

dilər. 


İsmayıl Hidayətzadə oturandan sonra üzünü Cavidə tutub 

dedi: 


– Cavid əfəndi, vallah bir gün eşidəcəksiniz ki, mən Səyavuşu 

– barmağı  ilə Abbas Mirzəni göstərdi – Gərşivəzdən əvvəl öldür-

müşəm, – Abbas Mirzə  əhvalını pozmayaraq üzünü Hidayət-

zadəyə tutub çox təmkinlə dedi: 



Úàâèäè õàòûðëàðêÿí 

407 


– Qoy məni dost öldürsün, qəm etməz. 

Birdən-birə Cavidin üzü tutuldu, nə isə yadına düşdü. Üzünü 

hər ikisinə tutub aramla dedi: 

– Yox, yox, dost yarası yaman olar, dost yarası sağalmaz, – 

demişlər. 

Araya sükut çökdü. Mən hiss etdim ki, elə buradaca çayı gə-

tirmək lazımdır. Mən çayla geri qayıdanda sükutlik hökm 

sürürdü. 

 

1   ...   19   20   21   22   23   24   25   26   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə